Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-40/2022 08.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X9 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Şamaxı şəhəri M.F.Axundov küçəsi 3 saylı evdə qeydiyyatda olan, Şamaxı şəhəri H.Ciddi küçəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxx 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və hazırda Abşeron rayonu Xırdalan şəhəri 120 adlanan ərazidə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri 28 may küçəsində “Qəriblər” adlanan qəbiristanlığın yanında tanışları Təqsirləndirilən şəxs1 və X10 birlikdə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə qəbiristanlığın yanında heyvanlarını otaran Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ucadan yüksək səslə nalayiq ifadələr işlədərək yumruq və təpik zərbələri ilə sonuncunun baş və dirsək nahiyələrindən vuraraq ona qapalı kəllə beyin travmasi ilə müşahidə olunan beyin silkələnməsi, sol göz yuvasının hematoması, sol qaş üstü nahiyənin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid, sağ dirsək nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 01 yanvar 2022-ci il tarixdə saat 13 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri 28 may küçəsində “Qəriblər” adlanan qəbiristanlığın yanında tanışları Təqsirləndirilən şəxs2 və X10 birlikdə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə qəbiristanlığın yanında heyvanlarını otaran Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ucadan yüksək səslə nalayiq ifadələr işlədərək yumruq və təpik zərbələri ilə sonuncunun baş və dirsək nahiyələrindən vuraraq ona qapalı kəllə beyin travmasi ilə müşahidə olunan beyin silkələnməsi, sol göz yuvasının hematoması, sol qaş üstü nahiyənin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid, sağ dirsək nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır, onunla əvvəllər həmin şəxslə münasibətləri həmişə yaxşı olub, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində o, qohumları Tural Səlimov və Təqsirləndirilən şəxs1 ilə birlikdə Şamaxı şəhəri 28 may küçəsində yerləşən “Qəriblər” qəbiristanlığın yanında Alimin idarə etdiyi Mersedes markalı avtomobildə olmuşlar, həmin vaxtı yeni il bayramına görə bir çox şəxslər qəbiristanlığa gəlib yaxınlarının qəbirlərini ziyarət edirdi, buna görə də qəbiristanlığın içərisində və qəbiristanlığın qapı tərəfində, yəni onların yaxınlığında bir neçə şəxslər olmuş, eyni zamanda həmin şəxslər avtomobilləri ilə gəldiyindən onların avtomobilin yaxınlığında bir neçə avtomobil də dayanmışdır. Onlar Alimin avtomobilində olarkən, həmin vaxtı qonşuları Zərərçəkmiş şəxs onların əyləşdikləri avtomobilə yaxınlaşaraq onu çağırmış, o, da avtomobildən düşüb Rüstəmin nə üçün onu çağırdığını aydınlaşdırmaq üçün onun yanına getmişdir. Həmin vaxtı Rüstəm onun oğlu Bilal Məmmədov ilə aralarında bir neçə gün əvvəl olan münaqişəyə görə ona irad tutduğuna görə həmin vaxtı Rüstəmlə aralarında mübahisə başlamış, mübahisə zamanı əvvəlcə Rüstəm heç bir səbəb olmadan ona yaxınlaşmış və əlindəki çomaqla onu vurmaq istəmiş, o, da Rüstəmin onu vurmaması üçün həmin ağac parçası olan çomağı alıb kənara atmış, buna baxmayaraq, Rüstəm onu əl zərbələri ilə bir neçə dəfə vurmuş, həmin vaxt orada olan qonşuları Məhərrəm, Qurban və orada olan digər şəxslər, eləcə də Tural və Alim yaxınlaşıb Rüstəmi ondan aralaşdırmağa başlamışlar. Bu zaman Rüstəm onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Rüstəmin onun ünvanına nalayiq ifadələr işlətməsinə dözməyib əsəbindən yumruqtəpiklə Rüstəmin bir neçə nahiyəsindən zərbələr vurmağa başlamışdır. Bu zaman onları orada olan Tural, Alim və digər şəxslər aralaşdırmışlar. Bundan sonra o, Alim və Tural ilə öz yaşadığı evə getmişdir. Qısa bir vaxtdan sonra Şamaxı rayon polis şöbəsinin əməkdaşları onu telefon vasitəsilə Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər, o, da polis şöbəsinə gələrək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Həmin vaxt Rüstəmin əlində olan ağac parçasını o, alıb kənara atmış və onu yumruq-təpiklə döyməyə başlamışdır. Eləcə də Tural və Alim də orada olsalar da, onları aralaşdırmışlar, ola bilsin ki, Tural və Alim onları aralaşdıranda onu tutduqlarından, Rüstəm Tural və Alimin də onu vurmasını zənn edib belə bildirmişdir. Zərərçəkmiş şəxs tam düzgün danışmır. Həmin vaxt bayramla əlaqədar çoxlu şəxslər “Qəriblər” qəbiristanlığına vəfat etmiş yaxın qohumlarının qəbirlərinə baş çəkmək və ziyarət etmək üçün gəlmişlər, həmin şəxslərin kimlər olduğunu bilməmişdir. Orada o, Tural və Alimlə birlikdə əyləşdikləri Mersedes markalı avtomobildən başqa, yaxınlığlarında bir neçə avtomobil də olmuşdur. Həmin münaqişə zamanı bir neçə şəxslər səs-küyə görə hadisə yerinə yaxınlaşmışlar. Ola bilsin ki, orada ağ rəngli “Lexus” markalı avtomobil də olmuş və həmin avtomobildən də kimlərsə hadisəyə görə ora yaxınlaşmış, lakin, kimlər olmasını o, bilməmiş və onlarla başqa tanış şəxs olmamışdır. Zərərçəkmiş şəxs hadisə yerinə səs-küyə görə yaxınlaşanların onların tanış olmasını zənn edib belə bildirmişdir. Zərərçəkmiş şəxs oğlu Bilal ilə aralarında mübahisə olmuş, sadəcə tutaqlaşmışlar, o, həmin mübahisə vaxtı Bilaldan hər hansısa bir məbləğdə pul almamış və istəməmişdir. O, həmin hadisədən xeyli əvvəl Bilaldan 250 manat borc almış, imkanı zəif olduğuna görə də Bilalın borcunu qaytara bilməmişdir. Ola bilsin ki, Bilal həmin borcu atasına deyib, atası da elə zənn etmişdir ki, guya onlar Bilalı döyüb ondan pul almışlar. Əslində isə Bilaldan heç kim məcburi pul almamışdır. Bunlar yalan məlumatlardır. Rüstəm də aralarında olan qeyd etdiyi münaqişəyə görə onlardan qərəzli qalaraq belə bir məlumat vermişdir. Orada yerdə çoxlu ağac parçaları ola bilər, çünki, bir çox şəxslər ora heyvanlarını gətirib yaxınlıqdakı boş sahələrdə otarırlar. Həmin hadisə vaxtı o, həyəcanlı olduğundan ağac parçasının da hansı əlamətlərdə olmasına fikir verməmiş və əsəbindən Rüstəmin əlindən alıb kənara atdığından konkret hara düşməsini də xatırlamır. Həmin vaxt orada olan şəxslərin konkret kimlər olmasını bilməmiş, lakin səs-küyə gələn şəxslərdən Məhərrəm, Qurbanın orada olmasını və onları aralaşdırmalarını xatırlayır. Rüstəm ilkin ifadəsində onun onu ağac parçası ilə vurduğunu bildirdiyi üçün, o, da ilkin ifadəsində özünü müdafiə etmək üçün qeyd etmişdir ki, Rüstəm onu ağacla vurmuşdur, o, da əsəbindən ağacı ondan alıb əvəz çıxmaq üçün ağacla onu vurmuş, yəni Rüstımin onu vurmasını bildirməklə hesab etmişdir ki, Rüstəmin onu ağacla vurmasına görə onun ağacı ondan alıb onu vurmağını bildirsə, onun günahı olmadığı kimi hesab edərlər. Lakin, indi anlayır ki, belə məlumatı bildirmək onun üçün düzgün deyildir və hadisə barədə daha düzgün məlumat verməlidir. Buna görə də hazırda hadisə barədə tam dəqiqliklə deyir ki, həmin hadisə zamanı, Rüstəmin əlində ağac parçası olsa da, o, onu ağacla vurmamış, o, onun ağacla onu vuracağını zənn edib, ağacı onun əlindən əsəbi şəkildə alıb kənara tullamış, lakin sonradan Rüstəm məni söyüb onu əl zərbəsi ilə vurduğuna görə o, bərk əsəbiləşib onu yumruq və təpiklə vurmuşdur. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımasa da, onun oğlu Bilal ilə tanışlığı olmuşdur. Onun qardaşı Saleh Abzərova məxsus olan “Mersedes C-klass” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili vardır və həmin avtomobili etibarnamə ilə sürməyə ona vermişdir. Belə ki, 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Şamaxı şəhəri 28 may küçəsinin qurtaracağında yerləşən “Qəriblər” adlanan qəbiristanlığın giriş hissəsində “Mersedes Cklass” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobildə olmuş, eyni zamanda tanışları Təqsirləndirilən şəxs2 və Tural Səlimov üçü avtomobildə əyləşmişlər. Həmin vaxt, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan Natiqi yanına çağırmış, Natiq də avtomobildən düşüb ona yaxınlaşmış, onlar arasında o, bilmədiyi səbəbdən mübahisə başlamış, çünki, o, avtomobildə əyləşdiyi üçün onların nə söhbət etməsini bilməmişdir. Bu vaxtı onların tutaqlaşmasını görüb onları aralaşdırmaq üçün avtomobildən düşüb onlara yaxınlaşmış və aralaşdırmaq istəmişdir. Bu vaxtı, onun onları aralaşdırmaq istədiyini görən Zərərçəkmiş şəxs ona söyüş söymüşdür. Onlar Rüstəmə söyüş söyməməsini bildirmiş, lakin, Rüstəm yenə də söydüyü üçün o, da onu söymüşdür. Bu vaxtı, Zərərçəkmiş şəxs yerdən çay daşı götürüb onu vurmaq istəyəndə, o, əlləri ilə Rüstəmin sağ qolunu tutub buraraq daşı onun əlindən almış, sonra da orada olan şəxslər onları aralaşdırmışlar. Sonra da o, oradan ayrılıb çıxıb getmişdir. Həmin vaxtı bayramla əlaqədar qəbristanlığa çoxlu şəxslər gəlmişdir. Ola bilsin həmin şəxslərdə orada səs-küyə gəlmişdir. Lakin, onların yanlarında başqa şəxs olmamışdır. Onlar üçü - o, Natiq və Tural “Mersedes C-klass” markalı **-GF- *** dövlət nömrə nişanlı avtomobildə olmuşlar. Hadisə vaxtı Natiq orada Rüstəmlə tutaqlaşanda o, onları aralaşdırmaq istəyəndə, Rüstəm onu da daşla vurmaq istəyəndə o, Rüstəmin qolunu burub daşı almışdır. Orada Rüstəmi heç kim vurmamışdır. Həmin vaxtı qəbiristanlığa çoxlu şəxslər yaxınlarının qəbirlərini ziyarət etmək üçün gəlmişlər və ətrafda çoxlu şəxslər olmuşdur. O, onların kimlər olmasını bilməmişdir. Ətrafda olan şəxslərdən bəziləri də mübahisəni aralaşdırmışlar, lakin onların da kimlər olmasını bilməmişdir. O, heç nə etmədiyi və heç kəsə zərər vurmadığı üçün, onları aralaşdırarkən Rüstəm onu vurmaq istədiyi üçün özünü müdafiə etmək məqsədilə onun qolundan tutub burub daşı aldığına görə peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs2 qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs1 və X7 isə rayon sakini kimi tanıyır. Belə ki, 01 yanvar 2022-ci il tarixdə Şamaxı şəhər 28 May küçəsinin sonunda yerləşən “Qəriblər” adlanan qəbiristanlığın yanındakı boş sahələrdə heyvanlarını otarmaq üçün həmin əraziyə getmişdir. Həmin vaxtı saat 13 radələrində, qəbiristanlığın qapısı tərəfdə dayanıb yaxınlıqda otlayan heyvanlarına nəzarət etmiş, eyni vaxtda, yeni il bayramına görə bir çox şəxslər avtomobilləri ilə qəbiristanlığa gəlib oradakı yaxınlarının qəbirlərini ziyarət edirmişlər və orada tanımadığı bir çox şəxslər olmuşdur. Bu vaxtı, “Mersedes” markalı avtomobil ilə gələn Natiq və tanışları Alim və Tural avtomobildən düşüb onun üstünə gəlmişlər. Natiq və tanışları Tural ilə Alim ona yaxınlaşan kimi heç bir səbəb olmadan onu döyməyə başlamışlar. Natiq, Tural və Alimin onu döyməyinə görə orada qəbiristanlıqda olan və səs-küyə toplaşmış şəxslərdən bir neçəsi gəlib onları aralaşdırmışlar. Sonra da oğlu Azər gəlib onu xəstəxanaya aparmışdır. O, ilkin izahatında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Tural Səlimovun onu ağac parçası ilə vurduqlarını bildirsə də, həmin izahatı verərkən o, hadisənin təsirindən həyəcanlı olduğuna görə tam olaraq düzgün ifadə verməmişdir, indi isə dəqiqliklə bildirir ki, həmin şəxslər onu ağacla deyil, əl və təpik zərbələri ilə vurmuşlar. Həmin vaxtı hadisə yerində, yəni qəbiristanlıqda çoxlu şəxslər toplaşmışlar, lakin onların konkret kimlər olmasını bilmir. Həmin hadisə vaxtı qəbiristanlıqda olan cip avtomobilindən iki nəfər şəxslər də düşsələr də həmin şəxslər ona yaxınlaşmamışlar və kənarda dayanmışlar, lakin həmin şəxslərin hadisə yerinə yaxınlaşmasından hesab edir ki, həmin şəxslər Natiqgil ilə birlikdə olmuşdur. Həmin şəxslərin kimlər olmasını və avtomobilin dəqiq marka və nömrəsini bilmir. Həmin hadisə vaxtı onun əlində ağacla Natiqi vurmaq istəməyi olmamışdır, ümumiyyətlə ağacla Natiqi vurmaq istəməmiş, əksinə həmin şəxslər üçü - Natiq, Tural və Alim onu yumruq və təpiklərlə vurmuşlar. Eləcə də onun əlində daş olmamışdır və o, Alimi daşla vurmaq istəməmişdir. Həmin hadisə vaxtı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Tural Səlimovun hər üçü eyni anda üzərinə hücum çəkib onu birlikdə döyürmüşlər. Həmin şəxslər hər biri eyni anda onu döydüklərinə görə onların ayrı-ayrılıqda hər birinin onun hansı nahiyəsindən vurmasını xatırlamır. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs1 onu vurmuşdur. Çünki, həmin şəxslər üçü də üstünə gələndə dayanmadan onu əl-təpik zərbələri ilə müxtəlif nahiyələrinə vurub ona xəsarət yetirmişlər. O, oğlu Bilal Məmmədovun bir müddət əvvəl – xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2, Məhəmməd Mustafayev və Tural Səlimov tərəfindən döyülüb pulunun alınması ilə bağlı ilkin toplanan material üzrə hadisənin şahidi olmamışdır, hadisənin konkret necə olmasını görməmişdir. Son olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onların evi Şamaxı şəhəri 28 may küçəsinin sonunda yerləşir və onların evindən bir qədər aralıda – təxminən 200-300 metr məsafədə “Qəriblər” adlı qəbiristanlıq yerləşir. Belə ki, 01 yanvar 2022-ci il tarixdə, saat 13 radələri olardı, o, evlərinin qabağında küçədə olarkən, həmin vaxtı yeni il bayramına görə bir çox şəxslər qəbiristanlığa gəlib yaxınlarının qəbirlərini ziyarət edirdilər, buna görə də qəbiristanlıqda bir çox şəxsin olduğu və qəbiristanlığın qarşısında bir neçə avtomobilin olduğu görünürdü. Eyni zamanda, atası Rüstəm də həmin vaxtı heyvanlarını qəbiristanlığın qapısına yaxın ərazidə boş sahədə otarmışdır. Həmin vaxtı, qəbiristanlığın qarşısında avtmobillər dayanan yerdə səs-küy olmasını eşitmiş, nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal həmin yerə getmiş və görmüşdür ki, atası Rüstəmi döyüblər, bir neçə nahiyəsinin ağrıdığını bildirmiş, lakin çox danışa bilmədiyi üçün orada olan şəxslərdən eşitmişdir ki, atasını qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 və bir neçə nəfər şəxslər döymüşlər. Buna görə də o, dərhal atası Rüstəmi Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparmış, orada onu müalicə etmişlər. Həmin vaxtı, atası narahat olduğuna görə o, ərizə ilə Şamaxı RPŞ-nə müraciət etmiş, sonradan məlum olmuşdur ki, həmin hadisə zamanı atasını Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Tural Səlimov adlı şəxslər döymüşlər. O, hadisənin birbaşa şahidi olmadığı üçün və atasının konkret kimlər tərəfindən və neçə nəfər tərəfindən döyülməsini özü görmədiyi üçün, eyni zamanda hadisə yerində olan şəxslərdən atasının Natiqlə birlikdə konkret neçə nəfər tərəfindən döyülməsini öyrənə bilmədiyi üçün, ərizə yazarkən atasının Natiqlə birlikdə 4-5 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Sonradan məlum olmuşdur ki, əslində, atasını həmin vaxtı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Tural Səlimov adlı şəxslər döymüşlər, hadisə yerində olan digər şəxslər isə aralaşdırmışlar. O, həmin şəxslərin Təqsirləndirilən şəxs1 avtomobili ilə hadisə yerindən uzaqlaşmasını görmüşdür. Həmin vaxt atasının döyülməsini gördüyü üçün bu hal ona pis təsir etmiş və bərk həyəcanlı olmuş, ətrafda kimlər olmasına fikir verməmiş, sadəcə atasının Natiqgil tərəfindən döyülməsini eşitdiyi üçün Natiqin Tural və Alim ilə birlikdə avtomobil ilə uzaqlaşmasını gördüyünü xatırlamış, digər şəxslərin kimlər olmasına fikir verməmiş, buna görə də hadisə yerində olan şəxslərin konkret kimlər olmasını bilməmişdir. Həmin vaxtı atasının döyülməsinə görə həyəcanlı olduğundan ətrafa və yerə fikir verməmiş, buna görə də ağac parçası və bu tipli əşya görməyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib gösitərdi ki, onun evi Şamaxı şəhərində “Qəriblər” qəbiristanlığının yanında yerləşir. O, 01 yanvar 2022-ci il tarixdə saat 13 radələrində həmin qəbiristanlığın yanında olarkən qəbiristanlığın qapısının giriş hissəsində vətəndaşların çoxlu halda toplaşmasını görmüş, çünki, Şamaxı şəhəri Cəfər Cabbarlı küçəsində yerləşməklə həmin küçənin qurtaracağındakı “Qəriblər” qəbiristanlığına 01 yanvar 2022-ci il tarixdə bayrama görə bir çox şəxslər yaxınlarının qəbirlərini ziyat etmək üçün qəbiristanlığa gəlmişlər, o da evinin qarşısında küçədə olarkən qəbiristanlığın qapısının giriş hissəsində vətəndaşların toplaşdıqları yerdə ucadan dalaşma səs-küyü eşidib hadisə yerinə yaxınlaşanda, hadisə yerində dalaşma görüb orada olan bir çox şəxslərləd nə baş verdiyini aydınlaşdırmaq üçün bir qədər yaxınlaşanda dalaşma olduğunu və bir çox şəxslərin də aralaşdırdıqlarını görüb o da dalaşanları aralaşdırmaq üçün dərhal hadisə yerinə gəlib dalaşanları aralaşdırmağa başlamış, həmin vaxtı orada Şamaxı rayon sakinləri kimi tanıdığı şəxslər- Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, Tural Səlimov və Təqsirləndirilən şəxs1, eləcə də bir çox şəxslər olmuş, lakin, həmin vaxtı qarışıqlıq olduğundan konkret olaraq hadisə vaxtı kimin hər hansı bir əşya, alətlə kimi vurmasını dəqiq görə bilməmişdir. Lakin, baş vermiş həmin dalaşmanın olmasını toplaşmış şəxslərin çoxluğundan və səs-küydən eşidərək görüb bilmiş, buna görə də hadisə yerinə gəlib dalaşanları aralaşdıranda dəqiq kimin nə ilə və hansı alətlə kimi döyməsini dəqiq görə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 02 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Baxış keçirilməsi haqqında” 01 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı şəhəri 28 may küçəsində “Qəriblər” adlanan qəbiristanlığın yanında yerləşən hadisə yerində baxış keçirilərkən, Şahid1 hadisə yerini təqdim edib həmin yerdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X5 onun atası Zərərçəkmiş şəxs vətəndaşların arasında döyüb xəsarət yetirdikləri yeri təqdim etmiş, hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə yeri vətəndaşların mütəmadi olaraq gəldiyi ictimai yerdir, hadisə yerinin ətrafına baxış keçirilsə də, hadisənin baş verdiyi yerə yaxın ərazidə təhlükəsizlik və ya müşahidə kamerasının olması müəyyən edilməmiş, baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet, digər alət müəyyən edilməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 01 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 03 yanvar 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1, 180.2.4 və 221.3-cü maddələrinə tövsif edilməklə ibtidai istintaqı davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 02 yanvar 2022-ci il tarixli 4(074)-1/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 03 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – qapalı kəllə beyin travmasi ilə müşahidə olunan beyn silkələnməsi, sol göz yuvasının hematoması, sol qaş üstü nahiyyənin əzilmiş yarası, sağ dirsək nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənməklə, xx.xx.2022-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən beyin silkələnməsi ilə müşahidə olunan sol göz orbitasının hematoması, gözün ağlı qişasına qansızma, sol qaş üstü nahiyyənın yarası dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərrə vurmaya, sağ dirsək nahiyyəsinin yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. “Şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutlmuşdur. “Təqsirləndirilən şəxs qimsində cəlb etmək haqqında” 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli 4(074)-9/2022 saylı qərardan görünür ki, X12 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 03 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli 4(074)-11/2022 saylı qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 03 yanvar 2022-ci il tarixli 4(074)- 1/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Moskva şəhəri Simonov rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarxli hökmü ilə Rusiya Federasiyasının CM-nin 30-cü maddəsinin 3 hissəsi, 161 mad. 2 hissəsinin a bəndi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 fevral 2015-ci ildə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 21 fevral 2022-ci il tarixli 142 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şamaxı RMX-nin Ruhi-əsəb və Narkolji kabinetlərində qeydiyyatda yoxdurlar. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına veirlmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi üzrə nümayəndəliyinin 06 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 atası 1953-cü il təvəllüdlü X2, anası 1953-cü il təvəllüdlü X3 və qardaşı 1982-ci il təvəllüdlü X1 ilə Şamaxı şəhəri M.F.Axundov küçəsi 3 saylı evdə qeydiyyatdadır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nüamyəndəliyinin 06 mart 2022-ci il tarixli 246 saylı arayışından görünür ki, X11 anası 08 aprel 1965-ci il təvəllüdlü Abzərova Hicran Hüseyn qızı ilə ünvan 3 ünvanda yaşayır. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “İstintaq hərəkətinin keçirilməsindən imtina edilməsi haqqında” 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs, hadisəni ifadəsində olduğu kimi bildirdiyini, onu vurmadığını və ona qarşı heç bir qanunsuz hərəkət etmədiyini bildirərək onunla üzləşmək istəmədiyini bildirərək istintaq hərkətinin keçirilməsindən imtina etmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası Cm-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək ona Azərbaycan Respublikası Cm-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirlən şəxslərlə barışmış, ona dəymiş ziyan ödənilmiş və onlardan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin etirafedici ifadələri və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 221.2.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, zərərçəkmiş şəxsin aldığı xəsarətlər habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt binada yaşayan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşlar. Təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələdirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxslər Təqsirləndirilən şəxs2 Məhəmmə oğlu və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirlədirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında və ev dustaqlığında, Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuma altında və ev dustaqlığında saxlanıldığı 5(beş) ay 7(yeddi) gün müddət və Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək tutma altında saxlanıldığı 4(dörd) ay 24(iyirmi dörd) gün müddət müddət CMin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, onlara təyin ediləcək cəzadan çıxılmalı, üzərlərində qəti cəza saxlanılmalı, cəzanın icrası Şamaxı şəhər İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəza çəkmə müddətinin başlanğıcı onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 14 saat hüquqi yardıma görə 84 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 01 yanvar 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 5(beş) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 10(on) ay 14(on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 1(bir) ay 16(on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Şamaxı şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 14 yanvar 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 4(dörd) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 9(doqquz) ay 18(on səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2(iki) ay 12(on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Abşeron rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 14 saat hüquqi yardıma görə 84 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-40/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-40/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver