Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-35/2024 17.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 19 may 1980-ci ildə Şamaxı rayonu, Səfalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 21 avqust 2020-ci il tarixdən hesablanmaqla 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 90,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)- 92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3(074)-214/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 12 oktyabr 2022-ci il, 14 dekabr 2022-ci il və 11 yanvar 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 oktyabr 2023-cü il tarixinə kimi 5360,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Şamaxı şəhərinin sakini kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2007-ci ildə rəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər Tünzalə ilə münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Belə ki, Tünzalənin xəyanət etdiyini bildikdən sonra ayrılmaq qərarına gəlmişdir. Tünzalə himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)- 92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 21 avqust 2020-ci il tarixdən hesablanmaqla 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 90,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə aliment ödənişləri etsə də, pandemiya dövründə işsiz olduğundan və atasının xəstə olmasından qazancının çox hissəsi müalicəsinə xərcləndiyindən aliment borcu yaranmışdır. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şamaxı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli inzibati qərarına əsasən isə 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 27 oktyabr 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 5360,00 manat təşkil etmişdir. Hazırda "xxxx" MMC-də usta köməkçisi kimi fəaliyyət göstərir. Aylıq gəliri 600 manat təşkil edir. Təqdimat verilən gündən sonra aliment borcundan istintaq dövründə 1170 manat, cinayət işi məhkəməyə göndərildikdən sonra isə 1220 manat ödəniş etmişdir. Borcunu bir dəfəyə qaytarmağa maddi imkanı yoxdur. Bundan sonra aliment borcunu hissə-hissə ödəyəməyə çalışacaqdır ki, borcu qalmasın. Himayəsində yaşlı anasının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı şəhərinin sakini kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2007-ci ildə rəsmi şəkildə ailə qurmuşlar. Həmin evlilikdən 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar Şamaxı şəhərində, sonradan Bakı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs ustalıq fəaliyyəti ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvələr Şəmsəddin ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Şəmsəddin uşaqları ilə maraqlanmadığından, spirtli içkilər içib dava-dalaş saldığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdən hesablanmaqla 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 90,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Şamaxı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəməsinin 29 avqust 2022-ci il tarixli inzibati qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 27 oktyabr 2023-cü il tarixə ödənməmiş aliment borcu 5360,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs daim ustalıq fəaliyyəti ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Buna baxmayaraq Şəmsəddinin övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi dayaq durmamışdır. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda tutulmasını istəyir. Çünki Şəmsəddin hər dəfəsində aliment borcunu ödəyəcəyini bildirsə də ödəmir. İndiyədək Şəmsəddinin aliment borcundan etdiyi ödənişlərlə bağlı sənədi məhkəməyə təqdim etmişdir. Ordan da görünür ki, Şəmsəddin barəsində cinayət işi başlanandan sonra mütəmadi olaraq hər ay aliment ödəməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadə verib göstərdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin əsasında verilən icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X6, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla,cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra vərəqəsi 13 oktyabr 2021-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Borclu aliment borcunu ödəməmiş tələbin ödənilməsi üçün görülən tədbirlər nəticə verməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş tədbirlər qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 3(074)-214/2022 saylı, 29 avqust 2022-ci il tarixli qərarı ilə 8 gün müddətində inzibati həbslə tənbeh edilmişdir. Həbs tənbehindən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Şamaxı rayon Məhkəməsinin 8(074)-16/2023 saylı, 13 fevral 2023-cü il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs “ölkədən getmək hüququ müvəqqəti” olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixə aliment borcu 5360,00 manat təşkil edir. Tələbkar Zərərçəkmiş şəxs Şamaxı rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs, Şamaxı rayon Məhkəməsinin 2(074)-92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də ona təklif edilmiş faktiki imkanlardan istifadə etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə edilmişdir. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İsitintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 da şahid böyük icra məmuru Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(074)-92/2021 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2007-ci il tarixdə Şamaxı rayon VVADQ Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 160 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X5 iddiaçının (anasının)- Zərərçəkmiş şəxs yanında qalması, cavabdeh Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(074)-92/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. “İcraata başlamaq haqqında” 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Təqsirləndirilən şəxs dərhal icranı təmin etməsinin təklif olunması qərara alınmışdır. 13 oktyabr 2021-ci il tarixli 6053/4 nömrəli bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin edilməsi təklif olunmuşdur. “Borclunun axtarılması haqqında” 31 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, üv 10 D1-də qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 3(074)-62/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şamaxı rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 3(074)-214/2022 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. 21 sentyabr 2022-ci il tarixli aktin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli ica sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində yaranmış aliment borcunun ödənilməsi məqsədi ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, həmin evdə tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Şamaxı rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 8(074)-16/2023 saylı qərardadı ilə, 19 may 1980-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Təqsirləndirilən şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs orta təhsillidir, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixindən sonra Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə cəmi 2390 manat aliment pulu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 06 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə münmiş 2(074)- 92/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi qərəzli olaraq icra edilməməsi tam sübuta yetirildiyindən ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçmək haqqında” 08 fevral 2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, 19 may 1980-ci ildə Şamaxı rayonu, Səfalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, ev 10-da qeydiyyatda oan və yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Belə ki, borcundan cəmi 2390 manat ödənişin həyata keçirilməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs aliment borcundan qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil X2 Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 7 saat hüquqi yardım göstərməsinə görə 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-35/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-35/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver