Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-3/2023 01.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 02 dekabr 2021-ci il tarixdə, saat 00:15 radələrində tanışı Şahid2 məxsus “X20” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən kənd qəbiristanlığına gedərək oradan mərhum X6 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 75 (yetmiş beş) manat olan 12 (on iki) ədəd, mərhum Rəfail Sayılovun məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 75 (yetmiş beş) manat olan 05 (beş) ədəd və mərhum X1 məzarı ətrafına quraşdırılmış hər birinin dəyəri 75 (yetmiş beş) manat olan 05 (beş) ədəd, ümumilikdə 22 (iyirmi iki) ədəd düralüminium materialdan hazırlanan məhəccərləri vahid niyyətlə əhatə olunan qəsdlə oğurlayıb avtomobilə yükləyərək aparmaqla Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat, Zərərçəkmiş şəxs2 375 (üç yüz yetmiş beş) manat və Zərərçəkmiş şəxs3 375 (üç yüz yetmiş beş) manat maddi ziyan vurmaqla, cəmi 1650 (min altı yüz əlli) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonu, Mərzəndiyə kəndində yaşayır. Şahid2 metal alqı-satqısı ilə məşğul olduğu üçün tanıyır. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. O, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən qəbiristanlıqdan heç bir oğurluq etməmişdir. Polisdə araşdırma aparılarkən psixi və fiziki təsirlərə məruz qaldığından həmin oğurluğu törətməsini etiraf etmişdir. Hətta bununla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma da aparılmışdır. Lakin bir daha qeyd edir ki, o, heç bir oğurluq hadisəsi etməmişdir. O, əvvəllər “Kamaz” markalı yük avtomobili idarə etmiş, lakin sonradan sürücülük hüququ məhdudlaşdırıldığından heç bir avtomobil idarə etməmişdir. Bundan başqa ona elan edilmiş ittihama görə guya onun xx.xx.2021-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində yerləşən qəbiristanlıqdan oğurluq etidiyi göstərilsə də, o, həmin vaxt Şamaxı rayonu ərazisində olmamışdır. O, ümumiyyətlə əvvəllər Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığında olmamış, müstəntiqlə bərabər ilk dəfə ora getmişdir. Son olaraq məhkəməyə müraciət edib heç bir cinayət törətmədiyini qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, mərhum oğlu Rəfail Sayılov 08 iyun 1994-cü il tarixdə vəfat etmişdir. Oğlu Rəfail rəhmətə getdikdən sonra onun yas mərasiminə, dəfninə və qəbrinin düzəlməsinə bütün xərcləri o çəkmişdir. 30 yanvar 2022-ci il tarixdə nəvəsi X15 evə gələrək dayısı Rəfail Sayılovun qəbrinin ətrafına çəkilmiş dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını və bu barədə Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etdiyini ona bildirmişdir. Bundan sonra o, nəvəsi Nafıs Sayıllı ilə birlikdə oğlu Rəfailin qəbri üstünə getmişlər və həqiqətən də dəmir barmaqlıqların yerində olmadığını görmüşlər. Nəvəsi Nafıs həmin hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etsə də, oğlu Rəfailin yasına, dəfn işlərinə və qəbrinin düzəlməyinə o, özü xərc çəkmişdir. Həmin oğurluq nəticəsində ona 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. Sonuncu dəfə nəvəsi Nafıslə birlikdə 05 yanvar 2022-ci il tarixdə qəbir üstünə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. X19 qəbri ətrafında olan dəmir barmaqlıqların oğurlanması nəticəsində ona ümumillikdə 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. Əlavə olaraq bildirdi ki, nəvəsi Nafıslə birlikdə oğlu Rəfailin qəbir üstünə getdiyi tarixin 05 yanvar 2022-ci il olmasını xatırlamasa da, dəqiq bildirir ki, bayram ərəfəsində dekabrın axırı - yanvarın əvvəli oğlunun qəbrinin üstünə gedən zaman hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, mərhum əri Qabil Ağayev 31 yanvar 1999-cu il tarixdə şəhid olmuşdur. Əri Qabil rəhmətə getdikdən sonra onun yas mərasiminə, dəfninə və qəbrinin düzəlməsinə bütün xərcləri o çəkmişdir. 30 yanvar 2022-ci il tarixdə qaynı oğlu Şahid1 evə gələrək əmisi Qabil Ağayevin qəbrinin ətrafına çəkilmiş dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını və bu barədə Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etdiyini ona bildirmişdir. Bundan sonra o, Şahid1lə birlikdə mərhum əri Qabilin qəbri üstünə getmiş və həqiqətən də dəmir barmaqlıqların yerində olmadığını görmüşdür. Qaynının oğlu Tural həmin hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etsə də, əri Qabilin yasına, dəfn işlərinə və qəbrinin düzəlməyinə o, özü xərc çəkmişdir. Həmin oğurluq nəticəsində ona 3000 (üç min) manat dəyərində maddi ziyan dəymişdir. Sonuncu dəfə qaynının oğlu Şahid1lə birlikdə 22 yanvar 2022-ci il tarixdə qəbir üstünə getmiş, hər hansısa bir oğurluq hadisəsinin olmasını görməmişdir. Həmin oğurluq nəticəsində ona ümumillikdə 3000 (üç min) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, mərhum atası Balaşirin Sayılov 01 sentyabr 1992-ci il tarixdə rəhmətə getmişdir. Atası Balaşirin rəhmətə getdikdən sonra onun yas mərasiminə, dəfninə və qəbrinin düzəlməsinə bütün xərcləri o çəkmişdir. 31 yanvar 2022-ci il tarixdə əmisi Şahid3 ona zəng vuraraq qardaşı Balaşirinin qəbrinin ətrafına çəkilmiş dəmir barmaqlıqların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını və bu barədə Şamaxı rayon polis şöbəsinə rəmsi ərizə ilə müraciət etdiyini ona bildirmişdir. Bundan sonra o, əmisi Vasiflə birlikdə mərhum atası Balaşirinin qəbri üstünə getmişlər və həqiqətən də dəmir barmaqlıqların yerində olmadığını görmüşlər. Əmisi Vasif həmin hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etsə də, atasının yas mərasiminə, dəfn işlərinə və qəbrinin düzəlməyinə o, özü xərc çəkmişdir. Həmin oğurluq nəticəsində ona 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. O, sonuncu dəfə atasının məzarına 05 dekabr 2021-ci il tarixdə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Həmin oğurluq nəticəsində ona ümumillikdə 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə, saat 12:15 radələrində o, kənd qəbiristanlığına gedərək şəhid olan mərhum əmisi X6 qəbrini ziyarət etmişdir. Həmin vaxt əmisinin qəbrinin ətrafına çəkilmiş aliminium materialından olan dəmir məhəccərlərin yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra o, qəbiristanlığa yaxın yerləşən evlərdən məhəccərlərin kim və ya kimlər tərəfindən aparılmasını görmələri barədə soruşsa da, heç kim həmin hadisənin şahidi olmadığını bildirmişdir. Bundan sonra o, Şamaxı rayon polis şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Sonuncu dəfə 22 yanvar 2022-ci il tarixdə qəbir üstünə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Həmin məhəccərlərin oğurlanması nəticəsində ümumillikdə onlara 3000 (üç min) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə, saat 11:30 radələrində o, kənd qəbiristanlığna gedərək mərhum qardaşı X1 qəbrini ziyarət etmişdir. Həmin vaxt qardaşının qəbrinin ətrafına aliminium materialından olan dəmir məhəccərlərin bir hissəsinin yerində olmadığını, yəni oğurlandığını aşkar etmişdir. Bundan sonra o, qəbiristanlığa yaxın yerləşən evlərdən məhəccərlərin kim və ya kimlər tərəfindən aparılmasını görmələri barədə soruşsa da, həmin hadisənin şahidi olmadığını bildirmişlər. Bundan sonra o, Şamaxı rayon polis şöbəsinə gələrək rəsmi ərizə ilə müraciət etmişdir. Sonuncu dəfə 05 dekabr 2021-ci il tarixdə qəbir üstünə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Həmin məhəccərlərin oğurlanması nəticəsində ümumillikdə onlara 1000 (min) manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Şahid2 məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxsla hər hansısa bir oğurluq hadisəsini törətmədiyini, ümumiyyətlə Şamaxı rayonu, Həmyəli kəndinə getmədiyini və oradan qəbiristanlıqdan heç bir oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayından etibarən onun Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən dəmirlərin alışı və satışı sexində işləmişdir. 02 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ondan idarə etdiyi “Mersedes Atego” yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək onunla birlikdə gedib özünə məxsus dəmirləri gətirmələrini xahiş etmiş, həmin vaxt Şəhrizad dəmirləri haradan götürəcəyini deməmişdir. İşləri olduğundan Şəhrizada bir qədər işlərinin olduğunu, işi bitəcəyi təqdirdə onunla birlikdə gedəcəyini, əks təqdirdə isə avtomobili ona verəcəyini demişdir. Həmin gün axşam saatlarında Şəhrizad bir daha ondan işinin bitibbitməməyini soruşan zaman cavab olaraq işini bitirmədiyini demiş və idarə etdiyi “Mersedes Atego” yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını Təqsirləndirilən şəxs vermişdir. Şəhrizad da onunla razılaşmış və avtomobilini götürərək işlərini görməyə getmişdir. 02 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində Şəhrizad gəlmiş və ona bildirmişdir ki, evlərindən dəmir məhəccərləri gətirib onu satmaq istəyir, o da ondan həmin dəmir məhəccərləri almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən kənd qəbiristanlığında baş vermişdir. Baxış zamanı Şamaxı rayonu, Həmyəli kəndində yaşayan X16 mərhum dayısı X2 qəbrinin ətrafını göstərərək bildirmişdir ki, həmin qəbrin ətrafına çəkilmiş dəmir barmaqlıqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Həmin yeri dörd bir tərəfdən Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığında olan qəbirlər əhatə edir. Qəbrin ətrafına baxış zamanı müəyyən edildi ki, qəbrin ətrafında olan 05 ədəd məhəccər oğurlanmışdır. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən kənd qəbiristanlığında baş vermişdir. Baxış zamanı Şamaxı rayonu, Həmyəli kəndində yaşayan Şahid3 mərhum qardaşı X1 qəbrinin ətrafını göstərərək bildirmişdir ki, həmin qəbrin ətrafına çəkilmiş dəmir barmaqlıqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Həmin yeri dörd bir tərəfdən Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığında olan qəbirlər əhatə edir. Baxış zamanı qəbrin ətrafından 05 ədəd məhəccərin oğurlanması aşkar edilmişdir. “Baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Həmyəli kəndi ərazisində yerləşən kənd qəbiristanlığında baş vermişdir. Baxış zamanı Şamaxı rayonu, Həmyəli kəndində yaşayan Şahid1 şəhid olan mərhum əmisi X6 qəbrinin ətrafını göstərərək bildirmişdir ki, həmin qəbrin ətrafına çəkilmiş dəmir barmaqlıqlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Həmin yeri dörd bir tərəfdən Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığında olan qəbirlər əhatə edir. Qəbrin ətrafına baxış zamanı 12 ədəd məhəccərin yerində olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. “Təsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarilxi 4(074)-21/2022 saylı qərarından görünür ki, X3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır. Şamaxı Rayon İHB-nin Mərzəndiyə kənd İƏS-si üzrə nümayəndəsinin 10 may 2022-ci il tarixli 41 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X7 və qızı X4 ilə Şamaxı rayonu, Mərzəndiyə kəndində yaşayır. Şamaxı Rayon İHB-nin Mərzəndiyə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 10 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, kənddə yaşadığı müddətdə ictimai işlərdə, ailədə və digər tədbirlərdə öz xüsusi keyfiyyəti ilə seçilir. Numunəvi ailə başçısıdır, kənd sakinləri və qonşuları ilə kənd ənənələrinə uyğun olaraq onlarla təmasda nümunəvidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3284 nömrəli ekspert rəyindən görünür ki, qərarda göstərilən malların istifadə olunması nəzərə alınmaqla 2x1,50 metr ölçüdə olan, 01 ədədinin çəkisi 15 kq olan aliminium materialından olan məhəccərlər 75.00 (15kqx5 man) manat, 22 ədədi 1650 (22ədx75 man.) manat, 05 ədəd "BK-2000" markalı 120 kvadratlıq kondisionerlər - 400,00 (5 əd x 80 man.) manat olması müəyyən edilmişdir. Şamaxı RMX-sı publik hüquqi şəxsin 11 may 2022-ci il tarixli 484 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Ruhi-əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı rayonu Sabir qəsəbəsi Bələdiyyəsinin 10 may 2022-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu Mərzəndiyə kənd Bələdiyyəsinin balansında olan kənd qəbiristanlığının ətrafındakı köhnə dəmir çəpərin oğurlanması nəticəsində heç bir maddi ziyan dəymədiyindən şikayət və tələbləri yoxdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin böyük ictimai təhlükə törətməyən cinayət kimi tövsif edilməsi barədə qərar çıxarıldığından Şamaxı Rayon Polis X11 Yerindən dərhal azad edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. "xxxx" MMC-nin 27 oktyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin əhatə dairəsi xx.xx.2021-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndi ərazisində müəyyən edilmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İttiham aktında göstərilən hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair yalnız Təqsirləndirilən şəxs ifadələri mövcuddur. Lakin təqsirləndirlən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı ilkin və sonrakı ifadələrini psixi və fiziki təsir altında verdiyini bildirmişdir. Eyni zamanda “Təqsirləndirlən şəxsin dindirilməsi haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində ona psixi və fiziki təsirlər göstərildiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə qiymət verilməsi və həmin ifadələrin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması, həmin ifadənin digər mötəbər sübutlarla təsdiq edilib-edilməməsi aydınlaşdırılmalıdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, sonuncu dəfə nəvəsi Nafıslə birlikdə 05 yanvar 2022-ci il tarixdə oğlu Rəfailin qəbri üstünə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, sonuncu dəfə qaynın oğlu Şahid1lə birlikdə 22 yanvar 2022-ci il tarixdə həyat yoldaşı Qabil Ağayevin qəbri üstünə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, sonuncu dəfə atasının məzarına 05 dekabr 2021-ci il tarixdə getmiş, hər hansısa bir oğurluq hadisəsi olmamışdır. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 05 yanvar 2022-ci il tarixdək, Zərərçəkmiş şəxs1 22 yanvar 2022-ci il tarixdək və Zərərçəkmiş şəxs3 05 dekabr 2021-ci il tarixdək yaxınlarının qəbirləri üzərindən hər hansı bir oğurluq hadisəsinin olmamasını bildirmişlər. Göründüyü kimi, elə zərərçəkmiş şəxslərin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə oğurluq hadisəsinin xx.xx.2021-ci il tarixdən, 05 yanvar 2022-ci il tarixdən və 22 yanvar 2022-ci il tarixdən sonrakı tarixlərdə baş verdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs oğurluq hadisəsini Şahid2 ilə birlikdə törətmələrinə dair ifadələrinə inanmayan ibtidai araşdırma orqanı nədənsə ibtidai araşdırmanın sonunda sonuncunu əlavə dindirmək qərarına gəlmiş, əvvəlki izahat və ifadələri ilə tamamilə ziddiyyətli olan və təkzib edilən “02 dekabr 2021-ci il tarixdə tanışı və birlikdə işlədiyi Şahid2 xahiş etmişdir ki, idarə etdiyi “Mersedes Atiqo” yük markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onunla getsin və bir qədər dəmirlər var onları gətirsin. Həmin vaxt Əmraha dəmirlərin haradan götürəcəyini deməmişdir. Həmin vaxt Şahid2 ona bildirmişdir ki, bir qədər işi var, işi əgər bitsə onunla birlikdə gedəcək, əgər işi bitməsə idarə etdiyi “Mersedes Atiqo” yük markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verər özü sürərək işini görər. O, Əmrahla razılaşmış, həmin tarixdə axşam saatlarında bir daha Əmrahdan işinin bitib-bitmədiyini soruşan zaman Əmrah işinin bitmədiyini və idarə etdiyi “Mersedes Atiqo” yük markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını ona vermişdir ki, o, öz işini gördükdən sonra avtomobili ona qaytarım. O, Əmrahla razılaşmış və həmin vaxt Əmrahın idarə etdiyi “Mersedes Atiqo” yük markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili götürərək artıq 00:15 radələrində Şamaxı rayonu, Həmyəli qəbiristanlığına gedib sonradan adını bildiyi Qabil Ağayevin, Rəfail Sayılovun və Balaşirin Sayılovun qəbirlərinin ətrafına çəkilmiş 22 ədəd məhəccərləri sökərək “Mersedes Atiqo” yük markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləmişdir”. Eyni zamanda həmin ifadəsində bildirmişdir ki, ...”Bildirmək istəyir ki, həmin vaxt polis tərəfindən ona psixi və fiziki təsir göstərilmişdir, bu səbəbdən də o, ilkin istintaq zamanı belə bir ifadə vermiş, həmçinin bununla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılmışdır. O, bir daha hal-hazırda verdiyi ifadəsində göstərdiklərini təsdiq edərək bildirir ki, o, sadəcə Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığından oğurluq etmiş, həmin oğurluğu tək etmiş, yanında başqa heç kim olmamışdır” kimi ifadəsinə inanaraq təqsirləndirilən şəxsə 02 dekabr 2021-ci il tarixdə, saat 00:15 radələrində Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığından zərərçəkmiş şəxslərə ümumilikdə 1650 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talaması ittihamını irəli sürmüşdür. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən təqsirləndirlən şəxslərin istifadəsində olan mobil nömrələr üzrə texniki rabitə kanallarından məlumatlar çıxarılmış və həmin “Sənədlərə baxış keçirilməsi haqqında” 07 iyun 2022-ci il tarixli protokolda yalnız Şahid2 istifadəsində olan mobil nömrənin əhatə dairəsinin Şamaxı rayonu, Həmyəli kəndi ərazisində müəyyən edilmədiyi qeyd edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin əhatə dairəsi ilə bağlı isə heç bir məlumat qeyd edilməmişdir. Həmçinin, istintaq orqanı nəzərə almamışdır ki, 05 yanvar 2022-ci il tarixdək, 22 yanvar 2022-ci il tarixdək və 05 dekabr 2021-ci il tarixdək zərərçəkmiş şəxslərin yaxınlarının qəbirləri üzərindən hər hansı bir oğurluq hadisəsi olmadığı halda Təqsirləndirilən şəxs 02 dekabr 2021-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxslərin yaxınlarının qəbirləri üzərindən hər hansı oğurluq etməsi qeyri-mümkün olmaqla əsassızdır. Məhkəmə qeyd edir ki, sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman “in dubia pro red” şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən tarixdə və Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. X17 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən, cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Təqsirləndirilən şəxs bəraət almış şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığında baş vermiş oğurluq hadisəsi üzrə cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra oğurluq hadisəsinin törədilməsinə aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Şamaxı rayonu, Həmyəli kənd qəbiristanlığında baş vermiş oğurluq hadisəsinin törədilməsinə aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri – 50,00 (əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, X5 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-3/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-3/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver