Məhkəmə qərarları › İş №1(074)-27/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-27/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-27/2024 11.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2006-cı ildə Goranboy rayonu, Aşağı Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Goranboy rayonu, Veyisli kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Günəşli kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayı ərzində Zərərçəkmiş şəxs1 məxsus olmaqla Şamaxı rayonu Günəşli kəndində yerləşən “Xan-Bağı” adlı restoranın arxa hissəsində yerləşən çəpərdən keçərək saxlanc yeri olan sahəyə qanunsuz daxil olduqdan sonra, oradan sonuncuya məxsus restorandan həyətdə ümumi dəyəri 150 manat olan 150 (yüz əlli) metr uzunluqda elektrik naqillərini, ümumi dəyəri 1000 (min) manat olan 03 (üç) ədəd aliminium qapını, ümumi dəyəri 600 manat olan 03 (üç) ədəd aliminium pəncərəni, ümumi dəyəri 100 manat olan 03 (üç) ədəd bəzəkli işıq lampalarını, ümumi dəyəri 200 manat olan otaq üçün 03 (üç) ədəd jalüz pərdəni, ümumi dəyəri 150 manat olan 40 (qırx) metr uzunluqda plastik su xətlərini (nazik boru), 250 (iki yüz əlli) manat dəyərində təxminən 50 kv-lıq köhnə lambiri, dəyəri 70 (yetmiş) manat olan “Aqidel” markalı 01 (bir) ədəd su matorunu, ümumi dəyəri 400 manat olan mis materialdan olan 500 (beş yüz) metr uzunluqda elektrik kabelləri, ümumi dəyəri 400 manat olan yüz nəfərlik boşqabları, həyətdə olan 500 (beş yüz) manat dəyərində 250 (iki yüz əlli) kq çəkidə köhnə boruları, ümumi dəyəri 100 manat olan sanitar qovşağının 20 (iyirmi) metr uzunluqda plastik boru xəttini aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3920 (üç min doqquz yüz iyirmi) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs3 məxsus olmaqla Şamaxı rayonu Günəşli kəndində yolun kənarında yerləşən anbarın giriş qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olub, oradan 1237,50 (min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində 2250 (iki min iki yüz əlli) kiloqram çəkidə buğda məhsulunu aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 1237,50 (min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 07 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrindən 08 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus olmaqla Şamaxı rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinin taxtadan olan qabaq giriş qapısını açaraq saxlanc yeri olan evin içərisinə qanunsuz daxil olub, içəridən 180 (yüz səksən) manat dəyərində 01 (bir) ədəd paltaryuyan maşını, 80 (səksən) manat dəyərində 01 (bir) ədəd “BOSCH” markalı laqondanı, 80 (səksən) manat dəyərində 01 (bir) ədəd “SİEMENS” markalı laqondanı, 80 (səksən) manat dəyərində 02 (iki) ədəd lobziki, 08 (səkkiz) manat dəyərində 01 (bir) ədəd kərkini, 05 (beş) manat dəyərində 01 (bir) ədəd çəkici, 30 (otuz) manat dəyərində “Hordet” markalı 01 (bir) ədəd dreli, 30 (otuz) manat dəyərində alçıpan bağlayan 01 (bir) ədəd dreli, 15 (on beş) manat dəyərində 01 (bir) ədəd ağackəsən qayıçını, 45 (qırx beş) manat dəyərində 40 (qırx) litrlik aliminium materialından olan 01 (bir) ədəd qazanı, 60 (altmış) manat dəyərində 40 (qırx) litrlik 01 (bir) ədəd rəngli qazanı, 100 (bir yüz) manat dəyərində “Zinger” markalı soyuducunun 01 (bir) ədəd mühərrikini, hər birinin dəyəri 20 (iyirmi) manat olan 18 (on səkkiz) litrlik 04 (dörd) ədəd aliminium qazanları, 400 (dörd yüz) manat dəyərində mətbəxt ləvazimatlarını, hər birinin dəyəri 30 (otuz) manat dəyərində çörək bişirmək üçün nəzərdə tutulan 02 (iki) ədəd sadə sacı, 20 (iyirmi) manat dəyərində 15 (on beş) metr aliminium materialından olan kabeli, 300 (üç yüz) manat dəyərində mis materialından olan 10 (on) litrlik 01 (bir) ədəd samovarı, 80 (səksən) manat dəyərində 01 (bir) ədəd işıq sayğacını aparmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 1653 (min altı yüz əlli üç) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, hazırda müddətli həqiqi hərbi xidmətdədir. Cinayət olan vaxt işləmədiyi üçün yaşadığı Şamaxı rayonu, Günəşli kəndində yerləşən məişət tullantıları poliqonundan tullantı dəmirləri, plastik əşyaları yığıb aparıb satmış və əldə etdiyi gəlirlə maddi ehtiyaclarını ödəmişdir. 07 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində o, yaşadığı Günəşli kəndinə Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığından həmin evə yaxınlaşaraq içəri daxil olmuş, həmin vaxt evdəki əşyaları bir dəfəyə oğurlaya bilməyəcəyini fikirləşib, ilk olaraq həmin evdən 02 ədəd drel, “Zinger” markalı soyuducunun 01 ədəd mühərrikini və bir ədəd aliminium qazanı həmin evdən oğurlayaraq oradan uzaqlaşmış və həmin drelləri öz yaşadığı evin qapısında gizlətmişdir. Həmin günün səhəri, yəni 08 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində o, yenidən həmin Zərərçəkmiş şəxs2 boş olan evinə gedərək oradan 01 ədəd paltaryuyan maşını, 01 ədəd “BOSCH” markalı laqondanı, 01 ədəd “SİEMENS” markalı laqondanı, 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd qayıçı, 01 ədəd qazan, 04 ədəd aliminium qazan, mətbəxt ləvazimatlarını, yəni stəkan, boşqab, qaşıq, nəlbəki, 01 ədəd sac, 01 ədəd sac, 15 metr aliminium materialından olan kabel, işıq sayğacı, 01 ədəd mis materialından olan 10 litrlik samovar oğurlayaraq yenidən yaşadığı evin həyətində torpağa basdırmışdır. Bundan sonra o, həmişə olduğu kimi öz işi ilə məşğul olmaqa başlamış və həmin oğurladığı əşyaların bir hissəsini dəmir alan şəxslərə satmış, digərlərini isə gizlətmişdir. Həmin hadisələri özü tək törətmiş və etdiyi əmələ görə peşmandır. Bundan başqa heç bir oğurluq etməmişdir. O, mütəmadi olaraq zibillikdən dəmir əşyalar yığıb, yaşadığı kənddə də, zibillik poliqonu olduğu üçün müxtəlif rayonlardan dəmir almaq üçün insanlar gəlib o və digər dəmir yığan həmkəndlilərindən yığdıqları dəmir əşyaları alıb getmişdirlər. Buna görə də o, həmin dəmir alan şəxslərə oğurladığı dəmir materialdan hazırlanmış əşyaları satarkən həmin şəxslər onun dəmir yığdığını bildikləri üçün satdığı əşyaların oğurluq olmasından şübhələnməmiş, bu barədə məlumatları olmamışdır. Həmin şəxslərə bu barədə heç bir söz deməmişdir. İttiham aktında qeyd edilən digər oğurluq hadisələrini o, etməmişdir. İbtidai istintaq dövründə onu döydüklərindən, o, digər oğurluqları da etməsini etiraf etmişdir. Bu qorxduğu üçün barədə bu günədək heç kəsə deməmiş və döyülməsi ilə bağlı şikayət etməmişdir. Oğurluq etməsə də, barəsində cinayət işi olduğundan bütün zərəçəkmişlərə vurulmuş ziyanı ödəmişdir. Son olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini və yaşını nəzərə alaraq, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. İbtidai araşdırma dövründə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərmişdir ki, işləmədiyi üçün yaşadığı Şamaxı rayonu, Günəşli kəndində yerləşən məişət tullantıları poliqonundan tullantı dəmirləri, plastik əşyaları yığıb aparıb satır və əldə etdiyi gəlirlə maddi ehtiyaclarını ödəməklə məşğul olur. 2022-ci ilin fevral ayının əvvəllərində sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus “Xan Bağı”restoranı çoxdandır fəaliyyət göstərmədiyi üçün həmin restorandakı dəmirləri oğurlamaq qərarına gəlmiş və təxminən saat 13:00 radələrində dumanlı havadan istifadə edib “Xan Bağı” restoranına getmiş, oraya çatdıqdan sonra özü ilə götürdüyü kəlbətinlə restoranın arxa hissəsinə yaxınlaşmışdır. O, restoranın çəpərlərinə çatdıqda çəpərin üzərindən keçərək restoranın həyətinə daxil olmuş, həmin vaxtı restoranda heç kim olmamışdır. Onun məqsədi restoranın elektrik naqillərini kəsib götürmək olduğundan ilk əvvəl restoranın həyətində olan transformatorun elektrik xətlərini kəlbətinlə kəsmişdir. Daha sonra o, oradan 10 ədəd, hər birinin hündürlüyü 1 metr olan uqolniki götürüb restoranın çəpərinin yanına gətirib çəpərdən keçirtmiş və yenidən restorana qayıtmışdır. Həmin vaxt bu qədər dəmir əşyanı bir dəfəyə oğurlaya bilməyəcəyini bildiyi üçün oğurlayacağı əşyaları hissə-hissə daşımaq qərarına gəlmiş və restoranın iki ədəd aliminium qapısını və bir ədəd də pəncərəsini çıxardıb restoranın çəpərinin yanına gətirib yığmış və geri qayıtmışdır. Bundan sonra pilləkan ilə restoranın dam örtüyünə çıxaraq kəlbətin ilə restoranın dam örtüyündə olan elektrik naqillərini kəsib aşağı atmağa başlamış, naqilləri kəsdikdən sonra həmin naqilləri kənddən özü ilə gətirdiyi torbaya yığmışdır. Həmin elektrik naqilləri ümumilikdə təxminən 100 metrdir. Bir torba elektrik naqilini yığdıqdan sonra həmin torbanı digər oğurladığı əşyaları yığdığı yerə aparmışdır. Daha sonra oradakı kreslo olan otaqdan və digər otaqlardan 3 ədəd bəzəkli işıq lampaları, 3 ədəd jalüz pərdə, su matoru, boşqablar, lambir və plastik boruları oğurlayıb çəpərin yanına gətirib çəpərdən keçirib digər oğurladığı əşyaların yanına qoymuşdur. Daha sonra həmin əşyaları hissə-hissə olmaqla, yaşadığı Şamaxı rayonu, Günəşli kəndinə aparıb kəndə gələn dəmir alan şəxslərə satmış, lakin hadisənin üzərindən uzun müddət keçdiyinə görə oğurladığı əşyaları hansı qiymətə satmasını xatırlamır. Bundan başqa həmkəndlisi Zərərçəkmiş şəxs3 kənddən bir qədər kənarda yerləşən istifadə edilməyən tikilidə buğda saxlamasından məlumatı olmuşdur. Buna görə də 2023-cü ilin yanvar ayının ortalarında təxminən saat 00 radələrində həmin buğdaları oğurlamaq qərarına gəlmiş və Şamaxı istiqamətinə gedən zaman yolun sol tərəfində yerləşən, əvvəllər restoran kimi fəaliyyət göstərsədə hazırda köhnə işlək vəziyyətdə olmayan Zərərçəkmiş şəxs3 məxsus iki mərtəbədən ibarət tikilinin yanına gəlmiş və qapıya yaxınlaşıb təpik vuraraq qapını açmışdır. Otağa daxil olduqdan sonra otaqda olan bütün buğda torbalarını havanın dumanlı olmasından istifadə edib bir-bir yol kənarına aparmışdır. Təxminən həmin torbaları otaqdan çıxarıb yol kənarına aparması 30-40 dəqiqə çəkmişdir. O, torbaları yol kənarına yığdıqdan sonra həmin torbaları Ağsu rayon bazarında satmaq qərarına gəlmiş və Ağsu rayonu istiqamətinə gedən yük avtomobillərinin birinə əl ilə işarə edib saxlatdırmış, sürücüyə buğdaları satmaq üçün Ağsu rayonuna aparması müqabilində 20 manata razılaşmış və sürücünün köməyi ilə buğda torbalarını həmin yük avtomobilinə yükləmişdir. Ağsu rayon bazarına çatdıqdan sonra yük avtomobilinin sürücüsünə 20 manat vermiş və bazarda içərisində buğda olan torbaları satıb Şamaxı rayonu, Günəşli kəndinə qayıtmışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 Bakı şəhərində yaşasa da onun Şamaxı rayonu Günəşli kəndində evi vardır, ancaq həmin evdə yaşayış yoxdur. Belə ki, 07 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində o, yaşadığı Günəşli kəndinə Zərərçəkmiş şəxs2 evində heç kimin olmadığından həmin evə yaxınlaşaraq içəri daxil olmuş, həmin vaxt evdəki əşyaları bir dəfəyə oğurlaya bilməyəcəyini fikirləşib ilk olaraq həmin evdən 02 ədəd drel, “Zinger” markalı soyuducunun 01 ədəd mühərrikini və bir ədəd aliminium qazanı həmin evdən oğurlayaraq oradan uzaqlaşmış və həmin drelləri öz yaşadığı evin qapısında gizlətmişdir. Həmin günün səhəri, yəni 08 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində o, yenidən həmin Zərərçəkmiş şəxs2 boş olan evinə gedərək oradan 01 ədəd paltar yuyan maşını, 01 ədəd “BOSCH” markalı laqondanı, 01 ədəd “SİEMENS” markalı laqondanı, 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd qayıçı, 01 ədəd qazan, 04 ədəd aliminium qazan, mətbəxt ləvazimatlarını, yəni stəkan, boşqab, qaşıq, nəlbəki, 01 ədəd sac, 01 ədəd sac, 15 metr aliminium materialından olan kabel, işıq sayğacı, 01 ədəd mis materialından olan 10 litrlik samovar oğurlayaraq yenidən yaşadığı evin həyətində torpağa basdırmışdır. Bundan sonra o, həmişə olduğu kimi öz işi ilə məşğul olmaqa başlamış və həmin oğurladığı əşyaların bir hissəsini dəmir alan şəxslərə satmış, digərlərini isə gizlətmişdir. Həmin hadisələri özü tək törətmiş və etdiyi əmələ görə peşmandır. Göstərilənlərdən başqa heç bir oğurluq etməmişdir. O, mütəmmadi olaraq zibillikdən dəmir əşyalar yığır, yaşadığı kənddə də, zibillik poliqonu olduğu üçün müxtəlif rayonlardan dəmir almaq üçün insanlar gəlib o və digər dəmir yığan həmkəndlilərindən yığdıqları dəmir əşyaları alıb gedirlər. Buna görə də o, həmin dəmir alan şəxslərə oğurladığı dəmir materialdan hazırlanmış əşyaları satarkən həmin şəxslər onun dəmir yığdığını bildikləri üçün satdığı əşyaların oğurluq olmasından şübhələnməmiş, bu barədə məlumatları olmamışdır. Həmin şəxslərə bu barədə heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs3 məxsus içərisində buğda olan torbaları Ağsu rayonuna aparmaq üçün razılaşdığı yük avtomobilinin sürücüsünü tanımır və həmin avtomobilin marka və dövlət qeydiyyat nişanını da, xatırlamır. Həmin şəxs ondan içərisində buğda olan torbaları haradan və necə əldə etməsini soruşmuş, lakin o, həmin şəxsə həmin torbaları oğurladığını deməmiş, Zərərçəkmiş şəxs3 məxsus tikilini göstərib həmin yerdə işlədiyini və həmin buğdaları da, işlədiyi işin müqabilində ona verdiklərini, pula ehtiyacı olduğu üçün buğdaları satmaq məqsədilə Ağsu rayonuna aparmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus tikililər avtomobil yolunun kənarında olduğu üçün həmin yerlərdən oğurluqları dumanlı hava şəraitində və gecə saatlarında etmişdir ki, onu kimsə görməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs2 qohumu olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 Şamaxı rayonu Günəşli kəndində yaşadığı evin qonşuluğunda evi var, ancaq İsa həmin evə az-az vaxtlarda gəlmişdir. Buna görə də həmin evə o, nəzarət edir. 09 sentyabr saat 00:30 radələrində küçəyə çıxan zaman İsanın evinin qapısının açıq olduğunu görmüş və evdən oğurluq hadisəsi ola biləcəyini düşünüb oraya yaxınlaşmışdır. Bundan sonra evə kiminsə girib oğurluq etdiyini müəyyən edib bu barədə İsaya zəng etmiş, daha sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin tarixdə, artıq saat 01 radələrində İsa Bakı şəhərindən gəlmiş, həmin vaxt müəyyən edilmişdir ki, həmin evdən 01 ədəd paltar yuyan maşın, 01 ədəd “BOSCH” markalı laqonda, 01 ədəd “SİEMENS” markalı laqonda, 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd “Hordet” markalı drel, 01 ədəd alçipan bağlayan drel, 01 ədəd qayıçı, 01 ədəd 40 litrlik aliminium materialından olan qazan, 01 ədəd 40 litrlik malirovanı qazan, “Zinger” markalı soyuducunun 01 ədəd mühərriki, 04 ədəd 18 litrlik aliminium qazan, mətbəxt ləvazimatlarının (stakan, boşqab, qaşıq, nəlbəki və sair), 02 ədəd çörək bişirmək üçün nəzərdə tutulan sadə sac, 15 metr aliminium materialından olan kabel, işıq sayğacı, 01 ədəd mis materialından olan 10 litrlik samovar oğurlanmışdır. Zərərçəkmiş şəxs2 müraciətindən sonra hadisənin həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Bundan əvvəl həmin evdən heç bir oğurluq hadisəsi olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, şahidlər Şahid3 və Şahid2 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Onun Bakı-Qazax magistral yolunun sağ tərəfində Saqiyan kəndi ərazisində “Xan Bağı” restoranı yerləşir. Restoran hal hazırda fəaliyyətsizdir. Ərazisi 2 ha olmaqla restoranın beş qapısı, üç pəncərəsi, üç pərdələri (jalüz), bütün elektrik xətləri və su xətləri, lambirləri, işıq lampaları sökülüb aparılmışdır. Həmin əmlakın təxmini qiymətləri belə olmuşdur: 3 qapı 1000 manat, üç pəncərə 600 manat, su və elektrik xətti, su matoru 1000 manat, jalüz 200 manat, lambir 500 manat, işıq lampaları 100 manat, həyətdə olan dəmir konstruksiyalar 500 manat, sanitar qovşağının xətləri 500 manat. Qeyd etdiklərindən başqa da restoranda olan stol, stul və s. əşyalar da dağıdılmışdır. Həmin məsələ ilə bağlı o, müraciət etdikdən sonra ətrafda olan şəxslərdəndə maraqlansada həmin oğurluğun kim tərəfindən həyata keçirilməsini müəyyən edə bilməmişdir. Həmin restoranı 2004-cü ildə tikdirmişdir. Oğurluq hadisəsi baş verən zaman oğurlanan qapı və pəncərələr, həmçinin digər əşyalar həmin tarixdə restoran tikilən zaman istehsal olunmuşdur. Həmin restoranı mütəmadi olaraq başqa-başqa şəxslərə işlətmək üçün vermişdir. 2021-ci il tarixindən isə həmin restoran fəaliyyətini tamamilə dayandırmışdır. O, sonuncu dəfə 2021-ci ilin yay aylarında restorana baxış keçirdən zaman restorandan hər hansısa bir oğurluq hadisəsi olmamışdır. 2022-ci ilin təxminən mart ayında restorana gedərək baxış keçirdən zaman artıq oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan “Xan Bağı” restoranından oğurlanmış əşyalarının bəzilərinin qiymətini qeyd etməmişdir, buna görə də həmin əşyaların dəyərini qeyd etmək istəyir. Beləki, 150 metr elektrik naqilinin qiyməti təxminən 150 manat, təxminən 40 metr uzunluğundakı plastik su xətlərinin (nazik boru) təxmini qiyməti 150 manat, ayaqyolunun 20 metr uzunluğundakı plastik borusunun qiyməti təxminən 100 manat, mətbəxdə olan 100 nəfərlik boşqabların qiyməti təxminən 400 manat, üç ədəd işıq lampasının ümumi qiyməti 100 manat təşkil edir. Digər əşyalarının dəyərini əvvəlki ifadəsində göstərmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, bina 42, mənzil 27-də yaşayır, özü də heç bir yerdə işləmir, təqaüdçüdür. Onun Şamaxı rayonu Günəşli kəndində evi var, ancaq o, həmin evə az-az vaxtlarda gəlir. Belə ki, 09 sentyabr saat 00:30 radələrində evinə nəzarət edən Şahid1 ona zəng vuraraq Şamaxı rayonu Yeni Günəşli kəndindəki evindən oğurluq olduğunu bildirdikdən sonra o, dərhal taksi ilə yaşadığı Bakı şəhərindən Şamaxı rayonu Yeni Günəşli kəndinə gəlmişdir. Həmin tarixdə, artıq saat 01 radələrində evinə çatmışdır. Həmin vaxt Şamaxı rayonu Yeni Günəşli kəndindəki evindən təxminən 180 manat dəyərində 01 ədəd paltar yuyan maşının, təxminən 240 manat dəyərində 01 ədəd “BOSCH” markalı laqondanın, təxminən 80 manat dəyərində 01 ədəd “SİEMENS” markalı laqondanın, təxminən 80 manat dəyərində 01 ədəd lobzikin, təxminən 40 manat dəyərində 01 ədəd lobzikin, təxminən 10 manat dəyərində 01 ədəd kərkinin, təxminən 5 manat dəyərində 01 ədəd çəkicin, təxminən 25 manat dəyərində 01 ədəd “Hordet” markalı drelin, təxminən 10 manat dəyərində alçipan bağlayan drelin, təxminən 30 manat dəyərində 01 ədəd qayıçının, təxminən 170 manat dəyərində 01 ədəd 40 litrlik aliminium materialından olan qazanın, təxminən 150 manat dəyərində 01 ədəd 40 litrlik malirovanı qazanın, təxminən 300 manat dəyərində “Zinger” markalı soyuducunun 01 ədəd mühərrikinin, hər birinin təxminən 30 manat dəyəri olan 04 ədəd 18 litrlik aliminium qazanların, təxminən 300-400 manat dəyərində mətbəxt ləvazimatlarının (stakan, boşqab, qaşıq, nəlbəki və sair), təxminən 80 manat dəyərində 01 ədəd çörək bişirmək üçün nəzərdə tutulan sadə sacın, təxminən 60 manat dəyərində 01 ədəd çörək bişirmək üçün nəzərdə tutulan sadə sacın, təxminən 20 manat dəyərində 15 metr aliminium materialından olan kabelin, qiyməti ona məlum olmayan işıq sayağacının, təxminən 1000 manat dəyərində 01 ədəd mis materialından olan 10 litrlik samovarın yerində olmadığını aşkar etmişdir. Hadisə barədə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmiş, bundan sonra o, hadisə barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Bir neçə gün keçdikdən sonra evindən oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxs evindən oğurladığı əşyaların bir qismini geri qaytarmişdir. Həmin əşyaların oğurlanması nəticəsində ona ümimillikdə təxminən 2730 manat dəyərində maddi ziyan dəymişdir. O, təxminən 2023-cü ilin iyun ayında həmin evdə olmuş, hər şey normal olmuşdur. Bundan əvvəl evindən heç bir oğurluq hadisəsi olmamışdır. Bundan başqa Vaqif Mustfayev tərəfindən oğurlanmış bir ədəd işıq sayğacının qiymətinin ilkin verdiyi ifadə zamanı xatırlamamış, lakin hazırda həmin işıq sayğacının qiymətini xatırlayır. Həmin oğurlanmış bir ədəd işıq sayğacının qiyməti 80 manat təşkil edir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Şamaxı rayon bazarında yem maqazini vardır və uzun illərdir ki o, həmçinin əkinçiliklə də məşğul olmuşdur. Yəni Şamaxı rayon Günəşli kəndi ərazisində onun torpaq sahəsi vardır və hər il həmin torpaq sahəsində taxıl əkir. Taxıl yığımında isə əldə edilmiş buğdaları, 50-60 kq-lıq torbalara yığaraq Şamaxı rayon Günəşli kəndində yol kənarında yerləşən ona məxsus saxlanc yerində saxlayır və oradan hər dəfəsində lazım olduqca avtomobilə yükləyib Şamaxı rayon bazarında yerləşən yem dükanına gətirib orada satmışdır. O, həmçinin başqa rayonlardan aldığı buğda və arpalarıda uzun illərdir ki həmin saxlanc yerində saxlayır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində gəlib həmin saxlanc yerindən bir neçə torba buğda götürərək Şamaxı rayon bazarında yerləşən yem dükanına aparmışdır. Daha sonra isə həmin dükana gəlib baxmamışdır. xx.xx.2023-cü il tarixində oğlu Şahid3 gəlib həmin dükanı açmaq istədikdə qapısının kimlərsə tərəfindən açıldığını hiss etmiş və qapını açan zaman həmin saxlanc yerində buğdaların olmamasını görmüşdür. Həmin buğdalar toxumluq buğda olduğundan və bir hissəsidə bazarda yerləşən yem dükanında olduğundan o, həmin buğdaların neçə torba olmasını bilmişdir. Oğlu buğdaların həmin saxlanc yerində olmamasını görüb bu barədə ona zəng etmiş və o, orada 35 torba buğda olduğunu söyləmişdir. Lakin oğlu ona həmin buğdaların kimlərsə tərəfindən oğurlandığını söyləmişdir. Bundan sonra Şahid3 DİN-nin 102 xidmətinə zəng etmiş və gəlib həmin əraziyə baxış keçirilmişdir. Növbəti gün özüdə gedib saxlanc yerinə baxan zaman kimlərinsə “Qubad, Emil şot” sözləri yazdığını görmüş və bilmişdir ki, kimlərsə qəsdən gəlib həmin torbaları oğurlamışdır. Çünki o, uzun illərdir ki həmin buğdaları yol kənarında yerləşən saxlanc yerində saxlayır və kimləsədə münaqişəsi olmadığından hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Həmin buğda toxumluq buğdadır. Yəni ki təmizlənmiş formada olur deyə bir kiloqramını hər zaman o, 1 manata satmışdır. Bu qiyməti ümumi orta bazar qiymətidir. Müxtəlif qiymətlərə buğdalar olsada həmin oğurlanmış buğdalar toxumluq olduğu üçün əvvəllər o, 1 manata satmış, hal hazırda isə həmin buğdalar 0,90 qəpiyə satılır. Həmçinin oğurluq hadisəsindən sonra o, həmin buğdaların bir torbasını tərəzidə çəkmiş və 64 kq olmasını yenidən müəyyən etmişdir. Bu səbəbdəndə ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, onun atasının Şamaxı rayon bazarında yem maqazini vardır və uzun illərdir ki atası həmçinin əkinçiliklə də məşğul olur. Yəni Şamaxı rayon Günəşli kəndi ərazisində Zərərçəkmiş şəxs3 torpaq sahəsi vardır və hər il həmin torpaq sahəsində taxıl əkir. Taxıl yığımında isə əldə edilmiş buğdaları, 50-60 kq-lıq torbalara yığaraq Şamaxı rayon Günəşli kəndində yol kənarında yerləşən onlara məxsus saxlanc yerində saxlayır və oradan hər dəfəsində lazım olduqca avtomobilə yükləyib Şamaxı rayon bazarında yerləşən yem dükanına gətirib orada satır. Atası həmçinin başqa rayonlardan aldığı buğda və arpalarıda uzun illərdir ki həmin saxlanc yerində saxlayır. Sonuncu dəfə atası xx.xx.2022-ci il tarixində gəlib həmin saxlanc yerindən bir neçə torba buğda götürərək Şamaxı rayon bazarında yerləşən yem dükanına aparmış, daha sonra isə həmin dükana gəlib baxmamışdır. xx.xx.2023-cü il tarixində o, gəlib həmin dükanı açmaq istədikdə qapısının kimlərsə tərəfindən açıldığını hiss etmişdir. O, qapını açan zaman həmin saxlanc yerində buğdaların olmamasını görmüşdür. Həmin buğdalar toxumluq buğda olduğundan və bir hissəsidə bazarda yerləşən yem dükanında olduğundan o, həmin buğdaların neçə torba olmasını bilmişdir. İlk əvvəl atası tərəfindən aparılmasını zənn etmiş və bu barədə atasına zəng edib soruşduqda atası sonuncu dəfə xx.xx.2022-ci il tarixində həmin buğdalardan apardığını, daha sonra isə oraya getmədiyini bildirmişdir. O, atasından dəqiq olaraq saxlanc yerində neçə torba yem olmasını soruşduqda sonuncu, ilk əvvəl tam dəqiq sayını bilmədiyini və hesablayıb ona deyəcəyini, lakin təxminən 3-4 tona yaxın olduğunu bildirmişdir. Lakin həmin torbalar saxlanc yerində olmamışdır. Bu səbəbdəndə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra əmisi Şahid2 onlara bildirmişdir ki, həmin buğdalar Ağasənin özü tərəfindən Şamaxı rayon bazarında yerləşən yem dükanına yığmışdır. Onlar ilk əvvəl zənn etmişlər ki, həmin buğdalar oğurlanmamışdır. Lakin daha sonra həmin buğdaları hesablayan zaman müəyyən olunmuşdur ki, Şahid2 tərəfindən buğdalar yem maqazininə yığdıqdan sonra atası Zərərçəkmiş şəxs3 yenidən həmin saxlanc yerinə buğdaları gətirib yığmış və həmin buğdalar naməlum şəxslər tərəfindən oğurlanmışdır. İlkin olaraq 3 ton yarım buğdanın oğurlanmasını zənn etmişdir. Lakin atasına sonra zəng edərək 35 torba buğda olmasını və həmin torbaların birinin çəkisinin təxminən 65 kq olmasını bildirdiyi üçün o da, ərizəsində ümumi olaraq 2275 kq buğdanın oğurlanmasını bildirmişdir. Həmin buğda toxumluq buğdadır. Yəni ki, təmizlənmiş formada olur deyə bir kiloqramını hər zaman atası 1 manata satmışdır. Bu qiyməti ümumi orta bazar qiymətidir. Müxtəlif qiymətlərə buğdalar olsada həmin oğurlanmış buğdalar toxumluq olduğu üçün əvvəllər atası 1 manata satmış, lakin sonradan atası ona söyləmişdir ki, həmin buğda ha-hazırda 0,90 qəpiyə satılır. Həmçinin oğurluq hadisəsindən sonra atası həmin buğdaların bir torbasını tərəzidə çəkmiş və 64 kq olmasını bilmişdir. Bu səbəbdəndə onlara ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. . Şahid2 ifadəsində göstərmişdir ki, o və qardaşı Zərərçəkmiş şəxs3 şərikdirlər, onların Şamaxı rayon bazarında yem maqazinləri vardır və uzun illərdir ki onlar, həmçinin əkinçiliklə də məşğul olmuşdurlar. Yəni onun və qardaşının Şamaxı rayon Günəşli kəndi ərazisində torpaq sahələri vardır və hər il həmin torpaq sahəsində taxıl əkib, biçməklə məşğul olurlar. Taxıl yığımında isə əldə edilmiş buğdaları, 50-60 kiloqramlıq torbalara yığaraq Şamaxı rayon Günəşli kəndində yol kənarında yerləşən bizə məxsus saxlanc yerində saxlayır və oradan hər dəfəsində lazım olduqca avtomobilə yükləyib Şamaxı rayon bazarında yerləşən yem dükanına gətirib orada satırlar. 2023-cü yanvar ayının əvvəllərində qış fəsli olması ilə əlaqədar buğdaları Şamaxı rayon bazarındakı mağazaya aparmağın çətin ola biləcəyini düşünüb, Günəşli kəndi ərazisindəki anbar kimi istifadə etdikləri saxlanc yerindəki hər birinin ağırlığı 63-64 kiloqram olan bir neçə ədəd içərisində buğda olan torbanı yük avtomobilinə yığdırıb Şamaxı rayon bazarında yerləşən ona məxsus anbara aparıb yığdırmış, lakin bu barədə qardaşı Balasənə məlumat vermək yadından çıxmışdır. 16 yanvar 2023-cü il tarixdə səhhətində ciddi problemlər yarandığı üçün müəlicə məqsədilə Bakı şəhərinə gedib, ürək nahiyyəsindən müalicə almışdır. 01 may 2023-cü il tarixdə səhhəti qaydasına düşdüyü üçün Şamaxı şəhərinə qayıtmış, ona dəyməyə gələn qardaşı səhhətinin qaydasına düşdüyünü görüb, Günəşli kəndinə yığdıqları 35 ədəd içərisində buğda olan torbanın oğurlandığını demiş, həmin vaxt o, Balasənə torbaların oğurlanmadığını, bazardakı ona məxsus anbara yığdığını demişdir. Onlar ilk əvvəl zənn etmişlər ki, həmin buğdalar onun bazarda olan yem dükanına yığdığı buğdalar olmuşdur. Lakin sonradan onlar həmin buğdaları hesablayan zaman qardaşı Balasən ona söyləmişdir ki, yem dükanına yığılan buğdalardan sonra yenidən həmin yerə gətirib buğda yığmış və həmin buğdalar isə oğurlanmışdır. Bundan sonra isə onlar yenidən Şamaxı RPŞ-nə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cm-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 iştirakı ilə onun evindəki əşyaların oğurlandığı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus əşyalar Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evinin içərisindən oğurlanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi və götürmə haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə Şamaxı rayonu, Günəşli kəndində yerləşən yaşadığı, istifadəsi dayandırılmış məktəb binasının həyətindəki sanitar qovşağının arxa hissəsinə yığdığı bir qismini gizlətdiyi oğurladığı əşyalara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həyətdə yerləşən sanitar qovşağının arxasında yığılmış yerdəki 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd “Hordet” markalı drel, 01 ədəd alçipan bağlayan drel, 01 ədəd qayıçı və 01 ədəd aliminium qazanı göstərərk həmin əşyaların Zərərçəkmiş şəxs2 məxsus olduğunu, həmin əşyaları 07 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrindən 08 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrinədək olan müddətdə sonuncunun evində heçkimin olmadığından istifadə edərək hissə-hissə oğurlamasını, digər oğurladığı əşyaları satdığını, bu əşyaları isə satmaq üçün sanitar qovşağının arxasında gizlətiyini şifahi olaraq bildirmişdir. Baxış zamanı göstərilən əşyalar götürülmüş və baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elbəy oğlu 11 sentyabr 2023-cü il tarixdə saat 21:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazanı nəzərdən keçirib göstərmişdir: ona təqdim edilən 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazan tanımış və bildirmişdir ki, bir müddət əvvəl ona məxsus olmaqla Şamaxı rayonu, Günəşli kəndində yerləşən yaşayış olmayan evindən oğurlanmışdır, həmin 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazanı xüsusi əlamətlərindən və köhnəlməsindən tanıdığını qeyd etmişdir. Bu barədə foto çəkiliş edilərək iş materiallarına əlavə edilmişdir. “Maddi sübut kimi tanıma və saxlanca verilməsi haqqnda” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazan cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. 13 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazan təhvil almışdır. “Cinayət işlərinin bir icraatda birləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və iş üzrə ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. “Cinayət işinin başlanması haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış 37C-22 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi istintaq aidyyəti üzrə Şamaxı rayon polis şöbəsinə göndərilmişdir. “Cinayət işinin başlanması haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 Şamaxı RPŞ-nin İB-də araşdırılan HK-1-81/23 nömrəli müraciəti əsasında toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi istintaq aparılması üçün aidyyəti üzrə Şamaxı RPŞ-nin İB-nə göndərilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7057 nömrəli ekspert rəyindən görünür ki, “Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: 2250 kiloqram təmizlənmiş toxumluq buğda-1237 manat, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd paltar yuyan maşınqiyməti aydın deyil, 01 ədəd “BOSCH” markalı laqonda-80 manat, 01 ədəd “SİEMENS” markalı laqonda-80 manat, 02 ədəd lobzik-80 (2x40man) manat, 01 ədəd kərki-8 manat, 01 ədəd çəkic-5 manat, 01 ədəd “Hordet” drel-30 manat, 01 ədəd alçipan bağlayan direl- 30 manat, 01 ədəd qayçı-15 manat, 01 ədəd 40 lirtlik aliminium materialdan olan qazan- 45 manat, 01 ədəd 40 litrlik rəngli qazan-60 manat, 01 ədəd “Zinger” markalı soyuducunun mühərriki-100 manat, 04 ədəd 18 litrlik aliminium qazan-80 (4x20man) manat, təxminən 300-400 manat dəyərində mətbəxt ləvazimatları(stəkan, boşqab, qaşıq, nəlbəki və sair)-qiyməti aydın deyil, 02 ədəd çörək bişirmək üçün nəzərdə tutulan sadə sac- 60 (2x30man) manat, 15 metr uzunluğunda aliminium materialdan olan kabel-qiyməti aydın deyil, 01 ədəd işıq sayğacı-qiyməti aydın deyil, 01 ədəd mis materialdan olan 10 litirlik samovar-300 manat, Zərərçəkmiş şəxs1 məxsus 150 metr uzunluğunda elektrik naqili-qiyməti aydın deyil, 03 ədəd aliminium qapı-qiyməti aydın deyil, 03 ədəd aliminium pəncərə-qiyməti aydın deyil, 03 ədəd bəzəkli işıq lampalar- qiyməti aydın deyil, 03 ədəd jalüz pərdə- qiyməti aydın deyil, 40 metr uzunluğunda plastik su xətləri (nazik boru)qiyməti aydın deyil, 50 m2 lambir- 250 (50x5man) manat, 01 ədəd “aqidel” markalı su motoru- 70 manat, 50 metr uzunluğunda restoranın misdən olan elektrik xətləri- qiyməti aydın deyil, 100 nəfərli boşqab- qiyməti aydın deyil, 250 kiloqram həyətdə olan dəmir kosntruksiyalar, yəni borular- qiyməti aydın deyil, 20 metr uzunluğunda olan ayaqyolunun borusu- qiyməti aydın deyildir». Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin sentyabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1293,00 manat müəyyən olunur. Digər qərarda göstərilən 14 ədəd mallar haqqında kifayət qədər məlumat (istehsal yeri, ölçüsü, modeli, diametri və markas) olmadğndan həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qərarda göstərilən 2250 kq təmizlənmiş toxumluq buğdanın 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1237,50 manat müəyuyən edilmiş, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı RİHB-nın Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 noyabr 2023-cü il tarixli 5-75-27/2-166/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Veyisli kəndində qeydiyyatda olmasına baxmayaraq, Şamaxı rayonunun Günəşli kəndində yaşayır və onun ailə tərkibi özü xx.xx.2006-cı il təvəllüdlü- Təqsirləndirilən şəxs, xx.xx.1965-ci il təvəllüdlü atası X1 və xx.xx.1961-ci il təvəllüdlü anası Qanuni nümayəndə ibarətdir Şamaxı RİHB-nın Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Veyisli kəndində qeydiyyatda olmasına baxmayaraq, bir neçə ildir ki ailə üzvləri ilə birlikdə Şamaxı rayonunun Günəşli kəndində yaşayır. Yaşadığı dövr ərzində kəndin heç bir ictimai-siyasi işlərində iştirak etməmiş, barəsində nümayəndiliyə cinayət xarakterli yazılı şikayət daxil olmamışdır. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işininin materiallarından Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaq tərəfindən tam olaraq dəqiqləşdirilməmiş şəxsin müəyyən edilməsi məqsədilə, şəxsə görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş ərizələrdən görünür ki, onların hər biri təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilmiş, onların təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü yalnız bir epizod üzrə təqsirli bilib, digər epizodlar üzrə təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və zərərçəkmiş şəxslərin ifadələrilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq oğurlamaları tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan vaxt törətməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs təqsirləndirldiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini müstəsna hallar kimi qiymətləndirərək, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı çıxışını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətəbiq edilməklə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş“ yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, 11 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazanın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 25 saat hüquqi yardım göstərməsinə görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 400 (dörd yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar 02 ədəd lobzik, 01 ədəd kərki, 01 ədəd çəkic, 01 ədəd drel, 01 ədəd qayıçı, 01 ədəd aliminium qazanın Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 25 saat hüquqi yardım göstərməsinə görə 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar