Məhkəmə qərarları › İş №1(074)-29/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-29/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-29/2020 26.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1957-ci ildə Şamaxı rayonu, Məlcək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə səhər saat 09:45 radələrində idarə etdiyi «Mercedes Benz C220» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax-Şamaxı-Bakı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 122-ci kilometrliyində, Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçməməli olduğu halda həmin maddənin tələblərini pozaraq sola dönmək məqsədilə 1.1 üfüqi nişanlanma xəttini kəsərək sola doğru manevr etdiyi üçün soldan onu ötüb keçmək məqsədilə sola doğru manevr edən ondan arxada eyni istiqamətdə eyni zolaqla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu sağ əlin İİ daraq sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuramaya aid, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 alın nahiyəsində kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid və idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 sol budun yuxarı 1/3-nin qançırı və sol böyrək nahiyəsində orqan daxili hematoma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışlar, «VAZ-21074» markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində avtomobilin faktiki sahibi Zərərçəkmiş şəxs1 2535 (iki min beş yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, idarə etmə hüququ olmaqla özünə məxsus olan «MERSEDES Benz C 220» ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilini özü idarə edərək Bakı-Şamaxı marşurutu üzrə taksi fəaliyyəti göstərərək ailəsini dolandırmışdır. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında arvadı Zərərçəkmiş şəxs3 avtomobilində arxada oturduqdan sonra özü avtomobili idarə edərək Ağsu rayonuna yas mərasiminə gedərkən avtomobildə nasazlıq hiss etdiyi üçün Bakı-Şamaxı- Yevlax avtomobil yoluna çıxaraq Şamaxı rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə saatda 50-60 km sürətlə hərəkətdə olarkən yolun 122-ci km-də yolun solunda olan avtomobillərin təmiri sexinə düz ağ xəttən dönmə əməliyyatı edərkən həmin istiqamətdə, yəni avtomobilin arxasında hərəkətdə olan «Vaz-21074» markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomibilin sürücüsü əks yola çıxıb idarə etdiyi üçün avtomobilinin sağından vuraraq toqquşma hadisəsi törətmişdir. Toqquşmadan sonra həmin sürücünün Ağsu rayonu, Gəgəli kənd sakini Zərərçəkmiş şəxs1 olduğunu bilmiş, idarə etdiyi avtomobildə özü və arvadı Atlaz olsa da, başqa heç kim olmamış, heç bir xəsarət almamışlar. Raufun idarə etdiyi avtomobildə özü ilə birlikdə 3 nəfər kişi, 2 nəfər qadın və 2 nəfər azyaşlı uşaq olmuş, Rauf özü və avtomobildə arxada oturan qadın sərnişin, sonradan adını bildiyi Elnarə alın nahiyəsindən xəsarət almışdır. Raufun avtomobilində olan digər sərnişinlər Vəvalət, Kərəm, Tünzalə və uşaqlar heç bir xəsarət almamışlar. Elnarəni Raufun avtomobilində olan şəxslər digər avtomobillə Şamaxı MRX-na aparmışlar, sonra özü də rayon xəstəxanasına gedərək Elnarə və Raufa xəstəxanada tibbi yardım göstərilməsinə yaxından köməklik göstərmişdir. Raufun sol qolunda sınıq olmuş, Elnarənin isə alın nahiyəsində xəsarətlər olmuşdur. Hadisədən əvvəl ümumiyyətlə spirtli içki qəbul etməmiş, hadisənin günahkarı «Vaz-21074» markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomibilin sürücüsü Rauf olmuş, çünki o. dönmə əməliyyatı edərkən Rauf əks yola çıxaraq toqquşma törətmiş, o, isə qadağan olunan yerdən dönmə əməliyyatı etmişdir. Avtomobilin sürətini azaldaraq sola dönmə işığını yandırıb dönmə əməliyyatı etmiş, həmin yoluq sağında avtomobili saxlamamış, Rauf avtomobili ən azı saatda 100 km sürətlə idarə etmişdir. Təqdim etdiyi etibarnamədə və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində idarə eldiyi «MERSEDES Benz C 220» ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi ev 76, mənzil 8-də qeydiyyatda olan X2 adına olsa da, idarə etdiyi avtomobili 2013-cü ildə 10500 manata öz aralarında razılaşma yolu ilə almış, avtomobil Mehdi Əsgərova məxsus olmamış, özünə məxsus olmaqla faktiki onun sahibliyində və istifadəsində olmuşdur. Hadisədən sonra yaşadığı evə arvadı Atlazla birlikdə getmiş, evində olarkən Atlaz sol tərəfindən ağularının olduğunu ona demişdir. Bir neçə ğün evində Atlaz yol-nəqiliyyat hadisəsindən sonra sol tərəfindən bərk ağırları olduğundan o, Atlazı Şamaxı rayon Mərkəzi xəstəxanasına gətirmiş və orada müayinə zamanı Atlazın bir neçə gün əvvəl yolnəqiliyyat hadisəsi zamanı sol budundan və sol böyrəyindən xəsarət aldığını bilmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslərlə barışmışdır, onlara dəyən ziyanı ödədiyini bildirib işin icraatına xitam verilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Ramız oğlu ifadə verib göstərdi ki, idarə etmə hüququ olmaqla xx xxxxxxx 2019-cu il tarixdə, saat 09:45 radələrində idarə etdiyi «VAZ-21074 Sedan» markalı, ** HT *** dövlət qeydiyyat nişanlf avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsinin 122-cı km-də İsmayıllı istiqamətindən Şamaxı rayonu istiqamətinə yolun sol hərəkət zolağı ilə saatda 60 km sürətlə hərəkətdə olmuş, həmin istiqamətdə onun avtomobilinin qarşısında hərəkətdə olan «Mersedes Benz C 220» markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilini onun avtomobilinin qarşısından və dönmə işarəsi olmayan düz ağ xəttin üzərindən dönmə işığını yandırmadan siqnal verməsinə və işarə etməsinə baxmayaraq az məsafədən dönmə əməliyyatı apardığını görüb, avtomobillər toqquşmasın deyə əks yol boş olduğu üçün özlüyündə fikirləşmişdir ki, əks yol boşdur və Əliqət idarə etdiyi avtomobilini döndərənə qədər onun solundan ötüb geçəcəyinə inanaraq sağa doğru hərəkət etmiş və Əliqətdə ona fikir vermədən soldan sağa doğru dönmə hərəkəti etmiş və əks hərəkət zolağında, yəni yolun sağında toqquşma hadisəsi baş vermişdir. Toqquşma nəticəsində özü sol əlinin İİ daraq sümüyünün sındığını, avtomobilində olan sərnişinlərdən Zərərçəkmiş şəxs2 Təvəkkül qızının alın nahiyəsindən kəsilmiş yara aldığını, avtomobildə olan digər sərnişinlərin-Kərəm Abıyev, Şahid3, Tünzalə Abıyeva və iki azyaşlı uşaqların heç bir xəsarət almadıqlarını, avtomobilini özü idarə etməsini və sərxoş olmadığını bildirmişdir. Toqquşma nəticəsində avtomobilinin sağ qanadı, sağ işığı, buferi, sağ qarşı kapotu və s detalları əzilmişdir. Qarşı avomobildə sürücü və arvadı olmuş, başqa heç kim olmamış, heç bir xəsarət almamışlar. Qarşı avtomobilin sol qapısı, sol qanadı və sol arxa qapısı əzilmişdir. Hadisədən əvvəl ümumiyyətlə spirti içki qəbul etməmiş, sərxoş vəziyyətdə olmamış, hadisənin günahkarı «Mersedes Benz C 220» markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuş, sonuncu işarə olmayan yerdən dönmə əməliyyatı etdiyi üçün hadisə baş vermişdir. İdarə etdiyi «VAZ- 21074 Sedan» markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Nemət Eynalovun adına olsa da, faktiki olaraq özünün sahibliyində və istifadəsində olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmasını, ona dəyən ziyanın tam ödənilməsini bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı Ağsu rayonu Gəgəli kəndində olarkən qohumları Zərərçəkmiş şəxs1, Şahid3lə söhbət əsnasında o, və Vəkalət Raufa bildirmişlər ki, onu ailəvi sabah Şamaxı rayon xəstəxanasına aparsın və Rauf da onlaiia razılaşmışdır. Buna görədə xx xxxxxxx 2019-cu il tarixdə, saat 08:20 radələrində o, Şahid3 və bir azyaşlı qızı Raufun idarə etdiyi VAZ-21074 Sedan markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilinə qarşıda Vəkalət, arxada sağ tərəfdə o, Tunzalə, Kərəm və iki azyaşlı uşaqları oturduqdan sonra Rauf avtomobilini idarə edərək Ağsu rayonuna gəldikdən sonra oradan Şamaxı rayonuna Bakı-Şamaxı-Yevlax yolu ilə həmin günü saat 09:45 radələrində Şamaxı rayonu istiqamətinə yolun sağ hərəkət zolağı ilə saatda 60 km surətlə hərəkətdə olarkən həmin istiqamətdə yolun sağından soluna döğru dönmə əmələiyyatı aparan, sonradan adını bildiyi Şamaxı rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz C 220» ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə dönmə əməliyyatını az məsafədə apardığı üçün Rauf Əliqətin avtomobilini vurmasın deyə onun avtomobilinin solundan ötüb keçmək istəsə də, yol-nəqiliyyat hadisəsi baş vermiş yəni, avtomobillər toqquşmuşdur. Toqquşma nəticəsində Rauf sol qolundan sınıq xəsarəti, o, isə alın nahiyəsindən xəsarətlər almışlar. Avtomobidə olan sərnişinlər Vəkalət, Tünzalə və iki azyaşlı uşaqlar xəsarət almamışlar. Hadisədən əvvəl sürücü Zərərçəkmiş şəxs1 sprtli içki qəbul etməmiş, hadisənin günahkarı «MERSEDES Benz C 220» ** VT *** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur, çünki, o, işarə olunmayan yerdən dönmə əməliyyatı etdiyi üçün hadisə baş vermişdir. Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə Ağsu rayonu Ərəbuşağı kəndində yaşamış mərhum əmisinin 40 mərasiminə getmək üçün həmin günü səhər-səhər əri Təqsirləndirilən şəxs idarə etdiyi və sonuncuya məxsus «Mercedes Benz C 220» markalı, ** VT *** dövlət qeydiyat nişanlı avtomobilində arxada oturmuşdur. Əliqət yaşadıqları kənddən avtomobilini özü idarə etmiş və avtomobil hərəkətdə olarkən Əliqət bildirmişdir ki, avtomobilində nasazlıq var və yolda qalmamaq məqsədi ilə avtomobili ustaya göstərəcəyini demişdir. Həmin günü Əliqət avtomobili idarə edərək Bakı-Şamaxı-Yevlax yoluna çıxıb, oradan Şamaxı rayonu istiqamətinə yolun sağ hərəkət zolağı ilə saatda 50- 60 km sürətlə hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 122-ci km-də yolun solunda olan avtomobillərin təmiri sexinin qarşısında yolun sağından soluna dönərkən arxadan gələn VAZ-21074 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra həmin avtomobilin sürücüsünün Ağsu rayonu Gəgəli kənd sakini Zərərçəkmiş şəxs1 olduğunu və avtomobildə olan sərnişinlərin də Ağsu rayon sakinləri olduğunu bilmişdir. Avtomobillərin toqquşması nəticəsində o, xəsarət almış, hadisəndən sonra böyrəklərindən ağrı hiss etdiyindən Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun bədəni üzərində heç bir xəsarəti olmamış, həmin gündən bu günə qədər böyrəkləri ağrıyır. Hadisədən əvvəl əri Təqsirləndirilən şəxs sərxoş olmamış, avtomobildə o, və əri Təqsirləndirilən şəxs olsalar da, hər ikisi heç bir xəsarət almamışlar. «Vaz-21074» markalı, ** HT *** dövlət qeydiyyat nişan« avtomobildə sürücü ilə birlikdə 3 kişi, 2 qadın və 2 azyaşlı uşaqlar olmuşdur, həmin şəxslərdən sürücü sol qolundan, qadın isə alın nahiyəsindən xəsarət almış, digər şəxslər isə heç bir xəsarət almamışlar. Həmin hadisənin günahkarı «Vaz-21074» markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomibilin sürücüsü olmuşdur. Çünki, o, avtomobilini yüksək sürətlə idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 218 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, tibbi müayinə zamanı sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan «Şamaxı Avtomotoservis və ticarət miiəssisəsi»nin xx xxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 məxsus «VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2535 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş «Şamaxı Avtomotoservis və ticarət müəssisəsi»nin xx xxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı X3 məxsus «Mercedes Benz C220» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1360 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan MTE və PA Birliyinin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, 409 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət-sağ əlin İİ daraq sümüyünün qapalı sınığı küt əşya təsirindən törəməklə, qərarda göstərilən tarixdə və şaritdə, yəni, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində sürücü qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan MTE və PA Birliyinin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, 410 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Təvəkgiil qızının almış olduğu xəsarət-alın nahiyəsinin kəsilmiş yarası küt əşya təsirindən törəməklə, qərarda göstərilən tarixdə və şaritdə yəni, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs2 Ramiz qızının almış olduğu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan MTE və PA Birliyinin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, 418 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində- sol budun yuxarı 1/3-nin qançırı və sol böyrək nahiyəsində orqan daxili hematoma küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 27684 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir. -istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C220 markalı, 90- VT-546 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məxsus olan VAZ-21074 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınmış və sahibinə qəbzlə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiyä İdarəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan AB N: 583977 seriyalı sürücülük vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2011-ci ildən xx xxxx 2021-ci il tarixədək BC dərəcəsi üzrə sürücülük hüququ olmuşdur. İş materiallarında olan AC 000740 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsininsurətndən görünür ki, 90VT 546 dövlət qeydiyyat nişanlı Mercedes Benz C220 CDİ minik markalı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan ƏN-İİ N6 820868 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Benz C220 CDİ markalı, 90 VT546 qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə etmək üçün Təqsirləndirilən şəxs səlahiyyət vermişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 311 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, 1988-ci il təvəllüdlü oğlu X7, gəlini 1994-cü il təvəllüdlü Eynalova Fatimə Rövşən qızı, nəvələri 2014-cü il təvəllüldlü X10 və 2016-cı il təvəllüdlü X8 ilə Şamaxı rayonu Məlcək kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mirikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, yaşadığı kənddə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Kənddə hörmət qazanmış, qonşuların xeyir və şər işlərində iştirak etmişdir. O, səmimi və mehribandır, barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarilxi qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 yol hərəkəti qaydalarını pozması, avtomobili yüksək sürətlə idarə etməsi ilə əlaqədar toqquşma hadisəsinin baş verməsi barədə göstərdikləri özünü müdafiə xarakteri daşıdığından vəsatət kimi qəbul olunmaqla rədd olunmuş, «VAZ-21074» markalı, **-HT- *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq Zərərçəkmiş şəxs1 sahibliyində və istifadəsində olması nəzərə alınmış, Mercedes Benz C220» markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq Təqsirləndirilən şəxs sahibliyində və istifadəsində olması nəzərə alınmış, cinayət işi üzrə X9 və X6 zərərçəkmiş şəxs qismində tanınmamışlar, cinayət işi üzrə bəzi sənədlərdə hadisənin baş vermə vaxtı «10 radələri», «10:35», «10:45» kimi qeyd olunması texniki səhv kimi qəbul olunmuş, hadisənin baş vermə vaxtının 09:45 olması nəzərə alınmış, istintaq zamanı Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərilmiş, Yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074» markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə sonuncuya təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qız və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan şikayəti və tələbi olmadıqlarını göstərmişlər. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli o, cinayət məsuliyyətindən azad edilməli və qəbul edilmiş qərarın surəti inzibati məsuliyyəti barədə tədbir görülməsi üçün Şamaxı rayon prokurorluğuna göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərci - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə verilməlidir. İş üzrə maddi sübut VAZ 21074 Sedan markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyəti məsələsinin həll edilməsi üçün Şamaxı rayon prokurorluğuna göndərilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə verilsin. İş üzrə maddi sübut VAZ 21074 Sedan markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar