Məhkəmə qərarları › İş №1(074)-28/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-28/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-28/2022 02.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1980-cı ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 2018-ci ilin payız aylarından başlayan əkin mövsümündən etibarən davamlı olaraq vahid niyyətlə Şamaxı rayon, Quşçu bələdiyyəsinə məxsus rayonun Quşçu kəndi ərazisində yerləşən “Çay sahəsi” adlanan ərazidən 07 (yeddi) hektar və həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən “Kirbit” adlanan ərazidən 08 (səkkiz) hektar olmaqla ümumilikdə 15 (on beş) hektar kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qəsdən özbaşına tutub xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl məhsulu əkib becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şamaxı rayonu, Quşçu kəndində yaşayır. Ona ailəsi ilə birlikdə Quşçu kəndindən 45 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini əkib becərir. Onun özü və arvadından əlavə 6 nəfər uşağı da var. 2018-ci ildə 8 nəfər ailə üçün cəmi 45 sot torpaq sahəsindən əkib becərməklə ailənin ehtiyaclarını ödəməkdə çətinlik çəkmişdir. Eyni zamanda, əlavə torpaq sahəsini icarəyə götürməyə və ya almağa görə ödəmək üçün pulu da olmadığından qərara gəlmişdir ki, pay torpaq sahəsindən bir qədər aralıda yerləşən və Quşçu kənd bələdiyyəsinin balansında olan örüş torpaq sahələrindən taxıl bitkisi əkib becərsin və ailəsinin təminatını ödəsin. Bu məqsədlə Quşçu kəndinə aid Aşkar qəsəbəsinin Çay sahəsi adlanan ərazisində örüş torpaq sahəsi və həmin torpaq sahəsinin yaxınlığında Quşçu kəndinə aid Kibrit adlanan örüş torpaq sahəsindən bir hissəsinə taxıl bitkisi əkmiş və becərib yetişdirmişdir. Həmin il kənd bələdiyyəsi, kənd sakinləri, eləcə də Əmlak Məsələləri Xidmətinin əməkdaşları onun həmin örüş sahələrini əkməyinə görə ona irad bildirdikləri üçün o, həmin torpaq sahələrini əkməyinin məsuliyyətə səbəb olmasını bilmiş və sonrakı illərdə həmin torpaq sahələrini əkməmişdir. Həmin torpaq sahələrini cəmi bir dəfə, yəni 2018-ci ilin payız aylarında əkmiş, həmin ildən əvvəl və həmin ildən sonrakı illərdə o, qeyd edilən torpaq sahələrini əkməmişdir. Həmin torpaq sahələri bir-birinə yaxın ərazidə yerləşirlər. O da həmin torpaq sahələrini dəqiq ölçməmiş, hansı ölçüdə olmasını bilməmiş, sadəcə olaraq 2018-ci ildə o, həmin torpaq sahələrini bir dəfə eyni vaxtda əkmişdir ki, ailəsinin ehtiyaclarını ödəsin, çünki işləmədiyindən pul qazana bilməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əvvəlcə 2018-ci ildə həmin torpaq sahələrindən bir hissəsi, 2019cu ildə isə digər hissəsinə baxış keçirilməklə müəyyən edilmişdir. Lakin o, həmin torpaq sahələrini 2019-cu ildə və sonrakı illərdə əkməmiş və becərməmişdir. Onun 2018-ci ildə “Belorus” markalı traktoru olmuş, həmin traktorla əkib-becərmə işlərini görmüşdür. Sonrakı il həmin traktoru satmış, satdığı adamı da tanımamışdır. Həmin torpaq sahələrini əkib becərərkən ona heç kim köməklik etməmiş və işində kimsə iştirak etməmişdir. Hazırda həmin torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. Bələdiyyənin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşman olması və ailə vəziyyəti nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Mürsəl oğlu ifadəsində göstərmişdir ki, o, hazırda Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onunla münasibəti normal olmuşdur. O, bələdiyyə sədri işlədiyi müddətdə və ondan əvvəl digər həmkəndliləri kimi Təqsirləndirilən şəxsla da aralarında heç vaxtı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs 2018-ci ildə Quşçu kəndində “Aşkar” qəsəbəsinin “Çay sahəsi” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid kənd təsərrüfatı təyinatlı 07 (yeddi) hektar torpaq sahəsini və həmin torpaq sahəsinin yaxınlığında Quşçu kəndinə aid “Kirbit” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid kənd təsərrüfatı təyinatlı 08 (səkkiz) hektar torpaq sahəsini qanunsuz zəbt edərək həmin il istifadə etmiş, qanunsuz olaraq zəbt edərək şumlayıb taxıl əkmişdir. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahələrinə aid heç bir sənədi olmamış, o, bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı həmin örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı bələdiyyə tərəfindən heç bir qərar qəbul edilmədən qeyd olunan sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahələrini cəmi bir il əkmişdir və həmin torpaq sahələri Quşçu bələdiyyəsinə məxsusdur. Təqsirləndirilən şəxs Quşçu bələdiyyəsinə məxsus olmaqla qanunuz əkib-becərdiyi 07 və 08 hektar torpaq sahələrinə görə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən həmin sahələrə baxış keçirilməklə əvvəlcə qeyd edilən faktlar müəyyən edilmiş və bunlarla bağlı müvafiq sənədlər tərtib edilərək aidiyyəti üzrə göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən təkcə 2018-ci ildə əkilmiş 07 hektar torpaq sahəsini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları 2018-ci ildə, digər 08 hektar torpaq sahəsini isə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları 2019-cu ildə baxış keçirməklə müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin torpaq sahələrini 2019-cu ildə və ondan sonrakı illərdə əkməmişdir. O, həmin torpaq sahələrini eyni vaxtda, yəni 2018-ci ildə bir dəfə əkib becərmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahələrini 2018-ci ildən əvvəl və sonrakı illərdə əkməmişdir və istifadə etməmişdir. Sadəcə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əvvəlcə 2018 Quşçu kəndinə aid “Aşkar” qəsəbəsinin “Çay sahəsi” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid kənd təsərrüfatı təyinatlı 07 (yeddi) hektar torpaq sahəsinə baxış keçirilmiş, daha sonra 2019-cu ildə Quşçu kəndinə aid “Kirbit” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid kənd təsərrüfatı təyinatlı 08 (səkkiz) hektar torpaq sahəsinə baxış keçirib müəyyən etmişlər. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olmuşdur. Hazırda torpaq sahəsi bələdiyyəyə qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 2015-ci ilin sentyabr ayından Əmlak Məsələləri Dövlət Xidməti, Şamaxı ərazi şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyir. 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə X12 rayonu Nizamikənd kənd sakini, həmin vaxtı Şamaxı rayonu Quşçu kəndində yaşayan Şahid13 müraciəti əsasında rəhbərliyin müvafiq göstərişinə əsasən, o, və Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin baş məsləhətçisi Vahab Bəhramov ilə birlikdə Quşçu kəndi ərazisində digər ərazilərlə yanaşı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən 7 hektar bələdiyyə mülkiyyətinə aid şumlanmış torpaq sahəsinə baxış keçirilmişdir. Müraciətdə qeyd olunan həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Quşçu bələdiyyəsinin mülkiyyətində olan, kəndin “Aşkar” qəsəbəsinin “Çay sahəsi” adlanan hissəsində 7 hektar örüş sahəsində şumlama işlərinin aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi bələdiyyə mülkiyyətində olan qeyd olunan örüş torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqlarının olmadığı müəyyən edilmişdir. Buna görə Təqsirləndirilən şəxs bu əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətlərinə uyğun gəldiyi müəyyən edilmişdir. Onlar da mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan qeyd olunan örüş torpaq sahəsini qanunsuz istifadə etdiyini müəyyən etdikləri üçün qeyd olunan hallarla bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə tərtib edilmiş akt və digər sənədlər Xidmətin Baş İdarəsinə göndərilmişdir. Bundan sonra, 2019-cu ilin oktyabr ayında Quşçu bələdiyyəsinin müraciəti əsasında rəhbərlikləri tərəfindən yenidən həmin kənd ərazisində müvafiq araşdırma aparılması göstərildiyi üçün, həmin vaxtı, yəni 16 oktyabr 2019-cu il tarixdə o və Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid2, eləcə də həmin vaxtı Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri işləyən Ağaəhməd Qədirovun iştirakları ilə baxış keçirmişlər. Baxış zamanı müraciətdə qeyd olunan qeyri-qanuni şumlama işlərinin aparıldığı torpaq sahələri ayrı-ayrılıqda araşdırılmış, araşdırma zamanı Şamaxı rayonu, Quşçu kəndinə aid “Kirbit” adlanan hissəsində Quşçu bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı 8 hektar örüş sahəsinin Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edilərək əvvəlki tarixlərdə şumlanması müəyyən edilmiş və Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsindən istifadə hüququna dair sənədlər tələb olunsa da, belə bir sənədin mövcud olmadığı aydın olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinə aid hər hansı bir müqavilə və istifadə, icarə və mülkiyyəti təsdiq edən sənədlər olmadan Təqsirləndirilən şəxs tərəfindən taxıl əkilməklə becərilmə işlərinin aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs torpaq sahələrini zəbt etməklə öz qanunsuz əməllərini, yəni Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı 07 və 08 hektar örüş sahələrini 2018-ci il tarixdə şumlamış və əkmişdir. 2018-ci ildə birinci dəfə qeyd edilən 07 hektar örüş sahəsinə baxış keçirərkən həmin torpaq sahəsi təzə şumlanıb əkilmişdi. Lakin 2019-cu il tarixdə onlar həmin 08 hektar örüş sahəsinə baxış keçirərəkən həmin torpaq sahəsinin şumunun köhnə olması, yəqin ki, 2018-ci ildə şumlanması müəyyən edilmişdir. Bunun əsasında demək olar ki, Xəqani Zülfüqarov həmin 07 və 08 hektar örüş sahələrini 2018-ci il tarixdə şumlamış və əkmişdir, 2019-cu ildə və ondan sonrakı tarixlərdə isə əkib-becərməmişdir. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan kənd təsərrüfatı təyinatlı həmin 07 və 08 hektar örüş sahələri sərhəd ərazilər olmasa da, bir-birinə yaxın ərazilərdə yerləşirlər. Burdan da görünür ki, həmin ərazilər eyni ildə, yəni 2018-ci ildə əkilib-becərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin aparıcı məsləhətçisi Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Şamaxı rayonu, Quşçu kəndində ailə üzvləri ilə birlikdə yaşamaqla şəxsi təsərrüfat işləri ilə məşğul olur, yəni heyvandarlıqla məşğul olub şəxsi təsərrüfatında olan heyvanlarını kəndin bələdiyyəsinə aid örüş sahələrində otarır, eyni zamanda kənd sakinləri də həmin torpaq sahələrində öz heyvanlarını otarırlar. Belə ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəllər yaxşı olmuşdur, lakin qeyd edəcəyi hadisədən sonra onunla münasibəti olmamışdır. Lakin dəqiq tarixi xatırlamır, təxminən 2010-cu ildən başlayaraq Təqsirləndirilən şəxs kənd ərazisindəki bələdiyyəyə məxsus örüş sahələrinin ayrı-ayrı yerlərdə olan iki hissəsini qanunsuz olaraq zəbt edib taxıl əkdiyi üçün o və digər həmkəndliləri heyvanlarını otarmaqda çətinlik çəkmişlər. Buna görə də dəfələrlə Təqsirləndirilən şəxs şəxsən o və kənd sakinləri ilə müraciət edərək heyvanlarının örüş sahəsi kimi istifadə etdikləri həmin zəbt etdiyi torpaq sahələrini boşaltmasını bildirsələr də, Təqsirləndirilən şəxs bu tələblərə əhəmiyyət verməyib əməllərini davam etdirmişdir. Buna görə də o və digər kənd sakinləri bu barədə dəfələrlə kənd bələdiyyəsinə bildirmişlər. Belə ki, Təqsirləndirilən şəxs Quşçu kəndinə aid “Aşkar” qəsəbəsinin “Çay sahəsi” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 07 (yeddi) hektar torpaq sahəsini, Quşçu kəndinə aid “Kirbit” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 08 (səkkiz) hektar torpaq sahəsini qanunsuz zəbt edərək taxıl bitkisi əkmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyinin nümayəndələri bir neçə dəfə kənd bələdiyyəsi ilə birlikdə həmin əraziyə baxışı zamanı Təqsirləndirilən şəxs Quşçu kəndinə aid torpaq sahələrini qanunsuz zəbt edərək istifadə etməsi öz təsdiqini tapmışdır. Onların şikayətlərinə baxmayaraq, Təqsirləndirilən şəxs öz zəbt etmə əməllərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid13, Şahid10 və Şahid12 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş şahidlər Şahid11, Şahid18, Şahid5, Şahid14 ifadələrində Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Quşçu kəndində yaşamaqla şəxsi təsərrüfatla məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs Quşçu kəndinə aid olmaqla Quşçu bələdiyyəsinin örüş sahəsindən özü üçün qanunsuz əkib-becərmə aparmaqla qanunsuz olaraq həmin torpaq sahələrini zəbt etmişdir. Belə ki, Təqsirləndirilən şəxs da 07 və 08 hektar olmaqla bələdiyyə torpaqlarını zəbt etmişdir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 təşkili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə kənd bələdiyyəsinin birlikdə həmin ərazilərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs isə 07 və 08 ha olmaqla, cəmi 15 ha Quşçu bələdiyyəsinə aid torpaq sahələrini zəbt edərək qanunsuz istifadə etmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsində, polis kapitanı xüsusi rütbəsində xidmət aparır. Onun xidməti ərazisinə Şamaxı rayonu 1-ci Çaylı və Quşçu kəndlərinin əraziləri daxildir. Faktla bağlı qeyd edə bilər ki, onun xidməti ərazisinə daxil olan Quşçu kəndinin bələdiyyəsinə aid kənd təsərrüfatı təyinatlı 07 hektar və 08 hektar torpaq sahələrini Təqsirləndirilən şəxs qanunsuz zəbt edərək istifadə etməsi müəyyən edilmişdir. Bununla bağlı, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi Şöbəsinin əməkdaşları və Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri tərəfindən müvafiq qurğular vasitəsi ilə həmin ərazilərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də həmin əraziləri qanunsuz olaraq əkib-becərməklə istifadə etmişdir. Həmin 07 hektar və 08 hektar örüş torpaq sahələri də Quşçu bələdiyyəsinə məxsusdur və həmin torpaq sahələrini Təqsirləndirilən şəxs qanunsuz istifadə etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri işləmiş Şahid16 vermiş olduğu ifadələrində Şahid15 ifadələri ilə eyni məzmunlu xüsusatları bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsinə becərmə işlərinin aparılması faktına görə həmin maddə ilə cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrə verilərək icraata götürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 01.11.2018-ci il tarixli **********59 nömrəli məktubunda göstərilmişdir ki, “Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan örüş sahələrinin həmin kəndin sakinləri Cəbrayılov Ağamikayıl və Təqsirləndirilən şəxs tərəfindən şumlanılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə həmin kənddə yaşayan Sabirabad rayonu, Nizamikənd kənd sakini Şahid13 12 oktyabr 2018-ci il tarixli müraciəti daxil olmuşdur. Bildiririk ki, müraciətdə qeyd olunan məsələ Komitənin Şamaxı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən Şahid13 iştirakı ilə yerində araşdırılarkən vətəndaş A.Cəbrayılov tərəfindən qış otlaq sahəsinin 5,5 hektar hissəsində, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən isə bələdiyyə mülkiyyətində olan örüş sahəsində şumlama işlərinin aparıldığı müəyyən edilmişdir. Yuxarıda adları çəkilən vətəndaşların qeyd olunan torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüquqlarının olmadığı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəlir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan hallarla bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə sənədlər Sizə təqdim edilir”. 25.10.2018-ci il tarixli aktdan görünür ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin baş məsləhətçisi Vahab Bəhramov, Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1, Şamaxı rayon Quşçu kənd sakini Ağamikayıl Cəbrayılov və şikayətçi Şahid13 iştirakları ilə akt tərtib edilmişdir ondan ötrü ki, Sabirabad rayon Nizamikənd kənd sakini Şahid13 Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlandığı şikayət ilə əlaqədar ünvan 3 Təqsirləndirilən şəxs tərəfindən şumlanmış ərazilərə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Quşçu kənd sakini Cəbrayılov Ağamikayılın əvvəllər JN 2187 nömrəli şəhadətnamə ilə icarəsində olan, lakin sonradan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli Sərəncamı ilə icarə müqaviləsinə xitam verilmiş qış otlaq sahəsinin 5.5 hektar hissəsində yaşıl xəsil məqsədi ilə şumlamış və yaxın zamanlarda əkmək istədiyini bildirmişdir. Quşçu kənd sakini Təqsirləndirilən şəxs isə Quşçu bələdiyyəsinə məxsus örüş sahəsinin təxminən 07 hektarını şumlamışdır. Onun ilə əlaqə saxlanılaraq əraziyə dəvət olunsa da, işlərinin çoxluğunu əsas gətirərək gəlməmişdir. Qeyd olunan şumlama hallarının qanunla müəyyən edilmiş mülkiyyət, icarə və ya istifadə hüququ olmadan aparılmasının torpaq qanunvericiliyinin tələblərinə zidd olması, Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə səbəb olması vətəndaşlar Cəbrayılov Ağamikayıl və Təqsirləndirilən şəxs izah olunmuşdur”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 07.11.2019-cu il tarixli **********19 nömrəli məktubunda göstərilmişdir ki, “Şamaxı rayonu, Quşçu bələdiyyəsinin ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatí təyinatlı əkin və örüş sahələrinin bir qrup Quşçu və Laləzar kənd sakinləri tərəfindən qanunsuz olaraq şumlanması barədə bələdiyyenin 11 oktyabr 2019-cu il tarixli, 25 nömrəli müraciəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə daxil olmuşdur. Müraciətdə qeyd olunan məsələ komitənin Şamaxı ərazi şöbəsinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişi tərəfindən bələdiyyə sədrinin iştirakı ile yərində araşdırılarkən qanunla müəyyən edilmiş mülkiyyət. istifadə ve ya icara hüququ olmadan vatandaşlar - Təqsirləndirilən şəxs tərəfindən 8,0 hektar belədiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahələrində şumlama işlərinin aparılması faktları aşkar edilmişdir ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3cü maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəlir. Göstərilənləri və "Torpaqlardan istifadəyə və onların mühafizesinə Dövlət nəzarəti haqqında Əsasnamə"nin 9.5-ci yarımbəndinin tələblərini nəzərə alaraq, aparılan qeyri qanuni işlərin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə sənədlər təqdim edilir”. 16.10.2019-cu il tarixli aktdan görünür ki, həmin tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin aparıcı məsləhətçisi Şahid2, X26 Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Şahid1 və Şamaxı rayon Quşçu bələdiyyəsinin sədri Ağaəhməd Qədirovun iştirakları ilə akt tərtib edilib ondan ötrü ki, Şamaxı rayon Quşçu bələdiyyəsinin Şamaxı əraz söbəsinə ünvanlandığı 11 oktyabr 2019-cu il tarixli 25 nömrali müraciəti ilə əlaqədar Quşçu bələdiyyəsinin ərazisinə baxış keçirilmiş, Quşçu bələdiyyəsinin sədri Ağaəhmad Qədirov qeyd olunan məktubunda bələdiyyənin örüş torpaq sahəsinin Quşçu və Laləzar kənd sakinləri tərəfindən qanunsuz olaraq şumlandığını ve həmin şəxs barəsinda qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir Baxış zamanı müraciətdə qeyd olunan qeyri-qanuni şumlama işlərinin aparıldığı torpaq sahələri ayrı-ayrılıqda araşdırılmışdır Araşdırma nəticəsində müraciəidə adları qeyd olunan vətandaşlar tərəfındən bələdiyyə muikiyyətində olan kənd təsərrufatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumladığı və təxmini ərazisi tərəfimizdən müəyyənləşdirilmişdir. Həmin şəxslərin adı soyadı atasının adi va qanunsuz şümladığı torpaq sahəsinin ölçüsü aşağıdakı kimidir: Təqsirləndirilən şəxs Zulfuqar oğlu – 8,0 ha. Qeyd olunan qanun pozuntusunun Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin müvafiq maddasinə (188-ci maddə) əsasan qanunla müəyyən edilmiş, mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbt etmə xarakteri daşıdığı bələdiyyə ilə birlikdə baxış zamanı öz təsdiqini tapmışdır. 20.11.2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Quşçu kəndi ərazisində kəndin bələdiyyəsinə aid torpaq sahəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin məsləhətçi müfəttişi Fərid Naqdəliyev və Quşçu bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs Mürsəl oğlunun iştirakları ilə hadisə yerinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı hadisə yerində Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus rayonun Quşçu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş-torpaq sahəsindən “Aşkar” qəsəbəsinin “Çay sahəsi” adlanan hissəsində örüş sahəsinə aid 07 (yeddi) hektar torpaq sahəsini və həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən, Quşçu kəndinə aid “Kirbit” adlanan hissəsində Quşçu bələdiyyəsinin örüş sahəsinə aid 08 (səkkiz) hektar torpaq sahəsinin Təqsirləndirilən şəxs Zulfuqar oğlu tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi müəyyən edilmiş, hadisə yerinin videogörüntüsü qeydiyyata alınaraq 01 ədəd DVD diskdə və fotoşəkilləri çəkilərək fotocədvəldə iş materiallarına əlavə edilmişdir. 05.10.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “Şamaxı rayon polis şöbəsində olan ********* nömrəli cinayət işi üzrə mütəxəssis qismində tərəfimdən aparılmış tədqiqat zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahəsinə keçirilmiş baxışlara əsasən müəyyən olunmuşdur ki, Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu bələdiyyəsinin mülkiyyətində olan, kəndin “Aşkar” qəsəbəsinin “Çay sahəsi” adlanan hissəsində kənd təsərrüfatı təyinatlı 07 hektar və Şamaxı rayonu Quşçu bələdiyyəsinin mülkiyyətində olan, kəndin “Kirbit” adlanan hissəsində kənd təsərrüfatı təyinatlı 08 hektar örüş torpaq sahələrini, həmin torpaq sahələrindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahələri təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə tikinti-texniki ekspertiza” üzrə 10.12.2021-ci il tarixli 10/5839 nömrəli ekspert rəyinin nəticə hissəsində isə qeyd olunur ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisi Şahid1 tərəfindən tərtib edilmiş 05.10.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu bələdiyyəsinin mülkiyyətində olan, kəndin "Aşkar” qəsəbəsinin "Çay sahəsi adlanan hissəsində kənd təsərrüfatı təyinatlı 07 hektar və Şamaxı rayonu Quşçu bələdiyyəsinın mülkiyyətində olan, kəndin "Kibrit" adlanan hissəsində kənd təsərrüfatı təyinatlı 08 hektar örüş torpaq sahələrini, həmin torpaq sahələrindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt etdiyi və həmin torpaq sahələrinin təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olduğu qeyd olunmuşdur. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 manatdır. Qeyd olunur ki, mülkiyyət, istifadə və ya icarə hüququnun kim tərəfindən və konkret olaraq hansı tarixdan başlanmaqla hansı müddət ərzində pozulmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyatinə aid deyildir”. Şamaxı rayon Quşçu bələdiyyəsinin 2019-cu il tarixli müraciətindən görünür ki, Quşçu kənd sakini Təqsirləndirilən şəxs bələdiyyə tərəfindən məktub ünvanlanaraq sonuncu tərəfindən örüş sahəsi ərazisində şumlama işlərinin aparılması və bunun qadağan olunması, buna görə də Quşçu bələdiyyəsinə məxsus örüş sahəsini zəbt etməməsinin məsuliyyətə səbəb olacağı göstərilmişdir. Şamaxı rayon Quşçu bələdiyyəsinin 12.03.2020-ci il tarixli 16 nömrəli müraciətindən görünür ki, Quşçu bələdiyyəsi tərəfindən rayon prokurorluğuna məktub ünvanlanaraq X5 və digərləri tərəfindən bələdiyyə ərazisində örüş sahəsinin qanunsuz olaraq zəbt edilməsi faktı müəyyən edilmiş və söhbət aparılaraq həmin torpaq sahəsinin bələdiyyənin sərəncamına və əhalinin ümumi istifadəsinə qaytarılmasının bildirilməsi göstərilmişdir. Şamaxı rayon Quşçu bələdiyyəsinin 14.06.2021-ci il tarixli 29 nömrəli müraciətindən görünür ki, Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı olmaqla örüş sahələri icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən qeyd olunan sahələrdə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmişdir. Rüsum haqqı ödənilməmişdir. Şamaxı rayon Quşçu bələdiyyəsinin 14.06.2021-ci il tarixli 31 nömrəli müraciətindən görünür ki, Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı örüş sahələri qanunsuz olaraq zəbt edilmiş, şumlanaraq taxıl məhsulu əkilmişdir. Şamaxı rayon Quşçu bələdiyyəsinin 14.06.2021-ci il tarixli 32 nömrəli müraciətindən görünür ki, Şamaxı rayonu Quşçu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Quşçu kənd bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı olan örüş və ehtiyat fondu torpaq sahələri qanunsuz olaraq zəbt edərək şumlayıb taxıl əkmişdir. Təqsirləndirilən şəxs tərəfindən rayon prokuroruna ünvanlanmış 17.03.2020-ci il tarixli ərizədə, onun Quşçu bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz əkməsi, heç bir yerdə işləməməsi, ailə vəziyyəti maddi cəhətdən ağır olduğundan və həmin sahədə əkdiyi taxılın biçilməsinə 3 ay qaldığından, həmin sahənin üç aydan (yəni taxıl biçiləndən sonra) sonra taxıl biçib torpağı bələdiyyənin hesabına qaytaracağı barədə öhdəliyini göstərmişdir. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 dekabr 2021-ci il tarilxi 604 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyun 2020-ci il tarilxi 285 saylı arayışında görünür ki, Təqsirləndirilən şəxs arvadı X1, övladları - 2002-ci il təvəllüdlü X8, 2004-cü il təvəllüdlü X9, 2005-ci il təvəllüdlü X10, 2007ci il təvəllüdlü X11, 2011-ci il təvəllüdlü X13 və 2016-cı il təvəllüdlü X14 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə ictimaiyyət arasında özünü yaxşı aparır, normal xasiyyətə malikdir, kəndin ictimai işlərində fəal iştirak edir, kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Nümayəndəliyə onun barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. 16 dekabr 2021-ci il tarixli qərarla Zülfüqarov Xaqani Zülfüqar oğluna 29 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respubliaksı CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. 29 sentyabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 aprel 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, mütəxəssis rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin Şamaxı rayonu, Quşçu bələdiyyəsinə məxsus kənd təsərrufatı təyinatlı örüş-torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına şumladıb taxıl məhsulu əkməklə becərməsi, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını , yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində 1 azyaşlı və 4 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 100,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri – 100,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar