Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-24/2024 31.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1970-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “VAZ-21099 minik” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində, Bakı- Şamaxı-Yevlax yolunun Şamaxı rayon ərazisindən keçən 134-cü kilometrliyində, Ağsu rayonu istiqamətində hərəkətdə olan zaman, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli halda, həmin tələblərə riayət etməyib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, həmin tələblərə riayət etməyərək, qarşı hərəkət zolağında Şamaxı rayon istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Kia Pride minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirməsi ilə, hərəkəti üçün təhlükə yaranan andan öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla, idarə etdiyi “VAZ-21099 minik” markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmasına baxmayaraq, ehtiyatsızlıqdan öz hərəkət zolağında Yadulla Niyazovun idarə etdiyi “Kia Pride minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində “Kia Pride” markalı avtomobilin sürücüsü X3 baş beyin toxumasına, mədəciklərə və qişaları altına qansızmalar, beyin yarımkürələrinin alın-bazal şöbəsinin qansızması, sağ alın və sağ qaşüstü nahiyələrinin əzilmiş-cırılmış yaraları, başın alın-təpə nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma, burun sümüyünün sınığı, ağciyərlərin əzilməsi, travmatik kontuziyası kimi, ölümlə birbaşa səbəbli əlaqəli olan, bunlardan xx.xx.2023-cü il tarixdə, saat 14:50-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümünə bilavasitə səbəb başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar, beyin yarımkürələrinin alınbazal şöbəsinin qansızması, baş beyinin və beyin kötüyünün ödemi kimi həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi “VAZ-21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında qaynanası Şahid ilə birlikdə Bakı şəhərindən özünə məxsus avtomobil ilə Şəki rayonuna getməkdən ötrü yola çıxmışdır. Rəhimə onun idarə etdiyi avtomobilin ön oturacağında əyləşmişdir. Şamaxı rayonuna çatdıqdan sonra, İsmayıllı yolunda aparılan təmirə görə, Ağsu rayon ərazisindən keçməklə, Şəki rayonuna getməyi fikirləşmişdir. Bundan sonra, Ağsu rayonu istiqamətində hərəkət etməyə başlamış və qarşı zolaqdan “Kia” markalı avtomobilin idarəetməsini itirməsini, avtomobilin sağ ehtiyat hissəyə çıxaraq, fırlanıb sağ hissəsi tərəf onun üzərinə gəlməsini görmüşdür. O, bunu görüb tormoz etmiş, lakin qəzanın qarşısını ala bilməmiş və bundan sonra, həmin avtomobilin arxa hissəsi onun avtomobilin qarşı hissəsinə dəymiş, sonra isə, həmin avtomobilin ön hissəsi yolun sağ tərəfində olan dəmirə dəymişdir. Qəza nəticəsində o və qaynanası Rəhimə xəsarət almışdır. Həmçinin, digər sürücü də xəsarət almışdır. Bundan sonra isə, onları Şamaxı Rayon Xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, “Kia” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölmüşdür. Baş vermiş qəzadan əvvəl hava açıq, yol quru olmuş və heç bir maddənin və spirtli içkinin təsiri altında olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X2 hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd olunmuşdur ki, məhkəmə iclaslarında səhhəti ilə əlaqədar iştirak edə bilmir, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün, onun həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərmişdir ki, Yadulla Niyazov oğludur. Yadulla dayısı Xeyrullanın sürücüsü kimi işləmişdir. Buna görə də, dayısına məxsus “Kia” markalı, **-LH- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. X4 rayonu, Şirvan kəndində evi vardır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmuşdur. Yadulla Xeyrulla ilə ikisi birlikdə Şamaxı rayonuna getmişdirlər. Həmin gün nahardan sonra Yadullanın Şirvan kəndindən çıxıb siqaret almaqdan ötrü yaxınlıqdakı mağazaya getməsini və həmin vaxt yol-nəqliyyat hadisəsi baş verməsini, xəsarət almasını eşitmişdir. Bundan sonra oğlu Yadulla komada olduğuna görə, oğlunu Bakı şəhərində olan Neyrocərrahiyyə xəstəxanasına aparmışdırlar. xx.xx.2023-cü il tarixdə isə Yadulla müalicə aldığı xəstəxanada vəfat etmişdir. Yol-nəqliyyat hadisəsində digər sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs qəzadan sonra onlara yas verməyə gəlməmiş, heç bir üzrxahlıq etməmiş və xəstəxanaya gəlməmişdir. Təqsirləndirilən şəxs avtomobili düzgün idarə etsəydi, qəza baş verməzdi və qəzanın qarşısını ala bilərdi. Lakin, onun ehtiyatsızlığı ucbatından qəza baş vermiş və oğlu Yadulla qəza nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Şahid məhkəməyə ünvanladığı müraciətindən görünür ki, o, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. Kürəkəni “VAZ-21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 2023-cü ilin sentyabr ayının sonlarında kürəkəni Adil onu Bakı şəhərinə həkimə aparmışdır. Həkimdən keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə geri qayıtmalı olmuşdur. xx.xx.2023-cü il tarixdə Adil ilə birlikdə, saat 14 radələrində Bakı şəhərindən Adilin idarə etdiyi avtomobil ilə Şəki rayonuna getməkdən ötrü yola çıxmışdır. Avtomobili Adil idarə edirdi, o isə ön oturacaqda əyləşmişdir. Bakı şəhərindən çıxdıqdan sonra, Şamaxı yolu ilə Şəki rayonuna hərəkət etməyə başlamışdırlar. Şamaxı rayonuna çatdıqdan sonra, təxminən saat 16:30 radələrində Muğanlı dairəsinə çatmışdırlar. İsmayıllı yolunun təmiri ilə əlaqədar, Ağsu rayon ərazisindən keçməklə, Şəki rayonuna getməyi qərara almışdırlar. Bundan sonra isə, Muğanlı dairəsindən Ağsu rayon istiqamətində hərəkət etməyə başlamışdır. Adil sürət radarını keçdikdən sonra, öz yolu ilə hərəkət etmişdir. Hərəkətdə olan zaman, qarşı zolaqda “Kia” markalı avtomobilin idarə etməsinin itirməsini görmüşdür. Belə ki, həmin avtomobil idarəetməsini itirdiyi üçün, qarşı zolaqdan onların üzərinə gəlməsini görmüşdür. Həmin avtomobil idarə etməsini itirdiyi üçün, fırlanaraq onların zolağına çıxmışdır. Adil avtomobilin gəlməsini gördüyü anda, tormoz etmiş, lakin qəzanın qarşısını ala bilməmiş və bundan sonra, həmin avtomobilin arxa hissəsi zolağında avtomobilin qarşı hissəsinə dəymişdir. Bundan sonra isə, qəza nəticəsində o, və Adil xəsarət almış və onları Şamaxı Rayon Xəstəxanasına aparmışdırlar. Hadisədən əvvəl hava açıq, yol quru olmuş, avtomobildən qarşı hissəni görmək mümkün olmuş və kürəkəni Adil heç bir maddənin və spirtli içkinin təsiri altında olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 103/MEŞ saylı ekspert rəyində göstərilmişdir ki, X2 meyitinində aşağıdakı xəsarətər aşkar edildi: baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar, beyin yarımkürələrinin alın-bazal şöbəsinin qansızması, sağ alın və sağ qaşüstü nahiyələrinin əzilmiş cırılmış yaraları, başın alın-təpə nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma, burun sümüyünün sınığı və ağciyərlərin əzilməsi, travmatik kontuziyası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sürücüsü olduğu avtomaşının salonunda yarana bilərdilər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 14:50-də Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir. X2 ölümünün bilavasitə səbəbi - başın ağır küt travması ilə əlaqədar, baş beyin toxumasına, mədəciklərinə və qişaları altına qansızmalar, beyin yarımkürələrinin alın-bazal şöbəsinin qansızması, baş beyninin və beyin kötüyünün ödemi olmuşdur. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya təqdiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3347 saylı ekspert rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ-21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AF seriyalı 224414 nömrəli sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2028-ci il tarixədək qüvvədədir. İş materiallarından görünür ki, “Kia Pride” markalı, **-LH-*** və “VAZ-21099” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə təhvil verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə, zərərçəkmiş X2 idarə etdiyi “Kia Pride” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21099” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə, zərərçəkmiş X2 idarə etdiyi “Kia Pride” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-24/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-24/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver