Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-35/2022 01.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, müdafiəçi X5, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Yevlax şəhəri, Şəkili küçəsi, 52 saylı evdə qeydiyyatda olan və həmin evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə saat 04:00 radələrində qonşusu X1 məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib Yevlax şəhəri ərazisində üzərində saxlamaqla daşımış, qeyd olunan tarixdə saat 09 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Yevlax şəhəri, Avtovağzal dairəsi yaxınlığında saxlanılıb Şamaxı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 14:05 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,384 (sıfır tam mində üç yüz səksən dörd) qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib, təxminən 2020-ci ilin dekabr ayında bir neçə dəfə metamfetamin qəbul edib istifadə etdiyini, əvvəllər də məhkum edilmədiyini bildirmişdir. O, 17 yanvar 2021-ci il tarixdə evdə olarkən Əhməd özünün istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edib ona “gəl görüşək, telefon söhbəti deyil, Şamaxılı uşaqlardan zəng ediblər, Bərdədən adam gələcək, ona çatacaq var” sözlərini ona dediyini göstərmişdir. O, evdən çıxıb Yevlax şəhər 7 saylı məktəbin yanında Əhmədlə görüşmüş, nə onun özünün yanında, nə də ki Əhmədin yanında başqa adam olmamışdır. Onlar görüşəndən sonra Əhməd ona bildirmişdir ki, “Şamaxıdan əsgər yoldaşım var, onunla danışmışam, onun Bərdədən dostu var, gəlib metamfetamin götürəcək, mən də neçə gündür yatmıram, yorğunam, yatmalıyam, mümkündürsə bu metamfetamini sənə verim, səhər Bərdədən gələnlə görüşüb ona verərsən və ondan cəmi 33 manat pul alarsan”. O, Əhmədin onun özünə də həmin metamfetamindən istifadə etmək üçün bir qədər verdiyini bildirmişdir. O, Əhməddən sellofan kəsiyi bükülüsündə olan həmin metamfetamini götürdüyünü, cibində gizlədib evə gəldiyini, evlərində heç kimin olmadığından istifadə edərək, Əhməddən aldığı “şüşə” kimi tanıdığı metamfetamindən 1 ədəd balaca kristal götürüb çəkib istifadə etdiyini göstərmişdir. 17 yanvar 2021-ci il tarixdə saat 09 radələrində o, Yevlax rayonunun Avtovağzal dairəsi yaxınlığında bir neçə şəxslə görüşmüş, görüşdükdən sonra həmin şəxslərin polis əməkdaşları olduqları məlum olmuş, həmin polis əməkdaşları onun şübhəli olduğunu bildirib onlarla Şamaxı rayon polis şöbəsinə getməyini bildirdiklərindən o, etiraz etməmişdir. Həmin vaxt Əhməddən aldığı metamfetamin də cibində olmuşdur. Polis əməkdaşları ilə avtomobilə əyləşəndə və avtomobil ilə Şamaxı rayonuna gələnə kimi yolda bir neçə dəfə cibində gizlətdiyi psixotrop maddə olan metamfetamini atmaq istəsə də, buna imkan tapa bilməmişdir. Şamaxı RPŞ-nə gəldikdən sonra, əvvəlcə onun şübhəli şəxs qismində tutulduğu bildirilmiş və öz seçimi ilə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində axtarış aparılmış, axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və axtarış zamanı əynindəki gödəkçənin sol içəri cibinə qoyub gizlətdiyi bükümündə saxladığı “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Həmin psixotrop maddə olan metamfetamin 01 ədəd zərfdə qablaşdırılmış, polis şöbəsinin möhürü ilə möhürlənmiş, daha sonra isə üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmiş, daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru yazıldığı üçün imzası ilə təsdiq edilmişdir. O, Əhmədin həmin metamfetamini onun özünün tanımadığı şəxslərə verməyini ondan istədiyini, lakin onun özünün həmin məsələ ilə əlaqədar heç bir marağının olmadığını, Əhmədin xahişini Əhməd onun qonşusudur deyə yerinə yetirdiyini, başqa heç bir məqsədinin olmadığını, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını göstərmişdir. O, həqiqətən də ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. O, onun nömrəsi ilə Şamaxı şəhər sakini Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında danışıqlarının olması barədə heç bir söz deyə bilmədiyini göstərmişdir. O, Şahid6 əvvəllər görmədiyini, Şəhriyarı sadəcə olaraq istintaq zamanı üzləşmə istintaq hərəkətində gördüyünü bildirmişdir. O, həmçinin onu da qeyd edir ki, Şahid5 ümumiyyətlə tanımır, onunla hər hansısa bir formada görüşməmişdir. Şahid6 onun bildiyinə görə qonşusu Əhməd Ağabalazadənin müharibə yoldaşıdır, Şahid5 də Şahid6 sinif yoldaşıdır, ola bilsin ki, Əhməd onun nömrəsi ilə onlarla bəzi vaxtlar danışıb. O, psixotrop maddə olan metamfetamin istifadə etdiyini, ancaq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç bir zaman məşğul olmadığını bildirmişdir. O, bir daha bildirmişdir ki, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, Şahid6 və Şahid5 əvvəllər, yəni tutulduğu ana qədər heç vaxt görməmiş, həmin şəxslərlə görüşməmiş, mobil telefon vasitəsilə əlaqə saxlamamış və heç vaxt həmin şəxslərə psixotrop maddə olan metamfetamin satmamışdır. Tutulduğu zaman üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini qonşusu Əhməd Ağabalazadə ona vermiş və yorğun, yuxusuz olduğunu bildirib, Şamaxı rayonundan gələn şəxslərə çatdırmağını və həmin şəxslərin verəcəyi 33 (otuz üç) manat pulu Əhmədin özünə verməyini xahiş etmiş, buna görə həmin psixotrop maddə olan metamfetamini qanunsuz olaraq üzərində saxlamaqla daşımışdır. Psixotrop maddələri satmaqla bağlı Əhmədlə əvvəllərdən aralarında heç bir razılaşma və əlbirlik olmamış, heç bir mənfəəti, şəxsi məqsədi və gəlir əldə etmək niyyəti olmamış, Əhməd ona bu barədə heç bir vəd verməmiş, psixotrop maddəni tanımadığı şəxslərə çatdırmağı müqabilində Əhməd ona heç nə vəd etməmiş, özünün də heç bir maddi marağı və gözləntisi olmamışdır. O, yalnız Əhmədin xahişini yerinə yetirib psixotrop maddəni onun özünün tanımadığı şəxslərə çatdırmaqda Əhmədə köməklik etmək istədiyini, heç bir marağının olmadığını göstərmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin NMQnun baş əməliyyat müvəkkili Şahid1 ifadə verib göstərdi ki, 15 yanvar 2021-ci il tarixdə qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, gəzdirməkdə və daşımaqda şübhəli bilinərək saxlanılmış Şahid6 psixotrop maddəni haradan əldə etməsini müəyyən etmək məqsədilə RPŞ-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilərkən Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Yevlax şəhəri ərazisində saxlanılaraq Şamaxı RPŞ-nə avtomaşınla gətirilən zaman Aqil yol boyu bildirmişdir ki, bir neçə dəfə metamfetamin qəbul edib istifadə etmişdir. Aqil həmçinin onu da bildirmişdir ki, 16 yanvar 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhər sakini olan Əhməd adlı şəxs və başqa bir neçə şəxslə birlikdə Yevlax şəhərində “şüşə” kimi tanıdığı metamfetamini çəkib istifadə etmiş, həmin tarixdə saat 23:00 radələrində Əhməddən və digər şəxslərdən aralanıb evinə getmişdir. 17 yanvar 2021-ci il tarixdə saat 04 radələrində evində olarkən Əhməd adlı şəxs özünün istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng etmiş və “gəl görüşək, telefon söhbəti deyil, Şamaxılı uşaqlardan zəng ediblər, Bərdədən adam gələcək, ona çatacaq var” sözlərini demişdir. Özü də evdən çıxıb Yevlax şəhər 7 saylı məktəbin yanında Əhmədlə görüşmüş, görüşəndən sonra Əhməd ona açıq şəkildə bildirmişdir ki, “Şamaxıdan əsgər yoldaşım var, onunla danışmışam, onun Bərdədən dostu var, gəlib metamfetamin götürəcək, mən də neçə gündür yatmıram, yorğunam, yatmalıyam, mümkündürsə bu metafetamini sənə verim, səhər Bərdədən gələnlə görüşüb ona verərsən və ondan cəmi 33 manat pul alarsan”. O da razılaşıb Əhməddən sellofan kəsiyi bükülüsündə olan həmin metamfetamini götürüb, cibində gizlədib evə gəlmiş, evdə ailə üzvlərinin olmamasından istifadə edərək Əhməddən aldığı “şüşə” kimi tanıdığı metamfetamindən bir ədəd balaca kristal götürüb çəkib istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə gətirildikdən sonra İB-nə təhvil verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəməyə teleqram göndərərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 17 yanvar 2021-ci il tarixdə Şamaxı RPŞ-nin inzibati binasında olan zaman RPŞ-nin İB-nə dəvət edildiyini, sonradan bildiyi Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iştirak etməyinin ona deyildiyini bildirmişdir. Həmin vaxt mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğu bildirilmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs üzərinə iştirakçıların gözləri qarşısında şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə olan metamfetamini Yevlax şəhər sakini olan Əhməd adlı şəxsdən aldığını bildirmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət və təkliflər daxil olmamış, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, X3 tanıyır. Onunla sinif yoldaşı olan Şahid6 vasitəsilə tanış olmuşdur. Sinif yoldaşı Şahid6 Yevlax şəhər sakini Əhməd Ağabalazadə ilə 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində tanış olmuşlar. 06 yanvar 2021-ci il tarixdə sinif yoldaşı Şahid6lə görüşüb söhbət edən zaman onlara psixotrop maddə olan metamfetamin lazım olduğundan, Şəhriyar ondan mobil telefonunu istəmişdir ki, Əhməd adında müharibə yoldaşı var, onunla əlaqə saxlamaq istəyir. Etiraz etməyib istifadəsində olan ***-***-**-** saylı nömrəli mobil telefonu sinif yoldaşı Şahid6 vermişdir ki danışsın. Şəhriyar telefonla danışan zaman Əhməd adlı şəxsə “Əhməd patı düzüb qoşmaq olarmı” soruşmuş, danışıqdan sonra Şəhriyar müharibə yoldaşı Əhmədlə razılaşmış və hazır etməsini, götürməyə gələcəyini bildirmişdir. Həmin günü, yəni 06 yanvar 2021-ci il tarixdə Şəhriyar danışıb qurtardıqdan sonra onlar, yəni o və sinif yoldaşı Şahid6 tanımadığı taksi sürücüsü ilə birlikdə Yevlax şəhərinə getmək üçün yola düşmüşlər. Yolda Şəhriyar bildirmişdir ki, Göyçay rayonunda qohumları var, orada düşəcək. Həmin vaxt Şəhriyar müharibə yoldaşı Əhməd Ağabalazadə ilə danışmış və bildirmişdir ki, sinif yoldaşı gəlib ondan patını götürəcək. Şəhriyar sinif yoldaşı kimi onu nəzərdə tutmuşdur. Şəhriyar Göyçay rayonunda düşmüş, o isə həmin tanımadığı taksi ilə Yevlax rayonunun girişində dairənin yaxınlığında Əhmədlə görüşmüş, 74 manat pulu Əhmədə verib və Əhməddən metamfetamini alaraq geri qayıtmışdır. Təxminən bir saatdan sonra o, artıq Göyçay rayonunda olanda sinif yoldaşı Şəhriyarla danışmış və bildirmişdir ki, artıq qayıdıb, Göyçay rayonundadır, onu düşürdüyü yerdə gözləyir. Şəhriyar gəlmiş və onlar geri - yaşadığı Şamaxı rayonuna qayıtmışlar. Təxminən 6-7 gün sonra dəqiq xatırlamadığı tarixdə o, Əhmədlə əlaqə saxlamış və ona bildirmişdir ki, metamfetamin lazımdır, təşkil edə bilər. Əhməd də razılaşmışdır. Ancaq onun pulu olmadığından həmin metamfetamini Əhməddən gedib almamışdır. Bir müddət sonra, yəni 15 yanvar 2021-ci il tarixdə yenidən sinif yoldaşı Şəhriyarla görüşmüş və söhbət əsnasında Şəhriyara bildirmişdir ki, Əhmədlə danışmış, o, metamfetamini hazır etmiş, lakin pulu olmadığından gedib metamfetamini ala bilməmişdir. Həmin vaxt Şəhriyar müharibə yoldaşı Əhmədlə danışmış və sonra ona demişdir ki, ”sən düz etməmisən, söz vermisənsə yerinə yetir”. Bundan sonra o pul tapmış və onlar yola düşmüşlər. Göyçay rayonunda sinif yoldaşı Şəhriyar yenə də qohumlarıgildə düşmüş, o isə həmin taksi ilə Yevlax rayonuna getmişdir. Yevlax rayonunun girişində dairənin yaxınlığında Əhmədlə görüşmüşdür. Əhməddən psixotrop maddə olan metamfetamini 40 manat pul müqabilində almış, Göyçay rayonuna gedib Şəhriyarla görüşmüş və Şamaxı rayonuna geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, X3 tanıyır. Əhməd Ağabalazadə onunla birlikdə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmiş, orada onunla münasibət yaradıb tanış olmuşlar. Müharibə gedən zaman Əhmədlə söhbət əsnasında Əhməd ona bildirmişdir ki, psixotrop maddə olan metamfetamin lazım olsa tapa bilər. Müharibə yoldaşı Əhməd Ağabalazadə ondan təxminən 10-15 gün əvvəl müharibədən təxris edilmişdir. 31 dekabr 2020-ci il tarixdə o da təxris edilmiş və öz yaşadığı Şamaxı rayonuna gəlmişdir. Bir müddət istirahət etdikdən sonra, yəni 06 yanvar 2021-ci il tarixdə sinif yoldaşı Şahid5 ilə görüşmüşdür. Onlar söhbət edən zaman sinif yoldaşı Vüsal ona bildirmişdir ki, psixotrop maddə olan patı lazımdır, onu necə tapmaq olar. Həmin vaxt Vüsala demişdir ki, onunla bir müharibə yoldaşı var, Yevlax rayonundandır, adı Əhməd Ağabalazadədir, o təşkil edə bilər. Həmin vaxt o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən müharibə yoldaşı Əhməd Ağabalazadə ilə telefon əlaqəsi saxlamış və ona patı lazım olduğunu demişdir. Əhməd də etiraz etməmiş və bildirmişdir ki, təşkil edə bilər. Əhmədlə danışığı zamanı o, Əhməddən həmin metamfetamini ona hansı qiymətə satacağını soruşduqda, Əhməd ona bildirmişdir ki, 74 manat pul götürsün özü ilə gəlsin. O da həmin vaxt sinif yoldaşı Şahid5lə birlikdə tanımadığı taksi sürücüsü ilə yaşadığı Şamaxı rayonundan Yevlax rayonuna getmək üçün yola düşmüşdür. Yolda o, fikirləşmişdir ki, Göyçay rayonunda qohumlarıgildə düşsün, sinif yoldaşı Vüsal isə getsin Yevlaxda Əhmədlə görüşüb həmin metamfetamini alıb geri qayıtsın. Həmin vaxt o bir daha müharibə yoldaşı Əhmədlə telefon əlaqəsi saxlamış və ona demişdir ki, Vüsal adlı sinif yoldaşı gələcək, ona 74 manat pulu verəcək, həmin metamfetamini ona versin. Bundan sonra o, Göyçay rayonunda düşmüş, sinif yoldaşı Vüsal isə həmin tanımadığı taksi sürücüsü ilə Yevlax şəhərinə getmişdir. Təxminən bir saat yarımdan sonra Vüsal ona zəng vurub bildirmişdir ki, artıq qayıdıb, Göyçay rayonundadır, onu düşürdükləri yerdə gözləyir. O da Vüsalın yanına gedərək orada taksiyə oturub yaşadığı Şamaxı rayonuna gəlmişdir. Bir müddət sonra, yəni 15 yanvar 2021-ci il tarixdə yenidən sinif yoldaşı Şahid5lə görüşmüşdür. Həmin vaxt Vüsal ona bildirmişdir ki, müharibə yoldaşı Əhmədlə əlaqə saxlayıb və ondan patı almaq istəyib, lakin pulu olmadığından o, Əhmədin yanında yalançı çıxıb. O da həmin vaxt Əhmədə zəng vurmuş və Əhməddən nə baş verdiyini soruşmuşdur. Həmin vaxt müharibə yoldaşı Əhməd ona “sinif yoldaşın Vüsal mənimlə əlaqə saxladı və bildirdi ki, patı lazımdır, mən də Vüsalın dediyi patını tapdım, lakin Vüsalla əlaqə saxlayan zaman Vüsal gələcəyini desə də gəlmədi” sözlərini demişdir. O, Əhmədlə danışıb qurtardıqdan sonra sinif yoldaşı Vüsala öz iradını bildirmişdir ki, “sən nə üçün mənim müharibə yoldaşıma qarşı bu hərəkəti edirsən”. Həmin günü, yəni 15 yanvar 2021-ci il tarixdə Vüsal ondan ayrılaraq pul axtarmağa getmiş, qısa bir vaxtdan sonra Vüsal onunla görüşmüş və 100 manat pul tapdığını demişdir. O da həmin vaxt bir daha müharibə yoldaşı Əhmədlə telefon əlaqəsi saxlamış və ona bildirmişdir ki, “mənim Göyçay rayonunda qohumlarımgildə işim olacaq, mən orada düşəcəm, sinif yoldaşım Vüsal Yevlaxa gəlib səninlə görüşəcək”. Əhməd də onunla razılaşmışdır. Bundan sonra o və sinif yoldaşı Vüsalla birlikdə tanımadığı taksi ilə yaşadığı Şamaxı rayonundan Yevlax rayonuna getmək üçün yola düşmüşdür. O, Göyçay rayonunda düşmüşdür. Vüsal isə həmin taksi ilə Yevlax rayonuna getmişdir. Təxminən 2 saat sonra Vüsal ona zəng vurmuşdur ki, artıq Göyçay rayonundadır və onu gözləyir. O da həmin düşdüyü yerə getmiş və Vüsalla birlikdə həmin tanımadığı taksi ilə yaşadığı Şamaxı rayonuna qayıtmışdır. O, Vüsalla söhbət edərkən Vüsal ona bildirmişdir ki, həmin metamfetamini Əhməddən 40 manat pulun müqabilində almışdır. İş materiallarında olan Şamaxı rayon polis şöbəsinin 17 yanvar 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və diskdən görünür ki, istintaq zamanı 17 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə büküm aşkar olunmuş, həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq şəffaf rəngli, kristal formada, təmiz çəkisi 0,384 (sıfır tam mində üç yüz səksən dörd) qram ağ rəngli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2021-ci il tarixli, 6/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,384 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin, Şahid6 götürülmüş metamfetaminlə (16 yanvar 2021-ci il tarixli, 6/205 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Metamfetaminin təmiz çəkisi 0,384 qram, sərf edildi 0,05 qram, qalıq 0,334 qramdır. Aparılmış tədqiqatın dəyəqi 114,0 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli 4(074)-6/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2021-ci il tarixli 964 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı - 21 sentyabr 1989-cu il təvəllüdlü X9, 07 oktyabr 2014-cü il təvəllüdlü oğlu X8 və 21 iyul 2017-ci il təvəllüdlü qızı X6 ilə Yevlax şəhəri, R.Məmmədov küçəsi, 15 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, yaşadığı müddətdə ailədə və yaşadığı küçədə özünü intizamlı aparmış, həmçinin həmin küçənin və ətraf məhəllənin sakinləri arasında hörmət qazanmağa çalışmışdır. O, yaşadığı müddətdə küçədə və ətraf məhəllə sakinlərinin xeyir və şər məclislərində iştirak etmiş, küçədə və ətraf məhəllədə sakitliyin təmin edilməsində, birgə yaşayış qaydalarına riayət olunmasına çalışmışdır. Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11.02.2021-ci il tarixli, 448 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 05.02.2021-ci il tarixli, 268 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması, ümumilikdə adaptiv və ünsiyyətçi olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, emosional-irad sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmadı. İş materiallarında olan Şamaxı rayon polis şöbəsinin 14 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmuş, barəsində CM-nin 234.4.1 və 234.4.2-ci maddələr ilə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilməklə, ona CMnin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və öhdəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 114,0 manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,334 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 114,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,334 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-35/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-35/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver