Məhkəmə qərarları › İş №1(074)-40/2020

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-40/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-40/2020 04.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- «xxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs Şəxməmməd oğlunun iştirakı ilə, xx xxxx 1973-cü ildə Şamaxı rayonu Məlhəm kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı şəhəri H.Z.Şirvani küçəsi ev 6 mənzil 16-da qeydiyyatda olan və həmin evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 14961,07 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 14991,07 manat pulun ondan alınaraq «xxxxxxx» MMC-nin xeyrinə ödənilməsi barədə Şamaxı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(074)-790/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra sənədi onun tərəfindən qərəzli olaraq icra edilməmiş, icra sənədini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(032)-314/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün xx xxxx 2019-cu il tarixdə yenidən müddət təyin olunmaqla bildirişin verilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə təqdimat verilən günə kimi yəni, xx xxxxxx 2019-cu il tarixə cəmi 14761,07 manat əsas borcu və 30,00 manat ödənilmiş dövlət rüsumunu «xxxxxxx» MMC-nin xeyrinə ödəməməklə qeyd olunan Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinı qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətlərilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-790/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ondan 14961,07 manat borc və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq «xxxxxxx» MMC-nin xeyrinə ödəməli olsa da, icra məmurunun qanuni tələblərinə məhəl qoymadığından Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(032)-314/2019 saylı qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edildiyini lakin, bundan sonra da icra məmurunun qanuni tələblərinə əməl etməyərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat verilən günə yəni, 2019-cu ilin dekabr ayının 13-ü tarixinə kimi ödənilməli olan məbləğdən cəmi 200,00 manat ödənişi nəzərə alınmaqla, 14761,07 manat məbləğində əsas borcu və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunu «xxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməkdən yayınmış və ödənişi etməməsinə səbəb kimi isə həmin borcun onun tərəfindən alınmamasını göstərmişdir. İbtidai istintaq dövründə 200 manat, məhkəmə baxışı zamanı isə 1900 manat olmaqla cəmi 2100 manat ödəniş etmişdir. Qısa müddətdə «xxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunu tam ödəyəcəyinə söz verərək əməlindən peşiman olmasını bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə «xxxxxxx» MMC-nə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etdiyini, həmin cəmiyyət tərəfindən əmək və mülki məcəllənin tələbinə uyğun olaraq Şahinlə müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonları ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan Təqsirləndirilən şəxs müştərilərdən istədikləri sifarişləri qəbul edib «xxxxxxx» MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını Təqsirləndirilən şəxs sifariş etdiyi ünvanlara çatdırır, Şahin isə 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini satış nöqtələrindən toplayıb şirkətin xəzinəsinə ödəyirdi. Lakin, Təqsirləndirilən şəxs öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq xx.xx.2015-ci il tarixdə işdən azad olunmuşdur. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 (bir) ay müddət verilmişdir. Ancaq, Təqsirləndirilən şəxs müqavilə şərtlərinə əməl etməmiş, nəticədə ərazidə olan pul vəsaitini yığıb şirkətə təhvil vermədiyindən «xxxxxxx» MMC-yə 14961,07 məbləğində zərər vurduğundan həmin məbləğ ondan dəfələrlə tələb olunsa da Təqsirləndirilən şəxs həmin borcu cəmiyyətə qaytarmamış və bu səbəbdən də həmin məbləğin ondan alınaraq «xxxxxxx» MMC-nə qaytarılması barədə Şamaxı rayon məhkəməsi qarşısında mülki iddia qaldırılmış və həmin iddia ərizəsinə baxan Şamaxı rayon məhkəməsi xx.xx.2018-ci il tarixdə 2(074)-790/2018 saylı qətnamə qəbul edərək Təqsirləndirilən şəxs 14961,07 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq «xxxxxxx» MMCnə ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və xx.xx.2019-cu il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borcluya və onlara göndərilmişdir. İcra dövründə Təqsirləndirilən şəxs tərəfindən «xxxxxxx» MMC-yə ödəniş olmadığından onun barəsində toplanmış materialın cinayət işi başlanılması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilməsi barədə təqdimat verilməsi haqda ərizə ilə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. İbtidai istintaq zamanı 200 manat məbləğində, hazırda Təqsirləndirilən şəxs borcundan qismən ödəniş etmişdir, borcun tam ödənilməsini tələb edərək təqsirləndirilən şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verib göstərdi ki, icraatına daxil olmuş 2(074)- 790/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada vaxt verilmiş, borclu Təqsirləndirilən şəxs ona verilən könüllü müddət ərzində icra sənədinin icrasını təmin etməmiş, qanunvericiliklə nəzərdə tutulmuş zəruri məcburi icra tədbirləri həyata keçirilmiş, lakin sonuncu tərəfindən məhkəmə qətnaməsində göstərilmiş tələb yerinə yetirilməmiş, müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini Təqsirləndirilən şəxs üzürsüz səbəbdən icra etmədiyinə görə dəfə inzibati məsuliyyətə cəlb edilərək Şirvan şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(032)-314/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün xx xxxx 2019-cu il tarixdə yenidən müddət təyin olunmaqla bidirişin verilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə təqdimat verilən günə kimi, yəni xx xxxxxx 2019-cu il tarixə 14761,07 manat əsas borcu ödəməmişdir. Buna baxmayaraq borclu öz hərəkətlərini davam etdirməklə qətnaməni icra etmədiyi üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs 2(074)- 790/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin könüllü icra etmədiyini təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(074)- 790/2018 saylı qətanməsinin surətindən görünür ki, iddiaçı «xxxxxxx» MMC-nin sabit ticarət nümayəndəsi Təqsirləndirilən şəxs ümumi olaraq 14961,07 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsmu alınıb «xxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyətnamədə göstərilir ki, yaşadığı məhəllədə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhəllədə hörmət qazanmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhəllədə hörmət qazanmış, qonşuların xeyir və şər işlərində yaxından iştirak etmişdir. Öz yaşıdlarına nümunə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə 1000 manat və xx xxxxxx 2020-ci il tarixdə isə 900 manat «xxxxxxx» MMC-nin hesabına pul köçürmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayəttörətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, borcunun bir qismini, yəni 2100 manat ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 24 saat hüquqi yardıma görə 144(bir yüz qırx dörd) manat pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 hesabına və məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60(altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 2(iki)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 24 saat hüquqi yardıma görə 144(bir yüz qırx dörd) manat pul Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 hesabına və məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60(altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar