Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-4/2023 26.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs3, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Şamaxı rayonu, Sabir sov. anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu ödənilmiş, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə, Şamaxı rayonu Cabanı kəndi ərazisində yerləşməklə faktiki olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə mülkiyyətlərində olan başqa saxlanc yeri hesab edilən ətrafı dəmir materialdan olan torla hasarlanmış bağ sahəsindəki xeyli miqdarda dəyəri olan ağaclarını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə 08 aprel 2020-ci il tarixdən 10 aprel 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə həmin bağ sahəsinin hasarından aşmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 1500 (min beş yüz) ədəd qoz və badam ağaclarını əkildiyi torpaq sahəsindən çıxararaq gizli olaraq oğurlayıb aparmaqla, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda, cəmi 30000 (otuz min) manat məbləğində özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla Qobustan rayonu ərazisində daşımış, 16 mart 2022-ci il tarixdə saat 17 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təklə kəndi ərazisində mərkəzi yolun kənarında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 18:10 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sol iç qoltuqaltı hissəsindən 01 (bir) ədəd qara rəngli sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 410,5 (dörd yüz on tam onda beş) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 21 may 2022-ci il tarixdə saat 21 radələrində Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində həmin qəsəbə sakini Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı, yumruqla Zərərçəkmiş şəxs3 sifət və sol göz nahiyələrinə qəsdən vuraraq ona hər iki göz orbitalarının və göz altı nahiyələrinin qançırları, hər iki gözün ağlı qişalarına qansızmalar, burun kökünün yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, Şahid6 2018-ci ildən Kolin şirkətində qaynaqçı kimi işləyərkən tanımış, onunla aralarında heç bir ədavəti yoxdur. Vüqarın rayonun Şəhriyar qəsəbəsində həyətyanı sahəsi var. 2021ci ilin fevral ayında Vüqar onun yanına gəlib ona demişdir ki, həyətində qaynaq işi görmək lazımdır. O, da Vüqarla razılaşıb Vüqarın həyətində qaynaq işləri görməyə başlamışdır. Axşamlar Vüqara məxsus Ford maşını ilə evinə getmiş, səhər isə həmin maşınla Vüqargilə gəlmişdir. Onun həyəti üçün dəmir barmaqlıq, qapı düzəltməyə başlamışdır. Vüqargildə işləyərkən görmüşdür ki, Vüqar həyətinə meyvə ağacları əkir. Ona demişdir ki, tanışlarında məhsuldar qoz ağacları vardır, ucuz qiymətə 5 manata verirlər, əgər istəyərsə gətizdirər. O, Vüqarla razılaşdıqdan sonra qərara gəlmişdir ki, tanıdığı Cabanı kəndində yolun kənarında çəpərlənmiş və içərisinə əkilmiş qoz ağaclarını oğurlayıb Vüqara satsın. O, özü əslən Həmyəli kəndindən olduğuna görə kəndə gedərkən həmin ağacların qırmızı rəngdə rəngləndiyini görmüşdür. 07 aprel 2021-ci il tarixdə axşamüstü işi qurtardıqdan sonra Vüqara məxsus Ford avtomobilinə oturub onlardan çıxmış və evinə yola düşmüşdür. Evinə gəlib yemək yedikdən sonra paltarını dəyişib evdən göy rəngində boya və kist götürüb saat 24 radələrində evdən çıxaraq maşına oturub Cabanı kəndinə gələrək həmin məftillə çəpərlənmiş sahənin kənarında maşını saxlayıb düşmüşdür. Sonra məftil cəpərin üstündən keçib sahəyə düşüb orada əkilmiş ağacları əlləri ilə yerdən dartıb çıxartmış və setkadan bayıra atmışdır. Həmin gün hava dumanlı və çiskinli olduğuna, eləcə də karantin müddəti olduğuna görə yolda heç kim olmamışdır. Sonra məftil çəpərdən aşıb sahədən çıxmış və oğurladığı ağacları maşının arxa yük salonuna yığıb 08 aprel 2021-ci il tarixdə saat 06 radələrində oradan evinə gəlmiş və kənarda maşını saxlayıb ağacların üzərində olan qırmızı rəngin üstündən göy rəng vurmağa başlamışdır. Həmin gün saat 08 radələrində maşına oturub Vüqargilə gəlmiş, ağacları ona verib 500 manat pul almışdır. Həmin hadisədən bir neçə gün sonra yenidən Vüqarın maşınını götürüb yenə də evə gedərkən həmin qaydada səhər çağı Cabanı kəndinə gəlib məftil setkanı keçib oradan yenidən ağacları çıxarıb maşına yığmış və Vüqargilə gəlmişdir. Həmin ağacları Vüqara verib 700 manat pul almışdır. Cabanı kəndindəki çəpərlənmiş sahədən iki dəfə Vüqara məxsus maşınla ağac oğurlayaraq Vüqara satmasını, həmin oğurluğu tək etdiyini, Vüqara satdığı ağacların oğurluq olmasını ona bildirmədiyini və oğurladığı ağacların pullarını xərclədiyini, eləcə də həmin yerdən məftil toru oğurlamadığını və bundan xəbəri olmadığını bildirmişdir. O, son 5-6 il ərzində müəyyən fasilələrlə narkotik vasitə olan “marixuana”dan istifadə etmiş, 2021-ci ilin təxminən noyabr ayında Şamaxı rayonu ərazisindən kəçən Pirsaat çayının kənarında olan zaman yerdə sellofan torba diqqətini çəkmişdir. Maraq üçün sellofan torbanı götürüb açıb içərisinə baxanda görmüşdür ki, onun içərisində yaşıl rəngdə qurudulmuş formada maddə var. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin torba bükümün içərisində olan maddəni iylədikdə, ona məlum olmuşdur ki, həmin sellofan bükümün içərisindəki maddə narkotik vasitə olan “marixuanadır”. O, özü istifadə etmək üçün dərhal həmin sellofan bükülünü bağlayıb sol qoltuqaltı hissəsində gizlətmişdir. Sonra da yaşadığı evə gəlmiş və ailə üzvləri bilməsin deyə içərisində narkotik vasitə marixuana olan qara rəngli torbanı öz yataq otağında saxlamışdır. Arada bir o, həmin narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 16 mart 2022-ci il tarixdə, saat 16 radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getməli olmuş və ailə üzvləri yataq otağında gizlətdiyi qara rəngli sellafon torbanı görməsinlər deyə özü ilə aparmaq qərarına gəlmiş və həmin torbanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç qoltuqaltı hissəsində gizlətmişdir. Şamaxı şəhərindən Bakı şəhərinə gedən taksiyə əyləşib yola düşmüşdür. Saat 17 radələrində Qobustan rayonunda olarkən taksi sürücüsü əlavə müştəri götürmək üçün, Qobustan rayonu Təklə kəndi ərazisində avtomobili saxlamışdır. O, iz itirməkdən ötrü qərara gəlmişdir ki, bu taksidən enib başqa bir taksi ilə yolun qalan hissəsini getsin. Taksidən düşüb yolun kənarında dayanıb başqa taksi gözləyən zaman, bir neçə polis əməkdaşı yaxınlaşıb özlərini ona təqdim edib, sol sinə hissənin şişmiş vəziyyətdə olmasını deyərək orada nə olmasını ondan soruşmuşlar. O, onlara demişdir ki, sol qoltuqaltı hissəsində sellafon torba var, ona görə şiş görsənir. Onlar cavabında onun narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onun şübhəli şəxs kimi tutulduğu bildirilmiş və onun razılığı ilə hüquqlarının müdafiəsi üçün vəkil, həmçinin tanımadığı iki nəfər şəxsi hal şahidi kimi dəvət etmişlər və üzərində Qobustan RPŞ-də xidməti otaqların birində axtarış aparılmağa başlanmışlar. Axtarış zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyini təklif etmişlər, bu vaxt o, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsində gizlətdiyi 01 ədəd qara rəngli içərisində narkotik vasitə “marixuana” olan sellafon torbanı təqdim edib həmin narkotik vasitəni öz şəxsi istafədəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 435 qram təşkil etmişdir. Sonradan bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək, protokol doğru yazıldığı üçün o, da imza etmişdir. O, əvvəllər də hardansa tapanda narkotik vasitə istifadə etmiş, o, heç kimdən narkotik vasitə almamışdır. O, narkotik vasitəni taparkən yanında kənar şəxs olmamışdır və onu kimsə görməmişdir. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. O, ancaq narkotik vasitə istifadə edir, narkotik vasitənin aludəçisidir. O, heç vaxt narkotik vasitə satmamışdır. O, narkotik vasitə saxlamağı və istifadə etməyi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə dəki tanışlarına heç vaxt bildirməmişdir. Bu barədə onların məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş mobil telefonunda ***-***-**-** saylı mobil nömrə vardır. Həmin nömrəni o, daima istifadə etmişdir. Zərərçəkmiş şəxs3 onun həmkəndlisi olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 21 may 2022-ci il tarixdə, təxminən saat 20 radələrində yaşadığı ünvanda olan zaman qardaşı Şahid10 yanına gəlib, 19 may 2022-ci il tarixdə kəndin iri buynuzlu heyvanlarını otaran X1 otardığı iribuynuzlu heyvanların birinin ayağını sındırmasını iribuynuzlu heyvanın sahibinə deməsini, heyvanın sahibi Mirzə adlı həmkəndlilərinin buna görə də heyvanın pulunu istəməsini demişdir. Bundan sonra məsələni aydınlaşdırmaq üçün qardaşı Elşən ilə birlikdə Zərərçəkmiş şəxs3 evinə getmişlər. Həmin ünvana çatıb, X1 fərdi yaşayış evinin küçə qapısını döydükdən sonra İsabala küçəyə çıxıb, nə lazım olduğunu soruşmuş, İsabalaya Ramili çağırmasını, sonuncuya sözünün olduğunu demiş, lakin İsabala Ramilin evdə olmadığını nə sözü varsa deməyini istəmişdir. O, İsabalaya oğlu Ramilin qardaşı Elşənin Mirzə adlı şəxsin bir baş iribuynuzlu heyvanının ayağını sındırmasını harada gördüyünü, bunu necə sübut edə biləcəyini soruşmaq istədiyini demiş, həmin vaxt İsabala onunla mübahisə edib, acıqlı danışaraq evinin qarşısından getməklərini tələb etmiş, onları qovmuşdur. Mübahisə zamanı İsabalanın onunla bu formada kobud danışmasından əsəbləşib, onun sifət nahiyəsinə iki dəfə sağ əli ilə yumruq zərbəsi vurmuş və daha sonra Elşənlə birlikdə hadisə yerindən uzaqlaşıb, yaşadığı ünvana getmişdir. Etdiyi əmələ görə peşmandır, həmin vaxt əsəbi olduğu üçün İsabalaya yumruq zərbəsi vurub xəsarət yetirmişdir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs3 qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə zamanı hadisə yerində ondan, Zərərçəkmiş şəxs3 və qardaşı Şahid10 başqa heç kim olmamışdır. Baş vermiş hadisə təxminən iki-üç dəqiqə ərzində davam etmişdir. Baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs3 ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs3 sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi vurmuş olsa da, lakin onu təhqir etməmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs3 ilə barışmışdır. Buna görə də, cinayət işinin həmin hissədə icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, Şamaxı rayonu, İİ Cabanı kənd ərazisində dostu Zərərçəkmiş şəxs2 və ona məxsus təxminən 40 hektar torpaq sahəsi vardır. 2018-ci ildə həmin bağ sahəsi onların tərəfindən dəmir məftillə hasarlanmış və həmin sahədə çoxlu sayda qoz və badam ağacları əkilmişdir. Bakı şəhərində yaşadıqları üçün bağlarına Şamaxı rayonu, İİ Cabanı kənd sakini, qonşuluqda yaşayan Şahid8 Xəlgülla oğlu nəzarət emişdir. Onlar da vaxtaşırı Bakı şəhərindən gəlib bağa nəzarət həyata keçirmişlər. 10 aprel 2020-ci il tarixdə Şahid8 ona zəng edib bağlarının məftil hasarının bir hissəsinin kəsildiyi və bağdan ağaclarının çıxarılaraq oğurlandığını demişdir. O, Oktaya baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etməyini demişdir. Növbəti gün o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Şamaxı rayonuna gəlmişlər və onlar bağlarına baxış keçirmişlər. Həmin vaxt bağlarından təxminən 300 ədəd badam və qoz ağaclarının çıxarılıb aparıldığını müəyyən etmişlər. Bundan sonra Şamaxı rayon polis şöbəsinə getmişlər və baş vermiş hadisə ilə bağlı onlardan izahat almışlar və Bakı şəhərinə qayıtmışlar. Bir neçə gün sonra Oktay yenidən ona zəng edib bağlarından yenidən ağacların oğurlandığını bildirmişdir. Onlar Şamaxı rayonuna gəlmişlər, bu dəfə bağın məftil hasarının bir hissəsinin dağıdılaraq aparıldığını, yenidən çoxlu sayda badam və qoz ağaclarının oğurlandığını görmüşlər. Bu qaydada 2020-ci ilin aprel ayında bir neçə dəfə onlara məxsus bağ sahəsindən təxminən 1500 ədəd badam və qoz ağacları aparılmışdır. Bağ sahələrindən ağacların və dəmir məftilli hasarın oğurlanması nəticəsində onların hər birinə 15000 manat məbləğində ziyan vurulmaqla ona və Elxana ümumilikdə 30000 manat məbləğində maddi ziyan vurulmuşdur. Baş vermiş oğurluq faktı ilə bağlı Şamaxı rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və iş müstəntiq Ramiz Mecdunovun icraatına verilmişdir. İlkin istintaq zamanı Ramiz Mecdunov ondan ifadə alsa da, zərərçəkmiş şəxs olduğuna baxmayaraq bir dəfə də olsun istintaq hərəkətlərində iştirak etmək üçün dəvət olmunmamışdır. 2020-ci ildə hazırda xatırlamadığı tarixdə Şamaxı rayon məhkəməsindən ünvanına məhkəməyə gəlməyi barədə bildiriş daxil olmuşdur. Müəyyən edilmiş vaxtda Şamaxı rayon məhkəməsinin iclasında iştirak etməyə gəldikdə ona məlum olmuşdur ki, onun və Elxanın adından bütün protokollar və qərarlar, o cümlədən adlarından olara dəymiş maddi ziyanın tam olaraq ödənilməsi barədə ərizə saxtalaşdırılmışdır. Məhkəmənin hazırlıq iclasında bu barədə dedikdən sonra hakim tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan adlarından icra edilmiş bütün prosessual sənədlərdəki imzalar saxtalaşdırılmışdır. Bu səbəbdən məhkəmənin qərarı ilə cinayət işinə baxılmasına xitam verilmiş və iş Şamaxı rayon prokuroruna qaytarılmışdır. Bağlarından oğurlanmış ağaclar 2-3 illik badam və qoz ağacları olmuşdur, hər bir ağacın gövdəsi qırmızı rəngli boya ilə boyanmışdır. Bağlarından oğurlanmış hər bir ağacı 17 manata satın alınmışdır, lakin onlara edilmiş aqrotexniki qulluq nəzərə alındıqda hər bir ağac onlara 20 manata başa gəlmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Şamaxı rayonu, İİ Cabanı kəndi ərazisində dostu Zərərçəkmiş şəxs1 və ona məxsus təxminən 40 hektar torpaq sahələri vardır. 2018-ci ildə həmin bağ sahəsi onlar tərəfindən dəmir məftillə hasarlanmış və həmin sahədə çoxlu sayda qoz və badam ağacları əkilmişdir. Bakı şəhərində yaşadıqları üçün bağlarına nəzarəti Şamaxı rayonu, İİ Cabanı kənd sakini qonşuluqda yaşayan Şahid8 Xəlgülla oğlu etmişdir. Onlar da vaxtaşırı Bakı şəhərindən gəlib bağa nəzarəti həyata keçirmişlər. 10 aprel 2020-ci il tarixdə Şahid8 ona zəng edib bağlarının məftil hasarının bir hissəsinin kəsildiyi və bağdan ağacların çıxarılaraq oğurlandığını demişdir. O, Oktaya baş vermiş oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etməyini demişdir. Növbəti gün o, Zərərçəkmiş şəxs1lə Şamaxı rayonuna gəlmiş və onlar bağlarına baxış keçirmişlər. Həmin vaxt bağlarından təxminən 300 ədəd badam və qoz ağaclarının çıxarılıb aparıldığını müəyyən etmişlər. Bundan sonra Şamaxı rayon polis şöbəsinə gedib baş vermiş hadisə ilə bağlı izahat vermişlər və o, Nizami ilə Bakı şəhərinə qayıtmışdır. Bir neçə gün sonra Oktay yenidən ona zəng edib bağlarından yenidən ağacların oğurlandığını bildirmişdir. Onlar Şamaxı rayonuna gəlmişlər. Bu dəfə bağın məftil hasarının bir hissəsinin dağıdılaraq aparıldığını, yenidən çoxlu sayda badam və qoz ağaclarının oğurlandığını görmüşlər. Bu qaydada 2020-ci ilin aprel ayında bir neçə dəfə onlara məxsus bağ sahəsindən təxminən 1500 ədəd badam və qoz ağacları aparılmışdır. Bağ sahələrindən ağaclarının və dəmir məftilli hasarın oğurlanması nəticəsində hər birinə 15000 manat məbləğində ziyan vurulmaqla ona və Nizamiyə ümumilikdə 30000 manat məbləğində maddi ziyan vurulmuşdur. Baş vermiş oğurluq faktı ilə bağlı Şamaxı rayon polis şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və iş müstəntiq Ramiz Mecdunovun icraatına verilmişdir. İlkin istintaq zamanı Ramiz Mecdunov ondan ifadə alsa da, zərərçəkmiş şəxs olduğuna baxmayaraq bir dəfə də olsun istintaq hərəkətlərində iştirak etmək üçün dəvət olmunmamışdır. 2020-ci ildə hazırda xatırlamadığı tarixdə Şamaxı rayon məhkəməsindən ünvanına məhkəməyə gəlməyi barədə bildiriş daxil olmuşdur. Müəyyən edilmiş vaxtda Şamaxı rayon məhkəməsinin iclasında iştirak etməyə gəldikdə ona məlum olmuşdur ki, onun və Zərərçəkmiş şəxs1 adından bütün protokollar və qərarlar, o cümlədən adlarından onlara dəymiş maddi ziyanın tam olaraq ödənilməsi barədə ərizə saxtalaşdırılmışdır. Məhkəmənin hazırlıq iclasında bu barədə dedikdən sonra hakim tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, cinayət işinin materiallarında olan adlarından icra edilmiş bütün prosessual sənədlərdəki imzalar saxtalaşdırılmışdır. Bu səbəbdən məhkəmənnin qərarı ilə cinayət işinə baxılmasına xitam verilmiş və iş Şamaxı rayon prokuroruna qaytarılmışdır. Bağlarından oğurlanmış ağaclar 2-3 illik badam və qoz ağacları olmuşdur, hər bir ağacın gövdəsi qırmızı rəngli boya ilə boyanmışdır. Bağlarından oğurlanmış hər bir ağacı 17 manata satın alınmışdır, lakin onlara edilmiş aqrotexniki qulluq nəzərə alındıqda hər bir ağac onlara 20 manata başa gəlmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndli olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 21 may 2022-ci il tarixdə, təxminən saat 21 radələrində Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən evində olarkən həyat yoldaşı Şahid11 evə daxil olub, küçə qapısının döyüldüyünü demiş, qapını döyən şəxsin kim olduğunu bilmək üçün həyətə çıxıb, küçə qapısını açdıqdan sonra küçədə olan şəxslərin Təqsirləndirilən şəxs ilə qardaşı Şahid10 olmasını görüb, nə lazım olduğunu onlardan soruşmuşdur. Taleh onu görən kimi ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Talehdən niyə görə onu söydüyünü soruşsa da, Taleh onu təhqir etməyə davam edərək mübahisə etməyə başlayıb, kəndin heyvanlarını otaran oğlu Ramil Qasımovu soruşmuşdur. Bundan sonra Talehə Ramilin harada olmasından məlumatının olmadığını deyib, Ramili nə üçün axtardığını soruşmuşdur. Taleh cavabında söyüşlər söyərək Ramilin kənd sakinlərinin iri buynuzlu heyvanları otaran zaman qardaşı Elşənin kənd sakinlərinin birinin iri buynuzlu heyvanının ayağını sındırması barədə yalan danışmasını, buna görədə qardaşı Elşənin cərimə olaraq heyvanı alıb verməsini bildirib, niyə görə Ramilin yalan danışmasını soruşub, onu təhqir etməyə davam etmişdir. Talehdən söyüş söyməməsini, evinin qarşısından getməsini tələb etmiş, lakin Taleh söyüşlərinə davam edib, gözləmədiyi anda sifət nahiyyəsinə iki dəfə yumruq zərbəsi vurmuşdur. Taleh onu yumruqla vurduqdan sonra Elşənlə birlikdə qaçaraq hadisə yerindən uzaqlaşmışlar, sifət nahiyyəsindən qan axdığı və ağrılar olduğu üçün həyətə daxil olmuşdur. Bundan sonra həyat yoldaşı Şahid11 evdən həyətə çıxan zaman sifət nahiyyəsindən qan axdığını görüb, nə olduğunu soruşmuşdur. O, sifətini yuduqdan sonra hadisə barədə Cəmiləyə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra oğlu Əhəd Qasımov yaşadıqları ünvana gəlib, hadisədən məlumatı olduqdan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları yaşadığı ünvanda olarkən Talehin onu döyməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu döyməmişdir. Həmin hadisə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən yaşadığı evin qarşısında, küçədə baş vermişdir. Baş verən hadisə zamanı hava artıq qaranlıq olduğundan hadisə yerində ondan başqa Təqsirləndirilən şəxs və Şahid10 olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə üçbeş dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə söyüb-təhqir etmiş, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, 2020-ci ilin aprel ayında o, işsiz olmuş və onunla 2-ci Cabanı kəndində qonşuluqda yaşan Zərərçəkmiş şəxs2 kənd ərazisində qoz və badam ağaclarından ibarət bağ sahəsi salmışdır və o, həmin bağ sahəsinə qeyri rəsmi olaraq nəzarət etmişdir. Qoz bağı 2 massivdədir, 23 ha və 13 ha olmaqla onların kəndindən texminən 2 km kənarda yerləşir, badam bağı isə 8 ha olmaqla kənddən 4 km kənarda yerləşir. Həmin bağ sahələri Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olmaqla bağ sahəsinin hər bir tərəfi bütövlükdə dəmir torla əhatə olunmuşdur. Hər gün o, bağda gözətçı işləyən Şahid7 ilə telefon əlaqəsi saxlamışdır. Şahid7 asiləsi ilə birgə bağın içərisində olan gözətçilər üçün nəzərdə tutulan evdə yaşayır və bağa nəzarət edirdi. 08 aprel 2020-ci il tarixdə hava şəraitnin dumanlı və qarlı olduğunu görüb, həmçinin Şahid7 orada olmasına görə ona arxayın olduğu üçün bağa getməsə də, mütəmadi olaraq telefonla Rasimlə əlaqə saxlayaraq bağda hər şeyin qaydasında olması ilə maraqlanmışdır. Nəhayət 09 aprel 2020ci il tarixdə, saat 16 radələrində o, bağa gedib Rasimlə birlikdə bağa nəzarət etmək üçün gəzərkən görmüşdür ki, bağın yoldan kənarda görünməyən hissəsində bir adam keçmək üçün dəmir tor kəsilib. Daha sonra bağa baxdıqda müəyyən ettmişdir ki, təxminən 300 ədəd 1 və 2 illik qoz ağacı, 10 ədəd isə 1 və 2 illik badam ağacı çıxarılıb aparılmışdır. Həmçinin həmin ağaclardan təxminən 20-30 ədədi yerə düşüb qalmışdır. O, oğurluq olmasını başa düşüb kənd icra nümayəndəsinə, bağ sahiblərinə, eləcə də kəndin polis sahə rəisinə zəng vuraraq məlumat vermişdir. Səhəri günü, yəni 10 aprel 2020-ci il tarixdə isə DİN-nin 102 xidmətinə zəng vuraraq bu hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə barədə bağ sahibləri olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da, məlumat vermiş, onlar da Bakı şəhərindən kəndə gəlib bağa baxaraq həqiqətən də, oğurluq olmasını görmüşlər. Bundan sonra yəni, 13 aprel 2020-ci il tarixdə, saat 15 radələrində bağın gözətçisi Şahid7 ona zəng vuraraq bildirmişdir ki, bağları gəzib yoxlayan zaman kənddən 4 km kənarda olan badam bağının kənarına çəkilmiş məftil çəpərin 120 metr hissəsi naməlum şəxslər tərəfindən oğurlanmışdır. O, da bu barədə Nizami Quliyevə və Zərərçəkmiş şəxs2 demişdir. Birlikdə bağa gedib baxdıqda görmüşlər ki, həqiqətən də bağın kənarına çəkilmiş məftil çəpərin 120 metr hissəsi açılaraq oğurlanmışdır. Ondan sonra o, bu hadisə barədə də DİNnin 102 xidmətinə məlumat vermiş, eləcə də sonra Şamaxı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmüşdür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus bağdan oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Baş vermiş oğurluqlar nəticəsində onun nəzarət etdiyi 2-ci Cabanı kəndində yerləşən 44 hektar qoz və badam bağından ümumilikdə 1500 ədəd ağac və 120 metr dəmir tor oğurlanmışdır. O, bildiyinə görə qoz və badam ağaclarının hər biri 20 manat dəyərində başa gəlmişdir. Daha doğrusu o, işə qəbul olunan zaman artıq bağ salınmışdı və bu səbəbdən də, qiymətlər barədə dəqiq fikir bildirə bilmir, lakin onu qeyd edə bilər ki, keçən il qurumuş ağacların əvəzinə bu ilin mart ayında 1400 ədəd yeni qoz ağacları alınıb əkilmişdi. Həmin ağaclar da aşağı hissədən 20 sm gövdəsi qırmızı kraska ile rənglənmişdi. Oğurlanan ağacların əksəriyyəti həmin rənglənmiş ağaclardandır. Hemçinin o, bildiyinə gorə məftil çəpərin hər bir metrinin qiyməti 4 manatdır. Belə ki, məftil çəpərin oğurluğu nəticəsində 480 manat ziyan vurulmuşdur. Bağ sahiblərinə 1500 ədəd qoz və badam ağaclarının oğurlanması nəticəsində 30000 manat dəyərində ziyan dəymişdir. Onun heç kəslə düşmənçiliyi yoxdur və kənd sakinləri hamısı bilir ki, hamin bağ sahələrinə o, nəzarət edir, lakin oğurluq olduqdan sonra o, daxil hər kəs bilmişdir ki, bağdan oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, Qobustan rayonu Ərəbqədim kəndində yaşayır. Özü də, hal-hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2019-cu ilin noyabr ayından Şamaxı rayon 2-ci Cabanı kəndinin yaxınlığında salınmış qoz və badam ağaclarından ibarət bağ sahəsində gözətçilik edir və ailəsi ilə birgə bağın içərisində olan gözətçilər üçün nəzərdə tutulan evdə yaşayırdı. Qoz bağı 2 massivdədir, 23 ha və 13 ha olmaqla 2-ci Cabani kəndindən təxminən 2 km aralıda yerləşir. Badam bağı isə 8 ha olmaqla kənddən 4 km aralıda yerləşir. Həmin bağ sahələri Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin bağa nəzarət etdiyinə görə ona hər ay 300 manat pul verirmişlər. Həmin bağ sahəsi bütövlükdə dəmir setka ilə əhatə olunmuşdur. 08 aprel 2020-ci il tarixdə hava şəraitnin dumanlı və qarlı olduğunu görüb o, bağa girib nəzarət etməmişdir. Daha doğrusu arxayın olmuşdur ki, bağda heç bir xoşagəlməz hadisə baş verməz. 09 aprel 2020-ci il tarixdə, saat 16 radələri olardı Oktay bağa gəlmiş və onlar birlikdə bağı gəzərkən görmüşlər ki, bağın yoldan aralıda görünməyən yerində bir adam keçmək üçün setka kəsilmişdir. Bağa baxdıqda müəyyən etmişlər ki, təxminən 300 ədəd 1 və 2 illik qoz ağacı, 10 ədəd isə 1 və 2 illik badam ağacı çixarılıb aparılmışdır. Həmçinin həmin ağaclardan təxminən 20-30 ədədi yerə düşüb qalmışdır. Sonra onlar oğurluq olmasını başa düşdükləri üçün Oktay kənd icra nümayəndəsinə, bağ sahiblərinə, eləcə də kəndin polis sahə rəisinə zəng vuraraq məlumat vermişdir. Həmçinin Oktay da bu hadisə barədə Nizami Quliyevə və Zərərçəkmiş şəxs2 məlumat verdikdən sonra onlar da Bakı şəhərindən kəndə gəlib bağa baxaraq həqiqətən də oğurluq olmasını görmüşlər. Bundan sonra, yəni 13 aprel 2020-ci il tarixda saat 15 radələri olardı bağları gəzib yoxlayan zaman kənddən 4 km aralıda olan badam bağının kənarına çəkilmiş məftil çəpərin 120 metrinin naməlum şəxslər tərəfindən oğurlanmasını görmüş və tez Oktaya zəng vuraraq demişdir. Oktay da bu barədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 demişdir. Onlar birlikdə bağa gedib baxdıqda özləri də görmüşlər ki, həqiqətən də bağın kənarına çəkilmiş məftil çəpərin 120 metri açılıb oğurlanib. Ondan sonra Oktay bu hadisə barədə də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus bağdan oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Baş vermiş oğurluqlar nəticəsində onun gözətçi işlədiyi 2-ci Cabanı kəndində yerləşən 44 hektar qoz və badam bağından ümumilikdə 1500 ədəd ağac və 120 metr dəmir tor oğurlanmışdır. O, bildiyinə gorə qoz və badam ağaclarının hər biri 20 manat dəyərində başa gəlmişdir. Daha doğrusu o, işə qəbul olunan zaman artıq bağ salınmışdı və bu səbəbdən də qiymətlər barədə dəqiq fikir bildirə bilməz, lakin onu qeyd edə bilər ki, keçən il qurumuş ağacların əvəzinə bu ilin mart ayında 1400 ədəd yeni qoz ağacları alınıb əkilmişdi. Həmin ağaclar da aşağı hissədən 20 sm gövdəsi qırmızı kraska ile rənglənmişdi. Oğurlanan ağacların əksəriyyəti həmin rənglənmiş ağaclardandır. Həmçinin o, bildiyinə gorə məftil çəpərin hər bir metrinin qiyməti 4 manatdır. Belə ki, məftil çəpərin oğurluğu nəticəsində 480 manat ziyan vurulmuşdur. Bağ sahiblərinə 1500 ədəd qoz və badam ağaclarının oğurlanması nəticəsində 30000 manat dəyərində ziyan dəymişdir, belə ki, hər bir oğurlanmış ağacın qiyməti 20 manat dəyərindədir. Kənd sakinləri hamısı bilir ki, hamin bağ sahələrinə o, gözətçilik edir, lakin oğurluq olduqdan sonra o, daxil hər kəs bildi ki, bağdan oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, 2018-ci ildə Şamaxı rayonu Həmyəli kəndi ərazisndə yerləşən “Kolin” şirkətində sürücü kimi işləmişdir, həmin vaxt orada qaynaqçı işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş və münasibətləri daima yaxşı olmuş, aralarında dava-dalaş və ədavət olmamışdır. Onun rayonun Şəhriyar qəsəbəsində torpaq sahəsi var və həmin sahənin ətrafları açıq olduğu üçün Talehlə danışmışdır ki, həmin yerin ətraflarına dəmir reşotka və qapı düzətsin və bu məqsədlə təxminən 2020-ci ilin fevral ayından Taleh sahədə işləməyə başlamışdır. Talehin torpaq sahəsinin ətrafına dəmir reşotka çəkdiyi vaxtlarda o, torpaq sahəsinə ağac əkməyə başlamışdır, həmin vaxt Taleh ona bildirmişdir ki, tanışlarında yaxşı məhsuldar qoz və badam ağacları vardır və ucuz qiymətə verirlər əgər istəsən deyərəm gətirərlər və o, Talehlə ağacın bir ədədini 5 manata razılaşmış və bildirmişdir ki, ona 300 ədəd ağac lazımdır. Bundan bir iki gün sonra Taleh özünə məxsus köhnə vaz 21011 markalı avtomobili ilə avtomobilin arxa yük salonunda ştil qoz ağaclarını gətirmiş və o, həmin ağac şitillərini sayarkən 200 ədəd olduğunu müəyyən etmiş və Talehə 500 manat pul verərərk pulun qalan hissəsini yavaş-yavaş verəcəyimi demişdir. Taleh onunla razılaşaraq çıxıb getmişdir. Daha sonra o, həmin Talehdən aldığı ağacları sahəsinə əkməyə başlamış və görmüşdür ki, sahədə boş yer qaldı və yenidən Talehə bildirmişdir ki, ona ağac lazımdır. Taleh isə qısa zamanda ağac gətirəcəyinə söz vermiş və elə həmin günün səhəri Taleh yenə özünə məxsus 21011 markalı avtomobili ilə ona dəqiq sayı yadında olmasa da, 100-dən çox ağac gətirmiş və həmin ağacları sahəsinə boşaltdıqdan sonra o, Talehə 700 manat pul vermişdir. Bundan sonra da müxtəlif vaxtlarda o, Talehə 20-50 manat pul verirdi, çünki Taleh onun üçün həyətinə dəmir reşotka və qapı düzəltmişdir. Talehdən aldığı ağacları torpaq sahəsinə əkmiş, o, həmin ağacların oğurluq olmasını bilməmiş, çünki həmin ağacları Taleh ona aşkar şəraitdə gətirməklə yanaşı eyni zamanda gündüz vaxtlarında gətirmiş, lakin sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin ağacları rayonun 2-ci Cabanı kəndində olan qoz və badam bağından oğurlayıbmış. O, Talehdən alaraq torpaq sahəsinə əkdiyi qoz və badam ağaclarının oğurluq olmasını bilməmiş, çünki Taleh həmin ağacları tanışlarından almasını bildirmişdir, buna görə də, o, heç düşünməmişdir ki, Taleh ona oğurluq ağac gətirər, əgər ağacların oğurluq olduğunu bilsəydi almazdı. O, Təqsirləndirilən şəxs ağacları alan zaman ağacların gövdəsində göy rəngli boya olmuşdur. O, ağacları Təqsirləndirilən şəxs hansı formada almışdırsa o formada da, yəni gövdəsi göy rəngli boya ilə də əkmiş və hər-hansı digər rənglə rəngləməyi ehtiyac bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə “Təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmr tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri CAB-ın rəisi Şahid5, CAB-ın əməliyyat müvəkkilləri, Şahid2, Şahid3, Şahid9 və o, 16 mart 2022-ci il tarixdə, saat 17 radələrində Qobustan rayonu Təklə kəndi ərazisində Təqsirləndirilən şəxs saxlayaraq sonuncuya narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını onun diqqətinə çatdırmışlar. Təqsirləndirilən şəxs heçbir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Tofiq Seyidov, hal şahidləri və onların iştirakları ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən öncə təhqiqatçı Talehə təklif etmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Taleh bundan sonra əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən 01 ədəd qara rəngli sellafon torbanı çıxardıb təqdim etmiş və bildirmişdir ki, həmin torbada narkotik vasitə olan “marixuana” var. O həmin içərisində narkotik vasitə olan sellafon torbanı 2021-ci ilin noyabr ayında Şamaxı rayonunda Pirsaat çayının kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmişdir. Onun üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir, baxış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın istifadəsi ilə məşğul olur, lakin onun narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid9, Şahid5, Şahid3 və Şahid2 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, onlar ifadələrində məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, Şamaxı rayonu Sabir qəsəbə sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsiqərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 16 mart 2022-ci il tarixdə, saat 17 radələrində Qobustan şəhəri ərazisində “Kapital” bankın qarşısında olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Şamaxı rayonu Sabir qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-nə gətirildiyini, üzərinə axtarış keçirələcəyini və onun da həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞ-nə gəmişdir. Bundan sonra RPŞ-də müdafiəçi Tofiq Seyidov, digər hal şahidi Şahid12 İmamverdi oğlu, polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol iç qoltuqaltı hissəsindən 01 ədəd qara rəngli sellafon torbanı çıxardıb təqdim etmiş və bildirmişdir ki, həmin torbada da narkotik vasitə olan “marixuana” var. O, həmin içərisində narkotik vasitə olan sellafon torbanı 2021-ci ilin noyabr ayında Şamaxı rayonunda Pirsaat çayının kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmişdir. Sonradan onun üzərinə şəxsi axtarış keçirilsədə, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir münasibəti olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid12 İmamverdi oğlu məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində iş üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Şahid10 qardaşı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə ioclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla, həmin şəxslə hər zaman münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. 21 may 2022-ci il tarixdə, təxminən saat 20 radələrində Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən evinin həyətində olarkən qapının döyüldüyünü eşidib evə daxil olub, həyat yoldaşı Zərərçəkmiş şəxs3 küçə qapısının döyüldüyünü demiş, qapını döyən şəxsin kim olduğunu bilmək üçün həyat yoldaşı həyətə çıxmış, küçə qapısını açdıqdan sonra küçədə olan şəxslərin Təqsirləndirilən şəxs ilə qardaşı Şahid10 olmasını görüb həyətdən bayıra çıxmış və bir neçə dəqiqə sonra həyat yoldaşı Zərərçəkmiş şəxs3 evə gəlmiş və onun üz və burun nahiyyəsindən qan axdığını görüb nə olmasını, kim tərəfindən döyülməsini soruşmuş, Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, “həmkəndlisi Təqsirləndirilən şəxs onu vurub qaçdı”. Bundan bir neçə dəqiqə keçdikdən sonra oğlu Əhəd Qasımov yaşadıqları ünvana gəlib, hadisədən məlumatı olduqdan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları yaşadığı ünvanda olarkən Talehin onu döyməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, onu döyməmiş, Taleh onu vurduqdan sonra oradan qaçıb getmişdir. Həmin hadisə Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən yaşadıqları evin qarşısında, küçədə baş vermişdir. Baş verən hadisə zamanı hava artıq qaranlıq olduğundan hadisə yerində həyat yoldaşı Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid10 olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 141 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər – hər iki göz orbitalarının və göz altı səthiyyələrin qançırları, hər iki gözün ağlı qışalarına qansızmalar, burun kökünün yarası küt əşya təsirindən törənməklə qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs3 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə icraatına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, həmin hissədə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə icraatına xitam verilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-4/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-4/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver