Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-30/2022 16.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X13, X2 və X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X14 və X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Lerik rayonu Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, usta işləyən, Lerik şəhəri A.Əsədullayev küçəsi ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu F.Məlikov ev 53-də yaşayan, barəsində Bakı şəhəri. Binəqədi Rayon Məhkəməsinin 4(001)-675/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1961-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayonu X29 küçəsi ev 9-da qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Elşən Mehdiyev küçəsi ev 9-da yaşayan, barəsində Bakı şəhəri. Binəqədi Rayon Məhkəməsinin 4(001)-674/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1980-cı ildə Şamaxı rayonu Məlikçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Şamaxı rayonu Məlikçobanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X10 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışları olması barədə Şamaxı rayonu ərazisində yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək oğlu Emil Həsənovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı rayon şöbəsində işlə təmin olunacağına dair ona yalan vəd verib aldadaraq, vahid niyyətlə ondan Şamaxı şəhəri, Qanlı 20 Yanvar küçəsində yerləşən «Aşıqlar Bağı» adlanan parkın ərazisində 2019-cu ilin iyun ayının sonlarında 5000 (beş min) manat və 2019-cu ilin oktyabr ayının sonlarında 4300 (dörd min üç yüz) manat məbləğində pul alıb aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 9300 (doqquz min üç yüz) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X10 və X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışları olması barədə Şamaxı rayonu ərazisində yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün X3 etibarından sui-istifadə edərək oğlu Tofiq Hüseynovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı rayon şöbəsində işlə təmin olunacağına dair ona yalan vəd verib aldadaraq, vahid niyyətlə ondan Şamaxı rayonu Məlikçobanlı kəndi ərazisində yerləşən özünə məxsus fərdi yaşayış evində 2019-cu ilin iyul ayında bir neçə gün fərqlə 3000 (üç min) manat və 6200 (altı min iki yüz) manat məbləğində pul alıb aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxs Süleyman Hüseynova məxsus 9200 (doqquz min iki yüz) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışları olması barədə Şamaxı rayonu ərazisində yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı rayon şöbəsində işlə təmin olunacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə ondan 2019-cu ilin iyul ayının sonlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü kilometrliyində yerləşən «Şamaxı» restoranında 2000 (iki min) manat və 2019-cu ilin noyabr ayının sonlarında Şamaxı rayonu, Quşçu kəndində yerləşən fərdi yaşayış evində 2800 (iki min səkkiz yüz) manat məbləğində pul alıb aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışları olması barədə Şamaxı rayonu ərazisində yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı rayon şöbəsində işlə təmin olunacağına dair yalan vəd verib aldadaraq, ondan 15 oktyabr 2019-cu il tarixdə Şamaxı şəhəri, Qanlı 20 Yanvar küçəsində yerləşən «Aşıqlar Bağı» adlanan parkın ərazisində 3000 (üç min) manat məbləğində pul alıb aralarında bölərək Zərərçəkmiş şəxs1 məxsus 3000 (üç min) manat məbləğində pulu, yəni özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışları olması barədə Şamaxı rayonu ərazisində yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün X2 etibarından sui-istifadə edərək qardaşı oğlu Elməddin Fətəliyevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı rayon şöbəsində işlə təmin olunacağına dair ona yalan vəd verib aldadaraq, 2019-cu ilin noyabr ayının sonlarında Şamaxı şəhəri, Heydər Əliyev küçəsində yerləşən X21 inzibati binasının qarşısında ondan 7000 (yeddi min) manat pul alıb aralarında bölərək zərərçəkmiş şəxs Natiq Fətəliyevə məxsus 7000 (yeddi min) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, X22 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışları olması barədə Şamaxı rayonu ərazisində yalan məlumatlar yayaraq özləri haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb ayrı-ayrı şəxslərin etibarını qazanmaqla dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirtmək üçün X13 etibarından sui-istifadə edərək ona Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı rayon şöbəsində işlə təmin olunacağına dair yalan vəd verib aldadaraq, vahid niyyətlə ondan 10 dekabr 2019-cu il tarixdə Qobustan şəhəri, X12 9000 (doqquz min) manat və 20 dekabr 2019-cu il tarixdə Şamaxı rayonu, «Acıdərə» adlanan ərazidə yerləşən «Şirvan» restoranının qarşısında 1500 (min beş yüz) manat məbləğində pul alıb aralarında bölərək ümumilikdə zərərçəkmiş şəxs Rahil Alıyevə məxsus 10500 (on min beş yüz) manat məbləğində pulu, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadəsi, zərərçəkmiş şəxlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 7 il bundan əvvəl Bakı şəhərində Nərimanov parkında Əhməd adlı şəxs ilə tanış olmuşdur. Həmin şəxslə münasibətləri daima yaxşı olduğundan onlar arabir görüşüb söhbət etmişlər. Həmin şəxs ilə tanış olduqdan sonra Əhməd ona, FHN-də işə düzəlmək istəyən olsa bu barədə ona söyləməsini, əgər istəyərsə onu dostu Cavanşir ilə tanış etməsini bildirmişdir. O, Əhməd adlı şəxsdən dostu Cavanşirə məxsus ***-***-**-** mobil nömrəsini götürmüş, sonra isə o, Cavanşir adlı şəxs ilə görüşərək onunla iş barəsində danışmışdır. Cavanşir ona bir nəfəri işə düzəltməyin qiymətinin 9000(doqquz min) manat olmasını söyləmiş, Sədi isə ona həmin puldan özünə nə qədər çatacağını soruşduqda o, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin puldan 500(beş yüz) manat özünün, 500(beş yüz) manatı isə ona verəcəkdir. Qalan 8000(səkkiz min) manat pulu isə işə düzəltmək üçün Asəf adlı tanışına verəcəkdir. Təqsirləndirilən şəxs onunla danışıb razılaşmış və bundan sonra ətrafında olan tanışlarına söyləmişdir ki, FHN-ə işə düzəlmək istəyən olsa ona söyləsinlər. 2019-cu ilin yay aylarında Şamaxı rayonu Quşçu kəndində yaşayan Ağamirzə adlı şəxs ona zəng vuraraq oğlu Emini FHN-də işə düzəltmək istədiyini bildirmiş, Sədidə ona növbəti gün görüşə biləcəyini söyləmişdir. Növbəti gün Ağamirzə adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, Sədi isə ona evdə olduğunu söyləyib onu evlərinə dəvət etmişdir. Bir qədər sonra Ağamirzə adlı şəxs onun yaşadığı evə gəlmiş və onunla söhbət edən zaman Ağamirzənin oğlu Emin adlı şəxsi FHN-nin yanğından mühafizə xidmətinin Şamaxı rayon şöbəsinə işə düzəldə biləcəyini, işin düzəlməsinin təxminən 6 aya başa gələcəyini, həmin işi isə 9000(doqquz min) manata düzəldə biləcəyini söyləmişdir. Bundan sonra Ağamirzə onunla razılaşmış və onlardan getdikdən iki saat sonra qayıdaraq Təqsirləndirilən şəxs evində ona 9000(doqquz min) manat pulu sayaraq verib getmişdir. Ağamirzə getdikdən sonra o, Cavanşirə zəng edərək bir nəfər şəxsi işə düzəltmək istədiyini söyləmiş, Cavanşir isə ona pul ilə həmin şəxsin sənədlərini gətirməyini bildirmişdir. Ağamirzə adlı şəxsdən pulu aldıqdan iki gün sonra o, Ağamirzə adlı şəxsə zəng edərək oğlu Eminin sənədlərini götürməsini və onunla birlikdə Bakı şəhərinə getməsini bildirmiş, daha sonra onlar Emin ilə birlikdə yol maşını ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində FHN-nin qarşısında Cavanşir adlı şəxs ilə görüşərək bilrikdə Biləcəri qəsəbəsində yerləşən FHN-nin hospitalına gedərək Emini tibbi komissiyadan keçirdikdən sonra oradan çıxaraq sonra onlar Şamaxinka adlanan əraziyə gəlmiş və Emini yol maşını ilə Şamaxı şəhərinə yola salmışlar. Bundan sonra Cavanşirə məxsus Mercedes markal avtomobildə ona bildirmişdir ki, Emindən 9000(doqquz min) manat pul almış, 2600(iki min altı yüz) manatını indi gətirmiş, qalan pulu isə gətirib verəcəkdir. Bundan sonra o, Şamaxı şəhərinə getmiş və bir həftə sonra yenidən Bakı şəhərinə qayıdan zaman Cavanşirə 2000(iki min) manat pul vermişdir. İki gün sonra isə həmkəndlisi olan Mehdi adlı şəxs ilə 1000(min) manat pulu Cavanşirə göndərərək ümumilikdə 5600(beş min altı yüz ) manat pulu Cavanşir adlı şəxsə vermişdir. Bundan sonra 2019-cu ilin yay aylarında Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayan X8 ona yaxınlaşaraq oğlu Tofiq Hüseynovu FHN-ə işə düzəltmək istədiyini bildirmiş, o da Süleyman ilə danışaraq 8000(səkkiz min) manat müqabilində oğlunu işə düzəldə biləcəyini söyləmişdir. Onlar aralarında razılaşdıqdan sonra o, Süleymandan evlərinin qarşısında 8000(səkkiz min) manat pulu almış, pulu aldığının növbəti günü Bakı şəhərinə gələrək Şamaxinka adlanan ərazidə Cavanşir Kazımova 3600(üç min altı yüz) manat, sonrası gün isə Xətai rayonunda Amay ticarət mərkəzinin qarşısında yenidən 3600(üç min altı yüz) manat pul verərək həmin puldan 800(səkkiz yüz) manatını özünə götürməklə ümumilikdə 7200(yeddi min iki yüz) manat pulu Cavanşirə vermişdir. 2019-cu ilin may ayında Şamaxı rayonunda yaşayan əvvəllər tanıdığı Rahim adlı şəxs ona zəng vuraraq bir nəfər şəxsi işə düzəlmək istədiyini bildirdiyi üçün o, Rahim adlı şəxs ilə Şamaxı şəhərində yerləşən “Şamaxı” restoranında görüşmüşdür. Həmin vaxtı orada adını sonradan bildiyi Ağasadıq adlı şəxs, onun atası Kərəm və FHN-nin X17 xidmətinin Şamaxı rayon şöbəsində sahə inspektoru işləyən Ramil adlı şəxsdə orada olmuşdur. Rahim ona Ağasadığı FHN-ə işə düzəltmək lazım olduğunu söyləmiş, o isə cavabında problem olmadığını, 9000(doqquz min) manat müqabilində düzəldə biləcəyini bildirmişdir. Ağasadıqın atası Kərəm adlı şəxs cibindən 2000(iki min) manat pulu çıxardıb sayaraq ona vermiş, o da Kərəmə bildirmişdir ki, qalan 7000(yeddi min) manatıda fiziki hazırlıqdan keçdikdən sonra alacaqdır. Onlar razılaşdıqdan sonra oradan çıxıb getmiş, daha sonra o, Rahim və Ramil adlı şəxslərlə birlikdə Şamaxı şəhərində Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısına gələrək avtomobili saxlayıb söhbət etməyə başlamışdırlar. Bu zaman o, Ağasadığın atasından aldığı 2000(iki min) manat puldan 500(beş yüz) manatını Rahimə vermiş, Rahim avtomobildən enərək getdikdən sonra həmin pulun 500(beş yüz) manatınıda Ramilə verərək qalan 1000(min) manat pulu özü götürmüşdür. O, Ramilin avtomobilindən endikdən sonra Asəf adlı şəxsə zəng edərək bir nəfər şəxsi işə düzəltmək istədiyini söyləmiş, Asəf isə ona həmin şəxsin adından email açmağını, şəxsiyyət vəsiqəsinin şəklini, hərbi biletin və attestatının şəklini ona göndərməyini bildirmişdir. O da Şamaxı şəhərində internet kluba gedərək Ağasadıqın adından email açmış və ona dediklərini Asəf adlı şəxsə göndərmişdir. Təxminən bir həftə sonra Asəf adlı şəxs ona, Ağasadıqın tibbi müayinədən keçməsi ilə bağlı telefonuna sms göndərmiş, O da Ağasadıqı götürərək Bakı şəhərinə aparmış və orada onu Asəfin vasitəsi ilə tibbi müayinədən keçirtmiş, bundan sonra Asəf orada bu işlə bağlı ondan pul istədiyi üçün o, həmin puldan 1000(min) manat Asəf adlı şəxsə vermişdir. Şamaxı şəhərinə qayıtdıqdan sonra o, Rahim və FHN-nin X17 Xidmətinin Şamaxı rayon şöbəsində sahə inspektoru işləyən Ramil adlı şəxsə məxsus olan Mercedes markalı avtomobil ilə birlikdə Şamaxı rayonu Quşçu kəndində Ağasadığın evinə gedərək ona, oğlunu artıq tibbi müayinədən keçirtdiyini, yaxın zamanlarda fiziki hazırlıqdanda keçirəcəyini söyləyib ondan 2500(iki min beş yüz) manat pul istəyərək yerdə qalan 4500(dörd min beş yüz) manat puluda oğlunun işə daxil olmasından sonra alacağını bildirmiş, bu səbəbdəndə Ağasadığın atası Kərəm adlı şəxsdə ona cibindən 2500(iki min beş yüz) manat çıxardaraq vermişdir. Onlar oradan çıxaraq Şamaxı rayonu Məlikçobanlı kəndi istiqamətinə gəlmiş və kənddə Ramil ilə birlikdə avtomobildən endikdən sonra o, Ağasadığın atasından aldığı 2500(iki min beş yüz manat) puldan 1250 manatını Ramilə vermiş, qalan 1250(min iki yüz əlli) manatını isə özü götürmüşdür. 2019-cu ilin oktyabr ayında FHN-nin X17 xidmətinin Şamaxı rayon şöbəsində bölmə rəisi vəzifəsində işləyən əvvəllər tanıdığı Turab adlı şəxs ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, bu səbəbdəndə o, Turab adlı şəxs ilə Şamaxı şəhərində yerləşən “Aşıqlar Bağı ” adlanan kafedə görüşmüş, həmin vaxtı Turab ilə birlikdə Səxavət adlı şəxs də gəldiyindən onlar çay içən zaman Turab ona, dostu Səxavəti FHN-ə işə düzəltmək lazım olduğunu bildirmişdir. O da Turaba, Bakı şəhərində yaşayan Asəf adlı şəxsin vasitəsi ilə həmin şəxsi işə düzəldə biləcəyini söyləmiş, daha sonra o, Turab və Səxavətin yanında Asəf adlı şəxsə zəng edərək bir nəfər şəxsi FHN-ə işə düzəltmək istədiyini söyləmişdir. O isə ondan, həmin şəxsin boyunu, çəkisini, hərbi biletini, attestatını soruşduqda o, Asəfə həmin şəxsin yanında olduğunu, boyunun 175 sm olduğunu, attestat və həbi biletinin olmasını söyləmişdir. Asəf isə ona, problem olmadığını, ona xəbər edən zaman həmin şəxsi və pulu Bakı şəhərinə gətirməyini söyləmiş, o, da bu səbəbdən onlara vəd etdikləri 3000(üç min) manat pulu vermələrini bildirmişdir. Bu zaman Turab adlı şəxs cibindən 3000(üç min) manat pulu çıxardaraq ona vermiş, o, da pulu aldıqdan sonra Səxavət adlı şəxsə işinin 6 aya düzələcəyini bildirmişdir. Onlar kafedən çıxaraq getdikdən təxminən 3 gün sonra o, Səxavət adlı şəxs ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsinə getmiş, həmin vaxtı Səxavət və Asəf adlı şəxslər hər ikisi hospitala daxil olmuş, o, isə onları küçədə gözləmişdir. Təxminən 3 saat sonra onlar hospitaldan çıxmış və Asəf ona, Səxavəti komisiyyadan keçirtdiyini söyləmişdir. Bundan sonra onlar Səxavəti Şamaxı şəhərinə yola salmış və Asəfə məxsus Volksvagen passat markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək həmin 3000(üç min) manat pulu Asəfə vermişdir. Asəf isə həmin puldan 2500(iki min beş yüz) manatını götürərək 500(beş yüz) manatını ona vermiş, bundan sonra o, başqa avtomobilə əyləşərək Şamaxı şəhərinə gəlmişdir. Bundan başqa 2019-cu ilin dekabr ayında tanışı Şahid2 ilə Şamaxı şəhərində görüşən zaman Ramin ona, bir nəfər qohumunu FHN-də işə düzəltmək lazım olduğunu bildirmiş, o, isə ona bu işlə məşqul olan tanışı X22 ilə danşmaq lazım olduğunu söyləmişdir. Bundan sonra o, Ramin, Hafiz və onun oğlu Rahil ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən Şamaxı restaranında görüşmüş, Hafiz adlı şəxs ona, oğlu Rahili FHN-ə işə düzəltmək istədiyini bildirmiş, o, isə Hafizə həmin işi tanışı Asəf adlı şəxsin düzəltdiyini söyləyib onların yanında Asəfə zəng edərək danışdıqdan sonra Hafizə, Asəf adlı şəxsin işi düzəltmək müqabilində 10500(on min beş yüz) manat pul istədiyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Hafiz adlı şəxs ona xx.xx.2019-cu il tarixində Qobustan rayonuna gəlməsini, həmin pulu orada ona verməsini söyləmiş, o, da bundan sonra xx.xx.2021-ci il tarixində Ramin ilə birlikdə Qobustan rayonunda Şahid2 əmisinə məxsus olan evdə Hafiz adlı şəxs ilə görüşüb ondan oğlu Rahili işə düzəltmək müqabilində 9000(doqquz min) manat pul almış, bundan sonra Hafiz adlı şəxs ona, 1500(min beş yüz) manatı isə təxminən 10 günə verəcəyini bildirmişdir. O, Ramin ilə birlikdə Qobustan rayonundan gələn zaman Ramin onu Qobustan rayonunda yerləşən restaranların birində endirmiş, o, avtomobildən enən zaman, həmin puldan 1500(min beş yüz) manatını Raminə vermişdir. Daha sonra o, Şamaxı şəhərinə gələrək Asəf adlı şəxsə zəng edərək bu barədə məlumat vermiş, növbəti gün isə tanışı Vurğun adlı şəxs ilə Bakı şəhərinə gedərək Asəf adlı şəxs ilə orada görüşüb 500 manatda özü pulun üstünə qoyub Vurğunun yanında ona 8000(səkkiz min) manat pul vermişdir. Təxminən 10 gün sonra o, Hafiz adlı şəxsə zəng edərək 1500(min beş yüz) manat pul lazım olduğunu ona söyləmiş, Hafiz isə ona Şamaxı rayonu Acıdərə adlanan ərazidə görüşə biləcəklərini bildirdiyindən onlar Acıdərə adlanan ərazidə Şirvan restaranının qarşısında görüşmüş və Hafiz adlı şəxsdən 1500(min beş yüz) manat pul almışdır. O, Şamaxı şəhərinə qayıtdıqdan bir neçə ay sonra Hafiz adlı şəxs ona zəng edərək oğlunun işinin nə yerdə olmasını soruşduqda o, Hafizə gözləməsini söyləyərək Asəf adlı şəxsə zəng edərək iş barədə soruşduqda Asəf ona narahat olmamasını, yaxın zamanlarda Rahilin işinin düzələcəyini bildirmişdir. Lakin buna baxmayaraq heç bir müsbət nəticə əldə edilmədiyindən o, Hafiz adlı şəxsə zəng edərək Asəfin nömrəsini verib, onun işini Asəfin düzəldəcəyini bildirmişdir. Bundan bir neçə ay sonra Asəf adlı şəxs ona vhatsapp vasitəsi ilə saxta əmr forması göndərmiş, həmin əmrin şəklini Hafizə göstərməsini lakin şəkli ona verməməsini bildirmişdir. Bir müddət sonra o, Asəfə, Hafizin şikayət edəcəyini söylədiyi üçün Asəf ona 8000(səkkiz min) manat pul göndərmiş, o, da həmin puldan 4000(dörd min) manatını Hafizə vermişdir. Bundan əlavə, o, Natiq adlı şəxsdən qardaşı oğlunu işə düzəltmək müqabilində 7000(yeddi min) manat pul aldığını, həmin pulu Asəf adlı şəxsə verdiyini, Asəfin isə ona həmin puldan 500(beş yüz) manat verdiyini bildirmişdir. Lakin Natiqin qardaşı oğlunun işi düzəlmədiyi üçün o, qısa müddət ərzində Natiq ilə görüşərək qardaşı oğlunu FHN-ə işə düzəltməyin mümkün olmadığını söyləyərək onun pulunu geri qaytarmışdır. Bundan başqa o, ayrı-ayrı şəxsləridə Asəfin vasitəsi ilə işə düzəltməyə cəhd etmiş, lakin həmin şəxslərdən hər hansısa bir məbləğdə pul almamışdır. Onun məqsədi vətəndaşları işə düzəltmək olmuş, deməsinə görə məqsədi dələduzluq etmək olsaydı ifadəsində göstərdiyi məbləğdə pulları Asəf və Cavanşirə verməzdi. O, Asəf adlı şəxsə inandığından həmçinin hər bir vətəndaşı işə düzəltməyə cəhd edən zaman həmin işin pulundan onun qazancı olduğundan Asəf adlı şəxsin həmin şəxsləri işə düzəldə biləcəyini zənn etmişdir. O , Cavanşir adlı şəxsi uzun illər əvvəl Bakı şəhərində yaşayan Əhməd adlı şəxsin vasitəsi ilə, Asəf adlı şəxsi isə vətəndaşları işə düzəltmək adı altında Cavanşirin vasitəsi ilə tanımışdır. Onlar vətəndaşları işə düzəltmək üçün qabaqcadan razılaşmışlar. Razılaşmaya görə vətəndaşları 8000(səkkiz min) manata Asəf işə düzəldəcəkdi. Lakin o, vətəndaşları işə düzəltmək üçün 9000(doqquz min) manat pul alacaqdı. Həmin puldan 500(beş yüz) manatı onun, 500(beş yüz) manatı isə Cavanşirin olmalı idi. O, Şahid2 , Rahim və Turab adlı şəxsləri uzun müddətdir ki tanıyır. Onların arasında hər hansısa bir razılaşma olmamışdır. Sadəcə olaraq onlar ona söyləmişlər ki, vətəndaşlar yəni yuxarıda adlarını çəkdiyi şəxslər FHN-ə işə düzəlmək istəyir. O, da həmin pul aldığı şəxsləri Ramin, Rahim və Turab adlı şəxslərin vasitəsi ilə tanımışdır. Rahim və Ramil adlı şəxslər ilə onun pul barədə qabaqcadan hər hansısa bir razılaşması olmamış, onlara hansısa bir vəd verməmişdir. Sadəcə olaraq o, onların yanında Ağasadıqın atası Kərəm adlı şəxsdən pulu aldığı üçün öz istəyi ilə onlara həmin puldan vermişdir. İfadəsində göstərdiyi volksvagen passat markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobili Asəf adlı şəxs idarə etmişdir. Asəf adlı şəxs ona söyləmişdir ki, FHN-də İlqar adlı şəxs işləyir. Deməsinə görə o, həmin vətəndaşları İlqarın vasitəsi ilə işə düzəldir. İlqar adlı şəxsi isə o, şəxsən tanımamışdır. Vətəndaşları tibbi müayinədən keçirən zaman onları Asəf adlı şəxs aparmış və onlara əvvəlcədən söyləmişdir ki əgər kimsə soruşsa deyin ki FHN-nin işçiləriyik. Son olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəyən ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X22 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs artıq iki ildir ki, tanışı Cavanşir adlı şəxsin vasitəsi ilə tanımışdır. Onunla əvvəllər münasibətləri normal olmuş, aralarında hər hansısa bir narazılıq olmamışdır. O, Təqsirləndirilən şəxs tanımamışdan təxminən 4 ay əvvəl Cavanşir adlı şəxs ondan 2 nəfəri FHN-ə işə düzəltməsinə köməklik etməsini xahiş etmiş, o, da bununla razılaşaraq həmin iki nəfər şəxsin adlarını, soyadlarını və ata adlarını ondan soruşmuşdur ki, onların yararlı olub-olmamasını yoxlatdırsın. Cavanşir də 2019-cu ilin yanvar ayının sonlarında ona zəng vuraraq görüşmüş və kağız üzərində yazılı formada ona həmin iki nəfər şəxsin məlumatlarını vermişdir. O, həmin şəxslərin barəsində yoxlama aparmış və yoxlamada müəyyən edilmişdir ki, hal-hazırki vaxt üçün onlar xidmətə yararlı deyillər. Həmin vaxtdan təxminən 1 həftə sonra Cavanşir onunla əlaqə saxlamış və ona söhbət etmək istədiyini bildirmişdir. O, da Cavanşirlə razılaşmış və onlar Bakı şəhəri Memar Əcəmi metrosunun yanında görüşmüşlər. Cavanşir ona, həmin iki nəfəri çalışıb işə düzəltməsini, nə lazımdırsa ona veriləcəyini söyləmiş, o, da Cavanşirə , dəqiqləşdirib ona bir cavab verəcəyini bildirmişdir. Bundan sonra o, FHN-də işləyən tanışı ilə danışaraq görüşmüş və Cavanşirin dediklərini ona söyləmişdir. Bu zaman tanışı ona , bunun bir yolu olduğunu, əgər komisiyyadan keçə bilməsələr həmin vaxt orada komisyya üzvləri ilə razılaşaraq işlərinin düzələ biləcəyini söyləmişdir. O, həmin vaxtı tanışına, bunun necə olacağını, dediyinin məntiqə uyğun olmadığını, onun özünün həmin işi düzəltməsini, düzəldəcəyi təqdirdə hansı formada istəsə onunla görüşə biləcəyini bildirmişdir. Həmin vaxt tanışı ona bildirmişdir ki, «sənə dəqiq söz vermirəm, amma çalışaram, məndən xəbər gözlə». Təxminən 2-3 gün keçdikdən sonra FHN-də işləyən tanışı ona zəng vuraraq görüşmək istədiyini bildirmiş və görüşərək söhbət edən zaman Asəfin tanışı ona, adamın birini 5000 (beş min) manata düzəldə biləcəyini söyləmişdir. O, da bu barədə Cavanşirə söyləmiş və Cavanşir bununla razılaşmışdır. Cavanşir ondan bu işin necə düzələcəyini soruşduqda o cavabında, müəyyən komisiyyalardan keçməli olduqlarını, pulu isə iki mərhələdə verməli olduğunu bildirmişdir. 2019-cu ilin aprel ayında tanışı ona, bu yaxınlarda tibbi komissiya olacağını, orada iştirak etməklərinin vacib olduğunu söyləmişdir. Qısa bir zaman sonra FHN-də işləyən tanışı ona, artıq gedib Biləcəri qəsəbəsində yerləşən FHN-nin hospitalında tibbi komissiyadan keçmələrini bildirmiş, o, da bunları olduğu kimi Cavanşirə demişdir. Daha sonra həmin iki nəfər şəxs tibbi komisiyyadan keçmiş və o, bu barədə zəng edərək Cavanşirə məlumat vermişdir. Cavanşir isə ona bildirmişdir ki, «görüşərik sənə pulu verərəm». Onlar bundan sonra görüşmüş və Cavanşir ilk dəfə ona 2900(iki min doqquz yüz) manat, daha sonra isə görüşəndə 2200 manat vermişdir. O, da hər dəfəsində aparıb pulları FHN-də işləyən tanışına vermişdir. Bundan sonra Cavanşir həmin şəxslərin işlərinin düzəlməsi müqabilində ona verəsi olacaq 4900 (dörd min doqquz yüz) manat pulu verməmişdir. Lakin iş biraz uzandığı üçün Təqsirləndirilən şəxs tez tez Cavanşir adlı şəxsə zəng edərək onu sıxışdırdığından Cavanşirdə bu barədə ona zəng edərək işin nə yerdə olduğunu soruşmuş, daha sonra isə Təqsirləndirilən şəxs ona zəng edərək FHNdə tanışdarının olduğunu, işi çalışıb tez düzəltməsini xahiş etmişdir. Bundan bir müddət sonra o, Cavanşir və Sədi adlı şəxs birlikdə görüşmüş, həmin vaxtı Təqsirləndirilən şəxs təkidlə Cavanşir adlı şəxsə söyləmişdir ki, «sənə 16000(on altı min ) manat pul vermişəm nə üçün işi düzəltmirsən». Cavanşir ilk əvvəl bunu dansada daha sonra ondan həmin pulu almasını təsdiqləmiş və bundan sonra o, Sədiyə , narahat olmamasını, işin öz axarı ilə getdiyini bildirmişdir. Sədi ona işi tezləşdirməsini söylədikdə o, Sədiyə həmin işin tezləşməsinin ondan asılı olmadığını bildirmişdir. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və onlar Bakı şəhəri Memar Əcəmi metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxtı Sədi ona, daha iki nəfər şəxsi FHNə işə düzəltmək lazım olduğunu söyləmiş, o, həmin iki nəfər şəxsin adını Sədidən soruşduqda Sədi ona, həmin şəxslərin komisiyyadan keçdiklərini lakin əmrlərinin verilməsinin gecikdiyini bildirmişdir. O, da Sədiyə həmin şəxslərin adlarını və soyadlarını söyləməsini bildirmiş, Təqsirləndirilən şəxs onlar barəsində ona məlumat verdikdən sonra bildirmişdir ki, «sən həmin şəxslərin işlərini həll et mən sənə 8000 (səkkiz min) manat pul verəcəyəm». O, da Sədi ilə razılaşmış və bu barədə tanışına söyləmişdir. FHN-də işləyən tanışı ona bir müddət sonra zəng edərək həmin pulu gətirməsini söyləmiş, o, da bu barədə Sədi adlı şəxsə bildirmiş və Sədi gətirib pulu ona vermişdir. O, ilk əvvəl şübhələndiyi üçün pulu tanışına verməmiş və Lənkəran rayonuna getmişdir. Tanışı ona zəng etmiş və onlar növbəti gün Sədi ilə birlikdə tanışı ilə görüşmüş və pulu ona vermiş və o, nazirliyə daxil olmuşdur. Həmin gün saat 15:00 radələrində tanışı ona zəng vuraraq bildirmişdir ki, rəis hələ burada yoxdur, əmr imzalanmayıb, gedin imzalananda özləri zəng vurub çağıracaqlar. Bundan sonra onlar oradan getmiş, lakin 3 ay keçməsinə baxmayaraq onların əmri verilməmişdir. Həmin müddət keçdikdən sonra Sədi adlı şəxs ona zəng edərək, işinin düzəlməsini istəyən şəxsin artıq istəmədiyini və pulunu geri qaytarmasını söylədiyini bildirmiş, O, da tanışına bu barədə söyləmiş və 4 gün sonra tanışı ona 8000(səkkiz min) manatı qaytarmışdır. O, da həmin pulu aparıb Sədinin ona şəklini göndərdiyi karta yükləmişdir. Həmin tanışı İlqar adlı şəxs olmuş, o, əvvəl Bakı şəhərində yaşasada hal hazırda onun harada olmasını bilmir. Cavanşir adlı şəxs ona iş düzəltmək müqabilində ilk dəfə 2900 (iki min doqquz yüz)manat, bir həftə sonra həmin işi düzəltmək üçün 2200(iki min iki yüz) verməklə ümumilikdə 5100 (beş min yüz)manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ilə şəxsən bir nəfər şəxsi, Cavanşir adlı şəxs ilə isə iki nəfər şəxsi işə düzəltmək istəmişdir. Həmin şəxslərdən biri Ağamirzə olmuş, digərlərinin isə adını xatırlamır. Son olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəyən ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, bir neçə il bundan əvvəl tanışı Əhməd adlı şəxsin vasitəsi ilə Sədi adlı şəxs ilə tanış olmuş, bu tanışlıqdan sonra Sədi adlı şəxs ona zəng edərək iki tanışının olduğunu və onları FHN-nin yanğından mühafizə idarəsinin Şamaxı filialına düzəltmək istədiyini bildirmişdir. Həmin vaxtı o, Sədiyə, tanışı Asəf adlı şəxsin olduğunu, həmin iki nəfər şəxsin işə düzəlməsi ilə bağlı onunla məsləhət etdikdən sonra cavab verəcəyini söyləmiş və bundan sonra Asəf adlı şəxs ilə telefon əlaqəsi saxlayaraq onunla görüşmüş və bu barədə ona məlumat vermişdir. Asəf isə ona, həmin işləri FHN-də olan tanışı İlqar adlı şəxsin vasitəsi ilə həyata keçirdiyini bildirmiş və bundan 10 gün sonra Asəf ona zəng edərək ilkin olaraq komissiya üçün 2500 (iki min beş yüz) manat, daha sonra isə işə düzələn zaman 3500 (üç min beş yüz) manat verməli olduğunu söyləmişdir. Bundan sonra o, Sədi adlı şəxslə telefon əlaqəsi saxlayaraq Asəfin ona söylədiklərini dedikdən sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında görüşüb Süleyman adlı şəxsin oğlu Tofiqi və Ağamirzə adlı şəxsin oğlu Emili işə düzəltmək müqabilində ilk dəfə ondan 6200 (altı min iki yüz) manat pul alaraq həmin puldan iki nəfəri işə düzəltmək müqabilində Asəf adlı şəxsə 5500(beş min beş yüz) manat pul verərək 700(yeddi yüz) manatını özünə götürmüşdür. İkinci dəfə həmin şəxsləri idman normativlərindən keçirdən zaman o, Sədi adlı şəxsdən 2500 (iki min beş yüz) manat pul aldıqdan sonra həmin pulu aparıb Asəf adlı şəxsə vermişdir. Sonuncu dəfə Sədi adlı şəxsdən 1000(min) manat pul alaraq həmin puldan 300 (üç yüz) manatını Sədiyə verib 700 (yeddi yüz) manatını özünə götürmüşdür. Son olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəyən ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, 2019-cu il tarixdə xalası oğlu Rahim Babayev onlara gələrək, Şamaxı rayonu Məlikçobanlı kəndindən olan Sədi adlı şəxsin vətəndaşları FHN-də işə düzəltdiyini, əgər istəyirsə onuda işə düzəltməsini bildirdiyindən atası Kərəm həmin şəxslə görüşmək istədiyini söyləmişdir. Təxminən bir həftə sonra atası, o, xalası oğlu Rahim, FHN-nin X17 xidmətinin Şamaxı rayon şöbəsində sahə inspektoru işləyən Ramil, Sədi adlı şəxs ilə Şamaxı şəhərində yerləşən “Şamaxı” restaranında görüşmüş, bu zaman Sədi adlı şəxs onu FHN-ə işə düzəldə biləcəyini söyləmişdir. Atası isə Sədiyə işin qiymətinin nə olacaqını soruşduqda Sədi adlı şəxs 9000(doqquz min) manat pul istəmişdir. Kərəm adlı şəxs cibindən 2000(iki min) manat pulu çıxararaq sayıb Sədiyə vermiş, qalan 7000(yeddi min) manatı isə işə qəbul olduqdan sonra verəcəyini bildirmişdir. Sədi ilə Kərəm razılaşdıqdan sonra onlar oradan çıxaraq öz evlərinə getmiş, təxminən 4 ay sonra Sədi adlı şəxs ona zəng vuraraq səhər Bakı şəhərinə tibbi müayinədən keçmək üçün getməli olduqlarını söyləmiş və növbəti gün o, Bakı şəhərinə taksi ilə getmişdir. Orada olan zaman Sədi adlı şəxsə zəng vuraraq Bakı şəhərində olduğunu söyləmiş, Sədidə ona Şamaxinka adlanan əraziyə gəlməsini söyləmişdir. O, Şamaxinka adlanan əraziyə gələrək Sədi ilə görüşərək Bakı şəhəri Xətai rayonuna getmiş, Sədi orada olan zaman FHN-nin binasına daxil olmuş, o, isə küçədə onu gözləmiş və Sədi gəldikdən sonra onlar birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsinə gəlmişlər. Orada olan zaman sonradan adını bildiyi Asəf adlı şəxs onunla birlikdə 4 nəfər şəxsidə həkim komissiyasından keçirtmək üçün hospiatala aparmış, hospitala daxil olmamışdan əvvəl onlara, soruşan olsa FHN-nin işçiləri olduqlarını söyləmələrini bildirmişdir. Onlar tibbi müayinədən keçdikdən sonra o, Şamaxı rayonuna qayıtmışdır. Təxminən 10 gün sonra xalası oğlu Rahim, Sədi və FHN-nin X17 xidmətinin Şamaxı rayon şöbəsində sahə inspektoru işləyən Ramil onlara gələrək atasından 2800 (iki min səkkiz yüz) manat pul alaraq getmişdir. Bir müddət keçdikdən sonra o, Sədi adlı şəxsə dəfələrlə zəng vursada Sədi hər dəfəsində bu gün səhər onu işə düzəldəcəyini deyərək aldatmışdır. Daha sonra o, Sədiyə zəng vuraraq pulunu geri istəmiş və təxminən 2021-ci ilin aprel ayında Sədi adlı şəxs 2000 (iki min ) manat pulu yaşadığı ünvana gələrək qaytarmışdır. 2800 (iki min səkkiz yüz) manatı isə mayın 5-i qaytaracağını bildirdiyi üçün o, may ayının 5-i Sədiyə zəng etdikdə Sədi onu yenidən aldatmağa başlamışdır. Bu səbəbdəndə xx.xx.2021-ci il tarixdə o, Şamaxı rayon polis şöbəsinə gələrək həmin şəxsin barəsində şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənildiyindən, onlardan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınıb dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib gösətərdi ki, Sədi adlı şəxsi dostu Şahid1 vasitəsi ilə tanımış, onunla münasibətləri əvvəllər normal olmuş, aralarında hər hansısa bir düşmənçilik və ədavət olmamışdır. 2019-cu ilin oktyabr ayında onun rəsmi iş yeri olmadığından dostu Turab adlı şəxs ilə söhbət edən zaman Turab ona bildirmişdir ki, tanışı Sədi adlı şəxs onu FHN-ə işə düzəldə bilər. Oda dostuna həmin şəxslə görüşüb söhbət etmək istədiyini bildirmiş və dostu Turab ilə birlikdə Sədi adlı şəxs ilə Şamaxı şəhərində yerləşən “Aşıqlar bağında” görüşmüşlər. Onlar söhbət edən zaman Sədi adlı şəxs ona 3000 (üç min) manat müqabilində onu Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayon Yanğından Mühafizə Xidmətinə işə düzəldə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs1 onunla razılaşdıqdan sonra həmin vaxtı Təqsirləndirilən şəxs telefon vasitəsi ilə Asəf adlı şəxsə zəng edərək “mən həmin adamla görüşdüm, boyu 175 santımetrdir, attestatı var, bədən quruluşu standartlara uyğundur, heç bir problemi yoxdur” sözlərini söyləmişdir. Təqsirləndirilən şəxs telefon vasitəsi ilə danışıb qurtardıqdan sonra Səxavətdən həmin 3000 (üç min) manat pulu gətirdiyini soruşmuş, Səxavətdə ona pulu gətrdiyini, həmin pulun üstündə olduğunu bildirdikdən sonra cibində gətirdiyi 5 ədəd 200 (iki yüz) manatlıq və 20 ədəd 100 (yüz) manatlıq pul əskinazlarından ibarət ümumilikdə 3000 (üç min) manat pulu dostu Şahid1 yanında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ona, müəyyən tibbi komissiyalardan keçməyinin vaxt aparacağını yəni, ümumilikdə 6 aya işinin düzələcəyini bildirmişdir. Bundan sonra onlar evlərinə getmiş və o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamamışdır. 2020-ci ilin mart ayında o, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə zəng edən zaman sonuncu ona xüsusi karantin rejimi ilə bağlı hal hazırda işlərin dayandığını, heç bir qəbul aparılmadığını söyləmişdir. Həmin ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs ona telefon vasitəsi ilə zəng edərək Asəf Ağazadənin onu Bakı şəhərinə çağırdığını söyləmiş, o isə Təqsirləndirilən şəxs nə üçün çağırıldığını soruşduqda sonuncu ona müəyyən tibbi komissiyalardan keçməli olduğunu bildirmişdir. Bundan sonra onlar Şamaxı şəhərində görüşüb birlikdə Bakı şəhərinə getmiş və orada 20 yanvar dairəsində görüşmüşlər. Həmin vaxtı başqa rayonlardan gələn Aslan, İlkin, Vahid və İbrahim adlı şəxslərlə bir yerdə Xətai rayonuna gedərək orada özünü Asəf kimi təqdim edən şəxslə görüşmüş, həmin vaxt Asəf adlı şəxs özü ilə gətirdiyi blankı onlara verərək həmin blanklara ad soyad və ata adlarını yazmalarını söyləmişdir. Onlarda Asəfin dediyi kimi blanklara adlarını, soyadlarını və ata adlarını yazaraq Asəf adlı şəxsə vermişlər. Bundan sonra Asəf adlı şəxs onları götürərək Biləcəri qəsəbəsində yerləşən FHN-nin diaqnostika mərkəzinə aparmış və oraya çatan zaman Asəf adlı şəxs onlarla birlikdə həmin diaqnostika mərkəzinə daxil olmuşdur. Onlar oraya daxil olmamışdan əvvəl Asəf onlara soruşan olsa “Gilan”nın işçiləri kimi özlərini təqdim etmələrini söyləmiş və bundan sonra içəri daxil olaraq müxtəlif həkimlərin qəbulunda olub analizlər vermişrlər. Analizləri verdikdən sonra onlar oradan çıxan zaman orada adını bilmədiyi formada olan bir şəxs bərk səslə “bunları bura kim buraxıb, bunlar kimdir” sözlərini dedikdə Asəf adlı şəxs gilanın işçiləridir deyib onları oradan uzaqlaşdırmışdır. Onlar oradan çıxdıqdan sonra Asəf onlara həkim komissiyasından keçdiklərini söyləmiş, bundan sonra sadəcə olaraq idman normativlərindən keçməli olduqlarını bildirmişdir. Həmin vaxtı onlar oradan ayrılaraq çıxıb getmişlər. Bundan sonra o, 2021-ci ilin aprel ayına kimi müxtəlif vaxtlarda Sədi ilə işinin düzəlməyi barədə əlaqə saxlasada Sədi müxtəlif bəhanələr edərək onu aldatmışdır. 2021-ci ilin aprel ayının əvvəllərində Asəf adlı şəxs ***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq bildirmişdir ki, “mən bilirəm ki işin düzəlməyinin gedişatı səni qane etmir. Bu səbəbdəndə aprel ayının 16-sı səni Bakı şəhərinə çağıracam”. Həmin vaxt o Asəf adlı şəxsə ona artıq iş lazım olmadığını, pulunu geri qaytarmasını söyləmiş, bu zaman Asəf adlı şəxs ona, pulunun Cavanşirdə olduğunu, o sadəcə olaraq komissiyalardan keçirdiyini bildirmişdir. Bundan sonra aprel ayının sonlarında o, Sədi adlı şəxs ilə Şamaxı rayonu Çuxuryurd kəndinə gedən yolun kənarında yerləşən Socar yanacaqdoldurma məntəqəsində görüşmüş, həmin vaxtı Təqsirləndirilən şəxs ona, Qobustanda bir nəfərin əmrinin artıq veriləcəyini, daha sonra ondan alıb onun pulunu qaytaracağını bildirmişdir. Həmin vaxtı o, Sədi adlı şəxsə inanmadığını söyləmiş, lakin Sədi adlı şəxs özünü söyərək pulunu qaytaracağını bildirmişdir. Ondan aralaşdıqdan sonra Sədi adlı şəxs ona zəng edərək onu şərləmək istəmiş, o, da bundan sonra Sədinin onu aldatdığına əmin olmuş, bu səbəbdəndə Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis şöbəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs onun 3000 (üç min ) manat pulunu ödəmiş, bu səbəbdəndə o, ərizə ilə RPŞ-nə müraciət edərək şikayət və tələbimin olmadığını bildirmiş, daha sonra isə onun pulu tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənildiyindən, onlardan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Sədi adlı şəxsi o, yaşadığı Məlikçobanlı kəndindən tanıyır. 2019-cu ilin yay aylarında o, oğlu Tofiq Hüseynovu FHN-ə işə düzəltmək istədiyi üçün həmin vaxtı Təqsirləndirilən şəxs ilə rastlaşmış və ona bu barədə söylədikdə Sədi ona, onun oğlunu FHN-də işləyən tanışı vasitəsi ilə işə düzəldə biləcəyini söylədiyi üçün o, Təqsirləndirilən şəxs həmin işin hansı məbləğdə başa gələcəyini soruşduqda Sədi ona, onun oğlunu 9200(doqquz min iki yüz) manata FHN-ə işə düzəldə biləcəyini söyləmişdir. O, da Təqsirləndirilən şəxs ilə razılaşmış və özünə məxsus Mercedes C Klass markalı avtomobilini satıb ilk əvvəl onun evinə gedərək 3000(üç min) manat, daha sonra isə yenidən onun evinə gedərək 6200(altı min iki yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Onun oğlunu Təqsirləndirilən şəxs bir neçə dəfə Bakı şəhərinə aparıb gətirmiş, bir dəfəsində deməsinə görə həkim komissiyasından keçirmiş, ikinci dəfə isə deməsinə görə idman normativlərindən keçirtmişdir. Oğlunu həmin komissiyalardan keçirdikdən sonra oğlunun mobil nömrəsinə iki dəfə mesaj gələrək idman və həkim komissiyasından keçdiyi bildirilmiş, lakin buna baxmayaraq oğlunun FHN-də işə düzəlməsi ilə bağlı hər hansısa bir əmr gəlməmişdir. O, da 3 il gözləməyinə baxmayaraq müsbət nəticə əldə edilmədiyindən Təqsirləndirilən şəxs pulunu qaytarmasını söyləmiş, lakin ilk əvvəl Sədi onun pulunu qaytarmamış, onun barəsində polis şöbəsində barəsində cinayət işi başlandıqdan sonra Sədi onun pulunun hamısını qaytarmışdır. Bundan əlavə o, Asəf adlı şəxsi Təqsirləndirilən şəxs tutulan zaman Şamaxı RPŞ-də tanımış, Cavanşir adlı şəxsi isə Bakı şəhərində Elmlər akademiyası yanında kafedə çay içən zaman tanımışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənildiyindən, onlardan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, 2019-cu ilin iyun ayında Şamaxı rayon “Aşıqlar bağı” adlanan kafedə Şamaxı rayon Məlikçobanlı kəndindən olan Sədi adlı şəxs ilə görüşüb çay içən zaman Sədi ona, FHNdə işə düzəlmək istəyən olsa ona bildirməsini söyləmiş, o, da oğlu Emilin işsiz olduğunu və ona Emili FHN-ə işə düzəltməsini söyləmişdir. Sədi isə cavabında ondan 10000(on min) manat pul istəmiş, o, isə Sədiyə 9000(doqquz min) manat pul verəcəyini bildirmişdir. Onlar aralarında razılaşdıqdan sonra o, Sədiyə iki-üç gün sonra həmin pulun yarısını verəcəyini söylədiyi üçün Təqsirləndirilən şəxs onunla razılaşmış və bundan sonra o, evinə qayıtmışdır. Təxminən 3 gün sonra o, Sədi adlı şəxs ilə telefon əlaqəsi saxlamış və Sədi ona Şamaxı şəhərində olduğunu və Şamaxıda görüşə biləcəyini bildirdiyi üçün o, Şamaxı şəhərinə gələrək Sədi adlı şəxs ilə Aşıqlar bağı adlanan kafedə görüşüb ona 5000(beş min) manat pul vermişdir. Sədi pulu aldıqdan sonra ona 6 ay müddətində işinin düzələcəyini bildirdiyindən o, evinə qayıtmış və bundan 3 ay sonra Sədi adlı şəxs ona zəng vuraraq oğlu Emil ilə Bakı şəhərinə gedərək tibbi müayinədən keçməli olduğunu bildirmişdir. Növbəti gün Emil, Sədi adlı şəxs ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman oğlu ona zəng vuraraq tibbi müayinədən keçmək üçün Sədi adlı şəxsin ondan 300(üç yüz) manat pul istədiyini bildirmiş, o isə cavabında həmin pulu verməsini söyləmişdir. Onlar Bakı şəhərindən gəldikdən sonra Sədi adlı şəxs ona zəng edərək oğlunun işə düzələcəyini bildirmiş və ondan 4000(dörd min) manatıda istəmişdir. Təxminən iki gün sonra Sədi ona zəng edərək Şamaxı şəhərində onunla görüşmək istədiyini söyləmiş, o, da Sədi ilə Şamaxı şəhərində Aşıqlar Bağı adlanan kafedə görüşərək 4000(dörd min) manat pulu ona vermişdir. Sədi isə ona narahat olmamasını söyləyərək işinin düzələcəyini bildirmişdir. Bundan sonra o, Sədi ilə hər dəfə əlaqə saxlayıb işin nə üçün gecikdiyini soruşduqda Sədi ona bu gün-sabah deyərək aldatdığından o, 2020-ci ilin noyabr ayında Sədi adlı şəxsə zəng vuraraq pulu qaytarmasını söyləmişdir. Lakin Təqsirləndirilən şəxs ilk əvvəl pulu qaytarmasada o, bir neçə dəfə Sədiyə zəng etdikdən sonra onlar Şamaxı şəhərində Aşıqlar Bağı adlanan kafedə görüşmüş və Sədi ona 6000(altı min) manat pul qaytararaq oğlunu işə düzəldəcəyini, düzəldə bilməyəcəyi təqdirdə 3300(üç min üç yüz) manat puluda geri qaytaracağını söyləmişdir. Bundan sonra o, bir neçə dəfə Sədiyə zəng etsədə Sədi onun oğlunu işə düzəldə bilməmiş və puluda qaytarmamışdır. Bu səbəbdəndə o, Şamaxı RPŞ-nə müraciət etmiş, müraciət etdikdən sonra Sədi onun pulunu qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənildiyindən, onlardan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X23 ifadə verib göstərdi ki, 2019-cu ilin fevral ayında FHN-ə işə qəbul olması üçün onlayn qaydada müraciət etdiyindən, 2019-cu ilin aprel ayında onu çağıraraq sənədlərini yığmışdırlar. Daha sonra o, həkim komissiyasından və fiziki hazırlıqdan keçmişdir. 2019-cu ilin dekabr ayında o, əvvəllər tanıdığı Şahid2 ilə görüşmüş və ona, FHN-ə işə düzəlmək üçün sənədlərini verdiyini, lakin onu hazırkı tarixədək çağırmadıqlarını bildirmişdir. Şahid2 isə ona, tanışının olduğunu, bu barədə ona köməklik edə biləcəyini söylədiyindən o, Şahid2 onları görüşdürməsini söyləyib onunla razılaşdıqdan sonra öz evinə getmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixində o, Şahid2 ilə zəngləşərək həmin tanışı ilə görşümək istədiyini bildirmiş, Ramin isə ona görüşü təşkil edəcəyini söylədikdən sonra həmin gün atası ilə birlikdə Şamaxı şəhərində yerləşən Savalan restoranına gedərək orada Şahid2 və Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona, DTX-da tanışı olduğunu, rütbəsinin polkovnik olduğunu, bu kimi işləri düzəldə bildiyini söylədikdən sonra o, həmin şəxsə zəng etməsini və onun işini danışmasını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı Asəf Ağazadəyə zəng edərək bu barədə bildirdikdən sonra ona işinin düzələ biləcəyini, lakin Asəf Ağazadənin 10700(on min yeddi yüz) manat pul istədiyini, əgər razılaşacaqları təqdirdə bir ay müddətinə işinin düzələcəyini bildirmiş, o, da Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra yenidən Qobustan rayonuna qayıtmış, təxminən iki gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirdiyindən o, da Təqsirləndirilən şəxs Qobustan rayonunda olduğunu, burada görüşə biləcəyini söyləmiş, Sədi isə ona Bakı şəhərindən qayıtdığını, Qobustan rayonunda görüşə biləcəyini söylədikdən sonra onlar yəni, Hafiz, Rahil, Sədi və Ramin Qobustan rayonunda H.Əliyev prospektində görüşmüş, həmin vaxtı Zərərçəkmiş şəxs4 atası Hafiz cibindən 9000(doqquz min) manat pul çıxardıb sayaraq Təqsirləndirilən şəxs vermişdir. Onlar Təqsirləndirilən şəxs ilə sağollaşaraq çıxıb getdikdən sonra xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərindən gəldiyini və onunla görüşmək istədiyini, həmin pulun 1700(min yeddi yüz) manatınıda gətiməyini söyləmiş, həmin gün o, Hafiz, Təqsirləndirilən şəxs və Ramin adlı şəxs Şamaxı rayonu Acıdərə adlanan ərazidə yerləşən Şirvan restoranının qarşısında görüşmüş və Zərərçəkmiş şəxs4 atası Hafiz, Təqsirləndirilən şəxs 1700(min yeddi yüz) manat pulu vermişdir. Təqsirləndirilən şəxs pulu alıb getdikdən sonra yəni, xx.xx.2019-cu il tarixində X31 zəng edərək FHN-dən Natiq adlı şəxsin ona zəng edəcəyini söyləmiş və xx.xx.2020-ci il tarixində Hafizin mobil nömrəsinə zəng gəlmişdir. Telefon onda olduğundan telefona o, cavab vermiş, bu zaman özünü Natiq kimi təqdim edən şəxs FHN-də işlədiyini bildirərək xx.xx.2021-ci il tarixdə onun işə qəbul olunmağı ilə bağlı əmri təqdim edəcəyini söyləmişdir. O, həmin şəxs ilə sağollaşdıqdan sonra bu barədə atasına məlumat vermiş və xx.xx.2021-ci il tarixində o, atası ilə birlikdə Bakı şəhərinə gedərək orada Natiq adlı şəxsə zəng etmiş, lakin zaman ona zəng çatmamışdır. Daha sonra o, Asəf ilə əlaqə saxlamış və Asəf ona, narahat olmamasını, bir neçə dəqiqə sonra onlara dəqiq söz deyəcəyini bildirmiş, bir neçə dəqiqə sonra Asəf onlara zəng vuraraq Natiqlə danışdığını və yenidən zəng vuraraq danışa biləcəklərini söyləmişdir. O, yenidən Natiq adlı şəxsə zəng vurmuş, Natiq ona, bir həftə ərzində işə qəbulla bağlı əmrlərinin onlara təqdim ediləcəyini söyləmişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Natiqdən xəbər olmadığı üçün o, Asəfə zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, Asəf isə əmrinin verdiliyini, əmrinin sürətinin şəklini Təqsirləndirilən şəxs göndərdiyini bildirmiş, o, da Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayan zaman sonuncu ona Şamaxı şəhərində yerləşən dostluq restaranına gəlməsini və orada onunla görüşməsini söyləmişdir. O, atası ilə birlikdə Şamaxı şəhərində yerləşən dostluq restaranına gəlmiş, həmin vaxtı Təqsirləndirilən şəxs ona əmrinin şəklini göstərərək iki günə onu işə çağıracaqlarını söyləmişdir. Bir müddət keçdikdən sonra Asəf Ağazadə onu Bakı şəhərinə çağırmış, o, da Bakı şəhərinə gedərək Asəf Ağazadə ilə FHN-nin qarşısında görüşmüşdür. Həmin vaxtı Asəf ona, adanlarının işdə olmamasını söyləyərək evə getməsini, yenidən çağıracağı təqdirdə gəlməsini bildirmişdir. Bundan sonra Sədi və Asəf adlı şəxs bir neçə dəfə onu Bakı şəhərinə çağırsalarda hər dəfəsində ona adamlarının işdə olmadığını söyləyib onu geri qaytarmışlar. 2021-ci ilin aprel, may, iyun aylarında dəfələrlə ***- ***-**-** nömrəsindən ona zəng gələrək özünü mayor Elşən Əliyev kimi təqdim edən şəxs, onun yaxın günlərdə FHN-nə çağrılaraq əmrinin təqdim ediləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, atası ilə birlikdə Bakı şəhərində Asəf Ağazadə ilə görüşmüş, sonuncu 3000(üç min) manat pulu atasına verərək həmin pulun onların iki il ərzində xərclədiyi pul olduğunu, qalan 10700(on min yeddi yüz) manat puluda yaxın vaxtlarda verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, Asəf və Sədi ilə əlaqə saxlamış, lakin onlar onun pulunu verməkdən imtina etmişlər. Lakin sonradan onun pulunu qaytarmışlar. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənildiyindən, onlardan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ildə işlədiyi Dostluq restoranında tanımışdır. Onunla münasibətləri daima yaxşı olmuş, aralarında hər hansısa bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ildə Sədi adlı şəxs onun sərpayıçı işlədiyi restorana gələn zaman orada onunla söhbət etmiş, söhbət əsnasında Sədi ona, əgər adam varsa FHN-ə işə düzəldə biləcəyini söyləmişdir. Həmin vaxtı da onun qardaşı oğlu işə düzəlmək istədiyindən o, Sədidən bu işi necə düzəltmək lazım olduğunu soruşmuş, Sədi isə ondan həmin işin düzəlməsi müqabilində 7000(yeddi min) manat pul istəmişdir. Bundan sonra o, qardaşı oğlu Ruslan adlı şəxs ilə məsləhətləşdikdən sonra Sədi ilə Şamaxı rayon mərkəzi poçtunun yanında görüşüb Sədiyə 7000(yeddi min) manat pul və Ruslanın şəxsiyyət vəsiqəsini vermiş, həmin vaxtı Sədi ona bir iki mərhələ olduğunu, bundan sonra işinin düzələcəyini bildirmişdir. Bir müddət sonra Ruslan Bakı şəhərinə gedərək bir iki komissiyadan keçmiş lakin həmin işin düzəlməsi ilə bağlı hər hansısa bir müsbət nəticə olmamışdır. Bundan 7-8 ay keçməsinə baxmayaraq Sədi hər dəfəsində onun işlədiyi restorana gələn zaman o, Sədidən işin nə yerdə olmasını soruşduqda Sədi ona səbrli olmasını söyləmişdir. Pulu verdiyi vaxtdan 8 ay keçdikdən sonra Sədi onunla mərkəzi poçtun yanında görüşmüş və işinin alınmadığını ona söyləyərək 7000(yeddi min) manat pulu onun özünə qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyan ödənildiyindən, onlardan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, özü halhazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X5 120 nömrəli bölmə rəisi vəzifəsində işləyir. Şamaxı rayonu Məlikçobanlı kənd sakini Təqsirləndirilən şəxs bir neçə müddətdir ki tanıyır, onunla münasibətləri normal olmuşdur. 2019-cu ilin iyul ayında əvvəllər tanıdığı Səxavət adlı şəxs ona yaxınlaşaraq FHN-də işə düzəlmək istədiyini bildirmiş, o isə cavabında Sədi adlı tanışının olduğunu, həmin şəxsin bu işi görə biləcəyini, lakin Təqsirləndirilən şəxs tam olaraq etibar etmədiyini bildirmişdir. Bundan sonra iki ay müddətində Səxavət adlı şəxs ona Təqsirləndirilən şəxs ilə görüşmək istədiyini bildirmiş, o, da bu səbəbdən Sədi adlı şəxsə zəng edərək tanışını FHN-ə işə düzəltməsini ondan xahiş etmişdir. Sədi ondan həmin işi 1(bir) aya düzəltmək müqabilində 9000(doqquz min) manat pul istəmiş, o isə cavabında Sədiyə maddi vəziyyətinin zəif olduğunu söyləyərək bir qədər aşağı qiymətə onu düzəltməsini istəmişdir. Bundan sonra Sədi ona müəllimlə danışıb cavab deyəcəyini bildirmiş, bundan bir qədər sonra o, yenidən Təqsirləndirilən şəxs zəng edərək işin nə yerdə olmasını ondan soruşduqda Sədi ona, 3000(üç min) manat müqabilində Səxavəti altı ay ərzində işə düzəldə biləcəyini bildirmişdir. O, da bununla razılaşıb Sədi adlı şəxsə görüşmək istədiyini bildirmiş və “aşıqlar bağı” adlanan kafedə onlar yəni, o, Sədi və Səxavət görüşmüşdür. Səxavət sənədlər ilə birlikdə 3000(üç min) manat pulu Təqsirləndirilən şəxs vermiş, Sədidə pulu sayaraq götürmüş və bundan sonra onlar evlərinə getmişlər. 2020-ci ilin mart ayında o, Səxavətə zəng edərək işin nə yerdə olmasını soruşduqda Sədi ona, pandemiya ilə əlaqədar işə qəbulların dayandığını söyləmişdir. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona yazaraq bildirmişdir ki, tibbi komissiyadan keçmək üçün Səxavət artıq Bakı şəhərinə getmiş, deməsinə görə yaxın zamanlarda işi həll olunacaqdır. Bir müddət sonra Səxavət adlı şəxs Sədidən pulunu istəmiş, Sədi isə ona Cavanşirlə danışdığını, onun işinə xitam verilərək pulunun qaytarılcağını söyləmişdir. 2021-ci ilin may ayında Asəf adlı şəxs ***-***-**-** nömrəli telefon ilə ona zəng vuraraq may ayının 16-sı işinin düzələcəyini, düzəlmədiyi təqdirə pulu geri qaytaracağını bildirmiş, daha sonra isə Səxavət adlı şəxs Təqsirləndirilən şəxs onu işə düzəldə bilmədiyi üçün ondan pulunu tələb etdiyini, pulunu qaytarmadığı üçün RPŞ-nə gedib şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 2014-cu ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Şamaxı şəhəri üzrə sahə inspektoru vəzifəsində işləyir. Şamaxı rayonu Məlikçobanlı kənd sakini Təqsirləndirilən şəxs tanıyır və onunla münasibətləri normal olmuşdur. 2020-ci ilin yanvar ayında Ağasadıq adlı şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxs FHN-də kimisə işə düzəldibdüzəltməməsini soruşmuş, o isə cavabında Təqsirləndirilən şəxs bir neçə şəxsi işə düzəltdiyini, hal hazırdada həmin şəxslərin işlədiyini ona bildirmişdir. Bundan sonra Ağasadıq çıxıb getmiş və 10 gün sonra yenidən ona zəng edərək Təqsirləndirilən şəxs pul verəcəyini, gəlib onunda iştirak etməsini söyləmişdir. O, isə ondan harada olmalarını soruşduqda Ağasadıq ona Şamaxı restoranında olduqlarını söyləmiş, bu səbəbdəndə o, Şamaxı restoranına getmiş və orada olan zaman Sədi ilə Ağasadıqın oturub çay içdiklərini görmüşdür. O, da onlarla oturub çay içən zaman Ağasadıqın atası Kərəm adlı şəxs gəlmiş və onlarla oturub çay içərək söhbət etməyə başlamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs onlara Ağasadığı FHN-ə işə düzəldə biləcəyini söylədiyi üçün Kərəm cibindən 2500(iki min beş yüz) manat çıxardıb Sədiyə vermiş, qalan pulu isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Təqsirləndirilən şəxs onunla birlikdə ona məxsus Mercedes 190 markalı **-NA-*** qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayon Avtovağzal dairəsi istiqamətinə getmişdirlər. Yolda gedən zaman o, Təqsirləndirilən şəxs bir günlük 1000(min) manat borc pul istəmiş, Sədi isə ona pulu verərək növbəti gün günortaya kimi qaytarmasını, pulu Bakı şəhərinə göndərəcəyini bildirmişdir. O, pulu aldıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən endirmiş və evinə getmişdir. Növbəti gün səhər saatlarında Təqsirləndirilən şəxs ilə görüşüb pulun lazım oldmadığını bildirib həmin pulu ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs işə düzəltmə adı altında aldığı 2500 (iki min beş yüz) manat pul ilə onun hər hansısa bir əlaqəsi olmamışdır. Təxminən bir ay sonra o, Ağasadıq ilə birlikdə Şamaxı şəhərində olan zaman Təqsirləndirilən şəxs ona zəng edərək Kərəmgilə getməsini söyləmiş, o isə cavabında ona “sən get məndə gələcəm” deyə bildirmişdir. Bundan sonra o, Ağasadıq ilə birlikdə öz şəxsi avtomobili ilə Ağasadıqa məxsus Şamaxı rayonu Quşçu kəndindəki evinə getmiş, oraya çatan zaman orada Kərəm və Sədidən başqa heç kim olmamış,həmçinin olanlardan hər hansısa bir məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs kimləri işə düzəltməsi barədə dəqiq məlumatı olmamış, sonuncunun ifadəsində göstərdiyi 1250 manat pulu isə Təqsirləndirilən şəxs almamışdır. Şamaxı rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(074)-30/2022 saylı qərarı ilə X14 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə istintaq edilən 21830053 nömrəli cinayət işi ilə Azərbaycan Respublikası Cm-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif olunması haqqında” 22 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuş, ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələr ilə davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli 4(074)-46/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 may 2021-ci il tarixdən hesablanmışdır. Şamaxı rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 4(074)-54/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şamaxı rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli 4(074)-46/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdəna azad edilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs, X14 və X4 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika kliniki uroloji xəstəxanasının 11 may 2022-ci il tarixli Səhhətin müayinəsi aktından görünr ki, Təqsirləndirilən şəxs böyrəklərin polikstozu, hər iki böyrəyin kasacıq daşları (4-7 mm, 6 mm, 4 mm) Xroniki pieloneftir dioqnozu ilə müalicə almışdır. Şamaxı rayon İHB-nın Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 dekabr 2021-ci il tarixli 401 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 1952-ci il təvəllüdlü anası X11, 15 yanvar 1983-cü il təvəllüdlü həyat yoldaşı X15, qızı 01 mart 2013-cü il təvəlüdlü X19, oğlanları 26 yanvar 2015-ci il təvəllüdlü X24 və 27 yanvar 2017-ci il təvəllüdlü X25 ilə Şamaxı rayonu Məlikçobanlı kəndində yaşayır. Şamaxı rayon İHB-nın Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X9 adına veirlmiş xasiyyətnamədən görünür ki,kənd sakini kimi daim kənd əhalisi arasında vətə elə qarşı sevgi və məhəbbət ruhunun aşılanmasında gənclərin sağlam ruhda inkişaf etməsində öz səy və bacarığını göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 17 dekabr 2021-ci tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxslər X23, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs3, X8 və X2 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan tam ödənilmiş, onlarla barışmışlar və onlardan şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, böyrək xəstəliyindən əziyyət çəkməsini, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Bundan başqa, cəza təyin edilərkən digər məsələlərlə yanaşı, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin evli olmaqla, himayəsində üç azyaşlı uşağının olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alındıqda, onun azadlıqdan məhrum edilməsi ailəsinin həyat şəraitinə çox mənfi təsir etmiş olar. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəıəri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 20 may 2021-ci il tarixdən 14 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 24 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 1 il 1 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 8 saat hüquqi yardıma görə 48 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən 14 dekabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 24 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 1 il 1 ay 18 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 10(on) ay 12(on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2. və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 8 saat hüquqi yardıma görə 48 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-30/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-30/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver