Məhkəmə qərarları › İş №1(074)-27/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-27/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-27/2021 24.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Quşçu bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Müdafiəçi1, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx xxxxx 1956-cı ildə Şamaxı rayonu Dzerjinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olur, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 2019-cu ilin sentyabr ayından etibarən, başlayan əkin mövsümündə Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus Şamaxı rayonu Quşçu kəndi ərazisində yerləşən 0,5 hektar kənd təsərrüfatı təyinatlı örüş sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl əkib becərmiş yəni, kənd təsərrüfatlı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2001-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə Şamaxı rayonu Quşçu kəndi ərazisində ümumilikdə 4,50 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi Quşçu kəndinin örüş sahəsinin yaxınlığında yerləşir. Sahənin bir hissəsi isə əkin sahələrinin arasında yerləşir. Hər il özünə məxsus torpağını əkir. Həmin sahədən əlavə özünə məxsus əkin sahəsinin yanında olan boş bələdiyyə torpaqlarını da şumlayıb əkmişdir. Yaşadığı kəndlə Çaylı kəndi arasında yerləşən özünə məxsus 0,84 ha torpaq sahəsinin bir hissəsi digər kənd sakinləri tərəfindən şumlanıb əkildiyi üçün bu barədə Bələdiyyənin razilığı ilə həmin sahəyə birləşik olan boş bələdiyyə torpağını özünə məxsus 0,84 ha sahəyə birləşdirib əkmişdir. Bələdiyyə torpağına girməmiş, əkdiyi torpaq sahəsinin bələdiyyəyə məxsus olması barədə ona hər hansı xəbərdarlıq edilməmişdir. Sonradan bir sıra kənd sakinləri tərəfindən Quşçu kənd bələdiyyəsinə məxsus sahənin zəbt edilərək əkilməsi barədə hüquq mühafizə orqanlarına müraciət edildiyini, həmin müraciətdə onun da adının qeyd edildiyini eşitmişdir. Hazırda zəbt etdiyi torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Quşçu bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Mürsəl oğlu ifadə verib göstərdi ki, o, 2000-ci ildən Şamaxı rayon Quşçu bələdiyyəsinin üzvü olmaqla hal-hazırda bələdiyyə sədri vəzifəsində işləyir. 2016-cı ildən 2019-cu ilədək Quşçu kənd bələdiyyəsinin sədri Şahid1 olmuşdur. Quşçu kənd bələdiyyəsində iki kənd, bir qəsəbə daxil olmaqla ümumi 4,708 ha kənd bələdiyyə torpaq sahəsi vardır. Aşkar, Quşçu və Laləzar kəndi ərazisindədir. Onun bildiyinə görə keçmiş bələdiyyə sədri Şahid1 tərəfindən 2019-cu ilin payız aylarında kənd sakinləri dəfələrlə məlumatlandırılmışdır ki, bələdiyyə mülkiyyətinə aid olan örüş sahələrini şumlamasınlar. 2019-cu ilin sentyabr ayında kənd sakinləri tərəfindən Şahid1 müraciət olunmuşdur ki, kəndin örüş sahəsini digər kənd sakinləri qanunsuz olaraq əkib becərir və şumlayırlar. Kənd sakinlərinin müraciətləri dəqiqləşdirildikdən sonra Şahid1 tərəfindən lazımı orqanlara müraciət olunmuş, bununla bağlı ƏMDK-nin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədri Şahid1 iştirakı ilə zəbt olunmuş bələdiyyə torpaq sahələrinə baxış keçirilməklə bu barədə akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Şamaxı rayon Quşçu və Laləzar kənd sakinləri Təqsirləndirilən şəxs 0,50 ha, X8 dörd fərqli ərazidə 7 ha, X29 0,45 ha, X37 1 ha, X21 3 ha, X30 iki fərqli ərazidə 1.6 ha, X22 8,0 ha, X31 1,0 ha, X44 1,0 ha, X32 0,70 ha bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək həmin yerləri şumlamış, orada arpa və buğda əkmişlər. Torpaq sahəsi bələdiyyəyə qaytarıldığından təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2015ci ildən Şamaxı rayonu Quşçu kəndi bələdiyyəsinin sədri olmuşdur. Şamaxı rayonu Quşçu kəndi bələdiyyəsinə iki kənd, bir qəsəbə daxil olmaqla həmin kəndlərdən biri də Şamaxı rayonu Laləzar kəndidir. Şamaxı rayonu Laləzar kənd sakinləri Təqsirləndirilən şəxs və digərlərinin Şamaxı rayonu Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu Quşçu kənd bələdiyyəsinə məxsus örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. O, həmin şəxslərə 2018-ci il tarixdə əkdikləri ərazinin örüş sahəsi olmasını, şum işləri görüb, əkin əkməyin qadağan olması ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq etmiş və həmin vaxt onlar onun xəbərdarlıqlarını eşidib heç bir əkin şumlama işləri görməmişlər. 2019-cu ilin sentyabr ayında ərazini gəzən zaman Təqsirləndirilən şəxs və digərlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamalarını aşkar edərək həmin şəxslərin etdikləri qanun pozuntusu ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət etmişdir. xx xxxxxxx 2019cu il tarixdə onun, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin Şahlar Baloğlanov və Fərid Nağdəliyevin iştirakları ilə müraciətdə qeyd olunan şəxslərin Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 0,50 hektar bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrini qanunsuz olaraq özbaşına şumladığı müəyyənləşdirilmiş və bu barədə akt tərtib olunaraq möhürlənmişdir. Akt sonradan aidiyyatı təşkilatlara göndərilmişdir. Ona görə də, bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏMDK-nin Şamaxı ərazi şöbəsinin müdir müavini Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon Quşçu kənd sakinlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamaları ilə əlaqədar Quşçu bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciəti ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə onların bələdiyyə sədri Şahid1 iştirakı ilə müraciətdə qeyd olunan şəxslər tərəfindən Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 0,50 hektar bələdiyyəyə məxsus örüş sahəsini zəbt edərək həmin yerləri şumlaması müəyyən olunmuşdur. Ona görə də bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Əmlak Məsələləri Dövlət Komitəsi Şamaxı ərazi şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən Nağdəliyev Fərid Köçəri oğlu ifadə verib Şahid1 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Şamaxı rayonu Quşçu kəndi ilə Laləzar kəndlərinin örüş sahələri bir yerdədir. Şamaxı rayonu Laləzar kənd sakinləri Təqsirləndirilən şəxs, X8, X29, X37, İsmayılov Alpaşa Təvəkkül oğlu, X30, X14, X41, X33 və X2 rayonu Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu Quşçu kənd bələdiyyəsinə məxsus olan örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. Bununla bağlı onunla birlikdə həmkəndliləri Şahid6, Şahid15, Şahid19, Aydın Eynalov, Şahid17, Şahid18 və iyirmi nəfər kənd sakini həmin şəxslərə 2019-cu ilin sentyabr ayında şifahi olaraq xəbərdar edib həmkəndli olduqlarını, həmin şəxslərin bir səhv edib örüş sahəsini şumlamalarını, şumladıqları əraziyə toxum səpib, əkin işləri görəcəkləri təqdirdə barələrində aidiyyatı orqanlara müraciət edəcəklərini deyərək xəbərdar etmişlər. Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə şifahi məlumat verdikdən sonra bələdiyyə işçiləri də əraziyə baxış keçirib həmin şəxsləri xəbərdar etmişlər. Lakin Təqsirləndirilən şəxs, Ağahəsən Bayramov, Nəbi Cəbrayılov, Rasim İsrafilov, Alpaşa İsmayılov, Seyran Mərdanov, Xəqani Zülfüqarov, Ağadəmir Muradov, Heydər Heybətov və Mirələm Həmidov onların xəbərdarlıqlarına məhəl vermədikləri üçün həmin şəxslər barədə onunla birlikdə həmkəndliləri Şahid6, Şahid15, Şahid19, Aydın Eynalov, Şahid17, Şahid18 və iyirmi nəfər kənd sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası ƏMDK-nə ərizə ilə müraciət etmişlər. Şahid4 həmçinin İldırım Elyazovun da bələdiyyənin örüş sahəsinə aid olan 4-5 hektar torpaq sahəsini şumladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid8, X4, Şahid15, Şahid17, Şahid13, X45, Şahid18 ifadə verib, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid6, Şahid7 Əlişirin oğlu, Şahid10, Şahid11, Şahid12, Şahid16, Şahid14 Gülhəsən oğlu və ifadələrində Şahid4 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin müdir müavini Şahid2, məsləhətçi müfəttişi Fərid Nağdaliyev və Şamaxı rayonu Quşçu bələdiyyəsinin sədri Şahid1 iştirakları ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 0,50 hektar, X10 7,0 hektar (4 fərqli ərazidə), X34 0,45 hektar, X37 1,0 hektar, X9 3,0 hektar və X15 1,6 hektar (2 fərqli ərazidə) bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumladıqları müəyyənləşdirilmişdir. Bundan başqa baxış zamanı X16 öz pay torpaq sahəsini şumladığı, X11 isə hər hansı torpaq sahəsini qeyriqanuni şumlaması öz təsdiqini tapmamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, X1 rayonu Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 0,5 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumlatdırmaqla taxıl əkib becərmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus 0,5 hektar torpaq sahəasini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmasan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. İş materiallarında olan Şamaxı rayon Quşçu bələdiyyəsindən rayon polis şöbəsinə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən həmin sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmiş, rüsum haqqı ödənilməmişdir. İş materiallarında olan Şamaxı rayon Quşçu bələdiyyəsinin 16 nömrəli, xx.xx.2020ci il tarixli məktubundan görünür ki, profilaktik söhbətlər aparılaraq zəbt etdikləri torpaq sahələrini bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə qaytarmaları təklif olunsa da, Təqsirləndirilən şəxs qanunsuz zəbt etdiyi örüş sahəsini könüllü olaraq bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 293 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X17, oğlu 1982-ci il təvəllüdlü X18, qızı 1987-ci il təvəllüdlü X23 qızı, oğlanları- 1988-ci il təvəllüdlü X7, 1994-cü il təvəllüdlü X5, 1996-cı il təvəllüdlü X3 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o kənddə ictimaiyyət arasında özünü yaxşı aparır, normal xasiyyətə malikdır. Kəndin ictimai işlərində fəal iştirak edir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazlı və şifahi şikayət daxil olmamışdır Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul, məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul, məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar