Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-25/2025 16.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1991-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1992-ci ildə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 22 mart 1995-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyun 2022-ci il tarixdə saat 10 radələrində 30 manata sifariş verdiyi, taksi sürücüsü işləyən tanışı cinayətdən xəbərsiz Şahid idarə etdiyi “Kia Rio” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 məxsus, Xızı rayonu ərazisində yerləşən “Maaş” adlanan fermer təsərrüfatına gəlib həmin yataqda olan Zərərçəkmiş şəxs2 məxsus uzunluğu 194 sm, diametri 7 sm, çəkisi 13 kiloqram olan bir ədəd 3 manat dəyərində dəmir borunu, uzunluğu 150 sm, diametri 7 sm, çəkisi 9 kiloqram olan bir ədəd 10 manat dəyərində dəmir borunu, uzunluğu 37 sm, diametri 7 sm, çəkisi 2 kiloqram olan bir ədəd 2,50 manat dəyərində dəmir borunu, uzunluğu 105 sm, çəkisi 9 kiloqram olan bir ədəd 10 manat dəyərində künclüyü (uqolniki), uzunluğu 156 sm, çəkisi 25 kiloqram olan bir ədəd 25 manat dəyərində künclüyü (uqolniki), uzunluğu 205 sm, eni 30 sm, çəkisi 41 kiloqram olan bir ədəd 45 manat dəyərində dəmir listi, hündürlüyü 175 sm, eni 65 sm, çəkisi 7 kiloqram olan bir ədəd 10 manat dəyərində dəmir çərçivəni, uzunluğu 175 sm, eni 15 sm, çəkisi 43 kiloqram olan bir ədəd 45 manat dəyərində dəmir məhəccəri və hündürlüyü 193 sm, eni 87 sm, çəkisi 57 kiloqram olan bir ədəd 120 manat dəyərində dəmir qapını gizli olaraq talayıb Şahid idarə etdiyi avtomobilin arxa yük yerinə yığaraq aparmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 270,5 (iki yüz yetmiş manat əlli qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyun 2022-ci il tarixdə saat 10 radələrində 30 manata sifariş verdiyi, taksi sürücüsü işləyən tanışı cinayətdən xəbərsiz Şahid idarə etdiyi “Kia Rio” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 məxsus, Xızı rayonu ərazisində yerləşən “Maaş” adlanan fermer təsərrüfatına gəlib həmin yataqda olan Zərərçəkmiş şəxs2 məxsus uzunluğu 194 sm, diametri 7 sm, çəkisi 13 kiloqram olan bir ədəd 3 manat dəyərində dəmir borunu, uzunluğu 150 sm, diametri 7 sm, çəkisi 9 kiloqram olan bir ədəd 10 manat dəyərində dəmir borunu, uzunluğu 37 sm, diametri 7 sm, çəkisi 2 kiloqram olan bir ədəd 2,50 manat dəyərində dəmir borunu, uzunluğu 105 sm, çəkisi 9 kiloqram olan bir ədəd 10 manat dəyərində künclüyü (uqolniki), uzunluğu 156 sm, çəkisi 25 kiloqram olan bir ədəd 25 manat dəyərində künclüyü (uqolniki), uzunluğu 205 sm, eni 30 sm, çəkisi 41 kiloqram olan bir ədəd 45 manat dəyərində dəmir listi, hündürlüyü 175 sm, eni 65 sm, çəkisi 7 kiloqram olan bir ədəd 10 manat dəyərində dəmir çərçivəni, uzunluğu 175 sm, eni 15 sm, çəkisi 43 kiloqram olan bir ədəd 45 manat dəyərində dəmir məhəccəri və hündürlüyü 193 sm, eni 87 sm, çəkisi 57 kiloqram olan bir ədəd 120 manat dəyərində dəmir qapını gizli olaraq talayıb Şahid idarə etdiyi avtomobilin arxa yük yerinə yığaraq aparmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 270,5 (iki yüz yetmiş manat əlli qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə 09 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şamaxı rayonu Ovculu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə çəpərdən aşmaqla daxil olaraq həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan taxta metarialdan inşa edilmiş, üstü açıq qəhəlin qapısını açmaqla orada saxlanılan 3 baş xırdabuynuzlu heyvanı (keçi) gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə 09 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şamaxı rayonu Ovculu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə çəpərdən aşmaqla daxil olaraq həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan taxta metarialdan inşa edilmiş, üstü açıq qəhəlin qapısını açmaqla orada saxlanılan 3 baş xırdabuynuzlu heyvanı (keçi) gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, bu məqsədlə 09 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şamaxı rayonu Ovculu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə çəpərdən aşmaqla daxil olaraq həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan taxta metarialdan inşa edilmiş, üstü açıq qəhəlin qapısını açmaqla orada saxlanılan 3 baş xırdabuynuzlu heyvanı (keçi) gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuşdur. O, Təqsirləndirilən şəxs2 təxminən 2022-ci ilin may ayından yaşadığı qəsəbədən tanımışdır. Belə ki, İsmayılın qardaşı Eldəniz onunla qonşuluqda yaşamışdır. O, Şahid qəsəbədən tanımış, sonuncu taksi fəaliyyəti ilə məşğul olmuşdur. 15 iyun 2022-ci il tarixdə səhər saatlarında o, qəsəbədə olan zaman İsmayılla görüşüb sonuncuya Elvinlə birlikdə dəmir gətirməyə gedəcəklərini, gedəcəkləri yerdə yeyib içəcəyini demiş və onlarla birlikdə getməsini təklif etmişdir. İsmayıl onunla razılaşmışdır. Sonra o, Elvinlə görüşüb onları Çaylı kəndinə aparmasını, oradan dəmir parçaları gətirəcəyini bildirmiş və Elvinlə 30 manata razılaşmışdır. Elvin ona bir saatlıq işinin olduğunu və işini qurtardıqdan sonra gedəcəklərini bildirmişdir. Təxminən bir saat sonra Elvin idarə etdiyi “Kia Rio” markalı **- UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onu və İsmayılı götürmüşdür. Sonra yaşadığı qəsəbədə yerləşən marketdən 1 litr spirtli içki və yeyəcək alıb yola düşmüşlər. Onlar Elvinin idarə etdiyi avtomobillə Çaylı kəndindən bir neçə kilometr məsafədə yerləşən dağlıq ərazidəki bir fermanın yaxınlığında avtomobili saxlayıb orada yeyib-içmişlər. Sonra onlar yola davam etmiş və qarşılarına sahibsiz ferma çıxmışdır. O, həmin fermanın qarşısında Elvinə avtomobili dayandırmasını bildirmiş və o, avtomobildən düşüb fermaya yaxınlaşmışdır. Həmin vaxt o, fermanın həyətindən dəmir borular və dəmir parçaları görmüşdür. O, İsmayılı da çağırmışdır. O, İsmayıla fermanın həyətində olan dəmirləri göstərib həmin dəmirləri oğurlayıb Elvinin avtomobilinə yükləyərək sonra satıb pul əldə etmələrini demiş, İsmayıl da onunla razılaşmışdır. Həmin vaxt onlar dəmirləri oğurladıqlarını Elvinə bildirməmək qərarına gəlmişlər. O, fermada hər hansı bir şəxsin, nə də mal-qaranın olmadığını görmüşdür. Onlar fermada hər hansı bir şəxsin olub-olmadığına əmin olmaq üçün birlikdə bir neçə dəfə "dayı, dayı" deyərək ferma sahibin səsləmişlər. Onlar fermada heç kimin olmadığına əmin olduqdan sonra orada yerləşən qoyun saxlanılan tövlənin yanında yerdə dağınıq formada olan dəmirləri görmüş və həmin dəmirləri oğurlamaq qərarına gəlmişlər. Həmin dəmirlər kiçik ölçülü borular, dəmir hissələri, qapı və qırıntılarından ibarət olmuşdur. Onlar Elvini də köməyə çağırmışlar. Elvin, o və İsmayıl dəmirləri yerdən götürüb avtomobilin yük yerinə yığmışlar. Onlar avtomobilə təxminən 90 kiloqram çəkidə dəmir yükləmişlər. Onlar fermadan təxminən 50 metr kənarlaşanda fermanın digər tərəfindən qara rəngli “Niva” markalı avtomobil gələrək Elvinin avtomobilinin arxa tərəfində dayandırmışdır. Həmin avtomobildə bir nəfər sürücü olmuş, başqa şəxs olmamışdır. Elvin həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs onlara “gedin, gedin” demişdir. Elvin avtomobilini işə salıb hərəkətə başlayan zaman “Niva” markalı avtomobilin sürücüsü mane olmağa çalışmışdır. Həmin vaxt “Niva” markalı avtomobilin sürücüsü əlindəki telefonla onları video görüntüyə çəkmişdir. Həmin vaxt Elvin dəmirlərin oğurluq olduğunu bilmiş və avtomobilini dayandırmışdır. Elvin dəmirləri avtomobilindən boşaltmalarını tələb etmişdir. O, İsmayılla birlikdə dəmirləri yerə boşaltmışlar. Sürücü əlindəki telefonla video çəkərək polisə məlumat verdiyini, qaça bilməyəcəklərini demişdir. Elvin avtomobilini idarə edərək hərəkətə davam etmişdir. Onlar təxminən 4-5 kilometr məsafə hərəkət etmişlər. “Niva” markalı avtomobil isə onların arxasınca gəlmişdir. Onlar qarşı tərəfdən ağ rəngli “Niva” markalı avtomobilin gəldiyini görüb avtomobildə polis əməkdaşlarının ola biləcəyini hesab etmişlər. Bu səbəbdən Elvin avtomobilini dayandırmış və onlar aşağı düşüb qaçaraq oradan uzaqlaşmışlar. O, Elvin və İsmayıldan ayrılıb qaçmağa başlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs4 onunla qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs4 bir ildən çoxdur ki tanıyır, Ağdam rayon sakini Təqsirləndirilən şəxs3 təxminən 3-4 aydır ki tanımışdır. xx.xx.2024-cü il tarixdə 17:45 radələrində yaşadığı Müşfiqabad qəsəbəsində Ağdam rayon sakini Təqsirləndirilən şəxs3 ilə görüşmüş, ona məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub Müşfiqabad qəsəbəsində yerləşən “Rahat” marketin qarşısına getmiş, Təqsirləndirilən şəxs4 də Müşfiqabad qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında olmuş, onlar marketdən siqaret almış və marketdən çıxıb Təqsirləndirilən şəxs4 Şamaxı rayonu Çöl Bağırlı kəndinə dayısı oğlu İmarət Rəsulovun toy mərasiminə gedəcəklərini söyləmiş, Təqsirləndirilən şəxs4 onu da Şamaxı rayonuna aparmağını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə 18:00 radələrində Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və o, üçü birlikdə Təqsirləndirilən şəxs3 məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu istiqamətinə yola düşmüşlər. Avtomobili Təqsirləndirilən şəxs3 idarə etmişdir. Yolda gələrkən Bakı-Şamaxı yolunda Cəngi deyilən yerdə avtomobili saxlayaraq spirtli içki olan araq almış, o və Təqsirləndirilən şəxs4 yolda gələrkən spirtli içki olan arağı içmiş, lakin sürücü Təqsirləndirilən şəxs3 spirtli içki qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Şamaxı rayonu Çöl Bağırlı kəndinə çatmış, Təqsirləndirilən şəxs3 toy baş tutan həyətə yaxın bir yerdə avtomobili saxlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 avtomobilin yanında siqaret çəkərək onu gözləmişlər. O, toy baş tutan həyətə getmiş, orada qohumlarla bir qədər söhbət etdikdən sonra avtomobilə geri qayıtmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 avtomobilə oturaraq, Bakı şəhərinə qayıtmaq üçün asfalt yol ilə hərəkətə başlamış, yenə də avtomobili Təqsirləndirilən şəxs3 idarə etmiş, o avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs4 isə arxa oturacaqda əyləşmişdir. Onlar asfalt yol ilə gəlib Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən yerə çatmış, orada Təqsirləndirilən şəxs3 avtomobili saxlamış, avtomobildən üçü də düşmüş və bulaqdan su içib əl-üzlərini yumuş, bu zaman yaxınlıqdan keçi səsləri eşitmişlər. Həyətyanı sahədən keçi səslərinin gəlməsini bilmiş və səs gələn istiqamətdə getmişlər. Həyətyanı sahə məftil çəpər ilə çəpərlənmişdir. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə birlikdə məftil çəpərin üstündən tullanaraq həyətyanı sahəyə daxil olmuş, bir neçə metr irəli getdikdən sonra orada taxta materialından inşa edilmiş, balaca bir tövlə kimi olan qəhəldə 5-6 ədəd keçi heyvanı olmasını görmüş, həmin qəhəlin qapısını üçü də köməkləşib açmış və hərəsi bir baş keçi götürərək ümumilikdə üç baş keçini oradan çıxardaraq Təqsirləndirilən şəxs3 məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə (baqaja) qoymuşlar. Daha sonra avtomobilə oturaraq, həmin oğurladıqları heyvanları Bakı şəhərinə aparmaq üçün Ağsu rayonu istiqamətinə getmiş, lakin Ağsu rayonunda olarkən yol polisi əməkdaşları onları saxlatmış və şübhələnib Ağsu rayon polis şöbəsinə dəvət etmişlər. Ağsu rayon polis şöbəsində onlar heyvanları Şamaxı rayonu Ovculu kəndindən oğurladıqlarını etiraf etmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin oğurladıqları heyvanlar Şamaxı rayonu Ovculu kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsusdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, Xızı rayonundakı fermaya əvvəllər gəlməmiş, həmin fermadan əvvəllər dəmir və digər əşyalar oğurlamamışdır. O, İsmayılla birlikdə getdiyi fermanın kimə məxsus olduğunu bilməmişdir. O, Elvinə oğurluq barədə heç nə deməmiş, Elvin onun sifarişi ilə həmin fermaya taksi sürücüsü kimi getmişdir. Zərərçəkmiş şəxs2 Xızı rayon polis şöbəsinə yalan ərizə vermişdir. Belə ki, o, İsmayılla birlikdə fermadan 5-6 min manat dəyərində dəmir oğurlamamışlar. Onlar Elvinin idarə etdiyi avtomobilin yük yürinə yerləşəcək qədər dəmir yığmış, həmin dəmirlərin 5-6 min manat maddi dəyəri olmamışdır. xx.xx.2024-cü il tarixdə 18:00 radələrində Müşfiqabad qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında o, Təqsirləndirilən şəxs4 dayısı oğlunun toy mərasiminə getməyini söyləmiş, oğurluq barədə heç bir fikirləri olmamışdır. Onlar üç baş keçini oğurlayarkən sərxoş olmuş və oğurluq səbəbini özləri də bilməmişlər. Oğurladıqları keçiləri Bakı şəhərində ya kəsib özləri istifadə etmək, ya da ki, satmaq istəmişlər. Onlar üç baş keçini oğurlayarkən üçü - Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və o olmuş, başqa heç kəs olmamışdır. Onlar üç baş keçini konkret olaraq xx.xx.2024-cü il tarixdə gecə saat 2-yə qalmış Şamaxı rayonu Ovculu kəndinin girişində “Şəhid bulağı” adlanan yerin yaxınlığındakı həyətyanı sahəyə daxil olaraq, orada olan tövlə kimi qəhəldən oğurlamışlar. Heyvanları üçü birlikdə oğurlamış, daha sonra həmin tarixdə təxminən gecə saat 3-ə işləmiş Ağsu RPŞ-nin DYPB-nin əməkdaşları onları saxlamış və Ağsu RPŞ-yə gətirmişlər. Orada videoçəkilişlə avtomobilə baxış keçirilmiş və onlar keçiləri oğurladıqlarını etiraf etmişlər, qeyd olunan oğurluq əməllərindən başqa digər oğurluq əməlləri törətməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Ağsu rayonu Qaraqaşlı kəndində anadan olmuş və həmin kənddə yaşamışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. Təxminən 2022-ci ilin may ayında o, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Quşçuluq massivində yaşayan qardaşı Eldənizin evinə qonaq getmişdir. O, həmin qəsəbədə olan zaman Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. O, Vaqifin əvvəllər cinayət törətdiyinə görə tutulduğunu, azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini bilmişdir. O, Vaqifin qardaşı Ağadadaşı da tanımışdır. Onun qardaşı Eldənizlə eyni qəsəbədə yaşayan Şahid isə təxminən bir ildir ki, tanımışdır. 15 iyun 2022-ci il tarixdə səhər saatlarında o, qəsəbədə olan zaman Vaqif onunla görüşüb Elvinlə birlikdə dəmir gətirməyə gedəcəyini demiş və ona birlikdə getməyi təklif etmişdir. O, Vaqiflə razılaşmışdır. Vaqif Abşeron rayonu Çaylı kəndinin yaxınlığında yerləşən fermaya gedəcəklərini bildirmişdir. Elvin idarə etdiyi “Kia Rio” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onu və Vaqifi götürmüşdür. Vaqif qəsəbədə yerləşən marketdən yeyibiçmək üçün 1 litirlik spirtli içki və yemək almışdır. Onlar Elvinin idarə etdiyi avtomobillə yola düşmüşlər. Onlar Çaylı kəndindən bir neçə kilometr məsafədə yerləşən dağlıq ərazidəki bir fermanın yaxınlığında avtomobildən düşüb yeyib-içmişlər. Sonra onlar yola davam etmiş və qarşılarına sahibsiz ferma çıxmışdır. Həmin fermanın qarşısında Vaqif Elvinə avtomobili dayandırmasını demiş, sonra avtomobildən düşüb fermaya yaxınlaşmışdır. Vaqif onu yanına çağırmış, fermanın həyətində olan dəmirləri göstərib həmin dəmirləri oğurlayıb Elvinin avtomobilinə yükləmələrini və satıb pul əldə etməyi təklif etmişdir. O, Vaqiflə oğurluq etməyə razılaşmışdır. O, fermada hər hansı bir şəxsin və mal-qaranın olmadığını görmüşdür. Vaqif fermanın sahibsiz olduğunu demişdir. O, Vaqiflə dəmirləri oğurladıqlarını Elvinə bildirməmək qərarına gəlmişlər. Onlar fermada hər hansı bir şəxsin olub-olmadığına əmin olmaq üçün birlikdə bir neçə dəfə "dayı, dayı" deyərək ferma sahibi səsləmişlər. Bundan sonra onlar fermada heç kimin olmadığına əmin olmuşlar. Vaqif qoyun saxlanılan tövlənin yanında yerdə dağınıq formada olan dəmirləri göstərib həmin dəmirləri oğurlayacaqlarını demişdir. Həmin dəmirlər kiçik ölçülü borular, dəmir hissələri və qırıntılarından ibarət olmuşdur. Daha sonra onlar Elvini də köməyə çağırmışlar. Vaqif, o və Elvin dəmirləri yerdən götürüb avtomobilin yük yerinə yığmışlar. Onlar avtomobilə təxminən 90 kiloqram çəkidə dəmir yükləmişlər. Bundan sonra onlar fermanın həyətindən çıxmış, təxminən 50 metr getdikdən sonra fermanın digər tərəfindən qara rəngli “Niva” markalı avtomobil gələrək Elvinin avtomobilinin arxa tərəfində dayanmışdır. Həmin avtomobildə bir nəfər sürücü olmuş, başqa şəxs olmamışdır. Elvin həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs onlara “gedin, gedin” demişdir. Elvin avtomobilini işə salıb hərəkətə başlayan zaman “Niva” markalı avtomobilin sürücüsü mane olmağa çalışmışdır. Həmin vaxt “Niva” markalı avtomobilin sürücüsü əlindəki telefonla onları videogörüntüyə çəkmişdir. Elvin dəmirlərin oğurluq olduğunu bilmiş və avtomobili dayandırmışdır. Elvin dəmirləri avtomobilindən boşaltmalarını tələb etmiş, o, Vaqiflə birlikdə dəmirləri yerə boşaltmışlar. “Niva” markalı avtomobilin sürücüsü əlindəki telefonla video çəkərək polisə məlumat verdiyini, qaça bilməyəcəklərini demişdir. Elvin avtomobilini idarə edərək onlar yoluna davam etmişlər. Onlar təxminən 4-5 kilometr məsafə hərəkət etmişlər. “Niva” markalı avtomobil isə onların arxasınca gəlmişdir. Onlar qarşı tərəfdən ağ rəngli “Niva” markalı avtomobilin gəldiyini görüb avtomobildə polis əməkdaşlarının ola biləcəyini hesab etmişlər. Bu səbəbdən Elvin avtomobilini dayandırmış və onlar aşağı düşüb qaçaraq oradan uzaqlaşmışlar. O, Vaqifin hansı tərəfə qaçdığını bilməmişdir. O, Elvinlə birlikdə Müşfiq postunun yaxınlığında yerləşən şamlıq kafesinə getmişlər. Onlar pivə içən zaman Abşeron rayon polis şöbəsinin əməkdaşları gələrək onu və Elvini saxlayıb Xızı rayon polis şöbəsinin əməkdaşlarına təhvil vermişlər. Xızı rayon polis şöbəsinin əməkdaşları onu və Elvini polis şöbəsinə gətirmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin fermaya əvvəllər gəlməmiş, həmin fermadan əvvəllər dəmir və digər əşyalar oğurlamamışdır. Vaqif ona fermadan oğurluq edəcəklərini demiş, lakin Elvinə bu barədə heç nə deməmişdir. Elvin Vaqifin sifarişi ilə həmin fermaya taksi sürücüsü kimi getmişdir. O, Vaqifi təxminən 2022-ci ilin may ayının axırlarında qəsəbə sakini kimi tanımışdır. Zərərçəkmiş şəxs2 Xızı rayon polis şöbəsinə yalan ərizə vermişdir. O, Vaqiflə birlikdə fermadan 5-6 min manat dəyərində dəmirlər oğurlamamışdır. Onlar Elvinin idarə etdiyi avtomobilin yük yürinə yerləşəcək qədər dəmir yığımış və həmin dəmirlərin 5-6 min manat maddi dəyəri olmamışdır. Onlar fermadan başqa digər yerlərdə oğurluq hadisəsi törətməmişlər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, özünün 44 günlük müharibə iştirakçısı olmasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Vaqif adlı şəxsi və Şaiq adlı şəxsi tanıyır. xx.xx.2024-cü il tarixdə axşamüstü saatlarında Təqsirləndirilən şəxs1 ilə görüşmüş, Vaqif ona dayısı oğlunun Şamaxı rayonunda toy mərasimi olmasını söyləmiş, ikisi birlikdə Şamaxı rayonuna toy mərasiminə getməyi təklif etmiş və o, etiraz etməmiş, Vaqif və o Müşfiqabad qəsəbəsində yerləşən “Rahat” marketin qarşısından keçərkən mağazadan düşüb siqaret almış, bu zaman Təqsirləndirilən şəxs4 də görmüşlər və ona da birlikdə Şamaxı rayonuna getməyi təklif etmişlər, Şaiq də etiraz etməmişdir. Onlar ona məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə 18:00 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və o, Şamaxı rayonu istiqamətinə yola düşmüşlər, avtomobili o idarə etmişdir. Yolda gələrkən Bakı- Şamaxı yolunda Cəngi deyilən yerdə avtomobili saxlayaraq spirtli içki olan araq almışlar. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 yolda gələrkən spirtli içki olan arağı içmiş, lakin o, spirtli içki qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə 22:00 radələrində Şamaxı rayonu Çöl Bağırlı kəndinə çatmışlar, kənddə Təqsirləndirilən şəxs1 bibisi oğlunun toy mərasimi keçirilirmiş, o, toy mərasimi baş tutan həyətə yaxın bir yerdə avtomobili saxlamış, Təqsirləndirilən şəxs4 və o avtomobilin yanında siqaret çəkərək Vaqifi gözləmiş, Vaqif toy mağarına getdikdən sonra geri avtomobilə qayıtmış və söyləmişdir ki, toy mərasimi başa çatıb. Daha sonra onlar avtomobilə oturaraq Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən yerə getmiş, orada bulaqdan su içmiş və əl-üzlərini yumuşlar. Bu zaman keçi səsləri eşitmişlər. Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən bulağın yaxınlığında həyətyanı sahədən keçilərin səsi gəlməsini bilmiş və səs gələn istiqamətdə getmişlər, həyətyanı sahə məftil çəpər ilə çəpərlənmişdir. O, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1lə birlikdə məftil çəpərin üstündən tullanaraq həyətyanı sahəyə daxil olmuş, bir neçə metr irəli getdikdən sonra orada taxta materialından inşa edilmiş, balaca bir tövlə kimi olan qəhəldə 5-6 ədəd keçi heyvanı olmasını görmüş, həmin qəhəlin qapısını üçü də köməkləşib açmış və hərəsi bir baş keçi götürərək ümumilikdə üç baş keçini oradan çıxardaraq ona məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə (baqaja) qoymuşlar. Daha sonra avtomobilə oturaraq, həmin oğurladıqları heyvanları Bakı şəhərinə aparmaq üçün Ağsu rayonu istiqamətinə getmiş, lakin Ağsu rayonunda olarkən yol polisi əməkdaşları onları saxlamış və şübhələnib Ağsu rayon polis şöbəsinə dəvət etmişlər. Ağsu rayon polis şöbəsində onlar heyvanları Şamaxı rayonu Ovculu kəndindən oğurladıqlarını etiraf etmişlər. Verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında oğurluq edəcəklərini bilməmiş, təsadüfən keçilərin səsini eşidib bu qərara gəlmişlər. Onlar üç baş keçini oğurlayarkən sərxoş olmuşlar və oğurluq səbəbini özləri də bilməmişlər. Oğurladıqları keçiləri Bakı şəhərində ya özləri üçün kəsib yemək, ya da satmaq istəmişlər. Onlar üç baş keçini birlikdə - o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1lə birlikdə oğurlamışlar, başqa heç kim olmamışdır. Onlar üç baş keçini konkret olaraq xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 2-yə qalmış Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən yerin yaxınlığındakı həyətyanı sahəyə daxil olaraq orada olan tövlə kimi qəhəldən üçü birlikdə oğurlamışdır. Daha sonra həmin tarixdə təxminən gecə saat 3-ə işləmiş Ağsu RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və Ağsu RPŞ-yə aparılmışlar. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, özünün 44 günlük müharibə iştirakçısı olmasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs1 əvvəllər Şamaxı rayon Çöl Bağırlı kəndində yaşamış, onu çoxdandır ki, tanıyır. xx.xx.2024-cü il tarixdə 17:45 radələrində yaşadığı Müşfiqabad qəsəbəsi S.Ə.Şirvani küçəsində yerləşən “Rahat” marketin qarşısında dayanmış, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 və əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs3 “Rahat” marketin qarşısına yaxınlaşmışlar. Onlar “Kia” markalı **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişlər, avtomobili Təqsirləndirilən şəxs3 idarə etmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək mağazaya girmişlər, siqaret aldıqdan sonra ona Şamaxı şəhərinə toya getmələrini söyləmişlər, o işsiz olduğu üçün onlardan xahiş etmişdir ki, onu da Şamaxı şəhərinə aparsınlar. xx.xx.2024-cü il tarixdə 18:00 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və o, Şahinə məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu istiqamətinə yola düşmüş, avtomobili Təqsirləndirilən şəxs3 idarə etmişdir. Yolda gələrkən Bakı-Şamaxı yolunda Cəngi deyilən yerdə avtomobili saxlayaraq spirtli içki olan araq almış, o və Təqsirləndirilən şəxs1 yolda gələrkən spirtli içki olan arağı içmiş, lakin sürücü Təqsirləndirilən şəxs3 spirtli içki qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə 22:00 radələrində Şamaxı rayonu Çöl Bağırlı kəndinə çatmışlar. Kənddə Təqsirləndirilən şəxs1 bibisi oğlunun toy mərasimi keçirilirmiş, Təqsirləndirilən şəxs3 toy mağarına yaxın bir yerdə avtomobili saxlamış, Şahin və o avtomobilin yanında siqaret çəkərək Vaqifi gözləmişlər. Vaqif toy mağarına getdikdən sonra geri avtomobilə qayıtmış və söyləmişdir ki, toy mərasimi başa çatıb. Daha sonra o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 avtomobilə oturaraq Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən yerə getmiş, orada bulaqdan su içmiş və əl-üzlərini yumuş, bu zaman keçi səsləri eşitmişlər. Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən bulağın yaxınlığında həyətyanı sahədən keçilərin səsi gəlməsini bilmiş və səs gələn istiqamətdə getmişlər, həyətyanı sahə məftil çəpər ilə çəpərlənmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə məftil çəpərin üstündən tullanaraq həyətyanı sahəyə daxil olmuş, bir neçə metr irəli getdikdən sonra orada taxta materialından inşa edilmiş, balaca bir tövlə kimi olan qəhəldə 5-6 ədəd keçi heyvanı olmasını görmüş, həmin qəhəlin qapısını üçü də köməkləşib açmış və hərəsi bir baş keçi götürərək ümumilikdə üç baş keçini oradan çıxardaraq Təqsirləndirilən şəxs3 məxsus “Kia” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə (baqaja) qoymuşlar. Daha sonra avtomobilə oturaraq, həmin oğurladıqları heyvanları Bakı şəhərinə aparmaq üçün Ağsu rayonu istiqamətinə getmiş, lakin Ağsu rayonunda olarkən yol polisi əməkdaşları onları saxlamış və şübhələnib Ağsu rayon polis şöbəsinə dəvət etmişlər. Ağsu rayon polis şöbəsində onlar heyvanları Şamaxı rayonu Ovculu kəndindən oğurladıqlarını etiraf etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Müşfiqabad qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında dayanarkən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Şamaxı rayonu, Çöl Bağırlı kəndinə toy mərasiminə gedəcəklərini söyləmişlər, o isə bekar olduğu üçün onu da aparmalarını xahiş etmişdir. Onlar üç baş keçini oğurlayarkən sərxoş olmuşlar və oğurluq səbəbini özləri də bilməmiş, oğurladıqları keçiləri Bakı şəhərində ya özləri üçün kəsib yemək, ya da satmaq istəmişlər. Onlar üç baş keçini birlikdə - o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə oğurlamışlar, başqa heç kim olmamışdır. Onlar üç baş keçini konkret olaraq xx.xx.2024-cü il tarixdə təxminən gecə saat 2-yə qalmış Şamaxı rayonu Ovculu kəndinin girişində yerləşən “Şəhid bulağı” deyilən yerin yaxınlığındakı həyətyanı sahəyə daxil olaraq orada olan tövlə kimi qəhəldən üçü birlikdə oğurlamışdır. Daha sonra həmin tarixdə təxminən gecə saat 3-ə işləmiş Ağsu RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və Ağsu RPŞ-yə aparılmışlar, orada heyvanları oğurladıqlarını etiraf etmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, o, Şamaxı rayonu, Ovculu kəndində ailə üzvlərilə birlikdə yaşayır, özüdə fərdi əmək fəaliyyəti ilə məşğul olur, onun və ailə üzvlərinin hər kəslə münasibətləri yaxşı olmaqla, heç kimlə aralarında ədavəti yoxdur. Şamaxı rayonu Ovculu kəndində yerləşən fərdi yaşayış evi asfalt yola yaxındır və ətrafı tellə əhatələnmişdir. Evinin həyətyanı sahəsində özünə məxsus təsərüfatı var, həmin təsərrüfatda xırda və iri buynuzlu heyvanları saxlayır. Evinin həyətində taxtadan ətrafı örtülmüş, üstü açıq qəhəl düzəltmiş, həmin yerdə də 6 baş xırda buynuzlu keçi, onun yanında yerləşən tövlədə isə 03 baş inǝk saxlayır. Havalar isti olduğundan keçiləri tövlədə yox, qəhəldə saxlayır. 09 oktyabr 2024-cü il tarixdə gecə 02 radələrində həyətə çıxmış, həmin vaxt üç baş keçinin taxtadan düzəltdiyi qəhəldən çıxaraq həyətdə olduğunu görmüş, digər keçilərin də yerlərindən çıxmasından ehtiyat edib onları saxladığı yerə gedərək keçilərə baxmış, bu vaxt 06 baş keçidən 03 baş keçinin yerində olmadığını və onları saxladığı taxtadan düzəltdiyi qəhəlin də qapısının açıq olduğunu görmüşdür. Bundan sonra oğurluq olmasından şüphələnib Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, daha sonra bu barədə Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 09 oktyabr 2024-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları ona zəng vuraraq keçilərin 3 nəfər şəxs tərəfindən oğurlandığını, həmin şəxslərin Ağsu rayonu ərazisində hərəkətdə olarkən Ağsu RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağsu RPŞ-yə gətirilmələri, həmin şəxslərin 03 baş keçini Şamaxı rayonu Ovculu kəndindən oğurladıqlarını etiraf etdiyini demişlər. Daha sonra Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən protokol tərtib olunaraq ona məxsus 03 baş keçi özünə qaytarılmışdır. Sonda zərərçəkmiş şəxs ərizə təqdim edərək, ona vurulmuş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs2 və şahid X3 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şamaxı rayonu Ərəbşalbaş kəndində anadan olmuş və ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. O, 2009-cu il tarixdən Xızı rayonu Maaş qışlaq sahəsində fermer təsərrüfatı ilə məşğul olur. O, fermer təsərrüfatı ilə məşğul olmaq üçün həmin ərazidə 500 hektar torpaq sahəsini icarəyə götürmüşdür. 15 iyun 2022-ci il tarixdə saat 10 radələrində o, fermer təsərrüfatının yerləşdiyi Xızı rayonu Maaş ərazisinə gəlmiş, həmin vaxt o, “Kia Rio” markalı minik avtomobilində üç nəfər şəxsin fermer təsərrüfatında ona məxsus dəmir konstruksiyaları daşıdığını görmüşdür. O, bu barədə dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, eləcə də həmin avtomobili təqib edərək qarşısını kəsmişdir. O, avtomobildən təxminən 50-60 metr aralıda dayanıb həmin şəxslərin hərəkətlərini müşahidə etmişdir. Avtomobildən düşən iki nəfər şəxs onun avtomobilinin qarşısını kəsib onun hərəkət etməsinə mane olmuşlar. Sürücü isə idarə etdiyi avtomobilin hərəkət istiqamətini dəyişmişdir. Bundan sonra onun avtomobilinin qarşısını kəsmiş iki nəfər şəxs “Kia” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Həmin avtomobil 500 metr məsafə getdikdən sonra o, idarə etdiyi avtomobillə yenidən həmin avtomobilin qarşısını kəsmiş, avtomobilini həmin avtomobilin hərəkət yolunda dayandırmışdır. Bundan sonra həmin avtomobil hərəkət istiqamətini dəyişərək Abşeron rayonu ərazisi istiqamətində hərəkət etməyə başlamışdır. O, həmin şəxsləri yenidən təqib etmiş, təxminən 1-2 km məsafə getdikdən sonra yenidən avtomobilini həmin avtomobilin yolunda dayandırıb qarşısını kəsmişdir. O, təxminən 100 metr məsafədən həmin şəxsləri müşahidə edərkən o, həmin şəxslərin ona məxsus fermer təsərrüfatından oğurladığı dəmir konstruksiyaları yerə boşaltdığını və sonra avtomobilə əyləşib oradan uzaqlaşdıqlarını görmüşdür. O, qışqırıb həmin şəxslərə qaça bilməyəcəklərini, artıq polislərin çatdığını demişdir. Həmin şəxslər polis əməkdaşlarının çatdığını eşidib avtomobili orada dayandırıb qaçaraq oradan uzaqlaşmışlar. Həmin şəxslər ona qarşı zor tətbiq etməmiş və hədələməmişlər. O, “Kia” markalı avtomobilin hərəkətinə mane olduğu üçün həmin şəxslər onun qarşısını kəsməyə çalışmışlar. “Kia” markalı avtomobil uzaqlaşdıqdan sonra o, həmin şəxslərin avtomobildən boşaltdıqları əşyaların yanına getmişdir. Həmin vaxt o, orada onun fermer təsərrüfatına məxsus bir ədəd dəmir qapı, bir ədəd dəmir məhəccər, bir ədəd dəmir çərçivə, bir ədəd dəmir list, iki ədəd künclük (uqolnik) və üç ədəd dəmir borunun olduğunu görmüşdür. Polis əməkdaşları həmin yerə gəlib əşyalara baxış keçirmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram göndərərək, təqsirləndirilən şəxslərə qarşı şikayətindən imtina etdiyini bildirmişdir. Şahid X3 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində anadan olmuş və 2008-ci il tarixdən ailəsi ilə birlikdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi Quşçuluq massivi S.Ə.Şirvani küçəsi dalan 8-də yaşamışdır. O, evli olmuş və onun iki azyaşlı övladı olmuşdur. O, rəsmi olaraq heç bir yerdə işləməmişdir. O, dolanmaq üçün lizinq formasında Sahil adlı şəxsdən aldığı “Kia Rio” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobili idarə etmək üçün onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs1 təxminən bir ildir tanımışdır. Vaqif əvvəllər cinayət törətdiyinə görə tutulmuş və azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin, o, Vaqifin hansı cinayət törətdiyini və hansı müddət ərzində cəza çəkdiyini bilməmişdir. Eyni qəsəbədə yaşadıqlarından o, Vaqifi tez-tez görmüş və aralarında qonşu kimi ünsiyyət yaranmışdır. O, Ağsu rayonu Qaraqaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 isə təxminən bir ildir tanımışdır. İsmayılın qardaşı Eldəniz onunla eyni qəsəbədə yaşamışdır. Onun İsmayılla tanış münasibəti olmuşdur. 14 iyun 2022-ci il tarixdə günorta saatlarında o, yaşadığı qəsəbədə olan zaman Vaqif onun yanına gələrək onunla görüşmüşdür. Vaqif ona Abşeron rayonu Çaylı kəndinə yaxın ərazidə qohumuna məxsus fermanın olduğunu, həmin fermadan yük gətirmək istədiyini demiş, həmin yükü onun avtomobili ilə gətirməyi xahiş etmişdir. O, Vaqifə həmin fermaya gedib yük gətirmək üçün 30 (otuz) manat yol pulu verməsini demişdir. Vaqif ona 30 manat pul verməyə razı olmuş və səhəri gün səhər saatlarında yola düşmələrini demişdir. 15 iyun 2022-ci il tarixdə, saat 06 radələrində o, “Kia Rio” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Müşfiq-20 yanvar marşrutu üzrə işə başlamışdır. Həmin gün saat 09 radələrində o, yaşadığı qəsəbəyə gəlmişdir. O, qəsəbədə Vaqif və İsmayılı götürüb, idarə etdiyi avtomobillə Vaqifin dediyi yolla Abşeron rayonu Çaylı kəndi istiqamətində yola düşmüşdür. Təxminən 20-30 dəqiqə sonra onlar Çaylı kəndinə çatmışlar. Vaqif həmin kənddən gedən torpaq yolu göstərib həmin yolla avtomobilini idarə etməsini demişdir. O, Vaqifin göstərdiyi yolla avtomobilini idarə etmiş, təxminən 10-15 dəqiqə yol getdikdən sonra sonuncu fermada Vaqif avtomobili dayandırmağını demişdir. İlk öncə Vaqif avtomobildən düşüb fermaya tərəf getmişdir. Vaqif ona fermanın qohumuna məxsus olduğunu demişdir. Daha sonra Vaqif İsmayılı çağırmış, sonuncu da avtomobildən düşmüşdür. O, isə avtomobildə qalmışdır. Bir neçə dəqiqə sonra Vaqif və İsmayıl avtomobilə yaxınlaşıb ondan yük yerini açmağını xahiş etmişlər. O, fermada hər hansı bir şəxsin, nə də mal-qaranın olmadığını görmüşdür. Vaqif fermada yerləşən qoyun saxlanılan tövlənin yanında yerdə dağınıq formada olan dəmirləri aparacağını demişdir. Həmin dəmirlər kiçik ölçülü borular, dəmir hissələri və qırıntılarından ibarət olmuşdur. Vaqif İsmayılla birlikdə dəmirləri yerdən götürüb avtomobilin yük yerinə yığmışlar. Avtomobilə təxminən 80-90 kiloqram çəkidə dəmir yükləmişlər. Həmin vaxt fermanın digər tərəfindən qara rəngli “Niva” markalı avtomobil gələrək onun avtomobilinin arxa tərəfində dayanmışdır. Həmin avtomobildə bir nəfər sürücü olmuş, başqa şəxs olmamışdır. O, həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin şəxs ona “sür get, sür get” demişdir. İsmayıl və Vaqif gələrək avtomobilə əyləşmişlər. O, avtomobilini işə salıb hərəkətə başlayan zaman “Niva” markalı avtomobilin sürücüsü avtomobilini onun avtomobilinin qarşı tərəfində dayandırmağa çalışmışdır. Lakin, o, avtomobili ilə hərəkətinə davam etmişdir. O, sürücünün onu dayandırmaq istədiyini görüb Vaqifin dəmirləri oğurladığını bilmişdir. O, dərhal avtomobilini dayandırmışdır. Onlar avtomobildən düşmüş, o, Vaqif və İsmayıldan dəmirləri boşaltmağı tələb etmişdir. Onlar birlikdə avtomobildə olan dəmirin hamısını yerə boşaltmışlar. Sürücü əlindəki telefonla video çəkərək polisə məlumat verdiyini, qaça bilməyəcəklərini demişdir. O, avtomobilini idarə edərək hərəkətinə davam etmiş və təxminən 4-5 kilometr məsafə getmişdir. “Niva” markalı avtomobil isə onların arxasınca gəlmişdir. O, qarşı tərəfdən ağ rəngli “Niva” markalı avtomobilin gəldiyini görüb avtomobildə polis əməkdaşlarının ola biləcəyini düşünmüş və bu səbəbdən o, avtomobilini dayandırmış və onlar aşağı düşmüşlər. Daha sonra onlar qaçaraq oradan uzaqlaşmışlar. O, Vaqifin haraya qaçdığını görə bilməmişdir. O, İsmayılla birlikdə Müşfiq postunun yaxınlığında yerləşən "Şamlıq" kafesinə getmişdir. Orada pivə içən zaman Abşeron rayon polis şöbəsinin əməkdaşları gələrək onu və İsmayılı saxlayıb Xızı rayon polis şöbəsinin əməkdaşlarına təhvil vermişlər. Xızı rayon polis şöbəsinin əməkdaşları onu və İsmayılı polis şöbəsinə gətirmişlər. O, həmin fermaya əvvəllər getməmiş, fermadan, ümumiyyətlə heç bir yerdən oğurluq etməmişdir. O, Vaqifin sifarişi ilə həmin fermaya taksi sürücüsü kimi getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1-1237/2024 npmrəli material üzrə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Ovculu kəndi ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı həmin ərazinin Şamaxı-Ağsu yolunun sağ hissəsində yerləşməsi, asfalt yola yaxın olması, hadisə yerinin evin həyətinin aşağı hissəsində taxtadan düzəldilən yer olması müəyyən edilmişdir. Baxış açıq havada təbii işıqlandırma yolu ilə həyata keçirilmiş, hadisə yerindən heç bir əşya və ya predmet götürülməməklə protokol tərtib olunmuşdur. Baxış zamanı ərazinin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. “Maddi sübutun təhvil verilməsi barədə” 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Ovculu kəndində Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış 3 baş keçi Şamaxı RPŞ-nin həyətində Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 oktyabr 2024-cü il tarixdə saat 18:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 oktyabr 2024-cü il tarixdə saat 19:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 09 oktyabr 2024-cü il tarixdə saat 19:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarilxli 4(074)-57/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd erkək, göy rəngli, yeddi aylıq, təxmini çəkisi 32- 35 kq, təmiz ət çəkisi 16-17 kq; bir ədəd dişi cinsli, iki illik, ağ rəngli, çəkisi 30-35 kq, təmiz ət çəkisi 14-15 kq; bir ədəd qara rəngli dişi cinsli, iki illik, təxmini çəkisi 30-32, təmiz çəkisi 13-14 kq olan ümumilikdə üç baş keçi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmışdır. Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin 14 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qaradağ rayon Müşfiqabad qəsəbəsi, məcburi köçkün şəhərciyi bina 7 mənzil 28-də yaşayır. Qəsəbədə yaşadığı müddətdə özü və ailəsi barədə Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət xarakterli rəsmi məlumat daxil olmqamışdır. Abşeron RİHB-nın Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2024-cü il tarixli 5-29/3-755/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız olaraq yaşayır. Abşeron RİHB-nın Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2024-cü il tarixli 5-29/3-756/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs4 Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız olaraq yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 69.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2026-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3, 66.3-cü maddələri ilə təqsirli bilinib 03 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qəti olaraq 2 il müddətinə Azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay, 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2018-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 dekabr 2024-cü il tarixli cavabından görünür ki, X4 əvvəllər Qobustan rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X1 18 noyabr 2024-cü il tarixli, 187 nömrəli ekspert rəyindən görünür ki, 7 aylıq, təxmini çəkisi 32-35 kq, təmiz ət çəkisi 16-17 kq olan xırda buynuzlu keçinin orta bazar qiyməti 240 manat, 24 aylıq, təxmini çəkisi 30-35 kq, təmiz ət çəkisi 14-15 kq olan xırda buynuzlu keçinin orta bazar qiyməti 210 manat, 24 aylıq, təxmini çəkisi 30-32 kq, təmiz ət çəkisi 13-14 kq olan xırda buynuzlu keçinin orta bazar qiyməti 200 manat olmaqla həmin 03 baş keçinin ümümilikdə orta bazar qiyməti 650 manat məbləğində müəyyən edilir. Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarilxli 1(060)-343/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, cəzasının əvvəlinin 11 aprel 2020-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 15 iyun 2022-ci il tarixli HK-1/210 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Tutulmuş şəxsin azad edilməsi haqqında” 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 azad olunmuş və saxlandığı Xızı RPŞ-nin X7 buraxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 9/4937 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar müddəti və orta istismaq intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - uzunluğu 194 sm, diametri 7 sm, çəkisi 13 kiloqram olan bir ədəd dəmir boru – 3,00 manat; - uzunluğu 150 sm, diametri 7 sm, çəkisi 9 kiloqram olan bir ədəd dəmir boru – 10,00 manat; - uzunluğu 37 sm, diametri 7 sm, çəkisi 2 kiloqram olan bir ədəd dəmir boru – 2,50 manat; - uzunluğu 105 sm, çəkisi 9 kiloqram olan bir ədəd künclük (uqolnik) – 10,00 manat; - uzunluğu 156 sm, çəkisi 25 kiloqram olan bir ədəd künclük (uqolnik) – 25,00 manat; - uzunluğu 205 sm, eni 30 sm, çəkisi 41 kiloqram olan bir ədəd dəmir list – 45,00 manat; - hündürlüyü 175 sm, eni 65 sm, çəkisi 7 kiloqram olan bir ədəd dəmir çərçivə – 10,00 manat; - uzunluğu 175 sm, eni 15 sm, çəkisi 43 kiloqram olan bir ədəd dəmir məhəccər – 45,00 manat; hündürlüyü 193 sm, eni 87 sm, çəkisi 57 kiloqram olan bir ədəd dəmir qapı – 120,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Maddi sübut kimi tanıma haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə üç ədəd dəmir boru, iki ədəd künclük (uqolnik), bir ədəd dəmir list, bir ədəd dəmir çərçivə, bir ədəd dəmir məhəccər və bir ədəd dəmir qapı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xızı rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Ağsu RİHB-nın Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayonun Qaraqaşlı kəndində qeydiyyatdadır və yaşayır. O, kənd sakinlərinin yanında hörmət qazanmış və ikinci Qarabağ döyüşlərində iştirak etmişdir. Bu günə qədər onun haqqında Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 07 mart 2023-cü il tarixli məktubdan görünür ki, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 07 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəslə Şamaxı RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi, digər cinayət işi ilə bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 13 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ilə icraatda Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli işi bir icraatda birləşdirilmiş, ********* nömrəsi saxlanılmaqla həmin iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməklə ibtidai istindaqın davam etdirilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Xızı rayon polis şöbəsinin İstintaq Qrupunun baş müstəntiqi, polis mayoru X5 21 dekabr 2022-ci il tarixli qərarı ilə seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 26 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilməklə o, həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-407/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-407/2025 saylı cinayət işi var və hal-hazırda icraatdadır. Azərbaycan Respublikası Medalının İ-11518 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 31 dekabr 2020-ci il tarixli fəxri fərmanın ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs2 "Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə Fərxri Fərmanla təltif olunmuşdur. - N nömrəli hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs2 valideyninə verilmiş 31 dekabr 2020-ci il tarixli təşəkkür məktubunun ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs2 vətənə layiqli, vətənpərvər, qorxmaz, cəsur, qələbənin qazanılmasında canından keçməyə belə hazır olan döyüşçü kimi tərbiyə etdiyinə görə təşəkkür edilmişdir. - N nömrəli hərbi hissənin komandiri tərəfindən Təqsirləndirilən şəxs2 barəsində verilmiş xidməti xasiyyətnamənin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Şamaxı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2025-ci il tarixdə tutularaq Şamaxı RPŞ-nə təhvil verilmişdir. Şamaxı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutularaq Şamaxı RPŞ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs3 məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağrılmış və xx.xx.2020-ci ildə ehtiyata buraxılmışdır. Ağsu Rayon Məhkəməsinin 1(016)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Qobustan Rayon Məhkəməsinin 1(026)-3/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 07 (yeddi) gün hissəsi qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 fevral 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00da səhər saat 07:00- adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun grazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Ağsu rayon icra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 156/2025 saylı məktubunun surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs2 Ağsu rayon məhkəməsinin 1(016)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, xx.xx.2025-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış və həmin tarixdə sonuncuya elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 ona təyin olunmuş cəza müddətinin 27 günün çəkmiş və xx.xx.2025-cil tarixə çəkilməmiş qalan hissəsi isə 01 (bir) il 10 (on) ay 23 (iyirmi üç) gün təşkil edir. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs4 ona dəymiş ziyanı tam ödəmişlər, onlarla barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramdan görünür ki, şikayətini geri götürmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talaması, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, X6 və Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarınınməhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ikinci Qarabağ Müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ikinci Qarabağ Müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmasa da, onun əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 1 gün və 09 oktyabr 2024-ci il tarixdən 09 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 ay 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 09 oktyabr 2024-ci il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs4 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək və 16 aprel 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 ay 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və onun, məhkəmə iclası zalından dərhal azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin 1(074)-24/2025 nömrəli, 23 may 2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 17 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 18 fevral 2025ci il tarixdən 23 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 (altı) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq cəza saxlanılmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı qeydiyyata alındığı 18 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış üç baş keçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Xızı rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan digər maddi sübut üç ədəd dəmir boru, iki ədəd künclük (uqolnik), bir ədəd dəmir list, bir ədəd dəmir çərçivə, bir ədəd dəmir məhəccər və bir ədəd dəmir qapı Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdək 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat, xx.xx.2025-ci il tarixdənsonra 12 saat hüquqi yardım göstərməsinə görə 132 (yüz otuz iki) manat, cəmi 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 təqsirləndirlən şəxs X2 dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdək 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən sonra 10 saat hüquqi yardım göstərməsinə görə 110 (yüz on) manat, cəmi 152 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixdək 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən sonra 10 saat hüquqi yardım göstərməsinə görə 110 (yüz on) manat, cəmi 152 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 1 gün və 09 oktyabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 ay 1 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin 1(074)-24/2025 nömrəli, 23 may 2025ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 17 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 18 fevral 2025-ci il tarixdən 23 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç)ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 (altı) ay 14(on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 2(iki) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Ağsu rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun, cəza çəkmə müddətinin başlanğıcı qeydiyyata alındığı 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək və 16 aprel 2025-ci il tarixdən 16 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 6 ay 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Abşeron rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üç baş keçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Xızı rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan digər maddi sübut üç ədəd dəmir boru, iki ədəd künclük (uqolnik), bir ədəd dəmir list, bir ədəd dəmir çərçivə, bir ədəd dəmir məhəccər və bir ədəd dəmir qapı Zərərçəkmiş şəxs2 qaytarılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat, xx.xx.2025-ci il tarixdən sonra 12 saat hüquqi yardım göstərməsinə görə 132 (yüz otuz iki) manat, cəmi 192 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs3 dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən sonra 10 saat hüquqi yardım göstərməsinə görə 110 (yüz on) manat, cəmi 152 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat, xx.xx.2025-ci il tarixdən sonra 10 saat hüquqi yardım göstərməsinə görə 110 (yüz on) manat, cəmi 152 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-25/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-25/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver