Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-33/2022 15.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət olunan şəxs X4 iştirakı ilə X2 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət edən şəxs X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, AMEA N.Tusi adına X1 aparıcı elmi işçi vəzifəsində işləyən X5 qarşı Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət edən şəxs X3 xüsusi ittiham qaydasında əlavə ittiham üzrə şikayətlə məhkəməyə müraciət edərək, AMEA N.Tusi adına X1 aparıcı elmi işçi vəzifəsində işləyən X5 qarşı Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və X4 ona vurduğu mənəvi ziyan 200000 manat dəyərində qiymətləndirilərək dəymiş ziyanın ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxt və yeri barədə məlumat verilməsinə baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət olunan şəxs X4 məhkəmədə göstərdi ki, hazırki şikayət cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, xüsusi ittiham qaydasında şikayət verən X3 təkrarən hazırlıq iclasına gəlmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X2 xüsusi ittiham qaydasında şikayəti 01.02.2022-ci ildə məhkəməyə daxil olmuş, iş üzrə məhkəmənin hazırlıq iclası 08.02.2022-ci il tarixə təyin edilmiş, məhkəmə bildirişi Y.Məhərrəmov tərəfindən 02.02.2022-ci il tarixdə şəxsən qəbul olunmuş, lakin xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 məhkəmənin hazırlıq iclasına gəlmədiyindən iclas 15.02.2022-ci il tarixə saat 15:00-a təxirə salınmış və məhkəmə bildirişi Y.Məhərrəmov tərəfindən 09.02.2022-ci il tarixdə şəxsən qəbul olunmuşdur. Buna baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişdir. Bundan başqa iş materiallarından görünür ki, şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X7 tərəfindən törədilmiş cinayət əməlini törətməsini sübut edən halları və ona dəymiş ziyanın qiymətləndirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlmədiyindən və məhkəməyə təqdim etdiyi şikayət ərizəsi Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsaslanmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.8, 302.2.3 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2.-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-33/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-33/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver