Məhkəmə qərarları › İş №1(074)-39/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-39/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-39/2023 22.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.3, 181.2.1, 181.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 5 il 3 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, ev 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 12 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şamaxi şəhəri, Ə.Əlizadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:15-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən bir ədəd şəffaf sellofanın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 2,424 (iki tam mində dörd yüz iyirmi dörd) qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək sərbəst ifadəsində və ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 12 yanvar 2023-cü il tarixdə saat təxminən 17-18 radələrində evdə anası Güldəstə Mustafayevanın ona daha spirtli içki içməməsini bildirdiyindən aralarında mübahisə yaranmışdır. Bu vaxt o, anasının polisə zəng etdiyini gördüyündən sakitləşmək üçün çölə çıxaraq qonuşuluqda yaşayan əmisinin qapısının yanında dayanmışdır. Bir müddətdən sonra evlərinə polis əməkdaşları gəlmiş və anasının ondan etdiyi şikayət əsasında onu Şamaxı rayon polis şöbəsinə aparmışlar. O, polis şöbəsinə gedərkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları bir qədər ona təzyiq göstərmişlər. Polis əməkdaşları ilə razılaşmadığı üçün polis şöbəsində onu otağa aparıb döymüşlər. Həmin vaxt zərbələr daha çox sol hissəsinə dəymişdir. Sonra isə o, məcbur olub narkotik vasitənin onun olmasına dair etirafedici ifadə vermişdir. Döyülmə nəticəsində müxtəlif xəsarətlər almışdır. Saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilərkən aldığı xəsarətlər barədə həmin müəssisənin əməkdaşlarına məlumat vermiş və xəsarətləri qeydiyyata alınmışdır. Başında olan xəsarətləri tutulmamışdan əvvəl almışdır. O, hər dəfə dindirilərkən, döyülməməsi üçün narkotik vasitənin onun üzərində olmasını bildirmişdir. Halbuki, anasının ondan polisə şikayət etdiyini bilmiş və polislər gələrkən o, evdən çöldə olmuş, yəni üzərində hər hansı narkotik vasitə olsaydı onu atmaq imkanı olmuşdur. O, polisə apırlarkən də anası ilə mübahisə etdiyi üçün aparıldığını və bir qədər sonra sərbəst buraxılacağını hesab etmişdir. O, əvvəllər məhkum edildiyindən, ona qarşı belə bir işə əl atmışlar. Hətta polis şöbəsində olan zaman kiminləsə telefon vasitəsilə danışdırılmış, həmin şəxs ona narahat olmamasını, narkotik vasitənin özünün olmasını bildirməsini söyləmiş, əks halda evindən iki zənbil narkotik vasitə tapılacağı ilə onu hədələmişdir. Daha sonra məhkəmə qarşısına çıxarılmış, bu dəfə polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığını bildirmədiyi üçün məhkəməyə heç nə deyə bilməmiş, ona görə də məhkəmə onun barəsində həbs qətimkan tədbirini seçmişdir. Ümumiyyətlə istintaq zamanı döyülməyi ilə bağlı heç kimə bir söz deməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə yaşadığı ünvana gələn zaman yolun kənarında yerdə 01 ədəd sellofana bükülmüş büküm görmüşdür. Həmin büküm marağına səbəb olduğu üçün həmin sellofana bükülmüş bükümü yerdən götürmüş və içərisinə açıb baxdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryək olmasını görmüşdür. Həmin narkotik vasitə olan tiryəki sonra istifadə etmək üçün üzərində olan qara rəngli cins şalvarın arxa sol cibinə qoymuş və yaşadığı ünvana getmişdir. 12 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində evdə olan zaman anası Güldəstə Mustafayeva ona spirtli içki qəbul etdiyini, daha qəbul etməməyini bildirmiş, bu səbəbdən də aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı əsəbləşdiyi üçün başını divara vurub, əli ilə evin şüşəsini vuraraq sındırmışdır. Üstündən bir müddət keçdikdən sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmiş, ona məlum olmuşdur ki, anası Güldəstə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat verib. Polis əməkdaşları evə gələn zaman o, evlərinin yaxınlığında dayanmışdır. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən, əynində qara rəngli cins şalvarın arxa sol cibində şəffaf sellofan aşkar edilmiş, polis əməkdaşları sellofanı açdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan tiryək aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan tiryək kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bildirmişdir ki, o, narkotik vasitə olan tiryəki yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, tiryək və başqa narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Etdiyi əməldən peşmandır. O, ümumiyyətlə mobil telefondan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2023-cü il tarixdə Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, ev 2-də yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 12 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Şamaxı rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şamaxı şəhəri, Ə.Əlizadə küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən şəffaf sellofan aşkar olunmuşdur. Həmin sellofan açılarkən, içərisindən narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan sellofan baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, Ə.Əlizadə küçəsində yaşayan X2 Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək oğlu Rəşidin onu öldürməklə hədələməsini göstərmişdir. Göstərilən ünvanda olan zaman Təqsirləndirilən şəxs qohumları onun narkotik vasitə aludəçisi olduğunu, mütəmadi olaraq narkotik vasitə qəbul etdiyini bildirmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuşdur. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Mustafayev X12 üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən bir ədəd şəffaf sellofanın içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş şəffaf selofanın içərisində olan kütlə tiryəkdir, ona məxsusdur. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Baxış xx.xx.2023-cü il tarixdə saat 20:15-də başlamış saat 20:35-də qurtarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli 6/224 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “üzərində Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,424 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin çəkisi 2,424 qram, tədqiqata sərf edildikdən sonra qalıq 2,324 qramdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmşdır. “Maddi sübut tanıma və saxlanca vermə haqqında” 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinyət işi üzrə alınmış məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 6/224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qalıq çəkisi 2,324 qram narkotik vasitə olan tiryək iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutların saxlanılması anbarında saxlanılması üçün verilmişdir. Materialın aidiyyəti üzrə göndərilməsi barədə 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1-də yaşayan X1 müraciəti əsasında toplanmış material qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik şəxsin xx.xx.2023-cü il tarixli, 14 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik şəxsin xx.xx.2023-cü il tarixli, 13 saylı ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər-burun kökünün qançırı, burun sümüyünün qığırdaq hissəsinin yerdəyişməyən sınığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 12 yanvar 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X3 almış olduğu xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 30 yanvar 2023-cü il tarilxi cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il qərarı ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.3, 181.2.1, 181.2.2, 66.3-cü maddələrinə əsasən, 08 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və həbsdə qaldığı 02 il 09 ay 08 gün müddətində nəzərə alınaraq, qəti olaraq 05 il 03 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən, əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini tapdığı yeri və üzərində olarkən tutulduğu yeri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə yaşadığı ünvana gələn zaman yolun kənarında yerdə 01 ədəd sellofana bükülmüş büküm gördüyünü,həmin büküm marağına səbəb olduğu üçün həmin sellofana bükülmüş bükümü yerdən götürdüyünü və içərisinə açıb baxdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə olan tiryək olmasını gördüyünü, həmin narkotik vasitə olan tiryəki sonra istifadə etmək üçün üzərində olan qara rəngli cins şalvarın arxa cibinə qoyduğunu və yaşadığı ünvana getdiyini, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evdə olan zaman spirtli içki qəbul etdiyi üçün ailə üzvləri ilə mübahisə etdikdən sonra əsəbləşdiyi üçün başını divara vurub, əli ilə evin şüşəsini vuraraq sındırdığını, üstündən bir müddət keçdikdən sonra yaşadığı ünvana polis əməkdaşlarının gəldiyini, ona anası Güldəstənin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyinin məlum olduğunu, polis əməkdaşları evə gələn zaman onun özünün evlərinin yaxınlığında dayandığını, polis əməkdaşlarının onu rayon polis şöbəsinə dəvət etdiklərini, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəldiyini, Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirildiyini, baxış zamanı əynindəki qara rəngli cins şalvarın arxa sol cibində şəffaf sellofanın aşkar edildiyini, polis əməkdaşları sellofanı açdıqda, içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan tiryək aşkar edildiyini göstərmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 fevral 2023-cü il tarixli 5-75-12/2-525/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində qonşular tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Orta təhsillidir, 2 uşaq atasıdır. Şamaxı Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 4(074)-9/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 12 yanvar 2023-cü il tarixdən hesbalanmışdır. X1 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. O, həmin vaxt əsəbi olduğundan şikayət etmiş, hal-hazırda oğlu Təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. X3 ərizəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə mübahisə edən zaman qardaşı Rəşid onu vurub xəsarət yetirdiyindən anası Güldəstə Mustafayeva onun barəsində şikayət etmişdir. Hal-hazırda qardaşı Təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. “Şəxsin cinayət məsuliyyətindən azad edilməklə əməlinə hissəvi xitam verilməsi və sübutların qiymətləndirilməsi haqqında“ 18 mart 2023-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. “Şahidin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şahid X8 ifadəsində 13 yanvar 2023-cü il tarixli ekspert rəyində texniki səhvə yol verildiyini, tədqiqata təqdim edilmiş “üzərində Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,424 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir yazılmalı olduğu halda, tədqiqata təqdim edilmiş “üzərində Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,424 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir sözü yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1079 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Baxış zamanı həbs edilmiş şəxs zədə aldığını bildirmiş, sol bazunun arxa nahiyəsində, sol kürək nahiyəsində bənövşəyi rəngli qançır, qarnın sol səthində 1 (bir) ədəd çapıq toxuma, başın təpə nahiyəsində 1 (bir) ədəd qərtməkli yara aşkar edilmişdir. Şamaxı rayon polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin X15 daxil olarkən tibbi müayinədən keçirilmiş və “Şübhəli və Təqsirləndirilən Şəxslərin Tibbi Müayinə Kitabında” qeyd alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X11 Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1029 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-təpə nahiyəsinin ağımtıl rəngli zərif çapıq toxuması səthi əzilmiş yara izi olub, sol bazunun, kürəyin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı İstintaq Təcridxanasına müraciətindən və müayinədən 4-5 gün əvvələ uyğun ola bilər və istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş təpə nahiyəsinin səthi əzilmiş yarası müxtəlif şəraitlərdə, eləcə də şəxsin özü tərəfindən özünə, sol bazunun, kürəyin qançırları isə kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları ayrı-ayrılıqda araşdırıb, həmin sübutların mümkünlüyünü, mənsubiyyətini və mötəbərliyini qiymətləndirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə), insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və Konstitusiyanın 151ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Hazırkı iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həm ibtidai araşdırmanın ilkin mərhələsində, yəni ilk dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq Şamaxı rayon polis şöbəsində olarkən döyüldüyü, üzərindən aşkar olunan narkotik vasitənin isə ona aid olmadığı, onun cibinə qoyulduğu, həm də ibtidai araşdırmanın sonrakı mərhələsində polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığı üçün məcbur qalıb etirafedici ifadələr verdiyi haqqında məsələ qaldırdığından və sübutlar bazasının məhz bu yolla yaradıldığını bildirdiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə kollegiyası sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırki iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X4rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Həmçinin məhkəmə qeyd etmişdir ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə, Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87ci bənd). Məhkəmə əlavə olaraq göstərmişdir ki, “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Beləliklə, mövcud sübutları qiymətləndirən məhkəmə göstərmişdir ki, ərizəçinin pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir. Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 20 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Həmçinin həmin qərarda Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı da qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda, qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Eyni zamanda həmin qərarda Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır (digər qərarlarla yanaşı bax: “X13rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X10rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002-İX) Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda, sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008). Qeyd edilən işin konkret hallarına gəlincə məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq (bax: yuxarıda qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab etmişdir ki, yuxarıdakı mülahizələr məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilməsi müəyyən edilmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs elan olunun ittiham üzrə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən zəruri sübutlar maddi sübutun (2,424 qram tiryək) aşkar olunduğu xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında prosessual hərəkətin protokolu, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, həmçinin polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələridir. İttiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən və Konvensiyanın 6-cı maddəsinin müddəlarına ibtidai araşdırma dövründə də əməl olunması ilə bağlı, habelə ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adı çəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıbqalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması ilk dəfə şəxs istintaq təcridxanasına qəbul olunarkən keçirilən həkim müayinəsi zamanı da aşkar olunmuş, şəxs həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirmiş, həmin faktlar araşdırılmamış və bu barədə müvafiq qurumlara xüsusi məlumat verilməmişdir. Bu hallar iş materiallarına əlavə olunmuş sənədlərlə təsdiqini tapır və mübahisə doğurmur. Lakin iş materiallarına əlavə edilmiş Şamaxı rayon X21 müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müayinə olundu, onda asmatik hal müəyyən edilmiş, başqa xəsarətlərin olması barədə heç bir qeyd aparılmamışdır. Belə ki, yuxarıda istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə çıxardığı qərarında da qeyd olunmuşdur ki, “polis şöbəsinə aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin şöbədən azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə, bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir. İş materialları ilə müəyyən olunur ki, ibtidai araşdırma dövründə Təqsirləndirilən şəxs döyülməyi ilə bağlı heç bir məlumat vermədiyindən, qeyd olunan xüsusatla bağlı xüsusi olaraq hərtərəfli yoxlama həyata keçirilməmiş, xəsarətlərin necə və hansı şəraitdə alınması ilə bağlı araşdırma aparılmamış, faktiki olaraq hərəkətsizlik nümayiş etdirilmiş, hər bir halda belə bir araşdırmanın getdiyini əks etdirən hər hansı bir qərar iş materiallarına əlavə olunmamışdır. Cinayət işinin materiallarında olan, həmçinin sonradan məhkəmə istintaqı zamanı iş materiallarına əlavə olunmuş sənədlər, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə pis rəftara, təsir və təzyiqə məruz qalması ilə bağlı ciddi narahatlıqlar yaratdığından və sözügedən xüsusatlar ibtidai araşdırma dövründə ətrfalı şəkildə yoxlanılmadığından, bu məsələnin ətraflı şəkildə araşdırılmasına zərurət yaranmışdır. İş materialları ilə baş vermiş hadisələrin xronoloji ardıcıllığından müəyyən olunur ki, Rəşid Eyvazov xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, 2 saylı evdə olarkən anası ilə mübahisə etdiyi üçün anası ondan şikayət etdiyi üçün polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, qaçmağa çalışmamış, ona qarşı polis əməkdaşları tərəfindən güc tətbiq edilməsini əsaslandıracaq heç bir hal baş verməmiş, lakin polis şöbəsinə gətirilməmişdən əvvəl evdə anası ilə mübahisə zamanı başını divara vurmuş və əli ilə şüşəni vurub sındırmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, saat 20:15-dən saat 20:35-dək onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən narkotik vasitə aşkar olunmuş, həmin prosessual hərəkət həyata keçirilən zaman ona ünvanlanan suallara cavab olaraq saxlanılan zaman, polis şöbəsində olduğu müddətdə polis əməkdaşları tərəfindən təsir və ya təzyiqə məruz qalmadığını bildirmiş, çöldə savaşdığını və çıxdıqdan sonra iddiasının olacağını qeyd etmişdir. Daha sonra Rəşid Eyvazov xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılmış və Şamaxı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Rəşid Eyvazov məhkəmə iclasında bədənində olan xəsarətlərlə bağlı məhkəməyə heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Rəşid Eyvazov 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. 3 saylı İstintaq Təcridxanasında müayinədən keçən zaman onun bədənində olan həmin xəsarətlər aşkar olunmuş və sorğu-sual zamanı zədə aldığını bildirmişdir. Məhkəmənin istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə, işgəncəyə məruz qalması ilə bağlı məlumat verdiyindən, həmin xüsusatların araşdırılması üçün şəxsdə aşkar olunan xəsarətlərin döyülmə nəticəsində yaranmasının mümkünlüyü, o cümlədən sözügedən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin mümkünlüyü ilə bağlı məhkəmə istintaqı zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy əldə olunaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1029 saylı rəyində göstərilmişdir ki, R.E.Mustafyevin bədəni üzərində aşkar edilmiş xəsarətlərtəpə nahiyəsinin ağımtıl rəngli zərif çapıq toxuması səthi əzilmiş yara izi olub, sol bazunun, kürəyin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı İstintaq Təcridxanasına müraciətindən və müayinədən 4-5 gün əvvələ uyğun ola bilər və istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş təpə nahiyəsinin səthi əzilmiş yarası müxtəlif şəraitlərdə, eləcə də şəxsin özü tərəfindən özünə, sol bazunun, kürəyin qançırları isə kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə istintaqı zamanı araşdırdığı bütün hallara və sübutlara ayrı-ayrılıqda qiymət verən məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlir və gəldiyi nəticəni də onunla izah edir ki, əvvəla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, 2 saylı evdə olarkən anası ilə mübahisə etdiyi üçün anası ondan şikayət etdiyi üçün polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, qaçmağa çalışmamış, ona qarşı polis əməkdaşları tərəfindən güc tətbiq edilməsini əsaslandıracaq heç bir hal baş verməmiş, lakin polis şöbəsinə gətirilməmişdən əvvəl evdə anası ilə mübahisə zamanı başını divara vurmuş və əli ilə şüşəni vurub sındırmışdır. Lakin təqsirləndirlən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olarkən onda qeyd edilən xəsarətlərdən əlavə sol bazunun, kürəyin qançırları xəsarətlərinin aşkar olması onun fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlməyə əsas verir. Şəxsin həmin xəsarətləri özünə yetirməsi ehtimalı həm də ona görə mümkün deyil ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Şamaxı Rayon Polis Şöbəsinin MSY-də saxlanılmışdır. Ölkə ərazisində olan bütün polis şöbələrində fəaliyyət göstərən MSY-lərdə video müşahidə kameraları quraşdırılmışdır. Əgər belə bir hal vermiş olsaydı, yəqin ki, bu hal MSY-də quraşdırılan video müşahidə kameralarına düşər, ən azından belə bir halın baş verməsi orada fəaliyyət göstərən polis əməkdaşları tərəfindən sənədləşdirilərdi. Cinayət işinin materiallarında isə belə bir halın baş verməsini əks etdirən hər hansı bir sənədləşdirmə mövcud deyildir. Belə olan halda, məhkəmə iş materiallarında olan sübutlara, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, o cümlədən xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyində əks olunanlara əsaslanaraq, Təqsirləndirilən şəxs məhz ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə və təzyiqə, pis rəftara məruz qalması ilə bağlı nəticəyə gəlir. İbtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materialları, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üstüstə düşüb bir-birini tamamladığı üçün əsaslı sayır və ona elan olunan bəraətin əsasına məhz həmin ifadəni qoyur. Ona görə də, məhkəmə kollegiyası CPM-in 21.2 və 145.3-cü maddələrinin müddəalarını əsas götürüb, sözügedən sübut növünü, yəni şəxsin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi yeganə etirafedici ifadələri məhz bu əsasla da mötəbər sübut kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Polis əməkdaşlarının (Şahid1 və Şahid2) həm ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfinin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin ona məxsus olmaması və təsir nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən onların şahid ifadələri cinayət işi üzrə digər sübutlarla birlikdə qiymətləndirilməklə və yalnız həmin sübutlarla üst-üstə düşdükdə və biri digərini tamamladıqda əsaslı sayıla bilər ki, artıq məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təsir və təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlmiş və onun hazırki iş üzrə şahidlər olan polis əməkdaşları ilə üst-üstə düşən ibtidai araşdırma dövründəki ifadələrini əsaslı saymamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Eyni zamanda, cinayət işinin materiallarından və Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən 17:00 radələrində saxlanıldıqdan sonra xidməti avtomobildə polis əməkdaşlarının nəzarəti altında Şamaxı Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, üzərinə həmin tarixdə saat 20:15-də vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunmuşdur. Halbuki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitədən “xilas olmaq” üçün real imkanları olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs yaşadıqları evdə anası ilə mübahisə etdikdən sonra anasının onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verməsindən xəbəri olmuş, o, həmin vaxt evlərindən çıxıb küçədə dayanmış bir qədər sonra isə polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Qeyd edilən hallar sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmədə haqlı şübhələr yaratmışdır. Sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq və Avropa Məhkəməsinin sözügedən qərarında (Layıcov Azərbaycana qarşı) yaratdığı hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs üzərində axtarışın onun saxlanılmasından dərhal sonra həyata keçirilmədiyi mübahisə doğurmur. Qeyd edilməlidir ki, hazırkı halda Təqsirləndirilən şəxs saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 3 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmədə haqlı şübhələr yaratmışdır. Belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (2,424 qram tiryək) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayət edir. CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Təqsirləndirilən şəxs bəraət almış şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2,324 qram narkotik vasitə olan tiryək (Şamaxı rayon polis şöbəsində saxlanılır) və hadisəsinin törədilməsinə aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan 2,324 qram narkotik vasitə olan tiryək (Şamaxı rayon polis şöbəsində saxlanılır) və hadisəsinin törədilməsinə aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə keçirilmiş ekspertizasının dəyəri – 81,00 (səksən bir) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, X5 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar