Məhkəmə qərarları › İş №1(074)-24/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-24/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-24/2023 01.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, 15 avqust 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, OT-62 ünvanında qeydiyyatda olan, ünvan 2də “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək, formalaşdırdığı inam və etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs3 işləmək məqsədilə Litva Respublikasına getməsini təmin edəcəyinə dair yalan vəd verib, həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 08 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Bədəlbəyli küçəsində yerləşən «Ludviqshafen» parkının giriş hissəsində yerləşən kafedə Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat aldıqdan sonra, həmin gün bir neçə saatdan sonra, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitinin özünə məxsus 5261-6333-3378-9742 nömrəli "xxxx" ASC-yə aid “Kartmane debit” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini də Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək, şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs3 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək, formalaşdırdığı inam və etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs1 işləmək məqsədilə Litva Respublikasına getməsini təmin edəcəyinə dair yalan vəd verib, həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə 08 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Bədəlbəyli küçəsində yerləşən «Ludviqshafen» parkının giriş hissəsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat aldıqdan sonra, həmin gün bir neçə saatdan sonra Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitinin özünə məxsus 5261-6333-3378-9742 nömrəli "xxxx" ASC-yə aid “Kartmane debit” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini də Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək, şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan suiistifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək, formalaşdırdığı inam və etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs4 işləmək məqsədilə, Litva Respublikasına getməsini təmin edəcəyinə dair sonuncunun qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə yalan vəd verib, həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə 09 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 göstərişi əsasında, sonuncunun yaşadığı evdən ailə üzvlərindən 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini götürərək, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi ərazisində yerləşən ərzaq mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə, ona məxsus 5261-6333-3378-9742 nömrəli "xxxx" ASC-yə aid “Kartmane debit” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək, şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan suiistifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs4 məxsus 730 (yeddi yüz otuz) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə, xarici ölkələrə şəxslərin göndərilməsi və orada işlə təmin olunması sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi özünü təqdim edərək, formalaşdırdığı inam və etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs2 işləmək məqsədilə, Litva Respublikasına getməsini təmin edəcəyinə dair yalan vəd verib, həmin işin həll edilməsi və lazım olan sənədlərin toplanması adı ilə maddi nemət olan 985 (doqquz yüz səksən beş) manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə, əvvəlcə 22 avqust 2022-ci il tarixdə 335 (üç yüz otuz beş) manat, daha sonra isə 01 sentyabr 2022-ci il tarixdə 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitinin Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Ocaq” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə, özünə məxsus 5261-6333-3378- 9742 nömrəli "xxxx" ASC-yə aid “Kartmane debit” bank kartına köçürülməsinə nail olub, həmin pul vəsaitlərini Sumqayıt şəhəri ərazisində bankomatdan çıxarmaqla əldə edərək, şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, Zərərçəkmiş şəxs2 məxsus 985 (doqquz yüz səksən beş) manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, sonuncu cinayətin başa çatdığı yerin Sumqayıt şəhəri olduğunu nəzərə alaraq, cinayət işini cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona müxtəlif tarixlərdə və müxtəlif yerlərdən ödəmə terminalları vasitəsilə bank kartına köçürülən məbləğlərin həqiqətən də yaşadığı Sumqayıt şəhərində yerləşən bankomatlardan çıxartdığını təsdiq edərək, cinayət işinin Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə dövlət ittihamçısının vəsatətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi cinayət işinin aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, hüquq nəzəriyyəsində “davam edən hüquq pozuntuları” dedikdə, zaman baxımından ara verməklə, vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquq pozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquq pozuntuları bir-birindən zaman etibarılə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Cinayət işinin materiallarından göründüyü kimi, vahid niyyətlə törədilən cinayət əməlinin son epizodunda Zərərçəkmiş şəxs2 01 sentyabr 2022-ci il tarixdə 650 (altı yüz əlli) manat məbləğində pul vəsaitini Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Ocaq” marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank hesabına köçürmüş və sonuncu qeyd olunan məbləği Sumqayıt şəhərində kartdan istifadə etməklə əldə etmişdir. Məhkəmə qeyd edir edir ki, dələduzluq cinayətlərində cinayət əməlinin başa çatma anı təqsirləndirilən şəxsə predmetin bilavasitə təqdim edildiyi, habelə sərəncamına keçdiyi an hesab olunur. Şamaxı rayonu ərazisində pulun ödəmə terminalına daxil edilməsi, həmin vəsaitin təqsirləndirilən şəxsin sərəncamına keçməsi qənaətinə gəlmək üçün əsas deyildir. Bu halda cinayətin predmeti terminal vasitəsilə təqsirləndirilən şəxsin bank hesabına yalnız köçürülmüşdür. Bank hesabı isə terminalda deyil, bankda olduğundan sərəncam verilməsi barədə hərəkətlər həmin bank vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1-ci maddəsinə əsasən, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göründüyü kimi, qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən, onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılır. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 77, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar