Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-39/2021 09.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şuşa rayonu, Qaybalı kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Məlhəm kəndində məskunlaşan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs əmlakını ələ keçirtmək niyyətilə 2019-cu ilin fevral ayında Şamaxı rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş fərdi yaşayış evinin müqabilində dövlət tərəfindən verilən Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binadakı 2 otaqlı mənzili Şamaxı şəhəri, Məhəmməd Şəhriyar küçəsində yerləşən 44 mənzilli binadan 3 otaqlı mənzillə 12000 (on iki min) manat pul müqabilində dəyişdirəcəyi barədə sonuncuya Şahid2 vasitəsilə yalan vəd verib aldatmaqla əvvəlcədən planlaşdırdıqları kimi Zərərçəkmiş şəxs yanında ona mobil telefon vasitəsilə zəng edən Şahid2la danışıqları zamanı səlahiyyətli şəxs təəssüratı yaradıb Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək 16 iyul 2020-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sonuncudan ilkin ödəniş adı altında Şahid2 1300 (min üç yüz) manat və 1700 (min yeddi yüz manat) manat dəyərində olan 1000 (min) X4 dolları məbləğində pul vəsaitini almasına nail olduqdan sonra həmin gün saat 14:30 radələrində rayon icra hakimiyyətinin inzibati binasının qarşısında Şahid2la görüşüb pulun 2000 (iki min) manatını özünə götürüb 1000 (min) manatını sonuncuya verməklə bölərək ümumilikdə zərərçəkmiş şəxsə məxsus həmin dövrün məzənnəsinə uyğun olaraq 3000 (üç min) manat məbləğində özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şamaxı rayonunun Məlhəm kəndində ailəsi ilə birlikdə yaşayır. Şahid2 tanıyır, həmin şəxslə münasibətləri əvvəllər normal olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 14.07.2020-ci il tarixdə Şahid2 ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. O, da Şahid2 bildirmişdir ki, Şamaxı şəhər avtovağzalına gəlsin və həmin tarixdə, saat 16:00 radələrində Soltanəzizlə görüşsün. Soltanəziz bildirmişdir ki, zəlzələdən uçmuş evlərin əvəzinə qudasına ev veriləcək, lakin bir məsələ var həmin məsələni həll etmək üçün onun köməkliyi lazımdır. O da ona nə istədiyini, nə kömək edə biləcəyini demiş, o isə qudasına icra hakimiyyəti tərəfindən verilən 2 otaqli mənzilin 3 otaqlı mənzil ilə əvəz edilməsində onlara kömək etməsini bildirmiş, o, da ona «tanışlar var onlara deyərəm kömək edərlər» demiş, lakin o, Soltanəzizə bildirmişdir ki, bu işdə qudasının xərçi çox çıxacaq. Həmin vaxt Soltanəziz ona «sən ümumi nə qədər pul lazim olacaqsa de mənə, məndə onlara deyərəm» demiş, o, isə 12000 (on iki min) manat lazım olacağını, ilkin ödəniş olaraq 3000 min manat pul verməli olacağını demiş və Soltanəzizlə sağollaşıb aralaşmışlar. 15 iyul 2020-ci il tarixdə günorta saatlarında o, Soltanəzizə zəng edərək ev məsələsini və pul məsələsini danışıbdanışmamasını ondan soruşmuş Soltanəziz isə ona bildirmişdir ki, 16.07.2020-ci il tarixdə həmin məsələni həll edəcək. Bundan sonra 16.07.2020-ci il tarixdə, səhər saatlarında Soltanəziz ona zəng edərək pulu alması üçün qudasıgilə getməsini və 1 saatdan sonra ona zəng edib həmin məsələ ilə bağlı danışmalarını bildirmiş, təxminən saat 13:30 radələrində o, Soltanəzizə zəng etmişdir ki, pulu 3000 min yox 4 min etsin ki, veriləsi adamlar var, lakin Soltanəziz ona pullarının olmamasını 3000 manat pulu ancaq borc xərc düzətdiklərini bildirmiş və o, telefonda Soltanəzizə bildirmişdir ki, tez gəlsin ki, Bakı şəhərinə getsin. Bir saat sonra 14:30 radələrində Soltanəziz ona zəng edərək Şamaxı rayon İcra Hakimiyyətinin pilləkənlərinin yanında olmasını və oraya gəlməsini bildirmiş, o, da həmin deyilən yerə getmiş və Soltanəziz idarə etdiyi Vaz 2107 markalı, **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilinə əyləşərək ona bildirmişdir ki, 3000 manat pul almış və ona 2000 min manat pul vermiş, 1000 manatı isə özü götürərək avtomobilini düzəldəcəyini demişdir. O, Soltanəzizi 2 otaqlı mənzili 3 otaqlı mənzil ilə əvəzləməyə inandirsa da əsas məqsədi həmin pulu əldə edib özü üçün istifadə etmək olmuşdur. Bu işdə ona heç kim kömək edməyəcəkdi, sadəcə olaraq pula ehtiyacı olduğu üçün Soltanəzizi inandırmışdır ki, pulu alıb gətirsin. Əvvəllər bu kimi hallar baş verməmiş, o, yuxarıda qeyd olunandan başqa heç kimi aldadıb, etibarından suistifadə edib dələduzluq etməmişdir. O, Zərərçəkmiş şəxs tanımır və onunla heç bir əlaqəsi, telefon danışığı olmamışdır. Soltanəziz dələduzluq yolu ilə əldə etdiyi 3000 manat pulun 2000 manatını ona vermiş, qalan hissəsini isə avtomobilini təmir etdirmək üçün özü götürmüşdür. Son olaraq əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şahid2 tanıyır, o, bacısı Təranə ilə quda olmaqla, onunla münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət və düşmənçiliyi olmamamışdır. Onun 05 fevral 2020-ci il tarixdə baş verən zəlzələ nəticəsində evi yararsız vəziyyətə düşmüş ,bu səbəbdən də Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən ona Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən 110 mənzilli yaşayış kompleksində 2 otaqlı ev verilmişdir. 13- 14 iyul 2020-ci il tarixlərində günorta saatlarında Şamaxı şəhərində yaşayan bacısı Təranəgilə getmiş, Həmin vaxt bacısının qudası Soltanəziz də orada olmuşdur. Söhbət etdikləri vaxt bacısı Təranə ona ev verilib-verilmədiyini, verilibsə neçə otaqlı evin verildiyini soruşmuşdur. O, da Təranəyə iki otaqlı ev veriləcəyini, lakin ailədə beş nəfər olduqları üçün 3 otaqlı ev istədiyini demişdir. Bunu eşidən Şahid2 tanışlarının olduğunu və bu məsələdə ona köməklik edə biləcəyini təklif etmişdir. Həmin vaxt o, Şahid2 tanışının kim olduğunu soruşduqda, o, tanışının icra başçısı Tahir Məmmədovun sürücüsü olan Vəli adlı şəxsin olduğunu bildirmişdir. Bundan sonra o, Soltanəzizə inanıb iki otaqlı evinin üç otaqlı evlə dəyişdirilməsində ona kömək etməsini xahiş etmişdir. Belə ki, o, 16 iyul 2020-ci il tarixdə, saat 11:30 radələrində qızı Şahid1 Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi D2, ev 12-də yerləşən evində olarkən həmin vaxt Soltanəziz ona zəng edib Şamaxı şəhərində yerləşən Nəsimi parkında olduğunu, evlə bağlı söhbət etmək istədiyini və evə gəlmək üçün avtomaşın göndərməsini dedikdən sonra Soltanəzizi olduğu yerdən götürüb qızıgilin evinə gətirməsi üçün taksi göndərmiş, Şahid2 gəldikdən sonra onunla iki otaqlı evi üç otaqlı evlə dəyşmək üçün 12000 (on iki min) manat pul verməli olduğunu, lakin əvvəlcədən 3000 (üç min) manat, ev verildikdən sonra isə qalan 9000 (doqquz min) manat pul verməli olduğunu, 3000 manatı isə dərhal iki saat ərzində tapıb verməsini, Vəli adlı şəxsin Bakı şəhərinə gedəcəyini, bunun üçün pulu tez verməli olduğunu demişdir. O, da Soltanəzizə inanıb özündə olan 1000 manat pulun üzərini düzəltmək üçün qızı Tamarədən 300 manat, 1000 X4 dollarını, 1700 (bir min yeddi yüz) manat pulu isə bacısı Pərvanəyə zəng edib borc istəmişdir. 1000 ABŞ dollarını, yəni 1700 (bir min yeddi yüz) manat pulu bacısı oğlu Şahid3 gətirdikdən sonra ümumilikdə 3000 manat pulu ilkin ödəniş olaraq ona düşən iki otaqlı evin üç otaqlı evlə dəyişdirilməsi müqabilində Şahid2 qızı Şahid1 və bacısı oğlu Ayxanın iştirakı ilə vermişdir. Həmin vaxt Şahid2 zəng gəlmiş və o telefona cavab vermişdir. Telefondakı həmin şəxs Soltanəzizə demişdir ki, 3000 min manat pulu 4000 min manat pul etsinlər ki, müəyyən yerlərə verilməli olacaq. Həmin şəxs onu da telefonda qeyd etmişdir ki, evin açarları verildikdən sonra dərhal qalan pulu da alacaqdır. Həmin vaxt bacısı oğlu Ayxan Soltanəziz telefonla danışarkən demişdir ki, həmin şəxsə çatdırsın ki, 3000 manat pulu verdikdən sonra qalan 1000 manat pulu iki-üç günə tapacaqlar. Həmin vaxt telefonda Soltanəzizlə danışan şəxs minnətlə ona cavab verərək, qalan 1000 manat pulu iki-üç günə çatdırmaqlarını bildirmişdir. Soltanəziz telefonla danışıb qurtardıqdan sonra onlara bildirmişdir ki, telefonla danışdığı Vəli adlı şəxsdir. Soltanəziz telefonla danışdıqdan sonra həmin pulu Vəli adlı şəxsə verəcəyini deyib getmişdir. Həmin vaxt Ayxan Soltanəzizi aparmış, təxminən 30 dəqiqə keçdikdən sonra ona zəng edərək Soltanəzizin həmin pulu Elçin adlı şəxsə verən zaman gördüyünü demiş və həmin Elçin adlı şəxsi pis bir insan kimi tanıdığını və ola bilsinki Soltanəzizlə onun birləşib onları aldadacaqlarını demişdir. Bundan sonra o, dərhal Soltanəzizə zəng vuraraq pulu nə üçün Elçin adlı şəxsə verdiyini soruşmuşdur. Həmin vaxt Soltanəziz cavab olaraq ona bildirmişdir ki, pulu kimə verib-verməməyinin əhəmiyyəti yoxdur, artıq pulu ona vermisdir. Həmin vaxt Soltanəzizlə razılaşmayıb pulu dərhal qaytarmasını tələb etmiş, Soltanəziz isə hal-hazırda kənddə olduğunu səhəri gün gələndə pulunu gətirəcəyini demişdir. O, 17 iyul 2020-ci il tarixdə Soltanəzizin pulu gətirəcəyini gözləmiş, lakin o, pulu gətirməmişdir. Bundan sonra bir neçə dəfə Soltanəzizə zəng edib pulu tələb etdikdə Soltanəziz onu aldadıb pulu qaytaracağını desə də, pulu qaytarmamışdır. Hətta bu barədə o, 24 iyul 2020ci il tarixdə Soltanəzizə zəng vurub onun onları aldadaraq pulu qaytarmaması ilə bağlı rayon polis şöbəsinə müraciət etməyə gedəcəyini demişdir. Həmin vaxt Soltanəziz 28 iyul 2020-ci il tarixdə pulu qaytaracağına söz verdiyi üçün ona son dəfə bir şans versə də Soltanəziz vədinə əməl etmədiyi üçün və onu aldadıb iki otaqlı mənzili üç otaqlı mənzillə dəyişdirmədiyi üçün həmin şəxsin bu əməli barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir.Həmin vaxt orada ondan, qızı Tamaradan, bacısı oğlu Ayxandan və Soltanəzizdən başqa heç kim olmamışdır. Son olaraq hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənildiyindən, ondan şikayəti və tələbinin olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs qudası Təranə ilə bacı olduqları üçün münasibətləri əvvəllər normal olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs onunla hər görüşəndə söhbət edəndə bildirmişdir ki, dostları var, yüskək rütbəli məmurlarla işlər görür nə iş lazım olsa ona deməsini bildirmişdir. 05 fevral 2019-ci il tarixdə baş verən zəlzələ nəticəsində qudasının bacısı Zərərçəkmiş şəxs məxsus evi yararsız vəziyyətə düşdüyündən ona Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Şamaxı şəhərində yerləşən 110 mənzilli yaşayış kompleksində 2 otaqlı ev verilmişdir. 13-14 iyul 2020-ci il tarixlərində günorta saatlarında Şamaxı şəhərində yaşayan qudası Təranənin evində olmuş, həmin vaxtı qudasının bacısı Zərərçəkmiş şəxs də oraya gəlmişdir. Onlar qudası Təranənin evində əyləşib söhbət edən zaman qudası Təranə bacısı Zərərçəkmiş şəxs ev verilibverilmədiyini, verilibsə neçə otaqlı ev verildiyini soruşmuş, Zərərçəkmiş şəxs də qudası Təranəyə iki otaqlı ev veriləcəyini, lakin ailədə beş nəfər olduqları üçün 3 otaqlı ev istədiyini demiş, həmin vaxt o, Zərərçəkmiş şəxs ona kömək edə biləcəyini, tanışlarının olmasını bildirmiş, Zərərçəkmiş şəxs ondan tanışlarının kim olduğunu soruşmuş, o Zərərçəkmiş şəxs tanışının icra başçısı Tahir Məmmədovun sürücüsü olan Vəli adlı şəxsin olduğunu demiş, əslində isə o, Vəli adlı şəxsi tanımamışdır. Bu söhbətlər danışıldıqdan sonra o, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs isə onun telefon nömrəsini götürmüşlər. 16 iyul 2020-ci il tarixdə, saat 11:30 radələrində Nəsimi parkına gələrək Zərərçəkmiş şəxs zəng edib orada olduğunu və onu evinə gətirməsi üçün taksi göndərməsini istəmiş, bir neçə dəqiqə sonra taksi gəlmiş və onu Zərərçəkmiş şəxs qızı Tamaranın evinə gətirmişdir. Evə gələndə evdə Zərərçəkmiş şəxs, qızı Tamara və bacısı oğlu Ayxan olmuşlar. Zərərçəkmiş şəxs bildirmişdir ki, tanışları 2 otaqlı mənzili 3 otaqlı mənzil ilə əvəzləmək üçün ondan 12000 (on iki min) manat pul istəyirlər, Zərərçəkmiş şəxs isə hal-hazırda o qədər pulunun olmamasını bildirmiş və həmin vaxtı onun telefonuna zəng gəlmiş və telefona baxdıqda zəng edənin Təqsirləndirilən şəxs olduğunu görüb telefonu acmış, Təqsirləndirilən şəxs telefonda ona bildirmişdir ki, «Sən onlara de ki, 3(üç) min manat azdı pulu 4(dörd) min manat eləsin, çünki veriləsi adamlar var 2-ni ora, 1-ni bura verəcək demişdir. X15 bildirmişdir ki, «bunların pulu yoxdur 3 (üç) min manatı ancaq düzəldə bilirlər», həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, «onlara denən tez olsunlar yüksək rütbəli məmurun ailəsini Bakıya aparacaq pulu da onda verərcək, yerdə qalan 9 min manat pulu isə evin acarlarını təhvil verəndə verərlər» demiş, o, da onun dediklərini olduğu kimi Zərərçəkmiş şəxs demiş və onlar pulu düzəldib ona vermişlər o, da 3000 min manat pulu ilkin ödəniş olaraq ödəməsini yerdə qalan 9000 min manatını isə evin acarlarını aldıqda verəcəyini bildirmiş, bir-iki saat ərzində Zərərçəkmiş şəxs pulu düzəldib ona vermiş və o, telefonla Elcin Həsənova zəng edib pulun hazır olduğunu və harada görüşəcəklərini soruşmuş, Elcin Həsənov ona bildirmişdir ki, «gəl İcra Hakimiyyətinin pilləkənlərinə» və o, İcra Hakimiyyətinin pilləkənlərinə gəlmiş bir neçə dəqiqə sonra ağ rəng bəzəkli 2107 markalı avtomobil gəlmiş və avtomobili idarə edən şəxs Elcin Həsənov ona avtomobilə əyləşməsini demiş və o, avtomobilə əyləşmişdir. Daha sonra Elcin Həsənov ona bildirmişdir ki, «aldığın 3 (üç) min manat pulu ver mənə tez aparıb verməliyəm» o, cibində olan 3 (üç) min manat pulu Təqsirləndirilən şəxs vermiş və avtomobildən düşərək evinə getmiş, evinə çatdıqda Zərərçəkmiş şəxs ona zəng edərək pulu Elçin adlı şəxsə niyə verdiyini soruşmuş, o, da bildirmişdir ki, «sənin nə işinə, sən pulu mənə vermisən məndəndə al». O, telefonda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs ilə danışaraq pulu ona vermişdir ki, Zərərçəkmiş şəxs 2 otaqlı mənzilini 3 otaqlı mənzil ilə əvəzlədirsin. O, Şəlalə xanımdan pulu qızı Tamaranın və bacısı oğlu Ayxanın yanında almışdır. Şəlalə xanımın 2 otaqlı evini 3 otaqlı ev ilə əvəzləyəcəyinə inandirib, etibarından sui istifadə etdərək 3000 (üç min) manat pulunu ələ keçirmiş, etdiyi qanun pozuntusunu bilir, səhv etmişdir, səhvinə görədə Şəlalə xanımdan üzr istəmişdir. Zərərçəkmiş şəxs düz deməsini bildirmişdir. O, Zərərçəkmiş şəxs evində pulu alanda Təqsirləndirilən şəxsla danışmış, sadəcə olaraq Elçin ona kim olduğunu Zərərçəkmiş şəxs və başqalarına demədiyini bildirdiyi üçün Zərərçəkmiş şəxs Vəli adlı şəxslə danışdığını deyib onları aldatmışdır. O, Vəli adlı şəxsi tanımır və onunla heç bir münasibəti olmamış, sadəcə olaraq Zərərçəkmiş şəxs inandırmışdır ki, 2 otaqlı mənzili 3 otaqlı mənzil ilə əvəzləməyi Vəli adlı şəxs edəcək və bundan sonra o, Zərərçəkmiş şəxs 3000 min manat pul almış, əslində o, həmin işləri Təqsirləndirilən şəxsla gördüyü üçün həmin pulu Təqsirləndirilən şəxs vermişdir. İlk əvvəl ifadə verəndə dələduzluq etdiyini demək istəməmiş, lakin sonradan səhvini səmimi etiraf edərək boynuna almışdır ki, o, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu aldadıb əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun polisdə və prokrorluqda qohumları var o, bu işi boynuna götürsün, narahat olmasın, o, qoymayacaqdır ki, onu tutsunlar. Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs pulunu verməlidir. Təqsirləndirilən şəxs ona «sən narahat olma, mənim adımı polisə vermə, mən pulu düzəldib sənə verəcəm» demişdir. O, bir neçə ay gözləmiş, lakin Təqsirləndirilən şəxs dediyini etməmiş, son 15 gündür ki, qaçmış və onun telefonlarını açmır, o, da bu səbəblərdən hər şeyin düzünü etiraf etmiş, əslində hadisə göstərdiyi kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Şahid2 tanıyır, həmin şəxs xalası Təranə ilə quda olmaqla onunla münasibətləri əvvəllər normal olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. 05 fevral 2020-ci il tarixdə baş verən zəlzələ nəticəsində xalası Zərərçəkmiş şəxs məxsus ev yararsız vəziyyətə düşdüyündən ona Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Şamaxı şəhərində yerləşən 110 mənzilli yaşayış kompleksində 2 otaqlı ev verilmişdir. O, təxminən 13-14 iyul 2020-ci il tarixlərində günorta saatlarında Şamaxı şəhərində yaşayan xalası Təranənin evində olan zaman Soltanəziz də orada olmuşdur. Onlar həmin ünvanda əyləşib söhbət edən zaman xalası Şəlaləyə ev verilib-verilmədiyini, verilibsə neçə otaqlı ev verildiyini soruşmuş, xalası Zərərçəkmiş şəxs də ona iki otaqlı ev veriləcəyini, lakin ailədə beş nəfər olduqları üçün 3 otaqlı ev istədiyini demiş, həmin vaxt Şahid2 ona köməklik edə biləcəyini, tanışlarının olduğunu demişdir. Həmin vaxt xalası Şəlalə Soltanəzizdən tanışının kim olduğunu soruşmuş, Soltanəziz ona cavabında tanışının icra başçısı Tahir Məmmədovun sürücüsü olan Vəli adlı şəxsin olduğunu demiş, bundan sonra xalası Soltanəzizə inanaraq iki otaqlı evin üç otaqlı evlə dəyişdirməsində ona kömək etməsini xahiş etmişdir. Bunları ona xalası Zərərçəkmiş şəxs danişmışdır. Belə ki, 16 iyul 2020-ci il tarixdə, saat 11:30 radələrində xalası Zərərçəkmiş şəxs ona zəng edərək qızı Tamaragilə gəlməsini və orada ev məsələsi ilə əlaqədar Soltanəziz adlı şəxslə görüşəcəklərini demiş, o, da xalası qızı Tamaranın Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi D2, ev 12-də yerləşən evinə getmişdir. Həmin vaxt Soltanəziz xalası Şəlaləyə zəng edib Şamaxı şəhərində yerləşən Nəsimi parkında olduğunu, evlə bağlı söhbət etmək istədiyini, evə gəlmək üçün avtomobil göndərməsini dedikdən sonra xalası Soltanəzizi olduğu yerdən götürüb onların evinə gətirməsi üçün taksi göndərmişdir. Şahid2 xalası qızı Tamaragilə gəldikdən sonra onların yanında xalası Şəlalə ilə işi danışaraq iki otaqlı evi üç otaqlı evlə dəyşmək üçün 12000 (on iki min) manat pul verməli olduğunu, lakin əvvəlcədən 3000 (üç min) manat, ev verildikdən sonra qalan 9000 (doqquz min) manat pul verməli olduğunu, 3000 manatı isə dərhal iki saat ərzində tapıb verməsini, Vəli adlı şəxsin Bakı şəhərinə gedəcəyini, bunun üçün pulu tez verməli olduğunu demiş, xalası da Soltanəzizə inanıb özündə olan 1000 manat pulun üzərini düzəltmək üçün xalası qızı Tamaradan 300 manat, 1000 ABŞ dollarını, yəni 1700 (bir min yeddi yüz) manat pulu isə anası Pərvanəyə zəng edib borc istəmişdir. O, 1000 ABŞ dollarını, yəni 1700 (bir min yeddi yüz) manat pulu gedib evlərindən, yəni anası Pərvanədən alıb gətirib xalası Şəlaləyə vermişdir. Xalası Şəlalə ümumilikdə 3000 manat pulu ilkin ödəniş olaraq iki otaqlı evin üç otaqlı evlə dəyişdirilməsi müqabilində Şahid2 onun və xalası qızı Tamaranın iştirakı ilə vermişdir. Həmin vaxt Şahid2 zəng gəlmiş və o telefona cavab verərkən telefondakı həmin şəxs Soltanəzizə bildirmişdir ki, 3000 min manat pulu 4000 min manat pul etsinlər ki, müəyyən yerlərə veriləsi pullar olacaqdır. Həmin şəxs onu da telefonda qeyd etmişdir ki, evin açarları verildikdən sonra dərhal qalan pulu da alacaqdır. Həmin vaxt Soltanəziz telefonla danışarkən telefonlda onunla danışan şəxsə demişdir ki, həmin şəxsə çatdırsın ki, 3000 manat pulu verdikdən sonra qalan 1000 manat pulu iki-üç günə tapacaqlar. Həmin vaxt telefonda Soltanəzizlə danışan şəxs minnətlə cavab verərək, qalan 1000 manat pulu iki-üç günə çatdırmaqlarını bildirmişdir. Soltanəziz telefonla danışıb qurtardıqdan sonra onlara demişdir ki, telefonla danışdığı Vəli adlı şəxsdir. Soltanəziz telefonla danışdıqdan sonra həmin pulu Vəli adlı şəxsə verəcəyini deyib getmişdir. O, Soltanəzizi avtomaşınla aparmış, Soltanəziz sürücüyə Şamaxı rayon İcra Hakimiyyəti binasının qarşısında saxlamağı bildirmiş və o, avtomaşını orada saxlamışdır. Soltanəziz maşından düşüb dayanmış, bir neçə dəqiqə kənarda gözləmişdir ki, Soltanəzizin pulu kimə verməsini görsün, təxminən 15 dəqiqə keçdikdən sonra Soltanəziz onun qiyabi tanıdığı Elçin adlı şəxsin avtomaşınına əyləşib 5 dəqiqə söhbət etdikdən sonra avtomaşından düşdüyünü görmüşdür. O, elə həmin vaxt xalası Şəlaləyə zəng edərək Soltanəzizin Elçin adlı şəxsin avtomaşınına mindiyini, ola bilsin ki, həmin pulu Vəli adlı şəxsə yox, Elçin adlı şəxsə verib Elçin ilə birləşib onları aldadacaqlarını demişdir. Bundan sonra xalası dərhal Soltanəzizə zəng vurmuş və pulu nə üçün Elçin adlı şəxsə verdiyini soruşmuşdur. Soltanəziz xalası Şəlaləyə cavab olaraq pulu kimə veribverməyəcəyinin əhəmiyyətinin olmadığını, pulu ona verməsini, ondan da istəməsini bildirmişdirr. Xalası Şəlalə həmin vaxt Soltanəzizlə razılaşmayıb pulu dərhal qaytarmasını tələb etsədə, Soltanəziz hal-hazırda kənddə olduğunu, səhəri gün gələndə pulunu gətirəcəyini demişdir. 17 iyul 2020-ci il tarixdə xalası Soltanəzizin pulu gətirəcəyini gözləmiş, lakin o, pulu gətirməmişdir. Bundan sonra xalası Şəlalə bir neçə dəfə Soltanəzizə zəng edib pulu tələb etsədə Soltanəziz xalasını aldatmış, pulu qaytaracağını desə də pulu qaytarmamışdır. Hətta bu barədə xalası Şəlalə 24 iyul 2020-ci il tarixdə Soltanəzizə zəng vurub onları aldadaraq pulu qaytarmaması ilə bağlı rayon polis şöbəsinə müraciət etməyə gedəcəyini demişdir. Həmin vaxt Soltanəziz 28 iyul 2020-ci il tarixdə pulu qaytaracağına söz verdiyi üçün ona xalası son dəfə şans versə də, Soltanəziz vədinə əməl etmədiyi üçün və xalasını aldadıb iki otaqlı mənzili üç otaqlı mənzillə dəyişdirmədiyi üçün həmin şəxsin bu əməli barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt orada ondan, xalası Şəlalədən, xalası qızı Tamaradan və Şahid2 başqa heç kim olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X1 məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və mühüm səbəblərə görə məhkəmədə iştirak etmədiyi üçün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid X1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 24 avqust 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 12.10.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs dəymiş olan maddi ziyandan 1400 (bir min dörd yüz) manat pulu Şamaxı RPŞ-də istintaqa təqdim etmiş və həmin 1400 (bir min dörd yüz) manat pul tərəfindən protokolla götürülmüş, həmin tarixdə tərtib edilmiş müvafiq protokolla və qəbzlə qeyd edilən pul Zərərçəkmiş şəxs təhvil verilmişdir. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 17 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, elektron cihazda (diskdə) olan görüntüyə baxış keçirilərkən görüntüdə Zərərçəkmiş şəxs 1300 (min üç yüz) AZN və 1000 (min) ABŞ dollarını Şahid2 verməsi öz əksini tapmışdır. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 17 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, bir nəfər kişi cinsli şəxs digər kişi cinsli şəxslə telefon vasitəsilə danışır. X5 bildirmişdir ki, həmin səs yazısında danışan şəxs Şahid2dur. Onun telefonla danışdığı şəxs isə Təqsirləndirilən şəxsdur. Səs yazısından müəyyən edilir ki, Şahid2 Zərərçəkmiş şəxs aldığı 3(üç) min manat pulun Təqsirləndirilən şəxs vasitəsilə Zərərçəkmiş şəxs 2 otaqlı mənzilinin 3 otaqlı mənzil ilə əvəzlənəcəyinə sərf ediləcəyi və həmin pulun bu məqsədlə alınması müəyyən edilmişdir. 19.10.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs dəymiş olan maddi ziyandan 500 (beş yüz) manat pulu Şamaxı RPŞ-də istintaqa təqdim etmiş və həmin 500 (beş yüz) manat pul tərəfindən protokolla götürülmüş, 21.10.2020-ci il tarixdə tərtib edilmiş müvafiq protokolla və qəbzlə qeyd edilən pul Zərərçəkmiş şəxs təhvil verilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 20 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə tövsüf olunmuşdur. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 11 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 21.11.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir şəhər Məhkəməsinin 08.11.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmiş, Şamaxı rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli qərarı ilə cəzadan azad edilib. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.01.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmiş, 15.04.2019-cu il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 16 dekabr 2020-ci il tarixli 2467 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, həmçinin törətdiyi cinayət əməlinin dövründə üzvi şəxsiyyət pozuntusu, kompensasiya vəziyyətində aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu cinayət əməli törətdiyi zaman kompensasiya vəziyyətində olmuş, buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şuşa rayonu, Qaybalı kəndində qeydiyyatdadır. Hal-hazırda məcburi köçkün kimi Şamaxı rayonu, Məlhəm kəndində yaşayır. Təqsirləndirilən şəxs orta təhsillidir, ailəlidir, iki övladı var. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Məlhəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 02 fevral 2021-ci il tarixli 73 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs, atası-1960-cı il təvəllüdlü X6, anası-1961-ci il təvəllüdlü X7, arvadı-1992-ci il təvəllüdlü X2, qızları-2019-cu il təvəllüdlü X8 və 2019-cu il təvəllüdlü X3 ibarət ailə üzvləri ilə Şamaxı rayonu, Məlhəm kəndində yaşayır. Kapital Bank ASC-nin Şamaxı filialının 26 may 2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 750 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəyən ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə Zərərçəkmiş şəxs ilə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 750 manat miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci, Azərbaycan Respublikası CPM-nin 40.2.2, 43.3 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-39/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-39/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver