Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-32/2025 23.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, Qəbələ küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1991-ci ildə Şamaxı rayonu, Cabanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış,işləməyən, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Azərbaycan Dəmiryolu Yük Həyəti yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 dekabr 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qapıdan daxil olaraq, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısını açmaqla, orada saxlanılan 2 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halındacinayət əlaqəsinə girərək, 06 dekabr 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə qapıdan daxil olaraq, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tövlənin qapısını açmaqla, orada saxlanılan 2 baş xırdabuynuzlu heyvanı gizli olaraq talayıb aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu, İkinci Cabanı kəndində yaşayan Zərərçəkmiş şəxs qardaşı X5 qaynatası olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 qaynı olmaqla həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət olmamışdır. 05 dekabr 2024-cü il tarixdə qaynı Təqsirləndirilən şəxs2 ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivində yerləşən evində yemək yeyib spirtli içki olan araq içmişlər. Yeyib içdikdən sonra Yaminlə qərara gəlmişlər ki, mərhum nənəsi TərciməƏsgərovadan qalmış, Şamaxı rayonu, Cabanı kəndində yerləşən evdən ona məxsus iş ləvazimatlarını götürüb geri qayıtsınlar. Bundan sonra həmin tarixdə təxminən saat 17 radələrində Yaminlə birlikdə ona məxsus olan “DaewooNexia” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şamaxı şəhərinə gəlmişlər. Yolda gələrkən əlavə olaraq spirtli içki və yeməyə ərzaq almışlar. Şamaxı şəhərində olarkən N.Nərimanov küçəsində yerləşən “AbuDhabi” çay evində oturub çay içmişlər, təxminən saat 21 radələrində Şamaxı rayonu, Cabanı kəndinə çatıb mərhum nənəsinin evinə getmişlər, orada olarkən Yamin ilə yenidən spirtli içki qəbul etməyə başlamışlar. 06 dekabr 2024-cü il tarixdə təxminən saat 01 radələrində Yamin ilə söhbət edərkən Yamin qardaşı Nəzirin Şamaxı rayonu, İkinci Cabanı kəndində yaşayan qaynatası Zərərçəkmiş şəxs evinin həyətindəki tövləsindən xırdabuynuzlu heyvan oğurlayıb kəsib yeməyi təklif etmişdir. Həmin vaxt o, da Yaminin təklifi ilə razılaşmışdır. Bundan sonra ikisi Cabanı kəndindən İkinci Cabanı kəndinə piyada gedib, Zərərçəkmiş şəxs evinə çatmışlar. Allahverdinin həyətinə getmək üçün qoyulmuş qapını açıb Allahverdinin yaşadığı evin arxa hissəsindən evin həyətinə, oradan da, tövlə olan hissəyə girib, tövlənin qapısını açıb, tövləyə daxil olmuşlar, tövləyə daxil olduqdan sonra Yamin ilə birlikdə iki baş xırdabuynuzlu heyvanı, yəni quzunu tutub tövlədən çıxıb quzuların ayaqlarını bağlamışlar. Bundan sonra Yamin ilə birlikdə iki baş quzunu bostanın aşağı hissəsinə aparmışlar. Bundan sonra o, idarə etdiyi avtomobili gətirib heyvanları avtomobilə yükləmək üçün avtomobilin açarlarını Yaminə vermiş, özü isə heyvanların yanında dayanmış, Yamin Cabanı kəndinə gedib avtomobili idarə edib bostanın yaxınlığında saxlamış və onlar iki baş xırdabuynuzlu heyvanı avtomobilin baqaj hissəsinə yükləyib, yenidən mərhum nənəsindən qalan evə gedib spirtli içki qəbul etməyə başlamışlar. Həmin tarixdə təxminən saat 03 radələrində o, əşyalarını avtomobilə yüklədikdən sonra avtomobili idarə edib, Yamin ilə birlikdə Sumqayıt şəhəri istiqamətində getməyə başlamışlar. Həmin tarixdə təxminən saat 06 radələrində Yaminin yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivində yerləşən evinə getmişlər. Həmin günü təxminən saat 12 radələrində Yamin yaşadığı massivdə Rəşid adlı qəssab tanıdığının olduğunu, oğurladıqları iki baş heyvanı Rəşid adlı şəxsə satmağı təklif etmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün heyvanları kəsmək yerinə satmaq fikri ona uyğun olduğu üçün Yamin ilə razılaşmış və birlikdə idarə etdiyi avtomobilə minib Rəşidin yanına getmişlər və oğurladıqları heyvanların hər birinə 210 (iki yüz on) manat olmaqla, ikisini 420 (dörd yüz iyirmi) manata satmışlar, həmin məbləği ikisi yarıya bölmüşdür. Ona düşən 210 manatı şəxsi istifadəsi üçün xərcləmişdir. Etdiyi əmələ görə peşmandır. O, başqa heç bir oğurluq etməmişdir. Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən evin həyətindəki tövləyə daxil olarkən və iki baş xırda buynuzlu heyvanı oğurlayıb hadisə yerindən uzaqlaşarkən onu və Yamini heç kim görməmişdir. Şahid1 ondan və Təqsirləndirilən şəxs2 aldığı iki baş xırda buynuzlu heyvanın oğurluq olmasından məlumatı olmamışdır. Rəşid həmin qoyunları normal qiymətə almışdır. Satdıqları heyvanların oğurluq olması barədə Rəşidə heç bir məlumat verməmişlər. Həmçinin Rəşid heyvanları gündüz vaxtı Yaminin evinə gəlib baxmış və almışdır. İki baş xırda buynuzlu heyvanın oğurlanmasında ona və Təqsirləndirilən şəxs2 heç kim kömək etməmişdir. Həmin iki baş xırda buynuzlu heyvanın oğurlanmasını ikisi qərara almış və oğurlamışlar. Şamaxı rayonu, ikinci Cabanı kəndində qeydiyyatdadır. Cinayət hadisəsini törətdiyi tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllədə kirayə yaşamışdır. Lakin hazırda Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi Qəbələ küçəsində yaşayır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, ailəli olmaqla himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu, İkinci Cabanı kəndində yaşayan Zərərçəkmiş şəxs qonşu kənd sakini kimi və yeznəsi Təqsirləndirilən şəxs1 qardaşı X5 qaynatası kimi tanımaqla, həmin şəxslə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1 bacısı X1 həyat yoldaşı olmaqla həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət olmamışdır. 05 dekabr 2024-cü il tarixdə qaynı Təqsirləndirilən şəxs1 ilə onun yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivində yerləşən evində yemək yeyib spirtli içki olan araq içmişlər. Yeyib içdikdən sonra Ramil ilə qərara gəlmişdir ki, sonuncunun mərhum nənəsi TərciməƏsgərovadan qalmış, Şamaxı rayonu, Cabanı kəndində yerləşən evində olan Ramilə məxsus iş ləvazimatlarını götürüb, geri qayıtsınlar. Bundan sonra həmin tarixdə təxminən saat 17 radələrində Ramil ilə birlikdə sonuncuya məxsus olan “DaewooNexia” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər, Ramil avtomobili idarə edərək Şamaxı şəhərinə gəlmiş, yolda gələrkən əlavə olaraq spirtli içki və yeməyə ərzaq almışlar. Şamaxı şəhərində olarkən N.Nərimanov küçəsində yerləşən “AbuDhabi” çay evində oturub çay içmişlər, təxminən saat 21 radələrində Şamaxı rayonu, Cabanı kəndinə çatıb Ramilin mərhum nənəsinin evinə getmişlər, orada olarkən Ramil ilə yenidən spirtli içki qəbul etməyə başlamışlar. 06 dekabr 2024-cü il tarixdə təxminən saat 01 radələrində Ramil ilə söhbət edərkən o, Ramilin qardaşı Nəzirin Şamaxı rayonu, İkinci Cabanı kəndində yaşayan Zərərçəkmiş şəxs evinin həyətindəki tövləsindən xırdabuynuzlu heyvan oğurlayıb kəsib yeməyi təklif etmişdir. Həmin vaxt Ramil onun təklifi ilə razılaşmışdır. Bundan sonra ikisi piyada Cabanı kəndindən İkinci Cabanı kəndinə gedib, Zərərçəkmiş şəxs evinə çatmışlar, evə çatdıqdan sonra Allahverdinin həyətinə getmək üçün qoyulmuş qapını açıb Allahverdinin yaşadığı evin arxa hissəsindən evin həyətinə, oradan da, tövlə olan hissəyə girib, tövlənin qapısını açıb, tövləyə daxil olmuşlar, tövləyə daxil olduqdan sonra Ramil ilə birlikdə iki baş xırdabuynuzlu heyvanı, yəni quzunu tutub tövlədən çıxıb quzuların ayaqlarını bağlamışlar. Bundan sonra Ramil ilə birlikdə iki baş quzunu bostanın aşağı hissəsinə aparmışlar. Ramil idarə etdiyi avtomobilin açarlarını ona verib, özü isə heyvanların yanında dayanmışdır. O, Cabanı kəndinə gedib Ramilə məxsus avtomobili idarə edib bostanın yaxınlığında saxlayıb Ramilin yanına getmiş və onlar iki baş xırdabuynuzlu heyvanı avtomobilin baqaj hissəsinə yükləyib yenidən Ramilin mərhum nənəsindən qalan evə gedib spirtli içki qəbul etməyə başlamışlar. Həmin tarixdə təxminən saat 03 radələrində Ramil əşyalarını avtomobilə yüklədikdən sonra avtomobili idarə edib, onunla birlikdə Sumqayıt şəhəri istiqamətində getməyə başlamışdır. Həmin tarixdə təxminən saat 06 radələrində onun yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivində yerləşən evinə getmişlər. Həmin günü təxminən saat 12 radələrində oğurladıqları iki baş xırdabuynuzlu heyvanı kəsmək qərarından daşınıb satmaq qərarına gəlmiş, o, Ramilə yaşadığı massivdə Rəşid adlı qəssab tanıdığının olduğunu, həmin oğurladıqları iki baş heyvanı Rəşid adlı qəssaba satmağı təklif etmişdir. Həmin vaxt Ramil onunla razılaşdıqdan sonra ikisi birlikdə Ramilin idarə etdiyi avtomobilə minib Rəşidin yanına getmiş və oğurladıqları heyvanların hər birinə 210 (iki yüz on) manat olmaqla ikisini 420 (dörd yüz iyirmi) manata satmış və həmin məbləği ikisi yarıya bölmüşdür. Ona düşən 210 manatı şəxsi istifadəsi üçün xərcləmişdir. Etdiyi əmələ görə peşmandır. O, başqa heç bir oğurluq etməmişdir. Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən evin həyətindəki tövləyə daxil olarkən və iki baş xırda buynuzlu heyvanı oğurlayıb hadisə yerindən uzaqlaşarkən onu və Ramili heç kim görməmişdir. Şahid1 ondan və Təqsirləndirilən şəxs1 aldığı iki baş xırda buynuzlu heyvanın oğurluq olmasından məlumatı olmamışdır. Rəşid həmin qoyunları normal qiymətə almışdır. Satdıqları heyvanların oğurluq olması barədə Rəşidə heç bir məlumat verməmişlər. Həmçinin Rəşid heyvanları gündüz vaxtı onun evinə gəlib baxmış və almışdır. İki baş xırda buynuzlu heyvanın oğurlanmasında ona və Təqsirləndirilən şəxs1 heç kim kömək etməmişdir. Həmin iki baş xırda buynuzlu heyvanın oğurlanmasını onlar ikisi qərara almış və oğurlamışlar. Hal-hazırda keçmiş həyat yoldaşı ilə rəsmi olaraq boşanmışdır, üç azyaşlı övladı vardır, lakin uşaqlar anaları X2 himayəsində yaşayırlar. Özü hal-hazırda Sumqayıt şəhəri, Stansiya Sumqayıt Azərbaycan Dəmiryolu yük həyəti yaşayış massivində yaşayır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasınıqeyd edib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs1 kürəkəni X5 qardaşı olmaqla, həmin şəxslə qohum kimi münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs2 isə tanımaqla, həmin şəxslə qonşu kənd sakini kimi münasibətləri normal olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Şəxsi təsərrüfatında 61 baş xırdabunuzlu heyvan (qoyun) vardır. Həmin heyvanları o və oğlu X7 rayonu, İkinci Cabanı kəndində yerləşən evinin həyətindəki tövlədə saxlayırlar. Həmin heyvanlardan 19 başı iri quzu, 06 başı yeni doğulmuş quzu, 02 başı erkək qoç, 34 başı isə dişi qoyundur. Həmin heyvanlardan qoyunlar və qoçları kənd nobatına qoşur, qalan 25 baş quzunu isə tövlədə saxlayır. 05 dekabr 2024-cü il tarixdə 19 baş iri quzuya xəstəliyə qarşı vaksin vurdurmuşdur. Həmin tarixdə ümumi heyvanlara nəzarət etmək üçün saat 22 radələrində tövləyə gedib baxmış və hər şeyin qaydasında olduğunu görüb, tövlənin qapısını bağlayıb evinə getmişdir. 06 dekabr 2024-cü il tarixdə saat 07 radələrində oğlu Elxan heyvanları yemləmək üçün tövləyə getmiş, bir neçə dəqiqə keçdikdən sonra evə gəlib 19 baş iri quzudan iki başının olmadığını ona bildirmişdir. Bundan sonra o, dərhal tövləyə getmiş və 19 baş quzudan 02 iki baş quzunun olmadığını görüb, heyvanların bostana getməsini düşünüb axtarmağa başlamış, lakin heyvanları tapa bilməyib, həmin heyvanların oğurlandığını müəyyən etmiş və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişvə o, hadisə barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Müraciət edən vaxt heyvanlarını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması barədə məlumatı olmamış, lakin sonradan araşdırma nəticəsində heyvanlarının həmin şəxslər tərəfindən oğurlanması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 oğurladıqları 02 baş xırda buynuzlu heyvanların hər ikisi dişi olmaqla, bir baş dişi quzunun rəngi ağ rəng olmaqla, baş, qulaq və ayaq hissələrində qəhvəyi rənglər olmuş, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 30-32 kq, təmiz çəkisi 15-17 kiloqram olmaqla, həmin heyvan süni mayanlanmamış heyvandır. Digər bir baş dişi cinsli quzu isə qırmızı rəngli olmaqla, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 28-30 kq, təmiz çəkisi 14-16 kiloqram olmaqla, həmin heyvan süni mayanlanmamış heyvandır. Həmin heyvanları damazlıq yetişdirmişdir. Oğurlanmış iki baş quzunun ayrı-ayrılıqda qiyməti təxminən 400 (dörd yüz) manat civarındadır. Ona məxsus iki baş quzu Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən evinin həyətinə küçə qapısından girməklə, həyətdəki tövlənin qapısının gizli yolla açılması üsulu ilə oğurlanmışdır. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs1 bacısının əri X5 qardaşı olmaqla, həmin şəxslə qohum kimi münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs2 isə tanımaqla, həmin şəxslə qonşu kənd sakini kimi münasibətləri normal olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Valideyni Zərərçəkmiş şəxs təsərrüfatında 61 baş xırdabunuzlu heyvan (qoyun) vardır. Həmin heyvanları o və valideyni Zərərçəkmiş şəxs Şamaxı rayonu, İkinci Cabanı kəndində yerləşən evlərinin həyətindəki tövlədə saxlayır. Həmin heyvanlardan 19 başı iri quzu, 06 başı yeni doğulmuş quzu, 02 başı erkək qoç, 34 başı isə dişi qoyundur. Həmin heyvanlardan qoyunlar və qoçları kənd nobatına qoşur, qalan 25 baş quzunu isə tövlədə saxlayır. 05 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 19 baş iri quzuya xəstəliyə qarşı vaksin vurdurmuşdur. 06 dekabr 2024-cü il tarixdə saat 07 radələrində heyvanları yemləmək üçün tövləyə getmiş və 19 baş iri quzudan iki başının olmadığını müəyyən edib dərhal evə qayıdaraq valideyni Allahverdiyə bu barədə məlumat vermişdir. Bundan sonra valideyni Allahverdi ilə birlikdə dərhal tövləyə getmiş və Allahverdi 19 baş quzudan 02 iki baş quzunun olmadığını görmüş və onlar heyvanların bostana getməsini düşünüb axtarmağa başlamışlar, lakin heyvanları tapa bilməyib, həmin heyvanların oğurlandığını müəyyən etmişlər və Allahverdi bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər və Allahverdi hadisə barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Müraciət edən vaxt heyvanların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması barədə məlumatı olmamış, lakin sonradan araşdırma nəticəsində heyvanların həmin şəxslər tərəfindən oğurlanması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, özü xırda buynuzlu heyvanların kəsimi və alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 tanıyır. Həmin şəxsi Sumqayıt şəhəri, Stansiya Sumqayıt massivində yaşayan və heyvan saxlayan şəxs kimi tanıyır. Həmin şəxslə münasibətləri normal olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən iki il öncə Yamindən altı baş xırdabuynuzlu heyvan almışdır. Daha sonra həmin şəxslə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamaqla, həmin şəxslə arasınada hər hansı münasibət olmamışdır. 06 dekabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində stansiya ərazisində ət satdığı mağazada olmuş, həmin vaxt Yamin ilə Ramil birlikdə yanına gəlmişlər, söhbət zamanı Yamin iki baş xırdabuynuzlu heyvan satdığını, həmin heyvanları almaq istəyib-istəmədiyini soruşmuş, o, Yaminə heyvanları almaq istədiyini demiş və üçü Ramilin idarə etdiyi “DaewooNexia” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib, Yaminin evinə getmişlər, həmin ünvana çatdıqdan sonra Yaminin evinin kənarındakı tövləyə daxil olmuşlar və həmin tövlədə bir baş ağ rəngli, baş nahiyyəsində qəhvəyi rəngli olan, dişi cinsli quzu və bir baş qırmızı rəngli, dişi cinsli quzunun olduğunu görüb, həmin heyvanlara baxıb Yaminə həmin heyvanları hansı qiymətə təklif etdiyini soruşmuşdur. Yamin cavabında iki quzunu ümumilikdə 450 (dörd yüz əlli) manata ona təklif etmiş, o isə Yaminə 450 manatın çox olduğunu, iki quzuya 420 manat təklif etmişdir. Bir qədər söhbət etdikdən sonra iki baş quzunu Yamin və Ramildən 420 manata almağa razılaşmışdır. Bundan sonra heyvanları Ramilin idarə etdiyi avtomobilə yükləyib, ət kəsib satdığı mağazanın qarşısına gəlmişlər, quzuları baqajdan düşürdükdən sonra Yaminə iki quzuya görə 420 manat pul vermişdir. Həmin gündən sonra heyvanları kökəltmək üçün saxlamağa başlamışdır. Bir neçə gün keçdikdən sonra Ramil ilə Yaminin ona satdıqları iki baş xırdabuynuzlu heyvanın oğurluq olmasından məlumatı olmuşdur. Aldığı iki baş xırdabuynuzlu heyvanı, yəni quzunu Şamaxı rayonuna geri gətirib könüllü istintaqa təqdim etmişdir. Onun Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 aldığı iki baş xırdabuynuzlu heyvanın oğurluq olmasından heç bir məlumatı olmamışdır. Yamin həmin heyvanların özünə məxsus olduğunu bildirdiyi üçün Yaminə inanıb həmin heyvanları almışdır. Həmçinin həmin heyvanları real dəyərinə uyğun aldığı üçün həmin heyvanların oğurluq olmasındanşübhələnməmişdir. Polis əməkdaşları ona məlumat verdikdən sonra aldığı iki baş quzunun oğurluq olmasından məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görəAzərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı rayonu, Cabanı kəndi ərazisində yerləşir. Hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yer Şamaxı rayonu, Cabanı kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus evin həyətində içərisində xırda buynuzlu heyvanlar saxlanılan tövlələr olan yerdir. Baxış zamanı kəndin Şamaxı istiqamətində yerləşən girişində olması, hadisənin qeyd edilən yerin mərkəzi yolun sağında olması, tövlənin evin arxa hissəində olması, tövləyə əlavə olaraq arxa yəni ev tərəfdən əlavə yolun olması, məftilli çəpərlə bağlı olan qapının olması müəyyən olmuşdur. Baxış yerində iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin gedişatı fotoşəkillərlə çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 dekabr 2024-cü il tarixdə saat 18:40radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 dekabr 2024-cü il tarixdə saat 20:00radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma və saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi haqqında” 12dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim edilən bir baş ümumi rəngi ağ rəng olmaqla, baş, qulaq və ayaq hissələrində qəhvəyi rənglər olan, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 30-32 kq, təmiz çəkisi 15-17 kiloqram, süni mayanlanmamış, dişi cinsli quzu, bir baş qırmızı rəngli, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 28-30 kq, təmiz çəkisi 14-16 kiloqram, süni mayanlanmamış, dişi cinsli quzunu nəzərdən keçirib göstərmişdir ki, ona təqdim edilən bir baş ümumi rəngi ağ rəng olmaqla, baş, qulaq və ayaq hissələrində qəhvəyi rənglər olan, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 30-32 kq, təmiz çəkisi 15-17 kiloqram, süni mayanlanmamış, dişi cinsli quzu, bir baş qırmızı rəngli, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 28-30 kq, təmiz çəkisi 14-16 kiloqram, süni mayanlanmamış, dişi cinsli quzunu tanımışdır və bildirmişdir ki, ona məxsus olmaqla həmin heyvanlar Şamaxı Cabanı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədən oğurlanmışdır, həmin heyvanları rəng və digər əlamətlərindən tanıdığını qeyd etmişdir. Bu barədə protokol tərtib edilməklə fotoşəkil çəkilmişdir. 12 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs bir baş ümumi rəngi ağ rəng olmaqla, baş, qulaq və ayaq hissələrində qəhvəyi rənglər olan, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 30-32 kq, təmiz çəkisi 15-17 kiloqram, süni mayanlanmamış, dişi cinsli quzu, bir baş qırmızı rəngli, dişi cinsli, təxminən on aylıq, orta gövdəli diri çəkisi 28-30 kq, təmiz çəkisi 14-16 kiloqram, süni mayanlanmamış, dişi cinsli quzu olmaqla, ümumilikdə iki baş xırdabuynuzlu heyvanı təhvil almışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-133/2025 saylı 21 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-134/2025 saylı 21 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 yanvar 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01 fevral 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur Şamaxı RİHB-nın İkinci Cabanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 yanvar 2025-ci il tarixli 5-75-31/2-12/2025 saylı arayışından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Sumqayıt dəmir yolu yük həyəti massivində yaşayır. Şamaxı RİHB-nın İkinci Cabanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 yanvar 2025-ci il tarixli 5-75-31/2-10/2025 saylı arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu 28 May qəsəbəsi Qələbə küçəsində yaşayır. Sumqayıt Çay Stansiyası və qazpaylayıcı mərkəzin ətraf ərazisi üzrə 1 saylı məhəllə Komitəsi tərəfindən verilmişarayış və xasiyyətnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 2018-ci ildən Sumqayıt şəhəri, Stansiya Sumqayıt Azərbaycan Dəmiryolu yük həyəti yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs2 ərazidə yaşadığı gündən onun haqqında heç bir mənfi məlumat olmamış və qəsəbə sakinləri arasında böyük hörmət sahibi olmuş və ictimai işlərdə fəal iştirak etmişdir. Binəqədi rayon icra Hakimiyyəti Başçısının 28 May qəsəbəsi üzrə nümayənəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu 28 May qəsəbəsi Qələbə küçəsində qeydiyyatsız yaşayır. Təqsirləndirilən şəxs1 X4-xx.xx.1988-ci il–arvadı, X9-xx.xx.2009-cu iloğlu, X8-xx.xx.2010-cuil-oğlu, X10-xx.xx.2014-cü il-oğlu vəMəmmədova Rəvanə Ramilxx.xx.2020-ci il-qızındanibarət ailə tərkibi var.Təqsirləndirilən şəxs1 barədə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2025-ci il tarixli, 9/10562 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 adda xırdabuynuzlu heyvanların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 530 (beş yüz otuz) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs1 11 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs2 11 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı ödəmişlər, onlara barışmışdır və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq oğurlamaları tamamilə sübuta yetirildi.Təqsirləndirilən şəxslərinəməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsifedilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarınınməhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı və üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasınıyüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasınıcəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut oğurlanmış iki baş xırdabuynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul, Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə maddi sübut oğurlanmış iki baş xırdabuynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 Təqsirləndirilən şəxs1 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul, Müdafiəçi2 Təqsirləndirilən şəxs2 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-32/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-32/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver