Məhkəmə qərarları › İş №1(074)-35/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-35/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-35/2023 19.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Ağamehdi qızının, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən yaşadıqları evdə aralarında ailə mübahisəsi zəminində yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs Ağamehdi qızının baş və bel nahiyələrindən yumruqla qəsdən vuraraq ona sağ çənə və bel nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən və sol qaşüstü nahiyənin hematoması, sol gözün ağlı qişasına qansızmalarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs arvadı olmaqla, həmin şəxslə əvvəllər münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdur. Zərərçəkmiş şəxs ilə 2007-ci il avqust ayında ailə həyatı qurmuş həmin nigahdan 5 övladı vardır. 27 fevral 2023-cü il tarixdə Qılman adlı dostunun ad günündə spirtli ikçi qəbul etmiş, evə daxil olan zaman otaqda arvadı Zərərçəkmiş şəxs içmək üçün çay gətirməsini demiş, Hənifə çay gətirmək üçün getmiş çayı gətirən zaman dişinin ağrıdığını niyə bu qədər içirsən demiş Hənifəyə niyə deyinirsən deyərək əsəbləşmiş aralarında mübahisə yaranmış və o, isə içkili olduğu üçün özünü saxlaya bilməyək arvadı Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir dəfə, kürək nahiyyəsinə isə bir neçə dəfə yumruqla vurmuş, bundan sonra evdə olan atası Şahid onların səs küyünə otağa daxil olaraq onu sakitləşdirmiş, həmin hadisədən sonra arvadı Zərərçəkmiş şəxs arasında heç bir hadisə olmasada 28 fevral 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs Şamaxı rayonu Ovculu kəndində yaşayan atası Ağamehdi Gərayevin evinə getmiş, uşaqların ikisini arvadı Zərərçəkmiş şəxs aparsada üçü onunla birlikdə qalmışdır. Həmin hadisə zamanı arvadı Zərərçəkmiş şəxs qarşı yuxarıda qeyd etdiklərindən başqa heç bir qanunsuz hərəkət etməmiş, hadisə yaşadıqları, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən yaşayış evində baş vermiş, və baş vermiş hadisə zamanı hadisə yerində sonuncu, Zərərçəkmiş şəxs olmuş, onların səs küyünə atası Şahid yaxınlaşmış və onları ayırmış, baş verən hadisə təxminən ümumilikdə bir necə dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zamanı Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmiş, sonuncu mütamadi olaraq içki qəbul etməmiş, hər ailədə olduğu kimi onlarında arasında mübahislər olmuş yuxarıda qeyd etdiyi tarixdən əlavə vaxtda Zərərçəkmiş şəxs döyməmiş, ona xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs Ağamehdi qızı ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ağamehdi qızı ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs əri olmaqla, həmin şəxslə əvvəllər münasibətləri pis olmuş, aralarında ədavət, dava-dalaş olmuşdur. Fərhadla 2007-ci il avqust ayında ailə həyatı qurmuş həmin nigahdan 5 övladı vardır. Fərhad heç bir yerdə işləmədiyi üçün, mütamadi olaraq spirtli içki qəbul etmiş, yaşadığı evdə sonuncunu narahat etmiş, söyüb təhqir etmiş, dəfələrlə sonuncunu döymüş bu olan hadisələr barədə sonuncu rayon polis şöbəsinə məlumat verməmişdir. Sonuncu dəfə 27 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Fərhad evə gəlmiş, evdə birlikdə oturan zaman Fərhad ondan çay gətirməsini istəmiş, o, Fərhada çay gətirmiş, Fərhadın içkili olduğunu gördükdə ona dişinin ağrıdığını niyə bu qədər içidiyini bildirmiş, bu zaman Fərhad onun ünvanına nalayiq söyüşlər söyməyə başalmış o içkili olduğundan Fərhada heç bir cavab verməmiş, Fərhad əsəbləşərək onun baş və kürək nahiyəsinə yumruqla zərbə vurmuş daha sonra qaynatası Mizrə Nurməmmədov onların arasına girmiş, bu zaman Fərhad sakitləşmiş və sonuncudan uzaqlaşmış, daha sonra qaynatası Şahid ona Fərhad sakitləşənə kimi evdən çıxmasını o, sakitləşdikdən sonra gəlməsini bildirdiyindən, evin həyətinə çıxmış, Fərhad sakitləşdikdən sonra evə qayıtmışdır. 28 fevral 2023-cü il tarixdə Şamaxı rayonu Ovculu kəndində yaşayan anası İradə Gərayevanın evinə getmış, 02 mart 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs onu döyməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı əri Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, hadisə yaşadıqları, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən yaşayış evində baş vermiş, hadisə yerində özü və əri Təqsirləndirilən şəxs olmuş, onların səs küyünə qaynatası Mirzə Nurməhmmədov eşidərək yaxınlaşmış və onları ayırmış, hadisə təxminən ümumilikdə bir necə dəqiqə ərzində davam etmiş, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs gəlini və Təqsirləndirilən şəxs oğlu olmaqla, onlarla münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 27 fevral 2023cü il tarixdə, saat 23 radələrində Şamaxı rayonu Sabir qəsəbəsində yaşadığı evdə öz otağında oturub televizora baxan zaman oğlu Təqsirləndirilən şəxsla gəlini Zərərçəkmiş şəxs otaqlarından səs-küyün gəldiyini eşitmiş və tez onlar olan otağa keçmiş bu zaman oğlu Təqsirləndirilən şəxs yumruqla gəlini Zərərçəkmiş şəxs vurduğunu görmüş tez onların ayırmış, oğlu Təqsirləndirilən şəxs içkili olduğunu görmüş tez onu sakitləşdirib o biri otağa aparmış və gəlini Zərərçəkmiş şəxs çölə çıxmasını demişdir. Təxminən bir neçə dəqiqə sonra evdə sakitlik olmuş daha sonra gəlini Zərərçəkmiş şəxs evə gəlmiş onlar arasında əlavə hər hansi bir söz-söhbət olmamışdır. Bundan sonra sonuncu öz otaqlarına keçmiş, 28 fevral 2023-cü il tarixdə gəlini Zərərçəkmiş şəxs Şamaxı rayonu Ovculu kəndində yaşayan atası Ağamehdi Gərayevanın evinə getmiş, həmin hadisə zamanı oğlu Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmiş, həmin hadisə sonuncunun yaşadığı, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən yaşayış evdə baş vermiş, və baş vermiş hadisə zamanı hadisə yerində oğlu Təqsirləndirilən şəxs və gəlini Zərərçəkmiş şəxs olmuş, sonuncu isə səs küyə onlar olan otağa yaxınlaşmış və onları ayırmış oğlu Fərhadı sakitləşdirmiş, hadisə təxminən ümumilikdə bir necə dəqiqə ərzində davam etmiş, oğlu Təqsirləndirilən şəxs mütamadi olaraq içki qəbul etmədiyini, yuxarıda qeyd etdiyi kimi 27 fevral 2023-cü il tarixdən əlavə vaxtda oğlu Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs döyməmiş, ona xəsarət yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE-nin 03 mart 2023-cü il tarixli, 46 saylı ekspert rəyində Zərərçəkmiş şəxs Ağamehdi qızının almış olduğu xəsarətlərin sol qaş üstü nahiyyənin hemotomiyası, sol gözün ağlı qişasının qişasının qansızmaları, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olmaları, sağ çənə oynağı və bel nahiyyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələrinin təyin edilməməsi göstərilməklə , qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 mart 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Ağamehdi qızının məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs Ağamehdi qızı ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Ağamehdi qızına dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar