Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-30/2024 10.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs-Şamaxı rayon X3 nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1959-cu ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2019-cu ilin payız aylarından başlayan ağacların əkilməsi mövsümündən etibarən davamlı olaraq vahid niyyətlə Şamaxı rayon X3 mülkiyyətinə aid olmaqla rayonun Birinci Çaylı kəndi ərazisində yerləşən və özünün evinin qarşı tərəfindəki ərazidə 0,068 (sıfır tam mində altmış səkkiz) hektar ölçüdə ictimai tikili altı torpaq sahəsini dəmir torla hasarlayaraq, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qəsdən özbaşına tutub hasarlamış, həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkib becərmiş, yəni torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə il əvvəl onun evinin qarşı hissəsində yolun kənarında kənd bələdiyyəsinə aid istifadə edilməyən və zibil tökülmüş 0,07 ha (07 sot) torpaq sahəsi daim zibilli olduğuna görə, Birinci Çaylı kənd icra nümayəndəsi olan Şahid2 ona 10 ədəd yolka ağacı verib, həmin 0,07 ha (07 sot) torpaq sahəsində əkib qeyd edilən ərazini abadlaşdırmağını bildirmiş, bununla bağlı kəndin məktəb direktoru və Güliyev Fazil də ona bu barədə bildirmişdilər ki, həmin ərazi zibillik olduğundan ərazini təmiz saxlasın. O da buna görə həmin 10 ədəd yolka ağacını qeyd edilən əraziyə əkib zibilləri təmizləmiş, daha sonra özü bazardan aldığı 10 ədəd üzüm, 10 ədəd heyva, 02 ədəd ərik və 02 ədəd gilas ağac tinglərini həmin əraziyə əkmiş, əkdiyi ağacları becərib yetişdirmiş, eləcə də ərazini təmizləyib abadlaşdırmışdır. Bundan sonra, həmin əkdiyi ağaclara yol ilə keçən heyvanların dəyib ağacları yeməməsi üçün, əkdiyi ağacların yol tərəfdən ətrafını metal tel çəpərlə (setka) düzəldib çəpərləmişdir. Bundan sonra hər il ağaclara qulluq etmiş, o, həmin ərazini bilərəkdən özü istifadə etmək üçün zəbt etməmişdir. Həmin ərazidə özü heyvanlarının peyinini həmin çəpərlədiyi əraziyə 2023-cü ildə töküb yığmışdır. O, həmin ərazidə 2019-cu ildən sonra şam ağacları, şaftalı və bu tipli ağacları əkmişdir. Kəndin icra nümayəndəsinin birbaşa xahişi ilə, eləcə də kəndin məktəb direktoru, Güliyev Fazil adlı şəxslərin sifarişi ilə o, 07 sot torpaq sahəsində həmin ağacları əkmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, həmin sahəni zəbt etməmiş, həmin sahə ona X6 tərəfindən verilmişdir. Belə ki, 2004-2005-ci illərdə Birinci Çaylı kəndində məktəb tikilərkən o, özünə məxsus olan torpaq sahəsini məktəbə vermiş, bələdiyyə isə onun yerinə bu torpağı ona vermişdir. Bununla bağlı bələdiyyənin aktı da olmuşdur ki, onu da istintaqa təhvil vermişdir. Ona torpaq ayrılmasına dair bələdiyyə aktı uzun müddətdir ki ondadır. xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularkən həmin aktla bağlı heç bir izahat verməməsinin və təqdim etməməsinin səbəbi bu barədə ondan soruşulmamasıdır. Bu torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə aktının əsli onda yoxdur, harada olmasını isə bilmir. Onda yalnız həmin aktın surəti var. Həmin torpaq sahəsini imkanı olmadığından indiyədək adına rəsmiləşdirməmişdir. Ümumiyyətlə bu cinayət işi başlananadək ona bu torpağı zəbt etməsi ilə bağlı heç bir söz deyilməmişdir. Hazırda da həmin torpağı əkir, həmin torpağı təhvil verməmişdir. Həmin torpaq sahəsi ona 2006-cı ildən verildiyi halda kəndin icra nümayəndəsi Şahid2 4-5 il əvvəl ona ağac verib həmin torpaq sahəsi apablaşdırmasını tapşıranadək həmin torpaq sahəsini abadlaşdırmamasının səbəbini bilmir. Kənd bələdiyyəsi tərəfindən həmin torpaq sahəsi 2006-cı ildən ona verilsə də, oranı yalnız son illər abadlaşdırmağa başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Şamaxı rayon X3 nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, hazırda Şamaxı rayon X3 sədri işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onunla münasibəti normal olmuşdur. O, bələdiyyə sədri işlədiyi müddətdə və ondan əvvəl, digər həmkəndliləri kimi, Təqsirləndirilən şəxs ilə da arasında heç vaxtı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Birinci Çaylı kəndində evinin qarşı tərəfində olan, bələdiyyəyə məxsus 0,07 ha torpaq sahəsini təxminən 4 ildir ki, istifadə edir. Belə ki, həmin torpaq sahəsində Təqsirləndirilən şəxs bir çox ağacları əkərək həmin torpaq sahəsinin ətrafını da tor çəpərlə əhatələyib çəpərləmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini mütəmadi olaraq ağacları sulayıb qulluq edir. O, da bununla bağlı Təqsirləndirilən şəxs dəfələrlə bələdiyyəyə məxsus olan həmin torpaq sahəsini boşaltmasını və tor çəpəri sökməsini bildirsə də, o, onun tələblərinə tabe olmayaraq öz əməllərini, yəni zəbt etməsini bu gün də davam etdirir. O, xx.xx.2006-cı il tarixli 10 saylı qərardan çıxarış və həmin çıxarışa aid “Torpaqların alqısatqısına dair” AKT-la tanış olmuşdur. Rəhbərlik etdiyi bələdiyyədə belə bir sənəd yoxdur, ümumiyyətlə belə bir çıxarış və akt tərtib edilməmişdir. Həmin sənədlərin haradan əldə edilməsi və saxlanmasını bilmir. Təqsirləndirilən şəxs 0.07 ha, 0.08 ha torpaq sahəsi ayrılması barədə bələdiyyədə heç bir qeydiyyat yoxdur, yəni torpaq sahəsi ayrılmamışdır. Həmçinin həmin 0,07 ha torpaq sahəsi bələdiyyəyə məxsus olmaqla bələdiyyə mülkiyyətinə aid, yəni ictimai tikili altı torpaq sahəsidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.4-cü maddəsinə əsasən ictimai tikili altı torpaqların xüsusi mülkiyyətə verilməsinə yol verilmir. Bu da qeyd edilən alqı-satqının mümkünsüzlüyünü təsdiqləyir. Təqsirləndirilən şəxs istifadə etdiyi 07 sot torpaq sahəsi bələdiyyə torpağıdır, icra nümayəndəsinin həmin torpaq sahəsi ilə bağlı hər hansı bir qərar vermək, istifadə edilməsinə göstəriş vermək hüququ yoxdur. Görünür ki, Təqsirləndirilən şəxs yalandan həmin torpaq sahəsi ilə bağlı həmin məlumatları bildirmişdir. Məhkəmə İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun icra nümayəndəsi olduğu Birinci Çaylı kəndinin sakinidir. Münasibəti normal olmuşdur. Dəqiq dörd il bundan əvvəl rayon icra hakimiyyətindən onların nümayəndəliyə, eləcə də başqa nümayəndəliklərə abadlaşma üçün yolka ağacları əkilməsi üçün verilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs özü nümayəndəliyə gəlib dəqiq xatırlamadığı sayda, ola bilsin 10 ədəd yolka ağacı götürmək istədiyini bildirmiş, o, da ona yolka ağaclarından götürməsinə icazə vermiş, lakin ona ağacları konkret harada əkməsini bildirməmiş, sadəcə söyləmişdir ki, “Mahir, ağaclardan götür, harada məsləhət bilirsən yolqırağı yerdə abadlaşma üçün ək”. Lakin, o, Təqsirləndirilən şəxs konkret olaraq evin qarşı əks tərəfində olan bələdiyyəyə məxsus 0.07 ha torpaq sahəsində ağac əkməsini bildirməmiş, çünki həmin torpaq sahəsi bələdiyyənin ərazisi olmuşdur və onların icra nümayəndəliyi kimi həmin torpaq sahəsi ilə bağlı qərar vermək hüququ yoxdur. Həmin torpaq sahəsində ağac əkilməsini o, Təqsirləndirilən şəxs bildirməmişdir. Onun barəsində bildirdikləri yalan məlumatlardır. Ola bilsin ki, Təqsirləndirilən şəxs özünə haqq qazandırmaq üçün onun barəsində belə bir məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı rayon Ərazi Şöbəsinin Torpaqların İdarə Edilməsi və X1 müdiri işləyir, hazırki cinayət işi üzrə mütəxəssis qismində dəvət edilmiş və həmin iş üzrə Təqsirləndirilən şəxs torpaq sahələrini zəbt etməsi ilə bağlı tərəfindən aparılmış tədqiqat zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahələrinə keçirilmiş baxışlara əsasən tərəfindən müəyyən olunmuşdur ki, Şamaxı rayonu X6nə məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən özünün evinin qarşı tərəfindəki ərazidə təxminən 0.07 ha torpaq sahəsi dəmir torla çəpərlənərək müxtəlif növ ağaclar əkilmişdir, həmin torpaq sahəsindən istifadəyə dair Təqsirləndirilən şəxs hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq istifadə etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2004-cü ildən 2019-cu ilədək Birinci Çaylı kənd icra nümayəndəsi işləmişdir. Onun işlədiyi dövrdə bu torpaq söhbəti olmuşdur. Belə ki, 2004 və 2005-ci ildə kənddə məktəb binasının təməli qoyulanda məktəbin tikilməsi üçün torpaq sahəsi az idi. Həmin vaxt icra başçısı məsləhət görmüşdür ki, həmin məktəbin tikilməsi üçün ən azı 1 ha torpaq sahəsi ayrılsın. Həmin vaxt Təqsirləndirilən şəxs öz torpağının bir hissəsini məktəb tikintisinə ayrılmasına razılıq vermişdir. Həmin vaxt danışıq olmuşdur ki, bunun yerinə Mahirə kənddə evinin yaxınlığındakı torpaq verilsin. Lakin sonradan Təqsirləndirilən şəxs torpaq sahəsinin verilib-verilməməsini, həmin torpağın onun adına sənədləşdirilib-sənədləşdirilməməsindən məlumatı yoxdur. İşlədiyi vaxt belə bir şey eşitməmişdir. Həmin dövrdə Birinci Çaylı kəndinin bələdiyyəsi işləmiş şəxs sonradan dünyasını dəyişmişdir. Vətəndaşa torpaq sahəsinin ayrılması bələdiyyənin səlahiyyətindədir. Torpaq sahəsinin ayrılması barədə göstəriş və tapşırıq bələdiyyədə olmuşdur. Həmin torpaqlar bələdiyyənin mülkiyyətində olan torpaqlar idi. Sənədləşmə bələdiyyə ilə vətəndaş arasında olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və zərərçəkmiş şəxs qismində tanınma haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, HK-1-609/2023 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüş, Şamaxı rayonu X6nə məxsus torpaq sahələri zəbt edilməklə, həmin bələdiyyəyə maddi ziyan vurulduğuna görə, iş üzrə Şamaxı rayonu X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası X3 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərarından çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 0,08 ha torpaq sahəsi satılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı rayonu, 1-ci Çaylı kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısıdır. Həmin əraziyə baxış keçirilən zaman təxminən 0,07 hektar torpaq sahəsinin dəmir setka ilə çəpərləndiyi, həmin çəpərlənmiş ərazinin daxilində müxtəlif növ ağaclar əkildiyi, həmçinin divarın dibinə və ağacların yanına heyvan peyini töküldüyü müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Şamaxı rayonunun Çaylı kəndində JN 0109 nömrəli dövlət aktına əsasən 0,09 ha kənd təsərrüfatı təyinatlı, JN 103A nömrəli şəhadətnaməyə əsasən 0,35 ha ümumbirgə həyatyanı torpaq sahəsi vardır. 26 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində görünür ki, ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin tədqiqi, müvafiq xəritələr və xüsusi qurğular vasitəsilə torpaq sahəsinə keçirilmiş baxışlara əsasən müəyyən olunmuşdur ki, Şamaxı rayonu X6nə məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən özünün evinin qarşı tərəfindəki ərazidə təxminən 0,07 ha torpaq sahəsi dəmir torla çəpərlənərək müxtəlif növ ağaclar əkmiş, həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmadan qanunsuz olaraq zəbt edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli **********70 nömrəli məktubundan görünür ki, Şamaxı RPŞ-nin İstintaq Bölməsində istintaq edilən ********* nömrəli cinayət işinin materialları ilə bağlı daxil olmuş müraciətdə Təqsirləndirilən şəxs Şamaxı rayonunun Birinci Çaylı kəndi ərazisində özünün evinə yaxın ərazidə təxminən 0,07 ha torpaq sahəsini dəmir torla çəpərləyərək müxtəlif növ ağaclar əkmiş, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan istifadə etməsi göstərilmişdir. Həmin torpaq sahəsinin konkret olaraq hansı ərazidə yerləşməsi, əvvəllər icarəsində olan torpaq sahəsinin ərazisində yerləşib-yerləşməməsi, dəqiq koordinatlarının müəyyən olunması məqsədilə torpaq sahəsinin yerləşdiyi əraziyə ibtidai istintaqı aparan müstəntiqin iştirakı ilə xüsusi qurğudan istifadə etməklə baxış keçirilməsilə əlaqədar nümayəndənin ayrılması barədə məktubunuza "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, sözügedən torpaq sahələrinə naturada baxış keçirilmiş və koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada aparılmış çöl ölçmə işlərinin nəticəsi Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən araşdırılaraq aşağıdakılar müəyyən olundu: məktubda qeyd olunan 0,07 ha torpaq sahəsi naturada 0,068 ha təşkil etməklə bələdiyyə mülkiyyətinə aid (ictimai tikili altı torpaqlar) torpaq sahəsidir. 0,01 ha kimi qeyd olunan torpaq sahəsi naturada 0,011 ha təşkil etməklə bələdiyyə mülkiyyətinə aid (ictimai tikili altı torpaqlar) torpaq sahəsidir. 4,0 ha kimi qeyd olunan torpaq sahəsi naturada 3,70 ha təşkil edir və bələdiyyə mülkiyyətinə aid kəndin perespektiv inkişafı üçün ayrılmış torpaq sahəsidir. Sözügedən torpaq sahələrinə aid Ərazi İdarəsində heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmadı. Şamaxı rayonu X6 tərəfiindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 02 saylı məktubdan görünür ki, Şamaxı rayonu Birinci Çaylı kənd sakini Təqsirləndirilən şəxs adına Şamaxı rayonu X6 tərəfindən torpaq sahəsi satılmamışdır, torpaq sahəsi ayrılmamışdır, onun adına torpaq sahəsinin satılmasını göstərən alqı-satqı sənədi bələdiyyədə qeydiyyata alınmamışdır, həmin sənədin necə tərtib edilməsi barədə məlumatımız yoxdur. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.4-cü maddəsinə əsasən, ictimai tikilialtı torpaqların xüsusi mülkiyyətə verilməsinə yol verilmir, bu da qeyd edilən torpaq sahəsinin alqı-satqının mümkünsüzlüyünü təsdiqləyir. Eləcə də 2010-cu ildən əvvəlki illərə aid bələdiyyə sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şamaxı filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/283 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon Ərazi Şöbəsinin Torpaqların İdarə Edilməsi və X1 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Şamaxı rayon X6nə məxsus olan 0,07 ha torpaq sahəsinin, Birinci Çaylı bələdiyyə binasının yerləşdiyi əraziyə yaxın ərazidə təxminən 0,01 ha torpaq sahəsinin və X3 idarə binasının yaxılığında əkin sahələrinin yanında bələdiyyənin perspektiv inkişafı üçün nəzərdə tutulmuş 4(dörd) ha torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X10 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon 1-ci Çaylı bələdiyyəsinin torpaq sənədləri X10 filialına təhvil verilməmişdir. Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 yanvar 2024-cü il tarilxi 5-75-19/2-09/2023 saylı arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arvadı xx.xx.1965-ci il təvəllüdlü X4, oğlu xx.xx.2002-ci il təvəllüdlü X5 ilə Şamaxı rayonu, Birinci Çaylı kəndində qeydiyyatdadır və yaşayır, ailəlidir. Həmin nümayəndəlikdən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət yönümdə xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 yanvar 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsindən həmin Məcələnin 188.1-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsi ilə elan edilmiş ittihama və məzmununa dəyişiklik edilərək, ona Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, DTXK-nın Şamaxı rayon şöbəsi ləğv edildikdən sonra torpaqayırma sənədləri və ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsinin möhürü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə təhvil verilməmişdir. Şamaxı rayonu X3 15 aprel 2024-cü il tarixli, 12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs satıldığ qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsinə aid göstərilən 30 oktyabr 2006-cı il tarixli 10 saylı qərar barədə məlumat X6ndə mövcud deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X10 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon 1-ci Çaylı bələdiyyəsinin heç bir sənədi X10 filialına təhvil verilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin, şahidlərin məhkəmədə səsləndirdiyi və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşı, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşı, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat saat hüquqi yardım göstərməsinə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinərək 8500 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınsın və Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 8200 (səkkiz min iki yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat saat hüquqi yardım göstərməsinə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-30/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-30/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver