Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-34/2023 14.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin qanuni nümayəndələri - Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2006-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə, xx.xx.2006-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, cəzasını çəkib qurtarmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 verilmiş ittihama əsasən, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan, ünvan 3 ünvanında yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış, “Mercedes” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını Təqsirləndirilən şəxs2 açıb sürücü oturacağına əyləşsə də, avtomobilin mühərrikini işə sala bilmədiyindən, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, avtomobili talama niyyəti olmadan, qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan, Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2106” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib mühərriki işə salaraq, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Şamaxı rayonu, Acıdərə kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətməklə, avtomobili yolun kənarındakı səki daşına vurub əzərək, sahibi Zərərçəkmiş şəxs6 715 (yeddi yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 04:56-da Zərərçəkmiş şəxs5 məxsus olan, ünvan 4 ünvanında yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib, avtomobilin mühərrikini işə salsa da, idarə edə bilməyib, qarşıda olan divara vurub əzərək, sahibi Zərərçəkmiş şəxs5 297 (iki yüz doxsan yeddi) manat dəyərində maddi ziyan vurmaqla, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, gecə saat 05 radələrində X3 məxsus olan, Şamaxı şəhəri, X13 küçəsi 122 ünvanında yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib, avtomobilin mühərrikini işə sala bilməyərək, qanunsuz daxil olma nəticəsində sahibi X3 43 (qırx üç) manat dəyərində maddi ziyan vurmaqla, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan sonra, o, təkrarən talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Şamaxı şəhəri, 20 yanvar küçəsində dayanmış “VAZ-2106” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib mühərriki işə salıb idarə edərək, Şamaxı şəhəri, N.Nərimanov küçəsi ilə S.Ə.Şirvani küçəsinin kəsişməsində hərəkətdə olarkən, yolnəqliyyat hadisəsi törətməklə avtomobili yolun kənarındakı səki daşına vuraraq əzib, sahibi Zərərçəkmiş şəxs1 2187 (iki min bir yüz səksən yeddi) manat dəyərində maddi ziyan vurmaqla, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Bundan sonra, o, təkrarən talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus olan, Şamaxı şəhəri, Şərifzadə küçəsində yerləşən, “Aşıqlar bağı” adlanan yerin yaxınlığında dayanmış “VAZ-2107” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib, mühərriki işə salıb idarə etməklə, İmişli rayonunun Ağamalılar kəndinə apararaq, hərəkətdə olduğu müddətdə avtomobilin müxtəlif detallarını zədələyib, sahibi Zərərçəkmiş şəxs3 160 (bir yüz altmış) manat dəyərində maddi ziyan vurmaqla, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Bundan sonra, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, ünvan 6 ünvanda yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış 1995-ci il istehsalı olan “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşib mühərriki işə salıb idarə etməklə, Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədib, avtomobili yolun kənarındakı ağaca vuraraq əzib, sahibi Zərərçəkmiş şəxs2 1875 (bir min səkkiz yüz yetmiş beş) manat dəyərində maddi ziyan vurmaqla, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus olan, ünvan 3 ünvanında yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış, “Mercedes” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb sürücü oturacağına əyləşsə də, avtomobilin mühərrikini işə sala bilmədiyindən, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 02:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus olan, Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2106” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, birlikdə qapısını açıb mühərriki işə saldıqdan sonra, aralarında olan şifahi razılaşmaya əsasən, sağ ön oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs1 isə sürücü oturacağına əyləşib, mühərriki işə salaraq, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Şamaxı rayonu, Acıdərə kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətməklə avtomobili yolun kənarındakı səki daşına vurub əzərək, sahibi Zərərçəkmiş şəxs6 715 (yeddi yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 04:56-da Zərərçəkmiş şəxs5 məxsus olan, ünvan 4 ünvanında yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, birlikdə qapısını açıb mühərriki işə salmağa çalışsa da, Təqsirləndirilən şəxs1 avtomobili idarə edə bilməyib, qarşıda olan divara vurub əzərək, sahibi Zərərçəkmiş şəxs5 297 (iki yüz doxsan yeddi) manat dəyərində maddi ziyan vurmaqla, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə, başa çatdıra bilməyərək, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, gecə saat 05 radələrində X3 məxsus olan, Şamaxı şəhəri, X13 küçəsi 122 ünvanında yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış “VAZ-2107” markalı, **- KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, birlikdə qapısını açdıqdan sonra, aralarında olan şifahi razılaşmaya əsasən, sağ ön oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs1 isə sürücü oturacağına əyləşib avtomobilin mühərrikini işə sala bilmədiyindən, qanunsuz daxil olma nəticəsində sahibi X3 43 (qırx üç) manat dəyərində maddi ziyan vurmaqla, bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirməyə cəhd etmişdir. Bundan sonra, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, talama məqsədi olmadan, avtomobili qanunsuz ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, ünvan 6 ünvanda yerləşən, sonuncunun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış 1995-ci il istehsalı olan “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qapısını açdıqdan sonra, aralarında olan şifahi razılaşmaya əsasən, sağ ön oturacaqda əyləşmiş, Təqsirləndirilən şəxs1 isə sürücü oturacağına əyləşərək, mühərriki işə salıb idarə etməklə, Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədib, avtomobili yolun kənarındakı ağaca vuraraq əzib, sahibi Zərərçəkmiş şəxs2 1875 (bir min səkkiz yüz yetmiş beş) manat dəyərində maddi ziyan vurmaqla, avtomobili talama niyyəti olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmə iclasında qanuni nümayəndə qismində Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 dostudur və həmin şəxslə həmişə yaxşı münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 00 radələrində Ülvi onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq, onun harada olduğunu soruşmuş və o, Ülviyə Şamaxı şəhərində yerləşən “Bağ” adlanan ərazidə çayxanaların birində olduğunu demişdir. Bir qədər sonra Ülvi yanına gəlmiş və onlar enerji içkisi alıb, içməyə balamışlar. İçkiləri bitdikdən sonra, yenidən içmək üçün marketləri gəzmişlər, lakin tapa bilməmişlər. Küçədə gəzişərkən düşünmüşlər ki, əgər avtomobil olsa minib şəhərdə gəzərlər. Bu məqsədlə, onlar birlikdə avtomobil axtarmağa başlamışdırlar. Gecə saat 02 radələrində Ülvi yolun kənarında dayanmış “Mercedes” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı yük maşınına minib işə salmağa çalışmış, o isə ətrafa baxmışdır. Ülvi həmin yük maşınını yolun digər tərəfində saxlayıb, işə sala bilmədiyi üçün, avtomobildən düşərək ona yaxınlaşmışdır. Daha sonra, yenidən piyada gəzib sürmək üçün avtomobil axtarmışlar. Təxminən saat 02:30 radələrində “VAZ 2106” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb qərara gəlmişlər ki, həmin avtomobili qaçırıb sürsünlər. Ülvi avtomobilə yaxınlaşıb qapısının açıq və açarlarının içində olduğun görüb, avtomobilə minmiş və avtomobili işə salmağa çalışmışdır. Ülvi avtomobili iş sala bilmədiyi üçün, o, sükan arxasında əyləşmiş, daha sonra Ülvi ilə birlikdə avtomobili itələmişlər və avtomobili işə salmışlar. Onlar avtomobili idarə edib, Bakı şəhəri istiqamətində getməyə başlamışdırlar. Şamaxı rayonu, Acıdərə kəndi ərazisində avtomobil dayanmış və nə qədər etsələr də, avtomobili işə sala bilməmişlər. Buna görə də, avtomobili geriyə verib saxlamaq istəyərkən, avtomobilin arxa hissəsini yol kənarındakı dəmir lövhələrə vurmuşlar. Onlar avtomobili orada qoyub, yoldan keçən avtomobillərin biri ilə Şamaxı şəhərinə gəlmişlər. Həmin gün saat 04 radələrində piyada M.Ə.Rəsulzadə küçəsi istiqamətində yeriməyə başlamışlar. Bir qədər getdikdən sonra, Təbriz küçəsində “VAZ 2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb yaxınlaşaraq, qapısının açıq olduğunu aşkar etmişlər. Ülvi ətrafa nəzarət etmək üçün, yolun kənarında dayanmış, o isə, avtomobilə minib açar yerini sökərək, naqilləri birləşdirib işə salmağa çalışmışdır. Avtomobilin sükanı kilidləndiyi üçün, sükanı döndərə bilməmiş, avtomobili işə salmış və həmin vaxt avtomobil irəli gedib divara dəyərək, dayanmışdır. O, avtomobildən düşmüş və Ülvi ilə birlikdə yenidən piyada gəzməyə başlamışdırlar. Təxminən saat 05 radələrində M.Ə.Rəsulzadə küçəsində yolun kənarında “VAZ 2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşlər və sürmək üçün həmin avtomobilə yaxınlaşıb, avtomobilin qapılarını açmağa çalışmışlar. Avtomobilin qapısını açıb, salona daxil olmuşlar və açar yerini söküb, avtomobili işə salmağa çalışmışlar. Lakin işə sala bilmədiklərindən, yaşadıqları evə getmək qərarına gəlmişlər. Səhər saatlarında yaşadığı evdə olarkən, polis əməkdaşları onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər və o, anası ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən, Ülvi ilə birlikdə etdikləri əməlləri etiraf etmişdirlər. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində spirtli içki qəbul etdikdən sonra, avtomobil sürmək istəmiş və çayxanalar olan Şamaxı şəhəri, “Bağ” adlanan yerə getmişdir. Orada olan zaman, yolun kənarında dayanmış “VAZ 2106” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və açarının da üzərində olmasını görüb, ətrafa göz gəzdirmiş, heç kimin görmədiyinə əmin olduqdan sonra, avtomobili işə salıb, Şamaxı şəhəri ərazisində həmin avtomobili idarə etmiş və bir qədər sonra idarəetməni itirmiş və avtomobil yolun qarşı hissəsinə çıxaraq, səkiyə çırpılıb dayanmışdır. Həmin vaxt o, avtomobildən düşüb qaçmışdır. Həmin gün, saat 23 radələrində Şamaxı stadionu istiqamətində dayanmış “VAZ 2107” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilini görüb və yaxınlaşdıqda, avtomobilin qapılarının açıq olduğunu müəyyən edib, üzərində gəzdirdiyi açarla mühərriki işə salıb, oradan uzaqlaşmışdır. Şamaxı şəhəri ərazisində avtomobili idarə edən zaman, İmişli rayonunda yaşayan dayısı Şahid1 yanına getmək qərarına gəlmişdir. O, avtomobili idarə edərək, dayısının yaşadığı ünvana getmişdir. Dayısı Ələvəz onu görüb, kiminlə və necə gəldiyini soruşmuş, o isə, dayısına qaçırdığı avtomobil ilə gəldiyini demişdir. Dayısı buna görə əsəbləşib, onu avtomobilə mindirib, Şamaxı Rayon Polis Şöbəsinə aparıb polis əməkdaşlarına təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Ülvi ilə görüşüb, birlikdə spirtli içki qəbul etdikdən sonra, xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində piyada gəzib, Şamaxı şəhərində, “Şamaxı kursu” adlanan istiqamətdə gedərkən, avtomobil sürmək qərarına gəlmişlər. Buna görə də, yol kənarında dayanmış avtomobillərə baxıb, avtomobillərin qapısının açıq olub-olmamasını yoxlamışdırlar. “VAZ 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olduğunu görüb, mühərriki işə saldıqdan sonra, Ülvi ilə Şamaxı rayonu, Mədrəsə qəsəbəsinə getmişlər. Sonra isə geri qayıtmışlar. Şamaxı şəhərinə çatdıqdan sonra qərara gəlmişlər ki, Əngəxaran kəndinə də gedib, daha sonra avtomobili qaçırdıqları yerə aparıb qoysunlar. Əngəxaran kəndi istiqamətində hərəkətdə olarkən, idarəetməni itirmiş və avtomobil yoldan çıxıb, ağaca çırpılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Ülvi və o, müxtəlif bədən xəsarətləri almışlar. Bundan sonra, Şamaxı şəhərinə qayıtdıqdan sonra, yaşadığı evə getmişdir. Avtomobilləri o, sadəcə idarə etmək üçün qaçırmışdır. Qaçırdığı avtomobillərin sahibləri ilə hazırda barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə qismində Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun dostudur. xx.xx.2022-ci il tarixdə, saat 00 radələrində spirtli içki içmək qərarına gəlmiş və buna görə də, dostu Nihadın istifadəsində olan mobil telefon nömrəsinə zəng edib, harada olduğunu soruşmuş, Nihad isə Şamaxı şəhərində yerləşən “Bağ” adlanan ərazidə çayxanaların birində olduğunu demişdir. O, piyada həmin yerə getmiş və spirtli içki alıb, avtobus dayanacaqlarının birində Nihadla birlikdə içməyə başlamışlar. Təxminən saat 01 radələrində içkiləri bitdikdən sonra, ara küçələrlə gəzməyə başlamışlar. Yolda gedərkən Nihadla düşünmüşlər ki, əgər avtomobil olsa, minib şəhərdə gəzərlər. Buna görə də, birlikdə avtomobil axtarmağa başlamışdırlar. Təxminən saat 02 radələrində yolun kənarında dayanmış “Mercedes 408” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı yük maşınına minmiş, lakin nə qədər etsə də, mühərriki işə sala bilməmişdir. Düşünmüşdür ki, avtomobili üzü aşağı buraxsa, işə sala bilər. O, düşündüyü kimi edib, avtomobilin surətlər qutusunu “neytrala” gətirib, mufta əyləcini basmış və avtomobil irəli getmişdir. O, nə qədər etsə də, avtomobili işə sala bilməmişdir. Buna görə avtomobili saxlayıb, Nihadın yanına getmişdir. Bir qədər piyada gəzib yenidən sürmək üçün avtomobil axtarmışlar. Təxminən saat 02:30 radələrində “VAZ 2106” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb fikirləşmişlər ki, həmin avtomobili qaçırıb sürsünlər. O, yaxınlaşıb avtomobilin qapısının açıq və açarlarının içində olduğunu görüb, avtomobilə minmiş və avtomobili işə salmağa çalışmış, lakin avtomobili iş sala bilmədiyi üçün, Nihad sükanın arxasında əyləşmiş, daha sonra Nihadla birlikdə avtomobili itələmiş və avtomobili işə salmışlar. Nihad avtomobili idarə etmiş və onlar Bakı şəhəri istiqamətində getməyə başlamışdırlar. Şamaxı rayonu, Acıdərə kəndi ərazisində avtomobil dayanmış və nə qədər etsələr də, avtomobili işə sala bilməmişlər. Avtomobili geriyə verib saxlamaq istəyərkən, avtomobilin arxa hissəsini yol kənarındakı dəmir lövhələrə vurmuşlar. Bundan sonra, avtomobili orada qoyub, yoldan keçən avtomobillərin biri ilə Şamaxı şəhərinə qayıtmışlar. Şamaxı şəhərində “VAZ 2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, yaxınlaşaraq qapısının açıq olduğunu görmüşlər. O, ətrafa nəzarət etmək üçün, yolun kənarında dayanmış, Nihad isə avtomobilə minib, mühərriki işə salmışdır. Lakin, anidən avtomobil irəli gedib, divara dəyib dayanmışdır. Nihad dərhal avtomobildən düşmüş və onlar həmin yerdən uzaqlaşmışlar. Təxminən saat 05 radələrində yolun kənarında dayanmış “VAZ 2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüş və sürmək üçün həmin avtomobilə yaxınlaşıb, avtomobilin qapılarını açmağa çalışmışlar. Bir qədər çalışdıqdan sonra, avtomobilin qapısını açıb, salona daxil olmuş və açar yerini söküb avtomobili işə salmağa çalışmışlar. Lakin işə sala bilməmiş və bir neçə dəqiqə avtomobildə oturduqdan sonra, yaşadıqları evə getmişdirlər. Səhər saatlarında polis əməkdaşları gəlib, onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, valideyni Qanuni nümayəndə2 ilə birlikdə polis şöbəsinə getmiş və şöbədə olarkən, Nihad ilə birlikdə etdikləri əməlləri etiraf etmişdirlər. xx.xx.2022 ci il tarixdə, axşam saatlarında Nihadla görüşüb, birlikdə spirtli içki qəbul etdikdən sonra, xx.xx.2022-ci il tarixdə, saat 05 radələrində piyada gəzişərkən, avtomobil sürmək qərarına gəlmiş və buna görə də, yol kənarında saxlanılmış avtomobillərə baxıb, avtomobillərin qapısının açıq olub-olmamasını yoxlamışdırlar. Həmin vaxt o, bir qədər kənarda olmuş və Nihadın “VAZ 2106” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu gözlədiyini görmüşdür. O, həmin avtomobilə minib və onlar birlikdə Şamaxı rayonu, Mədrəsə kəndinə getmişlər. Daha sonra, Əngəxaran kəndi istiqamətə getmişlər. Yolda gedərkən, Nihad anidən avtomobilin idarəetməsini itirmiş və avtomobil yoldan çıxıb, ağaca çırpılmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı Nihad və o, müxtəlif bədən xəsarətləri almışlar. Onlar hadisə yerinə polisin gəlməyindən ehtiyyat edərək, dərhal oradan uzaqlaşmışlar. Həmin tarixdə, təxminən günorta saatlarında polis əməkdaşları gəlib, onu polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində olarkən, göstərdiyi hadisələri Nihad ilə birlikdə sərxoş vəziyyətdə törətdiklərini etiraf etmişlər. Qaçırdığı avtomobillərin sahiblərinin bir qismi ilə hazırda barışmış və onlara dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Şamaxı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. İstifadəsində “Mercedes 408” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobil atasına məxsus olsa da, etibarnamə əsasında o, idarə edir. Avtomobili həmişə yaşadığı evin qarşısında, küçədə saxlayır. xx.xx.2022-ci il tarixdə, gecə saatlarında avtomobili idarə edib, evin qarşısında, küçədə saxlamış, lakin qapılarını bağlamayıb, açarı isə avtomobilin içərisində unudub evə daxil olmuşdur. Səhər saatlarında küçəyə çıxıb avtomobilinin saxladığı yerdən təxminən 40-50 metr kənarda, qapıları açıq vəziyyətdə dayandığını görmüşdür. O, hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Aparılmış araşdırma nəticəsində, hadisəni törədənlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olduğu məlum olmuşdur. Baş vermiş hadisə zamanı, ona maddi ziyan dəymədiyi üçün, həmin şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, “VAZ 2106” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil əmisi Elşən Mayılova məxsusdur, lakin avtomobil onun sahibliyindədir. Həmin avtomobili yaşadığı evin qarşısında, küçədə saxlayır. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində evə gəlmiş və avtomobili küçədə saxlayıb, qapılarını bağladıqdan sonra, evə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində küçəyə çıxdıqda, avtomobilin saxladığı yerdə olmadığını aşkar etmişdir. Avtomobilinin oğurlandığını müəyyən etmiş və dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bir qədər sonra, qaçırılmış avtomobil Şamaxı rayonu, “Acıdərə” adlanan ərazidən tapılmış və tapılan zaman, avtomobil ilə yol- nəqliyyat hadisəsi törədilməsi müəyyən olunmuşdur. Aparılmış araşdırma nəticəsində, hadisəni törədənlərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olduğu məlum olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 1200 manat ziyan dəymiş və dəymiş ziyan hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona tam şəkildə ödənilmiş və bu səbəbdən, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şamaxı şəhərində yaşayır. “VAZ 2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində və sahibliyindədir. Həmin avtomobili daima yaşadığı evin qarşısında, küçədə saxlayır. Avtomobilin sol qapısı xarab olduğu üçün, açarla bağlamaq olmur, buna görə də, sol qapı açıq qalır. xx.xx.2022ci il tarixdə, saat 07 radələrində küçəyə çıxmış və avtomobilin saxladığı yerdə olmadığını, təxminən 30 metr kənarda, yol kənarında əzilmiş vəziyyətdə dayanmasını və avtomobildən tüstü çıxdığını aşkar etmişdir. O, dərhal avtomobilin kapotunu açıb, akumlyatorun naqillərini ayırıb, avtomobilin yanmasının qarşısını almış, daha sonra isə, Şamaxı Rayon Polis Şöbəsinə gedərək, baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma zamanı, hadisəni törədən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması məlum olmuşdur. Hadisə nəticəsində ona 440 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona tam şəkildə ödənilmiş və bu səbəbdən, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “VAZ 2106” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında dostu və həmkəndlisi olan Əmrah Həsənov ilə görüşüb, birlikdə Şamaxı şəhərində kafeyə getmişlər. İdarə etdiyi avtomobilinin qapılarında problem olduğu üçün, qapıları açıq vəziyyətdə qalır. Kafeyə gedərkən isə, avtomobilin açarı yadından çıxıb, içərisində qalmışdır. Təxminən saat 23 radələrində kafedən çıxdıqda, avtomobilinin saxladığı yerdə olmadığını görüb, avtomobilinin qaçırılmasını müəyyən etmiş və bu barədə Şamaxı Rayon Polis Şöbəsinə gedərək, ərizə ilə müraciət etmişdir. Bir qədər sonra, polis əməkdaşları avtomobilini əzilmiş halda aşkar etmişlər. Sonradan isə avtomobili qaçıran şəxsin Təqsirləndirilən şəxs1 olmasından məlumatı olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 4032 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona tam şəkildə ödənilmiş və bu səbəbdən, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Şamaxı şəhərində, “Bağ” adlanan ərazidə yerləşən çayxanada dostu ilə görüşmək üçün, yaşadığı evdən çıxaraq, etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib, çayxanaya getmişdir. Bir qədər sonra çayxanadan çıxdıqda, avtomobilin saxladığı yerdə olmadığını aşkar etmişdir. Avtomobilinin qaçırıldığını düşünüb, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Polis əməkdaşları olduğu yerə gəlmiş və bundan sonra hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs1 adlı şəxs olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 210 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona tam şəkildə ödənilmiş və bu səbəbdən, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus 1995-ci il istehsalı olan “VAZ 2106” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evə gəlib, idarə etdiyi avtomobili evinin qarşısında saxlamışdır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında evinin qarşısına çıxan zaman, avtomobilinin evinin qarşısında olmadığını görüb, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında, polis əməkdaşları hadisə yerinə gəlmiş və o, hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciətindən sonra avtomobili əzilmiş vəziyyətdə tapılmış və məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər olmuşdur. Avtomobilinin qaçırılması və yol-nəqliyyat hadisəsi törədilməsi nəticəsində, ona 3357 manat ziyan dəymişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun avtomobilini qaçırıb, Şamaxı rayon ərazisində idarə edərkən, surət həddini üç dəfə aşmış və surət ölçən radarlarla qayda pozuntuları aşkar edilmişdir. Bununla da, onun adına ümumilikdə 110 manat cərimə yazılmışdır. Dəymiş ziyan hazırda Təqsirləndirilən şəxs1 tərəfindən ona tam şəkildə ödənilmiş və bu səbəbdən, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs X2 hüquqi varisi Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Həmçinin, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı müraciətində, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını, dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs7 bildirmişdir ki, X5 onun həyat yoldaşıdır. Elşad Şirəliyevin “VAZ 2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobil qayınanası X6 adına qeydiyyatda olsa da, mərhum əri Elşad Şirəliyevə məxsus olmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində Elşad evə gəlib, həmin avtomobilin qapılarının açıq olmasını, qapıların və işə salmaq üçün istifadə olunan açar dəliklərinin yararsız hala salınmasını, kiminsə avtomobili qaçırmaq istədiyini demiş və hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Elşad bunları ona desə də, o, hadisə yerinə gedib, avtomobilə baxmamışdır. Hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edildikdən bir neçə gün sonra isə, Elşad avtomobilin sıradan çıxmış hissələrini təmir etdirmişdir. Həmçinin məlum olmuşdur ki, Elşada məxsus “VAZ 2107” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qaçırmağa cəhd göstərmişdir. Onu da qeyd etmişdir ki, o hadisənin şahidi olmamış, sonradan hadisə barəsində eşitmiş, müraciətlə bağlı araşdırma aparılan müddətdə, əri Elşad Şirəliyev xx.xx.2023-cü il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonunun Ağamalılar kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun bacısı Aytəkinin oğludur. xx.xx.2022-ci il tarixdə, gecə saatlarında yaşadığı evdə olduğu zaman, ağ rəngli “VAZ 2107” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən bacısı oğlu Nihad onların evinə gəlmişdir. O, Nihaddan avtomobilin kimə məxsus olduğunu, burada nə gəzdiyini soruşduqda, sonuncu avtomobilin kimə aid olduğunu bilmədiyini demişdir. Nihadın hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu və avtomobili qaçırdığını müəyyən edib, dərhal bacısı Aytəkinə zəng edərək, məlumat vermişdir. Aytəkin Nihadın həmin avtomobili qaçırtdığını, polis tərəfindən axtarıldığını deyib, Nihadı gətirməsini xahiş etmişdir. O, Nihadı danlayıb və açarları əlindən alıb, sonuncunu avtomobilin ön sağ sərnişin oturacağında otuzdurmuş, özü isə avtomobili idarə edərək, Şamaxı şəhəri istiqamətdə hərəkət etmiş və avtomobil ilə Nihadı Şamaxı Rayon Polis Şöbəsinə aparıb təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Şamaxı Rayon Su Kanal İdarəsində çilingər işləyir. İşlədiyi idarəyə aid anbar Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yerləşir. Həmin anbarın yaxınlığından Şamaxı-Pirqulu avtomobil yolu keçir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında anbarda mühafizəçi köşkündə olarkən, çöldən güclü səs eşitmiş və anbarın generatorunun partladığını düşünüb, dərhal köşkdən çıxıb, generator istiqamətində getmişdir. Lakin generatorun işlək vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt avtomobil yolunda səslər eşitmiş və yolnəqliyyat hadisəsinin baş verdiyini müəyyən edib, kömək etmək üçün, qaçaraq səs gələn istiqamətə getmişdir. Hadisə yerinə çatdıqdan sonra, “VAZ 2106” markalı avtomobilin yol kənarındakı ağaca çırpılmasını görüb, hadisə yerində olan iki nəfərə kömək etmək istəmişdir. O, təcili tibbi yardım çağırmaq istəmiş, lakin həmin şəxslər buna ehtiyac olmadığını deyib, ona təcili tibbi yardım xidmətinə zəng etməyə icazə verməmişdirlər. Sonradan adlarını öyrəndiyi Ülvi və Nihad adlı şəxslər ona polis əməkdaşları hadisə yerinə gəlib nə olduğunu soruşsalar, həmin şəxsləri görməsi və hansı istiqamətə getmələri ilə bağlı heçnə deməməsini tapşırıb, hadisə yerindən uzaqlaşmışlar. Həmin şəxslərin hadisə barədə polisə məlumat verməsindən xəbərlərinin olub, buna görə ona qarşı nəsə edəcəklərindən çəkindiyi üçün, ilk öncə hadisə barədə polisə məlumat verməmişdir. Lakin, bir qədər sonra polis əməkdaşlarının hadisə yerinə gəldiklərini görüb, polislərə yaxınlaşaraq, hadisə barədə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2106” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin böyük və orta barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Şirvan güləş klubunun yanından X8 məxsus “VAZ 2107” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük, sol əlinin böyük və şəhadət barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd qan nümunəsi xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məxsusdur. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə, Şamaxı rayonu, Nağaraxana kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus "VAZ-2106" markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 08 ədəd yapışqan lent kəsikləri üzərində olan 03 ədəd əl barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin böyük və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq və 02 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. xx.xx.2022-ci il tarixdə, Şamaxı rayonu, Şirvan güləş klubunun yanında X9 məxsus "VAZ-2107" markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd yapışqan lent kəsikləri üzərində olan 04 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 03 ədədi xx.xx.2006-cı ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük sol əlinin böyük və çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin ekspert rəyindən görünür ki, ekspertiza nəticəsində, xx.xx.2022-ci il tarixdə ünvan 7-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar hadisə yerindən götürülmüş 04 ədəd qan nümunəsinin Təqsirləndirilən şəxs1 (xx/xx/2006 Şamaxı r.) məxsus olduğu müəyyən edilmişdir. İş materiallarında olan Götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaqa təqdim edilmiş təhlükəsizlik kamerasının yaddaşına baxış keçirilən zaman müəyyən olundu ki, Zərərçəkmiş şəxs5 yaşadığı evində quraşdırılmış müşahidə kameralarının çəkdiyi görüntüdə xx.xx.2022-ci il tarixdə, saat 04:56-da iki nəfər üzü görünməyən şəxs Zərərçəkmiş şəxs5 məxsus “VAZ 2121” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış, həmin şəxslərdən biri əlindəki işıqla avtomobilin salonuna baxır və avtomobilin sol qapısını açaraq, salona daxil olur, yanındakı şəxs isə oradan uzaqlaşaraq, kənarda dayanır, avtomobilə əyləşmiş şəxs ilk öncə avtomobili geri, daha sonra irəli idarə edir, lakin tam işə sala bilmədiyi üçün avtomobildən düşərək, digər şəxsin yanına gedir, bir neçə saniyə sonra avtomobilə yenidən minir və işə salmağa çalışır, avtomobil işə düşərək, sağ istiqamətdə dönüb, hərəkət edərək, irəli gedir, avtomobili işə salan şəxs avtomobili dayandıra bilmir və avtomobildən düşür, avtomobil isə irəli gedərək, qarşıda divara dəyib dayanır. Həmin görüntülər DVD diskə köçürülərək, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/546 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ 2106” markalı, ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 2187,0 manat, “VAZ 2106” markalı, ** BF *** dövlət qeydiyyat njişanlı avtomobilin hadisə baş verən tarixə təmir bərpa xərci təxminən 1875,0 manat, “VAZ 2107” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 160,0 manat, “VAZ 2121” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 297,0 manat, “VAZ 2106” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 715,0 manat, “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 43,0 manat müəyyən edilmişdir. Aparılmış təqdiqatın dəyəti 50 manat təşkil etmişdir. İş materiallarından görünür ki, cinayətin predmeti olan zərərçəkmiş şəxslərə məxsus avtomobillər cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğundan, iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahiblərinə təhvil verilmişdir. Eyni zamanda, cinayət işi üzrə hadisənin görüntüləri əks olunmuş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 19 (on doqquz) günü 5 (beş) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 5 (beş) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, ona 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Şamaxı Rayon Məhkəməsinin 1(074)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə saxlandığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunması barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmamışdırlar. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və onun yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və onun yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Şamaxı Rayon Məhkəməsinin 1(074)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, onlara cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun 1(bir) gün həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar ümumi rejimli tərbiyə müəssisələrində; əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar - möhkəm rejimli tərbiyə müəssisələrində. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırda tərbiyə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, onun hazırda tərbiyə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş şəxslərə məxsus avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - hadisənin görüntüsü əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-10/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin; cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın; onun hazırda tərbiyə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 1(074)-10/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Şamaxı Rayon Məhkəməsinin 7(074)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə əvəz edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin; cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin; onun hazırda tərbiyə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - zərərçəkmiş şəxslərə məxsus avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - hadisənin görüntüsü əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-34/2023
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-34/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver