Məhkəmə qərarları › İş №1(074)-28/2020

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-28/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-28/2020 05.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Şamaxı rayonu İ Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Şamaxı rayonu İ Çaylı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayı ərzində müxtəlif vaxtlarda vahid niyyətlə, sərbəst giriş- çıxışına icazə verilmiş Şamaxı rayonu Qızmeydan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində olan 1296 (min iki yüz doxsan altı) manat dəyərində 04 ədəd 12 metr uzunluğunda, 15 millimetr diametrində aliminium materialdan hazırlanmış su borularını, 900 (doqquz yüz) manat dəyərində 02 ədəd 05 metr uzunluğunda, 200 millimetr diametrində su borularını, 220 (iki yüz iyirmi) manat dəyərində 11 ədəd təxminən 4-5 metr uzunluğunda, 10-15 santimetr qalınlığında meşə ağacından hazırlanmış atma tirləri, 160 (yüz altmış) manat dəyərində 02 ədəd 05 metr uzunluğunda, 200 millimetr diametrində dəmir boruları, 24 (iyirmi dörd) manat dəyərində 01 ədəd 20 litrlik aliminium materialdan hazırlanmış qazanı, 30 (otuz) manat dəyərində 20 metr uzunluğunda at zincirini, 15 (on beş) manat dəyərində 22 metr uzunluğunda aliminium kabeli, 10 (on) manat dəyərində işlənmiş- köhnə su matorunu, 25 (iyirmi beş) manat dəyərində 50 metr uzunluğunda su şlanqını, 120 (yüz iyirmi) manat dəyərində 01 ədəd təxminən 80-100 kiloqram çəkidə olan dəmir çarxı, 200 (iki yüz) manat dəyərində 05 ədəd hər biri 25 kiloqram çəkidə olan kanalizasiya üçün nəzərdə tutulmuş dəmir qapaqları, ümumilikdə zərərçəkmiş şəxsə məxsus (3000) manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs atasının əmisi arvadıdır və yaxın qonşudur. Hazırda Səmmərruxun evində heç kim yaşamır, sahibsizdir. Səmərruxun əri Əvəzgül öldükdən bir neçə il sonra Səmərruxu oğlu Sahibcan gəlib yaşadığı Qızmeydan kəndinə aparmış, gedərkən evlərini atasına tapşırmışlar ki, evə nəzarət etsin. Səmərrux və Sahibcanın öz razılığı ilə onlar özlərinə məxsus heyvanlarını onun həyətində otararaq həyətdəki su quyusundan istifadə etmişlər. Səmərruxla onların həyətləri arasında məftil setka olmaqla kiçik qapı qoyulmuşdur. Həmin həyətə sərbəst girib-çıxırlar və heyvanlarını da müəyyən vaxtlarda orada saxlayırlar. O, Səmərruxun həyətində köhnə dəmir və aliminium olduğunu görüb onları hissə-hissə satmaq qərarına gəlmişdir. 2019-cu ilin dekabr ayında müxtəlf vaxtlarda kəndə tanımadığı şəxslər öz avtomobilləri ilə dəmir yığmağa gələrkən həmin vaxtlarda o, Səmərruxun həyətinə yığılmış köhnə dəmir boruları, dəmir lükləri, köhnə su nasosunu və digər metal əşyaları kəndə gələn dəmir yığanlara satmışdır. Həmin vaxtda dəmir alanlar özləri də ona köməklik göstərib həmin əşyaları maşınına yükləmişlər. O, metalları satarkən həmin şəxslərə demişdir ki, öz qapılarıdır və həmin metallar da özlərinə məxsusdur. Metalları satarkən onlar oğurluq olmasını əvvəlcədən bilməmişlər. Hətta bir dəfə Səmərruxun həyətindən oğurladığı metalları qohumu Elariz Əhmədvun həyətinə gətirmiş və orada doğrayıb metal alanlara satmışdır. Elarizin həmin oğurluqdan xəbəri olmamışdır. Eşitdiyinə görə sonradan Sahibcan maraqlanarkən Elariz ona demişdir ki, onların həyətlərində olan metal əşyaları Eltun satıb. Ona görə Sahibcan onun atasının yanına gəlmiş və atasına onlara dəyən ziyanı ödəmələrini demişdir. Atası da buna razı olmuşdur. Sahibcan atasını bir neçə ay gözləmiş, atası onların pulunu vermədiyinə görə onlar Şamaxı RPŞ-nə oğurluq barədə şikayət etmişdir. Əməlindən peşimandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2001-ci ildə əri Əvəzgül Nəbiyev öldükdən sonra o, rayonun İ Caylı kəndindəki evində tək yaşamağa başlamışdır. Onun 3 qızı və 3 oğlu var. Onlar özlərinə məxsus başqa yerlərdə yaşayırlar. O, bir müddət Çaylı kəndindəki evində tək yaşamış, 2005-ci ildə oğlu Sahibcan kəndə gəlib onu öz yaşadığı Qızmeydan kəndindəki evinə aparmışdır. Həmin vaxtı o, evinin qapılarını bağlayıb getmiş, hazırkı günədək o, Sahibcanın evində yaşayır. Evdən gedərkən qonşuluqda yaşayan qaynı oğluna evini tapşırmışdır. Həmin vaxtdan İ Çaylı kəndindəki evləri sahibsiz qalmışdır. Buna baxmayaraq oğlanlarına da tapşırmışdır ki, kəndə gələndə evi yoxlasınlar, eləcə də oğlu Sahibcan arabir xəndə gedib evlərinə nəzarət edirdi. Sonuncu dəfə Sahibcan 2019-cu ilin noyabr ayının axırlarında Çaylı kəndinə gedib evə baxmış və həmin vaxtı evdən oğurluq olmasını hiss etməmişdi. 2019-cu ilin dekabr ayında Bakı şəhərində yaşayan oğlu Rəşid Sahibcana xəbər vermişdir ki, evlərindən oğurluq olmuşdur. Ona görə Sahibcan onu da götürüb kəndə evlərinə getmişlər. Evə baxarkən qapıların bağlı olduğunu, lakin həyətdə olan əşaylarının oğurlanmasını görmüş, Sahibcanla birlikdə həyətə baxarkən görmüşdür ki, həyətdən 4 ədəd 15 mm-lik hər birinin uzunluğu 12 metr olan alminum su borusu, 11 ədəd meşə ağacından olan 4-5 metrlik qalın atma tirlər, 5 ədəd alminiumdan olan 200 mm-lik hər biri 5 metr uzunluğunda borular, 2 ədəd 200 mm- lik olan hər biri 5 metr uzunluğunda dəmir borular, 1 ədəd 20 letrlik aliminium qazanı, 20 metr uzunluğunda at zinciri, 22-metr uzunluğunda aliminium kabel, 1 ədəd köhnə su matoru, su matoruna məxsus 50 metr uzunluğunda su şlanqı, həyətdə olan 80-100 kq çəkidə olan 1 ədəd dəmir çarx və 5 ədəd kanalizasiya üçün nəzərdə tutuilmuş dəmir lük qapaqları oğurlanıb. Bununla əlaqədar Sahibcan kənddə soraq edib maraqlanarkən öyrənmişdir ki, evlərindən oğurluğu qonşu həyətdə yaşayan qaynı nəvəsi Təqsirləndirilən şəxs oğurlamışdır. Sahibcan bunu öyrəndikdən sonra əmisi oğlu Qismətin yanına gedib ona xəbər vermiş, Qismət Sahibcana demişdir ki, onlara dəymiş ziyanı ödəyəcəklər və onlardan xahiş etmişlər ki, bu barədə şikayət etməsinlər. O, da Qismətin sözlərinə inanıb şikayət etməmiş, lakin 5 ay keçməsinə baxmayaraq Qismətin onları alıdatdığını başa düşüb, Sahibcanla birlikdə Şamaxı RPŞ-nə gedərək oğurluq barədə rəsmi müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində oğurlanmış əşyalıarın köhnə olmaqla ayrı-ayrılıqda dəyəri barədə heç bir söz deyə bilmədiyini, lakin bu oğurluq nəticəsində ona ümumilikdə 3000 (üç min) manat ziyan dəydiyini bildirmişdir. Eyni zamanda bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, hal-hazırda Şamaxı rayon Qızmeydan kəndində yaşayır. Onların ata evləri Şamaxı rayonu İ Çaylı kəndindədir. Ailədə 3 bacı və 3 qardaşdırlar. Həm bacıları, həm də qardaşları hamısı ailəlidirlər və özlərinə aid evlərində yaşayırlar. Atası 2001 -ci ildə rəhmətə getdikdən sonra anası Zərərçəkmiş şəxs İ Çaylı kəndindəki evlərində tək yaşamış, o, anasının qoca olmasını nəzərə alıb 2005-ci ildə yaşadığı öz eviə gətirmişdir. Həmin vaxtdan Çaylı kəndindəki ata evləri sahibsiz qalmış, buna baxmayaraq o, həmin kənddə yaşayan yaxın qohumlarına tapşırmışdı ki, evə nəzarət etsinlər və özü də hərdən bir İ Çaylı kəndinə gedib ata evlərinə baxmışdır.Sonuncu dəfə o, 2019-cu ilin noyabr ayının axırlarında İ Çaylı kəndinə gedib evə baxmış və həmin vaxtı evdən oğurluq olmasını hiss etməmişdir. 2019cu ilin dekabr ayının 17-də Bakı şəhərində yaşayan qardaşı Rəşid ona xəbər vermişdir ki, İ Çaylı kəndindəki ata evlərindən oğurluq olub. Ona görə də anası Səmərruxu götürüb İ Çaylı kəndinə gəlmişdir. Əvvəlcə evin otaqlarını yoxlamışlar və görmüşlər ki, əşayları evdədir. Sonra həyətə baxdıqda görmüşdür ki, həyətdən 4 ədəd 15 mm-lik hər birinin uzunluğu 12 metr olan alminum su borusu, 11 ədəd meşə ağacından olan 4-5 metrlik qalın atma tirlər, 5 ədəd alminiumdan olan 200 mm-lik hər biri 5 metr uzunluğunda borular, 2 ədəd 200 mm- lik olan hər biri 5 metr uzunluğunda dəmir borular, 1 ədəd 20 letrlik aliminium qazanı, 20 metr uzunluğunda at zinciri, 22-metr uzunluğunda aliminium kabel, 1 ədəd köhnə su matoru, su matoruna məxsus 50 metr uzunluğunda su şlanqı, həyətdə olan 80-100 kq çəkidə olan 1 ədəd dəmir çarx və 5 ədəd kanalizasiya üçün nəzərdə tutuilmuş dəmir lük qapaqları oğurlanıb. Bununla əlaqədar kənddə soraq edib maraqlanarkən öyrənib ki, ata evlərindən oğurluğu qonşu həyətdə yaşayan əmisi nəvəsi Təqsirləndirilən şəxs oğurlamışdır. O, bunu öyrəndikdən sonra əmisi oğlu Qismətin yanına gəlib bu barədə xəbər vermiş, Qismət ona demişdir ki, onlara dəymiş ziyanı ödəyəcəklər və ondan xahiş etmişlər ki, bu barədə şikayət etməsin. Q da Qismətgilin sözlərinə inanıb şikayət etməmiş, lakin 5 ay keçməsinə baxmayaraq Qismətgilin onu alıdatdıqlarını başa düşüb, anasını da götürüb Şamaxı RPŞ-nə gəlmiş və oğurluq barədə anası müraciət etmişdir. Həmçinin Şahid1 ifadəsində oğurlanmış əşyalıarın köhnə olmaqla ayrı- ayrılıqda dəyəri barədə heç bir söz deyə bilmədiyini, lakin bu oğurluq nəticəsində ona ümumilikdə 3000 (üç min) manat ziyan dəydiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Təvəkkül oğlu ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs mərhum əmisinin həyat yoldaşıdır və qonşuluqda yaşayır. Onların həyəti ilə Səmərruxgilin həyətinin arasında məftil setka vardır və qapı qoyulmuşdur. Əmisi rəhmətə getdikdən sonra Zərərçəkmiş şəxs evində tək yaşamışdır. Mütamadi olaraq onlara ailəliklə gedib gəlmişlər. 2005-ci ildə əmisi oğlu Sahibcan kəndə gəlib Səmərruxu öz yaşadığı Qızmeydan kəndindəki evinə aparmışdır. Sahibcan Səmərruxu özü ilə apararkən ona demişdir ki, evlərindən muğayət olsun. O, da bir qohum və qonşu kimi onun evinə və həyətinə baxmışdır, bəzi vaxtlarda onların həyətlərində qoyunlarını otarmışdır. Müəyyən vaxtlarda Sahibcan kəndə gələrkən özü də gəlib həyətlərinə baxmışdır. 2019-cu ilin noyabr ayının axırlarında Sahibcan kəndə gəlib evlərinə baxmış və sonra çıxıb getmişdir. 2019-cu ilin dekabr ayında Sahibcan kəndə evlərini yoxlamağa gələrkən həyətlərində onlara məxsus dəmr və aliminium metalların oğurlanması barədə ona xəbər vermiş, o da Sahibcana demişdir ki, həmin əşyaların oğurlanmasından xəbəri yoxdur. Sonra o, kənddə maraqlanarkən eşitmişdir ki, həmin əşyaları onun oğlu Eltun oğurlamışdır. Ondan sonra Sahibcan onun yanına gəlib demişdir ki, oğlu Eltun həyətdəki metalları oğurlayıb satmışdır. O, oğlundan soruşub maraqlanarkən həmin əşayaları Eltunun oğurlayıb kəndə metal yığmağa gələnlərə satdığını bildikdə o, Sahibcana dəyən ziyanı tezliklə ödəyəcəyini demişdir. Sahibcan da onunla razılaşmış və həmin vaxtı şikayət etməmişdir. Lakin sonradan o, xəstələndiynə görə Sahibcana metalların pulunu ödəyə bilməmiş və ondan vaxt istəmişdir. Sahibcan bir neçə dəfə ondan metalların pulunu istəsədə onun pulu olmadığına görə metalın pulunu 3000 manatı verə bilməmişdir. Sahibcan onun pul vermədiyni görüb anasını da götürüb oğlu Eltundan Şamaxı RPŞ-nə şikayət etmişdir. Həmçinin Şahid3 ifadəsində oğlu Eltunun Səmərruxun həyətindən metal oğurlamasından onun xəbəri olmadığını, əgər əvvəlcədən bunu bilsəydi oğluna oğurluq etməyə imkan verməyəcəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasının bibisidir, onunla aralarında heç bir ədavətləri olmamışdır. Səmərruxun əri öldükdən sonra bir müddət o, evində təkbaşına yaşamışdır. Sonradan onun oğlu Sahibcan kəndə gəlib anasını özü ilə yaşadığı rayonun Qızmeydan kəndinə aparmışdır. Eşitdiyinə görə Sahibcan anasını evinə apararkən evini qonşuluqda yaşayan əmisi oğlu Şahid3 tapşırmışdır. Təqsirləndirilən şəxs onun bibisi nəvəsidir. 2019-cu ilin dekabr ayının ortalarında Eltun onlara gəlib demişdir ki, bir az metalı var onu bizim həyətdə doğrasın və satsın. O, da buna razı olmuşdur. Eltun onların həyətinə bir neçə dəmir boru və metal lüklər gətirib doğramış və tanımadığı metal yığana satmışdır. Bundan bir xeyli sonra Sahibcan kəndə gəlmiş və ona demişdir ki, onların həyətlərindəki metalları oğurlayıblar. Söhbət zamanı o, Sahibcana demişdir ki, bir dəfə Eltun onların həyətinə dəmir gətirib doğramış və onları tanımadığı metal alanlara satmışdır. Bundan sonra Sahibcan çıxıb getmişdir. Sonradan bilmişdir ki, Eltun Səmərruxun həyətindəki metalları oğurlayıb satmışdır. Kənddə olarkən eşitmişdir ki, Sahibcan Eltunun atası Qismətin yanına gedib ondan metallarının pulunu istəmişdir. Qismət də ona söz vermişdir ki, tezliklə ona metalların pulunu verəcəkdir. X4 metalların pulunu vermədiyindən X3 RPŞ-nə şikayət etmişdir. Həmçinin Şahid2 ifadəsində Eltunun Səmərruxun həyətindən oğurladığı metallardan onun xəbəri olmadığını, əgər xəbəri olsaydı buna imkan verməyəcəyini, Səmərruxun həyətindən metalların Eltun tərəfindən oğurlanmasını onun Sahibcana dediyini bildirmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Polis Şöbəsinin MSY-dən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsinin xx xxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Şamaxı rayon “xxxxx” X1 xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış metal və digər əşyalar ümumilikdə 3000 manat hazır ki, dəyər qiymətini müəyyən etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam ödənildiyinədn ondan şikayəti və tələbi yoxdur. İş materiallarında olan Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, əməksevərdir, təvəzökardır, adamlarla münasibətdə səmimidir və yüksək insani keyfiyyətləri ilə fərqlənir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixi 212 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Birinci Çaylı kəndində yaşayır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət islah işləri cəzasının 6 gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 gün müddət islah işləri cəzasının 6 gününə bərabər tutulub hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri səzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdrilməsin. Hökmün icrası Şamaxı rayon icra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar