Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-30/2025 09.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət əməlini törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 17 fevral 2025-ci il tarixdə, saat 23 radələrində, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşərək onun saçından tutaraq başına dizilə bir dəfə zərbə endirmiş və nəticədə ona sağ göz orbitasının hematoması, gözün ağlı qışasına qansızma burun kökündə şişkinlik kimi ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmağa aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onların qonşusudur. Əvvəllər münasibətləri yaxşı olub və aralarında heç bir davadalaş və münaqişə baş verməyib. Lakin son iki ay ərzində Zərərçəkmiş şəxs onun qızını X1na almaq məqsədilə onların evinə gəlib. Həyat yoldaşı qızını onlara verməyə razı olmayıb. Bu səbəbdən tərəflər arasında bir neçə dəfə mübahisələr baş verib. O, məsələnin böyüməməsi üçün qonşuluq münasibətlərini qorumağa çalışdığını qeyd edir.17 fevral 2025-ci il tarixində Təqsirləndirilən şəxs Ağamayı oğlu yaşadığı küçədə olarkən Zərərçəkmiş şəxs evinin qarşısından keçib. Bu zaman Zərərçəkmiş şəxs küçəyə çıxaraq onu qazlarına müdaxilə etməkdə ittiham edib və qeyri-etik ifadələr işlədib. Təqsirləndirilən şəxs Ağamayı oğlu isə gecə vaxtı olduğunu və artıq sakit danışmasını tövsiyə edib. Daha sonra onun yanına yaxınlaşaraq mübahisənin küçədə deyil, həyətində davam etdirilməsini təklif edib. Həyətə keçdikləri zaman Zərərçəkmiş şəxs yenidən nalayiq ifadələr işlədib. Bundan sonra Təqsirləndirilən şəxs Ağamayı oğlu onun saçından tutaraq bir dəfə diz ilə üzünə zərbə endirib. Hadisə zamanı orada olan azyaşlı Zəhra araya girib. Təxminən bir dəqiqə sonra qonşular Səmərqənd və Zəhra müdaxilə edərək onları ayırıblar. Sözsöhbətin böyüməməsi üçün Təqsirləndirilən şəxs Ağamayı oğlu hadisə yerindən uzaqlaşıb, Zərərçəkmiş şəxs qarşı əlavə hər hansı qanunsuz hərəkət etmədiyini bildirib. Hadisənin Zərərçəkmiş şəxs Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsi, ev 68-də yerləşən həyətində baş verdiyini və hadisə yerində Zərərçəkmiş şəxs, Səmərqənd və azyaşlı Zəhra ilə birlikdə olduğunu qeyd edib. Hadisənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirib.Təqsirləndirilən şəxs Ağamayı oğlu xəsarət almadığını və bu səbəbdən ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qonşusu Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olub, aralarında hər hansı ədavət və ya münaqişə olmayıb.X1 qonşusu Təqsirləndirilən şəxs qızı Aysunu istədiyi üçün 2025-ci ilin yanvar ayında elçi göndərmiş,lakin Qurban Alıyev bu evliliyə razılıq versə də, ailə üzvləri narazılıq etdikləri üçün məsələ baş tutmayıb. Bundan sonra tərəflər arasında bir neçə dəfə mübahisələr yaşanıb və həmin vaxtdan etibarən aralarında məsafə saxladıqlarını bildirir.Zərərçəkmiş şəxs 17 fevral 2025-ci il tarixində nəvəsi, 2015-ci il təvəllüdlü Zahra Niftəliyeva ilə birlikdə evdə olduğu zaman qaz təzyiqinin zəiflədiyini hiss etdiyini və kiminsə müdaxilə etdiyini düşündüyünü bildirir. Pilləkənin qarşısına çıxdıqda qonşusu Təqsirləndirilən şəxs qaz borusunun yanında gördüyünü və ona bu barədə iradını bildirdikdə Təqsirləndirilən şəxs aqressiv cavab verib və daha sonra birlikdə həyətə keçiblər. Bu zaman Təqsirləndirilən şəxs onun saçından tutaraq başına dizilə bir dəfə zərbə endirib və nəticədə sağ göz nahiyəsinin alt hissəsinə dizi dəymişdir.Hadisə zamanı nəvəsi X8 adlı qadını çağırıb. Hadisə şahidləri olan Səmərqənd və Zahra Təqsirləndirilən şəxs əlindən Zərərçəkmiş şəxs alıblar. Bundan sonra Təqsirləndirilən şəxs həmin yerdən qaçdıqdan sonra özü hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir.Hadisə zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət etməyib. Hadisənin Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsi, ev 68-də, yaşadığı evin həyətində baş verdiyini, hadisə zamanı Səmərqənd adlı qadının və nəvəsi Zahra Niftaliyevanın orada olduğunu qeyd edir. Hadisənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirir. Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X5 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur və əvvəllər münasibətləri yaxşı olub, aralarında heç bir ədavət və ya dava-dalaş olmayıb. Zahra Niftalıyevanın anası Ülviyyə Bakı şəhərində işlədiyi üçün o, nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 17 fevral 2025-ci il tarixində yaşadığı evdə nənəsi Zərərçəkmiş şəxs ilə olduğu vaxt evin qaz təchizatının zəiflədiyini hiss ediblər və kiminsə müdaxilə etdiyini düşünüblər. O və nənəsi pilləkənin qarşısına çıxıblar və yola baxarkən Qurbanın qaz sayğacının yanında olduğunu görüblər. X3 hərəkətlərindən şübhələndiyini bildirib. Şahid1 sözlərinə görə, həmin vaxt Qurban aqressiv cavab verib. Onlar birlikdə həyətə keçəndə Qurban onun nənəsinin saçından tutaraq başına dizilə bir dəfə zərbə endirib. Nəticədə, nənəsinin sağ gözünün alt hissəsi zərbədən zədələnib.Şahid1 hadisə baş verən an qonşuluqda yaşayan Səmərqənd adlı qadını çağırmaq üçün gedib. Səmərqənd hadisə yerinə gəldikdən sonra Zahra ilə birlikdə Qurbanın əlindən Zərərçəkmiş şəxs alıblar. Qurban onu buraxan kimi nənəsinin həyətindən qaçıb. Daha sonra özünə gəldikdən sonra baş vermiş hadisə ilə bağlı nənəsi Könül Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Onun sözlərinə görə, bundan başqa heç bir hadisə baş verməyib. Hadisə zamanı o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməyib.Hadisə Zərərçəkmiş şəxs Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsi, ev 68-də yerləşən həyətində baş verib. Hadisə yerində özündən başqa Qurban, Zərərçəkmiş şəxs, Səmərqənd olmuş, başqa heç kim olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam edib. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağamayıl oğlu və Zərərçəkmiş şəxs ilə münasibətləri hər zaman yaxşı olub, aralarında heç bir mübahisə, dava-dalaş yaşanmamışdır. Zərərçəkmiş şəxs vermiş olduğu müraciət ilə tanış olduğunu bildirir. O, əvvəllər Təqsirləndirilən şəxs Ağamayıl oğlu ilə X9 arasında qız üzərində mübahisələrin olduğunu bilirdi. Zərərçəkmiş şəxs X1na Təqsirləndirilən şəxs Ağamayıl oğlunun qızı Aysunu istəsə də, Qurban razı olmamışdır. Həmin vaxtdan aralarındakı münasibətlətləri yaxşı olmamışdır.17 fevral 2025-ci il tarixində Şahid2 evdə olduğu zaman qonşuluqda yaşayan az yaşlı Zahra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Ağamayıl oğlu ilə nənəsi Zərərçəkmiş şəxs mübahisə edir. Şahid2 hadisə yerinə keçərək, Qurbanın Zərərçəkmiş şəxs saçından tutaraq başına dizini vuruşunun şahidi olmuşdur. Bu zaman Qurbanın dizinin sağ göz nahiyyəsinin alt hissəsinə dəydiyini qeyd edir. Şahid2 və Zahra, Qurbanın əlindən Zərərçəkmiş şəxs almışlar.Daha sonra Qurban hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs özünə gəldikdən sonra hadisə barədə Şamaxi Rayon Polis Şöbəsinə müraciət etmişdir.Həmin hadisə zamanı Təqsirləndirilən şəxs Ağamayıl oğluna qarşı heç bir qanunsuz hərəkət etməmişdir.Hadisə Zərərçəkmiş şəxs Samaxi şəhəri, Hüseyn Ciddi küçəsi, ev 68-də yerləşən evinin həyətində baş vermişdir. Hadisə zamanı yalnız Qurban, Zərərçəkmiş şəxs və Zahra olmuş, başqa heç kim iştirak etməmişdir.Hadisə təxminən 10- 15 dəqiqə ərzində davam etmişdir.Hadisə baş verən zaman Təqsirləndirilən şəxs Ağamayıl oğlu ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 18 fevral 2025-ci il tarixli, 27 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ göz orbitasının hematoması,gözün ağlı qışasına qansızma burun kökündə şişkinlik küt əşya təsirindən törənməklə,17 fevral 2025ci il tarixdə törənməyə uyğun gəlməsi, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 mart 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxsin 04 mart 2025-ci il tarixli, 18-1-72/2-362/2025 saylı məktubundan görünür ki, Şamaxı şəhəri, H.Cavid küçəsi, ev 68-də yaşayan Aliyev X6 RMX-nın Narkoloji və Ruhi Əsəb kabinetlərində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-30/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-30/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver