Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-30/2023 14.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şirvan kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Muğanlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Şamaxı rayonu, Şirvan kəndi ərazisində yerləşən Şamaxı rayonu, Günəşli bələdiyyəsinə məxsus, meşə fonduna daxil olmayan meşə sahəsindən hər birinin qiyməti 120 manat olmaqla, diametri 10 santimetr olan 04 ədəd, hər birinin qiyməti 120 manat olmaqla, diametri 12 santimetr olan 30 ədəd, hər birinin qiyməti 150 manat olmaqla, diametri 14 santimetr olan 29 ədəd, hər birinin qiyməti 150 manat olmaqla, diametri 16 santimetr olan 40 ədəd, hər birinin qiyməti 180 manat olmaqla, diametri 18 santimetr olan 10 ədəd, hər birinin qiyməti 180 manat olmaqla, diametri 20 santimetr olan 13 ədəd, hər birinin qiyməti 200 manat olmaqla, diametri 24 santimetr olan 06 ədəd, hər birinin qiyməti 300 manat olmaqla, diametri 30 santimetr olan 02 ədəd, hər birinin qiyməti 300 manat olmaqla, diametri 32 santimetr olan 02 ədəd palıd ağaclarını, hər birinin qiyməti 120 manat olmaqla, diametri 10 santimetr olan 06 ədəd, hər birinin qiyməti 150 manat olmaqla, diametri 16 santimetr olan 3 ədəd, hər birinin qiyməti 180 manat olmaqla, diametri 18 santimetr olan 2 ədəd göyrüc ağaclarını və hər birinin qiyməti 150 manat olmaqla, diametri 14 santimetr olan 02 ədəd qarağac ağaclarını həmin ağacların kəsilməsinə dair müvafiq icazəsi olması barədə günəmuzd fəhlə qismində işlətdiyi, cinayətdən xəbərsiz Şahid6 İlyas oğluna yalan məlumat verərək, özünə məxsus «STHİL MS 230» markalı yanacaqla işləyən mişar aparatı və balta vasitəsilə 90 manat pul müqabilində Şahid6 kəsdirib, istifadəsində olan «UAZ» markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə atası Şahid5 Əlisimran oğlunun yaşadığı Şamaxı rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə yığmaqla, ümumilikdə zərərçəkmiş şəxs Şamaxı rayonu Günəşli bələdiyyəsinə 22800 manat dəyərində - külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Muğanlı kəndində yaşayır. 2022-ci ilin sentyabr ayında ona kömək üçün fəhlə lazım olmuşdur. xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon sakini Şahid6 adlı şəxs onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq, fəhlə kimi işləmək istədiyini bildirmişdir. O, Muğanlı dairəsində Azər adlı şəxslə görüşüb, Ağsu istiqamətində gedən yolda meşəlik əraziyə getmişlər. Meşəlik əraziyə daxil olduqdan sonra, Azərə laqonda aparatı və balta verərək, ağacları kəsməsini və həmin ağacları hər dəfəsində avtomobilə yükləyən zaman, 30 manat verəcəyini bildirmişdir. Azər onunla razılaşmış və ağacları kəsməyə başlamışdır. Həmin gün o, “UAZ” markalı avtomobili ilə həmin əraziyə gedərək, doğranmış ağacların bir hissəsini avtomobilə yükləyib və Azərə 30 manat pul verib, doğranmış ağacları Şamaxı rayonunun Muğanlı kəndindəki evinin həyətinə yığmışdır. Qış aylarında kənddə hava soyuq olduğundan, həmçinin kənddə qazlar tez-tez kəsildiyindən, o, həmin ağacları aparıb evinin həyətinə yığırdı ki, odundan istifadə etsinlər. Belə ki, onlar kənddə heyvan saxlayırlar və anası demək olar ki, hər gün odundan istifadə edib, süd bişirir. Ağacların doğranmasında hər hansısa bir şəxsdən əvvəlcədən razılıq almamış və əsas olaraq qarağac cinsindən olan ağacları kəsdirmişdir. Həmin ağaclar quru olmuş və ümumilikdə iki gün ərzində meşədən ağac kəsmişdir. O, Azər adlı şəxsə meşənin giriş hissəsində olan ərazini göstərmişdir ki, həmin ərazidən ağac kəssin və mütəmadi olaraq özü nəzarət etdiyindən, Azər onun göstərdiyi hissədən ağac kəsmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri həmin əraziyə baxış keçirən zaman, onlar meşənin dərinliyində olan hissələrdə də, nə qədər kəsilmiş ağac və yaxud da, qırılmışdırsa, hər birini rəylərində göstərib, onun tərəfindən kəsildiyini qeyd etmişdirlər. Lakin, meşənin dərinliyində olan qırılmış və kəsilmiş ağacların ona aidiyyəti yoxdur. Belə ki, o, meşənin sadəcə olaraq giriş hissəsində göstərilən ağacları kəsmiş və kəsdiyi ağaclar təxminən 58-59 ədəddir. O, meşənin aşağı hissəsindən ağac kəsib aparmamışdır. Apardığı ağacların bir hissəsi onun evinin həyətindədir və həmin ağacları istintaqa təqdim etmişdir. Dəymiş ziyanın bir qismi olaraq, o, 1500 manat pulu Şamaxı rayonu Günəşli bələdiyyəsinin hesabına ödəmiş, qalan hissənin ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına zərərçəkmiş hüquqi şəxs Şamaxı rayonu Günəşli bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs göstərdi ki, o, Şamaxı rayonu Günəşli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Şamaxı rayonunda, “Xanbağı” restoranının yaxınlığında yerləşən meşəlik ərazi Günəşli bələdiyyəsinin ərazisidir. Həmin meşəlik sahə bələdiyyə ərazisi olduğundan, meşənin gözətçisi yoxdur. xx.xx.2022-ci il tarixdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində, Şahid6 adlı şəxsi yanında işlədərək, Günəşli bələdiyyəsinin ərazisində yerləşən meşəlik ərazidə ağacları kəsib, apararaq satmışdır. Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş məktub əsasında, onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə, konkret olaraq nə qədər ağac kəsilməsini müəyyən etmək məqsədi ilə, həmin meşəlik əraziyə baxış keçirmişdirlər. Baxış zamanı, onlar həmin ərazidən 153 ədəd müxtəlif diametrli ağacların kəsilməsini və qırılmasını müəyyən etmişdirlər. Həmin meşəlik ərazi bələdiyyə ərazisi olduğundan, ara-bir həmin əraziyə baxış keçirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış zamanı, meşənin giriş hissəsinə baxa-baxa ümumi meşənin ərazisini gəzmişlər və çoxlu sayda ağacların kəsilməsini müəyyən etmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə nəzarət üçün həmin əraziyə gedib baxış keçirən zaman, meşədə ağacların kəsilmədiyini, heç bir ağacın qırılmadığını müəyyən etmişdir. Bundan sonra, həmin əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirən zaman, çoxlu sayda ağacların kəsildiyini aşkar etmişlər. xx.xx.2022ci il tarixdə həmin ağacları kəsən şəxs saxlanıldığı üçün, hesab edir ki, 4 gün ərzində həmin ağaclar kəsilmişdir. Həmin ağacların 4 gün ərzində kəsilməsi mümkündür. Çünki kəsilən ağacların diametri elədə böyük olmamışdır. Hissə-hissə ağaclar kəsilmiş və meşədə ayrı-ayrı yerlərə yığılmışdır. Həmçinin, onlar meşədə həmin əraziyə baxış keçirən zaman, ağacların çox hissəsinin kəsilmiş formada meşə ərazisində qalmasını müəyyən etmişdirlər. Bununla da, həmin ağacları kəsən şəxs 4 gün ərzində meşədə müxtəlif yerlərdən ağacları kəssə də, bir hissəsini apara bilməmişdir. xx.xx.2022-ci il tarixdə meşəlik olan ərazinin yaxınlığından keçən zaman, elektrik mişarının səsini eşitdiyindən, başa düşmüşdür ki, kimsə meşədə ağac kəsir. İlk öncə həmin əraziyə tək daxil olmaq istəməmişdir ki, ağac kəsən şəxs onu görüb qaçar. Bu səbəbdən də, bu barədə polis şöbəsinə məlumat vermişdir. Polis şöbəsində aparılan araşdırma zamanı, ağacları kəsən şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Ümumilikdə Günəşli bələdiyyəsinə 22.800 manat ziyan vurulmuşdur. Dəymiş ziyandan 1500 manat pul hazırda Təqsirləndirilən şəxs tərəfindən bələdiyyənin hesabına ödənilmiş, qalan məbləğin ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Təqsirləndirilən şəxsla barışdıqlarını və hazırda şikayətlərinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2005-ci il təvəllüdlü Şahid6 bildirmişdir ki, ailəsi maddi cəhətdən çətinlik çəkdiyindən, o, fəhlə kimi müxtəlif işlərdə fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə Güloğlan adlı şəxs ona demişdir ki, bir yerdə iş var və əgər işləmək istəyirsə nömrəsini versin. O, da razılaşmış və ona bir nəfər şəxsin mobil nömrəsini vermişdir. xx.xx.2022-ci il tarixdə Muğanlı kənd sakini Qubat adlı şəxs ilə əlaqə saxlamışdır. Həmin şəxs ona söyləmişdir ki, Muğanlı kəndində, meşəlik ərazidə ağac kəsmək lazımdır. O, razılaşmış və Muğanlı dairəsində görüşüb, meşəlik əraziyə getmişlər. Qubat adlı şəxs meşədə ona laqonda aparatı və balta verib bildirmişdir ki, ağacları kəsib doğrasın və hər dəfə avtomobilə yükləyən zaman, ona 30 pul verəcəkdir. Daha sonra demişdir ki, həmin ağacların doğraması ilə bağlı rəsmi qaydada icazə almış və əgər kimsə gələrsə onun özünə zəng etsin. O, qeyd olunan ərazidə işə başlayaraq, bir qədər ağac doğramağa başlamışdır. Həmin gün Qubat gəlib, ağacları “UAZ” markalı avtomobilə yükləmiş və ona birinci dəfə 30 manat, daha sonra isə 60 manat pul vermişdir. O, işini başa çatdırdıqdan sonra, evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə o, yenidən həmin əraziyə getmiş və orada ağacları kəsməyə başlamışdır. Təxminən saat 11 radələrində polis əməkdaşları əraziyə gələrək, onun qanunsuz olaraq ağac kəsdiyini bildirib, onu polis şöbəsinə dəvət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən o, Şamaxı Rayon Polis Şöbəsində işləyir. xx.xx.2022-ci il tarixdə o, Şamaxı RPŞ-nin İTB-nin polis nəfəri Şahid1 ilə birlikdə Şamaxı rayonunda yerləşən “Xanbağı” restoranının yaxınlığında xidmətdə olan zaman, həmin ərazidə yerləşən meşəlikdən ağac doğranması səsini eşitmişdirlər və dərhal həmin meşəliyə daxil olmuşdurlar. Onlar meşəyə baxış keçirən zaman, sonradan adı onlara məlum olan Şahid6 həmin meşədə ağacları doğradığını müəyyən etmişdirlər. Onlar yaxınlaşaraq, özlərini təqdim etmiş və nə üçün qanunsuz olaraq ağaclarını kəsdiyini ondan soruşmuşdurlar. Həmin şəxs ağacları Qubat adlı şəxs üçün kəsdiyini, sadəcə olaraq pul qarşılığında həmin ərazidə fəhlə kimi işlədiyini, Qubat adlı şəxsin deməsinə görə rəsmi icazə aldığını bildirmişdir. Bu səbəbdən də, müvafiq araşdırma aparılması üçün, həmin şəxsi Şamaxı RPŞ-nə dəvət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Şamaxı rayonu Günəşli bələdiyyəsinin müraciəti əsasında, xx.xx.2022-ci il tarixdə onlar əməkdaşlar ilə birlikdə “Xanbağı” restoranının yaxınlığında yerləşən meşəlik əraziyə baxış keçirmişlər. Əraziyə baxış keçirən zaman müəyyən etmişdirlər ki, taxıllıq olan ərazidən hər hansı bir şəxs tərəfindən yol açılıb və meşənin giriş hissəsindən başlayaraq, ağaclar kəsilmişdir. Şamaxı rayon Günəşli bələdiyyəsinin ərazisində yerləşən meşəlik olan sahəyə baxış keçirilən zaman, hər birinin dəyəri 120 manat olmaqla, diametri 10 sm olan 04 ədəd palıd ağacı, hər birinin dəyəri 120 manat olmaqla, diametri 12 sm olan 30 ədəd palıd ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 14 sm olan 29 ədəd palıd ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 16 sm olan 40 ədəd palıd ağacı, hər birinin dəyəri 180 manat olmaqla, diametri 18 sm olan 10 ədəd palıd ağacı, hər birinin dəyəri 180 manat olmaqla, diametri 20 sm olan 13 ədəd palıd ağacı, hər birinin dəyəri 200 manat olmaqla, diametri 24 sm olan 06 ədəd palıd ağacı, hər birinin dəyəri 300 manat olmaqla, diametri 30 sm olan 02 ədəd palıd ağacı, hər birinin dəyəri 300 manat olmaqla, diametri 32 sm olan 02 ədəd palıd ağacı, hər birinin dəyəri 120 manat olmaqla, diametri 10 sm olan 06 ədəd göyrüc ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 16 sm olan 03 ədəd göyrüc ağacı, hər birinin dəyəri 180 manat olmaqla, diametri 18 sm olan 02 ədəd göyrüc ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 14 sm olan 02 ədəd qarağac ağacının kəsildiyi və ümumilikdə 22.800 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bununla bağlı, akt tərtib edilmişdir. Həmin ağacları təxminən 2-3 gün ərzində kəsib aparmaq mümkündür. Çünki kəsilən ağaclar iri həcmli ağaclar olmamışdır. Daha sonra məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs adlı şəxs həmin ərazidən ağac kəsib aparan zaman, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. O, heyvandarlıqla məşğuldur və saxladığı heyvanların südünü və həmin süddən hazırladığı qatığı satır. Muğanlı kəndində yaşadığından, demək olarki oktyabr ayının əvvəllərindən etibarən onlar odundan istifadə edirlər. Odundan istifadə etməkdə məqsədləri isə, qazın tez-tez kəsilməsi və yaxud da, qazın təziqinin zəif olmasıdır. Qaz zəif olduğu zaman, o, qazın üzərinə odun qoyur ki, yeməyini bişirsin, həmçinin evi qızdırsın. Oğlu Təqsirləndirilən şəxs bu məqsədlə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində onların özlərinə məxsus “UAZ” markalı avtomobil ilə bir neçə dəfə evə odun gətirmişdir. Onlar həmin odunları haradan gətirməsini soruşduqda, Qubat onlara bu barədə heç bir məlumat verməmişdir. Qubatın Şamaxı rayonu Günəşli kəndinə gedən yolun üzərində yerləşən “Xanbağı” restoranının yaxınlığındakı meşədən ağacları kəsdirməyindən onun hər hansısa bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Hadisə yerinə baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu “Xanbağı” restoranının yaxınlığında yerləşən meşəlik əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Şahid6 yanında fəhlə kimi işlədərək, meşədə olan ağacların bir hissəsini kəsdirib aparmışdır. Bu barədə videogörüntü çəkilərək protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi üzrə Ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 75466 saylı aktda göstərilmişdir ki, Şamaxı rayonu Günəşli bələdiyyəsinin ərazisində yerləşən meşəlik olan sahəyə baxış keçirilən zaman, hər birinin dəyəri 120 manat olmaqla, diametri 10 sm olan 04 ədəd palıd ağacı, hər birinin dəyəri 120 manat olmaqla, diametri 12 sm olan 30 ədəd palıd ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 14 sm olan 29 ədəd palıd ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 16 sm olan 40 ədəd palıd ağacı, hər birinin dəyəri 180 manat olmaqla, diametri 18 sm olan 10 ədəd palıd ağacı, hər birinin dəyəri 180 manat olmaqla, diametri 20 sm olan 13 ədəd palıd ağacı, hər birinin dəyəri 200 manat olmaqla, diametri 24 sm olan 06 ədəd palıd ağacı, hər birinin dəyəri 300 manat olmaqla, diametri 30 sm olan 02 ədəd palıd ağacı, hər birinin dəyəri 300 manat olmaqla, diametri 32 sm olan 02 ədəd palıd ağacı, hər birinin dəyəri 120 manat olmaqla, diametri 10 sm olan 06 ədəd göyrüc ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 16 sm olan 03 ədəd göyrüc ağacı, hər birinin dəyəri 180 manat olmaqla, diametri 18 sm olan 02 ədəd göyrüc ağacı, hər birinin dəyəri 150 manat olmaqla, diametri 14 sm olan 02 ədəd qarağac ağacı, cəmi 22.800 manat dəyərində ağacların qanunsuz kəsilməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ejspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8205 saylı ekspert rəyindən görünür ki, 6 saylı ərazi üzrə Ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 75466 saylı akta əlavə edilmiş cədvələ əsasən, 4 ədəd d=10sm, 30 ədəd d=12 sm, 29 ədəd d=14 sm, 40 ədəd d=16 sm, 10 ədəd d=18 sm, 13 ədəd d =20 sm, 6 ədəd d=24 sm, 2 ədəd d=30 sm, 2 ədəd d=32sm palıd cinsli ağaclar, 6 ədəd d=10sm, 3 ədəd d=16 sm, 2 ədəd d=18 sm göyüş cinsli ağaclar, 6 ədəd d=10 sm qarağac cinsli ağaclar olmaqla, ümumilikdə 153 ədəd ağac olmaqla, kök boğazından kəsilərək (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 23.400 manat müəyyən edilmişdir. İş materiallarında olan müstəntiq tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə əlaqədar zərurət yarandığından, ekspertlə əlaqə saxlanılaraq, ifadə verməsi üçün, Şamaxı RPŞ-yə dəvət edilsə də, sonuncu işlərinin çoxluğu ilə əlaqədar gələ bilməyəcəyini deyib, texniki səhv olaraq ekspert rəyində qarağac cinsindən olan ağacların sayının 6 ədəd göstərildiyini, həmin ağacların isə əslində 2 ədəd olduğunu və ümumilikdə dəymiş ziyanın məbləğinin 22.800 manat olmasını bildirmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş materialları ilə Şamaxı rayonu Günəşli bələdiyyəsinə dəymiş ziyanın məbləğinin 22.800 manat müəyyən olunması nəzərə alınmışdır. İş materiallarında olan 6 saylı RETSİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Şirvan kəndi ərazisində yerləşən meşəlik ərazidən kəsilən ağacların xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək olan müddət ərzində kəsilməsi mümkündür. Həmçinin, həmin meşədən kəsilən ağaclar ilə Təqsirləndirilən şəxs evinin həyətində olan ağaclar eynilik təşkil edir və kəsilməsi qeyd oluna tarixə uyğundur. İş materiallarından görünür ki, hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs tərəfindən kəsdirilmiş 24 ədəd ağaclar iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı rayonu Günəşli bələdiyyəsinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Şamaxı rayonu Muğanlı kəndində yerləşən Şahid5 məxsus evin həyətində yığılmış, Şamaxı rayonu Günəşli bələdiyyəsinə məxsus ərazidən kəsilmiş 53 ədəd ağaclar iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, hadisə yerindən götürülmüş və ağacların kəsilməsində istifadə edilmiş “STİHL MS 230” markalı elektrik mişarı və bir ədəd balta iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:25-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək, dərhal saxlandığı Şamaxı RPŞnin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materaillarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Əli, xx.xx.2012-ci il təvəllüdlü Nihat və xx.xx.2016-cı il təvəllüdlü Mələk adlı uşaqları vardır. İş materiallarında olan Şamaxı rayon İHB-nin Muğanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 müharibəsində iştirak edərək, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını, ailə üzvünün Vətən müharibəsi iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Şamaxı rayonu, Günəşli kəndinin ərazisində yerləşən meşəlik sahədən doğranmış 24 ədəd ağacların Şamaxı rayonu Günəşli bələdiyyəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs saxlanılan 53 ədəd doğranmış ağaclar Şamaxı rayonu Günəşli bələdiyyəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs məxsus bir ədəd “STİHL MS 230” markalı elektrik mişarın və bir ədəd baltanın sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Şamaxı rayonu, Günəşli kəndinin ərazisində yerləşən meşəlik sahədən doğranmış 24 ədəd ağacların Şamaxı rayonu Günəşli bələdiyyəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs saxlanılan 53 ədəd doğranmış ağaclar Şamaxı rayonu Günəşli bələdiyyəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs məxsus bir ədəd “STİHL MS 230” markalı elektrik mişarın və bir ədəd baltanın sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-30/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-30/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver