Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-25/2020 22.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1966-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri Nəsimi rayonu N.Məlikov küçəsi dalan 3 mənzil 52-də görüşüb sonuncunun həyat yoldaşı X4 vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün təqaüd almasına köməklik edəcəyinə yalan vəd verib ondan vahid niyyətlə 1000(bir min) manat, 12 mart 2019-cu il tarixdə Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Günəşli” sanatoriyasında 500 (beş yüz) manat, 15 aprel 2019-cu il tarixdə yaşadığı ünvanda 500(beş yüz) manat, 04 may 2019-cu il tarixdə isə yenə də yaşadığı ünvanda 500(beş yüz) manat, cəmi 2500(iki min beş yüz ) manat məbləğində pulu alaraq, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə o, təkrarən Zərərçəkmiş şəxs1 məxsus Şamaxı rayonu Meysəri kəndindəki evində 15 may 2019-cu il tarixdə görüşüb sonuncuya Qarabağ döyüşlərində iştirakına görə əlillik vəsiqəsini almasına köməklik edəcəyinə yalan vəd verib ondan vahid niyyətlə 1000 (bir min) manat, 25 iyun 2019-cu il tarixdə isə poçt vasitəsilə 660(altı yüz altmış) manat, cəmi 1660(bir min altı yüz altmış) manat məbləğində pulu alaraq, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan əlavə o, təkrarən Zərərçəkmiş şəxs2 məxsus Şamaxı rayonu Meysəri kəndindəki evində görüşüb sonuncunun azyaşlı xəstə övladı Rəvan Bayramova əlillik vəsiqəsini almasına köməklik edəcəyinə yalan vəd verib ondan vahid niyyətlə 08 avqust 2019-cu il tarixdə Azərpoçt MMC vasitəsi ilə 639(altı yüz otuz doqquz) manat, 04 sentyabr 2019-cu il tarixdə isə Şamaxı rayon Mərkəzi xəstəxanasının həyətində nağd 600(altı yüz) manat, cəmi 1239(bir min iki yüz otuz doqquz) manat məbləğində pulu alaraq, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 2019-cu ilin may ayında Şamaxı rayonu Meysəri kəndində rəfiqəsi Səriyyəgilə qonaq gedərkən orada Meysəri kənd sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Həmin vaxt söhbət əsnasında Famil ona Qarabağ döyüşlərində xəsarət alıb qospitalda müalicə olunmasını və bununla bağlı sənədlərinin olmasını, lakin təqaüd düzəltdirə bilmədiyini demiş, o isə Famildən qeyd etdiyi sənədləri istəyib baxdıqdan sonra ona təqaüd düzəltdirə biləcəyini və ona təqaüd düzəltdirməyinin 1600 manat xərci olduğunu demişdir. Famil onunla razılaşaraq 2019-cu ilin may ayının 15-də Meysəri kəndində ona 1000 manat pul vermişdir. O, Famildən pulu aldıqdan sonra Bakı şəhərinə getmiş, xx.xx.2019-cu il tarixdə Familin mobil telefonuna zəng vuraraq danışdıqları 600 manatı da ondan istəmiş və Famil poçt vasitəsi ilə ona 660 manat pul göndərmişdir. Pulu göndərəndən təxminən bir həftə sonra o, Familin telefonuna zəng vuraraq Bakı şəhərinə çağırmış və orada Respublika xəstəxanasına gedərək orada Famili müayinə etdirmişdir. Müayinədən sonra Famil Şamaxıya evinə qayıtmışdır. Həmin vaxtdan sonra Famil onun mobil telefonuna zəng vurduqda o, Familə pulunu qaytaracağını bildirmiş, lakin sonra onun pulunu qaytara bilmədiyi üçün Familin onun barəsində Şamaxı RPŞ-nə ərizə yazdığını eşitmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 ona zəng vuraraq oğlunun yanıq xəsarəti almasını və ona təqaüd düzəltdirmək istədiyini ona bildirmişdir. Həmin vaxt o, bilmişdir ki, onun nömrəsini Taryel rəfiqəsi Səriyyədən alıb və onun barəsində Səriyyə ona deyib. Taryellə söhbət zamanı o, Taryelə bildirmişdir ki, oğlunun sənədlərini və 650 manat pul göndərsin işini özü düzüb qoşacaq. Sonra onun özünə də hörmət edər. xx.xx.2019-cu il tarixdə Taryel poçt vasitəsilə ona 639 manat pul göndərmiş, uşağın sənədlərinin surətini isə Səriyyənin vasitəsilə ona göndərmişdir. Həmin vaxtdan təxminən bir ay sonra o, Taryelin mobil telefonuna zəng vuraraq bildirmişdir ki, Şamaxı rayon Mərkəzi Xəstəxanasına gəlib göndəriş götürüb sənədləri düzəldəcək. 2019-cu ilin sentyabr ayının 4-də o, Şamaxı rayon Mərkəzi xəstəxanasına gələrək Taryelə zəng vurub çağırmış, Taryel oğlu Rəvanla birgə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gəlmiş, orada o, uşağı müayinə etdirərək göndəriş götürmüş və Taryelə bildirmişdir ki, onların gəlməyinə ehtiyac yoxdur, özü sənədləri düzəldəcəkdir. Ondan sonra o, Taryelə əlavə 550 manat pul verməli olduğunu demiş, həmin vaxt Taryel Şamaxı rayon Mərkəzi Xəstəxanasının qarşısında ona 600 manat pul vermişdir. Ondan sonra Taryel onun mobil telefonuna zəng vurduqda işin gecikdiyini görüb 2020-ci ilin yanvar ayında ona zəng vurub pulunu qaytarmasını tələb etmiş, daha sonra onun pulunu qaytara bilmədiyi üçün Taryelin də onu aldatması barədə Şamaxı RPŞ-nə ərizə yazdığını eşitmişdir. Bundan sonra Ağdaş rayon sakini Zərərçəkmiş şəxs3 2019-cu ilin yanvar ayından rəfiqəsi Məlahətin vasitəsi ilə tanımış, Xatirə ilə tanış olduqdan sonra söhbət əsnasında Xatirə ona həyat yoldaşının uzun illərdi vərəm xəstəsi olduğunu və xəstəliklə bağlı ona pensiya düzəltmək istədiyini demiş, o, bu işlə maraqlanıb Xatirəyə bir cavab deyəcəyini bildirərək Xatirənin həyat yoldaşına X1 verilən sənədlərin və şəxsiyyət vəsiqəsinin surətini ondan almışdır. Bir neçə gündən sonra Xatirənin evinə gedib onunla görüşmüş və həyat yoldaşına xəstəliklə bağlı pensiya düzəldilməsi məsələsi ilə maraqlandığını, həyat yoldaşına əvvəlcə 2-ci qrup əlillik dərəcəsi alıb sonra ona əlilliklə bağlı pensiya düzəldə biləcəyini və ayda təxminən 300-400 manat arasında pensiya alacağını bildirmişdir. Eləcə də sənədləşmə işlərinin təxminən 3-4 ay çəkəcəyini və bu işin həll olunması üçün 2500 manat pul lazım olduğunu bildirmiş, həmin vaxt Xatirə hazırda o qədər məbləğdə pulunun olmadığını, həmin pulu 3-4 ay ərzində verə biləcəyini dedikdə o, da Xatirə ilə razılaşmışdır. Xatirə həyat yoldaşına pensiya düzəldilməsi məsələsinin həll edilməsi ilə bağlı birinci dəfə ona 2019-cu ilin fevral ayının 17-də hazırda yaşadığı ünvan 1 ünvanda 1000 manat, ikinci dəfə 2019-cu ilin mart ayının 12-də Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Günəşli” sanatoriyasında 500 manat, üçüncü dəfə 2019-cu ilin aprel ayının 15-də yaşadığı ünvanda 500 manat və sonuncu dəfə 2019cu ilin may ayının 4-də yenə də yaşadığı ünvanda 500 manat pul vermiş, ümumilikdə ona 2500 manat pul vermişdir. Hər dəfə pul verərkən o, Xatirəyə həyat yoldaşına pensiya düzəldilməsi məsələsi ilə bağlı sənədləşmə işlərini gördüyünü və 2019-cu ilin may ayının sonlarında və ya iyun ayının əvvəllərində həyat yoldaşının pensiya alacağını bildirmişdir. Lakin o, dediyi müddətdə Xatirənin həyat yoldaşının pensiya məsələsini həll edə bilməmiş, ona görə də müddət başa çatdıqdan sonra hər dəfə Xatirə onunla əlaqə saxladıqda o, sənədləşmə işlərinin yubandığını bildirərək tez zamanda məsələni həll edəcəyinə söz vermişdir. 2019-cu ilin avqust ayına kimi o, Xatirənin həyat yoldaşına xəstəliklə bağlı pensiya düzəldilməsi məsələsini həll edə bilməmiş, bundan sonra o, Xatirə ondan tələb etmişdir ki, əgər pensiyanı düzəldə bilmirsə ona verdiyi pulları qaytarsın. Həmin 2500 manat pulu o, Xatirəyə qaytara bilmədiyi üçün sonradan eşitmişdir ki, Xatirə ondan Azərbaycar Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək onu aldadaraq pensiya düzəldəcəyi adı ilə 2500 manat pulunu ələ keçirməsi barədə məlumat verib. Xatirədən başqa Şamaxı rayon Meysəri kənd sakini Zərərçəkmiş şəxs1 ona əlillik təqaüdu düzltmək adı ilə 1660 manat, Zərərçəkmiş şəxs2 isə xəstə uşağına təqaüd düzəltmək adı ilə 1239 manat pul aldığını, başqa heç kimdən onlar üçün təqaüd düzəldəcəyi adı ilə pul almadığını qeyd etmişdir. Aldığı pulların bir qismini qaytarmış, qalanını isə qısa müddətdə qaytarcaqdır. Əməlindən peşimandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, o, 1993-1994-cü illərdə Qarabağ döyüşlərində iştirak etmiş, həmin vaxtı sağ diz nahiyyəsindən xəsarət alaraq hospitalda müalicə olunmuşdur. Qarabağ döyüşlərində xəsarət almasına baxmayaraq o, təqaüd almır. 2019-cu ilin may ayında yaşadığı Şamaxı rayonu Meysəri kəndinə qonaq gəlmiş Gülnarə adlı qadınla tanış olmuş həmin vaxt söhbət əsnasında Gülnarə ona bildirmişdir ki, ona təqaüd düzəldə bilər. O, Gülnarəyə Qarabağ döyüşlərində xəsarət alıb hospitalda müalicə olunması və bununla bağlı sənədlərinin olmasını, lakin təqaüd düzəltdirə bilmədiyini demiş, Gülnarə isə ondan sənədləri istəmiş, o da döyüşdə olması və xəsarət alaraq hospitalda yatması barədə olan sənədlərini Gülnarəyə vermişdir. Gülnarə sənədlərə baxdıqdan sonra ona təqaüd düzəltdirə biləcəyini demiş və ona bildirmişdir ki, təqaüd düzəltdirməyin 1600 manat xərci var. O, Gülnarə ilə razılaşaraq 2019-cu ilin may ayının 15-də kənddə Gülnarəyə 1000 manat pul vermiş, Gülnarə ondan pulu aldıqdan sonra Bakı şəhərinə getmişdir. xx.xx.2019-cu il tarixdə Gülnarə onun mobil telefonuna zəng vuraraq danışdıqları 600 manatı da ondan istəmiş və o, Şamaxı rayon mərkəzi poçtuna gedərək poçt vasitəsi ilə Gülnarəyə 660 manat pul göndərmişdir. Pulu göndərəndən təxminən bir həftə sonra Gülnarə onun telefonuna zəng vuraraq Bakı şəhərinə çağırmış və orada Respublika xəstəxanasında onu müayinə etdirmişdir. Həmin vaxtdan sonra o, Gülnarənin mobil telefonuna zəng vurduqda əvvəlcə o pulunu qaytaracağını bildirmiş, sonra isə o, Gülnarəyə nə qədər zəng vursa da Gülnarə onun telefonuna cavab vermədiyi üçün o, məcbur olub bu barədə Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 1100 manat pul qaytarmalıdır. Onu həbs olunmasını istəmədiyini, pulunu tələb etdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, onun oğlu Rəvan 2018-ci ilin may ayında evdə qaynar qazana düşərək yanmış və bir ay müddətində Bakı şəhəri 5 nömrəli xəstəxanada müalicə olunmuşdur. Oğlu yanaraq xəsarət almasına baxmayaraq o oğluna təqaüd düzəltdirə bilməmişdir. 2019-cu ilin avqust ayında evdə söhbət edən zaman əmisi gəlini Səriyyə ona demişdir ki, Gülnarə adlı qadın tanıyır, o vətəndaşlara təqaüd düzəldir. O, Səriyyədən Gülnarənin telefon nömrəsini götürüb 2019-cu ilin avqust ayının əvvəllərində ona zəng vurmuş, oğlunun yanıq xəsarəti almasını və ona təqaüd düzəltdirmək istədiyini Gülnarəyə bildirmişdir. Gülnarə ona işini düzüb qoşması üçün oğlunun sənədlərini və 650 manat pul göndərməsini demişdir. O, xx.xx.2019-cu il tarixdə Şamaxı rayonu mərkəzi poçtuna gələrək Gülnarəyə 639 manat pul göndərmişdir. Daha doğrusu o, 650 manat pulu Gülnarəyə göndərmək üçün poçta vermiş, həmin puldan 10,40 manat rüsum tutulduğu üçün qalan 639 manatı Gülnarəyə göndərmişdir. Uşağın sənədlərinin surətini isə əmisi gəlini Səriyyənin vasitəsilə Gülnarəyə göndərmişdir. Həmin vaxtdan təxminən bir ay sonra Gülnarə onun mobil telefonuna zəng vuraraq Şamaxı rayon Mərkəzi Xəstəxanasından göndəriş götürüb sənədləri düzəldəcəyini demiş, 2019-cu ilin sentyabr ayının əvvəllərində Gülnarə Şamaxı rayon Mərkəzi xəstəxanasına gələrək oğlu Rəvanı müayinə etdirərək göndəriş götürmüş və ona bildirmişdir ki, onun gəlməsinə ehtiyac yoxdur, özü sənədləri düzəldəcəkdir. Sonra Gülnarə ondan əlavə olaraq 550 manat pul istəmiş və o, Şamaxı rayon Mərkəzi Xəstəxanasının qarşısında Gülnarəyə 600 manat pul vermişdir. Həmin vaxtdan sonra o, Gülnarənin mobil telefonuna zəng vurduqda hər dəfə Gülnarə onu müxtəlif bəhanələrlə aldatmışdır. 2020-ci ilin yanvar ayında o, Gülnarəyə zəng vurub pulunu qaytarmasını ondan tələb etmiş, həmin vaxtdan sonra o, Gülnarəyə zəng vurduqda o, ya telefonu açmamış, ya da ki, başqa yerdə olmasını bəhanə edərək telefonu söndürmüşdür. Ona görə də o, məcbur olub bu barədə Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 800 manat pul qaytarmalıdır. Onu həbs olunmasını istəmədiyini, pulunu tələb etdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada uşağa dayələlik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayında tanımışdır. Gülnarə ilə onu atasının əmisi qızı Məlahət tanış etmişdir. Məlahət gözdən əlildir və o, həmin dövürdə rayondan gəlib bir müddət Bakı şəhərində onun evində qonaq qalmış, Gülnarə ilə də onun Məlahəti görmək üçün onlara qonaq gəldiyi zaman tanış olmuşdur. Sonradan Gülnarə ilə onun da münasibəti yaranmışdır. Onun həyat yoldaşı X6 uzun illərdi vərəm xəstəliyindən əziyyət çəkir. İndiyə kimi bir neçə dəfə X2 müalicə olunmuşdur. O, bir neçə ildir həyat yoldaşına xəstəliyə görə pensiya düzəltmək istəmişdir. Gülnarə ilə tanış olduqdan sonra söhbət əsnasında həyat yoldaşının uzun illərdir vərəm xəstəsi olduğunu və xəstəliklə bağlı ona pensiya düzəltmək istədiyini demiş, Gülnarə bu işlə maraqlanıb ona bir cavab deyəcəyini bildirmişdir. Həmçinin həyat yoldaşına X1 verilən sənədlərin və şəxsiyyət vəsiqəsinin surətini ondan almış, bir neçə gündən sonra yaşadığı evə gəlib onunla görüşərək həyat yoldaşına xəstəliklə bağlı pensiya düzəldilməsi məsələsi ilə maraqlandığını, həyat yoldaşına əvvəlcə 2-ci qrup əlillik dərəcəsi alıb sonra ona əlilliklə bağlı pensiya düzəldə biləcəyini və ayda təxminən 300-400 manat arasında pensiya alacağını bildirmişdir. Gülnarə sənədləşmə işlərinin təxminən 3-4 ay çəkəcəyini və bu işin həll olunması üçün 2500 manat pul lazım olduğunu demişdir. Gülnarə əvvəllər Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında işlədiyini və yaxın tanışları olduğunu, bu işi isə həmin tanışlarının vasitəsi ilə həll etdiyini demiş, lakin işi konkret olaraq kimlərin vasitəsi ilə həll edəcəyi və ondan aldığı pulu kimlərə verəcəyi ilə bağlı ona hər hansı bir məlumat verməmişdir. O, həyat yoldaşına pensiya düzəldilməsi məsələsinin həll edilməsi ilə bağlı birinci dəfə Gülnarəyə 2019-cu ilin fevral ayının 17-də hazırda yaşadığı ünvan 1 ünvanda 1000 manat, ikinci dəfə 2019-cu ilin mart ayının 12-də Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Günəşli” sanatoriyasında 500 manat, üçüncü dəfə 2019-cu ilin aprel ayının 15-də yaşadığı ünvanda 500 manat və sonuncu dəfə 2019-cu ilin may aının 04-də yenə də yaşadığı ünvanda 500 manat, ümumilikdə Gülnarəyə 2500 manat pul vermişdir. Hər dəfə pul verərkən Gülnarə həyat yoldaşına pensiya düzəldilməsi məsələsi ilə bağlı sənədləşmə işlərini gördüyünü və dediyi müddətdə yəni, 2019-cu ilin may ayının sonlarında və ya iyun ayının əvvəllərində həyat yoldaşının pensiya alacağını bildirmişdir. Gülnarənin dediyi müddət başa çatdıqdan sonra hər dəfə onunla əlaqə saxladıqda o, sənədləşmə işlərinin yubandığını bildirmiş və tez zamanda məsələni həll edəcəyinə söz vermişdir. 2019-cu ilin avqust ayına kimi Gülnarə həyat yoldaşına xəstəliklə bağlı pensiya düzəldilməsi məsələsini həll edə bilməmiş, bundan sonra o, Gülnarədən ona verdiyi pulları geri qaytarmasını tələb etmiş, o, isə məsələni həll edəcəyini bildirmişdir. Son vaxtlar Gülnarə onun telefon zənglərinə cavab vermədiyi üçün onun qızının yaşadığı ünvanı öyrənib oraya getmiş, qızı anası ilə əlaqəsi olmadığını və anasının ondan başqa da 4-5 nəfəri aldadaraq pensiya düzəltmək adı ilə pullarını ələ keçirdiyini bildirmişdir. Lakin o, Gülnarənin ondan başqa kimləri aldatmasını və onlardan nə qədər pul almasını bilmədiyini, bundan sonra məcbur olub Azərbaycar Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs aldadaraq pensiya düzəldəcəyi adı ilə 2500 manat pulunu ələ keçirməsi barədə məlumat verdiyini də bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 1900 manat pul qaytarmalıdır. Onun həbs olunmasını istədiyini, pulunu tələb etdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Bayramalı qızı ifadə verərək Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq edərək həqiqətən də Təqsirləndirilən şəxs adlı qadının həyat yoldaşını aldadaraq ona təqaüd düzəldəcəyi adı ilə 1660 manat pulunu ələ keçirməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edərək həqiqətən də Təqsirləndirilən şəxs adlı qadının həyat yoldaşını aldadaraq 2018-ci ilin may ayında evdə qaynar qazana düşərək yanmış oğlu Rəvana təqaüd düzəldəcəyi adı ilə 1239 manat pulunu ələ keçirməsini bildirmişdir. İş materiallarında olan DİN-nin baş əməliyyat və Statistik informasiya idarəsinin 08 aprel 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan ƏSMM Nazirliyi yanında DSMF Salyan rayon şöbəsi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 025906 saylı vəsiqənin surətindən görünür ki, o, ömürlük İ qrup əlildir. İş materiallarında olan Salyan rayon İHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 may 2020-ci il tarixli 611 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il təvəllüdlü oğlu X5, 1984-cü il təvəllüdlü gəlini X3, 2009-cu il təvəllüdlü nəvəsi X7 və nəvəsi 2010-cu il təvəllüdlü X8 ilə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayır. İş materiallarında olan Salyan rayon İHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədə göstərilir ki, o, yaşadığı ərazidə özünü pis aparmamış, həmişə özündən böyük və kiçiklərlə pis davranmamış, öz yaşıdları ilə pis münasibətdə olmamışdır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qızına elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs qızına cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndiriməsini, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini qaytarmasını, İ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs qızına cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qızının 23 aprel 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Cəzanın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2(iki)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən 23 aprel 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzatəi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cəzanın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan tələbi ilə bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(074)-25/2020
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-25/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver