Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-38/2022 28.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X14, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid, Müdafiəçilər-Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil X8 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs iştirakı ilə, 26 avqust 1965-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, məhkum olunmamış, Şamaxı şəhəri, Nizami küçəsi, 10 saylı evdə qeydiyyatda olmaqla, Şamaxı rayonu, Nağaraxana kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə; 14 mart 1953-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, 13a saylı evdə qeydiyyatda olan, 14 oktyabr 2021-ci il tarixdə ölmüş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyi, "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı-Pirqulu avtomobil yolunun Çuxuryurd kəndi ərazisindən keçən hissəsində rayonun Nağaraxana kəndi istiqamətində hərəkətdə olarkən Qızmeydan-Kürdəmiç kəndlərinə dönən dördyola çatdıqda idarə etdiyi avtomobillə hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən, yəni yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə sürməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddənin 2-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 65km/saat sürətlə hərəkət etdirib avtomobilin hərəkəti istiqamətində dördyolda X5 idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxmasını görüb idarə etdiyi avtomobili əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirərək hərəkət üçün təhlükəli şərait yaratmaqla “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 gicgah sümüyünün və kəllə əsasının sınığı, baş beynin əzilməsi, soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınığı, bədən səthinin sıyrıqları ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan ölümlə birbaşa əlaqəli xəsarətlər yetirərək, gicgah sümüyünün və kəllə əsası sümüyünün sınması nəticəsində baş beyin toxumasının əzilməsi ilə ölməsinə, Zərərçəkmiş şəxs1 hər iki göz altı nahiyələrin hematoması, burun üstünün cırılmış yarası, burun kökündə şişkinlik, sol gicgah və almacıq nahiyələrinin, sağ diz qapağının hematomaları, sifətin və sol əlin arxa səthinin səthi sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsinin qançırı və sağ dirsək oynağının hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin əzilməsi, Vİİİ-İX qabırğaların qapalı sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif detallarının əzilməsi ilə sahibinə 4880 (dörd min səkkiz yüz səksən) manat və “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif detallarının əzilməsi ilə "xxxx" MMC-yə 7794 (yeddi min yeddi yüz doxsan dörd) manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. X13 14 oktyabr 2021-ci il tarixdə saat 12:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, özünə məxsus “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmiç kəndindən Şamaxı-Pirqulu avtomobil yolu istiqamətində Çuxuryurd kəndi ərazisindən keçən hissədə hərəkətdə olarkən Şamaxı- Pirqulu avtomobil yolu ilə birləşən dördyola çatdıqda idarə etdiyi avtomobillə eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət etdiyindən, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsi və 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobili hərəkətdə olduğu ikinci dərəcəyi yoldan baş yolla yolayrıcına doğru dayanmadan hərəkət etdirib dördyolda Təqsirləndirilən şəxs idarə etdiyi, "xxxx" MMC-yə məxsus “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini gördüyü halda ikinci dərəcəli yoldan baş yola doğru hərəkət etdirərək hərəkət üçün təhlükəli şərait yaratmaqla “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Binyǝtov Fikrət Eynət oğlunun sağ diz qapağının sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs1 hər iki göz altı nahiyələrin hematoması, burun üstünün cırılmış yarası, burun kökündə şişkinlik, sol gicgah və almacıq nahiyələrinin, sağ diz qapağının hematomaları, sifətin və sol əlin arxa səthinin səthi sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 sol çiyin nahiyəsinin qançırı və sağ dirsək oynağının hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 döş qəfəsinin ön səthinin əzilməsi, Vİİİ-İX qabırğaların qapalı sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, “Ravon Nexia R3” markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif detallarının əzilməsi ilə "xxxx" MMC-yə 7794 (yeddi min yeddi yüz doxsan dörd) manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, onun özünə məxsus “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət nömrə nişanlı minik avtomobili vardır, o, həmin avtomobili rayon ərazisində özü idarə edir. 14 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində o, idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Şamaxı rayon mərkəzindən yaşadığı Nağaraxana kəndinə getmək üçün Şamaxı-Pirqulu avtomobil yolu ilə hərəkət etmişdir. Həmin vaxtı avtomobilində başqa heç kim olmamışdır. O, tək olmuş və avtomobilini idarə edərək həmin yol ilə hərəkətdə olaraq, Şamaxı rayonu Çuxuryurd kəndinin yaşayış evlərini keçmiş, həmin yerdə yola birləşik olan dördyol əraziyə çatarkən, dördyoldan sağa doğru ayrılan yol Qızmeydan kəndinə, sola doğru ayrılan yol isə Qaleybuğurd kəndinə gedir. O, yolların kəsişməsi olan həmin dördyola çatmamış yolun hərəkəti istiqamətində sağ tərəfində “Kon” markalı ekskovatortraktor dayandığını görmüş, buna görə də dördyola çatana kimi, dördyola Qızmeydan tərəfdən gələn avtomobilləri görmək olmamış, o, avtomobili ilə hərəkət edib dördyolun ərazisinə çatanda Qızmeydan kəndi tərəfdən gələn yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin dördyola daxil olub yolu gözləməli olduğu halda gözləmədiyini görüb anidən əyləci sıxmış, həmin avtomobilin sürücüsü isə avtomobili heç bir tormozlama etmədən dördyola doğru düz vəziyyətdə hərəkət etmiş, o da əyləci sıxıb tormozlama edib rulu nisbətən sola doğru hərəkət etdirib əks istiqamətli yola çıxmış, fikirləşmişdir ki, həmin sürücü avtomobili ilə onun yoluna girsə də, avtomobilini saxlayar, o da əks istiqamətli yol ilə hərəkətini davam etdirər, lakin həmin sürücü avtomobilini dayandırmamış və yenə də hərəkətini davam etdirmiş, o, əyləci daha da sıxsa da məsafə az olduğundan və həmin avtomobil hərəkətini davam etdirdiyindən, onun avtomobilinin qabaq hissəsi həmin “VAZ- 2107” markalı avtomobilin sol tərəfindən toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd etmişdir ki, o, yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün mümkün olan bütün imkanlardan istifadə etmiş, yəni həm əyləci sıxmış, həm də rulu nisbətən sola doğru hərəkət etdirib əks istiqamətli yola çıxmış, lakin “VAZ-2107” markalı avtomobilin sürücüsü avtomobilini düzgün idarə etmədiyinə görə, yəni əsas yola çatarkən avtomobilini saxlamalı olduğu halda saxlamayıb sürətlə hərəkətini davam etdirdiyi üçün ondan asılı olmayan səbəbə görə yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobildə o tək olmuş, başqa şəxs olmamışdır. O, uzun müddətdir ki, spirtli içki qəbul etmir, həmin hadisədən əvvəl də spirtli içki içməmişdir. Həmin vaxtı idarə etdiyi avtomobili təxminən 65 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin vaxtı “VAZ-2107” markalı avtomobilin sürücüsü avtomobili təxminən 90 km/saat sürətlə hərəkət etdirmişdir. İdarə etdiyi avtomobili hadisə vaxtı ancaq qeyd etdiyi “VAZ-2107” markalı avtomobil ilə toqquşmuşdur, başqa heç bir avtomobilə, hansısa bir şəxsə və ya obyektə dəyməmiş və zərər yetirilməmişdir. Ancaq “VAZ-2107” markalı avtomobil Qaleybuğurd kəndinə giriş bildirən nişan tikiliyə dəysə də, heç bir ziyan yetirməyib. Həmin vaxtı o, fikirləşmişdir ki, həmin avtomobil onun hərəkəti istiqamətində yola daxil olanda sürücü onun avtomobilini görüb öz avtomobilini saxlayar, o da sağa doğru avtomobili sürərsə həmin avtomobil ilə toqquşar, buna görə də o, həmin avtomobilin dayanacağını fikirləşib avtomobili təhlükəsiz hesab etdiyi sola doğru döndərmiş və nisbətən əks istiqamətli hərəkət zolağına çıxmış, lakin həmin sürücü hərəkətini yenə də davam etdirdiyindən və məsafə az olduğundan o, avtomobili artıq sağa doğru hərəkət etdirə bilməmiş, buna görə də hadisənin qarşısını almaq üçün təkcə əyləci sıxmağı bacarmış, lakin məsafə az olduğundan toqquşma baş vermişdir. Həmin vaxtı avtomobilində heç bir yük və sərnişin olmamışdır. “VAZ-2107” markalı avtomobildə sürücüdən başqa iki qadın və bir oğlan uşağı olmaqla üç nəfər sərnişin olmuşdur, yük olmasını görməmişdir. O, həmin vaxtı onun hərəkət etdiyi yolda başqa avtomobil olmamışdır, dördyolda isə yoldan kənarda Qızmeydan yoluna dönən yerə az qalmış “Kon” markalı ekskovator yoldan kənarda dayanmışdır. O, hadisə anında kimisə görməmişdir. Hadisədən sonra isə ora çoxlu şəxslər toplaşmışdır. O, həmin şəxsləri tanımır. O, hər həftə avtomobilini yoxlatdırır. Avtomobilinin bütün detalları saz vəziyyətdə olmuşdur. O, təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün az xəsarət almışdır. O, həmin vaxtı “VAZ- 2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxmasını toqquşma yerinə 4 metr qalmış görmüşdür, təhlükəni görən anda dərhal tormozu sıxmışdır. Həmin 8 metr tormoz izinin 4 metri hadisə anında onun əyləci sıxdıqdan sonra toqquşma yerinə kimi olan məsafədir, yəni o, əyləci sıxandan cəmi 4 metr sonra toqquşma baş vermişdir. Qalan 4 metri isə toqquşmadan sonra avtomobilin sürüşməsinə görə yaranmışdır. Çünki toqquşmadan sonra da o əyləci buraxmamışdır. Hadisə anında dördyoldan gələn “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığını anidən görmüş, həmin vaxtı Qızmeydan kəndindən gələn yol ilə onun hərəkət etdiyi yolun birləşdiyi yerin kənarında Konekskovator dayandığından onun həmin “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili əvvəlcədən görmək imkanı olmamış, o, həmin avtomobili görəndə isə artıq həmin avtomobil onun hərəkəti istiqamətində yola daxil olmuş, o da ani olaraq hadisənin qarşısını almaq üçün rolu nisbətən sola doğru fırlatsa da, məsafə az olduğundan və “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil tormozlama etmədən yoluna davam etdiyi üçün toqquşma baş vermişdir. O, təhlükəni gördüyü anda dərhal tormozu sıxmış və tormoz izinin 4 metri toqquşma yerinə qədər olmuşdur, qalan 4 metri isə toqquşmadan sonra avtomobilin sürüşməsinə görə yaranmışdır. Həmin anda “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxmasını görəndə aradakı məsafə 4 metr olduğundan o, həmin avtomobilin sürətini tam dəqiqliklə müəyyən edə bilməzdi. Buna görə də o, ilkin ifadəsində təsadüfi olaraq bildirmişdir ki, həmin avtomobilin sürəti 90 km/saat-dır. Ola bilər ki, həmin avtomobilin sürəti qeyd etdiyi sürətdən aşağı da ola bilərdi. Bəlkə də həmin avtomobilin sürəti 60 km/saat -90 km/saat aralığında olmuşdur. Onun avtomobilinin hadisə anında sürəti isə dəqiq olaraq 65 km/saat olmuşdur. X1 ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərlə barışıq əldə etmək və onlara dəymiş ziyanı ödəmək üçün cəhdlər etsə də, bu barədə başqa adamlar vasitəsi ilə barışığa cəhd etsə də, zərərçəkmiş şəxslər onunla barışmamışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında iş üzrə ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və X13 onun atasıdır. X16 özünə məxsus “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin sürücülük vəsiqəsi olmamışdır. X23 rayon ərazisində yaşayan iki nəfər qadın müəlliməni Kürdəmiç kəndinin məktəbinə aparıb gətirmişdir. Belə ki, atası “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 14 oktyabr 2021-ci il tarixdə səhər vaxtı avtomobilini idarə edərək yenə də həmin qadın müəllimələri məktəbə aparmaq üçün getmiş, sonra rayon mərkəzinə gəlmişdir. Günorta vaxtı saat 11 radələrində yenidən atası avtomobilinə əyləşib həmin qadın müəllimələri gətirmək üçün Kürdəmiç kəndinə getmişdir. Həmin gün saat 12 radələrində o öyrənmişdir ki, atası Usubalı Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Sonradan o, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidəki “STAR” otelin təhlükəsizlik kamerasındakı hadisənin görüntüsünə baxanda görmüşdür ki, atası avtomobili ilə “Ravon Nexia” markalı avtomobilin yoluna çıxsa da, həmin “Ravon Nexia” markalı avtomobil də sürətli olduğu üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Eyni zamanda atasının avtomobilində olan qadın müəllimələr də xəsarət almışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənilməsini, ona qarşı maddi və mənəvi ziyan tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Kürdəmiç kəndindəki orta məktəbdə müəllimə işləyir, lakin ünvan 2 ünvanında yaşadığına görə, dərs vaxtlarında rayon ərazisində taksi işləyən X5 idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mütəmadi olaraq səhər növbəsində məktəbə getmişdir, günorta saat 11:50 radələrində dərs müddəti bitiyi üçün məktəbdən çıxıb Usubalı Usubaliyev hər dəfə taksi avtomobili ilə gəlib onu evinə qaytarmışdır, onunla eyni məktəbdə müəllimə işləyən Zərərçəkmiş şəxs1 da özünün oğlu Zərərçəkmiş şəxs3 ilə birlikdə məktəbə rayon mərkəzindən gəlməli olduqlarından onlar birlikdə Usubalı Usubaliyevin avtomobili ilə gəlib qayıtmışlar. 14 oktyabr 2021-ci il tarixdə həmişəki kimi səhər vaxtı, Usubalı Usubaliyev idarə etdiyi “VAZ-2107” markalı, **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib onu, eləcə də müəllimə yoldaşı Şəhanə və sonuncunun oğlu Nihadı götürüb rayon mərkəzindən Kürdəmiç kəndinə məktəbə aparmış, onlar məktəbdə dərs saatlarında iştirak etmişlər. Həmin gün saat 11:50 radələrində dərs vaxtı bitmiş və o, Şəhanə və Nihadla birlikdə məktəbdən çıxmışlar, Usubalı Usubaliyev də idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onları məktəbin yanında gözlədiyindən onlar avtomobilə yaxınlaşıb əyləşmişlər. Belə ki, o, avtomobildə arxa sol tərəfdə əyləşmiş, onun sağında, yəni arxa oturacaqda orta hissədə Zərərçəkmiş şəxs3, Nihadın da sağında, yəni arxa oturacaqda sağ tərəfdə isə Zərərçəkmiş şəxs1 əyləşmişdir, Usubalı Usubaliyev də avtomobili idarə etməyə başlamış, onlar asfalt yol ilə rayon mərkəzinə getmək üçün Şamaxı-Pirqulu yoluna doğru, yəni dördyol istiqamətində hərəkətdə olmuşlar. O, dördyola çatana kimi yola fikir verməmişdir. Dördyol hissəsində olarkən anidən sola doğru baxdıqda, həmin hissədə Şamaxı rayon mərkəzi istiqamətindən gələn ağ rəngli avtomobilin onun əyləşdiyi avtomobilə sol tərəfdən çırpıldığını görmüşdür. Toqquşma nəticəsində avtomobildə o, avtomobilin müxtəlif detallarına dəyib xəsarət almışdır, eyni zamanda baş nahiyəsi də avtomobilin detallarına bərk dəydiyi üçün zərbənin təsirindən huşunu itirmiş, ayıldıqda X32 avtomobili ilə xəstəxanaya aparıldığını bilmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobildə olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 da xəsarət almışdır, Usubalı Usubaliyev isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. O, hadisədən əvvəl avtomobildə olarkən Usubalı Usubaliyevdən spirtli içki iyi hiss etməmiş, eləcə də Usubalı Usubaliyevin sərxoş olmasını təsdiq edən hər hansı bir qeyri-iradi hərəkətlərini görməmişdir. Hadisəyə qədər yolda olduqları müddətdə nə o, nə də ki Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 orada Usubalı Usubaliyev ilə heç bir söz danışmamışlar, eləcə də o, Usubalı Usubaliyevin hər hansı bir formada səhhətindən şikayətlənməsini də eşitməmişdir. O, avtomobildə olarkən hadisə anında “Ravon Nexia” markalı avtomobili anidən, yəni hadisənin baş verdiyi anda görmüşdür, həmin vaxtı avtomobillər arasında nə qədər məsafə olduğunu bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 14 oktyabr 2021-ci il tarixdə, saat 12:20 radələrində Şamaxı rayonu Kürdəmiç kəndindən X6 idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qızmeydan kənd yolu ilə Şamaxı şəhər mərkəzinə getmək üçün Şamaxı-Pirqulu avtomobil yolu istiqamətində hərəkət etmişdir. Həmin vaxtı Usubalı Usubaliyev avtomobili bir qədər yüksək sürətlə hərəkət etdirmişdir. O, həmin vaxtı telefonuna baxdığı üçün əyləşdiyi avtomobilin dəqiq hansı sürətlə hərəkət etməsini bilməmiş, lakin avtomobilin hərəkətindən bir qədər sürətli olması bilmişdir. Usubalı Usubaliyev idarə etdiyi avtomobili ilə hərəkət etdikləri yolun Şamaxı-Pirqulu avtomobil yolu ilə birləşdiyi dördyola çatanda birbaşa hərəkətini düz davam etdirmiş və onun avtomobildə əyləşdiyinin sağ tərəfin əks hissəsindən, yəni avtomobilin sol tərəfindən Şamaxı-Pirqulu avtomobil yolu ilə hərəkət edən “Ravon Nexia R3” markalı avtomobil gəlib onun əyləşdiyi avtomobilin sol tərəfindən toqquşmuşdur. Nəticədə onlar xəsarət almışlar. Onlar həmin avtomobildə əvvəllər həmin yola çatanda Usubalı Usubaliyev idarə etdiyi avtomobil ilə dördyolda gözləyib digər yolda avtomobil olmayandan sonra yoluna davam etmişdir. Həmin hadisə vaxtı isə Usubalı Usubaliyev yoluna birbaşa gözləmədən davam etmişdir. Onun nə səbəbdən avtomobili saxlamadan yoluna davam etməsini bilməmişdir. Ola bilsin ki, sol tərəfindən avtomobil gəlməsinə fikir verməmişdir. Yola fikir verməmiş və ona görə də əyləşdiyi avtomobilin sürətini bilməmişdir. Həmin avtomobili o, toqquşmadan sonra görmüş, buna görə də sürətini bilməmişdir. Həmin vaxtı avtomobildə əyləşəndə avtomobildən araq iyi gəlməmiş və Usubalı Usubaliyev sərxoş şəxslərə xas hərəkətlər etməmişdir. O, “Ravon Nexia R3” markalı avtomobili toqquşmadan sonra gördüyünə görə avtomobillər arasında həmin vaxtı nə qədər məsafə olmasını bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Şamaxı rayonu Kürdəmiç kənd məktəbində oxuyur, anası Şəhanə də həmin məktəbdə müəllim işlədiyindən anası ilə birlikdə həmin məktəbə gedibgəlir. X2 idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin məktəbə gedib-gəlmişlər, onunla birlikdə həmin məktəbdə müəllimə işləyən Könül müəllimə də gedib gəlmişdir. Belə ki, 14 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Şamaxı rayonu Kürdəmiç kəndindən X5 idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qızmeydan kənd yolu ilə Şamaxı şəhər mərkəzinə getmək üçün Şamaxı-Pirqulu avtomobil yolu istiqamətində hərəkət etmişlər. Anası Şəhanə avtomobildə arxa sağ tərəfdə, o, arxa oturacaqda ortada, Könül müəllimə isə arxa sol tərəfdə əyləşmişlər. Həmin vaxtı Usubalı Usubaliyev avtomobili bir qədər yüksək sürətlə hərəkət etdirmiş, anası Şəhanə həmin vaxtı telefonuna baxmış, o da anasının telefonuna baxmış, yolda hərəkət edib dördyol olan yerə çatanda Usubalı Usubaliyev idarə etdiyi avtomobili ilə birbaşa hərəkətini düz davam etdirmiş və onun avtomobildə əyləşdiyi tərəfdən sol tərəfdən yol ilə hərəkət edən “Ravon Nexia R3” markalı avtomobil gəlib onun əyləşdiyi avtomobilin sol tərəfindən toqquşmuşdur. Nəticədə onlar xəsarət almışlar. Onlar həmin avtomobildə əvvəllər həmin yola çatanda Usubalı Usubaliyev idarə etdiyi avtomobil ilə dördyolda gözləyib digər yolda avtomobil olmayandan sonra yoluna davam etmişdir. Həmin hadisə vaxtı isə Usubalı Usubaliyev yoluna birbaşa gözləmədən davam etmişdir. Onun nə səbəbdən avtomobili saxlamadan yoluna davam etməsini bilməmişdir. Ola bilsin ki, sol tərəfindən avtomobil gəlməsinə fikir verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, o, hazırda "xxxx" MMC-nin mütəxəssisi vəzifəsində işləyir. İşlədiyi şirkət avtomobillərin lizinqlə satışı və icarəsi işi ilə məşğul olur. Belə ki, Şamaxı rayon sakini olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə ilə götürmüş və Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən POA********** nömrəli xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. 14 oktyabr 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məlumat vermişdir ki, həmin avtomobil ilə Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir və onu da qeyd etmişdir ki, o, əsas yolda hərəkətdə olarkən köməkçi yoldan gələn “VAZ-2107” markalı avtomobil onun hərəkət yoluna çıxdığı üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs verilmiş etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün avtomobil "xxxx" MMC-yə qaytarılmışdır. Avtomobilin qabaq kapot, fara, bufer və qabaq hissədə yerləşən bütün detalları əzilmişdir və buna görə də "xxxx" MMC-yə 7794 (yeddi min yeddi yüz doxsan dörd) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma qızı, Zərərçəkmiş şəxs3 isə nəvəsidir. Qızı Zərərçəkmiş şəxs1 Kürdəmiç məktəbində müəllimə işləyir, nəvəsi Zərərçəkmiş şəxs3 isə həmin məktəbdə şagirddir. Qızı Zərərçəkmiş şəxs1 və nəvəsi Zərərçəkmiş şəxs3 onunla birlikdə ünvan 3 ünvanında yerləşən evdə yaşadıqlarına görə, onlar məktəb günlərində X5 taksi kimi idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə səhər tezdən həmin məktəbə gedirmişlər, günorta vaxtı da yenə həmin taksi ilə evə qayıdırmışlar, onlarla birlikdə qızı Zərərçəkmiş şəxs1 müəllimə yoldaşı Zərərçəkmiş şəxs2 da birlikdə gedirmiş. Belə ki, xx.xx.2021-ci il tarixdə həmişəki kimi qızı Zərərçəkmiş şəxs1 və nəvəsi Zərərçəkmiş şəxs3 səhər tezdən Usubalı Usubaliyevin avtomobili ilə Kürdəmiç kəndindəki məktəbə getmişlər və günorta vaxtı qayıtmalı olduqları halda onların gecikdiyini görüb müəyyən etmişdir ki, Usubalı Usubaliyevin taksi kimi idarə etdiyi “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili Şamaxı-Pirqulu avtomobil yolunun Çuxuryurd kəndi ərazisindən keçən hissəsində dördyolda toqquşmuşdur və toqquşma nəticəsində qızı və nəvəsi xəsarət almışdır. O, sonradan hadisənin videosuna baxmış və görmüşdür ki, Usubalı Usubaliyev taksi kimi idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Şamaxı-Pirqulu yoluna çıxanda avtomobili saxlamasa da, Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia R3” markalı avtomobili ilə sürətli olduğuna görə yol-nəqliyyat hadisəsi baş vermişdir. Buna görə də qızı və nəvəsi xəsarətləri ilə bağlı xəstəxanada müayinə və müalicə olunduqdan sonra evə buraxılmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və zərərçəkmiş şəxs qismində tanıma haqqında 14 oktyabr 2021-ci il tarilxi qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Şamaxı-Pirqulu avtomobil yolunun Çuxuryurd kəndi ərazisindən keçən hissəsində Qızmeydan və Qaleybuğurd kəndlərinə gedən köməkçi asfalt yolları ilə birləşdiyi yerdə baş vermişdir. Hadisə yerində asfalt və yolun ehtiyat hissəsi qurudur. Baxış - Şamaxı rayon mərkəzi tərəfdən gələn yol hissəsindən Pirqulu istiqamətində, yəni Çuxuryurd kəndindən Nağaraxana kəndinə tərəf keçirilmişdir. Hadisə baş vermiş yol asfalt örtüklü, düz, dördyolda yerləşir, hadisə vaxtı və hadisədən sonra yol quru olmuşdur, sadəcə hadisədən sonra avtomobilin radiatorundan yerə az miqdarda su axmışdır. Şamaxı-Pirqulu avtomobil yolunun üzərində hərəkət axınını ayıran qırıq xətlər vardır, Qızmeydan kəndi istiqamətində isə yolda xətlər müəyyən edilməmişdir. Hadisə yerində “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərinə xarakterik toqquşma yerinə kimi 14 (on dörd) metr uzunluqda tormoz izləri vardır. Toqquşma yerindən “Ravon Nexia R3” markalı avtomobilə qədər məsafə 6 (altı) metr, “VAZ-2107” markalı avtomobilə qədər məsafə 16 (on altı) metr uzunluqdadır. Qızmeydan kəndindən gəlib dördyola birləşən yolun eni 8 (səkkiz) metrdir, birləşən hissədə isə həmin yol genişləndiyi üçün 20 (iyirmi) metr enindədir. Avtomobillər arasında məsafə 8 (səkkiz) metrdir. Eyni zamanda, istintaq materialları üzrə müəyyən edilir ki, Şamaxı-Pirqulu avtomobil yolunun asfalt örtüyünün - hərəkət hissəsinin eni 6 (altı) metrdir. Yol iki hərəkət zolaqlıdır. Sağ ehtiyat hissə torpaq örtüklüdür, qurudur, sağ ehtiyat hissə asfalt örtüklüdür, sağ ehtiyat hissənin kənarında “Star Otel” yerləşir. Həmin yola birləşən və Qızmeydan kəndinə gedən yolun eni 8 (səkkiz) metrdir. Həmin yolun sol və sağ ehtiyyat hissələri torpaq örtüklüdür, qurudur. Hadisədən əvvəl, “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil Şamaxı-Pirqulu avtomobil yolu ilə Çuxuryurd kəndindən Nağaraxana kəndi istiqamətində, “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Qızmeydan kəndindən üzü Şamaxı-Pirqulu avtomobil yolu (Qaleybuğurd kəndi) istiqamətində hərəkətdə olmuşdur. 14 oktyabr 2021-ci il tarixli 294 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. AC 548274 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2018-ci ildən 09 mart 2028-ci ilədək BC kateqoriyası üzrə sürücülük hüququ olmuşdur. AC 952112 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PH-*** qeydiyyat nişanlı “RAVON NEXİA R3” minik markalı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. "xxxx" MMC tərəfindən 07 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş etibarnamədən görünür ki, 1 ədəd “RAVON NEXİA R3” markalı **-PH-*** qeydyyat nişanlı ağ rəngli maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il daxil olmaqla etibarlıdır. Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin 14 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, “RAVON NEXİA R3” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 7794 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “məhkəmə-tibbi ekspertiza” üzrə Zərərçəkmiş şəxs3 barəsində verilmiş xx.xx.2021-ci il tarixli, 389 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər – sol çiyin nahiyəsinin qançırı və sağ dirsək oynağının hematoması küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnamayə alınmış 30 oktyabr 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnamayə alınmış 30 oktyabr 2021-ci il tarixli cavabdan görünür ki, X13 məhkum edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2701 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ- 2107” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü U.B.Usubaliyev “VAZ- 2107” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Ravon Nexia R3” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərakətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş videogörüntü əks etdirən elektron məlumat daşıyıcısına, yəni üzərində “Princo DVD-R” yazıları olan ağ rəngli 01 ədəd DVD formatlı disk “HP” markalı xidməti komputerə daxil edilməklə baxış keçirilmiş, diskdəki videogörüntü 2 dəqiqə 01 saniyə davam edir. Videogörüntü Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən “STAR” adlı hotel-restoran kompleksinin binasında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüləri əks etdirir. Görüntünün yuxarı sağ küncündə qeyd edilən məlumatlardan hadisələrin xx.xx.2021-ci il tarixdə qeydə alındığı müəyyən edilir. Hava şəraiti aydındır, məhdudiyyətli görmə şəraiti yoxdur, yol səthi qurudur. Videoda Şamaxı-Pirqulu və Çuxuryurd-Qızmeydan avtomobil yollarının kəsişdiyi yolayrıcı görünür. Şamaxı-Pirqulu avtomobil yolunun sağ çiynində kovşlu traktorun və “NİVA” markalı avtomobilin dayandığı müşahidə edilir. Görüntünün 8-ci saniyəsində Şamaxı rayonu Qızmeydan kəndi istiqamətindən ağ rəngli “VAZ 2107” markalı avtomobil sağ zolaqda hərəkət edərək yolayrıcına daxil olur, dayanmadan və hərəkət sürətini dəyişmədən düzünə, yəni Şamaxı rayonu Qəleybuğurd kəndi istiqamətinə hərəkətini davam edir. Həmin vaxt Şamaxı şəhəri istiqamətindən yüksək sürətlə hərəkət edən ağ rəngli “RAVON” markalı avtomobil həmin anda yolayrıcıya daxil olub “VAZ 2107” markalı avtomobilin sol qabaq hissəsinə çırpılır. Zərbədən bir saniyə öncə “RAVON” markalı avtomobilin arxa hissəsinin bir qədər yuxarıya qalxmasından və arxa tormoz işıqları yandığından avtomobilin yüksək sürətlə hərəkət edib sərt tormoz verdiyi, həmin vaxt Şamaxı-Pirqulu avtomobil yolunda olan 1.1 nişanlanma xəttinin tələblərini pozaraq, avtomobilin bir hissəsinin əks hərəkət istiqamətində olduğu görünür. “RAVON” markalı avtomobilin toqquşmadan öncə hərəkət istiqamətini nisbətən sola doğru dəyişməsi müşahidə edilir və “VAZ 2107” markalı avtomobillə toqquşduğu müşahidə edilir. Videogörüntüdən toqquşma anınadək “RAVON” markalı avtomobilin sürətinin “VAZ 2107” markalı avtomobilin sürətindən əhəmiyyətli dərəcədə çox olduğu görünür. Toqquşma Şamaxı-Pirqulu avtomobil yolunun “RAVON” markalı avtomobilin hərəkət trayektoriyasına nisbətən əks hərəkət zolağında baş verir. Zərbənin təsirindən “VAZ 2107” markalı avtomobil hərəkət istiqamətini dəyişib yol çiyninə atılır. Videogörüntünün növbəti saniyələrində çoxlu sayda şəxslərin hadisənin baş verdiyi əraziyə gələrək, vurulmuş avtomobillərin ətrafında toplaşdığı görünür. Diskə baxışdan görünür ki, “VAZ 2107” markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin öz hərəkəti zolağında olan “2.4 yol ver” nişanının bərabərliyini keçdiyi andan, yəni təhlükənin yarandığı andan “VAZ 2107” markalı avtomobilin toqquşmaya qədər 4 saniyə vaxt keçmişdir. Şamaxı Avtomotoservis və ticarət müəssisəsinin 14 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, “VAZ 21074” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 4880 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “məhkəmə-tibbi ekspertiza” üzrə Zərərçəkmiş şəxs1 barəsində verilmiş xx.xx.2021-ci il tarixli, 390 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - hər iki göz altı nahiyələrin hematoması, burun üstünün cırılmış yarası, burun kökündə şişkinlik, sol gicgah və almacıq nahiyələrinin, sağ diz qapağının hematomaları, sifətin və sol əlin arxa səthinin səthi sıyrıqları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “məhkəmə-tibbi ekspertiza” üzrə Zərərçəkmiş şəxs2 barəsində verilmiş xx.xx.2021-ci il tarixli, 391 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - döş qəfəsinin ön səthinin əzilməsi, Vİİİ-İX qabırğaların qapalı sınıqları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat qəzası zamanı sərnişin qismində alınmağa uyğun gəlirlər. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. 27 dekabr 2021-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X12 zərərçəkmiş şəxs mərhum X5 hüquqi varisi qismində tanınmışdır. Ağsu Regional Qİ və TBŞ-nin 11 yanvar 2022-ci il tarixli 016-31268-1222 saylı məktubundan görünür ki, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, 13a saylı evdə qeydiyyatda olan 14 mart 1953-cü il təvəllüdlü X5 adına sürücülük vəsiqəsi olmadığı və mülkiyyətində 27 fevral 2019-cu il tarixdən “VAZ 210742 markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. Şamaxı RMX-sı publik hüquqi şəxsin 20 dekabr 2021-ci il tarixli 1253 saylı məktubundan görünür ki, Şamaxı rayonu Nağaraxana kəndində yaşayan 26 avqust 1965ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş “məhkəmə-tibbi ekspertiza” üzrə X5 barəsində verilmiş xx.xx.2021-ci il tarixli, 14 saylı ekspert rəyindən görünür ki, X5 meyitinin bədənində aşkar olunmuş xəsarətlər - sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, baş beynin əzilməsi, soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı sınığı, bədən səthinin sıyrıqları küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücü qismində alınmağa uyğun gəlirlər. Həmin xəsarətlərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. X5 ölümünə səbəb gicgah sümüyünün və kəllə əsası sümüyünün sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm xx.xx.2021-ci il tarixdə baş vermişdir. X5 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanarkən, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerində bir daha bildirməklə təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı foto və videoya çəkilməklə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3286 saylı ekspert rəyindən görünür ki, “VAZ-2107” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü U.B.Usubaliyev “VAZ-2107” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ravon Nexia R3” markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 65km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Şamaxı rayon İHB-nın Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 fevral 2022-ci il tarixli 53 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlanları - 1993-cü il təvəllüdlü X17, 1995-ci il təvəllüdlü X18 və qızı 1998-ci il təvəllüdlü X15 ilə Şamaxı rayonu Nağaraxana kəndində yaşayır. Şamaxı rayon İHB-nın Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, yaşadığı müddət ərzində özünü nizam-intizamlı bir vətəndaş kimi aparır, kənd əhalisinin xeyir-şərində həmişə fəal iştirak edir, onun barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəxsin cinayət prosesində zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirakına xitam verilməsi və təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınması haqqında 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilmiş və X12 ölmüş təqsirləndirilən şəxs X5 hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2022-ci il tarilxi qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X13 təqsirləndirilıən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2022-ci il tarixli 8/1308 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərilən səbəblərə görə sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin 4 metr məsafədən yaranması real hadisə mexanizminə uyğun deyildir və real olmayan məlumat əsasında sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ravon Nexia R3” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan yüksək, yəni 65 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 manatdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X5 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Eyni zamanda istintaq orqanı tərəfindən X5 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, hadisə zamanı öldüyündən ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar “Ravon Nexia R3” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “VAZ 2107” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 328 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X11 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X8 və təqsirləndirilən şəxs X10 məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 6(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, hadisə zamanı öldüyündən ona cəza təyin edilməsin. İş üzrə maddi sübutlar “Ravon Nexia R3” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “VAZ 2107” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 328 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X11 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X8 və təqsirləndirilən şəxs X10 məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov .
Məhkəmə qərarları › İş №1(074)-38/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-38/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver