Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-3/2024 17.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2002-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 2023-cü ilin aprel ayının əvvəllərində Şamaxı şəhərində tanış olduğu xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir qədər mobil telefon vasitəsi ilə danışdıqdan sonra, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri Minaxor küçəsində yerləşən fərdi yaşayış evində, xx.xx.2023-cü il tarixdə isə qohumuna məxsus Şamaxı şəhəri Teymur Zahidov küçəsində yerləşən fərdi yaşayış evində qarşılıqlı razılıq əsasında, aralarında altı yaş fərqi olmaqla, on altı yaşına çatmayan şəxs ilə gələcəkdə ailə həyatı quracağını bildirib, sonuncunun on altı yaşına çatmaması ona aşkar surətdə məlum olduğu halda, könüllü cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2023-cü ilin aprel ayında o, idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Şamaxı şəhərində hərəkətdə olan zaman, sonradan adını bildiyi Şəbnəmin yanında bir qadınla getdiyini və həmin vaxt ona əli ilə işarə etdiyini görüb, arxasınca getmişdir. Bir qədər sonra, onlar marketə daxil olmuş, sonra isə Şəbnəm marketdən çıxaraq, ona işarə etmiş və o, Şəbnəmə yaxınlaşan zaman, ona mobil telefon nömrəsini verərək, ona “whatsap” sosial şəbəkəsi vasitəsilə yazmağını istəmişdir. O da, Şəbnəmin nömrəsini götürdükdən sonra, ona yazmış və onlar bir qədər yazışdıqdan sonra, onların küçələrində görüşmüş və Şəbnəm onun avtomobilinə əyləşmişdir. Onlar ilk əvvəl Mədrəsə kənd yoluna getmiş və avtomobil ilə bir qədər gəzdikdən sonra, onu küçələrinə gətirib avtomobildən endirmiş və üzündən öpmüşdür. Bundan təxminən iki həftə sonra, yəni may ayının əvvəllərində onlar yenidən görüşmüş və o, Şəbnəmi Minaxor küçəsində yerləşən evlərinə aparmışdır. Evdə olan zaman, onlar söhbət etdikdən sonra, Şəbnəm onu öpmüş və onlar öpüşməyə başlamışdır. O, Şəbnəmə nə etmək istədiyini soruşduqda, Şəbnəm onunla cinsi əlaqədə olmaq istədiyini bildirdiyindən o, Şəbnəmi öz yataq otağına aparmış və onlar həmin otaqda sevişərək, iki dəfə cinsi əlaqədə olmuşdurlar. Daha sonra o, Şəbnəmi evlərinə aparmışdır. Təxminən 10 gündən sonra onlar yenidən görüşmüş və onlar onun xalasının evinə getmişlər. Həmin evdə onlar cinsi əlaqədə olduqdan sonra, Şəbnəmi evlərinin yaxınlığına aparıb düşürmüşdür. xx.xx.2023-cü il tarixdə Şəbnəm ona zəng edərək, ondan hamilə olduğunu bildirmiş, lakin o, Şəbnəmə ondan hamilə qala bilməyəcəyini bildirdiyindən, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı, Şəbnəm ondan şikayət edəcəyini bildirmişdir. O, Şəbnəmin 15 yaşının olmasını bilməmiş və Şəbnəmdən yaşını soruşmamışdır. O, Şəbnəmə qarşı hər hansısa bir fiziki zor göstərməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin valideynləri ilə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şamaxı şəhərinin 1 nömrəli orta məktəbinin 10-cu sinif şagirdidir. 2023-cü ilin aprel ayının əvvəlində o, diş həkimindən evə gələn zaman, sonradan adını bildiyi Vüsal küçədə onu görüb ona yaxınlaşaraq, tanış olmaq istədiyini bildirmişdir. Onun da, Vüsaldan xoşu gəldiyindən o, Vüsala mobil telefon nömrəsini verərək, ona yazmağını istəmişdir. Bundan sonra, onlar “whatsap” sosial şəbəkəsində yazışmış və təxminən bir neçə gün sonra onlar küçələrində görüşmüş və Vüsala məxsus “VAZ 2107” markalı avtomobilə əyləşmişdir. Daha sonra, onlar Şamaxı rayonu Çuxuryurd kəndində onun nənəsinin bağ evinə getmişdirlər. Həmin evdə olan zaman, Vüsal ona yaxınlaşmış və onunla öpüşmək istədiyini bildirmişdir. O, razılaşmış və onlar öpüşməyə başlamışdır. Bir qədər öpüşdükdən sonra, onlar oradan çıxmış və Vüsal onu yaşadığı küçələrinə aparmışdır. xx.xx.2023-cü il tarixdə onlar yaşadığı küçədə görüşmüş və Vüsal onu yaşadığı evə aparmışdır. Həmin gün Vüsal onunla təbii yolla cinsi əlaqədə olmaq istəmiş və ona elçi göndərəcəyini bildirdiyi üçün, o, da razılaşmışdır. Bundan sonra, onlar yatağa uzanaraq, öpüşməyə başlamışlar. Təxminən bir saata yaxın öpüşüb sevişdikdən sonra, Vüsal onunla təbii yolla cinsi əlaqədə olmuş və təxminən günorta saatlarında Vüsal onu evlərinin yaxınlığında avtomobildən endirmişdir. 2023-cü ilin may ayının əvvəlində yaşadığı evin yaxınlığında onlar yenidən görüşmüş və o, Vüsalın avtomobilinə əyləşdikdən sonra, onlar Vüsalın Xınıslı kəndində qohumlarının evinə getmişdirlər. Onlar evə daxil olan zaman, Vüsal onu evdə öpməyə başlamış və onu yataq otağına apararaq, onu soyundurmuşdur. Daha sonra isə özü soyunaraq, onunla təxminən 5 dəqiqə öpüşdükdən sonra, təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Daha sonra bir qədər uzanıb, yenidən onunla öpüşməyə başlamış və onlar ikinci dəfə cinsi əlaqədə olmuşdurlar. Bir qədər sonra, onlar yenidən cinsi əlaqədə olduqdan sonra, onlar ayağa qalxıb, paltarını geyinmişdirlər. Həmin gün təxminən günorta saatlarında Vüsal onu evlərinin yaxınlığında avtomobildən endirmişdir. xx.xx.2023-cü il tarixdə o, həkimdə olan zaman, həkim onu yoxlamış və onun hamilə olduğunu bildirmişdir. Bundan sonra, anasına bu barədə söyləmiş və o, Vüsala zəng edib, hamilə olduğunu bildirmişdir. Vüsal isə ona böhtan atdığını söyləmiş və ona bildirmişdir ki “guya o, başqası ilə əlaqədə olmuş, hamiləliyi də, həmin şəxsdəndir”. Bundan sonra o, Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda isə o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, həmin şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. 2023-cü ilin may ayının sonlarından Şəbnəmdə ürək bulanmalar olduğundan o, düşünmüşdür ki, qızı xəstələnibdir. Lakin, ürək bulanmaları davam etdiyindən, onlar xx.xx.2023-cü il tarixdə həkimə getmişdirlər. Həkim yoxlayan zaman, onlara bildirmişdir ki, qızı Şəbnəm 9-10 həftəlik hamilədir. Bundan sonra o, qızından bu barədə soruşduqda, Şəbnəm ona Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, onunla ümumilikdə iki dəfə görşdüyünü, cinsi əlaqədə olduğunu və ondan hamilə qaldığını bildirmişdir. O, qızına nə vaxt və harada görüşdüyünü soruşduqda, Şəbnəm Vüsalın birinci dəfə aprel ayında onu öz evinə, daha sonra isə Xınıslı kəndi yaxınlığında yerləşən qohumunun evinə apardığını, hər ikisində cinsi əlaqədə olduqlarını bildirmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng etmiş və sonuncuya bu barədə məlumat verdikdə, həmin şəxs Şəbnəmin ondan hamilə olmadığını bildirib, məsuliyyəti üzərindən atmaq istəmişdir. Lakin, onlar Vüsala təkidlə gəlib bunu aydınlaşdırmasını, əks halda polisə şikayət edəcəklərini bildirsələr də, sonuncu hara istəyirlərsə şikayət edə biləcəklərini bildirmişdir. Bundan sonra, onlar Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 177 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət, eləcə də, fiziki güc tətbiq etməklə cinsi əlaqədə olmağa uyğun xəsarət və xəsarət izləri aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq bəkarəti pozulmuş, pozulma müddəti 2-3 həftədən çoxdur, Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı, tək-tək hallarda qeyri- təbii yolla cinsi əlaqədə olma zamanı xəsarət və xəsarət izləri aşkar olunmursa, bunu məhkəmə tibbi yolla təyin etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1712 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, ona qarşı törədilən cinsi əlaqədə olma hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuş və azyaşlı Zərərçəkmiş şəxs əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə, hadisə zamanı X6, Təqsirləndirilən şəxs və X8 müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 4(074)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində qətimkan tədbiri qismində “həbs” seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 4(074)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bitdikdən sonra, Şamaxı Rayon Məhkəməsinin 1(074)74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində axtarış elan olunmaqla, «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, onun yaşını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X4 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 3 (üç) ay həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X4 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-3/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-3/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver