Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-24/2022 26.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri - Qanuni nümayəndə2 və Qanuni nümayəndə1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakları ilə, xx xxxxxxx 2006-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 69 saylı evdə qeydiyyatda olan və Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 2005-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məktəbli, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, Xətai küçəsi 39 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Şamaxı şəhəri, X4 küçəsi 65 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin həyətyanı sahəsində həyət quşlarının saxlanması üçün mişar daşından inşa edilmiş hinin qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 30 (otuz) manat olan 07 (yeddi) ədəd hind toyuqlarını (hinduşka) oğurlayıb aparmaqla zərərçəkmiş şəxsə məxsus 210 (iki yüz on) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 04 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Şamaxı şəhəri, X4 küçəsi 65 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçdikdən sonra, evin həyətyanı sahəsində həyət quşlarının saxlanması üçün mişar daşından inşa edilmiş hinin qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 30 (otuz) manat olan 07 (yeddi) ədəd hind toyuqlarını (hinduşka) oğurlayıb aparmaqla zərərçəkmiş şəxsə məxsus 210 (iki yüz on) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi 69-da qeydiyyatda olmaqla və Şamaxı şəhəri H.Ciddi küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. 03 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində o, dostu Fərhadla birlikdə küçədə hərəkət edəndə Fərhadla danışıb razılaşmışlar ki, gedib hind toyuqları (hinduşka) oğurlayıb satıb pul qazansınlar, çünki Fərhada borca 50 manat pul lazım olmuşdur. Onlar razılaşıb ikisi də 04 dekabr 2021-ci il tarixdə, saat 01 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində babasıgilin evinin yanında küçəyə getmişlər. Orada o, babasıgilin çəpərinin yanından ağ kisə tapmış, sonra ikisi Zərərçəkmiş şəxs evinin hasarına yaxınlaşmışlar, o, hasara çıxmış, Fərhad da həmin evin hasarının yanında dayanmışdır. Sonra, o, hasara çıxıb həyətə daxil olmuş, hasardan bir neçə metr kənarda yerləşən hinə yaxınlaşıb tək-tək halda 7 (yeddi) ədəd hind toyuqlarını (hinduşka) gətirmiş və Fərhada vermiş, Fərhad da həmin hind toyuqlarını (hinduşka) ağ kisəyə yığmışdır. Sonra da, onlar rayon sakini olan Həşim adlı şəxsin hind toyuğu (hinduşka) aldığını bildikləri üçün Fərhadla birlikdə Həşimgilin evinin yanına getmişlər və orada ikisi də Həşimgilin qapısına yaxınlaşmışlar. O, qapıdan Həşimi çağırmış, Həşim qapıya çıxmış, Həşim ikisini də görmüş, o da Həşimə şübhələnməməsi üçün demişdir ki, “hinduşkalar mənimdir, dayımgilin fermasından gətirmişəm, ehtiyaca görə satıram”. O, Fərhadı göstərib ona köməklik etdiyini demişdir. Həşimlə danışıb hind toyuqlarının (hinduşka) birini 30 manatdan olmaqla 210 manat pul verəcəyi ilə razılaşmışlar. Lakin həmin vaxtı Həşim onlara 8 manat pul verib qalan 202 manat pulu sabah verəcəyini bildirmişdir. Onlar da 8 manat pulu Həşimdən alıb oradan ayrılmışlar. Həmin 8 manat pul ilə dükandan ikisi üçün alver etmişlər. Sonra da evlərinə getmişlər. Səhəri gün isə polis əməkdaşları bu hadisəni müəyyən edib onları RPŞ-nə çağırmışlar. O, oğurluq etmək istəməmiş, sadəcə Fərhad özünün borcu olduğuna görə qərara gəlmişlər ki, həmin hind toyuqlarını (hinduşka) oğurlayıb Fərhadın borcuna görə ona pul qazansınlar. Həmin vaxtı yanlarında başqa heç kim olmamışdır. Həşim hind toyuqlarının oğurluq olmasını bilməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ailə üzvləri tərəfindən tam olaraq ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki,o, Şamaxı şəhəri, Xətai küçəsi 39-da ailə üzvləri ilə birlikdə yaşayır. 03 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində o, tanışı Nihadla birlikdə Şamaxı şəhərində “bağ” adlanan ərazidə olmuşlar, bu vaxtı ona ehtiyaca görə 50 manat pul lazım olmuş, o da Nihada demişdir ki, “mənə 50 manat pul ver, sonra qaytararam”. Nihad da ona demişdir ki, sənə pul verərəm. Bundan sonra o, Nihadın təklifi ilə onun babasının evinin yerləşdiyi küçəyə getmişlər. Orada Nihad bir evin hasarına çıxmış, o, həmin evin sahibini tanımasa da, sonradan bildiyinə görə Zərərçəkmiş şəxs evi olmuşdur. Həmin vaxtı küçədən keçən kimsə Nihadı gördüyünə görə geri qayıtmışlar. Buna görə Nihadla birlikdə başqa küçələrdə bir qədər gəzmişlər ki, gecə olsun, kimsə küçədə olmasın. Buna görə də, 04 dekabr 2021-ci il tarixdə, saat 01 radələrində Nihadla birlikdə həmin evə tərəf gəlmişlər. Nihad babasıgilin çəpərinin yanından ağ kisə götürmüşdür. Sonra ikisi Zərərçəkmiş şəxs evinin hasarına yaxınlaşmışlar. Sonra Nihad hasara çıxıb həyətə daxil olmuş, o isə hasarın yanında dayanmışdır. Nihad hasardan bir neçə metr kənarda yerləşən hinə yaxınlaşıb əvvəlcə tək-tək halda 4 ədəd hind toyuğu (hinduşka) gətirib ona vermiş, o da ağ kisəyə yığmışdır. 4 ədəd gətirəndən sonra o, Nihada demişdir ki, “bəsdir, qayıdıb gedək”, Nihad isə demişdir ki, “hində 3 ədəd də qalıb, onları da götürüm gedərik”. Bundan sonra Nihad tək-tək qalan 3 ədəd hind toyuqlarını (hinduşka) da götürüb gətirib ona vermiş, o da hind toyuqları (hinduşka) ağ kisəyə yığmışdır. Sonra da, Nihad Həşim adlı şəxsin hind toyuqları (hinduşka) aldığını bildiyi üçün Nihadla birlikdə Həşimgilin evinin yanına getmişlər və orada ikisi də Həşimgilin qapısına yaxınlaşmışlar. Nihad Həşimi çağırmış, Həşim qapıya çıxmışdır, Həşim ikisini də görmüş, Nihad da Həşimə şübhələnməməsi üçün demişdir ki, hind toyuqları (hinduşka) onundur, dayısıgilin fermasından gətirmişdir, ehtiyaca görə satır. Nihad onu göstərib ona köməklik etdiyini demişdir. Həşimlə danışıb hind toyuqlarının (hinduşka) birini 30 manatdan olmaqla 210 manat pul verəcəyi ilə razılaşmışlar. Lakin Həşim demişdir ki, üzərində 8 manat pul var, onu verim, qalan 202 manat pulu sabah verərəm. Nihad da razılaşıb 8 manat pulu Həşmdən alıb oradan ayrılmışlar. Sonra həmin 8 manat pul ilə dükandan ikisi üçün alver etmişlər. Sonra da evlərinə getmişlər. Sabahısı isə polis əməkdaşları bu hadisəni müəyyən edib onları RPŞnə çağırmışlar. O, özü üçün pul xərcləmək istəmiş, elə-belə pul xərcləmək üçün pul əldə etmək məqsədilə həmin oğurluğu törətmişdir. Həmin vaxtı yanlarında və ətrafda başqa heç kim olmamışdır. Həşim hind toyuqlarının oğurluq olmasını bilməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ailə üzvləri tərəfindən tam olaraq ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 65-də ailə üzvləri ilə birlikdə yaşayır. Onun özünə məxsus 07 ədəd hind toyuqları (hinduşka) olmuş və həmin hind toyuqlarını (hinduşka) o, ünvan 2-də yerləşən evinin həyətindəki hində saxlamışdır. Hind toyuqları (hinduşka) gündüzlər həyətdə, axşamlar isə hində olmuşdur. 03 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində o, hind toyuqlarını (hinduşka) evinin həyətindəki hinə salıb qapısını taxta keçirməklə bağlamışdır. O, hinin qapısını qıfılla bağlamır. 04 dekabr 2021-ci il tarixdə səhər tezdən saat 05:10 radələrində namaz üçün durub həyətə çıxanda hinin qapısının açıq olmasını görüb dərhal hinə yaxınlaşmış və hinin içərisinə baxanda müəyyən etmişdir ki, hində saxladığı 07 ədəd hind toyuqları (hinduşka) oğurlanmışdır və qapısı da açıq qalmışdır. Buna görə də o, bir qədər ətrafı, həyəti, küçəni axtarsa da, hind toyuqlarını (hinduşka) tapa bilmədiyi üçün polisə ərizə ilə müraciət etmişdir. Sonradan həmin hind toyuqları (hinduşka) polis əməkdaşları tərəfindən tapılmış və o, hind toyuqlarını (hinduşka) tanıyıb götürmüşdür. Oğurlanmış hind toyuqlarının (hinduşka) hər biri təxminən 5-6 kiloqramlıqdır, buna görə də həmin hind toyuqlarının (hinduşka) hər birinin minimum qiyməti 30 manat olar. Buna görə də ona ümumilikdə 210 manat dəyərində maddi ziyan dəymişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, rayon ərazisində hind toyuqları (hinduşka) və bir neçə ev heyvanlarını camaatdan alıb 1-2 manat bahasına satıb pul qazanıb ailəsini dolandırır. 03 dekabr 2021-ci il tarixdən 04 dekabr 2021-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində evlərində olmuş, bu vaxtı həyət qapısı döyülmüş və o da kimin olmasını bilmək üçün həyət qapısına çıxanda iki nəfər cavan oğlanın qapıda olduğunu görmüş, həmin şəxslərdən birini tanımış, həmin şəxs Nihad olmuş, digərini isə tanımamış, onlar həmyaşıd şəxslər olmuş, həmin vaxt Nihad ona 7 ədəd hind toyuqları (hinduşka) satdığını, həmin hind toyuqlarını (hinduşka) dayısıgildən fermadan gətirdiyini, özünün olduğunu, saxlamaq üçün yerinin olmadığına görə satdığını bildirmişdir. O da onunla danışıb hind toyuqlarının (hinduşka) birini 30 manatdan almağa razılaşmış və Nihada 210 manat pul verməli olmuşdur. O, Nihada demişdir ki, onun üzərində 8 manat pul var, həmin pulu versin, qalanını da sabah Bakı şəhərinə gedib qayıdandan sonra verər. Onlar da onunla razılaşmışlar və Nihad ondan 8 manat pul götürmüş, sağollaşandan sonra onlar çıxıb getmişlər. O da hind toyuqlarını (hinduşka) həyətindəki çəpərlik yerə qoyub evə girmiş və səhərisi günü, 04 dekabr 2021-ci il tarixdə səhər tezdən Bakı şəhərinə getmiş və günorta vaxtı Şamaxıya qayıtmışdır. Evə gələndən sonra polis əməkdaşları onlara gəlmişlər və onun hind toyuğu (hinduşka) aldığını soruşmuşlar. O da aldığını bildirmişdir. Sonra da polis şöbəsinə gəlmişdir. Həmin vaxtı hind toyuqlarının (hinduşka) həyətində olduğundan həmin hind toyuqlarını (hinduşka) istintaqa təqdim etmişdir. Nihad həmin hind toyuqlarını (hinduşka) ona satmamışdan demişdir ki, həmin hind toyuqları (hinduşka) özünündür, dayısının fermasında saxlayırmış, indi də gətirib və saxlamağa yeri olmadığından ehtiyacı olduğuna görə gətirib satır. O, hind toyuqlarının (hinduşka) oğurluq olmasını polis əməkdaşları gələndən sonra bilmişdir. Əgər oğurluq olmasını bilsə idi, həmin hind toyuqlarını (hinduşka) almazdı. O, Nihadı tanıyırmış, yanında olan şəxsi əvvəllər tanımasa da bu işdən sonra bilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Nihad ona hind toyuqlarının (hinduşka) özünə məxsus olduğunu bildirmişdir. O da Nihada inanmışdır. Lakin o, Nihada 210 manatın hamısını deyil, cəmi 8 manat pul vermişdir və qalan 202 manat pulu da sonra verməli idi. O, mütəmadi olaraq kimlərdənsə hind toyuqları (hinduşka) aldığı üçün fikirləşməmişdir ki, həmin hind toyuqları (hinduşka) oğurluq olar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 06 dekabr 2021-ci il qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində - hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, ev birmərtəbəlidir, evin həyətində hasardan 15 (beş) metr, evdən isə 40 (qırx) metr məsafədə hin yerləşir, həmin hində hind toyuqlarının (hinduşka) saxlanılmış olduğu müəyyən edilir, hin saxlanc yeri hesab edilir, baxış keçirilən zaman, Zərərçəkmiş şəxs bildirmişdir ki, ona məxsus 07 (yeddi) ədəd hindquşları həmin hində olmuşdur və 03.12.2021-ci il tarixdən 04.12.2021-ci il tarixə keçən gecə həmin hind toyuqları (hinduşka) oğurlanmışdır, baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet, eləcə də iz nümunələri aşkar edilməmişdir, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Baxış keçirilməsi haqqında” 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Şahid tanıdığı Təqsirləndirilən şəxs2 aldığı 07 (yeddi) ədəd hind toyuqlarını (hinduşka) istintaqa təqdim etmiş, Təqsirləndirilən şəxs2 da həmin təqdim edilən hind toyuqlarını (hinduşka) tanıyıb, həmin təqdim edilən hind toyuqlarını (hinduşka) Zərərçəkmiş şəxs evinin həyətindən Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlayıb Şahid satmışdır. Baxış zamanı, Zərərçəkmiş şəxs həmin hind toyuqlarını (hinduşka) tanıyıb ona məxsus oğurlanmış hind toyuqları (hinduşka) olduğunu bildirmişdir, istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. 04 dekabr 2021-ci il tarixli protokoldan və həmin tarixli qəbzdən görünür ki, iş üzrə götürülmüş 07 (yeddi) ədəd hinduşkalar sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Şamaxı rayon Baytarlıq İdarəsinin rəisi X2 tərəfindən verilmiş 07.12.2021-ci il tarixli 148 nömrəli mütəxəssis rəyindən görünür ki, ona qiymətləndirilməsi üçün əlamətləri (çəkisi, yaşı, sortu və s.) və birbaşa təqdim olunmuş hinduşkalara baxış keçirilərkən, qərarda göstərildiyi kimi Zərərçəkmiş şəxs məxsus 07 (yeddi) ədəd hinduşkaların hər birinə görə 30 (otuz) manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat hazırki dəyər qiyməti ilə müəyyən edib qiymətləndirilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Məəhəmməd oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 oğlunun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 dekabr 2021-ci il tarilxdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində ailə üzvləri və qonşuları tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 dekabr 2021-ci il tarilxli 4131 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 anası 1978-ci il təvəllüdlü Qanuni nümayəndə1 ilə Şamaxı şəhəri Xətai küçəsi 39 saylı evdə yaşayır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 22 dekabr 2021-ci il tarilxdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində ailə üzvləri və qonşuları tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 dekabr 2021-ci il tarilxli 4130 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 anası 1991-ci il təvəllüdlü Qanuni nümayəndə2 ilə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi 69 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 19 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 19 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 20 dekabr 2021-ci il tarixli 1252 nömrəli məktubundan görünür ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 69 saylı evdə yaşayan Təqsirləndirilən şəxs2 və Şamaxı şəhəri Xətai küçəsi 39 saylı evdə yaşayan Əliyev X1 RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdurlar. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan ödənildiyindən onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadəsilə yanaşı, şahidin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 88.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 88.2.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tərbiyəvi xarakterli məcburi tədbir olaraq xəbərdarlıq tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətmələrini, cinayəti etiraf edib əməllərindən səmimi peşman olmalarını, vurulmuş ziyanı ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, yetkinlik yaşına çatmamalarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini və onların cinayət məsuliyyətindən azad edilməsini, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, onların əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğluna məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 hesabına və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, ona əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, ona əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğluna məhkəmə istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 hesabına və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-24/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-24/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver