Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-26/2024 31.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda, yəni xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Şamaxı şəhəri ərazisinə daşımış, 16 oktyabr 2023-cü il tarixində saat 01:30 radələrində Şamaxı rayon avtovağzal dairəsi yaxınlığında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şamaxı rayon Polis Şöbəsinə gətirilməklə həmin gün saat 02:30-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni xeyli miqdarda, təmiz çəkisi 0,354 (sıfır tam mində üç yüz əlli dörd) qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 15 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonunda yerləşən evinin yaxınlığındakı parkda gəzərkən parkın içərisində yolun kənarında dayanmış, bu zaman yolun kənarında 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü görmüş və marağına səbəb olduğu üçün həmin bükümü götürmüşdür. Gümüşü rəngli falqaya bükülmüş bükümü açıb baxdıqda içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmasını görmüş, sonra metamfetamini istifadə etmək üçün üzərindəki boz rəngli parça şalvarın sol yan cibinə qoymuş və yaşadığı ünvana getmişdir. Həmin tarixdə axşam saatlarında istirahət etmək üçün Şamaxı rayonuna gəlmiş, sonradan yəni 15 oktyabr 2023-cü ildən 16 oktyabr 2023-cü il tarixə keçən gecə təxminən 01:30 radələrində Şamaxı rayon Avtovağzal dairəsi yaxınlığında yolun kənarında dayanıb İsmayıllı rayonuna getmək üçün avtomobil gözləyən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmişdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmiş, lakin o, etiraz edərək üzərində hər hansısa bir narkotik vasitənin olmadığını onlara söyləmişdir. Lakin polis əməkdaşları onu Şamaxı RPŞ-nə dəvət etdiklərindən o, onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-nin inzibati binasında barəsində müvafiq sənədləşmə aparılaraq müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə mobil telefonla video görüntüyə çəkilməklə onun üzərində axtarış aparmışlar. Üzərində axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibində bir ədəd gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü açdıqda içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metamfetminə oxşar kütlə aşkar edilmiş, şəxsi axtarış zamanı üzərindən bir ədəd “Nokia” markalı mobil telefon, 5 ədəd müxtəlif ölçülü açarlar aşkar olunaraq götürülmüşdür. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində psixotrop maddə metamfetamin olan büküm polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş və 0.4 qram gəlmişdir. Daha sonra kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş. həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təxminən iki ildir ki, ara bir yalnız psixotrop maddə olan metamfetamin istifadə etmiş, başqa hər hansısa bir narkotik vasitə istifadə etməmişdir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığından, həmçinin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddədən heç kimin məlumatı olmadığından sadəcə olaraq özü istifadə etmək üçün üzərində gəzdirmiş, heç kimədə vermək niyyəti olmamışdır. O, polis şöbəsinə gətirilən zaman ona qarşı hər hansısa bir qanunsuz hərəkət edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində 4 uşağının olmasını və ailəni dolandıran şəxs olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 15 oktyabr 2023-cü il tarixdə xidmətdə olduğu zaman, ona ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhərindən Şamaxı şəhərinə gələcəyi və üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə olması barədə məlumat daxil olmuş, buna görə də, o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, daha sonra şöbə rəhbərliyinin göstərişinə əsasən RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə onlar tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin günü gecə saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri ərazisində Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək məqsədilə əməliyyat tədbiri həyata keçirməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 01:30 radələrində əməliyyat tədbirini həyata keçirdikləri vaxtı, Təqsirləndirilən şəxs Şamaxı şəhəri avtovağzal dairəsi yaxınlığında yolun kənarında dayanaraq şübhəli hərəkət etdiyini görüb, əməliyyat tədbirinin davamı kimi xüsusi parollardan istifadə edərək dərhal ona yaxınlaşmış, əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya, psixotrop maddə və ya narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşya, psixotrop maddə və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət еtmişlər, o da onlara etiraz etməyib heç bir müqavimət göstərmədiyindən onu RPŞ-nə gətirmişdirlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçı Vüqar Mehraliyevin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulmuş, daha sonra dəvət edilmiş Müdafiəçi, o, əməliyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Kamran Əhmədovun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir, Baxış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərində istintaq hərəkətinin iştirakçıların iştirakı ilə baxış keçirilmiş, Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılıb içərisinə baxıldıqda, bükümün içərisindən psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir, ona məxsusdur və həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilsə də qanunla qadağan edilmiş başqa digər əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki psixotrop maddə olan metamfetaminə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə baxış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs onlar Şamaxı şəhəri avtovağzal dairəsi yaxınlığında yolun kənarında saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilən zaman, Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamin bükümünü Bakı şəhərində yerdən tapmış, şəxsi istifadəsi üçün özündə üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamini onun satış məqsədilə özündə saxlaması, onun psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə psixotrop maddə və ya narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Onlar Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə gətirən zaman ona qarşı hər hansısa bir qanunsuz hərəkət etməmişdirlər. Həmçinin o, onlara hər hansısa bir müqavimət göstərməmiş, onu RPŞ-nə dəvət edən zamanda o, heç bir qanunsuz hərəkət etməyərək onlarla birlikdə RPŞ-nə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı varədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlməmiş, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 16 oktyabr 2023-cü il tarixdə saar 02:10-da, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edildikdən sonra açılmış və həmin bükümün içərisinə baxıldıqda içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar olunmuş və sağ yan cibindən isə bir ədəd Nokia markalı mobil telefon 5 ədəd müxtəlif ölçülü açarlar aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş gümüşü rəngli falqaya bükülmüş bükümün içərisindəki kütlənin narkotik vasitə olan metafetamin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5418 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,354 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 110 manatdır. “Təqsirləndirilən şəxs qimsində cəlb etmək haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal şamaxı RPŞnin MSY-dən azad edilmişdir. 17 oktybr 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefonu və beş ədəd açarı təhvil almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 29 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Maddi sübut kimi tanıma haqqında” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə üzərindən götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş psixotrop maddə, ümumi qalıq çəkisi 0,304 qram olan metamfetamin saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 7866 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür.” Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görüünr ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 25 may 2007-ci il təvəllüldü, 14 dekabr 2009-cu il təvəllüldü, 10 mart 2014-cü il təvəllüldü və 06 iyun 2019-cu il təvəllüldü 4 uşağı vardır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixootrop maddə metamfetamin əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 16 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 110,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,304 qram psixootrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 110,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 0,304 qram psixootrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-26/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-26/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver