Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-32/2022 06.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxx 2000-ci ildə Laçın rayonu, Qarakeçdi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxxx 1999-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, M.Ə.Əfəndiyev küçəsi, 27 saylı evdə qeydiyyatda olmaqla, həmin evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; 15 avqust 1998-ci ildə Ağsu rayonu, Padarqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağsu rayonu, Padarqışlaq kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Kiçik Xınıslı kəndində yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarilxi 4(012)-42/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixə keçən gecə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan tövlənin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 170 (yüz yetmiş) manat dəyərində olan cəmi 22 (iyirmi iki) baş xırdabuynuzlu heyvanları - qoyunları gizli olaraq oğurlayıb aparmaqla, cəmi 3740 (üç min yeddi yüz qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 avqust 2021-ci il tarixdə saat 22 radələrində Şamaxı şəhəri ərazisində “Yəhudi” qəbiristanlığının arxasında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 147 (bir yüz qırx yeddi) manat dəyərində olan cəmi 32 (otuz iki) baş xırdabuynuzlu heyvanları - qoyunları və 96 (doxsan altı) manat dəyərində 01 (bir) baş xırdabuynuzlu heyvanı - keçini gizli olaraq oğurlayıb aparmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 avqust 2021-ci il tarixdə saat təxminən 23 radələrində Ağsu rayonunun Cəfərli kəndinin çöl ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin arxa hissəsinin dəmir torunu açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus hər biri 1000 (min) manat dəyərində olan cəmi 08 (səkkiz) baş iribuynuzlu heyvanları – inəkləri və həmin fermada çoban işləyən Zərərçəkmiş şəxs5 məxsus 1000 (min) manat dəyərində olan 01 (bir) baş iribuynuzlu heyvanı – inəyi gizli olaraq oğurlayıb aparmaqla, xeyli miqdarda, yəni 9000 (doqquz min) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 sentyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 400 (dörd yüz) manat dəyərində olan cəmi 03 (üç) baş xırdabuynuzlu heyvanları - qoçları, hər biri 100 (yüz) manat dəyərində olan cəmi 02 (iki) baş xırdabuynuzlu heyvanları – keçiləri, hər biri 165 (yüz altımış beş) manat dəyərində olan cəmi 52 (əlli iki) baş xırdabuynuzlu heyvanları - qoyunları gizli olaraq oğurlayıb aparmaqla, xeyli miqdarda, yəni 9980 (doqquz min doqquz yüz səksən) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 05 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixə keçən gecə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan tövlənin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 170 (yüz yetmiş) manat dəyərində olan cəmi 22 (iyirmi iki) baş xırdabuynuzlu heyvanları - qoyunları gizli olaraq oğurlayıb aparmaqla, cəmi 3740 (üç min yeddi yüz qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 avqust 2021-ci il tarixdə saat 22 radələrində Şamaxı şəhəri ərazisində “Yəhudi” qəbiristanlığının arxasında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 147 (bir yüz qırx yeddi) manat dəyərində olan cəmi 32 (otuz iki) baş xırdabuynuzlu heyvanları - qoyunları və 96 (doxsan altı) manat dəyərində 01 (bir) baş xırdabuynuzlu heyvanı - keçini gizli olaraq oğurlayıb aparmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 avqust 2021-ci il tarixdə saat təxminən 23 radələrində Ağsu rayonunun Cəfərli kəndinin çöl ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin arxa hissəsinin dəmir torunu açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus hər biri 1000 (min) manat dəyərində olan cəmi 08 (səkkiz) baş iribuynuzlu heyvanları – inəkləri və həmin fermada çoban işləyən Zərərçəkmiş şəxs5 məxsus 1000 (min) manat dəyərində olan 01 (bir) baş iribuynuzlu heyvanı – inəyi gizli olaraq oğurlayıb aparmaqla, xeyli miqdarda, yəni 9000 (doqquz min) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 sentyabr 2021-ci il tarixdə saat 23:30 radələrində Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 400 (dörd yüz) manat dəyərində olan cəmi 03 (üç) baş xırdabuynuzlu heyvanları - qoçları, hər biri 100 (yüz) manat dəyərində olan cəmi 02 (iki) baş xırdabuynuzlu heyvanları – keçiləri, hər biri 165 (yüz altımış beş) manat dəyərində olan cəmi 52 (əlli iki) baş xırdabuynuzlu heyvanları - qoyunları gizli olaraq oğurlayıb aparmaqla, xeyli miqdarda, yəni 9980 (doqquz min doqquz yüz səksən) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 avqust 2021-ci il tarixdə saat 22 radələrində Şamaxı şəhəri ərazisində “Yəhudi” qəbiristanlığının arxasında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin qapısını açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan hər biri 147 (bir yüz qırx yeddi) manat dəyərində olan cəmi 32 (otuz iki) baş xırdabuynuzlu heyvanları - qoyunları və 96 (doxsan altı) manat dəyərində 01 (bir) baş xırdabuynuzlu heyvanı - keçini gizli olaraq oğurlayıb aparmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 avqust 2021-ci il tarixdə saat təxminən 23 radələrində Ağsu rayonunun Cəfərli kəndinin çöl ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermanın həyətinə gəlib saxlanc yeri olan qəhəlin arxa hissəsinin dəmir torunu açıb qanunsuz olaraq içəri daxil olduqdan sonra, oradan vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus hər biri 1000 (min) manat dəyərində olan cəmi 08 (səkkiz) baş iribuynuzlu heyvanları – inəkləri və həmin fermada çoban işləyən Zərərçəkmiş şəxs5 məxsus 1000 (min) manat dəyərində olan 01 (bir) baş iribuynuzlu heyvanı – inəyi gizli olaraq oğurlayıb aparmaqla, xeyli miqdarda, yəni 9000 (doqquz min) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, onunla yaxın dostur, o, əsasən Şəhriyar qəsəbəsində yaşasa da, arabir Musagil yaşayan evlə qonşuluqda yerləşən evdə də yaşayır, Musa və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 05 avqust 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı məhəllədə dostu Musa ilə birlikdə dayanıb söhbət edən zaman qərara gəlmişlər ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən fermada məskunlaşmış Calala məxsus xırdabuynuzlu heyvanları oğurlayıb satsınlar, özlərinə xərcləmək üçün pul əldə etsinlər. Danışıb razılaşdıqdan sonra, 05 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixə keçən gecə saat 01 radələrinə kimi Musa ilə ikisi məhəllələrində söhbət etmişlər, artıq 06 avqust 2021ci il tarixdə, saat 01:15 radələrində onlar, yəni o, və Musa Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən fermaya piyada getmişlər. Həmin vaxt Musa və o, ətrafa baxıb orada heç kimin olmadığına tam əmin olduqdan sonra fermada olan tövlənin dəmirdən olan qapısının yanına gəlmişlər, qapının yanına gəldikdən sonra Musa tövlənin qapısını açmış və onlar Musa ilə tövlənin içərisinə daxil olmuşlar. Tövlənin içərisinə daxil olduqdan sonra tövlədə olan 2 baş erkək, 3 baş dişi və 17 baş ana qoyun olmaqla ümumillikdə 22 baş xırdabuynuzlu heyvanları tövlədən çölə çıxartmışlar. Musa ilə heyvanları fermadan çıxartdıqdan sonra dağ yolu ilə gedərək gündüz vaxtı da hərəkət etmişlər və Ağsu rayonu, Bico kəndinə çatmışlar, həmin vaxtı artıq 06 avqust 2021-ci il tarixdə, saat 22 radələri olardı. Ağsu rayonu, Bico kəndinə çatdıqdan sonra, orada tanımadıqları kənd camaatından yük daşımaq üçün kimdə Qazel markalı yük avtomobilinin olduğunu soruşmuşlar. Qazel markalı yük avtomobilini soruşmaqda məqsədləri Calala məxsus oğurladıqları həmin 22 baş xırdabuynuzlu heyvanları həmin avtomobillə Ağdaş rayon heyvanların alqı-satqısı bazarına aparmaq olmuşdur. Onlara kənd camaatından bir nəfər Qazel markalı yük avtomobili olan şəxsin evini göstərmişdir. Həmin vaxt Musa və o, həmin evə getib qapını döymüşlər. Qısa bir vaxtdan sonra bir cavan oğlan çölə çıxmışdır. Həmin vaxt onlar adını bilmədikləri həmin oğlanla söhbət edən zaman ona bildirmişlər ki, onların 22 baş xırdabuynuzlu heyvanları var, özlərinindür, ehtiyaca görə satmalıdırlar, onları onun Qazel markalı yük avtomobili ilə Ağdaş rayon heyvanların alqı-satqısı bazarına aparmaq lazımdır. Həmin şəxsin deməsinə görə adı Şahid10 olmuş, onunla danışandan sonra, o, onlarla razılaşmış və onlara bildirmişdir ki, həmin 22 baş xırdabuynuzlu heyvanları aparmaq üçün onlardan 140 (yüz qırx) manata yol pulu alacaq. Onlar onunla həmin məbləğin çox olduğunu danışıb ona məbləğdə onlara bir qədər hörmət edib aşağı qiymətə aparmasını xahiş etmişlər. Həmin Şahid10 onlara bildirmişdir ki, ən aşağı yeri 130 (yüz otuz) manata aparar. Onlar da həmin şəxslə razılaşmışlar, heyvanları artıq 23 radələrində Şahid10 Qazel markalı yük avtomobilinə yükləmişlər və Ağdaş rayon heyvanların alqı-satqısı bazarına getmişlər. Artıq 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə keçən gecə, saat 03 radələrində onlar Ağdaş rayonu ərazisində yerləşən heyvanların alqı-satqısı bazarına çatmışlar. Onlar bazara çatdıqdan sonra sürücü Şahid10 Qazel markalı yük avtomobilini bazarın içəri tərəfinə sürmüş, o, və Musa həmin heyvanları bazara boşaltmışlar, Qazel markalı avtomobilin sürücüsü Şahid10la danışıb razılaşdığları kimi 130 (yüz otuz) manat pulu vermişlər və o, yük avtomobili ilə bazardan çıxıb getmişdir. Həmin vaxt bir neçə nəfər tanımadığları şəxslər gəlib onların bazara gətirdikləri xırdabuynuzlu heyvanlara baxmışlar. Onlar həmin oğurladıqları heyvanları tanımadıqları beş nəfər şəxslərə fərqli qiymətlərə olmaqla təxminən 120 (yüz iyirmi), 130 (yüz otuz) və 150 (yüz əlli) manata satmaqla ümumillikdə 3200 (üç min iki yüz) manat pul əldə etmişlər, yoldakı xərclərini çıxandan sonra pulu ikisi aralarında yarı bölmüşlər. Sonra Musa və o, həmin bazarın qarşısından tanımadığları VAZ-2106 markalı, dövlət qeydiyyat nişanı yadlarında qalmayan taksi avtomobilinə oturaraq oradan Göyçay rayonu Qaraməryəm kəndində gəlib orada düşərək oradan da tanımadığları VAZ-2107 markalı, dövlət qeydiyyat nişanı yadlarında qalmayan taksi avtomobilinə oturaraq Ağsu rayonuna gəlmişlər. Ağsu rayonuna çatdıqdan sonra oradan da tanımadıqları VAZ-2107 markalı, dövlət qeydiyyat nişanı yadlarında qalmayan avtomobilə oturaraq Şamaxı rayonuna gəlmişlər, rayonun ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə düşərək yaşadığları ünvana getmişlər. Yaşadıqları məhəllələrinə çatdıqdan sonra onların ikisi də hərəsi öz evinə getmişlər. Bundan başqa, 17 avqust 2021-ci il tarixdə, saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuşlar, bu vaxtı digər tanışları olan Təqsirləndirilən şəxs3 da onlarla birlikdə olmuşdur. Onlar birlikdə söhbət edib qərara gəlmişlər ki, oğurluq edib pul qazansınlar. Onlar əvvəllər bir dəfə Şamaxı şəhəri ərazisində yerləşən “Yəhudi” qəbiristanlığının arxasında yerləşən Zərərçəkmiş şəxs3 adlı şəxsə məxsus fermada çoxlu, təxminən 200 baş qoyun heyvanlarının saxlanmasını görmüşlər. Buna görə də, 17 avqust 2021-ci il tarixdə, saat 22 radələrində o, Musa və Babək birlikdə danışıb söhbətləşərkən razılaşmışlar ki, həmin yerdən oğurluq etsinlər. Bu məqsədlə həmin yerə piyada getmişlər. Ətrafdan baxanda orada təxminən 200 başa yaxın xırdabuynuzlu qoyun heyvanı olmasını görmüşlər. Həmin vaxtı, onlar ətrafa nəzər salaraq orada yaxınlıqda kənar heç kimin olmadığına əmin olduqdan sonra qoyunların yığıldığı qəhəlin qapısını açmışlar və tələsik bir neçə heyvanı qəhəldən çıxarmışlar. Daha sonra, qəhəldən çıxardığları 32 baş qoyunları və 1 baş keçini qarşılarına salaraq tələsik şəkildə aşağıda olan taxıllıq əraziyə aparmışlar və orada dayanmışlar, lakin qoyunları bazara aparıb satmaq üçün maşın tapa bilməmişlər. Bundan sonra bir neçə yerlə əlaqə saxlasalar da yük maşını tapa bilmədikləri üçün qərara gəlmişlər ki, onun qardaşı Vusal Mustafayevə zəng etsinlər, çünki qardaşı Vüsalın yük maşını olmuşdur, Vüsal gəlsin, onun maşını ilə heyvanları bazara aparsınlar. O, orada demişdir ki, “əgər qardaşım Vüsal gəlsə, gərək mən burda olmayam və qoyunları satmağa getməyəm, çünki, Vüsal məni burada görsə bizim qoyunları oğurladığımızı biləcək”. Buna görə də belə də razılaşmışlar və elə dedikləri kimi də olmuşdur. Musa Vüsala zəng etmiş, Vüsal da avtomobili ilə həmin yerə gəlmişdir. Vüsal gələnə kimi onun onu orada görməməsi üçün o, kənara çəkilib kolluqda bir yerdə gizlənmişdir. Vüsal gələndən sonra, Musa və Babək birlikdə Vüsalın maşınına qoyunları yığaraq satmaq üçün Salyan bazarına getmişlər. O, da evlərinə qayıtmışdır. Sonradan bilmişdir ki, Musa və Babək heyvanları müxtəlif şəxslərə müxtəlif qiymətlərə satıb, yekunda 3700 manat pul əldə etmişlər, həmin puldan 280 manatı qardaşı Vusala vermişlər, 120 manatını isə yolda xərcləmişlər. 18.08.2021-ci il tarixdə Şamaxı “Asan Xidmət” mərkəzinin yaxınlığında o, Babək və Musa ilə görüşmüş, 3 nəfərin arasında, yəni o,, Musa və Babəklə birlikdə hər biri 1100 manat pul olmaqla bölmüşlər, həmin pulu da xərcləmişlər. Bundan başqa, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 23 avqust 2021-ci il tarixdə bir yerdə olarkən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Babəkin əvvəllər işlədiyi Alxan adlı şəxsə məxsus fermadan heyvan oğurlamaq üçün yol maşını ilə Ağsu rayonu Cəfərli kəndi ərazisinə gəlib oğurluq edəcəkləri fermanın sahəsinə baxmışlar, fermanın sahəsinə baxarkən isə yolda və ferma istiqamətində heç kəsi görməmişlər və səhəri oğurluq edəcəklərini planlaşdırmışlar. 24 avqust 2021-ci il tarixdə, saat təxminən 23 radələrində Şamaxı şəhərində sürücüsünü tanımadığları və dövlət qeydiyyat nişanına fikir vermədikləri avtomobilə əyləşib onları Padar-Qışlaq avtomobil yoluna aparmasını bildirmişlər. Yol avtomobili ilə Ağsu rayonun Cəfərli kəndinin çöl sahəsinin yaxınlığından keçən beton kanalının yanında həmin avtomobildən yerə düşmüşlər. Sürücü çıxıb getmişdir. Orada Babək bildirmişdir ki, bu yerləri yaxşı tanıyır. Burada fermada çoban işləyib. O,, Musa ilə Babəkin arxasınca düşüb fermanın yerləşdiyi istiqamətdə gəlmişlər. Babək Alxan adlı şəxsə məxsus ferma ərazisinə daxil olduğu üçün onlar da onun arxasınca gələrək fermanın qəhəlinin yerləşdiyi istiqamətdə arxadan gəlmişlər. Ətrafda həmin vaxtı heç kəs olmamışdır. Fermanın qəhəlinin yerləşdiyi yerə arxadan gəldikləri üçün ətraf sakitçilik olmuş, itlər hürüşməmişdir. Babək fermanın iki binasına bitişik olan yerdə yerləşən qəhələ yaxınlaşıb tor setkanı ferma binasına bağlandığı hissədən açmış və o, yaxınlaşıb açılmış setkanı tutmuş, Musa ilə Babək qəhələ daxil olmuşlar. Qəhəlin içərisi işıqlı olmuşdur. Heyvanlar qəhəldən çıxdıqları üçün o, qəhəlin tor setkasını dartıb ferma binası tərəfdə dirək dəmir boruya bağlamış və qəhəlin çölündə olan heyvanların arasından iri buyunuzlu malları seçib qarşılarına qatıb yol ilə apardıqda heyvanların 12 (on iki) baş olmasını görmüşlər. Fermanın qəhəlindən çıxan digər heyvanlar isə fermanın qəhəlinin çölündə qalmışlar. Oğurladığları heyvanları qarşılarında çöl sahə ilə ipək yolu istiqamətində apararkən Babək telefonu ilə bir neçə avtomaşın sürücünə zəng edib heyvanı olmasını və həmin heyvanları aparmaq üçün avtomaşın lazım olmasını, bildirdiyi üçün o, soraqlaşıb Bərdə rayonundan heyvan daşıyan avtomaşın tapmış və həmin avtomaşının sürücüsü ilə danışdıqdan sonra ona bildirdiyi istiqamətə gəlməsini demişdir. Heyvanları qarşılarında apararkən qarşılarına bir ferma çıxmış və həmin fermada heç kəs olmamaşıdır. Ferma boş olmuş və heyvanları içərisində adam olmayan boş ferma ərazisində toplayıb kəndir axtarmağa başlamışlar ki, heyvanların başlarını bağlasınlar ki, qaçmasınlar. Orada kəndir və pres ipi tapıb oğurladığları heyvanlardan 3 baş heyvanın başlarını iplə bağlayıb əllərində qalsın deyə saxlamaq istəslər də fermanın ərazisindən əlavə ip tapa bilmədikləri üçün heyvanların hamısının başlarını bağlaya bilməmişlər. Fermada heyvanların başlarını göyümtül rəngli ip və kəndir ipi tapdığları üçün həmin iplərlə bağlamışlar. Heyvanların hamısını qarşılarında apararkən Babək tez-tez sürücü ilə əlaqə saxlayıb, onun harada olmasını və avtomaşını yolda harada saxlamasını bildirdikdən sonra onlar qarşılarında həmin 12 baş heyvanı yola çıxardıb yolda dayanmış yük avtomaşınına yüklədikdə sürücü və onun yanında olan şəxs bildirmişdir ki, bu hyevanlar kimindir və nəyə görə bu qədər heyvanları birdən aparırsız deyə soruşmuşdur. Orada bildirmişlər ki, fermada heyvan çoxdur və digər heyvanları saxlamaq üçün əlavə ot və sair yem almaq üçün seçib satdığların demişlər. Həmin vaxtı avtomaşına mindirmək istədikləri 3 baş heyvan onlardan birinin başında göy ip olan heyvan qaçmış və avtomaşına mindirə bilmədikdə avtomaşının sürücü həmin heyvanların qaçdığını və hara qaçdıqlarını dedikdə onu yayındırmaq üçün ferma yaxınlıqda olduğundan heç yerə getməyəcəklərini və fermaya qayıdacaqlarını bildirib sürücünü yenidən yayındırmışlar. Oğurlayıb aparmaq istədikləri həmin heyvanlardan 3 başı geriyə ferma istiqamətində qaçdığından 9 baş iri buynuzlu heyvanları ipək yolunda sürücüsünün tanımadığı ilk dəfə olmuşdur ki, orada gördüyü şəxsin Ateko markalı dövlət qeydiyyat nişanının bilmədiyi, əslən Bərdə rayonundan olan yükdaşımaqla məşqul olan Nicat və Elvin adlı şəxslərin birlikdə gəldikləri avtomaşına yükləyib, həmin günü Salyan rayonu ərazisində yerləşən mal bazarına aparıb orada 25 avqust 2021-ci il tarixdə, saat təxminən 03-05 radələrindək olan müddət ərzində heyvanları müxtəlif qiymətlərə satıb 6670 manat pul əldə etmişlər. Əldə etdikləri puldan 270 manat pulu avtomaşının sürücülərinə yol pulu kimi verdikdən sonra avtomaşının sürücüsü çıxıb getmişdir. Orada heyvanları satdıqdan sonra 100 manat pulu mal bazarında yeməklərinə xərcləmişlər, qalan 6300 manat pulu isə hərəsinə 2100 manat düşdüyündən öz aralarında tən yarı bölmüşlər. Oğurladıqları heyvanları Salyan rayonun mal bazarında satıb, yemək yedikdən sonra yol maşınlarına minib yaşadığları Şamaxı rayonuna gəlmişlər. Heyvanları Salyan rayonun mal bazarında avtomaşından boşaldarkən orada o, heyvanın birini tez tələsik satıb sürücünün pulunu vermişdir ki, heyvanların oğurluq olmasını bilməsin. Bundan başqa, 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə o, və Musa ikisi birlikdə küçədə dayanıb söhbət etmişlər. Həmin vaxtı artıq əvvəldən qazandığları pulları xərcləmişdiklərindən yenə də pul əldə etmək istəmişlər. Bu vaxtı, tanışları Şahid1 da onların yanlarına gəlib onlara yaxınlaşıb salamlaşmış və bir tanış kimi söhbət etməyə başlamışlar. Söhbət zamanı, o, və Təqsirləndirilən şəxs2 həmin vaxtı Adəmə də bildirmişdir ki, Sabir qəsəbəsi tərəfdə Zərərçəkmiş şəxs1 məxsus fermada heyvanlar var, oğurlayıb satıb pul əldə etmək istəyirlər. Adəm də onlarla razılaşmışdır, Hətta heyvanları bazarda satmaq üçün aparmağa, Mersedes Ateka maşını da tapacağlarını demişlər. Adəm də onlarla razılaşmış və oğurluğa getməyi qərara almışlar. Belə ki, onlar birlikdə üçü – o, Adəm və Musa piyada Şamaxı şəhərinin girişində “Qala” adlanan yerə getmişlər. Həmin yerə piyada gedəndən sonra, oradan da piyada Sabir qəsəbəsi istiqamətində çöl sahəsi ilə getmişlər. Gecə vaxtı olduğundan həmin vaxtı getdiklərit yerdə başqa şəxslər olmamışdır. Fermaya bir qədər qalmış it səsi eşitmişlər. Adəm onlara demişdir ki, «mən itdən qorxuram, mən kənarda dayanım». Onlar də danışmışlar ki, Adəm onlarla getsə və təsadüfən üzərlərinə it gəlsə, Adəm qorxub qışqıra bilər və işlərinin üstü açılar, buna görə də Adəmin fermadan bir qədər kənarda dayanıb onları gözləməsinə razılaşmışlar, Adəm orada gözləmiş, o,və Musa isə fermaya girmişlər, həmin vaxtı 07.09.2021-ci il tarixdə, saat 23:30 radələri olardı, fermada ətrafı nəzərdən keçirib qoyunlar olan qəhəlin yanında kiminsə olmadığına əmin olub qəhələ yaxınlaşmışlar, qapısını açmışlar, orada çoxlu heyvanlar olsa da onlar qəhəldən 52 baş qoyunlar, 2 baş keçi və 3 baş qoç olmaqla cəmi 57 baş xırdabuynuzlu heyvanları sürü halında çıxarmışlar, sonra da həmin heyvanları Adəmin olduğu yerə tərəf gətirmişlər, orada Adəm də onlara qoşulmuş və onlar birlikdə məhlələrinə, yəni evlərinin yaxınlığına tərəf gəlmişlər. lakin, gecə vaxtı olduğundan ailə üzvlərindən kimsə orada olmamışdır. Onlar birlikdə həmin yerə gəlmişlər. Həmin vaxt, yəni 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə Musa təsadüfən tapdığı şəxsin nömrəsinə zəng vurmuş və bir nəfər şəxslə telefonda danşıb bildirmişdir ki, “57 baş xırdabuynuzlu heyvanlarımız var, onu Salyan rayonu ərazisində yerləşən heyvanların alqı-satqı bazarına aparmaq lazımdır, gəl onu aparaq sataq”. Təxminən, yarım saat, yəni 30 dəqiqə sonra ATECO-MERSEDES markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobilini idarə edən tanımadıqları 55-60 yaşlarında bir kişi gəlmişdir, Musa, o, və Adəm həmin 57 baş xırdabuynuzlu heyvanları həmin yük avtomobilinə yükləmişlər. Bundan sonra, onlar üçü də -o, Adəm və Musa avtomobilin kabinəsində əyləşmişlər, sonra tanımadıqları sürücünün idarə etdiyi Mersedes Ateka markalı nömrəsini bilmədiyi yük avtomobili ilə Şamaxı-Göylər- Padarçöl yolu ilə Salyan rayonuna getmişlər, təxminən 08 sentyabr 2021-ci il tarixdə səhər tezdən təxminən 03 radələrində Salyan rayonunda mal bazarına çatmışlar. Bazara çatandan sonra, yük maşınından heyvanları mal bazarına boşaltmışlar, həmin vaxtı onlar yük maşının sürücüsünə 240 (iki yüz qırx) manat pulu yol pulu kimi vermişlər, sürücü də yük avtomobilini sürüb getmişdir. Bazarda olarkən, heyvanların hamısını bazarda tanımadıqları şəxslərə 5-10 sayda satmışlar, ümumillikdə 57 baş xırdabuynuzlu heyvanları səkkiz nəfər şəxslərə təxminən 130 (yüz otuz), 150 (yüz əlli) və 180 (yüz səksən) manata satmaqla ümumillikdə 6700 (altı min yeddi yüz) manat pul əldə etmişlər, üçü də olan cəmi 6700 (altı min yeddi yüz) manat puldan 820 (səkkiz yüz iyirmi) manatını müəyyən xərclərə, yəni yol puluna, yemək puluna və su puluna çıxdıqdan sonra qalan 5880 (beş min səkkiz yüz səksən) manatı üç hissəyə bölərək hərəsi 1960 (min doqquz yüz altmış) manat pulu götürmüşlər. O, həmin pulu da xərcləmişdir. Qeyd etmişdir ki, onlar həmin qeyd etdiyi fermalardan heyvanları əsasən gecə vaxtı oğurlayıb gecə vaxtı da mal bazarlarına apardığlarından onları başqa şəxslər görməmişdir. Onlar oğurluq üçün girdikləri fermalarda da sakitcə, səssizcə və diqqətlə hərəkət etmişlər və əvvəlcədən bir qədər qalıb ətrafı diqqətlə nəzərdən keçirib fermaya daxil olmuşlar ki, səs-küy yaratmasınlar və kimsə bilməsin. Onlar Zərərçəkmiş şəxs4 məxsus fermadan heyvanları oğurlayarkən heyvanlardan bir baş iribuynuzlu heyvanın orada çoban işləyən Zərərçəkmiş şəxs5 məxsus olmasını bilməmişlər,onlar bunu sonradan bilmişlər ki, heyvanlardan biri Azər adlı şəxsin olmuşdur. Oğurladıqları heyvanları bazara apardıqları avtomobillərin sürücüləri həmin heyvanların oğurluq olmasını bilməmişdir. Belə ki, birinci Calala məxsus fermadan oğurladıqları heyvanları Ağsu rayon Bico kənd sakini Xəyyamın maşını ilə aparanda sürücüyə heyvanların özlərinə məxsus olmasını bildirmişlər, Zərərçəkmiş şəxs3 məxsus fermadan heyvanları oğurlayanda Musa onun qardaşı Vüsala demişdi ki, heyvanlar dayısıgilindir, müalicəyə görə təcili pul lazım olduğundan satır. Alxan və Azərə məxsus heyvanları oğurlayanda da sürücülərə heyvanların özlərinə məxsus olmasını bildirmimişlərk. Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurladıqları heyvanları aparan Mersedes Ateka markalı yük avtomobilinin sürücüsünə də heyvanların özlərinə məxsus olmasını və ehtiyaca görə satdıqlarını bildirmişlər. Onlar heyvanları gecə vaxtı aparsalar da, mal bazarlarına əsasən gecə vaxtından başladığına və hər kəsin də gecə vaxtdan heyvanları apardığına görə sürücülərin onların heyvanları oğurlamalarından məlumatları olmamış və şübhələnməmişlər. Əməlindən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 artıq 10 ildən çoxdur ki, tanıyır, onunla yaxın dostdur, həmçinin Təqsirləndirilən şəxs1 əsasən Şəhriyar qəsəbəsində yaşasa da arabir onlarla qonşuluqda yerləşən evdə də yaşayır, Elvinlə və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 05 avqust 2021-ci il tarixdə, saat 21 radələrində yaşadıqları məhəllədə dostu Elvinlə söhbət edən zaman qərara gəlmişlər ki, Laçın rayonundan olan, lakin uzun müddətdir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən fermada məskunlaşmış Calala məxsus xırdabuynuzlu heyvanları oğurlasınlar və satıb özlərinə xərcləmək üçün pul əldə etsinlər. 05 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixə keçən gecə saat 01 radələrinə kimi Elvinlə ikisi məhəllələrində söhbət etmişlər, artıq 06 avqust 2021-ci il tarixdə, saat 01:15 radələrində onlar, yəni o, və Elvin Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən fermaya piyada getmişlər. Həmin vaxt Elvin və o, ətrafa baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra fermada olan tövlənin dəmirdən olan qapısının yanına gəlmişlər, qapının yanına gəldikdən sonra Elvin tövlənin qapısını açmış və onlar Elvinlə tövlənin içərisinə daxil olmuşlar. Tövlənin içərisinə daxil olduqdan sonra tövlədə olan 2 baş erkək, 3 baş dişi və 17 baş ana qoyun olmaqla ümumillikdə 22 baş xırdabuynuzlu heyvanları tövlədən çölə çıxartmışlar. Elvinlə heyvanları fermadan çıxartdıqdan sonra dağ yolu ilə gedərək gündüz vaxtı da hərəkət etmişlər və Ağsu rayonu, Bico kəndinə çatmışlar, həmin vaxtı artıq 06 avqust 2021-ci il tarixdə, saat 22 radələri olardı. Ağsu rayonu, Bico kəndinə çatdıqdan sonra tanımadıqları kənd camahatından kimdə Qazel markalı yük avtomobilinin olduğunu soruşmuşlar. Qazel markalı yük avtomobilini soruşmaqda məqsədləri həmin Calala məxsus oğurladıqları 22 baş xırdabuynuzlu heyvanları həmin avtomobillə Ağdaş rayon heyvanların alqı-satqısı bazarına aparmaq olmuşdur. Onlara kənd camahatından bir nəfər Qazel markalı yük avtomobili olan şəxsin evini göstərmişdir. Həmin vaxt Elvin və o, həmin evə gedərək qapını döymüşlər. Qısa bir vaxtdan sonra bir cavan oğlan çölə çıxmışdır. Həmin vaxt onlar adını bilmədikləri həmin oğlanla söhbət edən zaman ona bildirmişlər ki, «bizim 22 baş xırdabuynuzlu heyvanlarımız var, onları sənin Qazel markalı yük avtomobilinlə Ağdaş rayon heyvanların alqı-satqısı bazarına aparmaq lazımdır». Həmin şəxsin deməsinə görə adı Şahid10 olmuş, onunla danışandan sonra, o, onlarla razılaşmış və onlara bildirmişdir ki, həmin 22 baş xırdabuynuzlu heyvanları aparmaq üçün onlardan 140 (yüz qırx) manat yol pulu alacaqdır. Onlar onunla həmin məbləğin çox olduğunu danışıb ona məbləğdə onlara bir qədər hörmət edib aşağı qiymətə aparmasını xahiş etmişlər. Həmin Şahid10 onlara bildirmişdir ki, ən aşağı yeri 130 (yüz otuz) manata apararam. Onlar da həmin şəxslə razılaşmışlır, heyvanları artıq 23 radələrində Şahid10 Qazel markalı yük avtomobilinə yükləmişlər və Ağdaş rayon heyvanların alqı-satqısı bazarına getmişlər. Artıq 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə keçən gecə, saat 03 radələrində onlar Ağdaş rayonu ərazisində yerləşən heyvanların alqı-satqısı bazarına çatmışlar. Onlar bazara çatdıqdan sonra sürücü Şahid10 Qazel markalı yük avtomobilini bazarın içəri tərəfinə sürmüş, o, və Elvin həmin heyvanları bazara boşaltmışlar, Qazel markalı avtomobilin sürücüsü Şahid10la danışıb razılaşdıqları kimi 130 (yüz otuz) manat pulu vermişlər və o, yük avtomobili ilə bazardan çıxıb getmişdir. Həmin vaxt bir neçə nəfər tanımadıqları şəxslər gəlib onların bazara gətirdikləəri xırdabuynuzlu heyvanlara baxmışlar. Onlar həmin oğurladıqları heyvanları tanımadıqları beş nəfər şəxslərə fərqli fərqli qiymətlər olmaqla təxminən 120 (yüz iyirmi), 130 (yüz otuz) və 150 (yüz əlli) manata satmaqla ümumillikdə 3200 (üç min iki yüz) manat pul əldə etmişlər, xərclərini çıxandan sonra pulu ikisi arasında yarı bölmüşlər. Sonra Elvin və o, həmin bazarın qarşısından tanımadıqları VAZ-2106 markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan taksi avtomobilinə oturaraq oradan Göyçay rayonu Qaraməryəm kəndində gəlib orada düşərək oradan da tanımadıqları VAZ-2107 markalı, dövlət qeydiyyat nişanı yadlarında qalmayan taksi avtomobilinə oturaraq Ağsu rayonuna gəlmişlər. Ağsu rayonuna çatdıqdan sonra oradan da tanımadıqları VAZ-2107 markalı, dövlət qeydiyyat nişanı yadlarında qalmayan avtomobilə oturaraq Şamaxı rayonuna gəlmişlər, rayonun ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə düşərək yaşadıqları Şamaxı şəhəri, 48A Məhəlləsinə getmişlər. Yaşadıqları məhəlləyə çatdıqdan sonra onlar ikisi də hərəsi öz evinə getmişlər. Bundan başqa, 17 avqust 2021-ci il tarixdə, saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən, bu vaxtı digər tanışları olan Təqsirləndirilən şəxs3 da onlarla birlikdə olmuşdur. Onlar birlikdə söhbət edib qərara gəlmişlər ki, oğurluq edib pul qazansınlar. Onlar əvvəllər bir dəfə Şamaxı şəhəri ərazisində yerləşən “Yəhudi” qəbiristanlığının arxasında yerləşən Zərərçəkmiş şəxs3 adlı şəxsə məxsus fermada çoxlu qoyun heyvanlarının saxlanmasını görmüşlər. Buna görə də, 17 avqust 2021-ci il tarixdə, saat 22 radələrində o, Elvin və Babək birlikdə danışıb söhbətləşərək razılaşmışlar ki, həmin yerdən oğurluq etsinlər. Bu məqsədlə həmin yerə piyada getmişlər. Ətrafdan baxanda orada təxminən 200 başa yaxın xırdabuynuzlu qoyun heyvanı olmasını görmüşlər. Həmin vaxtı, onlar ətrafa nəzər salaraq orada yaxınlıqda kənar heç kimin olmadığına əmin olduqdan sonra qoyunların yığıldığı qəhəlin qapısını açmışlar və tələsik bir neçə heyvanı qəhəldən çıxarmışlar. Daha sonra, qəhəldən çıxardıqları 32 baş qoyunları və 1 baş keçini qarşılarına salaraq tələsik şəkildə aşağıda olan taxıllıq əraziyə aparmışlar və orada dayanmışlar, lakin qoyunları bazara aparıb satmaq üçün maşın tapa bilməmişlər. Bundan sonra bir neçə yerlə əlaqə saxlasalar da yük maşını tapa bilmədikləri üçün qərara gəlmişlər ki, «Təqsirləndirilən şəxs1 qardaşı Vusal Mustafayevə zəng edək, çünki onun yük maşını vardır, Vüsal gəlsin, onun maşını ilə heyvanları bazara aparaq». Təqsirləndirilən şəxs1 də bildirmişdir ki, “əgər qardaşım Vüsal gəlsə, gərək mən burda olmayam və səninlə qoyunları satmağa getməyəm, çünki, o, məni burada görsə bizim qoyunları oğurladığımızı biləcək”. Buna görə də belə də razılaşmışlar və elə dedikləri kimi də olmuşdur. Vüsala zəng etmişlər, o, da avtomobili ilə onların dedikləri yerə gəlmişdir. Vüsal gələnə kimi Elvin kənara çəkilib kolluqda bir yerdə gizlənmişdir. Vüsal gələndən sonra, onun Babəki tanımaması və işimizdən şübhələnməməsi üçün, o, Vüsala yanındakı şəxsin adını Elvin kimi bildirib, Babəkin onun dayısı oğlu olduğunu, dayısıgilin karona xəstəsi olduqlarını, dayısı oğlunun balaca qardaşının xəstə olduğuna görə təcili Bakı şəhərinə apardıqlarını, təcili pul lazım olduğuna görə heyvanları dayısı oğlu ilə birlikdə satıb Bakı şəhərinə gedəcəklərini bildirmişdir. Vüsal da ona inanmış və heç nədən şübhələnməmiş, eyni zamanda öz qardaşı Elvinin də onlarla bir yerdə qoyunları oğurlamasını bilməmişdir. Vüsal ilə danışıb qoyunları Salyan bazarına aparmağa 250 manata razılaşmışlar. Bundan sonra, o, Babəklə birlikdə Vüsalın maşınına qoyunları yığaraq satmaq üçün Salyan bazarına aparmışlar. O, və Babək Təqsirləndirilən şəxs1 qardaşı Vüsalın maşını ilə Salyan bazarına gedib orada 32 baş qoyun 1 baş keçini müxtəlif şəxslərə müxtəlif qiymətlərə satıb, yekunda 3700 manat pul əldə etmişlər, bazara girərkən Vüsal onların əvəzindən 30 manat bazar pulunu verdiyinə görə qazandıqları 3700 manat həmin puldan 280 manatı sürücü Vusala vermişlər, 120 manatını isə yolda xərcləmişlər. Daha sonra, Vüsal maşını ilə çıxıb getmişdir. O, da Babək ilə birlikdə qalan pulu 18.08.2021-ci il tarixdə Şamaxı “Asan Xidmət” mərkəzinin yaxınlığında 3 nəfərin arasında, yəni o,, Elvin və Babəklə birlikdə hər birisinə 1100 manat pul olmaqla bölmüşlər, həmin pulu da xərcləmişlər. Bundan başqa, tanışları Təqsirləndirilən şəxs1 və Ağsu rayon sakini olmaqla Şamaxı rayonu ərazisində yaşadığı vaxtdan tanıdıqları Təqsirləndirilən şəxs3 ilə birlikdə 23 avqust 2021 ci il tarixdə bir yerdə olarkən oğurluq etmək qərarına gəlmişlər, bu məqsədlə Babəkin əvvəllər işlədiyi Alxan adlı şəxsə məxsus Ağsu rayonu Cəfərli kəndi ərazisində yerləşən fermadan heyvan oğurlamaq üçün o,, Elvin və Babəklə birlikdə tanımadıqları şəxsin idarə etdiyi marka və nömrəsini bilmədiyi yol maşını ilə Ağsu rayonu Cəfərli kəndi ərazisinə gəlib oğurluq edəcəkləri fermanın sahəsinə baxmışlar, fermanın sahəsinə baxarkən isə yolda və ferma istiqamətində hər hansı bir şəxsi görməmişlər və səhəri günü oğurluq edəcəklərini planlaşdırmışlar. 24 avqust 2021-ci il tarixdə, saat təxminən 23 radələrində Şamaxı şəhərində sürücüsünü tanımadıqları və dövlət qeydiyyat nişanına fikir vermədikləri avtomobilə əyləşib onları Padar-Qışlaq avtomobil yoluna aparmasını bildirmişlər. Avtomobili ilə Ağsu rayonun Cəfərli kəndinin çöl sahəsinin yaxınlığından keçən beton kanalının yanında üçü də həmin avtomobildən yerə düşmüşlər. Sürücü çıxıb getmişdir. Orada Babək bildirmişdir ki, bu yerləri yaxşı tanıyır. Burada fermada çoban işləyib. O,, Elvin ilə Babəkin arxasınca düşüb fermanın yerləşdiyi istiqamətdə gəlmişlər. Babək yolu tanıyaraq Alxan adlı şəxsə məxsus ferma ərazisinə daxil olduğu üçün o, və Elvin onun arxasınca gələrək fermanın qəhəlinin yerləşdiyi istiqamətdə arxadan gəlmişlər. Ətrafda həmin vaxt heç kəs olmamışdır. Ferma qəhəlinin yerləşdiyi yerə arxadan gəldikləri üçün ətraf sakitçilik olmuş, itlər hürmürdü. Babək fermanın iki binasına bitişik olan yerdə yerləşən qəhələ yaxınlaşıb tor setkanı ferma binasına bağlandığı hissədən açmış, sonra heyvanları qəhəldən çıxarmışlar, qəhəlin çölündə olan heyvanların arasından 12 (on iki) baş iri buyunuzlu malları seçib qarşlarına qatıb yol ilə aparmağa başlamışlar. Fermanın qəhəlindən çıxan digər heyvanlar isə fermanın qəhəlinin çölündə qalmışlar. Oğurladıqları heyvanları qarşılarında çöl sahə ilə ipək yolu istiqamətində apararkən Babək telefonu ilə bir neçə avtomaşın sürücünə zəng edib heyvanı olmasını və həmin heyvanları aparmaq üçün avtomaşın lazım olmasını, bildirdiyi üçün o, soraqlaşıb Bərdə rayonundan heyvan daşıyan avtomaşın tapmış və həmin avtomaşının sürücüsü ilə danışdıqdan sonra ona bildirdiyi istiqamətə gəlməsini demişdir. Heyvanları qarşılarında apararkən qarşılarına bir ferma çıxmış və həmin fermada heç kəs olmamaşışdır. Ferma boş olmuş və heyvanları içərisində adam olmayan boş ferma ərazisində toplayıb kəndir axtarmağa başlamışlar ki, heyvanların başlarını bağlasınlar ki, qaçmasınlar. Orada kəndir və pres ipi tapıb oğurladıqları heyvanlardan 3 baş heyvanın başlarını iplə bağlayıb əllərində qalsın deyə saxlamaq istəsələr də fermanın ərazisindən əlavə ip tapa bilmədikləri üçün heyvanların hamsının başlarını bağlaya bilməmişlər. Fermada heyvanların başlarını göyümtül rəngli ip və kəndir ipi tapdığımız üçün həmin iplərlə bağlamışlar. Heyvanların hamısını qarşılarında apararkən Babək tez-tez tanımadıqları sürücü ilə əlaqə saxlamış, onun harada olmasını və avtomaşını yolda harada saxlamasını bildirdikdən sonra onlar qarşılarında həmin 12 baş heyvanı yola çıxararaq yolda dayanmışlar yük avtomobilə yüklədikdə sürücü və onun yanında olan şəxs bildirmişdir ki, bu heyvanlar kimindir və nəyə görə bu qədər heyvanları birdən aparırsız. Orada onlar sürcüyə bildirmişdir ki, fermada heyvan çoxdur və digər heyvanları saxlamaq üçün əlavə ot və sair yem almaq üçün seçib satdıqlarını demişlər. Həmin vaxtı avtomaşına mindirmək istədikləri heyvanlardan 3 baş heyvan harasa qaçmış və avtomaşına mindirə bilmədikləri üçün heyvanların üçünün qaçmasını görən avtomobilin sürücüsü həmin heyvanların qaçdığını və hara qaçdıqlarını soruşmuş, onlar sürücünün şübhələnməməsi üçün fermaları yaxınlıqda olduğundan heç yerə getməyəcəklərini və fermaya qayıdacaqlarını bildirib sürücüyə demişlər. Oğurlayıb aparmaq istədikləri həmin heyvanlardan 3 başı geriyə ferma istiqamətində qaçdığından qalan 9 baş iri buynuzlu heyvanları ipək yolunda sürücüsünün tanımadığım ilk dəfə idi orada gördüyü şəxsin Ateko markalı dövlət qeydiyyat nişanının bilmədiyi, əslən Bərdə rayonundan olan yükdaşımaqla məşqul olan Nicat və Elvin adlı şəxslərin birlikdə gəldikləri avtomaşına yükləyib,həmin günü Salyan rayonu ərazisində yerləşən mal bazarına aparıb orada 25 avqust 2021-ci il tarixdə saat təxminən 03-05 radələrindək olan müddət ərzində heyvanları müxtəlif qiymətlərə satıb 6670 manat pul əldə etmişlər. Əldə etdikləri puldan 270 manat pulu avtomaşının sürücülərinə yol pulu kimi verdikdən sonra avtomaşının sürücüsü çıxıb getmişdir. Orada heyvanları satdıqdan sonra 100 manat pulu mal bazarında yeməklərinə xərcləmişlər, qalan 6300 manat pulu isə hərəsinə 2100 manat düşdüyündən öz aralarında tən yarı bölmüşlər. Oğurladıqları heyvanları Salyan rayonun mal bazarında satıb, yemək yedikdən sonra yol maşınlarına minib yaşadıqları Şamaxı rayonuna gəlmişlər. Heyvanları Salyan rayonun mal bazarında avtomaşından boşaldarkən orada o, heyvanın birini tez tələsik satıb sürücünün pulunu vermişdir ki, heyvanların oğurluq olmasını bilməsin. Bundan başqa 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə o, və Elvin ikisi birlikdə söhbət edərkən. Həmin vaxtı artıq əvvəldən qazandıqları pulları xərcləmişdiklərini bildirmişlər vəvə yenə də pul əldə etmək istəmişlər. Bu vaxtı, tanışları Şahid1 da onların yanına gəlib onlara yaxınlaşıb salamlaşmış və bir tanış kimi söhbət etməyə başlamışlar. Söhbət zamanı, o, və Təqsirləndirilən şəxs1 həmin vaxtı Adəmə də bildirmişdir ki, Sabir qəsəbəsi tərəfdə Zərərçəkmiş şəxs1 məxsus fermada heyvanlar var, oğurlayıb satıb pul əldə etmək istəyirlər. Adəm də onlarla razılaşmışdır, Hətta heyvanları bazarda satmaq üçün aparmağa, Mersedes Ateka maşını da tapacaqlarını da demişdir.. Adəm də onlarla razılaşmış və oğurluğa getməyi qərara almışlar. Belə ki, onlar birlikdə üçü – o, Adəm və Elvin piyada Şamaxı şəhərinin girişində “Qala” adlanan yerə getmişlər. Həmin yerə piyada gedəndən sonra, oradan da piyada Sabir qəsəbəsi istiqamətində çöl sahəsi ilə getmişlər. Gecə vaxtı olduğundan həmin vaxtı getdikləri yerdə başqa şəxslər olmamışdır. Fermaya bir qədər qalmış it səsi gəlmiş, Adəm onlara demişdir ki, «mən itdən qorxuram, mən kənarda dayanım». Onlar də fikirləşmişlər ki, Adəm onlarla getsə və təsadüfən üzərlərinə it gəlsə, Adəm qorxub qışqıra bilər və işlərinin üstü açılar, buna görə də Adəmin fermadan bir qədər kənarda dayanıb onları gözləməsinə razılaşmışlar, Adəm orada gözləmiş, o, və Elvin isə fermaya girmişlər, həmin vaxtı 07.09.2021-ci il tarixdə, saat 23:30 radələri olardı, fermada ətrafı nəzərdən keçirib qoyunlar olan qəhəlin yanında kiminsə olmadığına əmin olub qəhələ yaxınlaşmışlar, qapısını açmışlar, orada çoxlu heyvanlar olsa da onlar qəhəldən 52 baş qoyunlar, 2 baş keçi və 3 baş qoç olmaqla cəmi 57 baş xırdabuynuzlu heyvanları sürü halında çıxarmışlar, sonra da həmin heyvanları Adəmin olduğu yerə tərəf gətirmişlər, orada Adəm də onlara qoşulmuş və onlar birlikdə məhlələrinə, yəni evlərinin yaxınlığına tərəf gəlmişlər. lakin, gecə vaxtı olduğundan ailə üzvlərindən kimsə orada olmamışdır. Onlar birlikdə həmin yerə gəlmişlər. Həmin vaxt, yəni 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixə keçən gecə o, təsadüfən tapdığı şəxsin nömrəsinə zəng vurmuş və bildirmişdir ki, «57 baş xırdabuynuzlu heyvanlarımız var, onu Salyan rayonu ərazisində yerləşən heyvanların alqı-satqı bazarına aparmaq lazımdır, gəl onu aparaq sataq». Təxminən 30-35 dəqiqə sonra ATECO- MERSEDES markalı, dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobilini idarə edən tanımadıqları 55-60 yaşlarında bir kişi gəlmiş, Elvin, o, və Adəm həmin 57 baş xırdabuynuzlu heyvanları həmin yük avtomobilinə yükləmişlər. Bundan sonra, onlar üçü də - o,, Adəm və Elvin avtomobilin kabinəsində əyləşmişlər, sonra tanımadıqları sürücünün idarə etdiyi Mersedes Ateka markalı nömrəsini bilmədiyi yük avtomobili ilə Şamaxı-Göylər-Padarçöl yolu ilə Salyan rayonuna getmişlər, təxminən 08 sentyabr 2021ci il tarixdə səhər tezdən təxminən 03 radələrində Salyan rayonunda mal bazarına çatmışlar. Bazara çatandan sonra, yük maşınından heyvanları mal bazarına boşaltmışlar, həmin vaxtı onlar yük maşının sürücüsünə 240 (iki yüz qırx) manat pulu yol pulu kimi vermişlər, sürücü də yük avtomobilini sürüb getmişdir. Bazarda olarkən, heyvanların hamısını bazarda tanımadıqları şəxslərə 5-10 sayda satmışlar, ümumillikdə 57 baş xırdabuynuzlu heyvanları səkkiz nəfər şəxslərə təxminən 130 (yüz otuz), 150 (yüz əlli) və 180 (yüz səksən) manata satmaqla ümumillikdə 6700 (altı min yeddi yüz) manat pul əldə etmişlər, üçünə olan cəmi 6700 (altı min yeddi yüz) manat puldan 820 (səkkiz yüz iyirmi) manatını müəyyən xərclərə, yəni yol puluna, yemək puluna və su puluna çıxdıqdan sonra qalan 5880 (beş min səkkiz yüz səksən) manatı üç hissəyə bölərək hərəsi1960 (min doqquz yüz altmış) manat pulu götürüb pulu da xərcləmişlər. Oğurladıqları heyvanları bazara apardıqları avtomobillərin sürücüləri həmin heyvanların oğurluq olmasın ıbilməmişdir. Belə ki, birinci Calala məxsus fermadan oğurladıqları heyvanları Ağsu rayon Bico kənd sakini Xəyyamın maşını ilə aparanda sürücüyə heyvanların özlərinə məxsus olmasını bildirmişlər, Zərərçəkmiş şəxs3 məxsus fermadan heyvanları oğurlayanda o, Elvinin qardaşı Vüsala demişdi ki, heyvanlar dayısıgilindir, müalicəyə görə təcili pul lazım olduğundan satırlar. Alxan və Azərə məxsus heyvanları oğurlayanda da sürücülərə heyvanların özlərinə məxsus olmasını bildirmişləər. Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurladıqları heyvanları aparan Mersedes Ateka markalı yük avtomobilinin sürücüsünə də heyvanların özlərinə məxsus olmasını və ehtiyaca görə satdıqlarını bildirmişlər. Onlar heyvanları gecə vaxtı aparsalar da, mal bazarlarına əsasən gecə vaxtından başladığına və hər kəsin də gecə vaxtdan heyvanları apardığına görə sürücülər onların heyvanları oğurlamaqlarından məlumatları olmamışdır və onlar oğurluq əməllərindən şübhələnməmişlər. Onlar qeyd etdikləri fermalardan heyvanları əsasən gecə vaxtı oğurlayıb gecə vaxtı da mal bazarlarına apardıqlarından onları başqa şəxslər görməmişdir. Onlar oğurluq üçün girdikləri fermalarda da sakitcə və diqqətlə hərəkət etmiqşlər ki, səsküy yaratmasınlar və kimsə bilməsin. Qeyd etmişdir ki, onlar heyvanları bazara apararkən özlərini şübhəli aparmamışlar, elə davranmışlar ki, heyvanların onlara məxsus olması hiss olunsun. Eyni zamanda, heyvanları satdıqları şəxslərə də heyvanların özlərinə məxsus olmasını, ehtiyac yarandığı üçün satdıqlarını qeyd etmişlər və heyvan alan şəxsləri inandırmışlar ki, onların satdıqları heyvanların oğurluq olmasından şübhələnməsinlərlər. Onlar Zərərçəkmiş şəxs4 məxsus fermadan heyvanları oğurlayarkən heyvanlardan bir baş iribuynuzlu heyvanın orada çoban işləyən Zərərçəkmiş şəxs5 məxsus olmasını bilməmişlər, sonradan bilmişlər ki, heyvanlardan biri Azər adlı şəxsin olmuşdur. O, nə tək halda, nə də ki, qeyd edilən şəxslərlə birlikdə bildirdiklərindən başqa hər hansı bir cinayət əməli törətməmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Ağsu rayonu Padarqışlaq kəndində qeydiyyatda olsa da, Şamaxı rayon Kiçik Xınıslı kəndində yaşayır. Rayon sakini olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun tanışlarıdır. Belə ki, 17 avqust 2021-ci il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə olmuşlar, onlar birlikdə söhbət edib qərara gəlmişlər ki, oğurluq edib pul qazansınlar. Qeyd etmişdir ki, onlar əvvəllər bir dəfə Şamaxı şəhəri ərazisində yerləşən “Yəhudi” qəbiristanlığının arxasında yerləşən Zərərçəkmiş şəxs3 adlı şəxsə məxsus fermada çoxlu sayda, yəni 200 başa yaxın sayda qoyun heyvanlarının saxlanmasını görmüşlər. Buna görə də, 17 avqust 2021-ci il tarixdə, saat 22 radələrində o, Elvin və Musa ilə birlikdə danışıb söhbətləşərkən razılaşmışlar ki, həmin yerdən oğurluq etsinlər. Bu məqsədlə yol ilə həmin yerə piyada getmişlər. Ətrafdan baxanda orada təxminən 200 başa yaxın xırdabuynuzlu qoyun heyvanı olmasını görmüşlər. Həmin vaxtı, onlar ətrafa nəzər salaraq orada yaxınlıqda kənar heç kimin olmadığına əmin olduqdan sonra qoyunların yığıldığı qəhəlin qapısını açmışlar və tələsik bir neçə heyvanı qəhəldən çıxarmışlar. Daha sonra, qəhəldən çıxardıqları 32 baş qoyunları və 1 baş keçini qarşılarına salaraq tələsik şəkildə aşağıda olan taxıllıq əraziyə aparmışlar və orada dayanmışlar, lakin qoyunları bazara aparıb satmaq üçün maşın tapa bilməmişlər. Bundan sonra bir neçə yerlə əlaqə saxlasalar da yük maşını tapa bilmədikləri üçün qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs1 qardaşı olan onun tanımadığı şəxsə, yəni Vusal Mustafayevə zəng etsinlər, çünki onların dediyinə görə Vüsalın yük maşını vardır, Vüsal gəlsin, onun maşını ilə heyvanları bazara aparsınlar. Təqsirləndirilən şəxs1 də bildirmişdir ki, “əgər qardaşım Vüsal gəlsə, gərək mən burda olmayam və səninlə qoyunları satmağa getməyəm, çünki, o, məni burada görsə bizim qoyunları oğurladığımızı biləcək”. Buna görə də belə də razılaşm üçün Musa həmin vaxtı Vüsala zəng etmiş, Vüsal da avtomobili ilə onların olduqları yerə gəlmişdir. Vüsal gələnə kimi Elvin kənara çəkilib kolluqda bir yerdə gizlənmişdir. Vüsal gələndən sonra, onun onu tanımaması və işlərindən şübhələnməməsi üçün, Musa Vüsala onun adının Elvin olduğunu bildirib, onun onun dayısı oğlu olduğunu, dayısıgilin karona xəstəsi olduqlarını, guya onun balaca qardaşı xəstə olduğuna görə təcili Bakı şəhərinə apardıqlarını, təcili pul lazım olduğuna görə heyvanları onunla birlikdə satıb Bakı şəhərinə gedəcəklərini bildirmişdir. Vüsal da Musaya inanmış və heç nədən şübhələnməmiş, eyni zamanda öz qardaşı Elvinin də onlarla bir yerdə qoyunları oğurlamalarınıı bilməmişdir. Vüsal ilə danışıb qoyunları Salyan bazarına aparmağa 250 manata razılaşmışlar. Bundan sonra, o, Musa ilə birlikdə Vüsalın maşınına qoyunları yığaraq satmaq üçün Salyan bazarına aparmışlar. O, və Musa həmin vaxtı Təqsirləndirilən şəxs1 qardaşı Vüsalın maşını ilə Salyan bazarına gedib orada 32 baş qoyun 1 baş keçini müxtəlif şəxslərə müxtəlif qiymətlərə satıb, yekunda 3700 manat pul əldə etmişlər, bazara girərkən Vüsal onların əvəzindən 30 manat bazar pulunu verdiyinə görə qazandıqları 3700 manat həmin puldan 280 manatı sürücü Vusala vermişlər, 120 manatını isə yolda xərcləmişlər. Daha sonra, Vüsal maşını ilə çıxıb getmişdir. O, da Musa ilə birlikdə qalan pulu 18.08.2021-ci il tarixdə Şamaxı “Asan Xidmət” mərkəzinin yaxınlığında 3 nəfərin arasında, yəni o,, Elvin və Musa ilə birlikdə hər birinə 1100 manat pul olmaqla bölmüşlər, həmin pulu da xərcləmişlər. Bundan başqa, qeyd etmişdir ki, o, əvvəllər Ağsu rayonu Cəfərli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermada çoban işləmişdir və bir müddət əvvəl fermadan çıxmışdır, fermada işlədiyi müddətdə Alxan onun maaşını vaxtında vermişdir, o, oradan narazı qalmamışdır. 23 avqust 2021 ci il tarixdə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Şamaxı rayonu ərazisində bir yerdə olarkən oğurluq etmək qərarına gəlmişlər, o, fikirləşmişdir ki, Alxanın fermasından oğurluq etsinlər, bu məqsədlə o, Elvin və Musa ilə birlikdə əvvəllər işlədiyi fermadan heyvan oğurlamaq üçün tanımadıqları şəxsin idarə etdiyi marka və nömrəsini bilmədiyi yol maşını ilə Ağsu rayonu Cəfərli kəndi ərazisinə gəlib Alxanın fermasının sahəsinə baxmış, fermanın sahəsinə baxarkən isə yolda və ferma istiqamətində hər hansı bir şəxsi görməmiş və səhəri günü oğurluq edəcəklərini planlaşdırmışlar. 24 avqust 2021-ci il tarixdə saat təxminən 23 radələrində Şamaxı şəhərində sürücüsünü tanımadıqları və dövlət qeydiyyat nişanına fikir vermədikləri avtomobilə əyləşib onları Padar-Qışlaq avtomobil yoluna aparmasını bildirmişlər. Avtomobili ilə Ağsu rayonun Cəfərli kəndinin çöl sahəsinin yaxınlığından keçən beton kanalının yanında üçü də həmin avtomobildən yerə düşmüşlər. Sürücü çıxıb getmişdir. O, ferma ərazisini tanıdığı üçün qarşıda getmiş, Elvin ilə Musa onun arxasınca düşüb fermanın yerləşdiyi istiqamətdə gəlmişlər. Onlar orada üçü fermanın qəhəlinin yerləşdiyi istiqamətdə arxadan gəlmişlər. Ətrafda həmin vaxt heç kəs olmamışdır. Ferma qəhəlinin yerləşdiyi yerə arxadan gəldikləri üçün ətraf sakitçilik olmuş, itlər hürməmişdir. Onlar orada fermanın iki binasına bitişik olan yerdə yerləşən qəhələ yaxınlaşıb tor setkanı ferma binasına bağlandığı hissədən açmışlar, sonra heyvanları qəhəldən çıxarmışlar, qəhəlin çölündə olan heyvanların arasından 12 (on iki) baş iri buyunuzlu malları seçib qarşılarına qatıb yol ilə aparmağa başlamışlar. Fermanın qəhəlindən çıxan digər heyvanlar isə fermanın qəhəlinin çölündə qalmışlar. Oğurladıqları heyvanları qarşılarında çöl sahə ilə ipək yolu istiqamətində apararkən heyvanları bazara aparmaq üçün o, telefonu ilə bir neçə avtomobil sürücünə zəng edib heyvanıq olmasını və həmin heyvanları aparmaq üçün yük avtomobili lazım olmasını bildirmiş, həmin vaxtı bir neçə nömrəyə zəng etdikdən sonra nömrəsini xatırlamadığı şəxslə danışmış, sonra da soraqlaşıb Bərdə rayonundan heyvan daşıyan avtomaşın tapmış və həmin avtomaşının sürücüsü ilə danışdıqdan sonra ona bildirdiyi istiqamətə gəlməsini demişdir. Heyvanları qarşılarında apararkən qarşılarına bir ferma çıxmış və həmin fermada heç kəs olmamaşıdır. Ferma boş olmuş və heyvanları içərisində adam olmayan boş ferma ərazisində toplayıb kəndir axtarmağa başlamışdır ki, heyvanların başlarını bağlasınlar ki, qaçmasınlar. Orada kəndir və pres ipi tapıb oğurladıqları heyvanlardan 3 baş heyvanın başlarını iplə bağlayıb əllərində qalsın deyə saxlamaq istəsələr də fermanın ərazisindən əlavə ip tapa bilmədikləri üçün heyvanların hamısının başlarını bağlaya bilməmişlər. Fermada heyvanların başlarını göyümtül rəngli ip və kəndir ipi tapdıqları üçün həmin iplərlə bağlamışlar. Heyvanların hamısını qarşılarında apararkən o, tez-tez həmin tanımadıqları sürücü ilə əlaqə saxlayıb, onun harada olmasını və avtomaşını yolda harada saxlamasını bildirdikdən sonra onlar qarşılarında həmin 12 baş heyvanı yola çıxardıb yolda dayanaraq yük avtomobilinin yanına gətirmişlər, sonra heyvanları avtomobilin yük yerinə yüklədikdə sürücü və onun yanında olan şəxs bildirmişdir ki, bu heyvanlar kimindir və nəyə görə bu qədər heyvanları birdən aparırsız. Orada onlar sürcüyə bildirmişlər ki, fermada heyvan çoxdur və digər heyvanları saxlamaq üçün əlavə ot və sair yem almaq üçün seçib satdıqlarını demişlər. Həmin vaxtı avtomaşına mindirmək istədikləri heyvanlardan 3 baş heyvan harasa qaçmış və avtomaşına mindirə bilmədikləri üçün heyvanların üçünün qaçmasını görən avtomobilin sürücüsü həmin heyvanların qaçdığını və hara qaçdıqlarını soruşmuş, onlar sürücünün şübhələnməməsi üçün fermaları yaxınlıqda olduğundan heç yerə getməyəcəklərini və fermaya qayıdacaqlarını bildirib sürücüyə demişləpr. Oğurlayıb aparmaq istədikləri həmin heyvanlardan 3 başı geriyə ferma istiqamətində qaçdığından qalan 9 baş iri buynuzlu heyvanları ipək yolunda sürücüsünün tanımadığı ilk dəfə idi orada gördüyü şəxsin Ateko markalı dövlət qeydiyyat nişanının bilmədiyi, əslən Bərdə rayonundan olan yükdaşımaqla məşqul olan Nicat və Elvin adlı şəxslərin birlikdə gəldikləri avtomaşına yükləyib, həmin günü Salyan rayonu ərazisində yerləşən mal bazarına aparıb orada 25 avqust 2021-ci il tarixdə saat təxminən 03-05 radələrindək olan müddət ərzində heyvanları müxtəlif qiymətlərə satıb 6670 manat pul əldə etmişlər. Əldə etdikləri puldan 270 manat pulu avtomaşının sürücülərinə yol pulu kimi verdikdən sonra avtomaşının sürücüsü çıxıb getmişdir. Orada heyvanları satdıqdan sonra 100 manat pulu mal bazarında yeməklərinə xərcləmişlər, qalan 6300 manat pulu isə hərəsinə 2100 manat düşdüyündən öz aralarında tən yarı bölmüşlər. Oğurladıqları heyvanları Salyan rayonun mal bazarında satıb, yemək yedikdən sonra yol maşınlarına minib yaşadıqları Şamaxı rayonuna gəlmişlər. Heyvanları Salyan rayonun mal bazarında avtomaşından boşaldarkən orada o, heyvanın birini tez tələsik satıb sürücünün pulunu vermişdir ki, heyvanların oğurluq olmasını bilməsin.Oğurladığınnız heyvanları bazara apardıqları avtomobilin sürücüsü Şahid9 həmin heyvanların oğurluq olmasını bilməmişdir. Çünki Zərərçəkmiş şəxs3 məxsus fermadan heyvanları oğurlayandan sonra Musa Elvinin qardaşı Vüsala demişdi ki, heyvanlar dayısıgilindir, müalicəyə görə təcili pul lazım olduğundan satırlar. Alxanın fermasından da oğurladıqları heyvanları apardıqları yük maşınının sürücüsünə də heyvanların özlərinə məxsus olmasını demişlər ki, şübhələnməsin. Onlar heyvanları gecə vaxtı aparsaqlar da, mal bazarı əsasən gecə vaxtından başladığına və hər kəsin də gecə vaxtdan heyvanları apardığına görə sürücü Vüsalın onların heyvanları oğurlamaqlarından məlumatı olmamışdır və şübhələnməmişdir. Onlar heyvanları gecə vaxtı oğurlayıb gecə vaxtı da bazara apardıqlarından onları başqa şəxslər görməmişdir. Onlar Şamaxı şəhəri ərazisində yerləşən “Yəhudi” qəbiristanlığının arxasında yerləşən fermada qoyun sürüsünün olmasını əvvəlcədən görmüşlər.Onlar Zərərçəkmiş şəxs3 məxsus olan 32 baş qoyun və 1 baş keçini oğurlayan zaman onlara Musa və Elvindən başqa heç kim kömək etməmişdir. Sonradan heyvanları bazara aparmaq üçün Elvinin qardaşı Vüsal gəlsə də, o, qoyunların oğurluq olmasını bilməmiş, elə bilmişdir ki, qoyunlar Musa ilə onlarındır.17.08.2021-ci il tarixdə heyvanları oğurlayıb taxıl sahəsinə gətirəndə həmin vaxtı onları heç kim görməmişdir. Zərərçəkmiş şəxs4 fermasında oğurladıqları heyvanlardan bir baş heyvanın orada çoban işləyən Zərərçəkmiş şəxs5 məxsus olmasını bilməmişlər, sonradan bilmişlər ki, heyvanlardan biri Azər adlı şəxsin olmuşdur.Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, özü də ailələrinə məxsus şəxsi təsərrüfatları ilə məşğul olur. Onu da qeyd etmişdir ki, onun hər kəslə münasibəti yaxşı olmuş, heç kimlə ədavət və düşmənçiliyi olmamışdırr. Ailələrinə məxsus şəxsi təsərrüfatları var, həmin təsərrüfatda ümumi 195 baş xırdabuynuzlu heyvanları var. O, həmin heyvanları özü hər gün kənd ərazisinə apararaq otarır. 07 sentyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində heyvanlarını Şamaxı rayonu, M.Ə.Sabir qəsəbəsində yerləşən otlaq sahəsində otardıqdan sonra Şərab zavodunun həyətində yerləşən ailələrinə məxsus fermanın həyətinə aparmış və fermada olan tövləyə salaraq evə daxil olmuşdur. Həmin günün səhəri, yəni 08 sentyabr 2021-ci il tarixdə, saat 06 radələrində fermadan ailələrinə məxsus heyvanları otarmaq üçün çıxartmaq istəyərkən heyvanlarının az olduğunu görmüşdür. Həmin vaxt o, heyvanlarımı sayarkən 195 baş xırdabuynuzlu heyvanlarından 3 baş qoç, 2 baş keçi, 52 baş isə damazlıq boğaz heyvanlar, ümumillikdə 57 baş xırdabuynuzlu heyvanlarının olmadığını aşkar etmişdir. O, dərhal bu barədə atası Şahid2 məlumat vermiş, atası Əlişah dərhal fermaya onun yanına gəlmişdir. Onlar heyvanlarını nə qədər axtarsalar da tapa bilməmişlər və bu barədə Şamaxı rayon polis şöbəsinə məlumat vermişlər. Qeyd etmişdir ki, onlara məxsus fermanın ərazisində çaqqal heyvanları olur, bu səbəbdən də o, fikirləşmişdir ki, bəlkə heyvanlarını ya çaqqal yeyib yada ki, itib, bəlkə axtarsa özü tapar, bu səbəbdən də ilkin olaraq heyvanlarının itməsi barədə məlumat vermiş, daha sonra heyvanlarını axtarıb tapa bilmədiyindən əmin olmuşdur ki, heyvanları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Ona məxsus oğurlanmış 3 baş qoç, 2 baş keçi, 52 baş isə damazlıq boğaz, qala sortu olmaqla ümumillikdə 57 baş xırdabuynuzlu heyvanlardır.Ona məxsus 3 baş qoçdan 2 baş qızıllaqlı, 1 baş qızılərbəş, 2 baş keçidən 1 başı qara ərbəş 1 başı isə sarı ərbəş, 52 baş damazlıq boğaz, qala sortundan isə hamısı qızıllaqlı olmuşdur. Ona məxsus və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış xırdabuynuzlu heyvanlarımdan 3 baş qoç, 2 baş keçi və 52 baş damazlıq boğaz, qala sortundan olan xırdabuynuzlu qoyun heyvanları olmuşdur. Onun heyvanları bundan əvvəl heç bir vaxt oğurlanmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, 57 baş qoyunlarının oğurlanması barədə məlumat verəndən sonra, 11 sentyabr 2021-ci il tarixdə o, Şamaxı rayon mal bazarında olarkən oğurlanmış 57 baş heyvanlarından 6 baş qoyunlarının iki nəfər şəxs tərəfindən satılmasını müəyyən etmişdir. Məlum olmuşdur ki, həmin şəxslər Ağsu rayon sakinləridir və həmin şəxslər onun qoyunlarını Salyan rayon bazarından almışlar. Araşdırma aparılarkən müəyyən edilmişdir ki, həmin şəxslər Salyan rayon mal bazarında onun qoyunlarını Şamaxı rayon sakinləri olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 alıblar. Hətta, həmin şəxslər qoyunları aldıqdan sonra Şahid1 telefon nömrəsini də zəng edib qeydiyyata almışlar. Hazırda oğurlanmış 57 baş heyvanlarından 6 baş qoyunlarını o, tanımış və həmin qoyunları onun özünə qaytarılmışdır. Ona dəyən ziyan tam ödəildiyindən təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Laçın rayonu Təzəkənd kəndində qeydiyyatdadır, Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən fermada 1992-ci il tarixdən məskunlaşmışdır. Onun özünə məxsus 35 baş xırda buynuzlu heyvanları var. O, həmin xırdabuynuzlu heyvanlarını hər gün səhər 04 radələrində məskunlaşdığı fermanın ərazisində otardıqdan sonra axşam saat 22 radələrində heyvanları tövləsinə yerləşdirir. Onu da qeyd etmişdir ki, o, təxminən 10-15 gündür ki, axşamlar heyvanları tövləsinə yerləşdirən zaman 13 baş quzu və ana qoyun heyvanını, həmin tövlədə, lakin ayrı yerləşdirir ki, ana quzular ana qoyunların südünü içməsinlər. Həmişə olduğu kimi 05 avqust 2021-ci il tarixdə də səhər saat 04 radələrində o, özünə məxsus 35 baş xırdabuynuzlu heyvanlarını ferma ərazisində çıxardıb otardıqdan sonra həmin tarixdə axşam saat 22 radələrində yenə də 13 baş xırdabuynuzlu heyvanları ayrı, 22 baş xırdabuynuzlu heyvanları isə ayrı tövlədə yerləşdirmiş, tövlənin taxtadan olan qapısını bağlamış, qapının aşağı hissəsindən arxa tərəfinə də bir ədəd kubik daş yerləşdirmişdir. Daha sonra o, fermanın ərazisində yerləşən evinə getmiş və yatmışdır. 05 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixə keçən gecə saat 04 radələrində o, yuxudan oyanmış və həmişə olduğu kimi tövləyə tərəf gedən zaman tövlənin qapısının tam bağlanmadığını görmüş və dərhal tövləyə daxil olmuşdur. Tövləyə daxil olan zaman 2 baş erkək, 3 baş dişi və 17 baş ana qoyun olmaqla ümumillikdə 22 baş xırdabuynuzlu heyvanlarının tövlədə olmadığını aşkar etmişdir. O, dərhal bu barədə oğlu Natiqə və kürəkəni Telmana məlumat vermişdir. Həmin vaxt oğlu Natiq ata minərək heyvanları axtarmağa getmiş, kürəkəni Telman isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Qısa bir vaxtdan sonra hadisə yerinə Şamaxı rayon polis şöbəsinin əməkdaşları gəlib, hadisə yerini müayinə edib fotoşəkillər çəkmişlər. Həmin hadisəni aşkar edən zaman ola bilsin ki, onlar hamısı həyacanlı olduqlarından fərqli məlumat vermişlər. Ancaq o, ifadəsində göstərdiyini bir daha təsdiq edərək bildirmişdir ki, ona məxsus 22 baş xırdabuynuzlu heyvanları oğurlanmışdır. Onun şəxsi təsərrüfatında ümumillikdə 35 baş xırdabuynuzlu heyvanları olmuşdurr. O, xırdabuynuzlu heyvanlarının oğurlanmasında heç kimdən şübhələnmir. Ona məxsus 2 baş erkək, 3 baş dişi və 17 baş ana qoyun olmaqla ümumillikdə 22 baş xırdabuynuzlu heyvanlarında fərqləndirici nişanları olmamışdır.Ona məxsus və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış 22 baş xırdabuynuzlu heyvanlarının hər birini 180 (yüz səksən) manata qiymətləndirərək ümumillikdə heyvanlarını 3960 (üç min doqquz yüz altmış) manat qiymətində dəyərləndirmişdir. Onun heyvanları bundan əvvəl heç bir vaxt oğurlanmamışdır.Ona dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, Şamaxı şəhəri Bakı küçəsi ev 7-də ailə üzvləri ilə birlikdə yaşayır. Ona məxsus Şamaxı şəhəri ərazisində “Yəhudi” qəbiristanlığının arxasında yerləşən fermada qoyun və keçi heyvanları vardır. Axşamlar heyvanları fermada qəhəlin içərisində saxlayır və qapısını da bağlayır. 18 avqust 2021-ci il tarixdə səhər vaxtı müəyyən etmişdir ki, fermada olan hər biri 250 (iki yüz əlli) manat dəyərində olan cəmi 32 (otuz iki) baş xırda buynuzlu qoyun heyvanları və 150 manat dəyərində 01 (bir) baş xırda buynuzlu keçi heyvanı yerində yoxdur və oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 8150 (səkkiz min yüz əlli) manat dəyərində madi ziyan dəymişdir. ona məxsus cəmi 33 baş xırdabuynuzlu heyvanları oğurlanmışdır. Həmin heyvanların hamısı Şamaxı sortu-cinsi olmuş, heyvanlar hamısı damazlıq- doğar (boğaz) heyvanlar olmuşdur. Heyvanların hamısı kök, ətli heyvan olmuşdur. Belə ki, həmin heyvanlardan 32 baş qoyun, 01 baş keçi heyvanları olmuşdur. 32 baş qoyundan hamısı ana qoyun olmuşdur. Həmin 32 baş ana qoyunlardan 12 baş qoyun 2 yaşlı dişi heyvanlar olmaqla (birinci doğar qarın, “şişək”) hər birinin diri çəkisi 40 kiloqram (təmiz əti 20 kq), 10 baş qoyun 3 yaşlı dişi heyvanlar olmaqla (üçüncü doğar qarın, “ana qoyun”) hər birinin diri çəkisi 42 kiloqram (təmiz əti 21 kq), 5 baş qoyun 4 yaşlı dişi heyvanlar olmaqla (dördüncü doğar qarın, “ana qoyun”) hər birinin diri çəkisi 35 kiloqram (təmiz əti 17 kq), 5 baş qoyun 5 yaşlı dişi heyvanlar olmaqla (beşinci doğar qarın, “ana qoyun”) hər birinin diri çəkisi 36 kiloqram (təmiz əti 18 kq)olmuşdur. Oğurlanmış 01 baş keçi 2 yaşlı dişi heyvan olmaqla (birinci doğar qarın, “küyə”) diri çəkisi 35 kiloqram (təmiz əti 20 kq) olmuşdur. Ona dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verib göstərdi ki, Ağsu rayonun Cəfərli kəndindəndir. Özü Sumqayıt şəhərində yaşayır. Onun Ağsu rayonun Cəfərli kəndinin çöl sahəsində torpaq sahəsi var. Həmin torpaq sahəmdə xırda və iri buyunuzlu heyvanlar saxlatdırıb ailəsini dolanıdırır. Onun şəxsi təsərrüfatında olan xırda və iri buyunuzlu heyvanları 2021-ci ilin iyun aynın əvvələrində Şamaxı rayonun ərazisində yerləşən Zarat Xeybəri qış yaylağına çobanları Zərərçəkmiş şəxs5, Şahid3, Babaxan Qəniyev və Kənan Ağayev saxlayıb otarmışılar.Həmin heyvalarından iri buyunuzlu heyvanları otaran Şahid3 heyvanları 09 avqust 2021-ci il tarixdə yaylaqdan aşağı düşürtmüş və heyvanlar 12 avqust 2021-ci il tarixdə onun Jəfərli kəndi ərazisində yerləşən fermasına gəlib çıxmışlar. 09 avqust 2021-ci il tarixdə Şahid3 zəng edib həmişəki kimi hal-əhval tutmuş və Famil ona bildirmişdir ki, heyvanların örüşü yoxdur və ona icazə versin iri buyunuzlu heyvanları aşağı endirsin. O, həmin vaxtı Familin atası Azərlə danışmışdır. Azər ona demişdir ki, «yer xamdır, iri buynuzlu heyvanları aşağı endirmə». O, 15 avqust 2021-ci il tarixdə fermasına gəlib çıxmış, həmin vaxtı onun fermasında olan heyvanlarının hamısı yerində olmuş, hər hansı bir itki və ölüm halı olmamışdır. 20 avqust 2021-ci il tarixdə fermadan çıxmış və öz şəxsi işləri ilə bağlı Sumqayıt şəhərinə yollanmışdır. Həmin vaxtı onun təsərrüfatında olan iri buynuzlu heyvanları yerində olmuşdur. Yenə də hər hansı bir heyvanı itməmiş və oğurlanmamışdır. Famillə 25 avqust 2021-ci il tarixdə, saat təxminən 10 radələrində əlaqə saxlamış və Famil ona ilk sözü ilə bildirmitşdir ki, «qəhəldən mallar çıxıb, saydım 12 başı yerində yoxdur». O, da Familə bildirmişdir ki, əgər mallar qəhəldən çıxıbsa yaxınlıqda yonca sahəsinə girə bilər. Famil ona bildirmişdir ki, mallar yoncaya keçməyib. O, onda Familə demişdir ki, «mallar oğurlanıb». Famil isə ona bildirmişdir ki, «mallar nar bağına girə bilər», o, ona demişdir ki, «neyləmisənsə sən etmisən, mənim malımı tap yerinə qoy» O, bundan sonra araşdırma aparmadan 102 xidmətinə zəng vurmuş və məlumat vermişdir. Özü də həyat yoldaşı Südabə Paşayevaya bildirmişdir ki, fermaya getsin və maraqlansın görsün nə məsələdir. Südabə onun sözündən sonra fermaya gedib oradan ona telefonla bildirmişdir ki, «Familin göstərdiyi yerdən malların çıxması qeyri mümkündür, mallar Familin göstərdiyi yerdən çıxmayıb, malları Famil mənimsəyib». Südabə ona fermanın ərazisini və malların oğurlanıb aparıla bilcək yeri gəzdiyini, malın ayaq izlərini və ya peyinini görmədiyini bildirmişdir. Həmçinin Familin suni oğurluq yaratması görüntüsnüdə ona izah etmiş və bildirmişdir ki, Famil qəhəlin baş hissəsini açmışdır və bildirmişdir ki, maallar güya açıq hissədən çıxıb. Lakin, Südabə Familə bildirmişdir ki, mallar əgər həmin açıq yerdən çıxıbsa malların ayaq zləri və ya yerdə olan mal peyini qəhəlin betondan olan hasarına düşməli idi, və burada peyin və malın ayaq izləri yoxdur demişdir.Daha sonra o, özü də hadisə yerinə gəlmiş və özü də bir mənalı olaraq ferma ərazisini gəzmiş və malların Familin göstərdiyi yerdən çıxarılması və aparılmasının mümkün olmadığının şahidi olmamışdır. Malları Şahid3 tərəfindən mənimsənilməsində özünündə bir baş heyvanının oğurlanmasını bildirsədə o, onun tərəfindən malların kənar şəxs tərəfindən deyil, onun tərəfindən mənimsənilməsində onda şübhə yaratmışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, onun iri buynuzlu heyvanları onun fermasında əvvəllər çoban işləmiş Təqsirləndirilən şəxs3, digər onun tanımadığı adlarını Şamaxı rayon polis şöbəsində öyrəndiy Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandıqlarını və həmin heyvanlar onlar tərəfindən 24 avqust 2021-ci il tarixdə saat təxminən 23 radələrində fermaya gizli piyada gəlib iki ferma binasının arasında olan qəhəlin arxa tor çəpərini axıradək açıb, oradan iri buyunuzlu malların və çamışların arasından 8 baş çöngələri seçmə yolu ilə seçib çıxardarkən, həmin cöngələrin arasından 3 baş düyə və bir baş da inəyi çıxardıqları üçün dəmir tor çəpəri yerinə bağlayarkən isə təxminən 1 metr məsafədə açıq saxlamışlar. Həmin şəxslər ona məxsus heyvanları oğurlayıb apararkən həmin heyvanlardan bir baş düyə və iki baş cöngə həmin şəxslərin əlindən çıxmış, düyə ilə bir baş çöngə özü fermaya qayıdıb gəlmiş, bir baş çöngəni isə Famil Padarçöl kəndi istiqamətindən tapıb gətirmişdir. Fermaya qayıdıb gələn düyənin boynunda isə göy rəngli ip olmuşdur. Adlarını qeyd etdiy şəxslər fermadan çəmi olaraq 9 baş iri buynuzlu hevan oğurlamış, həmin heyvanlardan 8-i ona məxsus, bir başı isə Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Oğurlanmış heyvanlardan inək sarı qaşqalı sarımtıl rəngli, 5 illik olmuş, diri çəkisi 300 kq. arasında olmuş, düyənin biri boz rəngli, digəri qırmızımtıl rəngli, iki illik olmuş, diri çəkiləri 350 kq. arasında olmuş, erkək çöngələr isə 3 illik olmuş, 3 başı qırmızımtıl, 2 başı ala , 1 başı boz rəngli olmuş, diri çəkiləri 350 kq çəkidə olmuşdur. Boz rəngli çöngə isə Zərərçəkmiş şəxs5 olmuşdur. Digər oğurlanan heyvanlar ona məxsusdur. Qeyd etmişdir ki , bazar satışı ilə hər bir heyvanın orta bazar satışı 1500 manatdır. Ümumilikdə ona həmin oğurluq nəticəsində 12500 manat maddi ziyan dəymiş və Zərərçəkmiş şəxs5 isə 1500 manat maddi ziyan dəymişdir. Ona dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verib göstərdi ki, Şamaxı rayonun Qonaqkənd kəndində qeydiyyatda olsa da, hazırda ailə üzvüləri ilə birlikdə Ağsu şəhərində yaşayır. Ailə üzvləri ilə birlikdə Ağsu rayonun Cəfərli kəndində Zərərçəkmiş şəxs4 fermasında 2021-ci ilin mart ayından işləmiş və bunun müqabilində Zərərçəkmiş şəxs4 onlara aylıq 800 manat məvacib vermişdir. Zərərçəkmiş şəxs4 iri və xırda buynuzlu təsərrüfatını iyun ayında Şamaxı rayon Zarat-Xeybəri yayalağına aparmışdır. Həmin heyvanların artıq qış yatağına gətirmək üçün 09 avqust 2021-ci il tarixdə yayalaqdan 48 baş mal qaranı, 15 baş camış heyvanlarını oğlu Famil götürüb Ağsu rayonun Jəfərli kəndində Zərərçəkmiş şəxs4 fermasına gətirmişdir. Famil fermaya 12 avqust 2021-ci il tarixdə çatmışdır. Oğlu Famillə söhbət zamanı bildirmişdir ki, o, daima olaraq heyvanlara nəzarət edir və heyvanları gətirib qəhələ salırmış. Lakin, elə vaxtlar da olurmuş ki, çöl sahədə heyvanları nəzarətsiz buraxıb gedirmiş. Famil özü fermada tək qalırmış. O, fermadan heyvanların birdən-birə yoxa çıxmasından şübəhələnmişdir ki, yəqin Famil heyvanları nəzarətsiz otardığı üçün heyvanlar örüş sahəsindən baş götürüb naməlum istiqamətə gedib itmişdir. Bildirirmişdir ki, fermada 48 baş heyvanlardan 12 baş heyvan onun qohumu Vüqar adlı şəxsin, iki baş özünün və 34 baş mallar isə Zərərçəkmiş şəxs4 olmuşdur. Fermada onlara təhvil verilən heyvanları itərsə cavabdehliyi onlar daşıyır, əgər heyvanlardan ölərsə və ya vəhşi heyvan qəhələ girib parçalayarsa və ya kimsə gəlib oğurlayarsa sahibi məsuliyyət daşıması barədə ferma sahibi Zərərçəkmiş şəxs4lə aralarında şifahi öhdəliyi olmuşdur. O, özü də naməlum şəxsin fermaya gəlib oğurluq etməsinin qeyri-mümkün saymışdır, çünki malların saxlandığı qəhəl işıqlıdır və ferma evlərinin qarşısında işıq daima yanır, bir sözlə ərazi işıqlı olur. Həm də həmin gecə Famil də oyaq olmuş və həyat yoldaşı Badam da oyaq olmuşdur. Fikirləşmişdir ki, oğlu Famil Zərərçəkmiş şəxs4 heyvanlarını nəzarətsiz və sahibsiz çöl otlaq örüş sahəyə buraxdığından heyvanları itirmişdir. Lakin, Famil bildirmişdir ki, fermadan 12 baş heyvan çıxmış və onlardan iki başı qaydıb gəlmiş, bir başını isə Padarçöl tərəfdən gedib tapıb fermaya gətirmişdir. Qayıdan iki baş heyvanların birinin boynunda göy ip olduğunu demişdir. O, fermadan oğurluq olmağına ilk əvvəl inanmamış, belə ki, Famil heyvanları otararkən nəzarətsiz də qoyduğunu dediyi üçün heyvanların itməsindən şübhələnmiş və itməsini zənn etdiyi heyvanlara görə isə məsuliyət onun üzərində olmuşdur. Oğurlanmış 9 baş heyvanlardan Zərərçəkmiş şəxs4 8 baş heyvanları ilə birlikdə bir baş da onun ailəsinə məxsus heyvanı olmuşdur. Zərərçəkmiş şəxs4 cəmi olaraq 8 baş heyvanı aparılmışdır. Sonradan məlum oldu ki, həmin fermadan oğurluq cinayət əməlini fermada əvvəllər çoban işləmiş, Təqsirləndirilən şəxs3 onun tanımadığı iki nəfər şəxslə törətmişdir. Fermadan 12 baş iri buynuzlu heyvanları qəhəldən çıxarıb aparmışlar və həmin 12 baş heyvandan 3 başı geri qaytmış 9 baş heyvanı isə oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, rayon sakinləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə münasibəti normal olmuşdur, onlarla bir yerdə olanda söhbətlər etmişilər, onlarla aralarında ədavət və düşmənçilik də olmamışdır, eyni zamanda o, hmin şəxslərlə bir məhlədə yaşayır, qonşudurlar. Belə ki, 07 sentyabr 2021-ci il tarixdə o, Bakı şəhərinə getməli olmuş, bu vaxtı o, evdən paltarlarını və əşyalarını götürüb çantasına qoyub küçəyə çıxmış, həmin vaxtı saat 19 radələri olmuş, o, küçədə olarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhlələrində olduqlarını görmüş, onlara yaxınlaşıb salamlaşmış və bir tanış kimi söhbət etməyə başlamışlar. Söhbət zamanı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona bildirmişlər ki, Sabir qəsəbəsi tərəfdə fermada heyvanlar var oğurlayıb satıb pul əldə etmək istəyirlər. Onun da həmin şəxslərlə getməyini bildirmişlər. Hətta heyvanları bazarda satmaq üçün aparmağa, Mersedes Ateka maşını da tapacaqlarını qeyd etmişlər. O, da həmin şəxslərlə razılaşmış və həmin şəxslərlə getməyi qərara almışdır. Belə ki, onlar birlikdə üçü- o, Musa və Elvin piyada Şamaxı şəhərinin girişində “qala” adlanan yerə getmişlər. Qeyd etmişdir ki, onların evlərindən həmin yerə təxminən 500 metrə məsafə olmuşdur. Həmin yerə piyada gedəndən sonra, oradan da piyada Sabir qəsəbəsi istiqamətində çöl sahəsi ilə getmişlər. Gecə vaxtı olduğundan o, dəqiq hansı yol ilə getmələrini xatırlamır. Fermaya bir qədər qalmış it səsi gəlmişdir. O, Elvinlə Musaya demişdir ki, «mən itdən qorxuram, mən kənarda dayanım», həmin şəxslər də onunla razılaşmışlar və o, orada gözləmiş, Elvin və Musa isə fermaya girmişlər, həmin vaxtı 07.09.2021-ci il tarixdə, saat 23:30 radələri olmuş, o, orada təxminən 15-20 dəqiqə gözləyəndən sonra Musa və Elvin onun olduğu yerə piyada qayıdıb gəlmişlər, həmin şəxslər gələrkən qarşılarında 50-55 baş xırdabuynuzlu heyvanları da sürü halında gətirmişlər. Bundan sonra, Musa və Elvin həmin qoyunları məhlələrinə, yəni evlərinin yaxınlığına gətirmişlər. Lakin, gecə vaxtı olduğundan ailə üzvlərindən kimsə orada olmamışdır. Onlar birlikdə həmin yerə gəlmişlər. O, həmin şəxslərlə birlikdə məhlədə bir qədər gözləyəndən sonra, Musa və Elvinin çağırdığı onun tanımadığı şəxsin idarə etdiyi “Mersedes Ateka” markalı nömrəsini bilmədiyi yük avtomobilinə həmin heyvanları yükləmişlər. Bundan sonra, onlar üçü də - o, Musa və Elvin avtomobilin kabinəsində əyləşmişlər, sonra tanımadığı sürücünün idarə etdiyi “Mersedes Ateka” markalı nömrəsini bilmədiyi yük avtomobili ilə Şamaxı-Göylər-Padarçöl yolu ilə Salyan rayonuna getmişlər, 08 sentyabr 2021-ci il tarixdə səhər tezdən təxminən 03 radələrində Salyan rayonunda mal bazarına çatmışlar. Bazara çatandan sonra, yük maşınından heyvanları mal bazarına boşaltmışlar, həmin vaxtı Musa və Elvin yük maşınının sürücüsünə nə qədərsə xatırlamadığı miqdarda yol pulu vermişlər, sürücü də yük avtomobilini sürüb getmişdir. Bazarda olarkən, onun heyvan satmaq üzrə bacarığı olmadığına görə, Musa və Elvin heyvanların hamısını bazarda tanımadığı şəxslərə 5-10 sayda satmışlar, o, görmüşdür ki, artıq həmin şəxslər heyvanların hamısını satılıb qurtardılar. Daha sonra, onlar üçü bazarı tərk etmişlər. Onu da qeyd etmişdir ki, pulu üçü arasında bölmüşlər və ona çatan pulun dəqiq nə qədər olmasını xatırlamır, həmin pulun hamısını xərcləmişdir. Həmin vaxtı yanlarında və ətrafda başqa heç kim olmamışdır. Gecə vaxtı, olduğundan orada kimsə olmamışdır. O, yük maşınını sürən həmin şəxsi tanımamış, həmin şəxsi Elvin və Musa çağırmışdırlar. Avtomobilin nömrəsini də bilməmişdir. Sürücü də orta yaşlı bir şəxs olmuşdur. Həmin şəxsi heç vaxtı Şamaxıda görməmişdir. Başqa əlamətlərini də bilmir. Sürücü heyvanların oğurluq olmasını da bilməmişdir. Musa və Elvin sürücüyə demişlər ki, «heyvanlar özümüzündür, ehtiyaca görə satırıq». Eyni zamanda, Musa və Elvin demişlər ki, tanıdıqları bütün sürücülər maşınları ilə bazara mal apardıqları üçün məcbur qalıb təsadüfən həmin şəxsin nömrəsini öyrənib çağırıblar. Mal bazarlarına əsasən gecə vaxtı heyvanlar aparıldığından sürücü də heç nədən şübhələnməmişdir. Onu da qeyd etmişdir ki, Musa və Elvinin həmin sürücü ilə münasibətlərindən bilmək olurdu ki, həmin şəxslə ilk dəfədir ki, görüşürlər. Orada heyvanlar tanımadıqları bir neçə şəxsə satılmış, konkret hansı qiymətə satılmasını xatırlamır. Bazarda ətrafda olan şəxslərin də kimlər olmasını bilməmişdir. Bildirirmişdir ki, ona Musa və Elvin oğurluğa getmək barədə məsələni bildirəndə o, pul lazım olduğuna görə bu hadisəni törətmişdir. Hazırda əməlindən peşmandır. O, tək halda və həmin şəxslərlə birlikdə başqa cinayət əməli törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X9 məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Ağsu şəhərində yaşayır, o, ailə üzvlərilə birlikdə Zərərçəkmiş şəxs4 Ağsu rayonu Cəfərli kəndində yerləşən fermasında 2021-ci ilin mart ayından işləyir və bunun müqabilində Zərərçəkmiş şəxs4 onlara aylıq 800 manat məvacib verir. Zərərçəkmiş şəxs4 iri və xırda buyunuzlu təsərrüfatı 2020-ci ilin iyun ayından Şamaxı rayon Zarat-Xeybəri yayalağında olmuşdur. Həmin heyvanların artıq qış yatağına gətirmək üçün o, 09 avqust 2021-ci il tarixdə yayalaqdan 48 baş iri buynuzlu heyvanları və 15 baş camış heyvanlarını götürüb Ağsu rayonun Jəfərli kəndində Zərərçəkmiş şəxs4 fermasına gətirmiş və fermaya 12 avqust 2021-ci il tarixdə çatmışdır. Fermada həmin hevanları ortarıb fermanın qəhəlinə salırmış. Zərərçəkmiş şəxs4 20 iyun 2021-ci il tarixdə ferma ərazisində olmuşdur. Heyvanlar yerində olmuşdur. Lakin, Zərərçəkmiş şəxs4 fermadan çıxıb gedəndən sonra, heyvanları bəzi vaxtlarda fermanın ərazisinə sahibsiz və nəzarətsiz otlamağa buraxırmış, bəzən heyvanlar özləri gəlmiş, bəzən də o, özü gedib fermaya qaytarıb gətirmişdir. 24 avqust gecə vaxtı fermada saxladığı heyvanlardan 12 başını naməlum şəxs qəhəlin içərisinə keçib oğurlamış, həmin oğurlanmış heyvanlardan 2 iki başı həmin günü saat təxminən 09 radələrində özləri qaydıb gəlmiş və 1 bir başını da o, gedib Padarçöl kəndinin arxası tərəfdə «Paşa Holdinq» şirkətinin küləş sahəsində tapıb fermaya gətirmişdir. Həmin heyvanları o, itirməmişdir və heyvanlar fermanın qəhəlindən oğurlanmışdır. Sonradan məlum olmuşdur ki, həmin heyvanları oğurlayan şəxslər Şamaxı rayonu ərazisində də oğurluq etdikləri üçün orada tutulmuşdur. Oğurlanmış 9 baş iri buyunuzlu heyvanlardan bir başı atası Zərərçəkmiş şəxs5 məxsus olmuş, digər qalan heyvanlar isə Zərərçəkmiş şəxs4 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verib göstərdi ki, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olsada, hazırda Şamaxı şəhəri 48A məhəlləsində Ç. Mustafayev küçəsi ev 29-da yaşayır. Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs3 isə qeyd edəcəyi hadisəyədək tanımamışdır. Onun özünə məxsus “Mersedes Ateka” markalı, **-CL-*** dövlət nömrə nişanlı yük avtomobili vardır. Belə ki, 17 avqust 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixə keçən gecə saat 00:10 radələri olardı, o, evlərin olmuşdur. Bu vaxtı Təqsirləndirilən şəxs2 ona demişdir ki, “dayımgilin qoyunları var, onlar karona xəstəliyinə yoluxduğuna görə o, dayısıgilin heyvanlarını satmağa aparır, maşınla gəl, qoyunları Salyan bazarına aparaq”. O, da Musanı tanıdığı üçün avtomobilinə əyləşib Musanın qeyd etdiyi yerə, yəni onların küçəsindən 2-3 küçə aralıda, zibillik deyilən yerə sürdüm. Görmüşdür ki, Musa və yanında bir nəfər şəxs dayanıblar, yanlarında da 33 baş xırdabuynuzlu heyvan var. O, ora çatandan sonra, Musa ona yanındakı şəxsin adını Elvin kimi bildirib həmin şəxsin onun dayısı oğlu olduğunu, dayısıgilin karona xəstəsi olduqlarını, dayısı oğlunun balaca qardaşının sudurqa xəstəsi olduğuna görə təcili Bakı şəhərinə apardıqlarını, təcili pul lazım olduğuna görə heyvanları dayısı oğlu ilə birlikdə satıb Bakı şəhərinə gedəcəklərini bildirmişdir. O, da Musanın bu sözlərinə inanmış və heyvanları Salyan rayon mal bazarına 250 manata aparmağı razılaşmış, bundan sonra Musa və Elvin adı kimi qeyd edilən şəxs birlikdə heyvanları avtomobilin yük yerinə yığmışlar və onlar Padarçöl yolu və “Noxudlu yolu” adlanan yol ilə Salyan bazarına getmişlər, bazara çatanda artıq saat 04 radələri olmuşdur. Orada bazar pulu istənilmiş, Musa və həmin şəxsin üstündə pul olmadığına görə razılaşmışlar ki, olan 30 manat pulu o, onların əvəzində versin ki, heyvanları satandan sonra onun pulunu versinlər. Musa və həmin şəxs orada 32 baş qoyun və 1 baş keçini müxtəlif tanımadığı şəxslərə satmışlar, o, onların dəqiq nə qədər pul topladıqlarını bilməmişdir. Musa bazar pulu ilə birlikdə yol pulunu ona 280 manatı vermişlər. Sonra, Musa və Elvin kimi qeyd edilən şəxs Bakı yoluna çıxıb getmişlər, o, da “Noxudlu yolu” adlanan yol ilə Şamaxıya qayıtmışdır. Sonradan bilmişdir ki, ona Elvin kimi təqdim edilən şəxs əslində Şamaxı rayon sakini Təqsirləndirilən şəxs3dur. O, 32 baş qoyun və 1 baş keçinin oğurluq olmasını bilməmiş, Musa ona demişdir ki, heyvanlar onun dayısıgilindir. Dayısıgil xəstə olduğundan heyvanları özünün satdığını da ona demişmişdir. O, Elvini orada görməmişdir. Ancaq Musa və sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu bildiyi şəxs orada olmuşdur. Eyni zamanda Musanın qardaşı Məhəmməd də həmin vaxtı ora su gətirib qayıtmışdır. O, Musa və Babəkin Salyan rayon mal bazarında heyvanları satdığı şəxslərin heç birini tanımamışdır. Bir dəfə həmin qeyd etdiyi hadisədən bir həftə əvvəl o, Salyan rayon mal bazarına gedərkən, Musanın qardaşı Məhəmməd və atası Rasimin xahişinə görə onların təxminən xatırladığına görə 22 baş heyvanlarını Salyan rayon mal bazarına aparmışdır. Özü də bazara getdiyi üçün onlardan pul almamışdır. Məhəmməd və Rasim heyvanların özlərinə məxsus olduğunu demişlər. Başqa heç vaxtı onların heyvanlarını aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verib göstrədi ki, Ağsu rayonu, Bico kəndində ailəsi ilə birlikdə yaşayır, özü də heç bir yerdə işləmir. Onun özünə məxsus Qaz-33021 markalı, 37-BB319 dövlət qeydiyyat nişanlı yük avtomobili var, o, həmin yük avtomobili ilə müxtəlif vaxtlarda müxtəlif sifarişlər alaraq yük daşıma ilə məşğul olur, onu da qeyd etmişdir ki, xırdabuynuzlu heyvanların da daşınmasında istifadə edir. Belə ki, 06 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Ağsu rayonu, Bico kəndində evlərində olan zaman evlərinin qapısı döyülmüşdür. O, evin qarşısına çıxan zaman tanımadığı iki nəfər şəxs ona bildirmişlər ki, Ağdaş rayon heyvanların alqı-satqısı bazarına 22 baş xırdabuynuzlu heyvan var, onu aparmaq lazımdır. Həmin vaxt o, onlarla razılaşmış və onlara bildirmişdir ki, həmin 22 baş xırdabuynuzlu heyvanlarınızı aparanda sizdən 140 (yüz qırx) manat yol pulu alacaqdır. Onlar həmin məbləğin çox olduğunu deyib ona məbləğdə onlara bir qədər hörmət edib aşağı qiymətə aparmasını xahiş etmişlər. Onların xahişini nəzərə alıb həmin 22 baş xırdabuynuzlu heyvanları ən aşağı 130 (yüz otuz) manata aparacağını bildirmiş v ə onlar da onunla razılaşmışlar və onlar həmin heyvanları artıq 23 radələrində onun idarə etdiyi Qaz-33021 markalı, 37-BB319 dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləmişlər və Ağdaş rayon heyvanların alqı-satqısı bazarına getmişlər. Artıq 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə keçən gecə, saat 03 radələrində onlar Ağdaş rayonu ərazisində yerləşən heyvanların alqı-satqısı bazarına çatmışlar. Onlar bazara çatdıqdan sonra o, həmin 130 (yüz otuz) manat pulunu almış və oradan öz yaşadığı Ağsu rayonu, Bico kəndinə qayıtmışdır. Onun həmin heyvanların oğurluq olduğundan heç bir məlumatı olmamışdır. O, həmin şəxsləri tanımır, onlarla heç bir münaibəti və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, təxminən 15 ildir ki, xırda buynuzlu heyvanların alqi-satqısı ilə məşqul olur. 07 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində qohumu Rəcəb ilə birlikdə Salyan rayonunda heyvan bazarına getmişlər. 08 sentyabr 2021-ci il tarixdə o, qohumu Rəcəb ilə birlikdə heyvan almaq məqsədi ilə bazarı gəzən zaman təxminən saat 04 radələrində üç nəfər şəxsin təxminən 30 baş xırda buynuzlu heyvanlar satdığını görüb həmin şəxslərə yaxınlaşaraq heyvanların qiymətini soruşmuşlar. Həmin şəxslərdən biri əvəllər tanıdığı Elvin olmuşdur. Onlar xırda buynuzlu heyvanların 160 manat olmasını bildirmişlər. Rəcəb onlara heyvanları biraz ucuz qiymətə verməsini demişdir. Həmin vaxt onlar bildirmişlər ki, xırda buynuzlu heyvanlarının birini 150 manatdan götürərsən. Onlar həmin şəxslər ilə razılaşdıqdan sonra 11 baş xırda buynuzlu heyvanı Rəcab və 1 baş xirda buynuzlu heyvanı götürərək əvəzində 1650 manat pulu Rəcəb və 150 manat pulu da o, onlara vermişdir. Onlar heyvanları aldıqdan sonra Rəcəb avvəllər tanıdıqları Elvindən ona məxsus olan mobil nömrəsini istəmişdir. Elvin isə yanında olan şəxslərdən birinin mobil nömrəsini Rəcəbə verərək narahat olma heç bir problem yoxdur, nəsə problem olsa mənlikdir deyə bildirmişdir. Onlar heyvanları aldıqdan sonra həmin 12 baş xırda buynuzlu heyvanları Rəcəbə məxsus olan heyvanların yanına gətirmişlər. Daha sonra heyvanları maşına yığaraq öz yaşadıqları Ağsu rayonuna gətirmişlər. 11 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində qohumları Rəcəb ilə birlikdə 34 baş xırda buynuzlu heyvanları Şamaxı rayon heyvan bazarına satmaq məqsədi ilə gətirmişlər. Həmin 34 baş baş heyvanlardan biri onun, 33 isə Rəcəbin olmuşdur. Həmin gün saat 04 radələrində bir nəfər şəxs yaxınlaşaraq heyvanların kimin olduğunu soruşmuşdur. Rəcəb isə cavabında onun olduğunu həmin şəxsə bildirmişdir. Həmin şəxs heyvanların qiymətini soruşaraq çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra yenidən həmin şəxs polis əməkdaşları ilə birlikdə onların yanlarına gəlmişlər. Həmin vaxt polis əməkdaşları özlərini təqdim edərək heyvanların kimə məxsus olmasını soruşmuşlar. Rəcəb isə cavabında ona məxsus olmasını bildirmişdir. Bu zaman heyvan almağa gələn şəxs heyvanların içərisindən iki baş xırda buynuzlu heyvanı göstərərək onun olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları həmin şəxsin heyvanlarının oğurlandığını bildirmişdir. Rəcəb isə onlara həmin heyvanları Salyan rayon bazarından aldıqlarını demişdir. Polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Onlar onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişlər. 08 sentyabr 2021-ci il tarixdə Salyan rayon heyvan bazarından 01 baş xırda buynuzlu heyvanı alan zaman o, qohumu Rəcəb əvvəllər tanıdığı Elvin va onun yanında olan tanımadıği 2 nəfər şəxs olmuş, başqa şəxslərin kimlərin olmasını bilməmişdir. O, Salyan rayonundan aldığı 01 baş xırda buynuzlu heyvanin oğurluq olmaını bilməmişdir. Qeyd etmişdir ki, aldığı 01 baş xırda buynuzlu heyvan ondadır və həmin heyvani polis əməkdaşlarına təhvil vermişdir. Birinci dəfədir ki, o, bilmədən oğurluq heyvan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Özü də təxminən 12 ildir ki, xırda buynuzlu heyvanların alqısatqısı ilə məşqul olur. 07 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində qardaşı Fəyyaz Nuruzadə ilə birlikdə özlərinə məxsus olan 36 baş xırda buynuzlu heyvanı satmaq məqəsədi ilə Salyan rayonunun heyvan bazarına aparmışlar. 08 sentyabr 2021-ci il tarixdə apardıqları 36 baş xirda buynuzlu heyvanlardan 13 başını satmışlar. Daha sonra o, heyvan almaq məqsədi ilə bazarı gəzən zaman təxminən saat 04 radələrində üç nəfər şəxsin təxminən 30 baş xırda buynuzlu heyvanlar satdığını görüb həmin şəxslərə yaxınlaşaraq heyvanların qiymətini soruşmuuşdur. Həmin şəxslərdən biri əvəllər tanıdığı Elvin adlı şəxs olmuşdur. Onlar xırda buynuzlu heyvanların 160 manat olmasını bildirmişlər. O,onlara heyvanlari biraz ucuz qiymətə verməsini demişdir. Həmin vaxt onlar ona bildirmişlər ki, xirda buynuzlu heyvanlarının birini 150 manatdan götürərsən. O, həmin şəxslər ilə razılaşdıqdan sonra 11 baş xırda buynuzlu heyvan götürərək əvəzində 1650 manat pulu onlara vermişdir. Onu da qeyd etmişdir ki, həmin vaxt qohumu Şahid6 da onun yanında olmuş və o, da Elvin adlı şəxs və onun yanında olan 2 nəfərdən 1 baş xırda buynuzlu heyvan almışdır. O, heyvanları aldıqdan sonra əvvəllər tanıdığı Elvin adlı şəxsdən ona məxsus olan mobil nömrəsini istəmişdir. Elvin isə yanında olan şəxslərdən birinin mobil nömrəsini ona verərək narahat olma heç bir problem yoxdur, nəsa problem olsa mənlikdir deyə bildirmişdir. O, heyvanları aldıqdan sonra həmin 11 baş xırda buynuzlu heyvanları özlərinə məxsus olan heyvanların yanına gətirmişdir. Bu zaman o, aldığı 11 ədəd xırda buynuzlu heyvanlardan 6 başını 920 manat dəyərində satmışdır. Daha sonra qalan heyvanları maşına yığaraq öz yaşadığı Ağsu rayonuna gətirmişdir. 11 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində qardaşı ilə birlikdə 33 baş xırda buynuzlu heyvanları Şamaxı rayon heyvan bazarına satmaq məqsədi ilə gətirmişdir. Həmin heyvanların içərisində Salyan rayon heyvan bazarından aldığı 5 baş xırda buynuzlu heyvanları da Şamaxı rayon heyvan bazarına satmaq üçün gətirmişdir. Həmin gün saat 04 radələrində bir nəfər şəxs yaxınlaşaraq heyvanların qiymətini soruşmuşdur. O, həmin şəxs ilə razılaşdıqdan sonra 6 baş xırda buynuzlu heyvanı ona sataraq əvəzində 930 manat pul almışdır. Satdığı 6 baş xırda buynuzlu heyvanların içərisində 4 baş heyvan Salyan rayon bazarından aldığı heyvanlar olmuşdur. Təxminən 30 daqiqə sonra bir nəfər şəxs yaxınlaşaraq heyvanların kimin olduğunu soruşmuşdur. O, isə cavabında onun olduğunu həmin şəxsə bildirmişdir. Həmin şəxs heyvanlarin qiymətini soruşaraq çıxıb getmişdir. Təxminən 5 dəqiqə sonra yenidən həmin şəxs polis əməkdaşları ilə birlikdə onun yanına gəlmişdir. Həmin vaxt polis əməkdaşları özlərini təqdim edərək heyvanların kimə məxsus olmasını soruşmuşdur. O, isə cavabında ona məxsus olmasını bildirmişdir. Bu zaman heyvan almağa gələn şəxs heyvanların içərisindən 2 baş xırda buynuzlu heyvani göstərərək onun olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları həmin şəxsin heyvanlarının oğurlandığını bildirmişdir. O, isə onlara həmin heyvanları Salyan rayon bazaarından aldığını demişdir. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişər. O, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. 08 sentyabr 2021-ci il tarixdə Salyan rayon heyvan bazarından 11 baş xırda buynuzlu heyvanları alan zaman o, qohumu Şahid6 əvvəllər tanıdığı Elvin və onun yanında olan tanımadığı 2 nəfər şəxs olmuş, başqa şəxslərin kimlər olmasını bilməmişdir. O, Salyan rayonundan aldıqları 11 baş xırda buynuzlu heyvanların oğurluq olmasını bilməmişəm. Qeyd etmişdir ki, 11 sentyabr 2021-ci il tarixdə Şamaxı rayon heyvan bazarında satdığı 6 baş heyvanları geri qaytarmış və həmin heyvanlardan hal-hazırda 5-i ondadır və həmin heyvanları polis əməkdaşlarına təhvil vermişdir. Birinci dəfədir ki, o, bilmədən oğurluq heyvan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, onun səhhətində ciddi problemlər olduğundan o, yüngül işlə, yəni az sayda heyvanların alqısatqısı ilə məşğul olur. Belə ki, həmişə olduğu kimi 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə keçən gecə saat 03 radələrində o, idarə etdiyi Qazel markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş bazarına gəlmiş, həmin vaxt o, heyvanlardan hansıları ala biləcəyini müəyyən etmək üçün bazarı gəzmiş, təxminən 10-15 dəqiqə bazarda gəzdikdən sonra bazarda biri dolu bədən quruluşunda, digəri isə normal bədən quruluşunda olan iki nəfər əvvəllər tanımadığı və münasibətinin olmadığı şəxslərin xırdabuynuzlu heyvan satdıqlarını görmüşdür. Onu da qeyd etmişdir ki, ondan başqa da tanımadığı şəxslər həmin iki nəfər şəxsdən heyvan alırmışlar. O, həmin iki nəfər şəxslərə, sonradan adlarının Musa və Elvin olmasını bildiyi şəxslərə yaxınlaşmış və heyvanları hansı qiymətə satdıqlarını soruşmuşdur. Həmin vaxt iki nəfər tanımadığı şəxslər ona bildirmişlər ki, qiymətdə razılaşsaq satarıq. Həmin vaxt bir baş şişək qoyunu 180 manata, iki baş xırdabuynuzlu qoca qoyunları 310 manata, üç baş xırda buynuzlu heyvanları da 330 manat almaqla ümumillikdə 6 baş xırdabuynuzlu heyvanlara 820 (səkkiz yüz iyirmi) manat pul vermiş və həmin heyvanları almışdır. Daha sonra bir qədər bazarda gəzdikdən sonra evinə qayıtmış, daha sonra, bir gün əvvəl aldığı həmin 6 baş xırdabuynuzlu heyvanları satmaq qərarına gəlmiş və bu məqsədlə 07 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixə keçən gecə saat 04 radələrində o, Göyçay rayon heyvanların alqı-satqısı bazarına gəlmişdir. O, bazara gəldikdən 5-10 dəqiqə sonra tanımadığı şəxs ona yaxınlaşmış, yanında satmaq üçün gətirdiyi həmin heyvanlara baxmış və həmin şəxs ona bildirmişdir ki, gəl bura qiymətində razılaşarıq. Bu sözündən sonra həmin tanımadığı şəxs onun yanından çıxıb getmişdir. Qısa bir vaxtdan sonra həmin tanımadığı şəxs iki nəfər polis əməkdaşı ilə ona yaxınlaşmış və demişlər ki, həmin 6 baş xırdabuynuzlu heyvanlar oğurluqdur və ona ilk olaraq yaxınlaşan şəxsə məxsusdur. O da həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, o, həmin heyvanları bir gün əvvəl tanımadığı şəxsdən almışdır və aldığı heyvanların oğurluq olduğundan heç bir məlumatı olmamışdır. Çünki bu günə kimi belə bir hal olmamışdır. Daha sonra onu Şamaxı rayon polis şöbəsinə gətirmişlər, Şamaxı rayon polis şöbəsində ona məlum olmuşdur ki, ona oğurluq satılan həmin 6 baş xırdabuynuzlu heyvanların sahibi Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan X4 ailəsinə məxsusdur. Şahid8 ifadəsində əlavə olaraq bildirmişdir ki, o, təxminin 2 ildir ki, ailəsini dolandırmaq üçün az sayda heyvanların alqı-satqısı ilə məşğul olur, heyvanları alıb satır. O, 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixə keçən gecə saat 03 radələrində Ağdaş rayon heyvan bazarında olan zaman aldığı 6 baş xırdabuynuzlu heyvanları satan şəxsləri əvvəllər tanımamış, həmin şəxslər əvvəl heç bir vaxt heyvan almamış və həmin şəxslərin telefon nömrəsini götürməmişdir. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs2 iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış heyvanlar Zərərçəkmiş şəxs2 məxsus olmaqla Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən saxlanc yeri olan fermadakı bağlı yerdən - qəhəldən aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 08 avqust 2021-ci il tarixli götürmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 məxsus 06 (altı) baş xırdabuynuzlu heyvanları Göyçay rayon mal bazarında Şahid8 müəyyən edilərək Şamaxı RPŞ-nə gətirilmiş, Zərərçəkmiş şəxs2 oğlu Şahid5 heyvanları tanıdığını bildirmiş, heyvanların fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Ağsu rayonu Cəfərli kəndi ərazisində çöl sahəsində fermada çoban işləyən Şahid3 iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, həmin sahədə Zərərçəkmiş şəxs4 məxsus ferması yerləşir, oğurlanmış 9 baş heyvanlardan 8 baş heyvan Zərərçəkmiş şəxs4, 01 baş heyvan Şahid3 atası Zərərçəkmiş şəxs5 məxsus olmaqla Ağsu rayonu Cəfərli kəndi ərazisində çöl sahəsində yerləşən saxlanc yeri olan fermadakı bağlı yerdən - qəhəldən aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, oğurlanmış heyvanlar Zərərçəkmiş şəxs1 məxsus olmaqla Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində yerləşən saxlanc yeri olan fermadakı bağlı yerdən - qəhəldən aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 06 (altı) baş xırdabuynuzlu heyvanları iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün qəbzlə Zərərçəkmiş şəxs2 oğlu Şahid5 təhvil verilmişdir. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli götürmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 məxsus 06 (altı) baş xırdabuynuzlu heyvanları Şamaxı rayon mal bazarında Şahid6 və Şahid7 müəyyən edilərək Şamaxı RPŞ-nə gətirildiyindən tərəfimdən götürülmüş, Zərərçəkmiş şəxs1 heyvanları özü tanıdığını bildirmiş, heyvanların fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 sentyabr 2021-ci il tarixdə saat 21:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı şəhəri ərazisində “Yəhudi” qəbiristanlığı adlanan ərazinin arxa tərəfində Zərərçəkmiş şəxs3 iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, oğurlanmış heyvanlar Zərərçəkmiş şəxs3 məxsus olmaqla Şamaxı şəhəri ərazisində “Yəhudi” qəbiristanlığının arxasında yerləşən saxlanc yeri olan fermadakı bağlı yerdən qəhəldən aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 16 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 4(074)-79/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 4(074)-80/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 4(074)-83/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 05 avqust 2021-ci il tarixdən 06 avqust 2021-ci il tarixə keçən gecə Şamaxı rayon Şəhriyar qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus cəmi 22 baş xırdabuynuzlu heyvanları, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə 17 avqust 2021-ci il tarixdə Şamaxı şəhərində Yəhudi qəbristanlığı yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus cəmi 33 baş xırdabuynuzlu heyvanları, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 birlikdə 07 sentyabr 2021-ci il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 məxsus cəmi 57 baş xırdabuynuzlu heyvanları oğurlamışlar, həmin hadisələrin törədilməsində digər şəxslərin iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Baytarlıq İdarəsinin 02.10.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, qiymətləndirilməsi üçün əlamətləri (çəkisi, yaşı, sortu və s.) təqdim olunmuş xırdabuynuzlu heyvanlara baxış keçirilərkən, qərarda göstərildiyi kimi Zərərçəkmiş şəxs2 məxsus 22(iyirmi iki) baş xırdabuynuzlu qoyun heyvanlarının hər birinə görə 170 (yüz yetmiş) manat olmaqla ümumilikdə 3740 (üç min yeddi yüz qırx) manat hazırkı dəyər qiyməti ilə müəyyən edib qiymətləndirilmişdir. İş materiallarında olan Şamaxı rayon Baytarlıq İdarəsinin 02.10.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, qiymətləndirilməsi üçün əlamətləri (çəkisi, yaşı, sortu və s.) təqdim olunmuş xırdabuynuzlu heyvanlara baxış keçirərkən, qərarda göstərildiyi kimi Zərərçəkmiş şəxs3 məxsus 32 (otuz iki) baş xırdabuynuzlu qoyun heyvanlarının hər birinə görə 147 (bir yüz qırx yeddi) manat, 01 (bir) baş xırdabuynuzlu keçi heyvanın 96 (doxsan altı) manat olmaqla, ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat hazırkı dəyər qiyməti ilə müəyyən edib qiymətləndirilmişdir. İş materiallarında olan Şamaxı rayon Baytarlıq İdarəsinin 02.10.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, qiymətləndirilməsi üçün əlamətləri (çəkisi, yaşı, sortu və s.) təqdim olunmuş xırdabuynuzlu heyvanlara baxış keçirərkən, qərarda göstərildiyi kimi Zərərçəkmiş şəxs1 məxsus 03 (üç) baş xırdabuynuzlu qoç heyvanlarının hər birinə görə 400 (dörd yüz) manat, 02 (iki) baş xırdabuynuzlu keçi heyvanın hər biri 100 (yüz) manat, 52 (əlli iki) baş xırdabuynuzlu qoyun heyvanın hər biri 165 (yüz altımış beş) manat olmaqla ümumilikdə 9980 (doqquz min doqquz yüz səksən) manat hazırkı dəyər qiyməti ilə müəyyən edib qiymətləndirilmişdir. İş materiallarında olan Şamaxı rayon Baytarlıq İdarəsinin 07.12.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, qiymətləndirilməsi üçün əlamətləri (çəkisi, yaşı, sortu və s.) təqdim olunmuş iribuynuzlu heyvanlara baxış keçirərkən, iş üzrə qeyd edildiyi kimi Zərərçəkmiş şəxs4 məxsus 08 (səkkiz) baş iribuynuzlu heyvanlarının hər birinə görə 1000 (min) manat, Zərərçəkmiş şəxs5 məxsus 01 (bir) baş iribuynuzlu heyvana görə 1000 (min) manat olmaqla ümumilikdə 9000 (doqquz min) manat hazırkı dəyər qiyməti ilə müəyyən edib qiymətləndirilmişdir. İş materiallarında olan İ-1878 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2725 nömrəli sərəncamı ilə döyüşdə fərqlənməyə medalı ilə təltif edilmişdir. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək Tərtər rayonu, Suqovuşan qəsəbəsində döyüş əməliyyatlarında iştirak edib. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X2 tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş 75131 saylı vəsiqənin surətindən görünür ki, o, AVMVİB-nin üzvüdür. İş materiallarında olan N saylı hərbi hissənin N dekabr 2020-ci il tarixli 5576 saylı travma haqqında arayışından görünür ki, hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs2 16 oktyabr 2020-ci il tarixdə saat təxminən 09:00 radələrində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində “sağ ayaq səthinin kiçik ölçülü sağalmış yarası” dioqnozu ilə xəsarət almışdır. İş materiallarında olan Kəşfiyyat bölümünün komandiri vəzifəsini icra edən baş leytenan Ruslan Orucov tərəfindən 09 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xidməti xasiyətnamədə göstərilir ki, hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs2 21.09.2020-ci il tarixindən N nömrəli hərbi hissədə xidmət edir. Kəşfiyyat bölüyünə gəldiyi gündən torpaqların azadlığı uğrunda geden döyüşlərdə iştirak edib. Döyüşdə xidməti vəzifəsini tam, qüsursuz və keyfiyyətlə yerinə yetirib. Hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs2 kəşfiyyat bölüyünün kəşfiyyat müşahidə Taqımının məlumatların toplanması qrupunda operator-radiotelefonçu kimi xidmət etdiyi müddət ərzində özünü bacarıqlı bir əsgər kimi göstərmişdir. Öz fərdi silahının material hissəiərini bilib və mütamadi olaraq məşğələlərdə fəal iştirak edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsü kimi öz borcunu dərindən dərk edir. Hərbi andı yerinə yetirir, sayıq, namuslu və Azərbaycan dövlətinin işinə və mənafeyinə sədaqətli olur və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəmir. Komandirlərin və rəislərin əmr və sərəncamlarını sözsüz, dəqiq və tez yerinə yetirir. Şəxsi və ictimai gigiyena qaydalarına riayət edir. Silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik Tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edir. Həmişə forma üzrə səliqəli geyinir. İxtisasına uyğun bilik və hazırlıq səviyyəsi vəzifəsinin öhdəsindən gəlməyə imkan verir, Hərbi nizamnamələri və təlimatları orta bilir, xidmətini nizamnamələrin tələblərinə uyğun təşkil edir. Yoldaşlarına qarşı səmimidir, kollektivdə hörmət qazanmışdır.. Fiziki və əqli cəhətdən sağlamdır. Hərbi vətənpərvərlik hissini daim yaşadır. Bilik səviyyəsi və bacarığını artırmaq üçün daim öz üzərində çalışır. Xidmət etdiyi kollektivdə hörmətə malikdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 16 sentyabr 2021-ci il tarixli 510 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatdadır, hal-hazırda Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, Şəhriyar qəsəbəsində özünü təbiətən sakit, tay-tuşları arasında hörmət qazanmış kimi göstərmişdir. Qəsəbə ağsaqqalarının və ağbirçəklərinin hörmətini qazanmış, keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 oktyabr 2021-ci il tarxli 3207 saylı arayışından görünür ki, Şirinov Musa Rasim oğlu atası 1969-cu il təvəllüdlü X13, anası 1977-ci il təvəllüdlü X1, qardaşları 2000-ci il təvəllüdlü X10, 2001-ci il təvəllüdlü X5, 2002-ci il təvəllüdlü X11, 2012-ci il təvəllüdlü X6 və bacısı 2012-ci il təvəllüdlü X7 ilə Şamaxı şəhəri, M.Ə.Əfəndiyev küçəsi, 27 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Ağsu rayon Padarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2021-ci il tarixli 109 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Ağsu rayonu Padarqışlaq kəndində qeydiyyatdadır, həmin kənddə yaşayır. İş materiallarında olan Ağsu rayon Padarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamə göstərilir ki, onun haqqında nümayəndəliyə yazılı və şifahi şiakyət daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 4(074)-96/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 4(074)-83/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 4(074)-97/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 4(074)-79/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 4(074)-100/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində Şamaxı rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli 4(074)-80/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarilxi 4(012)-42/2022 saylı qərardan çıxarışdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində 2 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs3 tutulduğu 19 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(074)- 32/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 4(074)-83/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs5 dəymiş 1000 manat maddi ziyanın Zərərçəkmiş şəxs4 tərəfindən ona ödənilməsini nəzərə alaraq iş üzrə maddi ziyanın tam ödənilməsi qənaətinə gəlir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğluna elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı özlərini təqsirli bilmişlər, eyni zamanda onların əməli özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 20 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək qismən səbərbərliyə cəlb olunaraq Vətən müharibəsində iştirakını, döyüşlərdə travma almasını və təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Abşeron rayonunda təkrar oğurluq cinayəti törətdiyindən barəsində cinayət işi istintaq olunmasini şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və müsbət davranışını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2021-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 ay 23 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmaldır, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, Vətən müharibəsində iştirakını, təltif olunmasını və müsbət davranışını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2021-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 ay 23 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, hazırda zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi olmamasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və müsbət davranışını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 16 sentyabr 2021-ci il tarixdən 19 yanvar 2021-ci tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Abşeron rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 4(012)-42/2022 saylı qərarı nəzərə alınmalıdır. Zərərçəkiş şəxslər Zərərçəkmiş şəxs1, X12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar 6 baş xırdabuynuzlu qoyunların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 oğluna məhkəmə istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlİdir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 oğluna məhkəmə istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 13 sentyabr 2021-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 ay 23 gün müddət 1 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 il 4 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 13 sentyabr 2021-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 6 ay 23 gün müddət 1 il 1 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 16 sentyabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 ay 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 il 7 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 06 aprel 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Abşeron rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 4(012)-42/2022 saylı qərarı nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar 6 baş xırdabuynuzlu qoyunların sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi3 ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-32/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-32/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver