Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-33/2023 12.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, 09 avqust 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 02 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən boş ərazidən 5x5 ölçülü, 2 metr uzunluğunda, bir ədədinin qiyməti 08 (səkkiz) manat dəyərində olan 30 (otuz) ədəd kvadrat formalı dəmir profili gizli olaraq oğurlayıb Şahid2 idarə etdiyi “VAZ 2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yükləyib aparmaq istəyərkən əmlakın sahibi Zərərçəkmiş şəxs2 hadisə yerinə gələrək əməlinin qarşısını alması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib 240 (iki yüz qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 30 dekabr 2022-ci il tarixdə saat 14 radələrində X3 məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən 01 (bir) ədəd 1200,00 (min iki yüz) manat dəyərində traktora qoşulan otbiçən aparatı, uzunluğu 06 (altı) metr, diametri 100 (bir yüz) millimetr, bir ədədinin qiyməti 60 (altmış) manat olan 04 (dörd) ədəd dəmir borunu, bir ədədinin qiyməti 70 (yetmiş) manat olan 02 (iki) ədəd kotanın dəmir qolunu, 01 (bir) dəsti 20 (iyirmi) manat olan 03 (üç) dəst katinka (əqrəb) telini, 03 (üç) metr uzunluğunda bir ədədinin qiyməti 24 (iyirmi dörd) manat olan dəmir şvelleri götürərək hasarın çöl tərəfinə, yol kənarına topladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 16 radələrində qeyd olunan əşyaların bir hissəsini, yəni 01 (bir) ədəd traktora qoşulan otbiçən aparatı, 02 (iki) ədəd kotanın dəmir qolunu və 03 (üç) dəst katinka (əqrəb) telini taksi fəaliyyəti ilə məşğul olan Şahid7 idarə etdiyi “VAZ-2106” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyərək Şamaxı şəhəri ərazisində dəmir alışı və satışı ilə məşğul olan Şahid4 35 (otuz beş) manata satmış, daha sonra isə geri qalan hissəsini, yəni 06 (altı) metr uzunluğunda, 100 (yüz) millimetr diametrində olan 04 (dörd) ədəd dəmir borunu və uzunluğu 03 (üç) metr olan dəmir şvelleri 01 yanvar 2023-cü il tarixdə saat 09 radələrində taksi fəaliyyəti ilə məşğul olan Şahid5 Əlmusa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban hissəsindəki yük yerinə yığıb Şamaxı şəhəri ərazisində dəmir alışı və satışı ilə məşğul olan Şahid6 110 (yüz on) manata sataraq, ümumilikdə zərərçəkmiş şəxs Nüsrət Elyazova məxsus 1664 (min altı yüz altmış dörd) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, Şahid1 qardaşı olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Şahid2 isə tanımaqla, həmin şəxslə münasibəti yaxşı olmuş, əvvəllər aralarında ədavət, dava-dalaş olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həbs olunmuş, 09 avqust 2022-ci il tarixdə Şamaxı rayon məhkəməsinin hökmü ilə ona 1 il 11 ay azadlığın məhdudladırılması cəzası verilmişdir. Bundan sonra Şamaxı rayonu ərazisində fəhləliklə məşğul olmuşdur. Təxminən 2022-ci ilin sentyabr-oktyabr aylarında Şamaxı rayonu, Avaxıl kəndi ərazisində tikilən evlərin birində fəhlə kimi işləyən zaman tikilən evin yaxınlığında, yolun kənarına təxminən 100 ədədə yaxın hər birinin uzunluğu təxminən iki metr, yaşıl rəngli dəmir profillərin və təxminən həmin o qədərdə dəmir torların yığıldığını görmüş və həmin vaxt düşündür ki, bir gün vaxt edib həmin dəmir profillərin bir neçəsini oğurlayıb sataraq pul qazanar, lakin həmin ərəfələrdə dəmir profilləri yığmaq üçün avtomobil tapa bilmədiyi üçün planını gerçəkləşdirə bilməmişdir. 02 dekabr 2022-ci il tarixdə təxminən saat 17-18 radələrində qardaşı Xəyal ilə birlikdə sonuncunun bacanağı X4 Şamaxı şəhəri, 48 A massivində yerləşən evinə qonaq getmiş, həmin tarixdə təxminən saat 20 radələrində Xəyal ilə birlikdə spirtli içki içib yemək yedikdən sonra Elvinin evindən çıxıb, Şamaxı rayon Avtovağzal dairəsi istiqamətində piyada gedərkən taksi tapa bilmədiyi üçün Eşqinə zəng edib çağırmışdır. Həmin vaxt Xəyal ondan kiminlə danışdığını soruşduqda Xəyala Eşqinlə danışdığını, onları evə aparmaq üçün çağırdığını demişdir. Daha sonra birlikdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Qoşqar market” mağazasının yaxınlığında olarkən Eşqin idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanlarında dayanmış, Vüsal ilə o Eşqinin idarə etdiyi avtomobilə minmişlər və görüşüb, salamlaşdıqdan sonra söhbət etməyə başlamışdırlar. Söhbət edə-edə Eşqinlə birlikdə Şamaxı şəhəri ərazisində gəzdikdən sonra Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində Eşqinin avtomobilinə 5 manatlıq benzin vurmuş, həmin tarixdə rayon ərazisində tədbir olmasını bildiyi üçün polis əməkdaşlarının başları qarışıq olacağını düşünmüş, buna görə də həmin dəmir profilləri oğurlamaq üçün şərait yarandığını düşünmüş və Eşqinə Şamaxı rayonu, Avaxıl kəndi ərazisində dəmir aldığını, həmin dəmirləri gətirmək lazım olduğunu deyib, avtomobilinə yanacaq doldurub birlikdə dəmirləri gətirməyi xahiş etmiş, Eşqin razılaşdıqdan sonra avtomobili idarə edərək onu və Xəyalı Avaxıl kəndi istiqamətində aparmış, təxminən saat 21:50 radələrində Şamaxı rayonu, Avaxıl kəndi ərazisinə daxil olduqdan sonra, Eşqinə yolu göstərib haraya sürməsi ilə bağlı yönləndirmiş, bir qədər getdikdən sonra Eşqinə çatdıqlarını demiş və avtomobildən düşüb, yol kənarında təxmini sayını bilmədiyi yığılmış dəmir profillərdən təxmini sayı 25-30 ədəd profili bir qədər kənara daşıyıb yığmağa başlamış, Eşqin və Xəyal avtomobildən düşdükdən sonra Eşqin baqajı açdıqdan sonra sonunculardan kömək etmələrini xahiş etmişdir. Buna görə də Eşqin, Xəyal birlikdə təxmini sayı 25-30 ədəd dəmir profilləri Eşqinin idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmağa başlamışlar. Dəmir profilləri avtomobilə yığarkən onlara tərəf avtomobil gəldiyini həmin avtomobilin “Nissan X Trail” markalı avtomobil olmasını görmüş, lakin dövlət qeydiyyat nişanını duman və qaranlıq olduğu üçün görməmişdir. Avtomobil dayandıqdan sonra tanımadığı bir nəfər sürücü və bir nəfər sərnişin avtomobildən düşmədən onlara burada nə etdiklərini soruşmuşlar, o, sürücüyə dəmir profilləri aldığını demiş, sürücü dəmir profilləri kimdən aldığını soruşduqda, cavab olaraq çoxdan aldığını demiş, həmin şəxslər onları telefonla videogörüntüyə çəkməyə başlamışlar. Artıq oğurluq əməlinin üstünün açıldığını görüb, Xəyaldan dəmir profilləri avtomobildən boşaltmaqda kömək etməsini istəmiş və ikisi birlikdə dəmir profilləri avtomobildən boşaldıb, Eşqinin avtomobilinə minib oradan uzaqlaşmışlar. Şamaxı şəhərinə doğru hərəkətdə olarkən Eşqin ondan nə baş verdiyini, dəmirlərin oğurluq olub-olmamasını soruşub, üzərinə acıqlanaraq avtomobildən düşməsini tələb etmiş, Eşqinə dəmirləri aldığını, dəmirlərin oğurluq olmadığını deyib, gecə vaxtı avtomobildən düşürtməməsini xahiş etmiş, Eşqin onu orada düşürtməmiş və avtomobili idarə edib, Xəyal ilə onu Şamaxı rayon 9 saylı Tam orta məktəbin yaxınlığında düşürtmüş və oradan uzaqlaşmışdır. Daha sonra o, Xəyal ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin vaxt spirtli içki qəbul etdiyindən özünü təqsirli bilmir. 04 dekabr 2022-ci il tarixdə isə barəsində Şamaxı rayon polis şöbəsinə müraciət olunmasından məlumatı olmuşdur. Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan X5 əvvələr tanımamış, həmin şəxsin evinin harada olmasından məlumatı olmamışdır. Əvvəllər məhkum olunduğu üçün iş tapmağı elədə rahat olmamış, buna görə də Şamaxı rayonu ərazisində müxtəlif yerlərdə fəhləliklə məşğul olmuşdur. 30 dekabr 2022ci il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən məktəbdə təmir işləri görülməsindən xəbəri olmuş, həmin məktəbdə fəhlə işləmək üçün həmin tarixdə saat 14 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə getmiş, lakin nahar fasiləsi olduğu üçün məktəbdə heç kimi tapa bilməmiş və geri qayıtmalı olmuşdur. Avtobus dayanacağına doğru piyada gedərkən təbii ehtiyacını ödəmək üçün ara küçəyə keçmiş və sonradan Nüsrətə məxsus olduğunu bildiyi evin kənarına keçmiş, həmin vaxt mişar daşından tikilmiş hasarın hündürlüyü balaca olduğu üçün evin həyətini görmüş, həyətə baxarkən dəmir boruların və bir neçə başqa dəmir əşyaların olmasını görmüşdür. həmin vaxt həmin əşyaları oğurlamaq qərarına gəlmiş və ilk öncə ətrafa və evə göz gəzdirib, heç kimin onu görməyəcəyinə, həmçinin evdə yaşayış olmadığına əmin olub, mişar daşından tikilmiş hasardan həyətə tullanmış, həyətdə olarkən dörd ədəd hər birinin uzunluğu təxminən altı metr olan dəmir boru, bir ədəd uzunluğu 3 metr olan şveller, 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolunu, bir ədəd disk formasında olan ot biçən aparatı yığıb hasardan küçəyə atmış, oğurladığı əşyaları Şəhriyar qəsəbəsi ərazisində olan taksilərlə aparacağı halda həmin taksi sürücülərin əşyaların oğurluq olmasını biləcəklərini düşünmüş və buna görə oradan taksi tutmayıb, həmin əşyaları daşımaq məqsədilə taksi tapmaq üçün oradan uzaqlaşaraq, Şamaxı şəhərinə gedən avtobusa minib Şamaxı rayon 9 saylı Tam orta məktəbin yaxınlığında avtobusdan düşmüş və taksi fəaliyəti ilə məşğul olan, adının sonradan Səbuhi olduğunu bildiyi şəxsə yaxınlaşıb, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində dəmir aldığını, həmin dəmirləri gedib gətirmək lazım olduğunu deyib, həmin dəmirləri Şamaxı şəhərinə neçəyə apara biləcəyini soruşmuş, Səbuhi adlı şəxs on manata dəmirləri Şəhriyar qəsəbəsinə gedib gətirə biləcəyini dedikdə sonuncu ilə razılaşmış və demişdir ki, mobil nömrəni ver lazım olsa ona zəng edəcəkdir. Səbuhi razılaşıb ***-***-**-** mobil nömrəsi işlətdiyini demiş, o, nömrəni götürüb, Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə getmiş, bir neçə dəqiqə keçdikdən sonra təxminən saat 16 radələrində Səbuhi adlı şəxsə zəng edib, dəmirləri aldığını, aparmaq lazım olduğunu deyib, Şəhriyar qəsəbəsinə gəlməsini istəmiş, bir neçə dəqiqə keçdikdən sonra Səbuhi adlı şəxs “VAZ-2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə Şəhriyar qəsəbəsinə gəlmiş, qəsəbənin girişində həmin şəxsi qarşılayıb, gedəcəyi yolu göstərmiş və Nüsrət Elazovun evinin sol tərəfindən keçən yolda avtomobili dayandırmasını istəmişdir. Səbuhi avtomobili dayandırdıqdan sonra o, avtomobildən düşüb, əvvəlcədən həyətdən küçəyə atdığı əşyalardan borular və şveller uzun olduğu üçün baqaja yığa bilməmiş, lakin 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolunu, bir ədəd disk formasında olan ot biçən aparatı avtomobilin baqajına yükləmiş, həmin əşyaları baqaja yükləyərkən Səbuhi adlı şəxs bunları haradan əldə etdiyini soruşduqda həmin şəxsə əşyaların bir kiloqramını 40 qəpiyə aldığını, 43 qəpiyə satacağını demiş, həmin əşyaları baqaja yüklədikdən sonra avtomobilə minmiş və oradan uzaqlaşıb, Səbuhidən avtomobili Şamaxı şəhəri, C.Məmmədquluzadə küçəsində dəmir alışı və satışı ilə məşğul olan Soltan adlı şəxsin evinin qarşısına sürməsini istəmişdir. Səbuhi onu həmin ünvana gətirdikdən sonra həmin oğurladığı əşyaları Soltana 35 manata satmış və Səbuhinin avtomobilinə minib oradan uzaqlaşmışdır. Səbuhi evinin yaxınlığında saxladıqdan sonra həmin şəxsə danışdıqları məbləği yəni 10 manatı verib, yaşadığı evə getmişdir. 01 yanvar 2023-cü il tarixdə təxminən saat 09 radələrində oğurladığı dörd ədəd dəmir boru ilə bir ədəd dəmir şvelleri də, qoyduğu yerdən aparıb satmaq qərarına gəlmişdir. Buna görə də avtobusa minib Şamaxı rayon avtovağzalında avtobustan düşüb, dəmirləri aparmaq üçün üstündə baqajı olan taksi axtarmağa başlamışdır. Şamaxı şəhər avtovağzal dairəsinə gedib, orada olan adının sonradan Xalid olduğunu bildiyi şəxsin “VAZ-2106” markalı dövlət qeydiyyat nişanını görmədiyi avtomobilinə minmiş və sürücüyə demişdir ki, Şəhriyar qəsəbəsində dəmir boru alıb onları gətirmək üçün 10 manat verməyi təklif etmişdir. Xalid adlı taksi sürücüsü razılaşdıqdan sonra dəmir boruları yığdığı yerə getmişlər və dörd ədəd dəmir boru ilə bir ədəd şvelleri avtomobilin ban hissəsinə yığdıqdan sonra Şamaxı şəhərində Yeqor kimi tanıdığı dəmir alışı və atışı ilə məşğul olan Şahid6 Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən evinə gedib, həmin şəxsə dəmirləri satmaq istədiyini demiş, Şahid6 dəmirləri haradan əldə etdiyini soruşanda sonuncuya həyətində iş gördürdüyünü dəmir boruların da, artıq qaldığı üçün satmaq istədiyini demiş və dörd ədəd dəmir boru ilə bir ədəd şvelleri 110 manata satıb, yenidən Xalid adlı şəxsin avtomobilinə minib oradan uzaqlaşmış, Xalid onu evinin yaxınlığında düşürtmüş və həmin şəxsə 10 manat pulu verib evinə getmişdir. O, izahat və ifadələrdə dəqiq tarix yadında olmadığı üçün ikinci dəfə hadisə yerinə gedib aparıb satdığı tarixi səhfən xx.xx.2022-ci il kimi göstərmiş, lakin dəmir boruları və şivelleri xx.xx.2023-cü il tarixdə oğurladığı yerdən götürüb satmışdır. Şamaxı rayonu, Avaxıl kəndi ərazisində Şahid2 idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə dəmirləri onunla birlikdə Eşqin və Xəyal yığmışdırlar. Həmin profilləri boşaldan zaman isə yalnız qardaşı Xəyal ona kömək etmişdir. Onun göstərilən dəmir profilləri oğurlaması barədə Şahid2 və Şahid1 məlumatı olmamışdır. Göstərdiklərindən başqa heç bir oğurluq etməmiş və oğurluq hadisəsi törətməyə cəhd etməmişdir. Taksi sürücüsü Şahid7 həmin 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolu, bir ədəd disk formasında olan ot biçən aparatın oğurluq olmasından heç bir məlumatı olmamışdır. Həmin şəxsə avtomobilinə yüklədiyi əşyaları aldığını bildirmişdir. Oğurladığı dörd ədəd dəmir boru ilə bir ədəd dəmir şvellerin avtomobilinə yükləmiş, Xalid adlı sürücünün həmin əşyaların oğurluq olmasından heç bir məlumatı olmamışdır. Həmin şəxsə avtomobilinə yüklədiyi əşyaları aldığını bildirmişdir. Şahid4 satdığı 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolu, bir ədəd disk formasında olan ot biçən aparatın oğurluq olmasından sonuncunun heç bir məlumatı olmamışdır. Soltana oğurladığı dəmir əşyaların oğurluq olması barədə heçnə deməmişdir. Şahid6 satdığı dörd ədəd dəmir boru ilə bir ədəd dəmir şvellerin oğurluq olmasından heç bir məlumatı olmamışdır. Vüqara oğurladığı dəmir borular ilə bir ədəd şvelleri oğurluq olması barədə sonuncuya heçnə deməmişdir. Onun ailə üzvlərindən, qohumlarından, qonşularından və ya yaxınlarından hər hansı şəxslər bu əməllərini bilməmiş, məlumatları olmamış və ya hadisələri görməmişdirlər. Etdiyi oğurluqlar barədə isə heç bir yaxınına məlumat verməmişdir. Bilmişdir ki, əgər hansısa yaxınının əməlindən məlumatı olsa onu bundan çəkindirərdilər. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, bir daha belə əməllər törətməyəcəyini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, onun hər kəslə münasibəti yaxşı olmaqla, heç kimlə arasında ədavət, dava-dalaş olmamışdır. Adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 əvvəllər görməmiş, həmin şəxsləri tanımamış, aralarında əvvəllər hər hansı münasibət, ədavət, dava-dalaş olmamışdır. 02 dekabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində dostu Şahid3 ilə birlikdə Şamaxı rayon Avaxıl kəndi ərazisində idarə etdiyi “Nissan X Trail” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvana gedərkən kəndin giriş hissəsindən bir qədər kənarda alıb yığdığı uzunluğu iki metr, diametri 6 sm, kvadrat formalı dəmir profillər və tel torlarını yığdığı əraziyə avtomobilin getdiyini görmüş və şübhələndiyi üçün geri qayıdıb, həmin yerə getmişdir. Oraya çatan zaman sonradan adları ona məlum olan Vüsal, Xəyal və Eşqin adlı şəxslərin ona məxsus olan sayı 30 ədəd profili “VAZ-2106” markalı **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yığdıqlarını görmüş və dərhal avtomobili saxlamış, lakin həmin şəxslərin ona nəsə edəcəklərindən çəkinib avtomobildən düşmədən həmin şəxslərə burada nə etdiklərini, niyə görə profilləri avtomobilə yığdıqlarını soruşmuş, adının sonradan Eşqin olduğunu bildiyi şəxs ona yaxınlaşıb taksi sürücüsü olduğunu, avtomobilə yüklədikləri profilləri tanışı Ülvi adlı şəxsin aldığını, buna görə də avtomobilə yüklədiklərini demiş, o, Eşqin adlı şəxslə söhbət edən zaman polisə məlumat verəcəyini demiş və mobil telefonla ilə videogörüntüyə çəkmiş, bundan sonra Vüsal və Xəyal adlı şəxs avtomobilə yığdıqları dəmir profilləri avtomobildən boşaltmağa başlamışlar. Vüsal ilə Xəyal adlı şəxslər profilləri boşaltmağa davam edərkən Eşqin adlı şəxs avtomobili işə salmış, Vüsal ilə Xəyal profilləri avtomobildən boşaltdıqdan sonra avtomobilə minib oradan uzaqlaşmışdırlar. Hadisə zamanı artıq gec olduğundan bu barədə polisə məlumat verməyib, 03 dekabr 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə gedərək hadisə barədə rəsmi müraciət etmişdir. Vüsal, Xəyal və Eşqin adlı şəxslərin oğurlamağa cəhd etdikləri ona məxsus olan uzunluğu iki metr, diametri 6 sm, kvadrat formalı dəmir profillərin bir metri təxminən 11 manatadır. Hadisə yerində olan 30 ədəd dəmir profilin təxmini qiyməti 330 manatdır. Həmin vaxt hadisə yerində 30 ədəd dəmir profil olmuş, Vüsal, Xəyal və Eşqin adlı şəxslər həmin profilləri avtomobilin baqajına yükləmişdirlər. O, əgər bir bir qədərdə gec gəlsəydi, həmin şəxslər orada olan profillərin hamısını oğurlamış olacaqdılar. Əvvəllər halhazırki ünvanında və ya küçədə heç bir oğurluq hadisəsi baş verməmişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadə verib göstərdi ki, onun hər kəslə münasibəti yaxşı olmaqla heç kimlə ədavət pozğunluğu yoxdur. Şamaxı rayonu, Şəhriyar qəsəbəsində başqa bir evidə var, lakin hal-hazırda həmin ev tamamilə təmir olunmadığı üçün orada yaşamır, əkin-biçin işləri üçün işlətdiyi texnikaları həmin evin həyətində saxlayır, göstərilən ünvanda yerləşən evinin həyəti mişar daşları ilə hasarlanmaqla bərabər mütəmmadi olaraq həmin evə və həyətyanı sahəyə nəzarət edir. Sonuncu dəfə 25 dekabr 2022-ci il tarixdə saat 15 radələrində həmin ünvana getmiş və hər şeyin qaydasında olduğunu görüb, küçə qapısını bağlayıb yaşadığı evə getmiş, daha sonra bayram günləri ilə əlaqədar olaraq yaşayış olmayan evinə nəzarət etmək üçün gedə bilməyib, 02 yanvar 2023cü il tarixdə saat 17 radələrində vaxt edib həmin ünvana gedib həyətə daxil olmuş və ətrafı gəzməyə başlamış, həmin vaxt 2020-ci il tarixdə təxminən mart ayında Bakı şəhəri, Hökməli dairəsi yaxınlığında 1800 (min səkkiz yüz) manata təzə vəziyyətdə aldığı bir ədəd ot biçmək üçün traktora qoşulan aparatın, 2020-ci ilin təxminən oktyabr ayında Şamaxı rayon avtovağzal dairəsinin yaxınlığında yerləşən tikinti materialları satılan mağazadan bir ədədini 100 (yüz) manata aldığı hər birinin uzunluğu 06 metr, diametri isə 100 mm olan, 04 ədəd dəmir borunun, 01 ədədini həmin mağazadan 25 manata aldığı 03 ədəd katinkanın (əqrəb), bir ədəd 03 metr uzunluğunda şvellerin və 02 ədəd işlənmiş yerşumlayan kotanın üzərindən açılmış dəmir qolun (kürək) qoyduğu yerdə olmadıqlarını, həmin əşyaların oğurlandığını müəyyən etmişdir. Daha sonra əlavə nəsə oğurlanıb-oğurlanmadığını müəyyən etmək üçün evə daxil olub ətrafə gəzmiş və yuxarıda göstərdiyi əşyalardan əlavə hansısa əşyanın oğurlanmadığını, evə daxil olunmadığını müəyyən etmiş, lakin həmin vaxt hava qaraldığı üçün 03 yanvar 2023-cü il tarixdə hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət etdikdən sonra oğurluq hadisəsini törədənin Təqsirləndirilən şəxs olmasından məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin şəxslə aralarında hər hansı münasibət, ədavət olmamışdır. Oğurlanmış bir ədəd ot biçmək üçün traktora qoşulan aparatı 2020-ci il tarixdə təxminən mart ayında Bakı şəhəri, Hökməli dairəsi yaxınlığında 1800 (min səkkiz yüz) manata təzə vəziyyətdə almış, həmin aparat işlənmiş vəziyyətdə olmaqla, işlək vəziyyətdə olmuş, hal-hazırda qiyməti təxminən 1500 manatdır, lakin həmin aparatın markasını xatırlamır. Hər birinin uzunluğu 06 metr, diametri isə 100 mm olan, 04 ədəd dəmir borunun bir ədədini 100 manata 2020-ci ilin təxminən oktyabr ayında Şamaxı rayon avtovağzal dairəsinin yaxınlığında yerləşən tikinti materialları satılan mağazadan almışdır, həmin 04 ədəd dəmir borunun hal-hazırda bir ədədinin qiyməti 80 manatdır, daha sonra həmin mağazadan həmin tarixdətəzə halda 03 ədəd katinkanı (əqrəb), 01 ədədini 25 manata almışdır, həmin katinkalar təzə vəziyyətdə qalmışdır, hazırki qiyməti 03 ədədinin ümumilikdə 75 manatdır. lakin bir ədəd 03 metr uzunluğunda şveller ilə 02 ədəd işlənmiş yerşumlayan kotanın üzərindən açılmış dəmir qolu (kürək) hansı qiymətə aldığını xatırlamır, şveller təxminən bir metri 10-15, kotan qolunun isə bir ədədi təxminən 20-25 manatdır. Həmin oğurlanmış əşyaların ümumi dəyəri 1925-1935 (min doqquz yüz iyirmi beş- min doqquz yüz otuz beş) manatdır. Yuxarıda göstərilən əşyaları Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yeləşən hazırda yaşamadığı evinin həyətinə mişar daşı ilə tikilmiş hasardan həyətə daxil olma yolu ilə oğurlanmışdır. Əvvəllər ona məxsus evdən və ya qonşuluqdan hər hansı oğurluq hadisəsi baş verməmişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyan ödənildiyindən şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Vüsal və qardaşı Xəyal adlı şəxsləri tanımaqla, həmin şəxslərlə normal münasibətləri olmuş, əvvəllər aralarında ədavət, dava-dalaş olmamışdır. Maddi vəziyyətilə bağlı ara-sıra taksi fəaliyyəti ilə məşğul olur. 02 dekabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində Şamaxı şəhəri ərazisində olan zaman ***-***-**-** mobil nömrəsinə Vüsalın zəng etdiyini görüb, cavab vermiş, telefon danışığı zamanı Vüsal onunla görüşmək istədiyini deyib, Şamaxı rayon avtovağzal dairəsinə gəlməsini xahiş etmiş, Vüsaldan nə barədə görüşmək istədiyini soruşduqda ona gələndən sonra deyəcəyini bildirmişdir. Buna görə də, o, etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Qoşqar market” mağazasının yaxınlığında Vüsal ilə görüşmüş, həmin vaxt Vüsalın yanında qardaşı Xəyalı görmüş, həmin şəxslər avtomobilə əyləşdikdən sonra görüşüb söhbət etmişdirlər. Söhbət zamanı Vüsal ona Şamaxı rayonu, Avaxıl kəndi ərazisində dəmir aldığını, həmin dəmirləri gətirmək lazım olduğunu deyib, avtomobilinə yanacaq doldurub birlikdə dəmirləri gətirməyi xahiş etmiş, Vüsala bu vaxtı nə dəmir olduğunu soruşub, gündüz vaxtı getməyi təklif etmiş, həmçinin birdən dəmirlərin oğurluq olub-olmadığını soruşmuş, Vüsal dəmirlərin oğurluq olmadığını və indi vaxtının olduğunu deyib getməyi xahiş etmiş, Vüsal ilə razılaşıb avtomobili idarə edərək Vüsal və Xəyal ilə birlikdə Avaxıl kəndi istiqamətində getmişdirlər. Şamaxı rayonu, Əngəxaran ərazisində “Socar” yanacaqdoldurma məntəqəsində Vüsal avtomobilə 5 manatlıq yanacaq doldurduqdan sonra yola davam etmişdirlər. Şamaxı rayonu, Avaxıl kəndi ərazisinə daxil olduqdan sonra, Vüsal haraya sürməsi ilə bağlı onu yönləndirmiş, bir qədər getdikdən sonra Vüsal çatdıqlarını demiş və avtomobildən düşmüşlər. Həmin vaxt hava şəraiti dumanlı olduğu üçün kəndin hansı hissəsində olduqlarını görə bilməmişdir. Avtomobildən düşdükdən sonra küçədə yerə qoyulmuş təxmini sayı 25-30 ədəd, uzunluğu isə təxminən iki metr olan, yaşıl rəngli dəmiri göstərib, həmin dəmirləri aldığını deyib, qardaşı Xəyal ilə birlikdə “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmağa başlamışdırlar. Həmin vaxt o, da Vüsal və Xəyala kömək etmiş, dəmirləri avtomobilə yığarkən onlara tərəf avtomobil gəldiyini görmüşlər, avtomobil onlara yaxınlaşdıqda həmin avtomobilin “Nissan X Trail” markalı avtomobil olmasını görmüş, lakin dövlət qeydiyyat nişanını duman və qaranlıq olduğu üçün görməmişdir. Avtomobil dayandıqdan sonra tanımadığı bir nəfər sürücü və bir nəfər sərnişin avtomobildən düşmədən onlardan burada nə etdiklərini soruşmuşlar, o, həmin şəxslərə taksi sürücüsü kimi gəldiyini, Vüsalın dəmir aldığını, həmin dəmirləri aparmaq üçün avtomobilinə yığdıqlarını demişdir. Söhbət zamanı həmin şəxslərdən biri telefon ilə onu, Xəyalı və Vüsalı çəkməyə başlamış, həmin şəxslərə niyə görə onları çəkdiyini soruşmuş, həmin şəxslərdən biri polisə zəng edəcəyini demiş, Vüsalın ona yalandan dəmirləri alması barədə aldatdığından şübhələnib Vüsala və Xəyala dərhal dəmirləri avtomobilindən boşaltmalarını tələb etmiş, özü isə avtomobilə minmişdir. Vüsal ilə Xəyal yığılmış dəmirləri avtomobildən boşaltdıqdan sonra birlikdə oradan uzaqlaşmışdırlar. Şamaxı şəhərinə doğru hərəkətdə olarkən Vüsaldan nə baş verdiyini, dəmirlərin oğurluq olub-olmamasını soruşub, üzərinə acıqlanaraq avtomobildən düşməsini tələb etmiş, Vüsal isə and içib dəmirləri pul verib aldığını, dəmirlərin oğurluq olmadığını ona deyib, gecə vaxtı avtomobildən düşürtməməsini xahiş etmiş, Xəyal da, Vüsalı gecə vaxtı dağ başında avtomobildən düşürtməməyi xahiş etdikdən sonra o, Vüsaldan əgər dəmirlər oğurluq deyilsə niyə görə yanlarına gələn şəxslərin şəkillərini çəkməsini soruşmuş, Vüsal cavabında həmin şəxslərin niyə görə gəlib şəkillərini çəkməsini bilmədiyini demişdir. Həmin vaxt Vüsalı orada düşürtməmiş və avtomobili idarə edib Vüsal ilə Xəyalı Şamaxı rayon 9 saylı Tam orta məktəbin yaxınlığında düşürdüb yaşadığı evə getmişdir. 03 dekabr 2022-ci il tarixdə isə barəsində Şamaxı rayon polis şöbəsinə müraciət olunmasından məlumatı olmuşdur. Vüsal adlı şəxs Şamaxı rayonu, Avaxıl kəndi ərazisində idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə dəmirləri qardaşı Xəyal ilə birlikdə yığmışdır. O, sadəcə taksi sürücüsü kimi oraya getmiş, dəmirləri yığmaqda kömək etsə də, boşaltmaqda kömək etməmişdir. Vüsal adlı şəxsin göstərilən dəmirləri oğurlaması barədə əvvəldən, həmin vaxt və ya sonradan heç bir məlumatı olmamışdır. Əgər Vüsalı həmin dəmirləri oğurlamasından və ya oğurlamağa cəhd etməsindən məlumatı olsaydı, bu barədə dərhal polisə məlumat verərdi. Vüsal adlı şəxsin göstərilən dəmirləri oğurlaması barədə qardaşı Xəyal adlı şəxsin məlumatı olub-olmamasından xəbəri yoxdur. Məhkəmə iclasında Şahid1 qardaşı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, ailə vəziyyətilə əlaqədar olaraq özünə məxsus köhnə “VAZ-2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə işdən sonra və iş olmadığı günlərdə taksi fəaliyyəti ilə məşğul olur. 30 dekabr 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Şamaxı şəhəri, N.Nərimov küçəsi ilə M.Hadi küçələrinin kəsişməsində dayanıb müştəri gözləyən vaxt əvvəllər tanımadığı və sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs avtomobilin sağ ön qapısını açıb Şamaxı rayonu, Şəhriyar qəsəbəsində köhnə dəmir aldığını deyib, həmin dəmirləri gətirmək üçün nə qədər pul istədiyini soruşmuş, o, da Vüsal adlı şəxsə dediyi məsafəyə görə dəmirlərini on manata apara biləcəyini demiş, Vüsal adlı şəxs razılaşdıqdan sonra dəmirləri hələ gətirmədiyini deyib, gətirən zaman ona zəng edəcəyini, buna görə də mobil nömrəsini istəmiş, o, istifadəsində olan ***-***-**-** mobil nömrəsini vermiş, təxminən sat 16 radələrində Vüsal ***-***-**-** saylı mobil nömrədən ona zəng edib Şəhriyar qəsəbəsinə getməsini istəmiş o, avtomobili işə salıb Şəhriyar qəsəbəsinə getmiş, qəsəbəyə daxil olan zaman Vüsalın yolun kənarında dayandığını görüb, avtomobilə mindirmiş, bundan sonra avtomobili Vüsalın göstərdiyi yerdə yolun kənarında saxlamış, Vüsal adlı şəxs avtomobildən düşmüş və avtomobili saxladığı istiqamətdə sağ tərəfdə olan mişar daşından tikilmiş hasarın dibinə yığılmış dörd ədəd hər birinin uzunluğu təxminən altı metr olan dəmir boru, bir ədəd uzunluğu 3 metr olan şveller, 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolunu, bir ədəd disk formasında olan ot biçən aparatdan borular və şvellerdən başqa əşyaları avtomobilin baqajına yığmışdır. Həmin vaxt, o, Vüsal adlı şəxsdən həmin dəmirlərin kimə məxsus olmasını və oğurluq olub-olmadığını soruşmuş, Vüsal isə cavabında həmin əşyaları ucuz qiymətə aldığını deyib, yoldan keçən tanımadığı şəxsləri göstərib, günün-günorta vaxtı insanların gözü qabağında necə oğurluq edə biləcəyini soruşmuşdur. Təbii ki, Vüsalın bu sözlərinə inanmış, Vüsal adlı şəxsin dediklərindən və ətrafdan keçən şəxslərin isə Vüsal adlı şəxsə heç nə demədiklərini nəzərə alıb, Vüsal adlı şəxsin doğru dediyini düşünmüş və dəmirləri Azər şadlıq sarayının yaxınlığında Soltan adlı şəxsin dəmir-metal alışı məntəqəsinə aparmışdır. Orada olan zaman avtomobildən düşməmiş, Vüsal Soltan adlı şəxslə danışdıqdan sonra baqajdakı yükləri boşaltmış və məbləğini bilmədiyi pul alıb avtomobilə minmiş, daha sonra Vüsalı Şamaxı şəhəri, 9 saylı orta məktəbin yaxınlığında düşürtmüş və yenidən işiylə məşğul olmuşdur. Təqsirləndirilən şəxs avtomobilə yüklədiyi dəmir əşyaların oğurluq olub-olmaması barədə həmin vaxtı heç bir məlumatı olmamışdır, çünki, Vüsalın da qeyd etdiyi kimi, gündüz günorta vaxtı Vüsal həmin əşyaları avtomobilinə gətirib yükləmiş, həmin vaxtı yol ilə bir çox şəxslər gəlib-getmiş və heç kim Vüsalın bu hərəkətinə fikir verməmiş, həmçinin də, o, Vüsalın onu apardığı küçədəki evlərin sahiblərini tanımadığı üçün fikirləşmişdir ki, günün bu vaxtında hər hansı bir şəxs ancaq pul qarşılığında dəmirləri alıbsa belə rahatlıqla avtomobilə yükləyə bilər, həm də qeyd edilən əşyaları hər hansı bir bağlı şəraitdə deyil, açıq şəraitdə gətirib yükləmişdir. Bundan nəinki o, hətta heç kim şübhələnə bilməzdi. Əgər bundan məlumatı olsa idi, dərhal hüquq mühafizə orqanlarına məlumat vermiş olardı. Vüsal həmin əşyaları gecə vaxtı gətirsə idi, hardasa şübhələnmək olardı, lakin, Vüsal həmin əşyaları günün günorta vaxtı avtomobilə yüklədiyi üçün o, heç nədən şübhələnməmişdir. Avtomobildə olduğu üçün Vüsalın metal alan şəxsə nə deməsini eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, ünvan 3 ünvanda yerləşən evində dəmir alışı və satışı ilə məşğul olur. Bununla bağlı icazəsi olmaqla, gördüyü işlə bağlı aylıq vergi və sosial ödəyir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir münasibət, ədavət, dava-dalaş olmamış, sonuncu ilə heç bir əlaqəsi də, olmamışdır. Belə ki, 30 dekabr 2022-ci il tarixdə saat 16-17 radələrində evində olarkən küçə qapısının döyüldüyünü eşidib, müştəri gəldiyini düşünüb küçəyə çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs ilə dövlət qeydiyyat nişanını xatırlamadığı, həmçinin sürücüsünü tanımadığı üzərində taksi işarəsi olan “VAZ-2106” markalı avtomobilin küçə qapısın qarşısında dayanıb. Vüsaldan nə lazım olduğunu soruşmuş, Vüsal cavabında avtomobilin baqajındakı 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolunu, bir ədəd disk formasında olan ot biçən aparatı göstərərək satmaq istədiyini demiş, Vüsaldan həmin dəmirləri haradan gətirməsini və oğurluq olub-olmadığını soruşanda Vüsal onu demişdir ki, həmin dəmirləri almışdır və ucuz qiymətə aldığı üçün satmaq istəyir. Həmin əşyaların oğurluq olub-olmadığını soruşduqda Vüsal əsəbləşib günün günorta vaxtı oğurluq mal satılmadığını və oğru olmadığını dedikdən sonra sonuncuya inanıb əşyaları almağa razılaşmışdır. Vüsal avtomobilin baqajına yığılmış dəmirləri boşaldıb tərəziyə qoymuş, o, həmin dəmirləri formasına və materialına görə deyil, metal qiymətinə, yəni çəkisinə görə dəyərləndirib, dəmirlər 88 kiloqram olduğundan hər bir kiloqramına 0,40 (qırx) qəpik hesablayıb, ümumilikdə 35 manat pulu Vüsala vermiş, pulu aldıdan sonra Vüsal həmin avtomobilə minib oradan uzaqlaşmışdır. Dəmirləri aldıqdan iki gün sonra həmin və digər aldığı dəmirləri Bakı şəhərində yerləşən metaləritmə zavoduna satmış, həmin dəmirlər əridilmişdir. Təqsirləndirilən şəxs oğurladığı və ona 35 manata satdığı dəmirlərin oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Çünki, Vüsal həmin dəmirləri gündüz vaxtı gətirmişdir, həmçinin də, Vüsaldan dəmirlərin oğurluq olub-olmadığını soruşduqda onun sualına əsəbləşib oğru olmadığını dediyi üçün fikirləşmişdir ki, gündüz vaxtı kimsə başqa şəxsin evindən oğurluq edə bilməz, ən azından oğurluq edən şəxsi görərlər. Buna görə də həmin əşyaların oğurluq olmasından şübhələnməmişdir. Əgər əşyaların oğurluq olmasından məlumatı olsa idi, almaz və dərhal hüquq mühafizə orqanlarına məlumat verərdi. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən evində mütəmmadi olmasa da, arada bir dəmir alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə aralarında heç bir münasibət, ədavət, dava-dalaş, həmçinin heç bir əlaqəsi də, olmamışdır. Belə ki, 01 yanvar 2023-cü il tarixdə təxminən saat 10-11 radələrində evində olarkən küçə qapısının döyüldüyünü eşidib, müştəri gəldiyini düşünüb küçəyə çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs ilə dövlət qeydiyyat nişanını xatırlamadığı və sürücüsünü tanımadığı üzərində taksi işarəsi olan “VAZ-2106” markalı avtomobilin küçə qapısın qarşısında dayanıb. Vüsaldan nə lazım olduğunu soruşmuş, Vüsal cavabında avtomobilin banındakı 04 ədəd olmaqla, hər biri 06 mert uzunluğunda, 100 mm diametrində dəmir borunu və 01 ədəd uzunluğu 03 metr olan dəmir şvelleri göstərərək satmaq istədiyini demiş, o, Vüsaldan həmin dəmirləri haradan gətirməsini və oğurluq olubolmadığını soruşanda Vüsal ona demişdir ki, həmin dəmirləri evindən gətirmişdir, həyətdə iş gördüklərini və həmin dəmirlər lazım olmadığı üçün satmaq istəyir. O, həmin dəmirlərin oğurluq olub-olmadığını dəqiq bilmədiyi üçün Vüsala evlərinin yerini deməsini, bu barədə valideynlərini tapıb soruşacağını demiş, Vüsal heç bir problem olmadığını, kimdən istəyirsə soruşa biləcəyini demiş, günün işıqlı vaxtında Təqsirləndirilən şəxs dəmirləri açıq aşkar avtomobilin banında gətirməsini və arxayın danışmasını görüb, inanmış və dəmir əşyaları almağa razılaşmışdır. Vüsal avtomobilin banına yığılmış dəmirləri boşaldıb tərəziyə qoymuş, o, həmin dəmirləri formasına və materialına görə deyil, metal qiymətinə, yəni çəkisinə görə dəyərləndirib, dəmirlər 235 kiloqram olduğundan hər bir kiloqramına 0,45 (qırx beş) qəpik hesablayıb, ümumilikdə 110 manat pulu Vüsala adlı şəxsə vermiş, Vüsal pulu aldıqdan sonra həmin taksiyə minərək oradan uzaqlaşmışdır. Dəmirləri aldıqdan sonra həmin tarixdə günorta saatlarında həmin və digər aldığı dəmirləri Bakı şəhərində yerləşən metaləritmə zavoduna aparıb satmış, həmin dəmirlər əridilmişdir. Təqsirləndirilən şəxs oğurladığı və ona 110 manata satdığı dəmirlərin oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Çünki, Vüsal özü demişdir ki, həmin dəmirləri evində lazım olmadığına görə satır, həm də Vüsal taksi ilə həmin əşyaları gündüz günorta vaxtı gətirmişdir, buna görə də həmin əşyaların oğurluq olmasından şübhələnməmişdir. Əgər əşyaların oğurluq olmasından məlumatı olsa idi, almazdı və dərhal hüquq mühafizə orqanlarına məlumat verərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərdmişdir ki, Vüsal, Xəyal və Eşqin adlı şəxsləri əvvəllər görməmiş, həmin şəxsləri tanımamış, aralarında əvvəllər hər hansı münasibət, ədavət, dava-dalaş olmamışdır. 02 dekabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Şamaxı rayon Avaxıl kəndi ərazisində sonuncunun idarə etdiyi “Nissan X Trail” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları ünvana gedərkən kəndin giriş hissəsindən bir qədər kənarda avtomobilin getdiyini görmüş, Sahib orada sonuncunun özünə məxsus dəmir profillərin olduğunu dedikdən sonra şübhələnib geri qayıdaraq, həmin yerə getmişdirlər. Oraya çatan zaman sonradan adları ona məlum olan Vüsal, Xəyal və Eşqin adlı şəxslərin Sahibə məxsus olan sayı 30 ədəd profili “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə yığdıqlarını görmüşlər və Sahib dərhal avtomobili saxlamış, lakin həmin şəxslərin onlara nəsə edəcəklərindən çəkinib avtomobildən düşmədən həmin şəxslərə burada nə etdiklərini, niyə görə profilləri avtomobilə yığdıqlarını soruşmuşlar. Adının sonradan Eşqin olduğunu bildiyi şəxs Sahibə yaxınlaşıb taksi sürücüsü olduğunu, avtomobilə yüklədikləri profilləri tanışı Ülvi adlı şəxsin aldığını, buna görə də avtomobilə yüklədiklərini demiş, Sahib, Eşqin adlı şəxslə söhbət edən zaman polisə məlumat verəcəyini demiş və mobil telefonu ilə videogörüntüyə çəkmiş, bundan sonra Vüsal və Xəyal adlı şəxs avtomobilə yığdıqları təxmini dəmir profilləri avtomobildən boşaltmağa başlamışdırlar. Vüsal ilə Xəyal adlı şəxslər profilləri boşaltmağa davam edərkən Eşqin adlı şəxs avtomobili işə salmış, Vüsal ilə Xəyal profilləri avtomobildən boşaltdıqdan sonra avtomobilə minib oradan uzaqlaşmışlar. Bundan sonra Sahib hadisə barədə polisə məlumat verəcəyini demiş, lakin artıq gec olduğu üçün Sahib hadisə barədə səhəri gün polisə müraciət etmişdir. Vüsal, Xəyal və Eşqin adlı şəxslərin oğurlamağa cəhd etdikləri Zərərçəkmiş şəxs2 məxsus olan uzunluğu iki metr, diametri 6 sm, kvadrat formalı dəmir profillərin təxmini qiymətlərindən məlumatı yoxdur. Həmin vaxt hadisə yerində 30 ədəd dəmir profil olmuş, Vüsal, Xəyal və Eşqin adlı şəxslər həmin profilləri avtomobilin baqajına yükləyirdilər. Əvvəllər hal-hazırki ünvanda və ya küçədə heç bir oğurluq hadisəsi baş verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid5 Əlmusa oğlu məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində göstərmişdir ki, ailə vəziyyətilə əlaqədar olaraq özünə məxsus köhnə “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 01 yanvar 2023-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Şamaxı avtovağzal dairəsinin yaxınlığında dayanıb müştəri gözləyən vaxt əvvəllər tanımadığı və sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs avtomobilin sağ ön qapısını açıb bildirmişdir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində dörd ədəd dəmir boru və bir ədəd şveller aldığını deyib, həmin dəmirləri gətirmək üçün nə qədər pul istədiyini soruşmuş, o, Vüsal adlı şəxsə dediyi məsafəyə görə dəmirlərini on manata apara biləcəyini demiş, Vüsal adlı şəxs razılaşdıqdan sonra avtomobilə minmiş, bundan sonra avtomobili Şamaxı rayonu, Şəhriyar qəsəbəsinə sürmüş, qəsəbə ərazisində olarkən Vüsalın göstərdiyi yerdə yolun kənarında saxlamış, Vüsal adlı şəxs avtomobildən düşmüş və avtomobili saxladığı istiqamətdə sağ tərəfdə olan mişar daşından tikilmiş hasarın dibinə yığılmış dörd ədəd hər birinin uzunluğu təxminən altı metr olan dəmir boru, bir ədəd uzunluğu 3 metr olan şvelleri avtomobilin banında olan baqaj yerinə yığmışdır. Həmin vaxt, Vüsal adlı şəxsdən həmin dəmirlərin kimə məxsus olmasını və oğurluq olub-olmadığını soruşmuş, Vüsal isə cavabında həmin əşyaların yiyəsi olduğunu, lazım olmadığı üçün həyətdə yer tutmasın deyə satmaq istədiyini demiş və avtomobilə əyləşdikdən sonra Şamaxı şəhərində Yeqor kimi tanıdığı dəmir alışı və atışı ilə məşğul olan Şahid6 Şamaxı şəhəri, S.Ə,Şirvani küçəsində yerləşən evinə sürməsini istəmiş, avtomobili deyilən yerə sürdükdən sonra Vüsal avtomobildən düşüb Vüqarın evinə getmiş və bir neçə dəqiqə keçdikdən sonra geri qayıdıb dəmirləri yerə boşaltmış və məbləğini bilmədiyi pul alıb avtomobilə minmiş, daha sonra Vüsalı Şamaxı şəhəri, 9 saylı orta məktəbin yaxınlığında düşürtmüş, Vüsal ona on manat verib oradan uzaqlaşmış, o, isə işiylə məşğul olmuşdur. Təqsirləndirilən şəxs avtomobilinə yüklədiyi dəmir əşyaların oğurluq olub-olmaması barədə həmin vaxtı heç bir məlumatı olmamışdır. Əgər bundan məlumatı olsa idi, dərhal hüquq mühafizə orqanlarına məlumat vermiş olardı. Eləcə Vüsal həmin əşyaları gecə vaxtı gətirsə idi, hardasa şübhələnmək olardı, lakin, Vüsal həmin əşyaları gündüz vaxtı avtomobilə yüklədiyi üçün o, heç nədən şübhələnməmişdir. Qeyd etmişdir ki, avtomobildə olduğu üçün Vüsalın metal alan şəxsə nə deməsini eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraat götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə X2 iştirakı ilə dəmir əşyalarının oğurlandığı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X3 məxsus dəmir əşyaları Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən oğurlanmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 03 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 yanvar 2023-cü il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. “İcraatda olan cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində istintaq edilən ********* nömrəli cinayət işi ilə Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirlmiş və ********* nömrəsi saxlanılmaqla həmin cianyət işi üzrə əməl 29, 177.2.1, 177.2.2-ci maddələri ilə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraat götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 iştirakı ilə 30 (otuz) ədəd dəmir profilin oğurlanmağa cəhd olunan hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus profillər Şamaxı rayonu, Avaxıl kəndi ərazisində Şamaxı şəhəri istiqamətindən Avaxıl kəndinə gedən avtomobil yolundan təxminən 200 metr kənarda boş sahədən oğurlanmağa cəhd edilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin MYS-dən azad edilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün hazırkı istintaq mərhələsində kifayət qədər sübutlar toplanılmadığından şamaxı Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokollardan görünür ki, iş üzrə hadisələrin baş verdiyi yerlərin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 mobil telefonuna çəkilmiş və X3 məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evin təhlükəsizlik kameralarından götürülmüş 02 ədəd diskdə olan görüntülərə tərəfimdən baxış keçirilməklə müəyyən edilmişdir ki, birinci baxılan diskin içərisində 01 ədəd 1,02 (bir dəqiqə iki saniyə) saniyəlik faylda olan görüntüyə baxış keçirilmişdir. Baxış zamanı videogörüntü Şamaxı rayonu, Avaxıl kəndində yaşayan Zərərçəkmiş şəxs2 mobil telefonu vasitəsilə qeydə alınmış görüntüləri əks etdirir. Görüntüdə müəyyən edilmişdir ki, 02 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Şahid1 ilə Təqsirləndirilən şəxs Şahid2 idarə etdiyi “VAZ-2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajından dəmir profilləri yerə boşaldırlar, dəmir profilləri boşaltıqdan sonra Eşqin Zərbalıyevin idarə etdiyi “VAZ-2106” markalı **-DH- *** dövlət qeydiyyat nişanlı avtomobilə minib hadisə yerindən uzaqlaşırlar. Baxış zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, görüntüdə göstərilən özü, qardaşı Şahid1 və Şahid2dur və yuxarıda göstərilən dəmir profillər oğurlamaq üçün qardaşı Şahid1 ilə Şahid2 yalan danışıb, əslində oğurlamağa cəhd etdiyi dəmir profilləri aldıını demişdir, lakin dəmir profilləri oğurlayarkən profillərin sahibi olan Zərərçəkmiş şəxs2 hadisə yerinə gəlib onun bu əməlini aşkar etmişdir. İkinci baxılan diskin içərisində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən X3 məxsus fərdi yaşayış evinin təhlükəsizlik kameralarından götürülmüş 2,51 (iki dəqiqə əlli bir saniyə) saniyəlik faylda olan görüntüyə baxış keçirilmişdir. Baxış zamanı videogörüntü Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən X3 məxsus fərdi yaşayış evinə quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüləri əks etdirir. Görüntünün yuxarı sol hissəsində qeyd edilən məlumatlardan hadisənin xx.xx.2022-ci il saat 16:05 kimi qeydə alındığı müəyyən edilir, lakin saat real andakı saatdan 3 (üç) əvvələ çəkir, buna görə də hadisənin baş vermə anı xx.xx.2022-ci il saat 16:05 kimi nəzərə alınmalıdır. Həmin görüntüdə müəyyən edilmişdir ki, ban hissəsində taksi yazısı olan, ağ rəngli “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanı görünməyən avtomobil Nüsrət Elyazova məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evin sol hissəsində mişar daşı ilə tikilmiş hasarın yanında dayanır, daha sonra avtomobilin sürücüsü və ön sağ oturacaqda əyləşən sərnişin avtomobildən düşür, sərnişin avtomobilin baqajını açdıqdan sonra hasarın kənarına yığımış dəmir parçalarını avtomobilin baqajına yığır. Baxış zamanı Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, görüntüdə göstərilən “VAZ-2106” markalı avtomobilin sağ ön sərnişin oturacağından düşən şəxs özüdür və gizli yolla oğurladığı əşyalardan 03 qutu katinka deyilən yarasa, iki ədəd işlənmiş dəmir kotanın qolunu, bir ədəd disk formasında olan ot biçən aparatı həmin avtomobilin baqajına qoyub aparıb satmışdır. “Maddi sübut kimi tanınma haqqında” 12 dekabr 2022-ci il tarilxi qərardan görünür ki, cinayət işi üzrə istintaq zamanı aşkar edilmiş 5x5 sm ölçülü, 2 metr uzunluğunda, 30 ədəd kvadrat dəmir profillər iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 28 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarilxi, 7(074)-47/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 4(dörd) ay 13(on üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, 11 aprel 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Şamaxı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubliaksı CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətdiyindən məhkumluğu ödənilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli 4(074)-4/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/545 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1904,00 (min doqquz yüz dörd) manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları ve qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: traktora qoşulan 01 ədəd otbiçən aparat-1200,00 manat, hər biri 06 metr uzunluğunda 100 mm diametrində olan 04 ədəd dəmir boru-240,00 (4x60 man) manat, kotanın 02 ədəd dəmir qolu-140,00 (2x70man) manat, 03 dəst katinka (əqrəb) teli-60,00 (3x20man) manat, uzunluğu 03 metr olan 01 ədəd dəmir şveller-24,00 manat, nümunəsi təqdim edilmiş yaşıl rəngli,5x5 sm ölçülü, 2 metr uzunluğunda, 30 ədəd kvadrat dəmir profil-240,00 (30x8 man) manat hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin 03 may 2023-cü il tarilxli 175-198991/5 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdıırılması cəzasına məhkum edilmişdir. Məhkum ona təyin edilmiş 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdıırılması cəzasının 3 ay 26 gününü çəkmişdir. Cəzasının çəkilməmiş hissəsi 1 il 7 ay 10 gün təşkil edir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.2-ci maddələrindən həmin Məcəllənin 29, 177.1 və 177.2.2-ci maddələrinə tövsif edilmiş, Şahid1 və Şahid2 iş üzrə Zərərçəkmiş şəxs2 məxsus dəmir profillərinin oğurlanmasına cəhd edilməsi faktı üzrə iştirakları və digər cinayət əməlləri müəyyən edilmədiyindən, barələrində cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ondan şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə tam əhatə olunduğundan, ona həmin Məcəllənin 29, 177.1-ci maddəsi ilə əlavə ittihamın elan olunmasına zərurət yoxdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 02 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus olmaqla Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən boş ərazidən 5x5 ölçülü, 2 metr uzunluğunda, bir ədədinin qiyməti 08 (səkkiz) manat dəyərində olan 30 (otuz) ədəd kvadrat formalı dəmir profili gizli olaraq oğurlayıb Şahid2 idarə etdiyi “VAZ2106” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yükləyib aparmaq istəyərkən əmlakın sahibi Zərərçəkmiş şəxs2 hadisə yerinə gələrək əməlinin qarşısını alması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib 240 (iki yüz qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurluğa cəhd etməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 29, 177.1-ci maddəsi elan edilmiş ittihamın rəqəm ifadəsini əks etdirən hissəsi ittihamdan xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə təikrar qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, yəni oğurlaması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilərək onlarla barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarilxi hökmü ilə təyin edilmiş, 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 7 ay 10 gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 03 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesabına köçürülməlidir. İş üzrə maddi sübut 5x5 sm ölçülü 2 metr uzunluğunda 30 ədəd dəmir profillər maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxs X8 verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə elan edilmiş ittiham Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə elan edilmiş ittihamın rəqəm ifadəsini əks etdirən hissəsi ittihamdan xaric olunmalıdır. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30(otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarilxi hökmü ilə təyin edilmiş 1 il 11 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 7 ay 10 gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 2 il 3 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdən 05 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2(iki) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli tutulduğu 03 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesabına köçürülsün. İş üzrə maddi sübut 5x5 sm ölçülü 2 metr uzunluğunda 30 ədəd dəmir profillər maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxs X8 verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə elan edilmiş ittiham Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə əhatə olunduğundan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın rəqəm ifadəsini əks etdirən hissəsi ittihamdan xaric olunsun. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30(otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-33/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-33/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver