Məhkəmə qərarları › İş №1(074)-39/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-39/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-39/2022 27.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin hüquqi varisi X9, onun nümayəndəsi və vəkili X24, müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Şamaxı rayonu Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, X43 istismarı İdarəsinin Şamaxı Xidmət sahəsinin Təmir-bərpa xidmətində təmirçi çilingər vəzifəsində işləyən, məhkum olunmamış, Şamaxı rayonu Adnalı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsi ilə, xx xxxxxxx 1967-ci ildə Şamaxı rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, ali təhsilli, evli, X43 istismarı idarəsinin Qobustan rayonu üzrə Qəzadispetçer xidmətində 8-ci dərəcəli texnik vəzifəsində işləyən, məhkum olunmamış, Qobustan rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 X43 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin 5-ci dərəcəli təmirçi çilingəri kimi 01 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində həmin tarixli 654 nömrəli tapşırıq icazə vərəqəsi əsasında Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsindən çəkilmiş 57 millimetr diametrlik yerüstü qaz xəttinin M.Qəniyev küçəsində mövcud olan 57 millimetr diametrli yerüstü qaz xəttinə qoşulması işinin həyata keçirilməsi prosesində öz hərəkətlərinin başqasının ölümünə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə bilməli olduğu halda, bunları görməyərək, yəni təmir işlərini bitirdikdən sonra, həmin hissədə eləcə də qaz borusunun digər hissələrinin birləşmə yerlərində (birləşmə yerlərinin aralanması və s. nəticəsində) qaz sızmasının baş verə biləcəyini nəzərə almalı, bunun üçün qabaqlayıcı tədbirlər görməli, tapşırılan işi yerinə yetirib qurtardıqdan sonra qaz xəttinə ümumilikdə baxış keçirməli, həmin qaz xəttinə qaz buraxılmazdan əvvəl qaz xəttinin üfürülməsi, möhkəmliyi və kipliyi sınanması işlərini aparmalı olduğu halda bunları etməyərək yeni çəkilmiş qaz borusunu mənbəyə birləşdirmək məqsədilə qaynaq işləri görülməsi üçün borunu saxlayıb dayağı yerə basdırarkən X38 məxsus evə gedən qaz xəttinin qaynaq hissəsini zədələdiyi üçün X38 məxsus Şamaxı şəhəri M.Qəniyev küçəsində yerləşən evin arxa divarının yanı ilə keçən borunun tərpənməsi nəticəsində daşıyıcı qaz xəttindən qaz sayğacına budaqlanma verilməklə çəkilmiş diametri 20 millimetrlik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerində aralanma baş vermiş, yalnız qaynaq işləri gördükləri hissəni köpüklü su vasitəsilə yoxladıqdan sonra, həmin hissədə qaz sızmasının olmasını müəyyən etmədən tənzimləyici şkafdan ventili açmaqla qaz xəttinə qazın buraxılmasına şərait yaratmış, qeyd olunan cinayətkarcasına etinasız hərəkətləri nəticəsində Şamaxı şəhəri, M.Qəniyev küçəsi 17 saylı evin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş daşıyıcı qaz xəttinin üzəri torpaqla örtülmüş 2.3 metr hissəsində, daşıyıcı qaz xəttindən qaz sayğacına budaqlanma verilməklə çəkilmiş diametri 20 millimetrlik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerindən sızan təbii qaz kanalizasiya borusu vasitəsilə X4 məxsus yaşayış evinin hamam-tualet otağının daxilinə dolmuş partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində həmin vaxt hamam otağında olan X3 üzünün, başın, boyun nahiyələrinin, gövdənin ön arxa-bayır səthlərinin, hər iki bazunun, sağ saidin, hər iki budun və hər iki baldırın ümumi bədən səthinin 85- 90%-ni əhatə edən İİ-İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və almış olduğu xəsarətlərdən 03 oktyabr 2021-ci il tarixində ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbadov X15 X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətində 8-ci dərəcəli texnik vəzifəsində işləyərkən, yerinə yetirdiyi inzibati-təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, 26 iyun 1979-cu il tarixdə təsdiq olunmuş «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 5.46 və 5.47-ci bəndlərinə əsasən “şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin bütün yenidən quraşdırılmış və əsaslı təmir olunan qaz kəmərləri və X27, həmçinin sənaye, kommunal və başqa istehlakçıların qaz şəbəkələri möhkəmliyə və kipliyə sınanmalı, möhkəmliyə və kipliyə sınanmazdan əvvəl qaz kəməri hava ilə üfürülməli, əsas vəzifə öhdəliyinə uyğun olaraq işin göstəricilərini və nəticələrini öyrənməli, qaz kəmərinin vəziyyətinə və istismarına nəzarət etməli, işdə olan çatışmamazlıqların səbəblərini müəyyən etməli, onların aradan qaldırılması tədbirlərini həyata keçirməli və həmin qaz xəttinə qaz buraxılmazdan əvvəl qaz xəttinin üfürülməsi, möhkəmliyə və kipliyə sınanması işlərinin aparılmasında iştirak etməli olduğu halda, bunları etməyərək işinə vicdansız və laqeyd münasibət göstərməklə, təlimatla üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək 01 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhəri, M.Hadi küçəsində 01 oktyabr 2021-ci il tarixli 655 №-li «Qaz təsərrüfatında qaz təhlükəli işlərin görülməsi üçün Tapşırıq-icazə Naryad»ı əsasında demontaj işləri görərkən həmin küçənin yanında yerləşən Şamaxı şəhəri M.Qəniyev küçəsində çilingər Təqsirləndirilən şəxs1 və qaynaqçı Şahid1 tərəfindən X4 məxsus fərdi yaşayış evinin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş 57 milli metrlik daşıyıcı qaz borusunda təmir işləri aparıldıqdan sonra qaz xəttində təmir işləri qurtardıqdan sonra boru boyunca birləşmə yerlərində (birləşmə yerlərinin aralanması və s.) qaz sızmasının baş verə biləcəyini nəzərə almayaraq bunun üçün qabaqlayıcı heç bir tədbir görmədən, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən bu barədə tədbir görülüb-görülməməsini dəqiqləşdirmədən qaz xəttinə qazın verilməsi barədə Təqsirləndirilən şəxs1 göstəriş vermiş bununla da X4 məxsus Şamaxı şəhəri M.Qəniyev küçəsi 17 saylı evin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş daşıyıcı qaz xəttinin üzəri torpaqla örtülmüş 2.3 metr hissəsində qaz sayğacına budaqlanma verilməklə çəkilmiş diametri 20 milli metrlik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerindən sızan təbii qazın bilavasitə yaxınlığında yerləşən X4 məxsus Şamaxı şəhəri M.Qəniyev küçəsi 17 saylı evin kanalizasiya borusu vasitəsilə hamamayaqyolu otağının daxilinə dolması və hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması səbəbi ilə partlayış konsentrasiyasına həddinə çatan və X8 ölümünə səbəb olduğu üzün, başın, boyun nahiyələrinin, gövdənin ön arxa-bayır səthlərinin, hər iki bazunun, sağ saidin, hər iki budun və hər iki baldırın ümumi bədən səthinin 85-90%-ni əhatə edən İİ-İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, bununla da o, ehtiyatsızlıqdan X36 almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin yanıq şoku ilə xx.xx.2021 -ci il tarixdə Bakı şəhərində yerləşən 5 saylı xəstəxanasında ölümünə və fiziki şəxsin qanunla qorunan mənafeyinə 4809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində mühüm ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, xx.xx.2021-ci il tarixdə Şahid1 ona bildirmişdir ki, Məhəmməd Hadi küçəsinin kəşisməsində 57 mm-lik diametrli yerüstü qaz xəttinin qaynaqla qoşulma hərəkəti həyata keçiriləcək. Həmin sahə Məlikməmməd tərəfindən onlara göstərilmiş, o, həmişə olduğu kimi yalnız borunun qoşulma hissəsini qaynaq edən Şahid1 çilingər kimi boruların ölçüsünə uyğunlaşdırıb onun qaynaq etməsinə köməklik göstərmişdir. Təxminən qaynaq işləri 30 dəqiqə çəkmişdir. Həmin vaxtı borunun əksər hissəsi, yəni qaynaq təxminən 20 metrdən sonra boru yeraltı standarta uyğun olmayan formada gedirdi belə ki həmin borunun üstü əslində açıq olmalı təqdirdə sakinlər tərəfindən torpaqlanmışdır. Lakin onların etdiyi qaynaqla torpaqlama sahəsi arasında məsafə kifayət qədər uzun olduğundan etdikləri hərəkət borunun tərpənməsini mümkünsüz edir. Eyni zamanda həmin boru sakinlər tərəfindən üstü betonlaşdırıldığından borunun tərpənməsi qeyri mümkündür. Göründüyü kimi gördükləri işlər başa çatandan sonra texnik kimi boruda hər hansı bir sızmanın olub- olmaması qaydaya uyğun olaraq texnik tərəfindən xüsusi pompa aparatı ilə yoxlanıla bilərdi. O, yalnız qaynaq edilən yeri praktiki istifadə etdikləri sabunlu su ilə yoxlayıb heç bir sızma ilə rastlaşmamışdır. Ona verilən yeni ittihamla ona görə razı deyil ki, ilk əvvəl həmin boruya qoşulmalar yeraltı olduğundan onları görməyi qeyrimümkündür, ikincisi əgər onun çilingər kimi boruya toxunmağı nəticəsində qoşulma hissəsindən sızmanın baş verməsi bildirilsə də buda yanlışdır. Ona görə ki ümumiyyətlə həmin hissədə sızmanın əvvəldən mövcud olub olmaması və sızmanın baş verməsində onun hansı iradəsinin mövcud olduğu aydınlaşdırılmamışdır. Göründüyü kimi qaydalara uyğun olaraq qaynaq işi görüldükdən sonra texnik, usta mühəndis və digər qəza xidmətinin mütəxəssisləri tərəfindən manometıiə təyziqin qaz borusunda qalması xüsusi cihaz vasitəsilə müəyyən edilməli idi. Bu çilingərin vəzifə təlimatına aid deyil. Onun vəzifəsi yalnız boruların ölçülərinin hazırlanması ölçüyə uyğun boruların kəsilməsi və qaynaqçıya kömək etməkdən ibarət olmuşdur. Belə olan halda o, gördüyü iş zamanı heç bir ehtiyatsızlığa yol verməmiş, ona rəhbərlik tərəfindən tapşırığa uyğun olaraq tikiləcək borunu qaynaq edilməmişdən əvvəl qaynaq kəsici tərəfindən yəni Tahir tərəfindən kəsilmiş, kəsiləndən sonra həmin borulara kənarda müdaxilə edərək qaynaq ediləcək vəziyyətə gətirmişdir. Bu zaman o, ana boruya toxunmamışdır. Ekspertin rəyi isə tam yanlışdır, ona görə ki həmin boruya qoşulmanın nə vaxt çəkildiyi, korroziyaya uğramasının mövcudluğu üstü örtülü halda həmin boruya qoşulmanı onun görüb-görə biləcəyi eyni zamanda əgər tərpənmə olmuşdursa bu tərpənmə ilkin olaraq kəsilmənin aparılması zamanı və kəsilmənin aparılmasından sonra yaranıb yaranmamasına ümumiyyətlə qiymət verməmişdir. Həmin boru xüsusi betonlaşma vasitəsilə bərkidildiyi təqdirdə adi qaynaq zamanı onun tərpənməsi qeyri-mümkündür. Hətta tərpənməli olsa belə onu yoxlamaq vəzifəsi olan şəxslər tərəfindən qaz buraxılmamışdan qabaq yoxlanmalı idi. Burada onun heç bir yanlış hərəkəti yoxdur. Odur ki yuxarıda göstərilənləri nəzərə alaraq bəraətverici əsaslarla xitam verilməsi xahiş edir. O, yalnız kəsilmiş borunun qaynaq ediləcək formada borudan kənar hissədə uyğunlaşdırmış, bu zaman borunun əsas xətti ilə toxunacaq heç bir hərəkət etməmişdir. Hadisədən 3 gün sonra yəni ayın 4-ü tarixində Şahid3 tərəfindən idarəyə çağırılaraq adi kağıza qol çəkdirilmiş, eyni zamanda jurnalada qol çəkdirilmişdir. Təxminən qol çəkəndən bir neçə dəqiqə sonra baş vermiş hadisə ilə bağlı naryad verilmədiyindən naryadın köhnə tarixə imzaladığı bildirildiyi üçün buna etiraz edib sonrada tərtib edilmiş naryadı cıraraq aldanmağına etiraz etmişdir. Əvvəlki ifadəsində borunu saxlamaqda, dayağı yerə basdıqmaqda Əliyara köməklik etməsini qeyd etmiş, lakin həmin bərkitmənin həyata keçirilməsi borunun əsas hissəsinin tərpənməsinə səbəb ola bilməzdi. Ona görə ki ara məsafəsi 20 metrdən artıq idi. Qaynaq işləri görülən zaman əsas borunun qaynaqla birləşmə yerindən sayğaca qalxan 20mm-lik diametrli borunu görmüşdür, Mahirin sözü il hətta qaynaq edilən yeri sabunlu su ilə yoxlanışını həyata keçirmiş, bu zaman hər hansı bir sızma ilə rastlaşmamış, Göründüyü kimi bu cür faciələrin qarşısının alınması üçün yeganə yol yoxlamanın xüsusi cihazla borunun görünməyən hissəsində baş verəcək fəsadı xüsusi cihaz vasitəsilə müəyyən etməkdi. Cihazında əsas məqsədi uzun məsafəli sahədə sızmanın mövcud olub-olmamasını insan dərrakəsindən kənar müəyyən etməkdir. Əməlindən peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, 2016-cı ilin noyabr ayından X43 İstismar İdarəsi, Şamaxı Xidmət Sahəsində Təmir Bərpa xidmətində texnik vəzifəsində çalışır. Texnik kimi vəzifəsi texniki sənədlərin hazırlanması, təmir işləri zamanı zərurət yarandığı təqdirdə təmir işləri aparmaq, çilingərlərin gördükləri işlərə nəzarət etməkdən ibarətdir. 01 oktyabr 2021-ci il tarixdə əvvəlcə Şamaxı rayonu Şəhriyar qəsəbəsində orada işlərini bitirdikdən sonra isə Şamaxı şəhəri M.Hadi küçəsində təmirdən sonra köhnə xətlərin kəsilib doğranması (demontaj) ilə məşğul olmuş, çilingərlər Nazim Kərimov, Rəşad Xudiyev və kəsici Tahir Hacıyevlə birlikdə həmin işləri görmüşlər. Həmin gün Təmir Bərpa Xidmətinin çilingəri Təqsirləndirilən şəxs1 və qaynaqçı Şahid1 tədbirlər planına uyğun olaraq Şamaxı şəhəri M.Qəniyev küçəsində yeni çəkilmiş 57 mm-lik diametrdə olan qaz xəttini 57mm-lik mənbə qaz borusuna birləşdirilməsi tapşırılmış, Şamaxı Xidmət Sahəsinin rəisi Səhlab Səfərov və Təmir Bərpa Xidmətinin rəisi Şahid2 ilə birlikdə həmin küçəyə getmiş, Şahid2 Təqsirləndirilən şəxs1 və Şahid1 qaz borusunu hansı hissədə birləşdirməli olmalarını, onlara isə köhnə qaz xəttinin hansı hissədən kəsilib doğranmasını izah etmiş, Təqsirləndirilən şəxs1gil təmir işinə, onlar isə kəsinti işlərinə başlamamışdan əvvəl təhlükəsizlik tədbirləri üçün qaz paylayıcı şəbəkədən Təqsirləndirilən şəxs1gilin təmir işləri görəcəkləri boruya və onların kəsinti işləri aparacaqları boruya gələn qaz verilişini ventili bağlayaraq dayandırmış, Təqsirləndirilən şəxs1 işlərini bitirdikdən sonra onların yanma gəlmiş və ona qaz borusuna təmir işlərini yekunlaşdırdıqlarını, qazın xəttə buraxılması üçün qaz paylayıcı şkafdan bağladığı ventili aça bilib-bilməyəcəyini soruşmuş, ona işlərini yekunlaşdırdıqlarını, ventili aça biləcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 çıxıb getmiş, işlərini yekunlaşdırdıqları üçün xidmət sahəsinə gələrək cihazları təhvil verib yaşadıqları evə getmiş, xx.xx.2021 -ci il tarixdə işə gələn zaman xx.xx.2021 -ci il tarixdə abonent X38 məxsus yaşayış evinin hamam otağında qaz sızması nəticəsində partlayış baş verməsini eşitmişdir. Şəhriyar qəsəbəsində işlərini bitirdikdən sonra onlara M.Hadi küçəsində köhnə qaz borusunun kəsilib doğranması tapşırıldığından həmin yerə getmiş, ora çatdıqda Təqsirləndirilən şəxs1 və Şahid1 M.Qəniyev küçəsində imiş, orada Şahid2 Təqsirləndirilən şəxs1 və Şahid1 qaz borusunu hansı hissədə birləşdirməli olmalarını, onlara isə köhnə qaz xəttinin hansı hissədən kəsilib doğranmasını izah etmiş, Şamaxı Xidmət sahəsində qaz borularının doğranması üçün istifadə edilən qazla kəsən cihaz (rezak) 1 ədəddir və həmin cihazda onlarda imiş, Təqsirləndirilən şəxs1 və Şahid1 istifadəyə yararsız qaz borularının kəsilməsi tapşırıla bilməz imiş, onlara yeni çəkilmiş qaz xəttinin qazla işləyən qaynaq cihazı vasitəsilə mənbəyə birləşdirilməsi tapşırılmış, Təqsirləndirilən şəxs1 ona təmir işlərini yekunlaşdırdıqdan sonra qaz xəttində olan birləşmələrdə sızmanın olub-olmamasını yoxlamaları barədə heç bir söz deməmiş o da ondan bu barədə heç bir söz soruşmamış, sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs1 və Şahid1 yalnız qaynaq işləri gördükləri hissədə sızmanın olubolmamasını köpüklü su vasitəsilə yoxlamış, boru üzərində olan digər birləşmə yerlərində sızmanın olmasını yoxlamamış, birləşmələr yoxlanıldıqdan sonra qaz borusuna qazın ötürülməsi lazımimiş, xx.xx.2021-ci il tarixdə M.Qəniyev küçəsində təmir işləri aparılan zaman təmir işi görülmüş borunun tərpədilməsi nəticəsində abonent X38 məxsus yaşayış evinə aid olan sayğaca gedən 20 mm-lik qaz borusunun 57 mm-lik qaz borusuna birləşən qaynaq hissəsində qopma olmuş və bu səbəbdən həmin hissədən qaz sızması nəticəsində partlayış baş vermiş, 01 oktyabr 2021 -ci il tarixdə əvvəlcə Şamaxı rayonu Şəhriyar qəsəbəsində orada işlərini bitirdikdən sonra isə Şamaxı şəhəri M.Hadi küçəsində təmirdən sonra köhnə xətlərin kəsilib doğranması (demontaj) ilə məşğul olmuş, bu iş tapşırıq icazə vərəqəsi əsasında ona tapşırılmış, tapşırıq icazə vərəqəsinin arxasında iş yerinin dəyişdirilməsi barədə qeyd aparılmış, həmin tapşırıq icazə vərəqəsi əsasında çilingərlər Nazim Kərimov, Rəşad Xudiyev və kəsici Tahir Hacıyevlə birlikdə həmin işləri görmüş, Təqsirləndirilən şəxs1gil təmir işinə, onlar isə kəsinti işlərinə başlamamışdan əvvəl təhlükəsizlik tədbirləri üçün qaz paylayıcı şəbəkədən Təqsirləndirilən şəxs1gilin təmir işləri görəcəkləri boruya və onların kəsinti işləri aparacaqları boruya gələn qaz verilişini ventili bağlayaraq qazı dayandırmış, Təqsirləndirilən şəxs1 işlərini bitirdikdən sonra yanlarına gəlmiş və ona qaz borusuna təmir işlərini yekunlaşdırdıqlarını, qazın xəttə buraxılması üçün qaz paylayıcı şkafdan bağladığı ventili aça bilibbilməyəcəyini soruşmuş, ona işlərini yekunlaşdırdıqlarını ventili aça biləcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 çıxıb getmiş, əslində qaz borusunda təmir işləri görüldükdən sonra təmir işləri aparılan qaz borusu kipliyə və möhkəmliyə sınanmalı həmin boruda hər hansı bir sızma aşkar edilmədikdə boruya qazın verilməsi təmin edilməli, texnik kimi kipliyə və möhkəmliyə sınanma işlərində o da iştirak etməlidir, lakin o, Təqsirləndirilən şəxs1 və Şahid1 tərəfindən təmir işləri görülən boruda kipliyə və möhkəmliyə yoxlama işlərini həyata keçirməmiş, bu barədə rəhbərliyə heç bir məlumat verməmiş, Təqsirləndirilən şəxs1 sızmanı yoxlayıb-yoxlamamasını soruşmuş ona köpüklü su ilə birləşməni yoxladığını bildirmiş, əvvəllər təmir işləri apardıqları boruları kompressor vasitəsilə kipliyə yoxlamış, borunun 50 metrdən az olmasına görə boruda təmir işləri aparıldıqdan sonra kipliyə və möhkəmliyə sınanma işlərinin həyata keçirilməsinə ehtiyac olmadığını düşündüyü üçün bunu etməmişdir.Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 xx.xx.2021-ci il tarixli ifadəsində göstərmişdir ki, mərhum X8 əridir. Onunla 2010-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından 3 oğlan övladları dünyaya gəlmiş, övladlarından Fikrət Babayev 2011 -ci il, Ömər Babayev 2014- cü il, Rafiq Babayev isə 2021 -ci il təvəllüdlüdür. 02 oktyabr 2021 -ci il tarixdə saat təxminən 17 radələrində əri X41 çimmək üçün evin birinci mərtəbəsində yerləşən hamam otağına getmiş, həmin vaxt o mətbəxdə olmuşdur, mətbəx evin birinci mərtəbəsində, hamam otağına giriş qapısından sol tərəfdə yerləşir. Təxminən 5-7 dəqiqədən sonra hamam otağından güpbültu səsi gəlmiş, cəld hamama tərəf qaçmış, qapını dartıb açmış, hamamın giriş qapısı plastik materialdan hazırlanmış, hamamın qapısı içəri tərəfdən bağlı olduğu üçün güc sərf edərək qapını açmış, qapını açdıqdan sonra əri Mir Daşqının hamam otağında girişlə üzbə-üz paltaryuyan maşının yanında yerdə uzanıqlı vəziyyətdə yandığını görmüş, həmin vaxt Mir Daşqın yarıçılpaq vəziyyətdə imiş, yəni əynində yalnız mayka var imiş, həmin zaman duş krantının alt hissəsində olan suyun axıdılması üçün istifadə edilən dəlikdən (trapdan) alov püskürürmüş, hamama daxil olmaq istəyərkən Mir Daşqın ona “içəri girmə yenə partlayar” demiş, buna baxmayaraq içəri daxil olmuş, onu yana-yana sürükləyərək dəhlizə çıxartmış və əli ilə onu söndürməyə başlamış, əynində yanan maykasını cırıb əynindən çıxartmış, Mir Daşqını söndürdükdən sonra Mir Daşqın ayağa qalxmış və ona 102 xidmətinə zəng edərək məlumat verməyini bildirmiş, Mir Daşqına məxsus 077-737- 56-31 saylı mobil nömrə ilə 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bundan sonra küçəyə çıxaraq qonşuları köməyə çağırmış, qonşular köməyə gələn zaman hamamda olan trapdan hələ də alov çıxırmış, trapdan çıxan alovu qonşuları Şahid8 və bir neçə digər şəxs vedrələr ilə su töküb söndürməyə çalışsalar da bunu edə bilməmişlər, buna görə də məcbur qalıb yaşayış evinə gələn qaz xəttində quraşdırılmış ventili bağlamışlar, lakin alov sönməmiş, qonşular trapdan çıxan alovu bir neçə dəqiqədən sonra təxminən 5-10 vedrə su tökdükdən sonra çətinliklə söndürmüş, alov yalnız həmin trapdan çıxırmış, partlayış nəticəsində hamam otağının tavanın yalnız duş krantı olan hissəsinin üstü yanmış və dağılmış, hamam otağında olan digər kapron materialdan olan hissələr də alovun təsirindən ərimiş, bundan sonra Təcili Tibbi yardım avtomobili gələrək Mir Daşqını xəstəxanaya aparmış, Şamaxı Mərkəzi Rayon Xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən 5 saylı xəstəxanaya yerləşdirilmiş, Mir Daşqın almış olduğu yanıq xəsarətlərindən xx.xx.2021-ci il tarixdə orada vəfat etmiş, Mir Daşqını müalicə edən həkimlərin bildirməsinə görə Mir Daşqının bədəninin 80 faizi yanmış, xx.xx.2021-ci il tarixdə saat təxminən 10- 11 radələrində hadisədən əvvəl yemək bişirmək istəyən zaman qaz sobasını yandırmaq istəyərkən qazın gəlmədiyini görmüş, qazın nə üçün kəsildiyini öyrənmək üçün küçəyə çıxdıqda küçədə tanımadığı əyinlərində “SOCAR” sözü yazılmış göy rəngli gödəkcələr olan təxminən 5-6 nəfər şəxsin olduğunu görmüş, onlardan qazın nə üçün kəsilməsini soruşmuş, onların içərisində təxminən 25-27 yaşında olan bir oğlan qaynaq işləri gördüklərini, qaz borusunun yerin altı ilə getdiyini, indi isə yerin üstü ilə çəkdiklərini, 2 saata qazın yanacağını bildirmiş, bundan sonra yaşadığı evə geri qayıtmış, təxminən 4 saatdan sonra qaz sobasını yandırdıqda qazın həddindən artıq, normal veriləndən artıq təzyiqlə gəldiyini görmüş, həmin gün axşam hamam otağından, trap hissəsindən dəhşətli qoxu gəldiyini hiss etmiş, qoxunun çəkilməsi üçün hamamın nəfəsliyini və qapısını açmış, xx.xx.2021 -ci il tarixdə saat təxminən 09 radələrində Fövqəladə Hallar Nazirliyindən adını bilmədiyi bir əməkdaşı yaşadıqları evə gəlmiş, hamam otağına baxış keçirmiş, baxış zamanı bildirmişdir ki, hamam otağından qaz iyi gəlir, bununla bağlı Qaz İdarəsinin müdirinə zəng edərək məlumat vermiş, bundan sonra o da Qaz idarəsinin müdirinə zəng edərək, hamam otağından yenidən qaz iyi gəlməsini bildirmiş, başa düşmüşdür ki, hamam otağından gələn pis qoxu qazın qoxusu imiş, saat təxminən 11 radələrində küçəyə çıxan zaman Qaz İdarəsinin əməkdaşlarının evin arxasında dayanaraq söhbət etdiklərini görmüş, onlara yaxınlaşaraq evdən qaz iyi gəldiyini, boruda sızma olduğunu bildirib və ərinə nəsə olacağı təqdirdə onlardan yapışacağını demiş, bundan sonra onlar çıxıb getmiş, həmin gün təxminən saat 12 radələrində küçədən qaynaq aparatının səsinin gəldiyini eşidib çölə çıxmış, yaşayış evinin arxasında əsas qaz xəttindən evlərinə çəkilmiş qaz borusunun birləşdiyi hissəsində qaynaq işləri aparılırmış, bundan sonra kəskin qoxu azalmışdır. Hamam otağından çıxan tullantı suların axıdılması üçün plasmas boru çəkilmiş, Mir Daşqın təxminən 7 il əvvəl həmin hissənin üstünü torpaqla örtmüşdür ki, plasmas boru əzilməsin. Təqsirləndirilən şəxslər barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 2016-cı ildən hazır ki, vaxtadək X43 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsi Təmir Bərpa xidmətində mühəndis vəzifəsində çalışır. Mühəndis kimi vəzifəsi metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də hazırlanmış lahiyə və proqramların yerinə yetirilməsi, təbii qaz itkisinin qarşısının alınması məqsədilə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 01 oktyabr 2021-ci il tarixdə saat 09:00-da işə gəlmiş, saat 18:00-da işdən çıxmışdır. xx.xx.2021-ci il tarixdə işə gələn zaman Şamaxı şəhəri M.Qəniyev küçəsində yerləşən yaşayış evinin hamam otağında qaz sızması nəticəsində partlayış baş verdiyini, partlayış nəticəsində ev sahibi Mirdaşqm Babayevin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq vəfat etməsini eşitmişdir. Həmin gün tədbirlər planına uyğun olaraq Təmir Bərpa Xidmətinin çilingəri Təqsirləndirilən şəxs1 və qaynaqçı Şahid1 tərəfindən Şamaxı şəhəri M.Hadi küçəsinə çəkilmiş yeni 57 mm-lik diametrdə olan qaz xətti M.Qəniyev küçəsindən keçən 57mm-lik qaz borusuna birləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindiirlmiş Şahid1 ifadə verib göstərdi ki, 2010-cu ildən 01 oktyabr 2021-ci ilə qədər X43 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsinin Təmir Bərpa xidmətində qaz qaynaqçısı işləmişdir. xx.xx.2021 -ci il tarixdə yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. 01 oktyabr 2021 -ci il tarixdə saat 09 radələrində Təmir Bərpa Xidmətinin rəisi Şahid2 ona bildirmişdir ki, Şamaxı şəhəri M.Hadi küçəsində olan köhnə istifadəsi dayandırılmış qaz borularını kəsməyə getməlidir. O, çilingər Təqsirləndirilən şəxs1lə birlikdə onlara deyilən ünvana getmişlər. Ora çatdıqdan sonra hansı boruları kəsmək lazım olduğunu bilmədiyi üçün zəng edib bu barədə Şahid2 soruşmuş, ona izah etsə də, lakin yenədə tam başa düşməmişdir. Bundan sonra ora usta işləyən Təqsirləndirilən şəxs2 gəlmişdir. Bir neçə dəqiqədən sonra ora M.Mehdiyev və xidmət sahəsinin rəisi Səhrab Səfərov gəlmişlər. M.Şahid2Hadi küçəsindəki xəttin Mahirgil tərəfdən kəsiləcəyini, onların isə M.Qəniyev küçəsində yeni çəkilmiş xəttin mənbəyə birləşdirəcəklərini bildirmişdir. Şahid2 onlara qaz xəttinin mənbəyə hansı hissədən birləşdirəcəklərini onlara izah etdikdən sonra çıxıb getmişdir. Bundan sonra o mərhum X38 məxsus yaşayış evinin arxa hissəsi ilə keçən, evin ön giriş qapısının sol tərəfindən yeraltı xəttə birləşdirilmiş hissədən kəsərək həmin yerə çəkilmiş yerüstü yeni 57 mm-lik qaz borusuna birləşdirmişdir. O qaynaq işləri görmüşdür. Təqsirləndirilən şəxs1 isə ona borunun saxlanılmasında və digər işlərdə köməklik etmişdir. Xətti mənbəyə birləşdirməmişdən əvvəl onlar tənzimləyici qaz şkafından həmin xəttə gedən qazı bağlanmışlar. Qaynaq işlərini görüb qurtardıqdan sonra qazın verilməsi bərpa edilmişdir. Qaynaq edilən hissə köpüklü su vasitəsilə tərəfindən yoxlanılmış qaynaq işləri gördüyü hisədə heç bir qaz sızıntısı yox idi. 04 oktyabr 2021 -ci il tarixdə işilə bağlı xidmət sahəsinə getdiyi zaman xx.xx.2021ci il tarixdə M.Qəniyev küçəsində yaşayış evinin hamam otağında qaz sızması nəticəsində partlayış baş verdiyini, X36 öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 2020-ci ilin aprel ayının 16-dan hazır ki, vaxta qədər X43 İstismar İdarəsinin Şamaxı Xidmət Sahəsində Təmir Bərpa xidmətinin rəisi vəzifəsində çalışmışdır. Təmir Bərpa Xidmətinin rəisi kimi vəzifəsi xidmət sahəsində olan qaz xətlərində baş vermiş qəzaların aradan qaldırılması, Təmiz qaz xidməti tərəfindən verilmiş sızmaların aradan qaldırılması, tədbirlər planına əsasən xətlərin çəkilməsi, qaz paylayıcı stansiyalarda rejimə uyğun olaraq əhalinin qaz təminatının normal təziqdə təchiz etməkdir. 01 oktyabr 2021-ci il tarixdə tədbirlər planına uyğun olaraq Şamaxı şəhəri M.Hadi küçəsinə çəkilmiş yeni 57 mm-lik diametrdə olan qaz xəttinin M.Qəniyev küçəsindən keçən 57mmlik qaz borusuna birləşdirilməsi üçün Təmir Bərpa Xidmətinin çilingəri Təqsirləndirilən şəxs1 və qaynaqçı Şahid1 həmin ünvana göndərmişdir. Təqsirləndirilən şəxs1 və Şahid1 həmin yerə getsələrdə lakin boruların haradan kəsilib birləşdiriləcəyini bilmədikləri üçün ona zəng etmişlər. O xidmət sahəsinin rəisi Səhrab Səfərovla birlikdə ora gedib onlara görəcəkləri işləri izah edərək çıxıb getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Şahid1 mərhum X38 məxsus yaşayış evinin arxa hissəsi ilə keçən, evin ön giriş qapısının sol tərəfindən yeraltı xəttə birləşdirilmiş hissədən kəsərək həmin yerə çəkilmiş yerüstü yeni 57 mm-lik qaz borusuna birləşdirmişlər. Qaynaq işləri aparılmağa başlanılmazdan əvvəl boruya gələn qaz təminatı M.Ə.Rəsulzadə küçəsi ilə M.Qəniyev küçəsinin kəsişməsində yerləşən qaz tənzimləyici şkafdan dayandırılmış, təmir işləri qurtardıqdan sonra həmin xəttə qazın verilməsi bərpa edilmişdir. Təmir işləri qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 və Şahid1 bildirməsinə görə qaynaq işləri aparılan sahədə qaz sızmasının olub-olmaması köpüklü su vasitəsilə yoxlanılmış, hər hansı bir qaz sızması aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə abonent Mirdaşqm Babayevə məxsus yaşayış evinin hamam otağında qaz sızması nəticəsində partlayış baş verməsi barədə şifahi məlumat daxil oldu. xx.xx.2021-ci il tarixdə X38 məxsus evin arxa hissəsi ilə keçən 57 mm-lik qaz borusuna baxış keçirilən zaman, qaz borusunun üstü torpaq qatı ilə örtülmüş 2.3 metr hissəsində 57 mm-lik borudan 20 mm-lik boruya birləşən hissəsində qaynaq yerində çat əmələ gəlmiş və həmin hissədə qaz sızması vardır. Tərəfindən həmin hissədə qaynaq işləri aparılmışdır və qaz sızması dayandırılmışdır. Üstü torpaq qatı ilə örtülmüş hissədə qaz borusuna paralel olaraq axıntı sularının axıdılması üçün istifadə edilən plastik boru da çəkilmişdi, həmin boru alt hissədən deşik idi. Həmin boru partlayış baş verən hamam otağına çəkilmişdi. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilib dindirilmiş Şahid4 Nüğdət oğlu ifadə verib göstərdi ki, o, 2007-ci ildən Ağsu RQİ-nin Şamaxı XS-nin TQQ və SX-də çilingər vəzifəsində çalışır. Onun vəzifəsi abonentlərin istifadə etdikləri təbii qaza görə aylıq ödənişləri sayğacdan qeyd apararaq bildirişlər çap etməkdir. İİdə bir dəfə isə abonentləri qazdan ehtiyatlı davranışlarla bağlı abonentləri xəbərdar etməkdir. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilib dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayına qədər X45 Səhimdar Cəmiyyətində xətt baxıcısı, 2016-cı ilin noyabr ayından 06 oktyabr 2021-ci il tarixə qədər isə mühəndis olaraq çalışır. Mühəndis kimi vəzifəsi X16 tərəfindən onlara təqdim edilmiş ünvanlı siyahı və onun əsasında təsdiqlənmiş texniki baxış qrafikinə əsasən orta və aşağı təzyiqli yerüstü qaz kəmərlərinə və onun üzərində quraşdırılmış qaz tənzimləyici şkafara və siyirtmələrə texniki baxışın təşkil edilməsindən ibarətdir. Mühəndis olaraq X16 və X45 Səhmdar cəmiyyəti tərəfindən qarşılıqlı təsdiqlənən texniki baxış qrafikinə uyğun olaraq hər ay ünvanların iş bölgüsü yazılır və elektron poçt vasitəsilə Təmizqaz QSC-nin X23 rəhbərinə və böyük mühəndisə göndərilir. Təmizqaz QSC-nin X23 rəhbərliyi tərəfindən həmin iş bölgüsü Azəriqaz İB-nin X23 rəhbərinə, xidmət sahələrinin rəislərinə və təmir bərpa xidmətlərinin rəislərinə göndərilir. Şamaxı şəhəri M.Qəniyev küçəsində yerləşən qaz xətlərinə texniki baxış qrafıkinə əsasən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə xətt baxıcısı Şahid5 Gülaməddin oğlu tərəfindən müasir tipli “Sensid G2” markalı cihaz vasitəsilə texniki baxış keçirilmişdir. xx.xx.2021-ci il tarixli baxış zamanı abonent X36 yaşayış evinə çəkilmiş sayğacın 15 mm-lik ventilində 70 ppm, 20 mm-lik ventilində isə 300 ppm səviyyəli təkrar qazsızmaları aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən texniki baxış zamanı X4 məxsus sayğaca gedən 20 mmlik qaz borusunun sayğaca qədər olan hissəsində olan zqon birləşmədə 800 ppm , ventilində isə 70 ppm səviyyəli qaz sızmaları aşkar edilmişdir. Aşkar edilmiş qaz sızmaları xətt baxıcısı tərəfindən piyada baxış raportuna qeyd edilərək imzası ilə təsdiq edilmiş şəkildə ona verilmiş, o,da həmin raportları qrafalar üzrə düzgün doldurulub-doldurulmamasını yoxladıqdan sonra təhvil alaraq öz imzasını çəkməklə elektron poçt ünvanı vasitəsilə Təmizqaz QSC-nin X23 rəhbərliyinə, dispetçer xidmətinə, böyük mühəndisinə, Azəriqaz İB-nin X23 rəhbərinə, xidmət sahəsinin rəisinə, təmir bərpa xidmətinin rəisinə və mühəndisinə göndərilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilib dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, 2018-ci ilin yanvar ayından hazır ki, vaxtadək X45 Səhimdar Cəmiyyətində xətt baxıcısı işləyir. Xətt baxıcısı kimi vəzifəsi bölgü əsasında ona təhkim edilmiş ərazilərdə yerüstü və yeraltı qaz xəttlərinə baxış keçirmək, baxış zamanı aşkar edilmiş hallar barədə raport tərtib edərək, tərtib edilmiş raportu mühəndisə təqdim etməkdən ibarətdir. Şamaxı səhəri M.Qəniyev küçəsində yerləşən qaz xətlərinə texniki baxış qrafıkə əsasən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində tərəfindən müasir tipli “Sensid G2’’ markalı cihaz vasitəsilə texniki baxış keçirilmişdir. xx.xx.2021-ci il tarixli baxış zamanı abonent X36 yaşayış evinə çəkilmiş sayğacın 15 mm-lik ventilində 70 ppm, 20 mm-lik ventilində isə 300 ppm səviyyəli təkrar qazsızmaları aşkar edilmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən texniki baxış zamanı X36 yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış sayğaca gedən 20 nm-lik qaz borusunun sayğaca qədər olan hissəsində olan zqon birləşmədə 800 rpm, ventilində isə 70 ppm səviyyəli qaz sızmaları aşkar edilmişdir. Aşkar edilmiş qaz sızmaları tərəfindən piyada baxış raportuna qeyd edilərək, raport tərəfindən imzalanmaqla mühəndis Şahid6 təqdim edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilib dindirilmiş Şahid8 verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsləri indi görürür. Əvvəllər tanımamışdır. Ona məlum idi ki, qaz xətdində təmir işləri olub və sonra səhərisi günü partlayış olub. Hadisədən bir gün qabaq idi təmir işləri həmin yerdə aparılırdı. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilib dindilmiş Şahid7 verilən suallara cavab olaraq bildirdi ki, o Şamaxı şəhəri, Qəniyev küçəsi ev 10-da yaşayır. Təqsirləndirilən şəxsləri indi görürür, əvvəllər tanımamışdır. O bir gün qabaq evindən bazara gedərkən orada 3 nəfər qaz işçilərini görüb. Sonra səhərisi günü partlayış olub. İş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Şamaxı şəhəri M.Qəniyev küçəsində yerləşən X4 məxsus fərdi yaşayış evidir. Ev həyətə girişdən sol tərəfdə yerləşir, yaşayış evi iki mərtəbəlidir, mişar daşından inşa edilmişdir. Evin konstruktiv hissələri üzərində partlayışın zərb dalğasından dağılmalar yaranmamışdır. Partlayış evə girişlə üzbəüz hamam otağında baş vermişdir. Hamama giriş 1 tağlı plastik materialdan hazırlanmış. 190x67 sm ölçüsündə qapıdandır, qapının üst hissəsində qismən qaralma izləri yaranmışdır, hamam-ayaqyolu otağının döşəməsi tökmə betondandır, üzərinə metlax vurulmuşdur. Hamamın uzunu 3 metr 17 santimetr, eni 2 metr 10 santimetr, hündürlüyü isə 2 metr 40 santimetrdir. Hamam otağına girişlə üzbə-üz üzərində müxtəlif geyim əşyaları yığılmış paltaryuyan maşın, ondan sağ tərəfdə əl-üz yuyan, girişdən sol tərəfdə içərisində müxtəlif geyim əşyaları olan kauçuk materialdan hazırlanmış 3 ədəd səbət, səbətlərdən sol tərəfdə isə üzərinə natamam yanmış vəziyyətdə geyim paltarları asılmış dəmir asılqan vardır. Girişlə üzbə-üz yerdən 169 sm hündürlükdə 40x36 sm ölçüdə plastik pəncərə vardır, pəncərə bağlı vəziyyətdədir, üzərində olan şüşə sınmamışdır, tamdır. Girişdən sağ tərəfdə unitaz yerləşir. Hamama girişdən sağ tərəfdə yerləşən divarda üzərində “32L” və “ TOPKAPİ” sözləri yazılmış zavod istehsalı olan axar su qızdırıcısı vardır. Su qızdırıcısının üst hissəsinə aliminium materialdan hazırlanmış 40 sm diametrində 33 sm uzunluğunda boru bərkidilmiş, həmin borunun bir ucu divarda olan yarığa keçirilməklə boru vasitəsilə su qızdırıcısı işləyən zaman yanan qaz çölə buraxılır. Su qızdırıcıya daxil olan su boruları üzərindəki 2 ventilin hər ikisi tam olaraq açıq, su qızdırıcıya daxil olan qaz borusu üzərində olan ventil isə yarım açıq vəziyyətdədir. Su qızdırıcıdan sol tərəfdə divarda yerdən 184 sm hündürlükdə 40 sm diametrində nəfəslik vardır, nəfəsliyin ön tərəfinə vurulmuş kauçuk tam olaraq ərimişdir. Həmin nəfəslikdən sol tərəfdə duş vardır. Otağın asma tavanının duşun üst tərəfində yerləşən bir hissəsi partlayışın zərb dalğasından dağılmışdır. Partlayış zamanı yaranan alovun təsirindən hamam otağında olan, kauçuk material hazırlanmış əşyaların bir hissəsi əriyərək deformasiyaya uğramışdır. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli hadisə yerinin baxışının aparılması haqqında əlavə protokoldan görünür ki, hadisə yeri Şamaxı şəhəri M.Qəniyev küçəsində yerləşən X4 məxsus fərdi yaşayış evidir. Ev həyətə girişdən sol tərəfdə yerləşir, kürsülü olmaqla bir mərtəbəlidir, mişar daşından inşa edilmiş, damı taxta konstruksiyalardan quraşdırılaraq üzəri dam örtüyü ilə örtülmüşdür. Evə kənardan baxış keçirilən zaman müəyyən edilmişdir ki, evin konstruktiv hissələri üzərində partlayışın zərb dalğasından dağılmalar yaranmamış, ev bir dam altında olmaqla iki müstəqil hissəyə ayrılmış və partlayış, evlə həyətdən üzbəüz dayandıqda sağ tərəfdə yerləşən hissəsinin hamam otağında baş vermişdir. Evin hamam otağı, evə daxil olduqda irəlidə üzbəüz yerləşir. Hamam-ayaqyolu otağının plastik materialından olan qapısının üst hissəsində qismən qaralma izləri yaranmış, hamam-ayaqyolu otağının döşəməsi tökmə betondandır, üzərinə metlax vurulmuşdur. Otağın asma tavanının bir hissəsi partlayışın zərb dalğasından yerindən çıxaraq döşəmə hissəyə tökülmüşdür. Otağa girişdən sol tərəfdə qazla işləyən zavod istehsallı axar su qızdırıcısı vardır. Hamam otağında bir-neçə yerdə termiki təsirdən ərimə və qaralma izləri yaranmışdır. Baxışda iştirak edən “Təmiz Qaz“ QSC-nin əməkdaşı Şahid6 istifadəsində olan xüsusi qazanalizator cihazı ilə evin küçə hissəsində, həyətində, eləcə də hamam otağının döşəmə hissəsində, həmçinin qeyd olunan axar su qızdırıcısının qaz borusunun birləşmə yerlərində yoxlamalar aparılmış və qaz sızmasının olması aşkar edilməmiş, küçə hissədə evin arxa divarı ilə yerüstü diametri 57 millimetr olan daşıyıcı qaz xətti keçir, həmin xəttin təxminən 2.3 metr hissəsi, dərinliyi 20 santimetr olmaqla torpağın altı ilə keçir, torpağın altına daxil olan yerdən qaynaq işləri görülən hissəyə qədər qaz borusunun uzunluğu 17 metr 30 santimetrdir. Qeyd olunan qaz borusunun 2.3 metr yeraltı keçən hissəsi ilə paralel evin partlayış baş vermiş hissəsinin hamam otağının plastik materialından olan kanalizasiya borusu keçir. Hadisə baş verdikdən sonra, “Azəriqaz” İB-nin yerli əməkdaşları tərəfindən qeyd olunan diametri 57 mm-lik daşıyıcı qaz xəttinin göstərilən məsafədə yeraltı keçdiyi yerdə sayğaca budaqlanma verilmiş diametri 20 mm- lik polad qaz borusunun daşıyıcı qaz xətti ilə birləşmə yerindən qaz sızmasının olması aşkar edilmiş və həmin birləşmə yerində qaynaq işləri aparılmış, baxışda iştirak edən "xxxx" QSC-nin əməkdaşı Şahid6 istifadəsində olan xüsusi qazanalizator cihazı ilə 57 mm-lik daşıyıcı qaz xəttinin göstərilən məsafədə yeraltı keçdiyi yerdə sayğaca budaqlanma verilmiş diametri 20 mm-lik polad qaz borusunun daşıyıcı qaz xətti ilə birləşmə yeri yoxlanılmış, yoxlama zamanı sayğaca çəkilmiş qeyd olunan 20 mm-lik polad qaz xəttinin daşıyıcı qaz xəttinə qaynaqla birləşən yerindən 21.2 “Vol” səviyyəsində qaz sızmasının olması aşkar edilmişdir. İş materiallarında olan X8 barəsində Məhkəmə- Tibbi Ekspertiza və X17 Publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 02 noyabr 2021-ci il tarixli 131 №-li rəyində göstərilmişdir ki, X36 almış olduğu xəsarətlər- üzün, başın, boyun nahiyələrinin, gövdənin ön-arxa- bayır səthlərinin, hər iki bazunun, sağ saidin, hər iki budun və hər iki baldırın ümumi səthinin 85-90%-ni əhatə edən İİ-İİİ-İV dərəcəli termiki (alov) yanıq yaraları, qeyd olunan xəsarətlər həyatı olub, xx.xx.2021-ci il tarixdə evdə qaz sızması nəticəsində baş vermiş partlayış zamanı yüksək hərarətin (alovun) təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə ölümə səbəb olduğundan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin yanıq şoku olmuşdur. Ölüm xx.xx.2021 -ci il tarixdə saat 11:40 dəqiqədə xəstəxanada baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 17 dekabr 2021-ci il 10/5243 №-li rəyində göstərilmişdir ki, Şamaxı şəhəri, M.Qəniyev küçəsində X4 məxsus fərdi yaşayış evində partlayışın mənbəyi fərdi yaşayış evinin birinci mərtəbəsində hamam-ayaqyolu otağının daxilində olmuşdur. Partlayışa səbəb, fərdi yaşayış evinin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş daşıyıcı qaz xəttinin 2.3m hissəsinin yeraltı keçən yerindən, daşıyıcı qaz xəttindən qaz sayğacına budaqlanma verilməklə çəkilmiş diametri 20 mm- lik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerindən sızan təbii qazın bilavasitə yaxınlığında yerləşən evin kanalizasiya borusu vasitəsi ilə hamam- ayaqyolu otağının daxilinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydalar’nın 5.46, 5.47 bəndlərinin tələbləri pozulmuşdur. Şamaxı şəhəri, M.Qəniyev küçəsində X4 məxsus fərdi yaşayış evinin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş diametri 57 mm-lik daşıyıcı qaz borusunda təmir işləri aparıldıqdan sonra, həmin qaz xəttinə qaz buraxılmazdan əvvəl qaz xəttinin üfürülməsi, möhkəmliyə və kipliyə sınanması işlərinin aparılması təmin edilmədiyinə görə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarf’mn 5.46, 5.47 bəndlərinin tələbləri iş bölgüsünə əsasən bu işlərə cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 102,0 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin əlavə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 24 yanvar 2022-ci il 10/319-10/333 №-li rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 5.46, 5.47 bəndlərinin tələbləri pozulmuşdur. Şamaxı şəhəri M.Qəniyev küçəsində X4 məxsus fərdi yaşayış evinin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş diametri 57 mm-lik daşıyıcı qaz borusunda təmir işləri aparıldıqdan sonra, həmin qaz xəttinə qaz buraxılmazdan əvvəl qaz xəttinin üfürülməsi, möhkəmliyə və kipliyə sınanması işlərinin aparılması təmin edilmədiyinə görə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 5.46, 5.47 bəndlərinin tələbləri hadisə baş vermiş qaz xəttində təmir işləri aparmış Şamaxı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin təmirçi çilingəri Təqsirləndirilən şəxs1 və qaynaqçı Şahid1 tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İş materiallarında olan “Nihad” İstehsalat Kommersiya firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 21 saylı mütəxəssis aktına əsasən müəyyən edilmişdir ki, xx.xx.2021 -ci il tarixdə ünvan 2 ünvanında baş vermiş qaz partlayışı nəticəsində ev sahibinin əmlakına 6870,50 (altı min səkkiz yüz yetmiş əlli qəpik) manat dəyərində, amortizasiya xərclərini yəni 30% köhnəlmələri nəzərə alınmaqla ümumilikdə 4.809,35 (dörd min səkkiz yüz doqquz manat otuz beş qəpik) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Qobustan rayon İHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 fevral 2022-ci il tarilxi 63 saylı arayışından görünür ki,Təqsirləndirilən şəxs2 atası 03 sentyabr 1938-ci il təvəllüdlü X10, arvadı 05 dekabr 1979-cu il təvəllüdlü X11, qızları 21 noyabr 1996-cı il təvəllüdlü X26, 24 may 1998-ci il təvəllüdlü X12 və oğlu 29 mart 2005-ci il təvəllüdlü X22 ilə Qobustan rayonu Cəyirli kəndində yaşayır. İş materiallarında olan Ağsu rayon qaz istismar idarəsi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, 18 fevral 2015-ci il tarixdən 10 noyabr 2016-cı il tarixinədək SOCAR-ın “Azəriqaz” X1 istismarı idarəsinin Kürdəmir rayonu üzrə təmir-bərpa xidmətində 8-ci dərəcəli texnik, 11 noyabr 2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinədək idarənin Şamaxı rayonu üzrə Təmir-bərpa xidmətində 8-ci dərəcəli texnik, xx.xx.2022-ci il tarixdən halhazıradək isə idarənin Qobustan rayonu üzrə qəza-dispetçer xidmətində 8-ci dərəcəli texnik vəzifəsində işləyir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Adnalı kənd üzrə nümayəndəliyinin 09 fevral 2022-ci il tarixli 12 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X2, oğlu 23 noyabr 2020-ci il təvəllüdlü X32 ilə Şamaxı rayonu Adnalı kəndində yaşayır. İş materiallarında olan Ağsu rayon qaz istismar idarəsi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, 24 fevral 2015-ci il tarixdən 08 dekabr 2021-ci il tarixinədək SOCAR-ın “Azəriqaz” X1 istismarı idarəsinin Şamaxı rayonu üzrə təmir-bərpa xidmətində 5-ci dərəcəli təmirçi çilingər peşəsində işləmişdir. 08 dekabr 2021-ci il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ş.Təqsirləndirilən şəxs1 işlədiyi müddət ərzində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirərək rəhbərliyin verdiyi tapşırıqları operativ şəkildə həll etməyə çalışmışdır. İşgüzarlığı və məsuliyyəti ilə iş yoldaşları arasında hörmət qazanmış, rəhbərlik tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında yerınə yetirərək daim idarənin daxili intizam qaydalarını rəhbər tutmuşdur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 09 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 14 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan Şamaxı xidmət sahəsinin xidməti ərazisində, yaşayış evlərində, ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan təhlükəsiz istifadə qaydaları barədə təlimatlandırmanın keçirilməsinin illik qrafikinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında abonent X4 məxsus yaşayış evinə istehlakçının anası X14 11 yanvar 2021-ci il tarixdə əraziyə xidmət göstərən çilingər tərəfindən müvafiq qaydada təlimatlandırılmış və müvafiq təlimat jurnalına imza etmişdir. İş materiallarında olan olan "xxxx" QSC-dən daxil olmuş 25 oktyabr 2021-ci il tarixli 699 №-li məktubdan görünür ki, texniki baxış qrafikinə uyğun olaraq Şamaxı şəhəri, M.Qəniyev küçəsinin xarici yerüstü qaz kəmərlərinə dövri texniki baxış keçirilmişdir. 2021-ci ilin yanvar ayının 19-da və avqust ayının 2-də hadisənin baş verdiyi fərdi yaşayış evinin yaxınlığından keçən 57 mm qaz xəttinə və həmin xətdən sayğaca gələn 20mm-lik qaz xəttinə texniki baxış keçirilmişdir. Texniki baxış zamanı sayğaca gələn yerüstü qaz xəttinin üzərində olan ventildə 70 PPM qaz sızması aşkar olunaraq texniki baxış raportlarında müvafiq qeydlər aparılmış, texniki baxış keçirilməsi haqqında raportlar “Azəriqaz” İB-nin müvafiq struktur bölmələrinə elektron poçt vasitəsi ilə ötürülmüşdür. İş materiallarında olan Azəriqaz İB Ağsu RQİİ-nin Şamaxı xidmət sahəsi tərəfindən daxil olmuş 28 noyabr 2021-ci il tarixli 01/04-147 №-li məktubda göstərilmişdir ki, “Azəriqaz” İB tərəfindən təsdiq olunmuş 2021-ci il ərzində tədbirlər planına uyğun olaraq yeraltı qaz xətlərini və pərakəndə çəkilmiş qaz xətlərini ləğv etmək məqsədi ilə Şamaxı şəhəri, M.Hadi küçəsindən yeraltı keçən diametri 57 mm-lik qaz xəttində əsaslı təmir işləri aparılmaq və yerüstü qaz xətti ilə əvəz edilməsi plana salınmışdır. Həmin plan əsasında Şamaxı XS-nin işçiləri tərəfindən xx.xx.2021 -ci il tarixli naryad N-493, xx.xx.2021-ci il tarixli naryad N-496, xx.xx.2021-ci il tarixli naryad N-499, xx.xx.2021 -ci il tarixli naryad N-502 ayrılmış və yeni qaz xəttinin çəkilməsi həyata keçirilmişdir. Yeni çəkilmiş qaz xəttini mənbəyə qoşmaq üçün xx.xx.2021-ci il tarixli naryad N-654 ayrılmış və yeni çəkilmiş qaz xətti X4 məxsus evin qabaq hissəsində mənbəyə birləşdirilmişdir. Mənbəyə birləşdirilən hissə evin arxa hissəsi ilə keçən üzəri 2.3 metr məsafədə mişar daşı ilə (0.4m x0.8 x2.3) hörülərək torpaqla örtülmüş diametri 57 mm-lik qaz xəttindən 15-20 metr uzaqlıqda yerləşir. İş materiallarında olan Qaz təhlükəli işlərin icrası üçün Naryad-buraxılışların (tapşırıq-icazə) qeydiyyat jurnalı və işdən öncə təlimat jurnalına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni xəttin mənbəyə qoşulması işi 654 №li tapşırıq ilə çilingər Təqsirləndirilən şəxs1, Şəhriyar qəsəbəsində təmir işləri və M.Hadi küçəsində demontaj işləri isə 655№-li tapşırıq ilə texnik Təqsirləndirilən şəxs2 həvalə edilmiş, hər iki şəxs tapşırıq-icazə qeydiyyat jurnalında və işdən öncə təlimat jurnalında imza edərək tapşırığı qəbul etmişlər. İş materiallarında olan Ağsu RQİİ tərəfindən daxil olmuş 08 dekabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin Təmir bərpa xidmətinin təmirçi çilingəri Təqsirləndirilən şəxs1 və texnik Təqsirləndirilən şəxs2 07 may 2021-ci il tarixdə təkrar bilikləri yoxlanılmış və bununla bağlı işçilərin biliklərinin yoxlanılması jurnalında qeydlər aparılmışdır. İş materiallarında olan Ağsu RQİİ tərəfindən daxil olmuş 30 dekabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Şamaxı şəhəri, M.Hadi küçəsində yeni çəkilmiş diametri 57 mm-lik yerüstü qaz xətti Şamaxı Xidmət Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Şamaxı şəhəri, M.Qəniyev küçəsində yerləşən mövcud 57 mm-lik yerüstü qaz xəttinə qoşulmuşdur. Şamaxı şəhəri, M.Hadi küçəsində Şamaxı Xidmət Sahəsi tərəfindən 2021-ci ilin tədbirlər planına uyğun olaraq yeni çəkilmiş diametri 57 mm-lik yerüstü qaz xəttinin xx.xx.2021-ci il tarixdə kipliyə və möhkəmliyə sınaqdan keçirilməsi işləri aparılmışdır. xx.xx.2021 -ci il tarixdə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə uyğun olaraq Şamaxı şəhəri, M.Hadi küçəsində yeni çəkilmiş diametri 57 mm-lik yerüstü qaz xətti Şamaxı şəhəri, M.Qəniyev küçəsində yerləşən mövcud 57 mm-lik yerüstü qaz xəttinə qoşulmuşdur. Şamaxı XS-nin Təmir bərpa xidmətinin ustası X19 həmin dövrdə xəstəliyi ilə bağlı işə çıxmadığından, yeni çəkilmiş qaz xəttinin mövcud qaz xəttinə birləşdirilməsi işi Şamaxı Xidmət Sahəsi tərəfindən naryad-buraxılış vərəqəsi əsasında Şamaxı Xidmət sahəsinin təmir bərpa xidmətinin təmirçi çilingəri Təqsirləndirilən şəxs1 və qaynaqçı Şahid1 Yadiyar oğlu tərəfindən icra edilmiş, icra olunmuş iş üzrə qanyaq birləşməsi köpüklü su vasitəsilə yoxlanılmış, qaynaq birləşməsində qaz sızması aşkar edilməmişdir. Həmçinin yeni çəkilmiş qaz xətlərində işin icrası tamamlandıqdan və qaz xəttinə qaz buraxıldıqdan sonra qaz xətti boyunca qaynaq birləşmələrində hər hansı bir qaz sızmasının yoxlanılması işləri işi icra edən işçilər tərəfindən həyata keçirilməsi göstərilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməsələrdə, özünü müdafiə xarakterli ifadələr versələr də, onların əməlləri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinə düzgün tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən iş yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən iş yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, iş yerindən müsbət xasiyyətləndirilməsini və müsbət davranışını, öhdəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, iş yerindən müsbət xasiyyətləndirilməsini və müsbət davranışını, öhdəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsini saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdıırlması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir, hökmün icrası Qobustan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Qobustan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə keçirilmiş ekspertizanın xərci - 202,0 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1(bir) il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Qobustan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Qobustan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə keçirilmiş ekspertizanın xərci - 202,0 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar