Məhkəmə qərarları › İş №1(074)-4/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-4/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-4/2025 28.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 18 may 1954-cü ildə Şamaxı rayonu, Məlikçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair yalan məlumatlar yayaraq özü haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb etibar qazanmaqla özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün ona müraciət edən Ağsu rayonu Xanbulaq kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunu nəvəsi Şahid4 əlilliyə görə əvvəllər verilmiş təqaüdü bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, bu məqsədlə 13 may 2023cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs1 aldığı 1100 (min yüz) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair yalan məlumatlar yayaraq özü haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb etibar qazanmaqla özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün ona müraciət edən Ağsu rayonu Xanbulaq kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunu əlilliyə görə əvvəllər almış olduğu təqaüdü bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, bu məqsədlə 13 may 2023cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının həyətində Zərərçəkmiş şəxs2 aldığı 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair yalan məlumatlar yayaraq özü haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb etibar qazanmaqla özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün ona müraciət edən Ağsu rayonu Xanbulaq kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncunu əlilliyə görə əvvəllər almış olduğu təqaüdü bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, bu məqsədlə 13 may 2023cü il tarixdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Nəsimi” parkının yaxınlığında Zərərçəkmiş şəxs4 qardaşı Şahid1 aldığı 1000 (min) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təqaüd düzəldilməsi sahəsində geniş əlaqələrə malik olan bir şəxs kimi təqdim edib həmin sahədə istənilən məsələni həll etmək imkanının olmasına dair yalan məlumatlar yayaraq özü haqqında etibar edilə bilinəcək şəxs imici formalaşdırıb etibar qazanmaqla özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün ona müraciət edən Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncunun anası Şahid3 Ağacəfər qızına əlilliyə görə əvvəllər verilmiş təqaüdü bərpa etdirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq, bu məqsədlə Dənayət İsmayılovun atası Şahid2 2023-cü ilin oktyabr ayında Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən “Şəffalıq” qəzetinin ofisində aldığı 500 (beş yüz) manat, 2023cü ilin noyabr ayında Şamaxı rayon mərkəzi xəstəxanasının yaxınlığında küçədə aldığı 500 (beş yüz) manat, habelə Dənayət İsmayılovun özündən 2023-cü ilin noyabr ayında Şamaxı rayon avtovağzalının yaxınlığında əvvəlcə 300 manat daha sonra isə 200 manat olmaqla aldığı 500 (beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət olmamışdır. Təxminən 2023-cü ilin may ayının əvvəllərində nəvəsi X2 xəstəliyi ilə bağlı komissiyadan keçmək üçün Şamaxı rayon Mərkəzi xəstəxanasına getmişdir. Həmin vaxt orada Ağsu rayonu, Xanbulaq kənd sakini Zərərçəkmiş şəxs2 ilə tanış olub, söhbət etməyə başlamış, söhbət zamanı İlhamənin taqaüdünün dayandırılmasından və buna görə də yenidən komissiyadan keçmək üçün gəlməsindən məlumatı olmuşdur. O, İlhaməyə bir neçə şəxsin dayandırılmış təqaüdünü bərpa etdirdiyini, bu sahədə tanışları olduğunu deyib, əgər istəyirsə onun da, dayandırılmış təqaüdünü yenidən bərpa etdirə biləcəyini təklif etmişdir. İlhamə onun təklifi ilə razılaşdıqdan sonra qardaşı X3 Əsədlinin də dayandırılmış təqaüdünü bərpa etdirib-etdirə bilməyəcəyini soruşmuşdur. O, İlhaməyə Evlinin də, təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Bundan sonra İlhamə valideyni Zərərçəkmiş şəxs1 onun yanına gətirmiş, onlar birlikdə danışdıqdan sonra Şahid4 ilə Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdlərini bərpa etdirməyi üzərinə götürüb, Elvinin təqaüdünü bərpa etdirmək üçün İbrahimdən 1100 (min yüz) manat, İlhamənin təqaüdünü bərpa etdirmək üçün isə sonuncudan 800 (səkkiz yüz) manat məbləğində pul istəmiş və əgər qeyd etdiyi məbləğləri verməyə razılaşsalar iki-üç ay ərzində təqaüdlərini bərpa etdirəcəyinə vəd vermişdir. İlhamə və İbrahim onunla razılaşdıqdan sonra onlar sağollaşmışdırlar. Bir neçə gün keçdikdən sonra Şamaxı rayon sakini kimi tanıdığı Şahid1 onunla görüşüb Ağsu rayonu, Xanbulaq kəndində yaşayan bacısı Zərərçəkmiş şəxs4 həmkəndliləri olan İlhamənin özünün, İbrahimin isə nəvəsinin dayandırılmış təqaüdünlərini bərpa etdirəcəyi ilə bağlı razılaşmasını soruşmuşdur. O, Aslanın dediklərini təstiq etdikdən sonra Aslan bacısı Mahirənin də, təqaüdünün dayandırıldığını, sonuncunun da, təqaüdünü bərpa etdirə bilib-bilməyəcəyini soruşmuşdur. O, Aslana narahat olmamasını, bacısı Zərərçəkmiş şəxs4 təqaünü bərpa etdirə biləcəyini deyib, qarşılığında 1000 (min) manat pul istəmişdir. Aslan razılaşdıqdan sonra onlar sağollaşmışdırlar. 13 may 2023-cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının qarşısında İlhamədən dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə 800 manat, İbrahimdən isə nəvəsi Elvinin dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə 1100 manat pulu almışdır. Daha sonra həmin tarixdə Şamaxı şəhəri, N,Nərimanov küçəsində yerləşən Nəsimi heykəlinin yaxınlığında Aslandan bacısı Mahirənin dayandırılmış təqaüdünü bərpa etmək məqsədilə 1000 manat məbləğində pul almışdır. Həmin şəxslərdən qeyd etdiyi məbləğdə pulları aldıqdan bir neçə ay keçməsinə baxmayaraq o, həmin şəxslərin dayandırılmış təqaüdlərini bərpa etdirə bilməmişdir. Buna görə də İbrahim, İlhamə və Aslan verdikləri pulları geri tələb etmişlər, lakin həmin şəxslərin verdikləri pulları öz şəxsi istifadəsi üçün xərclədiyinə görə qaytara bilməmiş və sonunculardan bir neçə ay vaxt vermələrini xahiş edib işlərini tez müddətdə həll edəcəyini demişdir. Bundan sonra təxminən 2023-cü ilin oktyabr ayında Şahid2 Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən ofisində sonuncu ilə söhbət edərkən, Vahid həyat yoldaşı Şahid3 xəstəliklə bağlı aldığı təqaüdün dayandırıldığını, həmin təqaüdü yenidən bərpa etdirmək istədiklərini demişdir. O, Vahidə həyat yoldaşı Şahid3 dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Vahid təklifi qəbul etmiş, bundan sonra Vahidə həyat yoldaşının təqaüdünü bərpa etdirmək üçün 1000 manat pul verməli olduğunu demişdir. Vahid hazırda 1000 manat pulunun olmadığını, ilkin olaraq 500, daha sonra isə əlavə 500 manat verə biləcəyini demiş, o, Vahidlə razılaşmışdır. Bundan sonra Vahid həyat yoldaşı Şahid3 dayandırılmış təqaüdünü bərpa etdirmək üçün ona 500 manat pul vermişdir. Qeyd etdiyi məbləği aldıqdan sonra Vahidə bir neçə ay ərzində həyat yoldaşının təqaüdünü bərpa etdirəcəyinə vəd vermişdir. Təxminən bir neçə gün keçdikdən sonra Vahiddən danışdıqları 500 manat pulu almaq üçün sonuncu ilə Şamaxı rayon Mərkəzi xəstəxanasının qarşısında görüşmüşdür. Vahid 500 manat verib, əvəzində ona Vahidə verməli olduğu 100 manat pulu istəmişdir. O da, 1000 manat puldan 100 manatını Vahidə verib sağollaşmışdır. Təxminən bir ay keçdikdən sonra Vahid işin nə yerdə olduğunu ondan soruşmuş, o, Vahidə həyat yoldaşının təqaüdünü bərpa etdirə bilməyəcəyini demiş, bundan sonra Vahid ona verdiyi 1000 manat pulu geri istəmiş, o, həmin məbləği şəxsi ehtiyacı üçün xərclədiyini, ona görə də dərhal verə bilməyəcəyini deyib, pulu qaytarmaq üçün vaxt istəmişdir. Vahid razılaşıb bir-iki aya qaytarmasını istəmiş, lakin o, Vahidin verdiyi müddət keçməsinə baxmayaraq 1000 manat pulu Vahidə qaytara bilməmişdir. Vahid dəfələrlə ona zəng edib pulu istəsə də, həmin şəxsdən bir qədər də vaxt verməsini xahiş etmişdir. Təxminən 2023-cü ilin dekabr ayında Vahidin oğlu Dəyanət ona zəng edib ataı Vahidin verdiyi 1000 manat pulu geri istəmiş, Dəyanətdən bir neçə ay vaxt verməsini xahiş etmiş, lakin Dəyanət onunla razılaşmayıb, mübahisə etməyə başlamış, bundan sonra Dəyanətə ümumiyyətlə pul almadığını, pulu Vahiddən aldığını, sonuncuya da, qaytaracağını deyib acılamış və telefonu söndürmüşdür. Bundan sonra Dəyanətin onun barədə Şamaxı rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Polis şöbəsinin təhqiqat bölməsində izahat verərkən Vahiddən 1000 manat deyil, 900 manat pulu borc aldığını göstərmişdir. Düşünmüşdür ki, yaxın müddətdə Vahidin ona verdiyi 1000 manat pulu qaytarar, lakin qaytara bilməmişdir. Bundan sonra Dəyanətin, Mahirə və İlhamənin onun barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmələrindən məlumatı olmuşdur. Etdiyi əmələ görə peşmandır. O, Şahid2 1000 manat pulu sonuncunun həyat yoldaşı Şahid3 dayandırılmış təqaüdünün bərpa etmək üçün Vahidin Şamaxı şəhəri, Gənclik küəsində yerləşən ofisində hissə-hissə olmaqla ilk öncə 500 manat, daha sonra 500 manat məbləğində pulu Vahidin özündən Şamaxı rayon Mərkəzi Xəstəxanasının qarşısında alıb pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. O, əvvəllər insanlar üçün təqaüd düzəltmək və ya dayandırılmış təqaüdlərin yenidən verilməsi ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmamış, sadəcə Vahidin həyat yoldaşının təqaüdünün bərpa edilməsini üzərinə götürmüş, buna görə sonuncudan yuxarıda göstərdiyi məbləğdəki pulu almış, lakin həmin şəxsə verdiyi vədi yerinə yetirməyib verdiyi pulu şəxsi istifadəsi üçün xərcləmişdir. O, Şahid2 sonuncunun həyat yoldaşı Şahid3 dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə 1500 manat deyil, hissə-hissə olmaqla 1000 manat pul almışdır. Həmin pulun Şahid2 yoxsa oğlu Zərərçəkmiş şəxs3 məxsus olmasından məlumatı yoxdur. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir, ***-***-**-** saylı mobil nömrəni isə artıq istifadə etmir. O, Zərərçəkmiş şəxs1 1100 manat pulu sonuncunun nəvəsi Şahid4 dayandırılmış təqaüdünün bərpa etmək üçün Şamaxı rayon mərkəzi xəstəxanasının qarşısında 1100 manat məbləğində pulu İbrahimin özündən alıb pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. O, Zərərçəkmiş şəxs2 800 manat pulu sonuncunun özünün dayandırılmış təqaüdünün bərpa etmək üçün Şamaxı rayon mərkəzi xəstəxanasının qarşısında 800 manat məbləğində pulu İlhamənin özündən alıb pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. O, Şahid1 1000 manat pulu bacısı Zərərçəkmiş şəxs4 dayandırılmış təqaüdünün bərpa etmək üçün Şamaxı şəhəri, Nəsimi parkının yaxınlığında 1000 manat məbləğində pulu Aslanın özündən alıb pula ehtiyacı olduğu üçün özü üçün xərcləyib, işlə bağlı hər hansı rəsmi köçürmə etməmişdir. O, əvvəllər insanlar üçün təqaüd düzəltmək və ya dayandırılmış təqaüdlərin yenidən verilməsi ilə bağlı hər hansı fəaliyyətlə məşğul olmamış, sadəcə Dəyanətin anasının, İbrahimin nəvəsinin, İlhamənin və Mahirənin təqaüdlərinin bərpa edilməsini üzərinə götürmüş, buna görə sonunculardan yuxarıda göstərdiyi məbləğdəki pulları almışdır, lakin həmin şəxslərə verdiyi vədi yerinə yetirməyib verdiyi pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Son olaraq təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın tam ödənildiyini, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 dəymiş olduğu ziyanı qismən ödəməsini nəzərə alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs mərhum babası Əzizbaba Fətullayevlə dostluq münasibətlərində olduğunu, babasının vasitəsilə Vasifi tanıdığını bildirmişdir. Valideyni Şahid3 Ağacəfər qızı əvvəllər səhhəti ilə bağlı ikinci qrup təqaüd almış, lakin 2016-cı ildən Gülqayıtın təqaüdü dayandırılmışdır. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində valideyni Şahid2 ilə Gülqayıtın dayandırılmış təqaüdünü bərpa etdirmək barədə söhbət etmiş, söhbət zamanı atası Vahid, Təqsirləndirilən şəxs adlı şəxsin bu işlərlə məşğul olmasından məlumatının olduğunu demiş, bundan sonra onlar özləri Vahidin bu barədə Vasiflə danışması barədə razılığa gəlmişlər. Bir neçə gün keçdikdən sonra valideyni Vahid ona demiş ki, Vasiflə Gülqayıtın dayandırılmış təqaüdünün bərpa etdirilməsi barədə danışmış, Vasif Gülqayıtın dayandırılmış təqaüdünü bərpa etdirməyi öhdəsinə götürmüş, qarşılığında 1000 manat istəmişdir. O, razılıq verib ilkin olaraq təxminən 2023-cü ilin oktyabr ayının ortalarında ilkin olaraq Vasifə verməsi üçün Vahidə 500 manat vermişdir. Bir neçə gün keçdikdən sonra Vahid həmin məbləği Şamaxı şəhəri, Gənclər küçəsindəki Şamaxı rayon məhkəməsinin yaxınlığında yerləşən sonuncuya məxsus ofisdə Vasiflə görüşüb verdiyini və Vasifin valideyni Gülqayıtı dayandırılmış təqaüdünü tez müddətdə bərpa etdirəcəyini ona demişdir. Təxminən 2023-cü ilin noyabr ayının əvvəlləri Vasifə qalan 500 manatı verməsi üçün həmin məbləği valideyni Vahidə vermişdir. Daha sonra Vasiflə bir neçə dəfə görüşüb, işin nə yerdə qalması ilə bağlı maraqlanmışdır. Vasif isə hər dəfəsində onu arxayın edib sənədləri topladığını deyib, sənədlərin toplanması üçün əlavə pul istəməyə başlamışdır. O, Vasifə inanıb, 2023-cü ilin noyabr ayının ortalarından sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla ilkin olaraq Şamaxı rayon avtovağzalının yanında 300 manat, daha sonra isə həmin yerdə 200 manat olmaqla, ümumilikdə 500 manat pulu Vasifə vermişdir. Təxminən üç ay keçdikdən sonra valideyni Gülqayıtın təqaüdünün bərpa edilməsi məsələsindən heç bir xəbər çıxmadığına görə özü və atası Vahid Vasifin mobil nömrələrinə zəng edib bu barədə soruşmuş, lakin Vasif hər dəfəsində müxtəlif bəhanələr edərək yaxın günlərdə Gülqayıtın təqaüdünün bərpa etdirəcəyini demişdir. Daha sonralar artıq Vasifin onların zənglərinə cavab verməməyə başladığını, ilk əvvəllər Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmək istəmədiyini, lakin artıq Vasifin pulu qaytarmadığından Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs valideyni Şahid3 xəstəliyi ilə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə 1000 manat pulu digər valideyni Şahid2 verdiyini, valideynləri Şahid2 ilə Şahid3 təsdiq edə biləcəklərini, Şahid2 ilk 500 manat pulu Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Şamaxı rayon məhkəməsinin yaxınlığındakı ofisində, digər 500 manatı isə Şamaxı rayon Mərkəzi Xəstəxanasının qarşısında Vasifə verdiyini, onun özünün isə sonradan verdiyi ümumilikdə 500 manat pulu hissə-hissə olmaqla Şamaxı rayon avtovağzalının yaxınlığında Vasifə verdiyini, həmin məbləği verən zaman yanında Vasiflə özündən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs valideyni Şahid3 xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə bağlı vəd etdiyinə görə valideyni Şahid2 1000 manat, onun özü isə 500 manat pulu vermiş, lakin ümumilikdə olan 1500 manat pul onun özünə məxsusdur. O, təhqiqat bölməsinə verdiyi ifadəsində Təqsirləndirilən şəxs 1500 manat pulu Şamaxı rayon məhkəməsinin yaxınlığında verdiyini göstərdiyini, 1000 manatı valideyni Şahid2, 500 manatını isə onun özünün verdiyini göstərməmişdir. O, həmin vaxt ilkin olaraq Vasifin onun pulunu qaytaracağını düşündüyünü, məsələni daha da qabartmamaq üçün Vasifə verdikləri 1500 manat pulun 1000 manatını valideyni Şahid2 verdiyini göstərməmişdir. 1500 manat məbləğin 1000 manatını Vasifə valideyni Vahid, qalan 500 manatını isə özü vermişdir. Son olaraq Zərərçəkmiş şəxs3 ona dəymiş 1500 manat ziyandan 400 manatının ödənildiyini, qalan ziyanın ödənilməsini tələb etdiyini bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır. Yetkinlik yaşına çatmayan nəvəsi Şahid4 ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş, buna görə də təxminən 2017-ci il tarixdən qeyd etdiyi xəstəliklə bağlı 2-ci qrup əlilliyə görə təqaüd almışdır. Lakin 2023-cü ilin yanvar ayından təqaüdün verilişi dayandırılmışdır. O, nəvəsinin təqaüdünü bərpa etdirmək üçün 2023-cü ilin may ayında Şamaxı rayon Mərkəzi Xəstəxanaya müraciətlər etmiş, nəvəsi Elvini komissiyadan keçirmək üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına getmişdir. Həmin vaxt qızı Zərərçəkmiş şəxs2 da, təqaüdü dayandırıldığı üçün qızı da, onunla birlikdə xəstəxanaya getmişdir. Həmin vaxt qızı İlhamə ona yaxınlaşıb Vasif adlı bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin dayanadırılmış və ləğv olunmuş təqaüdləri bərpa etdirdiyini, onların da, təqaüdlərini bərpa etdirə biləcəyini təklif etdiyini demiş, onun özünün də artıq nəvəsi Elvinin təqaüdünü bərpa etdirməyə ümüdünün qalmadığından İlhamə ilə birlikdə Vasifin təklifi ilə razılaşmışlar. Daha sonra Vasif nəvəsi Elvinin təqaüdünü bərpa etdirmək üçün onun özündən 1100 (min yüz) manat, İlhamənin təqaüdünü bərpa etdirmək üçün 800 (səkkiz yüz) manat məbləğində pul istəmiş və əgər qeyd etdiyi məbləğləri verməyə razılaşsalar iki-üç ay ərzində təqaüdlərinin bərpa etdirəcəyinə vəd vermişdir. Qızı İlhamə və onun özü Vasifə inanıb onunla razılaşmışlar və Ağsu rayonuna qayıtmışlar. 13 may 2023-cü il tarixdə qızı İlhamə ilə birlikdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gəlmiş və Vasiflə görüşüb, nəvəsi Elvinin dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə 1100 manat pulu Vasifə xəstəxananın həyətində vermiş, həmin vaxt İlhamə də, 800 manat pulu Vasifə verdimişdir. Vasif hər ikisindən pulu aldıqdan sonra nəvəsi Elvinin və İlhamənin dayandırılmış təqaüdünü üç ay ərzində bərpa etdirəcəyinə söz vermiş, əlaqə saxlamaq üçün ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini vermişdir. Bundan sonra Vasiflə sağollaşıb Ağsu rayonuna qayıtmışlar. Üç ay keçdikdən sonra nəvəsi Elvinin təqaüdünün bərpa edilməsi məsələsindən heç bir xəbər çıxmadığına görə Vasifin qeyd etdiyi mobil nömrələrinə zəng edib bu barədə soruşmuş, lakin Vasif hər dəfəsində müxtəlif bəhanələr edərək yaxın günlərdə nəvəsi Elvinin təqaüdünün bərpa etdirəcəyini demişdir. Hətta bir dəfə Ağsu şəhərində olarkən təsadüfən Vasifi görüb, niyə görə nəvəsi Elvinin təqaüdünü bərpa etdirmədiyini, vaxtı uzatdığını soruşmuş, Vasif həmin vaxt da, bəhanələr edib, sənədlərin toplandığını demişdir. Vasiflə aralarında olan söhbət zamanı onun yanında Rafiq adlı şəxs də olmuş, həmin şəxs də, söhbəti eşitmişdir. O, yenə də, Vasifə inanıb vaxt vermişdir. Daha sonralar artıq Vasif onun zənglərinə cavab verməməyə, nömrələrini qara siyahıya atmağa başlamışdır. İlk əvvəllər Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmək istəməmiş, lakin artıq Vasif onun pulunu qaytarmadığından və həmçinin Mahirənin Vasif barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etməsindən məlumatı olduqdan sonra, özü də, Vasifin onu aldadıb pulunu qanunsuz olaraq ələ keçirməsi barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs nəvəsi Şahid4 xəstəliyi ilə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə 1100 manat pulu Şamaxı rayon Mərkəzi Xəstəxanasının həyətində əlbə-əl vermiş, həmin vaxt 1100 manat məbləğindəki pulu Vasifə verən zaman orada onunla Vasifən başqa heç kim olmamış, lakin bu barədə qızı Zərərçəkmiş şəxs2 məlumatı olmuşdur. İlhamə dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə Vasifə 800 manat pul vermiş, lakin Vasif İlhaməni də, aldadıb onun da pullarını ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs nəvəsi Şahid4 xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirməyi vəd etdiyinə görə 1100 manat pul vermiş, lakin Vasif verdiyi sözə əməl etməmişdir. Son olaraq Zərərçəkmiş şəxs1 ona dəymiş 1100 manat ziyandan 650 manatının ödənildiyini, qalan ziyanın ödənilməsini tələb etdiyini bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır. O, bronxit-astma xəstəliyindən əziyyət çəkdiyindən təxminən 2018-ci ildən xəstəliklə bağlı 2-ci qrup əlilliyə görə təqaüd almış, lakin 2023-cü ilin yanvar ayından təqaüdün verilişi dayandırılmışdır. O, təqaüdünü bərpa etdirmək üçün bir neçə dəfə Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, komissiyadan keçmiş, lakin təqaüdünü bərpa etdirə bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin may ayının əvvəllərində yenidən həkim komissiyasından keçmək üçün valideyni Zərərçəkmiş şəxs1 ilə birlikdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxnada olarkən Vasiflə tanış olmuş, söhbət zamanı Vasif dayandırılmış və ləğv edilmiş təqaüdləri pərpa etdirdiyini, çoxlu tanışlarının olduğunu, hər yerə əli girdiyini, əgər istəyirsə onların da, təqaüdlərini bərpa etdirə biləcəyini təklif etmiş, onun özünün artıq təqaüdünü bərpa etdirməyə ümüdü qalmadığından Vasifin təklifi ilə razılaşmış və əlavə olaraq Vasifə qardaşı X3 Əsədlinin dayandırılmış təqaüdünü bərpa edib-etdirə bilməyəcəyini soruşduqda, Vasif onuda həll edə biləcəyini demişdir. Bundan sonra onun özü bu barədə valideyni Zərərçəkmiş şəxs1 məlumat vermiş, valideyni nəvəsi Şahid4 dayandırılmış təqaüdünü bərpa etdirməyə çalışmış, buna görə də valideyni İbrahim də Evlinin sənədlərini düzəltdirmək üçün Vasiifn təklifi ilə razılaşmışdır. Vasif onun təqaüdünü bərpa etdirmək üçün ondan 800 (səkkiz yüz) manat, İbrahimin nəvəsinin təqaüdünü bərpa etdirmək üçün sonuncudan 1100 (min yüz) manat məbləğində pul istəmiş və əgər qeyd etdiyi məbləğləri versələr iki-üç ay ərzində təqaüdləri bərpa etdirəcəyinə vəd vermişdir. İbrahim və onun özü Vasifə inanıb onunla razılaşmış və Ağsu rayonuna qayıtmışdır. Ağsu rayonuna qayıtdıqdan sonra qohumu Mahirə ilə söhbət edərkən Şamaxı rayonunda Vasif adlı şəxslə tanış olduğunu və onunla qardaşı oğlu Elvinin təqaüdlərini bərpa etdirməyə razılaşdığını demişdir. Mahirə də, dayandırılmış təqaüdünü bərpa etdirmək istədiyi üçün Vasifin mobil nömrəsini Mahirəyə vermişdir. Bundan sonra 13 may 2023-cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gəlmiş və Vasiflə görüşüb, dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə 800 manat pulu Vasifə xəstəxananın həyətində vermiş, Vasif pulu aldıqdan sonra onun dayandırılmış təqaüdünü üç ay ərzində bərpa etdirəcəyinə söz verib, əlaqə saxlamaq üçün birdaha ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrini vermişdir. Bundan sonra o, Vasiflə sağollaşıb Ağsu rayonuna qayıtmışdır. Üç ay keçdikdən sonra təqaüdünün bərpa edilməsi məsələsindən heç bir xəbər çıxmadığına görə Vasifin qeyd etdiyi mobil nömrələrinə zəng edib bu barədə soruşmuş, lakin Vasif hər dəfəsində müxtəlif bəhanələr edərək yaxın günlərdə təqaüdünün bərpa etdirəcəyini demişdir. Vasif həmin vaxt da, bəhanələr edib, sənəd topladığını demişdir. Bir dəfə unutduğu tarixdə Vasifi Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində görmüş və artıq pulunu qaytarmasını tələb etmiş, həmin vaxt Vasif məcbur olub 800 manat puldan 500 manatını geri qaytarmış, qalan 300 manat pulu isə bir neçə gün qaytaracağına söz vermişdir. İlk əvvəllər Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmək istəməmiş, lakin artıq Vasif pulu qaytarmadığından həmçinin Mahirənin və İbrahimin Vasif barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etməsindən məlumatı olduqdan sonra, onun özü də, Vasifin onu aldadıb pulunu qanunsuz olaraq ələ keçirməsi barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs onu xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə 800 manat pulu Şamaxı rayon Mərkəzi xəstəxanasının həyətində Vasifə əlbə-əl vermiş, həmin vaxt pulu Vasifə verən zaman orada onun özündən və Vasifdən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək üçün 800 manat pul vermiş, lakin Vasif verdiyi sözə əməl etməmişdir. Son olaraq Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ona ödənilməmiş qalan 300 manat pulun ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır. O, bronxit astma xəstəliyindən əziyyət çəkmiş, buna görə də təxminən 2013-cü ildən həmin xəstəliklə bağlı 2-ci qrup əlilliyə görə təqaüd almışdır. Lakin 2023-cü ilin yanvar ayından təqaüdün verilişi dayandırılmışdır. O, təqaüdünü bərpa etdirmək üçün bir neçə dəfə Şamaxı rayon Mərkəzi Xəstəxanasına müaciətlər etmiş, komissiyadan keçmiş, lakin təqaüdünü bərpa etdirə bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin may ayının əvvəllərində həmkəndlisi və qonşusu olan Zərərçəkmiş şəxs2 ilə birlikdə söhbət edərkən ondan dayandırılmış təqaüdünün bərpa edilməsi ilə bağlı nə iş gördüyünü soruşmuş, İlhamə cavabında Şamaxı rayonunda Vasif adlı şəxslə tanış olduqlarını, sonuncunun onun və qardaşı oğlu Elvin Əsədovun təqaüdlərini bərpa edəcəyini üzərinə götürdüyünü demişdir. Bundan sonra o, Şamaxı şəhərində yaşayan qardaşı Şahid1 zəng edərək bu barədə maraqlanmasını xahiş etmişdir. Bir neçə saat sonra Aslan onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs ilə görüşdüyünü, sonuncunun onun dayandırılmış təqaüdünü 1000 (min) manat qarşılığında bərpa etdirməyi vəd verdiyini demişdir. O, razılıq verib 13 may 2023-cü il tarixdə Şamaxı şəhərinə getmiş, görmə qabiliyyəti zəif olduğu üçün Vasifin onun təqaüdünü bərpa etmək üçün istədiyi 1000 manat məbləğindəki pulu Şamaxı şəhərində yaşayan qardaşı Şahid1 vermiş, daha sonra qardaşı Aslan Vasiflə əlaqə saxlamış və onlar Vasifi Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən Nəsimi parkının yaxınlığındakı meyvə mağazasının yanına gedib gözləmişlər, bir neçə dəqiqə sonra qardaşı avtomobildən düşüb 1000 manat pulu Vasifə vermişdir. Qardaşı Aslan avtomobilə əyləşdikdən sonra Vasifin onun dayandırılmış təqaüdünü üç ay ərzində bərpa etdirəcəyinə söz verdiyini demiş və onlar oradan uzaqlaşmışlar. Üç ay keçdikdən sonra onun təqaüdünün bərpa edilməsi məsələsindən heç bir xəbər çıxmadığına görə qardaşı Aslan Vasifə zəng edib bu barədə soruşmuş, lakin Vasif müxtəlif bəhanələr edərək yaxın günlərdə təqaüdünün bərpa etdirəcəyini demiş, daha sonralar artıq Vasif qardaşının zənglərinə cavab verməməyə, nömrələrini qara siyahıya atmağa başlamışdır. İlk əvvəllər Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmək istəməmiş, lakin Vasif pulunu qaytarmadığı üçün, onun onu aldadıb pulunu qanunsuz olaraq ələ keçirməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə 1000 manat pulu ondan deyil, qardaşı Şahid1 almışdır. Qardaşı Aslan 1000 manat pulu Şamaxı şəhəri, N. Nərimanov küçəsində yerləşən Nəsimi parkının yaxınlığında, küçədə Vasifə əlbə-əl vermişdir. Həmin vaxt o, Aslanın idarə etdiyi avtomobildə olmuşdur. Həmin pulu Vasifə verən zaman orada Aslanla Vasifən başqa heç kim olmamışdır. Lakin bu barədə həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumatı olmuşdur. İlhamə özü də, dayandırılmış təqaüdü bərpa etdirmək məqsədilə Vasifə 800 manat, İbrahim isə nəvəsinin dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə Vasifə 1100 manat pul vermiş, lakin Vasif İlhaməni və İbrahimi də, aldadıb pullarını ələ keçirmişdir. Onun Təqsirləndirilən şəxs tələbi pulunu geri qaytarmasıdır. Son olaraq Zərərçəkmiş şəxs4 ona dəymiş 1000 manat ziyandan 750 manatının ödənildiyini, qalan ziyanın ödənilməsini tələb etdiyini bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayon sakini kimi qiyabi olaraq tanıyır. Bacısı Zərərçəkmiş şəxs4 bronxit-astma xəstəliyindən əziyyət çəkmiş, buna görə də təxminən 2013-cü ildən həmin xəstəliklə bağlı 2-ci qrup əlilliyə görə təqaüd almışdır. Lakin 2023-cü ilin yanvar ayından Mahirəyə verilən təqaüdün verilişi dayandırılmışdır. O, Mahirənin təqaüdünü bərpa etdirmək üçün bir neçə dəfə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirmiş, Mahirə bir neçə dəfə həmin xəstəxanadakı komissiyya müraciətlər etmiş, komissiyadan keçmişdir, lakin təqaüdünü bərpa etdirə bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin may ayının əvvəllərində o, Şamaxı şəhərində olarkən Mahirə ona zəng edərək həmkəndliləri Zərərçəkmiş şəxs1 nəvəsi Elvin Əsədovun, Zərərçəkmiş şəxs2 isə öz təqaüdünü bərpa etmək üçün Şamaxı şəhərində Vasif adlı şəxslə tanış olduqlarını, Vasifin həmin şəxslərin təqaüdlərini bərpa etməyə vəd verdiyini deyib, ondan bu barədə maraqlanmağı xahiş etmişdir. O, bu barədə maraqlanıb həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və onunla Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən Nəsimi parkının yanında görüşüb, bacısı Mahirənin bronxit astma xəstəsi olduğu üçün aldığı təqaüdünün dayandırılmasını deyib, həmin təqaüdü bərpa etdirib-etdirə bilməyəcəyini soruşmuşdur. Vasif heç bir problem olmadığını, Mahirənin təqaüdünü 1000 manata bərpa etdirə biləcəyini demişdir. Bundan sonra o, Mahirə ilə telefon əlaqəsi yaradıb Vasifin dayandırılmış təqaüdünü 1000 (min) manat qarşılığında bərpa etdirməyi vəd verdiyini demişdir. Mahirə razılıq verdikdən sonra onunla 13 may 2023-cü il tarixdə səhər saatlarında görüşmüş, Mahirənin görmə qabiliyyəti zəif olduğu üçün Vasifin istədiyi 1000 manat məbləğindəki pulu ona vermiş, daha sonra o, Vasiflə əlaqə saxlamış və onlar Vasifi Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən Nəsimi parkının yaxınlığındakı meyvə mağazasının yanına gedib gözləmiş, bir neçə dəqiqə sonra Vasifin gəldiyini görüb, avtomobildən düşmüş və 1000 manat pulu Vasifə vermişdir. Vasif ondan 1000 manat pulu aldıqdan sonra Mahirənin dayandırılmış təqaüdünü üç ay ərzində bərpa etdirəcəyinə söz vermişdir. O, Vasiflə sağollaşıb avtomobilə minmiş və Vasifin dediklərini Mahirəyə demişdir. Üç ay keçdikdən sonra Mahirənin təqaüdünün bərpa edilməsi məsələsindən heç bir xəbər çıxmadığına görə o, Vasifə zəng edib bu barədə soruşmuş, lakin Vasif müxtəlif bəhanələr edərək yaxın günlərdə Mahirənin təqaüdünün bərpa etdirəcəyini demiş, daha sonralar artıq Vasif onun zənglərinə cavab verməməyə, nömrələrini qara siyahıya atmağa başlamışdır. Mahirə ilk əvvəllər Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmək istəməmiş, lakin Vasif pulu qaytarmadığı üçün, Mahirə Vasif tərəfindən aldadılıb pulunu qanunsuz olaraq ələ keçirməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs4 xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə 1000 manat pulu ondan almışdır. O, 1000 manat pulu Şamaxı şəhəri, N. Nərimanov küçəsində yerləşən Nəsimi parkının yaxınlığında, küçədə Vasifə əlbə-əl vermişdir. Həmin vaxt Mahirə onun idarə etdiyi avtomobildə olmuşdur. Həmin pulu Vasifə verən zaman orada onunla Vasifən başqa heç kim olmamışdır. Lakin bu barədə həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məlumatı olmuşdur. İlhamə özü də, dayandırılmış təqaüdü bərpa etdirmək məqsədilə Vasifə 800 manat, İbrahim isə nəvəsinin dayandırılmış təqaüdünü bərpa etdirmək məqsədilə Vasifə 1100 manat pul vermiş, lakin Vasif İlhaməni və İbrahimi də aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Həyat yoldaşı Şahid3 Ağacəfər qızı əvvəllər səhhəti ilə bağlı ikinci qrup təqaüd almış, lakin 2016-cı ildən Gülqayıtın təqaüdü dayandırılmışdır. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində oğlu Zərərçəkmiş şəxs3 Gülqayıtın dayandırılmış təqaüdünü bərpa etdirmək istədiyini, Təqsirləndirilən şəxs adlı şəxsin bu işlərlə məşğul olmasından məlumatının olduğunu, bununla bağlı həmin şəxslə danışmaq istədiyini demiş, o, Vasifi tanıdığı üçün bu barədə onunla danışacağını demiş və bir neçə gün keçdikdən sonra Şamaxı şəhəri, Gənlər küçəsində yerləşən Şamaxı rayon məhkəməsinin yaxınlığında yerləşən ona məxsus ofisdə Vasiflə görüşüb məsələni izah edib, bu barədə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Söhbət zamanı Vasif həyat yoldaşı Gülqayıtın təqaüdünü bərpa etdirmək iqtidarında olduğunu, lakin bunun üçün sənədlərin toplanmasından, yol xərclərindən başqa ondan 1000 (min) manat məbləğində pul istəmiş və əgər qeyd etdiyi məbləği verməyə razılaşsa iki-üç ay ərzində Gülqayıtın təqaüdünü bərpa etdirəcəyinə vəd vermişdir. O, Vasifə inanıb onunla razılaşmış və 2023-cü ilin oktyabr ayının ortalarında ilkin olaraq Vasifə 500 manat məbləğində pul vermiş, daha sonra təxminən noyabr ayının əvvəllərində Şamaxı rayon Mərkəzi xəstəxanasının qarşısında Vasiflə görüşüb ona qalan 500 manat məbləğindəki pulu vermişdir. Vasif qalan 500 manat pulu da, aldıqdan sonra Vasif Gülqayıtın təqaüdünü yaxın günlərdə həll edəcəyini demiş və onlar sağollaşmışlar. Üç ay keçdikdən sonra həyat yoldaşı Gülqayıtın təqaüdünün bərpa edilməsi məsələsindən heç bir xəbər çıxmadığına görə Vasifin mobil nömrələrinə zəng edib bu barədə soruşmuş, lakin Vasif hər dəfəsində müxtəlif bəhanələr edərək yaxın günlərdə Gülqayıtın təqaüdünün bərpa etdirəcəyini demişdir. Bundan əlavə Vasif oğlu Dəyanətdən əlavə olaraq 500 manat məbləğində pul almışdır. O, yenə də, Vasifə inanıb vaxt vermişdir. Daha sonralar artıq Vasif onun zənglərinə cavab verməməyə başlamışdır. İlk əvvəllər oğlu Dəyanət Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmək istəməmiş, lakin artıq Vasif pulu qaytarmadığından oğlu Dəyanət Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Müraciətdən öncə Dəyanət Vasifin 1500 manat pulunu ələ keçirməsi ilə bağlı polisə müraciət edəcəyini demiş, o, isə verilən 1500 manat pulun Dəyanətin özünə məxsus olduğu üçün ona necə istəyirsə müraciət edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 xəstəliyi ilə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə 1000 manat puldan ilk 500 manatını ona məxsus ofisdə, qalan 500 manat məbləğində Şamaxı rayon Mərkəzi Xəstəxanasının qarşısında əlbə-əl vermişdir. Qalan 500 manat məbləğindəki pulu isə Dəyanətin Vasifə harada və hansı formada verməsindən məlumatı yoxdur. Həmin vaxt 1000 manat məbləğindəki pulu Vasifə verən zaman orada onunla Vasifdən başqa heç kim olmamışdır. Lakin bu barədə oğlu Dəyanətin məlumatı olmuşdur. Dəyanətin isə 1000 manatdan əlavə qalan 500 manat pulu isə Vasifə harada kimlərin iştirakı ilə verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 xəstəliklə bağlı dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə bağlı vəd etdiyinə görə o, 1000 manat vermişdir, oğlu Dəyanət 500 manat pul vermişdir. Lakin ümumilikdə olan 1500 manat pul oğlu Dəyanətə məxsusdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü X4 göstərdi ki, Təqsirləndirilən şəxs şifahi olaraq təxminən bir ildir ki, tanıyır. Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir, buna görə də təxminən 2017-ci il tarixdən xəstəliklə bağlı 2-ci qrup əlilliyə görə təqaüd almışdır. Lakin 2023-cü ilin yanvar ayından təqaüdün verilişi dayandırılmışdır. Bundan sonra babası Zərərçəkmiş şəxs1 onun dayandırılmış təqaüdünü bərpa etdirmək üçün xəstxanalara getmiş, müraciətlər etmişdir. Sonuncu dəfə 2023-cü ilin may ayının ortalarında babası İbrahim onun dayandırılmış təqaüdünü bərpa etdirmək üçün Şamaxı rayon sakini olan Vasif adlı şəxslə razılaşmış, sonuncunun onun dayandırılmış təqaüdünü 1100 manat qarşılığında bərpa etdirəcəyini və həmin məbləği Vasif adlı şəxsə artıq verdiyini demişdir. Bundan başqa həmin şəxsin bibisi Zərərçəkmiş şəxs2 da, dayandırılmış təqaüdünü 800 manat məbləğ qarşılığında bərpa etdirəcəyindən də babası İbrahim ona dedikdən sonra məlumatı olmuşdur. Bir müddət keçdikdən sonra Vasifin babası İbrahim və bibisi İlhaməni aldadıb verdiyi vədə əməl etməməsi və pullarını ələ keçirməsindən, buna görə də İbrahim və İlhamənin Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmələrindən məlumatı olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə hər hansı əlaqəsi olmamışdır. İbrahim Vasifə pul verərkən orada o, olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə şahidlər Şahid5 və Şahid3 məhkəməyə gəlmədiklərindən, onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. O, həmçinin Şamaxı rayonlararası Gözdən Əlillər Cəmiyyətinin sədri işləyir. Bununla bağlı tez-tez Ağsu, Qobustan və Şamaxı rayon xəstəxanalarına gedib gözdən əlil şəxslərin siyahısını götürür. Təxminən 2023-cü ilin payız aylarında qeyd etdiyi sənədlərlə bağlı Ağsu rayon mərkəzi xəstəxanasının qarşısında olan zaman Təqsirləndirilən şəxs ilə adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsin söhbət etdiyini görüb, Vasifi tanıdığı üçün görüşmək məqsədilə onlara yaxınlaşıb görüşmüşdür. Həmin vaxt İbrahimin nəsə aqressiv olduğunu görüb, söhbətə qarışmamış, lakin Zərərçəkmiş şəxs1 Vasifdən aralandıqdan sonra sonuncudan nə məsələ olduğunu soruşmuşdur. Vasif cavabında İbrahimə borcu olduğunu demiş, həmin vaxt Vasifə əgər borcu varsa qaytarmasını məsləhət bilmiş və oradan uzaqlaşıb Şamaxı rayonuna qayıtmışdır. Daha sonra 2024-cü ilin may ayının sonlarında Vasifin həmin şəxsə və başqa şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı barəsində Şamaxı rayon polis şöbəsində cinayət işinin başlanmasından məlumatı olmuşdur. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və başqalarını aldadaraq pullarını ələ keçirməsindən məlumatı olmamışdır. Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şifahi olaraq təxminən bir ildir ki tanıyır. O, əvvəllər səhhəti ilə bağlı ikinci qrup təqaüd almış, lakin 2016-cı ildən ona verilən təqaüd dayandırılmışdır. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində həyat yoldaşı Şahid2, oğlu Zərərçəkmiş şəxs3 ilə onun dayandırılmış təqaüdünü bərpa etdirmək barədə söhbət edərkən, söhbət zamanı Vahid Təqsirləndirilən şəxs adlı şəxsin bu işlərlə məşğul olmasından məlumatının olduğunu demiş, bundan sonra Dəyanətlə Vahid bu barədə Vasiflə danışmaq barədə razılığa gəlmişlər. Bir neçə gün keçdikdən sonra Vahid evə gəlib ona və Dəyanətə demişdir ki, Vasiflə onun dayandırılmış təqaüdünün bərpa etdirilməsi barədə danışıb, Vasif onun dayandırılmış təqaüdünü bərpa etdirməyi öhdəsinə götürüb, qarşılığında 1000 manat istəyir. Dəyanət razılaşdıqdan sonra ilkin olaraq Vasifə verilməsi üçün Vahidə 500 manat pul vermiş, bir neçə gün keçdikdən sonra Dəyanət Vasifə verməsi üçün əlavə 500 manat olmaqla, ümumilikdə 1000 manat vermişdir. Daha sonra hissə-hissə olmaqla Dəyanət əlavə olaraq Vasifin yenidən pul istədiyini demişdir. Bir müddət keçdikdən sonra Dəyanətdən Vasifə nə qədər pul verdiyini soruşmuş, Dəyanət cavabında ümumilikdə hissə-hissə olmaqla Vasifə 1500 manat məbləğində pul verdiyini, lakin hələdə Vasifin onun təqaüdünü bərpa etdirmədiyini demişdir. Daha sonra artıq Dəyanət Vasifdən verdiyi 1500 manat pulu geri istəməyə başlamış, lakin Vasif pulu qaytarmadığına görə Dəyanət evdə Vahidlə söhbət edərkən sonuncuya Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət edəcəyini demiş, Vahid isə bu barədə Dəyanətə heçnə deməyib, istəyirsə şikayət edə biləcəyini demişdir. O, da öz növbəsində valideyn kimi oğlu Dəyanətə Vasif əgər pulu qaytarmırsa onun barəsində şikayət etməsini məsləhət görmüşdür. Bundan sonra Dəyanət Vasif barədə Şamaxı rayon polis şöbəsinə müraciət etmişdir. Şahid2 onun dayandırılmış təqaüdünü bərpa etmək məqsədilə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 1000 manat pulu verərkən o, orada olmamış, lakin bu barədə evdə söhbət edən zaman eşitmişdir. Zərərçəkmiş şəxs3 onun dayandırılmış təqaüdünü bərpa etmək məqsədilə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 500 manat pulu verərkən o, orada olmamış, lakin bu barədə evdə söhbət edən zaman eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan görünür ki, HK-1-307, 547, 552/2024 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 18 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı rayon avtovağzalının yaxınlığıdır. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan iki dəfəyə olmaqla ümumilikdə 500 manat məbləğində pul aldığını, həmin məbləğləri Təqsirləndirilən şəxs Şamaxı rayon avtovağzalının yaxınlığında küçədə verdiyini bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” 20 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən ilkin hadisə yeri Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən “Şəffaflıq” qəzetinin ofisi və Şamaxı rayon mərkəzi xəstəxanasının yaxınlığında küçədir. Hadisə yerini təqdim edən Şahid2 Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan iki dəfəyə olmaqla ümumilikdə 1000 manat məbləğində pul aldığını, həmin məbləğində 500 manatını sonuncuya Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən “Şəffaflıq” qəzetinin ofisində, 500 manatını isə Şamaxı rayon mərkəzi xəstəxanasının yaxınlığında küçədə verdiyini bildirmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı rayon Mərkəzi xəstəxanasının həyətidir. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 1000 manat məbləğində pulu 13 may 2023-cü il tarixdə Şamaxı Mərkəzi rayon xəstəxanasının həyətində nağd şəkildə almışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Baxış keçirilməsi haqqında” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Şamaxı rayon Mərkəzi xəstəxanasının həyətidir. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə 800 manat məbləğində pulu 13 may 2023-cü il tarixdə Şamaxı Mərkəzi rayon xəstəxanasının həyətində nağd şəkildə almışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxsin 18-1-72/2-859/2024 saylı 13 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayonu, Məlikçobanlı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1954-cü il təvəllüdlü Ağayev X6 RMX-nın Narkoloji və Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Şamaxı RİH Başçısının Məlikçobanlı kəndi ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnamədən görünür ki, Ağayev X5 rayonu, Məlikçobanlı kəndində qeydiyyatdadır, ailəlidir və altı övladı var. Nümunəvi ailə kimi daim övladlarının tərbiyəsi ilə məşğul olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 iyun 2024-cü il tarixli cavabından görünür ki, Ağayev X5 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum etmə və 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş 21 iyun 2024-cü il tarixli **********68 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində Şamaxı rayonu, Məlikçobanlı kəndində **********95 reyestr nömrəli KOD:41000048, JN-51A nömrəli Şəhadətnaməyə əsasən 0,0600 ha ümumbirgə həyətyanı torpaq sahəsi vardır. Həmçinin Şamaxı rayonu, Məlikçobanlı kəndində Təqsirləndirilən şəxs adına fərdi yaşayış evi mövcuddur, lakin həmin evin üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır, yalnız 1987-ci ildə texniki pasport tərtib olunmuşdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, ona dəymiş 1100 manat ziyandan 650 manat ödənilmiş, qalan ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, ona dəymiş, ödənilməmiş qalan 300 manat maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, ona dəymiş 1000 manat ziyandan 750 manat ödənilmiş, qalan ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, ona dəymiş 1500 manat ziyandan 400 manat ödənilmiş, qalan ziyanın ödənilməsini tələb edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını talaması, yəni dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini, yaşının çox olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənlərdən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yaşını, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 30 saat hüquqi yardım göstərməsinə görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 30 saat hüquqi yardım göstərməsinə görə 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar