Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-34/2024 10.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı Rayon Məhkəməsinin 1(074)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və Şamaxı şəhəri, 48 A massivində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə, xx.xx.2002-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Şamaxı rayonu Göylər kəndi ərazisindən keçən hissəsində, X1 idarə etdiyi **-ON- *** dövlət qeydiyyat nişanlı «BMW X-5» markalı minik avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı, həmin avtomobildə sərnişin qismində əyləşmiş X3 hadisə nəticəsində ölməsindən əvvəl üzərində olmuş "xxxx" ASC-yə aid 5402-6919-5482-7803 nömrəli plastik bank kartının həmin ərazidə yol kənarına düşməsini görüb, gizlin formada həmin kartı götürüb, oradan uzaqlaşaraq, Təqsirləndirilən şəxs2la birlikdə əvvəlcədən planlaşdırdıqları vahid niyyətə uyğun olaraq, həmin kartdan istifadə etməklə, xx.xx.2023-cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən 3 saylı “OBA” marketdən əvvəlcə 0,93 manat dəyərində enerji içkisi, daha sonra 8,60 manat dəyərində iki qutu siqaret, 3,30 manat dəyərində enerji içkisi, 2,39 manat dəyərində kartof çipsi aldıqdan sonra, sonuncu ilə birlikdə Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib orada, idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilə 20 manat və 10 manat məbləğində yanacaq doldurmuş, daha sonra Şamaxı şəhərində yerləşən “Amil market” adlı ərzaq mağazasından 40 manat və 1.70 manat dəyərində, “Qoşqar market” adlı ərzaq mağazasından isə 15 manat, 4,30 manat, 7,60 manat və 1,50 manat dəyərində ərzaq məhsulları aldıqdan sonra, tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə yaşadığı evə aparıb, daha sonra özü tək Şamaxı rayonu ərazisində yerləşən “Qayalı” marketə gedərək, əvvəlcə marketin içərisindəki restorandan 11,20 manat və 2,80 manat dəyərində dönər aldıqdan sonra, həmin marketdən 6,06 manat, 12,90 manat, 0,60 manat, 15 manat və 3,70 manat dəyərində ərzaq məhsulları alıb rayonun Sabir qəsəbəsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsində idarə etdiyi avtomobilə 20 manat məbləğində yanacaq doldurmuş, xx.xx.2023-cü il tarixdə yenidən o, Sadiq Mətiyevə məxsus plastik kartdan istifadə etməklə, əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2la birlikdə əvvəlcə Şamaxı rayonu ərazisində yerləşən “VİP market” adlı ərzaq mağazasından 11,54 manat dəyərində ərzaq almış, daha sonra əvvəlcə rayon ərazisində yerləşən “Savalan” adlı restorana gedərək, oradan 36 manat və 12 manat və istintaqa məlum olmayan başqa bir restorandan isə 1,50 manat məbləğində yemək almış, bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən o, əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq, Sadiq Mətiyevə məxsus plastik kartdan istifadə etməklə, özü tək Şamaxı rayonu ərazisində yerləşən geyim mağazasına gedərək, oradan özünə 98 manat, 32 manat və 24 manat məbləğində geyim aldıqdan sonra, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs2 götürüb, birlikdə əvvəlcə rayon ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində idarə etdiyi avtomobilə 20 manat məbləğində yanacaq doldurmuş, daha sonra birlikdə Kürdəmir rayonuna gedərək, orada yerləşən “Bolmart supermarket” adlı ərzaq mağazasından 10,30 manat dəyərində ərzaq məhsulları, ticarət mərkəzindən 90 manat, 85 manat və 38 manat məbləğində geyim aldıqdan sonra, Təqsirləndirilən şəxs2la birlikdə Hacıqabul rayonu ərazisinə gedib, orada yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində idarə etdiyi avtomobilə 10 manat və 5 manat məbləğində yanacaq doldurduqdan sonra, Təqsirləndirilən şəxs2la birlikdə Şamaxı rayonuna qayıdaraq, rayon ərazisində yerləşən 10 saylı “OBA” marketdən 1,60 manat dəyərində ərzaq məhsulları almış, bundan sonra o, hərəkətlərini davam etdirərək, Sadiq Mətiyevin adına olan həmin plastik kartdan istifadə etməklə, xx.xx.2023-cü il tarixdə öz hesabına “PUBG” mobil təkbiqində 1,02 manat, 4,86 manat və 9,98 manat, “Tiktok” mobil tətbiqində isə 6,75 manat, 16,86 manat və 16, 86 manat məbləğində pul yükləməklə, X3 adına olan plastik bank kartından, yəni sonuncunun hesabından ümumilikdə 718.85 (yeddi yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində ödəniş etməklə, elektron məlumat daşıyıcılarından istifadə edilməklə, özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şamaxı-Göylər- Padarçöl avtomobil yolunun Şamaxı rayonu Göylər kəndi ərazisindən keçən hissəsində, X1 idarə etdiyi **-ON-*** dövlət qeydiyyat nişanlı «BMW X-5» markalı minik avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş X3 hadisə nəticəsində ölməsindən əvvəl üzərində olmuş və hadisədən sonra həmin ərazidə yol kənarına düşmüş "xxxx" ASC-yə aid 5402-6919-5482-7803 nömrəli plastik bank kartını gizlin formada götürüb, oradan uzaqlaşan Təqsirləndirilən şəxs1lə birlikdə əvvəlcədən planlaşdırdıqları vahid niyyətə uyğun olaraq, həmin kartdan istifadə etməklə, xx.xx.2023cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən 3 saylı “OBA” marketdən əvvəlcə 0,93 manat dəyərində enerji içkisi, daha sonra 8,60 manat dəyərində iki qutu siqaret, 3,30 manat dəyərində enerji içkisi, 2,39 manat dəyərində kartof çipsi aldıqdan sonra, sonuncu ilə birlikdə Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib, oradan Təqsirləndirilən şəxs1 idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilə 20 manat və 10 manat məbləğində yanacaq doldurmuş, daha sonra Şamaxı şəhərində yerləşən “Amil market” adlı ərzaq mağazasından 40 manat və 1.70 manat dəyərində, “Qoşqar market” adlı ərzaq mağazasından isə 15 manat, 4,30 manat, 7,60 manat və 1,50 manat dəyərində ərzaq məhsulları aldıqdan sonra, xx.xx.2023-cü il tarixdə yenidən o, Sadiq Mətiyevə məxsus plastik kartdan istifadə etməklə, əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs1lə birlikdə əvvəlcə Şamaxı rayonu ərazisində yerləşən “VİP market” adlı ərzaq mağazasından 11,54 manat dəyərində ərzaq almış, daha sonra əvvəlcə rayon ərazisində yerləşən “Savalan” adlı restorana gedərək, oradan 36 manat və 12 manat və istintaqa məlum olmayan başqa bir restorandan isə 1,50 manat məbləğində yemək almış, bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə birlikdə əvvəlcə rayon ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində, həmin avtomobilə 20 manat məbləğində yanacaq doldurmuş, daha sonra birlikdə Kürdəmir rayonuna gedərək, orada yerləşən “Bolmart supermarket” adlı ərzaq mağazasından 10,30 manat dəyərində ərzaq məhsulları, ticarət mərkəzindən 90 manat, 85 manat və 38 manat məbləğində geyim aldıqdan sonra, Təqsirləndirilən şəxs1lə birlikdə Hacıqabul rayonu ərazisinə gedib, orada yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində sonuncunun idarə etdiyi avtomobilə 10 manat və 5 manat məbləğində yanacaq doldurduqdan sonra, Təqsirləndirilən şəxs1lə birlikdə Şamaxı rayonuna qayıdaraq, rayon ərazisində yerləşən 10 saylı “OBA” marketdən 1,60 manat dəyərində ərzaq məhsulları almaqla, X3 adına olan plastik bank kartından, yəni sonuncunun hesabından ümumilikdə 436.26 (dörd yüz otuz altı manat iyirmi altı qəpik) manat məbləğində ödəniş etməklə, elektron məlumat daşıyıcılarından istifadə edilməklə, özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında idarə etdiyi “VAZ 2107” markalı avtomobili idarə edərək, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Şamaxı rayonu, Quşçu kəndindən Şamaxı şəhəri istiqamətində gedərkən, Şamaxı rayonu, Dağ Göylər kəndi ərazisində yolun sağ kənarında yol nəqliyyat hadisəsinin baş verdiyini, “BMW X-5” markalı avtomobilin aşmasını görüb, avtomobili saxlamışdır. Elgün ilə birlikdə avtomobildən düşüb, hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerində tanımadığı 3 nəfər şəxsin öldüklərini görüb, oradakı polis əməkdaşları və hadisə yerindəki digər tanımadığı vətəndaşlarla birlikdə mərhumları təcili tibbi yardım avtomobilinə yerləşdirmişdirlər. Bundan sonra, o, təxminən 20 metr kənarda yerdən 01 ədəd plastik kartı tapıb, cibinə qoymuş və idarə etdiyi avtomobilə minib, Elgünlə birlikdə Şamaxı şəhərinə getmişdir. Yolda olan zaman, o, Elgünə hadisə yerində plastik kart tapdığını bildirmişdir. Şamaxı şəhərinə çatdıqdan sonra, tapdığı plastik bank kartında pul olub-olmamasını yoxlamaq qərarına gəlmişdirlər. O, avtomobili Şamaxı Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən “OBA” marketin qarşısına sürmüş və Elgün kartda pul olub-olmamasını yoxlamaq üçün, avtomobildən düşüb marketə daxil olmuş və bir neçə dəqiqə keçdikdən sonra əlində bir ədəd enerji içkisi ilə avtomobilə minib, kartda pul olduğunu demişdir. Bundan sonra, kartın parolunu bilmədikləri üçün, kartdan alış-veriş edərək, pul xərcləmək məqsədilə, hər ikisi avtomobildən düşüb marketə daxil olmuşdurlar. Marketdə olarkən, Elgün kartdan istifadə edərək, iki qutu siqaret, bir ədəd enerji içkisi və bir ədəd kartof çipsi alıb, avtomobilə minərək, oradan uzaqlaşmışdırlar. Daha sonra, həmin gün, Elgünlə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə getmiş və orada olarkən kartda olan pulun məbləğini və parolunu bilmədikləri üçün ilkin olaraq 20 manat, bir qədər sonra isə, yenidən 10 manatlıq yanacaq doldurmuşlar. Həmin gün Şamaxı şəhəri ərazisində yerləşən “Amil” marketə getmişlər və oradan 40 manat və 1.70 manat məbləğində ərzaq seçib, həmin kartdan ödəniş etmişdirlər. Daha sonra, Şamaxı şəhəri ərazisində yerləşən “Qoşqar” marketə getmişlər və orada yenidən kartdan istifadə etməklə, alış-veriş etmişdirlər. Sonradan Elgünü yaşadığı evə aparmış, özü isə Şamaxı rayonu ərazisində yerləşən “Qayalı”marketə getmiş və orada yenidən kartdan istifadə etməklə, ərzaq almışdır. Həmin gün, təxminən saat 22 radələrində Sabir qəsəbəsi ərazisində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinə getmiş və kartdan istifadə etməklə, 20 manat dəyərində idarə etdiyi avtomobilə yanacaq doldurmuşdur. 06 dekabr 2023-cü il tarixdə, axşam saatlarında Elgünlə birlikdə idarə etdiyi avtomobil ilə Şamaxı şəhərində yerləşən “VİP” marketə getmişlər və eyni üsulla ərzaq almışlar, daha sonra “Savalan” restoranına gedib, eyni üsulla kartdan istifadə etməklə, yemək yemişlər. 07 dekabr 2023-cü il tarixdə, səhər saatlarında idarə etdiyi avtomobil ilə X5 getmiş və orada olarkən, kartdan istifadə etməklə, özü üçün geyim almışdır. Daha sonra, Elgünə zəng edib, Kürdəmir rayonuna getmək qərarına gəlmişlər və təxminən saat 11 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən eyni üsulla avtomobilə 20 manat dəyərində yanacaq doldurub, Kürdəmir rayonuna getmişdirlər. Həmin gün Kürdəmir rayonu ərazisində yerləşən “Bolmart” marketindən eyni üsulla ərzaq almışlar, sonradan isə həmin rayon ərazisində olarkən, geyim əşyaları almışdırlar. Həmin gün Hacıqabul rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən eyni üsulla yanacaq doldurub, Şamaxı rayonu ərazisinə qayıtmışdırlar. Şamaxı şəhərində olarkən, “OBA” marketdən ərzaq almışlar və daha sonra Elgünü yaşadığı ünvana aparıb, öz evinə getmişdir. Həmin gün evində olarkən, internet vasitəsilə “PUBG Mobile” oyun proqramına kartdan pul yükləmişdir. Daha sonra, “Tik Tok“ sosial şəbəkəsindəki profilinə kartdan pul yükləmişdir. 08 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Elgünlə birlikdə Quşçu kəndinə gedərkən, Göylər kəndi ərazisində marketə daxil olub, həmin üsulla kartla alış-veriş etmək istəmiş, lakin kart bloklandığı üçün bunu edə bilməmişdir. Həmin tarixdən sonra, bank kartından istifadə edə bilməmişdirlər. Həmin gün, axşam saatlarında Şamaxı şəhərinə qayıdarkən, avtomobili idarə edib Şamaxı rayonu, Çarhan kəndi ərazisinə sürmüş və "xxxx"a aid kartı Elgünə verib, atmasını istəmişdir. Elgün kartı iki yerə bölüb, qapını açaraq kartı yerə atmış və geri qayıdıb, Şamaxı şəhərinə getmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və dəymiş ziyanı zərərçəkmiş şəxsin hüquqi varisinə tam olaraq ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Şamaxı rayonu, Quşçu kəndindən Şamaxı şəhəri istiqamətində gedərkən, Şamaxı rayonu, Dağ Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini, “BMW X-5” markalı avtomobilin aşmasını görüb dayanmışdırlar. Akif ilə birlikdə avtomobildən düşüb, hadisə yerinə yaxınlaşmışdırlar. Hadisə yerində tanımadığı 3 nəfər şəxsin öldüklərini gördüb, oradakı polis əməkdaşları və hadisə yerində olan digər tanımadığı vətəndaşlarla birlikdə, mərhumları təcili tibbi yardım avtomobilinə yerləşdirdikdən sonra, Akifin idarə etdiyi avtomobilə minib, Akif ilə birlikdə Şamaxı şəhərinə getmişdirlər. Yolda gedərkən, Akif ona avtomobil qəzası olan yerdən bir ədəd bank kartı tapdığını demiş və kartda pul olubolmamasını yoxlamağı təklif etmişdir. O, Akiflə razılaşdıqdan sonra, sonuncu avtomobili Şamaxı Rayon Mərkəzi Xəstəxanasının yaxınlıqda yerləşən “OBA” marketin qarşısında saxlayıb, kartda pul olub-olmamasını yoxlamaq üçün, kartı ona vermişdir. O, kartı götürüb, marketə daxil olmuş və kartla ödəniş edib, bir ədəd enerji içkisi almışdır. Bundan sonra hər ikisi avtomobildən düşüb, yenidən marketə daxil olmuş və oradan iki qutu siqaret, bir ədəd enerji içkisi və bir ədəd kartof çipsi alıb, ödənişi həmin kartla edərək, avtomobilə minib, oradan uzaqlaşmışdırlar. Həmin gün Akiflə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə gedib, orada kartdan istifadə edərək, 20 manat məbləğində yanacaq doldurmuşlar, daha sonra yenidən 10 manatlıq yanacaq doldurmuşdurlar. Daha sonra, Şamaxı şəhəri ərazisində yerləşən marketlərə gedib, kartdan ödəniş etməklə, alış-veriş etmişdirlər. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Akif ilə birlikdə olarkən, sonuncu avtomobili Şamaxı şəhərində yerləşən “VİP” marketin yaxınlığında saxlayıb, marketdən kartdan istifadə edərək, ərzaq almış, daha sonra, həmin gün “Savalan” restoranına gedib, kartdan ödəniş edərək, yemək yemişdirlər. xx.xx.2023-cü il tarixdə isə Akiflə birlikdə Kürdəmir rayonuna yola düşmüşlər və yolda gedərkən, Şamaxı rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən eyni üsulla 20 manat dəyərində yanacaq doldurmuşdurlar. Həmin gün Kürdəmir rayonu ərazisində yerləşən “Bolmart” marketindən eyni üsulla ərzaq almışlar, daha sonra geyim əşyaları almışdırlar. Həmin gün Hacıqabul rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən eyni üsulla yanacaq doldurub, Şamaxı şəhərinə qayıtmışdırlar. Şamaxı şəhərində olarkən, “OBA” marketdən ərzaq almışdırlar. 08 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Akif Göylər kəndi ərazisində marketə daxil olub, kartla alış-veriş etmək istəmiş, lakin kart bloklandığı üçün, bunu edə bilməmişdir. Həmin tarixdən sonra, bank kartından istifadə edə bilməmişdirlər. Həmin gün, axşam saatlarında Akif kartı ona verib atmasını istəmiş və o, kartı iki yerə bölüb, atmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və dəymiş ziyanı zərərçəkmiş şəxsin hüquqi varisinə tamamilə ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, bu səbəbdən, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını göstərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi göstərmişdir ki, mərhum X8 onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində mərhum həyat yoldaşı Sadiq Mətiyev, qaynı mərhum X4 və qaynı oğlu mərhum X2 birlikdə qaynının oğlu Turalın idarə etdiyi “BMW-X5” markalı avtomobili ilə yaşadıqları Bakı şəhəri, Müşfiqabad qəsəbindən Ağsu rayonuna gedərək, ilk öncə avtomobilin sənədləri ilə məşğul olub, daha sonra kəndləri olan Bico kəndinə dəyib, geri qayıdan zaman, həmin gün, saat 17 radələrində Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Şamaxı rayonu Göylər kəndi ərazisindən keçən hissəsində Şamaxı şəhəri istiqamətində hərəkətdə olan zaman, idarəetməni itirib və yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, mərhum həyat yoldaşı Sadiq Mətiyev və qohumları Tural Fərhadzadə və Xaləddin Mətiyev aldıqları xəsarətlərdən hadisə yerində ölmüşdürlər. Daha sonra, hadisə zamanı mərhum həyat yoldaşı Sadiq Mətiyevə məxsus 01 ədəd “PaşaBank” aid plastik kartın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciətdən sonra, mərhum əri Sadiq Mətiyevə məxsus bank kartının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanaraq, içərisindəki məbləğin müxtəlif mağazalarda alış-veriş etmələri müəyyən olunmuşdur. Məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı, həyat yoldaşına məxsus 01 ədəd “PaşaBank”a aid plastik kart və həmin kartda olan pul oğurlanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, mərhum X6 məxsus mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefona yüklənmiş “PaşaBank”a aid mobil tətbiqdə X6 məxsus “PaşaBank”a aid 5402-6919-5482-7803 nömrəli bank kartından sonuncu öldükdən sonrakı tarixlərdə, yəni xx.xx.2023-cü il tarixdən, saat 18:33-dən xx.xx.2023-cü il tarixdə, saat 18:48-dək olan müddət ərzində həmin kartdan müxtəlif ərzaq, qeyri-ərzaq mağazalarında, restoranlarda və digər iaşə obyektlərində onun hesabından ödənişlər edilmişdir. Baxış zamanı, Zərərçəkmiş şəxs mərhum həyat yoldaşı Sadiq Mətiyevin öldükdən sonra sonuncuya məxsus mobil telefonu polis əməkdaşlarından təhvil aldıqdan sonra, telefona baxarkən, həmin tətbiqdən kart vasitəsilə edilən ödənişləri gördüyünü, bundan sonra həmin kartın oğurlanmasını müəyyən edib, hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə müraciət etməsini şifahi olaraq bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən X6 məxsus mobil telefondakı mobil tətbiq vasitəsilə edilən xərclər barədə göndərilmiş bildirişlər olan 4 vərəqdən ibarət siyahı götürülmüşdür. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, hadisə yeri Şamaxı rayonu, Çarhan kəndi ərazisində yerləşir. Hadisə yerlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yer Şamaxı rayonu, Çarhan kəndi ərazisində, Şamaxı şəhəri istiqamətindən Çarhan kəndinə gedən avtomobil yolunun sağ tərəfində yerləşən yerdir. Həmin yerdə hər hansı yaşayış evləri və ya başqa tikili yoxdur. Baxış zamanı həmçinin, Təqsirləndirilən şəxs2 yerdə bir ədəd iki yerə bölünmüş plastik kartı göstərərək, həmin kartın mərhum X6 məxsus "xxxx"a aid 5402- 6919-5482-7803 nömrəli bank kartının olduğunu, həmin kartı xx.xx.2013-cü il tarixdə Quşçu kəndindən Şamaxı şəhəri istiqamətində Akiflə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə gedərkən, Çarhan kəndi istiqamətində doğru dönmələrini, həmin vaxt artıq kart bloklandığı üçün, Akifin deməsi ilə kartı iki yerə bölüb, yol kənarına atmasını bildirmişdir. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən X6 məxsus "xxxx"a aid 5402-6919-5482-7803 nömrəli bank kartı aşkar edilərək, götürülmüşdür. İş materiallarında olan sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X6 məxsus 5402-6919-5482-7803 nömrəli bank kartından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində, 718.85 manat məbləğində ödənişlər edilmişdir. Kart vasitəsilə edilmiş ödənişlər aşağıdakı kimidir: xx.xx.2023-cü il saat 18:35, Şamaxı 3 saylı Oba market - 0.93 manat, xx.xx.2023-cü il saat 18:35, Şamaxı 3 saylı Oba market - 8.60 manat, xx.xx.2023-cü il saat 18:36, Şamaxı 3 saylı Oba market - 3.30 manat, xx.xx.2023-cü il saat 18:37, Şamaxı 3 saylı Oba market - 2.39 manat, xx.xx.2023-cü il saat 20:04, BOL Azpetrol Şamaxı 2 - 20.00 manat, xx.xx.2023-cü il saat 20:06, BOL Azpetrol Şamaxı 2 - 10.00 manat, xx.xx.2023-cü il saat 20:26, Amil market - 40.00 manat, xx.xx.2023-cü il saat 20:31, Amil market - 1.70 manat, xx.xx.2023-cü il saat 20:45, Qoshqar market - 15.00 manat, xx.xx.2023-cü il saat 20:47, Qoshqar market - 4.30 manat, xx.xx.2023-cü il saat 20:49, Qoshqar market - 7.60 manat, xx.xx.2023-cü il saat 20:49, Qoshqar market - 1.50 manat, xx.xx.2023-cü il saat 21:09, Restoran - 11.20 manat, xx.xx.2023-cü il saat 21:10, Restoran - 2.80 manat, xx.xx.2023-cü il saat 21:16, Qayalı market - 6.06 manat, xx.xx.2023-cü il saat 21:19, Qayalı market - 12.90 manat, xx.xx.2023-cü il saat 21:20, Qayalı market - 0.60 manat,xx.xx.2023-cü il saat 21:21, Qayalı market - 15.00 manat, xx.xx.2023-cü il saat 21:21, Qayalı market - 3.70 manat, xx.xx.2023-cü il saat 21:33, 19 B saylı YDS (Socar) - 20.00 manat, xx.xx.2023-cü il saat 18:06, VİP market 11 - 11.54 manat, xx.xx.2023-cü il saat 19:34, Savalan Restoran - 36.00 manat, xx.xx.2023-cü il saat 20:46, Savalan Restoran - 12.00 manat, xx.xx.2023-cü il saat 21:28, Restoran - 1.50 manat, xx.xx.2023cü il saat 09:15, Şamaxı U Kişi Geyiml - 98.00 manat, xx.xx.2023-cü il saat 09:16, Şamaxı U Kişi Geyiml - 32.00 manat, xx.xx.2023-cü il saat 09:22, Şamaxı U Kişi Geyiml - 24.00 manat, xx.xx.2023-cü il saat 11:07, Azpetrol Şamaxı M-88 - 20.00 manat, xx.xx.2023-cü il saat 10:30, Bolmart supermarket - 10.30 manat, xx.xx.2023-cü il saat 12:46, Kürdemir ticaret merkezi - 90.00 manat, xx.xx.2023-cü il saat 12:46, Kürdemir ticaret merkezi - 85.00 manat, xx.xx.2023-cü il saat 12:54, Kürdemir ticaret merkezi - 38.00 manat, xx.xx.2023-cü il saat 15:34, BOL Azpetrol Hacıqabul - 10.00 manat, xx.xx.2023-cü il saat 15:35, BOL Azpetrol Hacıqabul - 5.00 manat, xx.xx.2023-cü il saat 16:31, Şamaxı 10 saylı Oba market 1.60 manat, xx.xx.2023-cü il saat 18:41, Google*PUBG Mobile - 1.02 manat, xx.xx.2023-cü il saat 18:42, Google*PUBG Mobile - 4.86 manat, xx.xx.2023-cü il- saat 18:43, Google*PUBG Mobile - 9.98 manat, xx.xx.2023-cü il saat 18:46, Google*Tiktok live - 6.75 manat, xx.xx.2023-cü il saat 18:47, Google*Tiktok live - 16.86 manat, xx.xx.2023-cü il saat 18:48, Google*Tiktok live - 16.86 manat olmaqla elektron məlumat daşıyıcılarından istifadə edilməklə ümumilikdə 718.85 (yeddi yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində ödənişlər edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 20:10-da, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 4(074)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 4(074)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(074)-75/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən və Şamaxı Rayon Məhkəməsinin 1(074)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)- 4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Şamaxı Rayon Məhkəməsinin 1(074)-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddəti, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-4/2024 nömrəli, xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla, ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 212 (iki yüz on iki) gün həbsdə və ev dustaqlığında olduğu müddət 424 (dörd yüz iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə onun 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-34/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-34/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver