Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-25/2024 31.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Əmirzadə (Eyvazova) Xədicə Nurəddin qızının nümayəndəsi - X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1984-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, cavabdeh kimi ondan, xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq, Əmirzadə (Eyvazova) Xədicə Nurəddin qızına verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-1789/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(074)-218/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək, məsuliyyəti elan olunmaqla, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2023-cü il tarixinə kimi 3900 manat məbləğində aliment borcunu ödəməyərək, zərərçəkmiş şəxs Əmirzadə (Eyvazova) Xədicə Nurəddin qızına maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2011-ci ildə o, X3 ilə ailə qurmuş və birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2010-cu il təvəllüdlü Ramal adlı övladları anadan olmuşdur. İlk əvvəl Xədicə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş və bu səbəbdən, ayrılmaq qərarına gəlmişdir. Xədicə himayəsində olan uşaqların saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ondan birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay cəmi 100 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, məhkəmə qətnaməsi icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Ara-sıra aliment ödənişləri etsə də, pandemiya dövründə yaşadığı Rusiyada işsizlik olduğundan, geri qayıtmış və burada olan vaxtlar imkanının kifayət qədər olmaması səbəbindən, aliment borcu yaranmışdır. Nəticədə Xədicəyə ödənilməmiş aliment borcu 3900 manat təşkil etmişdir. Sonradan, Rusiyada yenidən ailə həyatı qurmuş, lakin həmin evlilikdən övladı olmamışdır. Hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, taksi fəaliyyəti ilə məşğul olmuş, həmçinin xarici turistləri daşıma şirkətində sürücü kimi işləmişdir. Hazırda isə 3900 manat aliment borcunu tam olaraq Əmirzadə (Eyvazova) Xədicə Nurəddin qızına ödəmişdir. Odur ki, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, həmin şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əmirzadə (Eyvazova) Xədicə Nurəddin qızının nümayəndəsi X4 bildirdi ki, 2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə qızı Xədicə ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Ramal adlı övladları anadan olmuşdur. Qızı Xədicənin əvvəllər Ramin ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Ramin uşaqları ilə maraqlanmadığından, tüfeyli həyat tərzi sürdüyündən, onlar ayrılmış və övladları Xədicənin himayəsində qalmışdır. Bundan sonra, Xədicə aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Ramal adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə borcluya xəbərdarlıq edilmişdir. Daha sonra, məhkəmənin qərarı ilə borclu Təqsirləndirilən şəxs 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da, icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, xx.xx.2023-cü il tarixə ödənilməmiş aliment borcu 3900 manat təşkil etmişdir. Hazırda iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən həmin 3900 manat aliment borcunun tam olaraq ödənildiyini, bu barədə qızı Xədicənin notarial qaydada təsdiq edilmiş ərizəsinin olduğunu, Xədicənin heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1789/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment alınıb, X2 verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1789/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-218/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)-1789/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs Əmirzadə (Eyvazova) Xədicə Nurəddin qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək olan aliment borcunu tam şəkildə ödəmiş və bu səbəbdən, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş və müdafiəçisi Müdafiəçi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, aliment borcu tam ödənildiyindən, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin şikayətinin olmaması barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, verilmiş ittiham üzrə xx.xx.2023-cü il tarixədək yaranmış aliment borcunu tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-25/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-25/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver