Məhkəmə qərarları › İş №1(074)-37/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-37/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-37/2022 04.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, müdafiəçi X5, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 4 uşaq atası, məhkumluğu olmayan, işsiz, Şamaxı şəhəri Ə.Qarayev küçəsi, 45 saylı evdə qeydiyyatda olan və Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metafetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində daşımış, 11 yanvar 2022-ci il tarixdə saat 12:10 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 13:10-da rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ cibində siqaret qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,950 (sıfır tam mində doqquz yüz əlli) qram ağ rəngli kristallik formada olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, əvvəllər heç bir vaxt narkotik vasitədən istifadə etməmişdir. 10 yanvar 2022-ci il tarixdə o, yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində olan tam orta məktəbin küçəsində səkinin kənarından kibrit qutusu tapmış, həmin kibrit qutusunu şalvarının sağ yan cibinə qoymuşdur. 11 yanvar 2022-ci il tarixdə saat 12:10 radələrində həmin kibrit qutusu üzərində olarkən yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində küçədə olan zaman Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik maddələrin saxlanılmasında şübhəli bilinib Şamaxı rayon polis şöbəsinə dəvət olunmuş, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilərkən əynindəki göy rəngdə cins şalvarının sağ yan cibindən kibrit qutusunda kağıza bükülü metafetamin aşkar olunmuş, polis əməkdaşları həmin kağızı açdıqda, içərisindən şəffaf rəngli iysiz psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Həmin vaxt onun iştirakı ilə üzərindən aşkar edib götürülən içərisində psixotrop maddə olan metafetamini polis əməkdaşları kağız zərfdə qablaşdırmış və üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Həmin psixotrop maddəni yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, metafetaminin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2022-ci il tarixdə Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, ev 45-də qeydiyyatda olmaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 11 yanvar 2022-ci il tarixdə saat 12:10 radələrində Şamaxı RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən, həmin vaxt onlar Təqsirləndirilən şəxs Şamaxı RPŞ-nə dəvət etmiş və o, etiraz etməyərək onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində siqaret qutusunda kağıza bükülmüş büküm aşkar edilmiş və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində psixotrop maddə metafetamin olan kağız baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla, Şəhriyar qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində 4 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməyini bir ildir ki bilmişdir. Qardaşına bir neçə dəfə söyləmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsin. Bu səbəbdən də onlar ailə üzvləri arasında razılaşıb Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında müalicə alması üçün Bakı şəhərində yerləşən narkoloji dispanserə aparmış, lakin qardaşı Təqsirləndirilən şəxs orada iki gündən artıq qalmamış və oranı tərk etmişdir. Bundan sonra isə onlar daima Təqsirləndirilən şəxs Şəhriyar qəsəbəsində nəzarətdə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə hər hansısa bir məlumatı olmamışdır. Çünki onlar Təqsirləndirilən şəxs hər dəfə soruşanda, o, onlara artıq narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. O, 12 yanvar 2022-ci il tarixdə bilmişdir ki, qardaşı nartkotik vasitədən istifadə etdiyi üçün Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞnə gətirilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 11 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə saat 12:50-də tutulmuşdur. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması barədə protokoldan və diskdən görünür ki, 11 yanvar 2022-ci il tarixdə saat 13:10-dan başlayaraq Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibində siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusu açılarkən içərisində kağıza bükülmüş psixotrop maddə olan metafetamin aşkar edilmiş, həmin psixotrop maddə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə 12 yanvar 2022-ci il tarixli 6/175 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ...” sözləri, adlar və imzalara qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi - 0,950 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir”. Tədqiqata sərf edildikdən sonra qalıq 0,900 qramdır. Aparılmış tədqiqatın dəyəri 81,0 manatdır. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli 735 nömrəli rəydə göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra istiqamətlərdə əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır. Həmçinin əlavə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə konkret olaraq harada olması, kimlərlə görüşməsi, kimlərlə əlaqə saxlaması, aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi, Təqsirləndirilən şəxs öz adına olan və ya adına olmayan hansı mobil telefon nömrələrini istifadə etməsi, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni nə səbəbdən Şamaxı şəhərinə gətirməsi, bundan kimlərin məlumatı olması, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs üzərində saxlaması ilə bağlı əvvəlcədən məlumatlı şəxslərin olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 03 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 19.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2, 29.177.2.1, 29.177.2.2, 29.177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23.10.2020-ci il tarixində cəzasını çəkib qurtardığı üçün Şamaxı RİPŞ-nın qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 fevral 2022-ci il tarixli 174 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri, Ə.Qarayev küçəsi, 45 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına 16 fevral 2022-ci il tarixdə verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan AZ-İ 227678 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Allahverdiyev Azər Gülbala oğlu ilə X2 27 iyun 2006-cı ildə Şamaxı rayonu, Şəhriyar qəsəbə icra nümayəndəliyində nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İ 918035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 mart 2007-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİ 202501 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 noyabr 2008-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİİ 024507 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 oktyabr 2012-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan AZ-İİİ 525855 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 aprel 2015-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və öhdəsində bir nəfər azyaşlı, 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 11 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək olan 2 gün həbsdə olduğu müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmaldıır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 81,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,900 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 11 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək olan 2 gün həbsdə olduğu müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 81,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,900 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar