Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-35/2025 23.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində «Daewoo» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, Qızmeydən- Çuxuryurd kənd avtomobil yolunun Kürdəmic kəndi yaxınlığından keçən hissəsində hərəkətdə olarkən, idarə etdiyi avtomobil ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, cinayətkarcasına etinasızlıq göstərib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli olduğu təqdirdə, qarşı əks hərəkət zolağına çıxıb qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Şahid4 idarə etdiyi “Qaz 33021” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobildə arxada sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs Kamil oğlunun ehtiyatsızlıqdan kəllə əsası və kəllə tağı sümüklərinin qəlpəli sınığı, baş beyin toxumasının zədələnməsi, sağ göz yuvasının tış bucağında yara ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər almasına, «Daewoo» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin müxtəlif detallarının əzilməsi ilə sahibi Şahid3 300 manat, “Qaz 33021” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin müxtəlif detallarının əzilməsi ilə sahibi Şahid4 1200 (bir min iki yüz) manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, usta işləyir və İsmayıllı rayonunda yaşayır. 2024-cü ilin avqust ayında Şamaxı rayonu Qızmeydan kəndində tanımadığı bir şəxsin evində usta kimi işləmək üçün Şamaxı şəhərinə gəlmişdir. Qızmeydan kəndinə gəldikdən sonra, orada kirayə ev tutaraq, həmin evdə yaşamağa başlamışdır. Şahid3 onun tanışıdır. Südabənin oğlu X3 müharibəsində şəhid olmuşdur. Şahid3 mülkiyyətində “Daewoo” markalı avtomobili vardır. Onun əvvəllər sürücülük vəsiqəsi olmasa da, həmin avtomobili 3 ildir ki, o, idarə etmişdir. Şamaxı rayonu Qızmeydan kəndinə gedən zaman, Şahid3 o, özü ilə aparmış və bacısı oğluna zəng edərək, Göyçay rayonundan gəlib onunla işləməsini bildirmişdir. Onlar həmin vaxtdan etibarən Qızmeydan kəndində evdə usta kimi işləməyə başlamış və onlardan başqa həmin evdə digər ustalar da işləmişdir. 2024-cü ilin oktyabr ayında, axşam saatlarında o, Şahid3 Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Belə ki, Südabənin səhətində narahatçılıqlar olduğundan və müalicə aldığından, hər gün demək olar ki, o, axşam saatlarında Südabəni xəstəxanaya aparırmış. Onlar Şamaxı şəhərinə getməyə hazırlaşan zaman, onunla birlikdə usta işləyən Ayət və Sərxan adlı şəxslər və bacısı oğlu Əhməd ona söyləmişdirlər ki, onları da, Şamaxı şəhərinə aparsın ki, bir qədər evə bazarlıq edib kafedə çay içsinlər. O, da razılaşmış və onlar Qızmeydan kəndindən Şamaxı şəhəri istiqamətinə avtomobil ilə hərəkət etməyə başlamışdırlar. Avtomobili o idarə etmiş, Şahid3 ön tərəfdə sərnişin oturacağında əşləşmiş, digər 3 nəfər şəxs isə arxada əyləşmişdirlər. Hava dumanlı olduğundan, o, təxminən 30-40 km sürətlə avtomobili idarə etmiş, çünki yolu tam olaraq görmək mümkün olmamışdır. Yolda hərəkətdə olan zaman, döngədə o, yolu tam görə bilmədiyindən, qarşıdan gələn “Qazel” markalı avtomobili görməmiş və idarə etdiyi avtomobilin sol ön hissəsi həmin “Qazel” markalı avtomobilin arxa təkərinə dəymiş və avtomobil dayanmışdır. Həmin zaman o, heç bir xəsarət almamışdır. Lakin, Ayət ilə Sərxanın baş nahiyyələri bir-birinə dəymişdir. Onlar avtomobildən endikdən sonra, “Qazel” markalı avtomobilin sürücüsü, sonradan adı ona məlum olan Ramazan adlı şəxs DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma zəng edib məlumat vermişdir ki, gəlib müdaxilə etsinlər və əgər xəsarət alan varsa, köməklik göstərsinlər. Bir qədər sonra yol-patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmişdirlər. Onlar hadisə yerinə və avtomobilə baxış keçirdikdən sonra, onlardan xəsarətlərinin olubolmamasını soruşmuşdurlar. Lakin, onlardan heç kim xəsarətinin olmadığını bildirmişdir. Onun sənədləri yoxlanan zaman, sürücülük vəsiqəsinin olmadığını müəyyən edilmişdir. Bundan sonra, onlar Şamaxı RPŞ-nə getmişdirlər. Növbəti gün Ayət adlı şəxs ilkin müayinədən keçmək üçün Şamaxı Rayon Diaqnostika Mərkəzinə getmiş və orada müayinə edildikdən sonra, müvafiq göndərişlə onu Qobustan Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir ki, orada baş nahiyəsi yoxlanılsın. Orada Ayətin baş nahiyəsi yoxlanılan zaman, baş sümüyünün sındığı müəyyən edilmişdir. Həmçinin, hadisə yerinə təcili tibbi yardım avtomobili gəlsə də, tibb işçiləri tərəfindən onlara xəsarətinin olubolmaması ilə bağlı suallar verildikdə, onlar hər hansısa bir xəsarətinin olmamasını bildirmişdirlər. Yol-nəqliyyat hadisəsi baş verdikdən qısa bir müddət sonra, o, avtomobili aldığı şirkətə 1000 manata satmışdır. Çünki, avtomobili kreditlə götürmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, usta kimi fəaliyyət göstərir və bu səbəbdən, mütəmadi olaraq rayonlara gedir və orada işləyir. 2024-cü ilin oktyabr ayında ona növbəti iş təklif olunmuş və o, bununla əlaqədar, Şamaxı rayonunun Qızmeydan kəndinə getmişdir. Təqsirləndirilən şəxs o, işlədiyi yerdən tanımışdır. Həmin şəxslə əvvəllər hər hansısa bir münasibəti olmamışdır. Tərlan “Daewoo” markalı avtomobili idarə edirmiş, lakin Tərlanın sürücülük vəsiqəsinin olub-olmaması bilməmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında onlar işlərini qurtardıqdan sonra, Qızmeydan kəndində market olmadığından, Tərlan, o, Südabə, Əhməd və Sərxan adlı şəxslər aralarında söhbət edib razılaşmışdırlar ki, Şamaxı şəhərinə gedib, orada bir qədər çay içsinlər və marketdən özləri üçün lazım olan ərzaq məhsullarını alsınlar. Razılaşdıqdan sonra, o, Əhməd və Sərxan avtomobilin arxa hissəsində əyləşmişdirlər. O, sürücünün arxa tərəfində, Sərxan ortada, onun yanında isə Əhməd əyləşmişdir. Qarşıda sərnişin oturacağında isə Südabə əyləşmiş və Tərlan avtomobili idarə etməyə başlamışdır. Hava qaranlıq və dumanlı olduğundan, yolu görməkdə çətinlik çəkmişdirlər. O, arxada əyləşdiyi üçün özünə məxsus mobil telefona baxmış, Tərlan isə hava dumanlı olduğu üçün avtomobili təxminən 30-40 km sürətlə idarə etmişdir. Qızmeydan kənd yolunda onlar avtomobil ilə hərəkətdə olan zaman, onların avtomobili başqa bir avtomobillə toqquşduğundan, onun baş nahiyəsi Sərxanın baş nahiyəsinə dəymiş və o, başından xəsarət almışdır. Həmin vaxt onların avtomobili bir qədər sürüşmüş, daha sonra isə dayanmışdır. Avtomobildə olan şəxslər avtomobildən ensələr də, onun baş nahiyəsi ağrıdığından o, ilk əvvəl avtomobildən enməmiş və pəncərədən baxan zaman, onların avtomobilinin “Qazel” markalı avtomobilə toqquşduğunu görmüşdür. Bir qədər sonra isə, ağrıları çoxalmışdır. Həmin vaxt artıq polisə və təcili tibbi yardıma məlumat verilmişdir. O, bir qədər özünə gəldikdən sonra, avtomobilə əyləşmiş və təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmişdir. Bundan sonra, yol polisləri gəlmiş və hadisə yerinə baxış keçirdikdən sonra, onunla söhbət etmişdirlər. O, onlara xəsarət almadığını söyləmişdir. Daha sonra, təcili tibbi yardım avtomobili oraya gəlmiş və onu müayinə edən zaman, onun xəsarət aldığı bildirilərək, xəstəxanaya getməli olduğu söylənmişdir. Lakin o, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina etmişdir. Təcili tibbi yardımın işçiləri ona iynə vurub, ağrıkəsici dərmanlar vermişdirlər. Daha sonra, yoldan keçən avtomobili saxlatdırmışdırlar və onu Qızmeydan kəndinə qaytarmışdırlar. Həmin gün o, ağrıdan yata bilməmiş və növbəti gün o, xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman, müayinə edilmiş və göndəriş verilmişdir ki, Qobustan rayonunda xəstəxanada müayinə olunsun. Bundan sonra, Qobustan Rayon Mərkəzi Xəstəxanasına getmiş və orada ona sağ gicgahının basılmış sınığı diaqnozu qoyulmuş və həkim ona söyləmişdir ki, təcili olaraq əməliyyat olunmalıdır. Bundan sonra, o, Qızmeydan kəndinə qayıtmışdır. Kənddə olan zaman o, atasına zəng edərək, yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmiş və atasıda növbəti gün Şamaxı rayonuna gəlmişdir. Onlar ilk əvvəl mərkəzi xəstəxanaya getmiş, lakin iş günü olmadığından, oradan diaqnostika mərkəzinə gedərək, göndəriş almışdırlar və həmin göndəriş əsasında gedib, Bakı şəhərində özəl klinikada əməliyyat olmuşdur. Hadisə zamanı, ondan başqa heç kim xəsarət almamışdır. Məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs müraciətində göstərilmişdir ki, o, növbəti iclaslarda üzrlü səbəbdən iştirak edə bilməyəcək, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “QAZ 33021” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. O, heyvandarlıqla məşqul olduğundan, həmin yük avtomobili ilə Hacıqabul rayonunda olan fermasına heyvanları daşıyır. Eyni zamanda, kəndlərə gedərək, heyvan alıb gətirib, Şamaxı şəhərində heyvan bazarında satır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında o, Şamaxı rayonu Qızmeydan kəndinə gedib, oradan bir nəfər şəxsdən heyvan alaraq, Şamaxı rayon heyvan bazarına gətirib satmağı düşünmüşdür. Həmin gün hava kəskin dumanlı olmuşdur. O, təxminən Kürdəmic kəndi yaxınlığında avtomobili idarə edən zaman, döngədə öz yolu ilə hərəkət zolağında avtomobili idarə edərkən, qarşıdan bir avtomobilin gəldiyini və onun hərəkətdə olduğu avtomobil zolağına çıxdığını görmüşdür. O, həmin avtomobilin onun avtomobilinə dəyməməsi üçün idarə etdiyi avtomobili bir qədər yol kənarına, yəni sağ istiqamətə çəksə də, qarşıdan gələn avtomobil artıq onun hərəkətdə olduğu zolağa çıxdığından, həmin şəxsin avtomobili onun idarə etdiyi yük avtomobilinin sol arxa təkərinə dəymiş və onlar dərhal avtomobilləri saxlamışdır. Onlar avtomobillərə baxan zaman, onun idarə etdiyi yük avtomobilinin arxa hissədən zədə aldığı və idarə etmək mümkün olmadığı ilkin baxış zamanı müəyyən etmişdir. Eyni zamanda, digər “Daewoo” markalı avtomobil də, əzilmiş və idarə etmək mümkün olmamışdır. Həmin vaxt orada olan qadın şəhid anası olduğunu və hər birinin öz avtomobilini düzəltdirərək polis çağırmamasını söyləsə də o, bununla razı olmamış və hava dumanlı olduğundan hadisəni ətraflı araşdırmaq üçün ilk əvvəl DİN-nin 102 xidmətinə zəng etmişdir. Orada olan bir nəfər şəxs söyləmişdir ki, hadisə zamanı avtomobilin arxa hissəsində əyləşən şəxs baş nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, təcili tibbi yardıma da, zəng edərək məlumat vermişdir ki, həmin hadisənin olduğu yerə gəlsinlər. Bir qədər sonra, hadisə yerinə yol polisləri, daha sonra isə təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım avtomobili ilə gələn tibb işçiləri ondan xəsarətinin olub-olmamasını soruşan zaman o, onlara hər hansısa bir xəsarətinin olmamasını bildirmişdir. Orada olan şəxslər də, xəsarətlərinin olmamasını söyləmişdirlər. Bundan sonra, onlar polis şöbəsinə getmiş və müvafiq sənədləşmə aparıldıqdan sonra o, evakuator ilə avtomobilini Şamaxı şəhərinə gətirdikdən sonra, avtomobili duracağa yerləşdirmişdir. Bundan sonra, sığorta şirkətinin nümayəndəsi gəlib avtomobilə baxış keçirmiş və ona 930 manat pul ayrılacağını, əgər razı olmadığı təqdirdə məhkəməyə müraciət edə biləcəyini bildirmişdirlər. Bundan sonra o, razılaşmış, lakin ona baş vermiş yol nəqliyyat hadisəsi zamanı usta pulu və digər xərclərlə birlikdə 1200 manat maddi ziyan dəymişdir. O, sığortadan 930 manat pul aldıqdan sonra, qalan xərcləri də, öz hesabına ödəmiş və avtomobilini təmir etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Mirzəcan Orucov, Vətən müharibəsində şəhid olduğundan, onun heç kimi olmadığından o, Təqsirləndirilən şəxs ilə birlikdə yaşamağa başlamışdır. Onun özünün “Daewoo Nubira” markalı avtomobili vardır. Həmin avtomobili o, idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Tərlanın sürücülük vəsiqəsi olmasa da o, avtomobil idarə edə bildiyindən, onun yanında hər zaman ona məxsus avtomobili idarə etmiş, eyni zamanda, usta olduğu üçün hara getmişdirsə də, o, da onunla rayonlara getmişdir. 2024-cü ilin avqust ayında onlar Şamaxı rayonu Qızmeydan kəndində tanımadığı bir şəxsin evində usta kimi işləmək üçün Şamaxı rayonu Qızmeydan kəndinə gəlmişdir. Tərlan Qızmeydan kəndinə gəldikdən sonra, orada kirayə ev tutaraq, həmin evdə birlikdə yaşamağa başlamışdır. Onlar həmin vaxtdan etibarən Qızmeydan kəndində evdə usta kimi işləməyə başlamış və onlardan başqa həmin evdə digər ustalar da işləmişdir. Onun səhətində narahatçılıqlar olduğundan, Təqsirləndirilən şəxs demək olar ki, hər gün müalicə almaq üçün onu Şamaxı Rayon Diaqnostika Mərkəzinə aparıb-gətirmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs hər zaman olduğu kimi, onu Diaqnostika mərkəzinə aparmalı idi. Həmin vaxt onlarda birlikdə Ayət, Sərxan və Əhməd adlı ustalar da, Şamaxı şəhəri istiqamətinə avtomobil ilə hərəkət etməyə başlamışdırlar. Avtomobili Tərlan idarə etmiş, o isə ön tərəfdə sərnişin oturacağında əşləymişdir. Digər 3 nəfər şəxs isə arxada əyləşmişdir. Hava dumanlı olduğundan, Tərlan avtomobili çox aşağı sürətlə idarə etmişdir. Çünki, yolu tam olaraq görmək mümkün olmamışdır. Yolda hərəkətdə olan zaman, döngədə o, yolu tam görə bilmədiyindən, yuxarı istiqamətdən gələn zaman, “Qazel” markalı avtomobili görməmiş və onların avtomobilinin sol ön hissəsi həmin avtomobilin arxa təkərinə dəymiş və avtomobil dayanmışdır. Dayanan zaman, o, heç bir xəsarət almamışdır. Lakin, Ayət ilə Sərxanın baş nahiyyələri bir-birinə dəymişdir. Onlar avtomobildən endikdən sonra, “Qazel” markalı avtomobilin sürücüsü sonradan adı onlara məlum olan Ramazan adlı şəxs DİN-nin 102 xidmətinə və təcili tibbi yardıma məlumat vermişdir. Bundan sonra, yol-patrul xidmətinin əməkdaşları gəlmişdir. Onlar hadisə yerinə və avtomobilə baxış keçirdikdən sonra onlardan xəsarətlərinin olub-olmamasını soruşmuşdurlar. Lakin, onlardan heç kim xəsarətlərinin olmadığını bildirmişdirlər. Tərlanın sənədləri yoxlanan zaman, sürücülük vəsiqəsinin olmadığını müəyyən edilmişdir. Eyni zamanda, təcili tibbi yardım işçiləri də, xəsarətlərinin olub-olmamasını soruşduqda, onlar söyləmişdirlər ki, heç bir xəsarətləri yoxdur. Bundan sonra, yoldan keçən avtomobili saxlatdırmışdırlar və Əhməd ilə Ayət, Qızmeydan kəndinə qayıtmışdırlar. Hadisə baş verdikdən sonra, Zərərçəkmiş şəxs deməsinə görə bir qədər halsız olmuş və başı ağrımışdır. Lakin, hər hansısa bir görünən xəsarət olmadığından, onlar zənn etmişdirlər ki, onun baş nahiyəsi əzilmiş və tez bir zamanda keçib gedər. Yəni onlar onun baş nahiyəsindən bu qədər ağır dərəcədə xəsarət alacağını bilməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən o, daxili işlər orqanlarında işləyir, polis kapitanıdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18 radələrində o, xidmətdə olan zaman, DİN-nin 102 xidmətindən Şamaxı RPŞ-nə məlumat daxil olmuş və həmin məlumatda Şamaxı rayonu Qızmeydan kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyi göstərilmişdir. Bu səbəbdən də o, dərhal həmin ərazidə xidmət aparan DYPB-nin baş inspektoru Ruxsar ilə birlikdə Qızmeydan kəndi istiqamətinə getmiş, hava şəraiti dumanlı olduğundan onlar oraya təxminən 40-45 dəqiqəyə çatmış və hadisə yerinə çatan zaman, «Daewoo» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Qaz 33021” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin döngədə toqquşduğunu müəyyən etmişdirlər. Onlar oraya gəldikdən qısa bir müddət sonra, təcili tibbi yardım avtomobili də, oraya gəlmişdir. O, orada olan şəxslərə söyləmişdir ki, kiminsə əgər xəsarəti varsa, bu barədə indidən söyləsin ki, həm təcili tibbi yardım avtomobili köməklik göstərsin, həmdə ki, hadisə yerinə RPŞ-nin təhqiqatçısını dəvət etsinlər. Lakin, orada olan şəxslər hər biri xəsarətlərinin olmamasını bildirərək, tibbi yardım göstərilməsindən imtina etmişdirlər. O, avtomobilin fotoşəkillərini çəkmiş və əraziyə baxış keçirmişdir. Lakin, hava dumanlı və soyuq olduğundan, eyni zamanda avtomobillər yolda qaldığından baş verə biləcək digər yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi ilə, orada olan qəza törətmiş avtomobilləri yoldan kənarlaşdırmışdır ki, kimsə dumanlı havada gələrkən başqa bir hadisə törətməsin. Bundan sonra, müəyyən olunmuşdur ki, «Daewoo» markalı avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs adlı şəxsin sürücülük vəsiqəsi yoxdur. Hadisə yerində olan zaman, Zərərçəkmiş şəxs xəsarət almasından məlumatı olmamışdır. Yalnız cinayət işi başlanıldıqdan sonra bilmişdir ki, həmin hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 361 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs üzərində müəyyən edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sağdan gicgah sümüyünün basılmış sınığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/87 saylı ekspert rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Daewoo» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, Şahid4 idarə etdiyi “Qaz 33021” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. Həmçinin, «Daewoo» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomobili satdığından, avtomobilin maddi sübut kimi tanınması mümkün olmamışdır. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd olunur ki, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən sürücülük hüququ yaranmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il, xx.xx.2013-cü il və xx.xx.2016-cı il təvəllüdlü üç uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – Şahid4 idarə etdiyi “QAZ 33021” markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 143 (bir yüz qırx üç) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – Şahid4 idarə etdiyi “QAZ 33021” markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixədək göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən sonra göstərdiyi 13 (on üç) saat hüquqi yardıma görə 143 (bir yüz qırx üç) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-35/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-35/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver