Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-39/2024 03.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2əqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş və bədən nahiyəsindən yumruqla vuraraq ona qapalı kəllə beyin travması ilə müşahidə olunan başın travması, hemotomaları, sağ və sol bazu nahiyələrinin yuxarı 1/3-nin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ilin sentyabr ayından rəsmi nigahla ailə həyatı qurmuşdur. Həmin evlilikdən bir uşağı vardır. Günayla əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Son zamanlar o cox spirtli içki qəbul etdiyi üçün arvadı ilə aralarında mübahislər olmuşdur. 14 fevral 2024-cü il tarixdə 18 radələrində evin yaxınlığında yerləşən marketdən yarım litrlik araq almış və yolda 200 qramını içmiş, evə gəlmiş, heç kimə heç bir söz deməmiş, sakit şəkildə yataq otağına keçmiş, yerinə uzanmış, sonra isə Günayı yanına çağırmış, bir iki dəqiqə keçdikdən sonra Günay yanına gəlmiş, o isə uzandığı yerdən ayağa qalxıb, Günaya niyə gec gəldin demiş, Günay isə cavab olaraq uşağa yemək hazırladığını və ona niyə içki içirsən demiş, o isə niyə mən səsləyəndə yanıma gec gəlirsən, içki içirəm yaxşı edirəm demiş, sonra isə onlar arasında mübahisə yaranmış, o, əsəbləşdiyi üçün və içkinin təsirindən özünü saxlaya bilməmiş, bir necə dəfə yumruqla Günayın baş və bədən nahiyyəsinə vurmuş, sonra isə onların səsinə anası Şahid onların yataq otağına daxil olmuş, onların arasına girmiş, onu sakitləşdirmiş, sonra isə o evin başqa otağına keçmiş, təxminən bir necə dəqiqə sonra yaşadığı evə polis əməkdaşları yaxınlaşmışdır. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs qarşı yuxarıda qeyd etdiklərindən başqa heç bir qanunsuz hərəkət etməmiş, həmin hadisə onun yaşadığı, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev 51-də yerləşən evdə baş vermiş, baş vermiş hadisə zamanı hadisə yerində o və Zərərçəkmiş şəxs olmuş, onların səsini anası İma Təməzova eşidərək yaxınlaşmış və onları ayırmışdır. Baş verən hadisə təxminən ümumilikdə bir neçə dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hər ailədə olduğu kimi onların da arasında mübahislər olmuş, spirtli içki qəbul edən zaman o özündə olmamış və həmin vaxt içkinin təsirindən arvadı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. X5 yanlış anladığını və özünün Günayı öldürməklə hədələmədiyini bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmaq istəsə də, o razılaşmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ilin sentyabr ayından rəsmi nikahla ailə həyatı qurmuş, həmin evlilikdən bir uşağı vardır. Firuzla münasibətləri yaxşı olmamış, aralarında ədavət, dava-dalaş olmuşdur. Son zamanlar Firuz həddindən artıq spirtli içki qəbul etmiş, bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq etmiş, lakin Firuz spirtli içki qəbul etməyə davam etmişdir. Firuz spirtli içki qəbul edən zaman aralarında mübahisə yaranır, içki qəbul etməyən vaxtlarda aralarında heç bir mübahisə olmur. 14 fevral 2024-cü il tarixdə saat 18 radələrində Firuz spirtli içki qəbul edib evə gəlmiş, Firuzun içkili olduğunu görüb, ona heç bir söz deməmiş, Firuz isə sakit şəkildə yataq otağına keçmiş, bir neçə dəqiqə sonra o yataq otağına keçmiş, Firuzun yataqda uzandığını görmüş, sonra isə evin mətbəxinə gəlmiş, az yaşlı oğlu Həsənə yemək hazırlamış, bu zaman Firuzun onu səslədiyini eşitmiş, o isə cavab olaraq bir iki dəqiqəyə gəlirəm demiş, bir iki dəqiqə keçdikdən sonra Firuzun yanına getmiş, Firuz isə uzandığı yerdən ayağa qalxıb, qışqıraraq niyə gec gəldin, mən səni səsləyəndə yanıma tez gəlməlisən demiş, o isə Həsənə yemək hazırladığını onun üçün gec gəldiyini demiş, Firuz əsəbləşərək üzərinə gəlmiş və onu təhir etməyə başlamış, o, isə Firuza sakit olmasını demiş, Firuz isə üzərinə gələrək onun baş və bədən nahiyəsinə yumruqla bir necə dəfə zərbələr vurmağa başlamış, o, isə qışıraraq yan otaqda olan qaynanası İma Təməzovanı səsləmiş, İma isə onların arasına girmiş və Firuzu sakitləşdirmişdir. O, telefonla Ağdam rayonu Quzanlı kəndində yaşayan qardaşı Anara zəng vurub, Fıruzun onu döyməsini demiş, qardaşı Anar isə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra onların yaşadığı ünvana polis əməkdaşları yaxınlaşmış, o isə Firuz tərəfindən döyülməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu döyməmiş, həmin hadisə yaşadıqları Şamaxı şəhəri, A.Məmmədağa küçəsi ev 51-də yerləşən yaşayış evinədə baş vermiş, həmin orada o, Təqsirləndirilən şəxs olmuş, onların səs-küyünü qaynanası İma Təməzova eşidərək yaxınlaşmış və onları ayırmışdır. Az yaşlı oğlu Həsən isə evin mətbəxində olmuş və onların yanına gəlməmişdir. Baş verən hadisə təxminən ümumilikdə bir neçə dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə baş verən zaman İma Təməzova ona qarşı heç bir qanunsuz hərəkət etməmiş, sadəcə onları ayırmışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs gəlini və Təqsirləndirilən şəxs oğlu olmaqla, onlarla münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Oğlu Təqsirləndirilən şəxs 2012-ci ilin sentyabr ayından rəsmi nigahla Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən bir uşaqları vardır. Son zamanlar oğlu Firuz həddindən artıq spirtli içki qəbul etmiş, bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq etmişlər, lakin Firuz spirtli içki qəbul etməyə davam etmişdir. Firuz spirtli içki qəbul edən zaman evdə mübahisə yaranır, içki qəbul etməyən vaxtlarda evdə hec bir mübahisə olmur. 14 fevral 2024-cü il tarixdə 18 radələrində Firuz spirtli içki qəbul edib evə gəlmiş, onun içkili olduğunu görmüş, Firuza heç bir söz deməmiş, Firuz isə sakit şəkildə yataq otağına keçmiş, o, isə öz yataq otağına keçmişdir. Təxminən 10-15 dəqiqə sonra gəlini Zərərçəkmiş şəxs səsini eşitmiş, tez onların yataq otağına keçmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla vurduğunu və başından tutduğunu görmüş, tez onların arasına girmiş Firuzu sakitləşdirmiş, sonra isə yaşadıqları ünvana polis əməkdaşları gəlmişdir. Həmin hadisə zamanı oğlu Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə onun yaşadığı Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev 51-də yerləşən yaşayış evində baş vermiş, baş vermiş hadisə zamanı hadisə yerində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olmuş, o isə Günayın səsinə gedərək onları ayırmışdır. Baş verən hadisə təxminən ümumilikdə bir neçə dəqiqə ərzində davam etmişdir. Oğlu Təqsirləndirilən şəxs yuxarda qeyd etdiyiklərindən əlavə hərəkətlər etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması barədə” 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. “Baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 18 radələrində, Şamaxı şəhər, A.Məmmədağa küçəsi 51-də arvadı Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı əsəbləşərək yaşadığı evin yataq otağında Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi müəyyən edilmişdir. Baxış zamanı qapalı şəraitində təbii işiqlandırma yolu ilə keçirilmişdir. Hadisə yerində heç bir əşya və ya predmet götürülməməklə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 15 fevral 2024-cü il tarixli, 41 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-qapalı kəllə beyin travması ilə müşahidə olunan başın travması, hematomaları, sağ və sol bazu nahiyələrinin yuxarı 1/3-nin qançırları küt əşya (ola bilsin əl və ayaq zərbələri) təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən qapalı kəllə beyin travması ilə müşahidə olunan başın travması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, hər iki bazuların qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki,vətəndaş Təqsirləndirilən şəxs barəsində qonşuları və ailə üzvləri tərəfindən RİH Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyiə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı-Zərərçəkmiş şəxs-1992-ci il təvəllüdlü və oğlu-X1 2013-cü il təvəllüdlü ibarət ailə tərkibi vardır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-258/24 saylı 27 fevral 2024-cü məktubdan görünür ki, Şamaxı şəhəri, Azərbayçan küçəsi, ev 34-də qeydiyyatda olan və Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, ev 51-də yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhiəsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-260/24 saylı 27 fevral 2024-cü məktubdan görünür ki, Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, ev 51-də yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 mart 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şamaxı rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Xalq Məjhhkəməsinin xx.xx.1996-cı il qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2 maddəsinə əsasən əməyə mütləq cəlb edilməklə şərti azad edilmiş, Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi, 120-ci maddəsinin 1-ci hissəsi, 146-cı maddəsinin 3-cü hissəsi, 38, 39-cu maddələri ilə təqsirli bilinərək 03 il, 03 ay, 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 1-ci hissəsi; 226-1-ci maddəsinin 1ci hissəsi; 146-ci maddəsinin 3-cü hissəsi; 38 və 39-cu maddələri ilə təqsirli bilinərək 04 il, 09 ay, 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci hisəsi, 146-cı, 38 və 39-cu maddələri ilə təqsirli bilinərək 04 il, 09 ay, 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 62-ci maddələri ilə təqsirli bilinərək 06 ay, 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzasının sonu ilə azad edilmiş, Moskva şəhər İzmayılov rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə və 30.000 rubl cərimə cəzasına məhkum edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü il Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü il Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 128, 66.3, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 01 il, 08 ay azdlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cərimə cəzasının ödənilməmiş qalan 1998 manat hissəsində azad edildiyindən qeydiyyatdan çıxarılmış, Şamaxı ayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 67.1, 68.2-ci maddələrinə əsasən 03 il, 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının 06 ay, 20 gün hissəsindən müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-39/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-39/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver