Məhkəmə qərarları › İş №1(074)-30/2020

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-30/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-30/2020 30.09.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Savalanova Arzu Tarix qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 145.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Şamaxı şəhər sakini X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şamaxı şəhərində yerləşən “Savalan” restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra sonuncunun Şamaxı şəhəri sakini xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə arasında əvvəlcədən mövcud olmuş mübahisənin aydınlaşdırılması məqsədilə Zərərçəkmiş şəxs yaşadığı evdən götürüb Şamaxı şəhərində yerləşən “Yeddi Günbəz” adlanan qəbiristanlığa aparmaq barədə razılaşaraq birlikdə həmin restorandan çıxmış, Ruslan Surxayevə məxsus **-RO-*** dövlət qeydiyyat nişanlı, VAZ-2121 markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına getmiş, orada olarkən X8 Qədirlinin mobil telefonu ilə Zərərçəkmiş şəxs zəng edərək çölə çıxmaq barədə dəvətini rədd etməsinə baxmayaraq qısa söhbət etmək barədə israrla etdikləri təkliflə ev paltarında çölə çıxmış Zərərçəkmiş şəxs qeyri-könüllü şəkildə oraya gəldikləri iki qapılı VAZ-2121 markalı avtomobilin qapıları olmayan arxa oturacağına əyləşməsini tələb edərək, sonradan hərəkət və qaçmaq imkanını məhdudlaşdırıb Şamaxı şəhərində yerləşən “Yeddi Günbəz” adlanan qəbiristanlığa gətirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadə verib göstərdi ki, X3 və Zərərçəkmiş şəxs tanımaqla hər ikisi ilə münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində tanışları Yadigar, Nurlan və Elmar adlı şəxslərlə birlikdə Şamaxı şəhərində yerləşən “Savalan” restoranında otaqda əyləşib yemək yemiş, 1,5 litr çaxır içmişlər. Bu zaman Ruslan Surxayev da əyləşdikləri otağa daxil olaraq onlarla birlikdə yemək yemişdir. Yemək yedikdən sonra Ruslan otağı tərk edərək təxminən yarım saat sonra yenidən əyləşdikləri otağa gələrək onlarla bir qədər yemək yemiş, sonra evlərinə getmək üçün restorandan çıxmışlar. “NİVA” markalı avtomobilində tək olduğu üçün Ruslan ona birlikdə getməyi təklif etmiş, Ruslanın avtomobildə tək getməməsi üçün avtomobilinə əyləşmişdir. Yolda olarkən Ruslan kiminləsə telefonda danışmağa başlamışdır. Telefonda danışdığı şəxslə görüşmək istədiyini bildirmişdir. Buna görə Ruslanın telefonda danışdığı şəxslə görüşdükdən sonra onu evinə aparacağını fikirləşmişdir. Ruslan Surxayevin telefonda danışdığı şəxsin evinin qarşısına gəldikdə həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu başa düşmüşdür. Orxan evlərindən çölə çıxaraq avtomobilin arxa oturacağında əyləşmiş, Ruslan avtomobili şəhərin aşağı istiqamətində sürməyə başlamışdır. “Şamaxı market” adlı mağazanın qarşısından keçən zaman Ruslan Surxayevin avtomobili sürüşmüş, sonuncu avtomobili tarazladıqdan sonra yola davam etmişlər. Yolda olarkən Ruslan Orxandan “Məsini və məni necə oğlan kimi tanıyırsan” deyə soruşduqda Orxan hər ikisini yaxşı oğlan kimi tanıdığını bildirmişdir. Bu zaman Ruslan heç bir səbəb olmadan Orxana 1 dəfə şillə vurmuşdur. Bundan sonra “Yeddi Günbəz” adlanan qəbirstanlığa gəlmişlər. Qəbirstanlığın girişinə çatdıqda Ruslan avtomobili saxlamış, daha sonra avtomobildən düşmüşlər. Ruslan Orxana təcili olaraq ona 100 manat verməsini bildirmişdir. Orxan buna imkanının olmadığını bildirdikdə Ruslan gözlənilmədən Orxana 3-4 dəfə yumruq zərbəsi vurmuşdur. Bu zaman dərhal araya girərək Ruslanı ayırmışdır. Onlar yenidən avtomobilə əyləşərək Şamaxı şəhəri istiqamətində gəlmişlər. Qəbirstanlıqdan aralaşmaq istəyən zaman tanışı Nurlanın ağ rəngli “LADA Priora” markalı avtomobilinin qarşılarında saxladığını görmüşdür. X9 görüb avtomobilini dayandırmış, hamısı avtomobildən düşmüş, “LADA Priora” markalı avtomobildən Nurlan, Yadigar və Elmar düşmüşlər. Avtomobildən düşdükdən sonra Ruslan yenə Orxanı yumruqla vurmağa başladıqda araya girərək yenə onları aralamışdır. Bundan sonra tualetə getmək üçün oradan aralaşmış və orada nə baş verdiyini görməmişdir. Təbii ehtiyacını ödədikdən sonra yenə Ruslangilin yanına gəlmiş və bu zaman hamı avtomobillərə əyləşmişdir. O da Ruslan və Orxanla birlikdə avtomobilə əyləşmişdir. Ruslan avtomobili yenidən qəbirstanlığın içinə doğru sürmüşdür. Qəbirstanlığın yuxarı hissəsində Ruslan avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Ruslan Orxanı qırağa çəkib söhbət etmişdir. O, Elmar, Nurlan və Yadigar qıraqda durub Ruslanla Orxanın söhbətinə baxmışlar. Bu zaman Ruslanın qaçaraq Orxandan uzaqlaşdığını və təxminən 10 metr sonra yerə yıxıldığını görmüşlər. Dərhal yanına gəldikdə Ruslanın paltarının qan olduğunu gördükləri üçün sonuncunu avtomobilinə aparıb arxa oturacağa uzatmışlar. Daha sonra Yadigar sürücü tərəfdən, o, ön sərnişin tərəfdən, Elmar isə arxa oturacaqda Ruslanın yanında əyləşdikdən sonra oradan uzaqlaşmış və Ruslanı Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Nurlan isə Orxanı avtomobilinə əyləşdirib rayon polis şöbəsinə aparmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində “Savalan” restoranında oturan zaman Ruslan Surxayevin də orada dayısı oğlunun ad günü tədbirində iştirak etdiyindən spirtli içki qəbul etdiyini, X10 Hacıyevdən əvvəllər hədə qorxu ilə pul tələb etməsindən, həmçinin hadisədən əvvəl Zərərçəkmiş şəxslə bu məqsədlə görüşməsindən məlumatlı olmadığını, yalnız “Yeddi Günbəz” adlanan qəbiristanlığa çatdıqda bu barədə məlumatının olduğunu, hava qaranlıq olduğundan və Ruslanla Orxan kənarda dayandıqlarından, Zərərçəkmiş şəxs Ruslan Surxayevə neçə dəfə bıçaq zərbəsi vurmağını görməsə də, hadisə zamanı X14 Hacıyevi bıçaqlayaraq öldürdüyünü bilmişdir, məsuliyyətə cəlb edilməkdən qorxduğu, ölüm hadisəsi olduğu üçün hər iki şəxsin ailələrinin ona qarşı aqressiv olmalarından ehtiyat etdiyidən Ruslan Surxayevlə aralarında olan razılaşma barədə məlumat vermədiyini, Ruslanın Orxandan hədə-qorxu ilə döyməklə pul tələb etməsindən məlumatı olmadığını, Ruslanın bu barədə ona məlumat vermədiyini, Zərərçəkmiş şəxs zorla avtomobilə mindirmədiyini, sadəcə mindikdən sonra onun hərəkət imkanlarını məhdudlaşdırdığını bildirdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. Hazırda könüllü olaraq səfərbərliyə yazılmışdır. Bütün bunların məhkəmə tərfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 23:37-də Fərhad Daşdıyev ona “Whatsapp” proqramında mesaj yazaraq görüşmək istədiyini bildirdikdə sonuncu ilə Ruslanın bir neçə gün əvvəl ona hədə-qorxu gələrək pul tələb edib aldıqlarını xatırlayaraq ondan yenə də pul tələb edəcəyini güman edib Fərhada yalandan yorğun olduğunu və görüşə bilməyəcəyini demişdir. Bundan sonra Fərhad onunla sağollaşmışdır. Daha sonra mobil telefonuna iki dəfə Ruslan Surxayevin mobil telefonundan zəng gəlmiş, o isə həmin zənglərə cavab verməmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 00:10 radələrində mobil telefonuna Təqsirləndirilən şəxs əvvəlcədən onun telefonunda qeydiyyatda olan nömrəsindən zəng gəlmişdir. Məsimi özünə yaxın bildiyindən zəngə cavab vermiş, bu zaman danışan şəxsin elə Məsim olduğunu bilmişdir. Məsim onunla salamlaşdıqdan sonra telefonu Ruslana vermişdir. Danışıq zamanı Ruslan Surxayev onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt yatmağa hazırlaşdığından yorğun olduğunu bildirsə də, Ruslan evin qarşısında olduğunu və 5 dəqiqəlik söhbət etmək istədiyini demişdir. Ruslanın danışığından şübhələndiyi, həmçinin əvvəllər Ruslanın iki dəfə bıçaqla hədə-qorxu gəlib ondan pul tələb edib aldığından evlərinin mətbəxindən qara qulplu mətbəx bıçağını götürərək şalvarının arxasına qoymuş və qapıya çıxaraq Ruslanla görüşmüşdür. Bıçağı götürməkdə məqsədi Ruslanın yenə ona bıçaq nümayiş etidərəcəyi təqdirdə, üzərindəki bıçağı çıxardıb göstərməklə vəziyyətdən çıxaraq uzaqlaşmaq olmuşdur. Elə evlərinin yanındaca Ruslanla söhbət edib evə qayımaq fikrində olduğu üçün elə ev paltarında çölə çıxmış, yəni əynində ağ rəngli qolsuz mayka, bir ədəd göy rəngli cins şalvar və bataqlıq rəngli gödəkçə, ayağında həyətlərində geyindikləri qadın tərliyi olmuşdur. Harasa getmək, hansısa söhbət etmək, dalaşmaq fikri olmamış, belə fikri olsaydı, ən azından əyninə normal paltar, ayağına normal ayaqqabı geyinmiş olardı. Ruslan Surxayev görüşə öz VAZ2121 markalı, ağ rəngli avtomobili ilə gəlmiş, ön sərnişin oturacağında tanışı “Məsi” ləqəbli Təqsirləndirilən şəxs əyləşmişdir. Çölə çıxan kimi Məsim avtomobildən düşərək onunla salamlaşmış, ardınca Ruslan elə oturduğu oturacaqdan boylanaraq onunla söhbətinin olduğunu bildirib avtomobilə oturmağı “Əə, gəl otur maşına” deyə bildirmişdir. O da Ruslana “Ay Ruslan, gecə vaxtı nə söhbət edəcəyik, qalsın sabah edərik, özü də başqa yerə getməyək, nə söhbət varsa, elə burada edək, gecə vaxtıdı, harasa getsəm, ailəm narahat olacaq” deyə bildirmişdir. Bu zaman Məsim ona “Orxan qorxma, adam yeyən deyilik, elə burda bir söhbət edib” gedəcəyik” deyə bildirib avtomobilin ön sərnişin oturacağını qabağa çəkib ona arxa oturacaqda oturmağı bildirmişdir. O da həm məcburiyyətdən, həm elə oradaca qısa bir söhbət edib evə qayıtmağı fikirləşdiyindən Məsimin göstərdiyi oturacaqda əyləşmişdir. Bu zaman Məsim də ön oturacağı yerinə qaytarıb orada əyləşmişdir. Artıq avtomobildən öz istəyi ilə düşmək imkanı qalmamışdır. Bu zaman ani olaraq Ruslan avtomobili işə salıb hərəkətə başladıqda heç bir yerə getmək istəmədiyini bildirib sonuncudan dayanmağı tələb etmişdir. Ruslan isə ona qulaq asmadan avtomobili sürməkdə davam etmişdir. Avtomobildə olarkən evlərinin yerləşdiyi küçədən çıxmamış Ruslan ondan “Məsimi necə oğlan kimi tanıyırsan?” deyə soruşduqda Ruslana Təqsirləndirilən şəxs “qardaşı” olduğunu və yaxşı oğlan kimi tanıdığını bildirmişdir. Ardınca Ruslan ondan “Məni necə oğlan kimi tanıyırsan” deyə soruşduqda Ruslana “Şükür Allaha, səni də yaxşı oğlan kimi tanıyıram” demişdir. Bu zaman Ruslan Surxayev gözlənilmədən ona “Səsinin tonunu qaldırma” deyib 1 dəfə şillə vurmuşdur. O, bu zərbənin təsirindən şoka düşmüş və Ruslanın onu niyə vurduğunu başa düşməmiş və qorxmağa başlamışmışdır. Yolda olarkən Ruslan Surxayev “Şamaxı” market ilə üzbəüz yerdə avtomobili ilə “ruçnoy” çəkmiş və avtomobili Şamaxı şəhərinin mərkəzində yerləşən dairəyə, oradan da “Yeddi Günbəz” qəbiristanlığı istiqamətində sürmüşdür. Yolda olarkən Ruslan ondan qəbirstanlıqdan qorxub-qorxmadığını soruşduqda qorxduğumu, oraya getmək istəmədiyini bildirib nə üçün ora getdiklərini soruşmuş, Ruslan isə cavabında qəbirstanlıqda “gizlənpaç” oynamağa getdiklərini demişdir. O isə artıq qorxduğundan oraya getmək istəməsə də, “VAZ2121” markalı avtomobildə arxa oturacaqda oturduğu, orada isə qapı olmadığından qaça bilməmişdir. Yolda olarkən Ruslan mobil telefonuna gələn zəngə cavab verərək “Qəbiristanlığa gedirəm, yüngül gəzişəcik” deyə cavab verib sağollaşmışdır. Qəbirstanlığa gəldikdə Ruslan birinci döngəni keçib 20 metr irəlidə saxlamış, özü və Məsim avtomobildən düşmüş və qışqıraraq ona “Ayə, aşağı düş” deyə bildirmişdir. Avtomobildən düşən kimi Ruslan yaxasından yapışaraq badalaq verərək onu yerə yıxmışdır. Yerdən durduqda Ruslan Surxayev sifətinin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi endirmişdir. Bu zaman Təqsirləndirilən şəxs araya girərək Ruslanı ondan uzaqlaşdırmağa çalışmışdır. Ruslan Təqsirləndirilən şəxs əlindən çıxıb yaxasından yapışmış və sabaha qədər ona 100 manat verməyini, həmin puldan 49 manatının borcu olduğu üçün Təqsirləndirilən şəxs, qalanının isə özünə çatacağını əsəbi, aqressiv şəkildə bildirmişdir. Ruslana əvvəllər nə vaxt istəmişdisə, verdiyini və hazırda isə imkanı olmadığı üçün verə bilməyəcəyini bildirmişdir. Belə dedikdə Ruslan yenə sifətinə yumruqlar vurmağa davam etmiş və fənd ataraq boynunu qoltuğunun arasına almışdır. Boynu Ruslanın qollarının arasında ola-ola sonuncu mobil telefonuna gələn zəngə cavab verib qəbiristanlıqda olduğunu bildirdikdə Məsim zəng edənin kim olduğunu soruşmuş, Ruslan da Nurlanın zəng etdiyini deyərək ondan “Nurlanı tanıyırsan ə?” deyə soruşmuşdur. O da yarı-huşsuz vəziyyətdə tanıdığını dedikdə. Ruslan “Ayə tez de ki, Nurlan mənim böyük qardaşımdır de” bildirib telefonu onun qulağına tutmuşdur. Nurlanla salamlaşdıqdan sonra Ruslan yenə də eyni şeyi deməyini bildirdikdə məcbur qalıb “Nurlan sən mənim böyük qardaşımsan” demişdir. Daha sonra Ruslan telefonu götürüb Nurlanla nəsə danışdıqdan sonra telefonu söndürmüş və yenidən pul tələb etməyə davam etmişdir. Daha sonra yenidən avtomobilə əyləşmiş, Ruslan Surxayev də avtomobili Şamaxı şəhəri istiqamətində sürməyə başlamışdır. Təxminən 100 metr irəlilədikdən sonra qəbirstanlığın yolunu düşən zaman qarşıdan dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “LADA Priora” markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil işığı ilə onlara “dayanmaq” işarəsi verdiyi üçün Ruslan Surxayev avtomobili saxlayaraq Məsimlə birlikdə avtomobildən düşmüşlər. Sonuncular onun avtomobildən düşməyinə imkan verməmişlər. Həmin vaxt “Priora” markalı avtomobildən 3 nəfər düşərək Ruslan Surxayevlə görüşmüşlər. Həmin şəxslərdən biri Yadigar, digəri Nurlan adlı Şamaxı şəhər sakinləri kimi tanıdığı şəxslər olmuşlar. 3-cü şəxsi isə əvvəllər tanımasa da, istintaqın gedişində həmin şəxsin Elmar adlı Şamaxı şəhər sakini olduğunu öyrənmişdir. Ruslan ona yaxınlaşaraq əlini çiyninə qoyaraq boynunun arxasından yapışıb onu maşından çölə atmışdır. Bundan sonra “Priora” markalı avtomobildən düşən Yadigar ona yaxınlaşaraq “sən bizim qardaşımıza qarşı çaşmısan” deyə bildirib sifət nahiyəsindən 2 dəfə şillə vurmuşdur. Bu zaman Ruslan ona yaxınlaşaraq “Başa düşdün ə?” deyə qışqırıb əlinin içi ilə alnından bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman Yadigar onu guya dostyana qırağa çəkərək əllərini çiyninə toxundurub sığallayaraq nə baş verdiyini soruşub gözlənilmədən kəllə zərbəsi ilə sağ göz nahiyəsindən onu vurmuşdur. Yadigar həmin zərbəni ona vurmamışdan qabaq kənardan kiminsə “Ayə Yadigarın kəlləsi zərbəsindən bu günə kimi ayılan olmayıb” deyə bildirdiyini eşitmişdir. Zərbənin təsirindən huşunu itirib yerə yıxılan zaman Ruslan və Yadigar onu təpikləməyə başlamışlar. Həmin vaxt qolları ilə başına zərbələr dəyməsinə mane olmağa çalışmışdır. Daha sonra Yadigar Ruslana “Aa, bu başa düşmədi, gəl bunu aparaq başa salaq” deyə bildirmişdir. Döyüldüyü üçün yarıhuşsuz olduğundan Məsimlə Ruslan onu yenidən “VAZ2121” markalı mindirib, yenidən yuxarı tərəfə, yəni ölüm hadisəsinin baş vediyi yerdən təxminən 30 metr məsafəyə aparmışlar. Avtomobili saxladıqdan sonra Ruslanla Məsim onu avtomobildən düşürtmüşlər. Həmin vaxt “Priora” markalı avtomobildə olan şəxslər də arxalarınca gəlmişlər. Ruslan Surxayev və digər şəxslər yəni, Nurlan, Yadigar, Elmar və Məsim onun üzərinə gələrək yerə yıxmış və yerdə yumruq-təpik zərbələri saysızhesabsız qədər vurmağa başlamışlar. Artıq ağlını itirmiş və heç birinə qarşılıq vermək bacarığında olmamışlar. Eyni zamanda kimin hansı nahiyəsindən necə vurmasını görməmiş, yalnız başını qollarının arasına alaraq özünü qorumaq istəmişdir. Bu vaxt həmin şəxslər onu sürüyə-sürüyə ölüm hadisəsinin baş verdiyi yerə aparmışlar. Artıq zərbələrin təsirindən bundan sonra nə baş verdiyini xatırlamır. Özünə gələndə “VAZ2121” markalı avtomobilin yanında olmuşdur. Orada Nurlan əlindən tutmuş, ayaqüstə və əlində evdən götürdüyü bıçaq olmuşdur. Belinə qoyduğu bıçağı necə çıxartdığını, Ruslan Surxayevi necə bıçaqla vurduğunu, necə ayağa qalxdığımı, onu döyən şəxslərdən necə uzaqlaşdığını, həmin “VAZ2121” markalı avtomobilin yanına necə gəldiyimi xatırlamır. Həmin vaxt sanki öz qışqırğının səsinə yuxudan oyanmış kimi olmuşdur. Hətta nə qışqırdığını belə xatırlamır. Bu zaman Nurlan ona “Ay blə, Orxan, sən neylədin?!” demiş, Buna baxmayaraq hələ də nə etdiyini anlaya bilməmişdir. Nurlan isə ona “Ruslanı bıçaqla vurdun” deyə bildirmişdir. Daha sonra Nurlan ona “Səni hara aparım?” deyə soruşmuşdur. Nurlanın deməsinə görə Ruslanı bıçaqla vurduğunu artıq dərk etdiyindən Nurlana onu özü dediyinə görə rayon polis şöbəsinin qarşısına gətirmiş, o, avtomobildən düşmüş, Nurlana buradan getməyini təklif etmişdir. Nurlan onu düşürdükdən sonra oradan uzaqlaşmışdır. Həmin vaxt hadisə yerində qalan şəxslərin nə etmələrini bilməmişdir. O da rayon polis şöbəsinin inzibati binasına gedərək Ruslan Surxayevi bıçaqladığını bildirib, bıçağı təqdim etmişdir. Zərərçəkmiş şəxs qalan hissələrdə ilkin ifadəsini təsdiq etdiyini bildirib ilkin ifadələri ilə ziddiyyətli olan xüsusatlarla bağlı göstərmişdir ki, ilkin vaxtlarda Məsimi və digərlərini satmaq istəməmiş, eyni zamanda həmin şəxslərin ona istintaqın gedişatında ifadələri ilə kömək edə biləcəklərini düşündüyü üçün ilkin dövrdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 cinayət əməllərini ört-basdır etmişdir. Lakin həmin şəxslərlə üzləşmələri zamanı yalnız özlərini müdafiə etdiklərini, baş vermiş hadisə barədə düzgün ifadə vermədiklərini, ona qarşı ifadə verməklə qərəzli olaraq bütün məsuliyyəti onun üzərinə atdıqlarını görmüşdür. O, gözündəki xəsarətin daha ağır olduğunu bilmişdir. Şahid1 kömək etmək üçün gözündəki xəsarətin Ruslan tərəfindən yetirildiyini demişdir. Hazırda isə Yadigarın məsuliyyətdən yayındığını başa düşmüş və bu səbəbdən də reallıqlar barədə ifadə vermişdir. İlkin ifadə verən zaman ondan qəti surətdə soruşulduğuna, həmçinin istintaq orqanı tərəfindən ona olan inamsızlığı görərək özlüyündə hadisənin necə ola biləcəyini düşünməyə başlamış və ağlı kəsən formada bunu izah etməyə çalışaraq Ruslan Surxayevə iki dəfə bıçaq zərbəsi vuraraq xəsarət yetirdiyini bildirmişdir. Əslində isə Ruslanı necə vurduğunu, ona neçə bıçaq zərbəsi vurduğunu xatırlaya bilmir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, mərhum X11 şəhər sakini kimi tanımış, münasibətləri normal olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs də Şamaxı şəhər sakini idman müəllimi kimi tanımış, münasibətləri normaldır, aralarında hər hansı düşmənçilik və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində dostları Məsim, Nurlan və Yadigarla birlikdə Şamaxı şəhərində görüşüb sonuncuya məxsus ağ rəngli “LADA Priora” markalı avtomobillə Şamaxı şəhərində yerləşən “Savalan” restoranına getmişlər. Orada olan nömrəsini xatırlamadığı kabinetlərdən birinə keçib tanımadığı ofisiantlardan birini çağırıb yemək, həmçinin spirtli içki kimi çaxır sifariş etmişlər. Bir müddət sonra mərhum Ruslan da olduqları kabinetə gəlib orada olan masalardan birinin arxasında əyləşib yemək yeyərək söhbət etməyə başlamışdır. Təxminən 20 dəqiqədən sonra Ruslan kabinetdən çıxmış və təxminən yarım saat sonra yenidən kabinetə qayıtmışdır. Ruslan qayıtdıqdan sonra da onlarla yemək yemişdir. Saat 24 radələrində artıq restorandan çıxmağa hazırlaşan zaman X17 zəng etmək istədiyini bildirib konturu olub‑olmamasını soruşmuşdur. Məsim də konturunun olduğunu bildirib telefonunu Ruslana vermiş, Ruslan da həmin telefonla Orxana zəng etmişdir. Danışan zaman Ruslan hal-əhval etdikdən sonra görüşmək istədiyini bildirmişdir. Orxanın “Bu vaxtı?” deyə reaksiya verdiyini eşitsə də, spirtli içki qəbul etdiyi üçün başqa nə danışdıqlarına fikir verməmişdir. Daha sonra beşi birlikdə restorandan çıxmışlar. Məsimlə Ruslan sonuncunun “Niva” markalı avtomobilinə minib Orxanla görüşməyə getdiklərini bildirmişlər. O, Yadigar və Nurlanla birlikdə “Priora” markalı avtomobilinə əyləşmişdir. Həmin vaxt o, avtomobilin arxa oturacağında, Yadigar isə ön sağ oturacaqda əyləşmiş, avtomobili isə Nurlan idarə etmişdir. Bir müddət şəhərdə fırlandıqdan sonra ya Yadigar, ya da Nurlan Məsimə zəng edərək harada olduqlarını soruşsa da, sonuncunun nə cavab verdiyini bilməmişdir. Daha sonra Nurlan avtomobili “Yeddi günbəz” qəbiristanlığı adlanan yerə tərəf sürmüşdür. Şamaxı şəhərinin kənarından keçən Bakı‑Ağsu magistralında Ruslanın avtomobilini qəbiristanlığın ərazisindən çıxarkən görmüşlər. Onlar isə Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. Biraz irəli gedib geriyə tərəf qayıtdıqda yenidən Ruslanın avtomobili ilə elə avtomagistralda rastlaşmışlar. Orada heç kəs avtomobildən düşməmişdir. Daha sonra Ruslan avtomobili yenidən qəbiristanlıq istiqamətində sürmüş, onlar da arxasınca getmişlər. Ruslan avtomobili qəbiristanlığın içərisinə sürdükdən sonra dayanaraq yerə düşmüşdür. Həmin vaxt avtomobildə olan digər şəxslər də yerə düşmüşlər. Onlar da Ruslan olduğu yerə çatıb avtomobildən düşmüşlər. Orada olarkən Ruslan Orxana bir neçə şillə və yumruq zərbələri vurmuşdur. Ruslan Orxanı döyən zaman ani olaraq geriyə hərəkət etməyə başlamışdır. Bir müddət sonra Ruslan tamamilə yerə yıxılmışdır. Bundan sonra Orxan başa düşmədiyi sözlərlə qışqırmağa başlamış, hadisəyə aidiyyatı olmayan hərəkətlər etməyə başlamışdır. Bu zaman Nurlan Orxanı sakitləşdirmişdir. Orxan bir neçə andan sonra sakitləşərək birinin onu polis şöbəsinə aparmağını istəmiş, Nurlan da Orxanı avtomobilinə mindirib aparmışdır. Onlar isə həmin yerdə qalmışdır. Yaxınlaşdıqda Ruslanın üst-başının qan olduğunu görmüşlər. Bu zaman Orxanın Ruslana bıçaqla xəsarət yetirdiyini başa düşmüşlər. Buna görə də sonuncunu elə öz avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hacımurad oğlu ifadə verib göstərdi ki, əmisi qızının ərinin qardaşı olan Ruslan Surxayevlə münasibətləri hər zaman yaxşı olmuşdur. Zərərçəkmiş şəxs isə Şamaxı şəhər sakini kimi, idman müəllimi kimi tanımış, sonuncu ilə cəmi 2-3 dəfə görüşmüşdür. Zərərçəkmiş şəxslə hər hansı yaxın dostluq münasibətləri olmamış, həmçinin aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində dostları Məsim, Elmar və Nurlanla birlikdə Şamaxı şəhərində görüşüb sonuncuya məxsus ağ rəngli “LADA Priora” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Şamaxı şəhərində yerləşən “Savalan” restoranına getmişlər. Həmin restorana çatdıqda restoranın həyətində Ruslan Surxayevlə rastlaşmış, salamlaşdıqdan sonra hansı səbəbdən orada olduğunu soruşduqda sonuncu dayısı oğlunun ad günü ilə əlaqədar orada olduğunu demişdir. Daha sonra sağollaşıb orada olan nömrəsini xatırlamadığı kabinetlərdən birinə keçib tanımadığı ofisiantlardan birini çağırıb yemək, həmçinin spirtli içki kimi çaxır sifariş etmişlər. O, heç vaxt spirtli içki içməsə də, yanında olan digər üç nəfər çaxırdan içmişlər. Oraya gəldikdən təxminən 30- 40 dəqiqə sonra Ruslan da kabinetə gələrək orada olan masalardan birinin arxasında əyləşib söhbət etməyə başlamışdır. Orada hazırda xatırlamadığı, lazımsız mövzulardan söhbət etmişlər. Təxminən 15 dəqiqədən sonra Ruslan kabinetdən çıxmış və təxminən yarım saat sonra yenidən kabinetə qayıtmışdır. Sonuncunun həmin vaxt yemək yediyini xatırlamasa da, Məsimin süzdüyü çaxırı içdiyini xatırlayır. Həmin ərəfələrdə o, telefonla oynaya-oyanaya gah Nurlanla, gah Məsimlə, gah da Elmarla söhbət etmişdir. Nurlanla söhbət edən zaman Ruslanın Məsimlə nəsə söhbət etdiyini, ardınca Ruslanın Məsimin mobil telefonu ilə kiməsə zəng etdiyini görsə də, kiminlə danışmasını, Məsimlə nə barədə söhbət etməsini bilməmişdir. Saat 24 radələrində Ruslanla Məsim stoldan duraraq kabinetdən çıxmışlar. Çıxan zaman Ruslan “Məsimlə işim var, indi gəlirik” deyə bildirsə də, Ruslanla Məsimin haraya nə məqsədlə getmələrini bilməmişdir. Ruslangil gedəndən təxminən 15-20 dəqiqə sonra Nurlan, Elmar və o da stoldan duraraq kabinetdən çıxmışdır. Nurlan xatırlamadığı məbləğdə hesabı ödədikdən sonra sonuncuya məxsus “LADA Priora” markalı avtomobilə əyləşib Şamaxı şəhəri istiqamətində yola çıxmışlar. Həmin vaxt o, avtomobilin ön sərnişin oturacağında, Elmar isə arxa oturacaqda əyləşmiş, avtomobili Nurlan idarə etmişdir. “Musa bulağının aşağısı” kimi tanıdığı küçədə Nurlan tanımadığı darvazanın qarşısında avtomobili saxlayaraq tanımadığı şəxsdən Zərərçəkmiş şəxs harada olmasını soruşmuşdur. Həmin şəxs Nurlana Zərərçəkmiş şəxs harada olmasını bilmədiyini demişdir. Bu zaman Nurlan Təqsirləndirilən şəxs zəng vuraraq harada olmalarını soruşmuşdur. Məsim Nurlana “Yeddi Günbəz” qəbirstanlığında olduqlarını bildirdiyi üçün sonuncu avtomobili həmin yerə sürmüşdür. Qəbirstanlığa çatdıqda, qəbirstanlığın aşağı hissəsində Ruslan və Orxanın yaxa-yaxaya dayanıb mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Ruslanla Orxan bir-birilərinin yaxasından tutaraq mübahisə etmişlər. Nurlan avtomobilini Ruslanın avtomobilinin sol tərəfində saxlamış və Ruslan qohumu olduğu üçün avtomobildə olan digər şəxslər avtomobildən düşməmiş cəld avtomobildən düşüb Ruslan və Orxanı aralamaq üçün sonunculara yaxınlaşmışdır. Aralamaq istəsə də, hər ikisi bir-birlərindən bərk yapışdığından aralanmaları üçün Orxanın başının alın nahiyəsindən kəllə ilə vurmuşdur. Orxanı vurmaqda məqsədi sakitləşdirərək aralamaq olmuşdur. Bundan sonra Ruslanla Orxan bir-birlərindən aralanmış, sonra hər ikisini danlamışdır. Bu zaman Orxan ona Ruslanla hansısa qız üstündə mübahisə etdiklərini bildirdiyi üçün bu hərəkətlərinin ayıb olduğunu bildirib buradan çıxıb getmələrini demişdir. Həmin vaxt Məsim də Ruslanın avtomobilindən düşərək onların yanlarında dayanmışdı. Daha sonra Ruslanla Orxan razılaşıb avtomobilə əyləşərək Şamaxı şəhəri istiqamətində getmişlər. Məsim də Ruslangillə birlikdə getmişdir. Onlar da gəldikləri avtomobilə əyləşib oradan Şamaxı şəhəri istiqamətində getmişlər. Qəbiristanlığın ərazisində Ağsu-Bakı yoluna sağa dönməklə çıxmışlar. Şamaxı şəhərində yerləşən avtovağzala tərəf gedərkən Ruslanın avtomobilinin Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə gedən yoldan çıxaraq Ağsu rayonu istiqamətində getdiyini gördüklərindən əlüzlərini yumaq üçün Şəhriyar qəsəbəsində yerləşən bulağa getmiş ola biləcəklərini fikirləşsələr də, Ruslanın avtomobili sürətlə idarə etdiyini gördüklərindən Nurlan Şəhriyar qəsəbəsinə gedən yolun başlanğıcından geriyə dönmə əməliyyatı edərək avtomobilini Ağsu rayonu istiqamətində sürməyə başlamışdır. Bir qədər irəli getdikdən sonra Ruslanın avtomobilini yenidən “Yeddi Günbəz” qəbiristanlığına tərəf sürdüyünü gördüklərindən hadisə baş verəcəyindən ehtiyatlandıqları üçün Nurlan da avtomobilini həmin qəbiristanlıq istiqamətində sürmüş, qəbiristanlığın giriş hissəsinə çatdıqda Məsimin Orxanın gəldiyi istiqamətdən “Kömək edin” deyə qışqırdığını görmüşdür. Buna görə də, dərhal Məsimin səsinin gəldiyi istiqamətə getmişdir. Məsimə çatmağına 4-5 metr qalmış Ruslanı sol ayağı orada olan qəbirlərdən birinin çəpərinə ilişik, özünün isə beli üstə uzanıqlı vəziyyətdə görmüşdür. Bu zaman Orxanın başa düşmədiyi sözlər deyərək qışqırdığını, dəxlisiz hərəkətlər etdiyini görmüşdür. Həmin vaxt Nurlan Orxanın yanında olmuş, Məsim isə qorxduğundan heç bir şey danışa bilməmişdir. Bu zaman Elmar da yanına gəlmişdir. Daha sonra üçü köməkləşib Ruslanı elə özünün avtomobilinə mindirib Şamaxı RMX-yə aparmışlar. Yolda olarkən Ruslanın üst başının qan içində olduğunu görüb onun Orxan tərəfindən bıçaqlandığını başa düşmüşdür. Həmin vaxt Ruslanda hər hansı bir həyat əlaməti hiss etməmişdir. Elə xəstəxanaya çatdıqda həkimlər də Ruslanın artıq öldüyünü demişlər. Sonradan Orxanın da Nurlanla birlikdə təslim olmaq üçün Şamaxı RPŞ-yə getdiyini bilmişdir. Hadisə zamanı Orxana yalnız başının alın nahiyəsindən 1 dəfə kəllə ilə zərbə endirmişdir. X12 sakitləşdirmək, aralamaq olmuşdur. Bilavasitə hadisə zamanı hadisə yerində olmamış, sonradan gəlmişdir. Həmin vaxt hadisə artıq baş vermişdir. Qeyd etdiyindən əlavə, Orxana hər hansı zərbə vurmamışdır. X15 hər hansı şəxsdən, o cümlədən Zərərçəkmiş şəxs pul tələb edib-etməməsi barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, X3 və Zərərçəkmiş şəxs tanımaqla, hər ikisi ilə münasibəti hər zaman yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində tanışları Yadigar, Məsim və Elmarla birlikdə Şamaxı şəhərində yerləşən “Savalan” restoranında yemək yemiş, Məsim, Elmar və Yadigar birlikdə 1,5 litr çaxır içmişlər. O isə avtomobil sürdüyündən içməmişdir. Bu zaman Ruslan Surxayev əyləşdikləri otağa daxil olaraq onlarla birlikdə yemək yedikdən sonra Ruslan otağı tərk etmiş və təxminən yarım saat sonra yenidən əyləşdikləri otağa gələrək bir qədər də yemək yemişdir. Bitirdikdən sonra evlərinə getmək üçün restorandan çıxmışlar. X13 telefonunu alaraq Zərərçəkmiş şəxs zəng vurmuş və sonuncu ilə xoş danışaraq görüşmək istədiyini bildirmişdir. Ardınca Məsimlə birlikdə “NİVA” markalı avtomobilinə əyləşərək “Savalan” restoranından çıxmışlar. Zərərçəkmiş şəxslə eyni məhəllədə qaldığından və onların haradasa görüşüb çay içəcəklərini fikirləşdiyindən “LADA Priora” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Ruslangilin arxasınca getmişdir. Zərərçəkmiş şəxs evlərinə çatdıqda, Ruslangilin orada olmadıqlarını görmüşdür. Həmin vaxt Orxanın qardaşı Şahid4 evlərinin qarşısında dayandığından avtomobili sonuncunun yanına sürərək salamlaşmış, yanında əyləşmiş Şahid1 Nicatdan qardaşı Orxanın harada olmasını soruşmuş, Nicat isə Orxanın evdən çıxaraq harasa getdiyini demişdir. Ruslangilin harada olmasını öyrənmək üçün Məsimə zəng vurduqda sonuncu “Yeddi Günbəz” qəbirstanlığında olduqlarını bildirmişdir. Nəsə problem olduğunu fikirləşdiyindən “Yeddi Günbəz” qəbirstanlığına getmişdir. Qəbirstanlığa çatan zaman Ruslanın avtomobili ilə qarşılaşmışlar. Hər ikisi avtomobilləri saxlamış və yerə düşmüşlər. Zərərçəkmiş şəxslə görüşüb hal-əhval tutduqda sonuncunun sifət nahiyəsində qızartılar gördüyü üçün Ruslan Surxayevin vurmasını təxmin etmişdir. Daha sonra Yadigar işi olduğunu bildirərək Zərərçəkmiş şəxs onlardan təxminən 10-15 metr qırağa aparmışdır. Təxminən 2-3 dəqiqə keçdikdən sonra Yadigar Zərərçəkmiş şəxs sifətinə kəllə zərbəsi endirmiş, nəticədə sonuncu yerə yıxılmışdır. Orxan yerə yıxıldıqda Ruslan Yadigargilə tərəf qaçmış və çatdıqda təpik zərbəsilə Orxanı vurmuşdur. O, Yadigarı, Məsim isə Ruslanı tutaraq Orxanı vurmalarına mane olmuşlar. Ruslan və Məsim Zərərçəkmiş şəxs əl-üzünə su vurmaq üçün onu “Niva” markalı avtomobilə əyləşdirərək Şəhriyar qəsəbəsində yerləşən bulağa aparmışlar. O da avtomobilini Ruslanın avtomobilinin arxasınca sürmüşdür. Lakin Ruslangil onlardan əvvəl getdikləri üçün Şəhriyar qəsəbəsi istiqamətində getdikdə, Ruslangilin artıq geri qayıdaraq yenidən qəbirstanlıq istiqamətində getdiklərini gördüyü üçün avtomobilini döndərərək Ruslangili izləmişdir. Qəbirstanlığın yuxarı hissəsinə çatdıqda, Ruslanın avtomobilinin dayandığını və Ruslanla Orxanın söhbət etdiklərini gördüyü üçün avtomobilini Ruslanın avtomobilinin yanında saxlamışdır. Yadigar avtomobildən düşüb Ruslan və Orxanın yanına tərəf getdikdə, Yadigarın Orxanı vuracağından ehtiyat edib cəld avtomobildən düşüb Yadigarı qucaqlayaraq saxlamışdır. Bu zaman Ruslan qışqıraraq “Bu, mənim üstümə bıçaq çıxardı” deyə bildirmiş və aşağı istiqamətdə qaçmağa başlamışdır. Ruslanın qaçdığını görən Zərərçəkmiş şəxs də onun dalınca qaçmışdır. Təxminən 40 metr qaçdıqdan sonra dəmir çəpərli qəbrin yanında Orxan Ruslanı tutmuşdur. Bu zaman Ruslan Surxayevin səsi kəsilmişdir. Orxan isə həmin vaxt heç bir məna ifadə etməyən sözlərlə qışqırmağa, mənasız hərəkətlər etməyə başlamışdır. Bu zaman Orxanın şok vəziyyətinə düşdüyünü başa düşmüşdür. Orxan bu vəziyyətə uca səslə mənasını başa düşmədiyi sözlərlə deyinədeyinə avtomobillərlə tərəf gəlmişdir. Yanına gəldikdə, Ruslanın yerdə hərəkətsiz vəziyyətdə uzandığını, boğaz nahiyəsindən qan axdığını görmüşdür. Elmar, Yadigar və Məsimlə birlikdə köməkləşərək Ruslanı avtomobilinə qoymuşlar. Ardınca Zərərçəkmiş şəxs yanına getmiş, digərləri isə Ruslanı Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin vaxt Orxanın əlində bir ədəd üzərində qan ləkələri olan bıçaq olmuşdur. Birtəhər sakitləşdirib Zərərçəkmiş şəxs nə etdiyini soruşduqda sonuncu heç nə xatırlamadığını bildirmiş, o da Zərərçəkmiş şəxs Ruslanı bıçaqladığını bildirmiş və onu hara aparmağını soruşmuşdur. Orxan polis şöbəsinə getmək istədiyini bildirdiyi üçün sonuncunu avtomobilə mindirərək Şamaxı RPŞ-yə tərəf getmişdir. Daha sonra Orxanı rayon polis şöbəsinin qarşısında düşürüb öz evinə getmişdir. Bundan başqa, X10 Hacıyevdən hədə-qorxu ilə pul tələb etməsindən, birincinin Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etmək üçün “Yeddi günbəz” qəbiristanlığına aparmasından məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 00:10 radələrində qardaşı Zərərçəkmiş şəxslə yaşadıqları evin həyətindəki mətbəxə bitişik otaqda oturub yemək yemişlər. Ata və anası isə həmin vaxt yataq otağında yatmışlar. Bu zaman Orxanın telefonuna iki dəfə zəng gəlsə də, sonuncu zənglərə cavab verməmişdir. 3-cü dəfə zəng gəldikdə, Orxan cavab verib belində ağrı olduğunu, görüşmək istəmədiyini bildirmişdir. Zəng edən şəxs telefonda təkid etdikdən sonra Orxan telefonu söndürmüş və 5 dəqiqə sonra çölə çıxmışdır. Orxanın siqaret çəkmək üçün çölə çıxdığını fikirləşdiyindən arxasınca getməmişdir. Sonuncu qapıdan çölə çıxdıqdan təxminən 5 dəqiqə sonra darvazanın qarşısında avtomobil təkərlərinin səsini (zmeyka) eşitdiyü üçün nə baş verdiyini öyrənmək məqsədilə çölə çıxmış, bu zaman Zərərçəkmiş şəxs küçədə görməmiş, yalnız içərisində oturmuş şəxslərin qışqıra-qışqıra danışdığı ağ rəngli “VAZ-2121” markalı avtomobilin küçə ilə aşağı istiqamətdə getdiyini görmüşdür. Dərhal istifadəsində olan ***-***-**-** mobil nömrədən Orxanın istifadəsində olan ***-***-**- ** mobil nömrəyə zəng vuraraq, harada olmasını və yalandan anasının narahat olduğunu bildirdikdə Orxan Məsimlə birlikdə olduğunu və 5 dəqiqəyə qayıdacağını demişdir. “VAZ- 2121” markalı avtomobil küçənin tinindən sağa döndükdə darvazanı açaraq evə girmək istəmişdir. Lakin bu zaman küçənin yuxarı tərəfindən ağ rəngli “ LADA Priora” markalı avtomobil işıqları ilə işarə verdiyü üçün həyətə keçməmişdir. Həmin avtomobil yanına gəldikdə, sürücü tərəfdə Nurlanın, ön sərnişin tərəfdə Yadigarın, arxa oturacaqda isə Elmarın olduğunu görmüşdür. Nurlan ondan qardaşı Orxanın harada olmasını soruşduqda Nurlana Orxanın harasa getdiyini və bilmədiyini demişdir. Bu zaman telefonuna gələn zəngə cavab verən Nurlan zəng edən şəxsdən harada olmalarını soruşmuş, ardınca isə 5 dəqiqəyə orada olacaqlarını bildirmişdir. Bu zaman Yadigar telefonu Nurlandan alaraq, zəng edən şəxsə ora gəldiklərini demişdir. Bundan sonra Nurlan avtomobili “VAZ-2121” markalı avtomobilin getdiyi istiqamətlə sürərək küçənin aşağı tinindən sağa dönmüşdür. Nurlangil getdikdən sonra evə keçərək qardaşına zəng etməyə davam etsə də, sonuncu zənglərə cavab verməmişdir. Zərərçəkmiş şəxs yalnız saat təxminən 12:50-də zəngə cavab verərək, əmisi oğlu Ramin Hacıyevə zəng vurmağını və rayon polis şöbəsinə gəlməyini bildirməyini demiş, ardınca isə “Məni zibilə saldılar” deyə bildirdikdə qardaşından nə baş verdiyini soruşmuş, Orxan isə Ruslan Surxayevi vurduğunu bildirib telefonu söndürmşdür. Bundan sonra əmisi oğlu Raminə zəng vuraraq Zərərçəkmiş şəxs Ruslan Surxayevi vurduğunu və rayon polis şöbəsində olduğunu bildirmiş, ardınca rayon polis şöbəsinə getmişdir. Orada olarkən qardaşının Ruslan Surxayevi bıçaqlayaraq öldürdüyü ona məlum olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 41 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol alın nahiyəsinin qançırı, burun qanadının sıyrığı, sağ göz orbitasının qançırı, sağ göz altının hematoması, sağ gözün ağlı qişasına qansızmalar küt əşyanın təsirindən törənməklə kənar şəxs və ya şəxslər tərəfindən yetirilmişdir. Zərərçəkmiş şəxs sol alın nahiyəsindəki xəsarət (qançır) onun məhkəmə-tibbi müayinəsindən 3-5 gün əvvəl yetirilməyə uyğun gəlir. Həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs burun qanadının sol yarısındakı sıyrıq onun müayinəsindən bir neçə saat əvvəl yetirilməklə, xx.xx.2020-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs sağ göz nahiyəsindəki hematoma, gözün ağlı qişasına qansızmalar xx.xx.2020-ci il tarixdə yetirilmişdir. Həmin xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Şamaxı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli 126 saylıməktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada nevroloji, narkoloji və alkoqola yoluxma vəstəliklərinə görə qeydiyyatda olmamış, son beş il ərzində poliklinikaya müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli, 1854 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(074)- 2/2020 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 145.2.1, 182.2.1 və 182.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçimişdir, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(074)- 8/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 145.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X4 barəsində Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(074)-2/2020 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 1752 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri, Azadlıq küçəsi 70 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verdiyi xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 145.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 8 ay müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə onun həmin cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən ona təyin olunacaq cəza sınaq müddəti ilə şərti olaraq tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir.. Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 80 saat hüquqi yardıma görə 480(dörd yüz səksən) manat fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə təqsirli bilinib 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 8 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın üzərində qəti olaraq 2 il 4 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 4 ay azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 80 saat hüquqi yardıma görə 480(dörd yüz səksən) manat fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar