Məhkəmə qərarları › İş №1(074)-40/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-40/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-40/2024 30.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1959-cu il tarixdə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə, saat 21:50 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21070” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı- Yevlax magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisində yaşayış massivindən keçən 120-ci kilometr hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobillə hərəkətin intensivliyini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməklə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq göstərib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddənin 2-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq texniki cəhətdən saz vəziyyətdə olan avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 65 km/saat sürətlə hərəkət etdirərkən X4 yolun hərəkət hissəsinə çıxmasını görüb idarə etdiyi avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyi üçün hərəkət üçün təhlükəli şərait yaratmaqla avtomobilin ön hissəsi ilə piyada Ramiz Ağayevi yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun başın sol təpə-gicgah sümüyünün sınığı, beyinin kəllə tağı və kəllə sümüklərinin sınıqları, ağır dərəcəli beyin əzilmələri, hər iki baldır sümüklərinin sınıqları ilə nəticələnib ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin tarixdə hadisə yerində ölməsinə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, “VAZ 21070” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 2022-ci ilin oktyabr ayından idarə edir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağsu rayonu, Dəllər kəndindən nar meyvəsi alaraq idarə etdiyi “VAZ 21070” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerini və sərnişinlər üçün nəzərdə tutulan arxa oturacaqlara yükləyib evinə gələrək əvvəlcə yemək yeyib, daha sonra meyvələri satmaq məqsədilə Bakı şəhərinə getmək üçün yola çıxmışdır. Həmin vaxt avtomobildə təxminən 200 kq nar olmuşdur. Həmin günü saat 21:50 radələrində Yevlax- Şamaxı-Bakı magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometr hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən bir nəfər şəxsin yola çıxaraq yolu çəpinə keçməsini görmüş, həmin vaxt sonradan adının X7 olduğunu bildiyi şəxs ilə idarə etdiyi avtomobil arasında təxminən 40 metr məsafə olsa da, hava bir qədər tutqun olduğundan yalnız Ramiz Ağayevi yolun içərisində gördükdə ayağını tormoza basmış, lakin avtomobilin sağ ön və sağ qanad hissəsi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadanın baş nahiyəsi avtomobilin ön şüşəsinə dəymiş və piyada yolun sağ hissəsində səkinin kənarına düşmüşdür. Daha sonra o, avtomobili saxlayaraq Ramiz Ağayevə yaxınlaşmış və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə yerinə gələn polis əməkdaşları dərhal piyadanın vurulması barədə xəstəxanaya məlumat vermişlər və bir neçə dəqiqə sonra həkim briqadası hadisə yerinə gəlsə də, hadisə nəticəsində piyada X7 müxtəlif bədən xəsarətləri aldığından hadisə yerində dünyasını dəyişmişdir. O, hadisə zamanı avtomobili saatda 65 km/saat sürətlə idarə etmiş, hadisə Yevlax-Şamaxı-Bakı magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometr hissəsində baş vermiş, o, idarə etdiyi “VAZ 21070” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən piyadanı vurması nəticəsində baş vermişdir. O, yol-nəqliyyat hadisəsi baş verən zaman spirtli içkinin təsirində olmamış və hadisə zamanı özü heç bir xəsarət almamış, həmçinin o, yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı onun yanında heç kim olmamış, avtomobildə tək olmuşdur. İdarə etdiyi “VAZ 21070” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili yol-nəqliyyat hadisəsi baş verən zaman və hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, idarə etdiyi “VAZ 21070” minik markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada X6 vurmuş, avtomobil başqa hər hansı şəxsə və yaxud avtomobilə toxunmamışdır. Hadisə baş verərkən avtomobili 65 km/saat sürətlə idarə etmiş, o, “VAZ 21070” markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən X4 yola çıxdığını görmüş, Ramiz Ağayevin yola çıxdığı an idarə etdiyi avtomobillə arasındakı məsafə təxminən 40 metr olmuş, həmin vaxt Ramiz Ağayev asta yerişlə çəpinə istiqamətdə yolu keçməyə çalışmışdır. O, Ramiz Ağayevin sürətini artıraraq yolu daha sürətli keçəcəyini düşündüyü üçün əvvəlcə tormoza basmamış, həmin vaxt hava bir qədər tutqun olmuş, lakin o, Ramiz Ağayevi yolun içərisində gördükdə ayağını tormoza bassa da, məsafə çox az olduğundan avtomobillə Ramiz Ağayevi vurmuş, idarə etdiyi avtomobillə Ramiz Ağayevi vurduqdan sonra avtomobil təxminən 3 metr irəlidə dayanmışdır. Hadisə baş verdikdən sonra onun ifadəsi hadisə yerində yoxlanılan zaman müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yolun bir hərəkət zolağı üzrə eni 5 metr, Ramiz Ağayev yolu çəpinə keçdiyi üçün yola çıxdığı andan təxminən 3 metr məsafə qət etmişdir ki, o, Ramiz Ağayevi idarə etdiyi avtomobillə vurmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, əməlindən peşmançılıq çəkir. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onlarla barışmasını, ilk dəfə məhkum olunmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadə verib göstərdi ki, X7 onun qardaşıdır. Mərhum qardaşı Ramiz Ağayev ailəsindən ayrıldığı üçün sağlığında Şamaxı rayonunda tək yaşamışdır. 07 noyabr 2023-cü il tarixdə saat 21:50 radələrində rayon sakinləri ona zəng edərək demişlər ki, qardaşı X7 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində yolu keçmək istəyən zaman “VAZ 21070” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onu vurmuş və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra o, dərhal Şamaxı rayonuna gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, qardaşı Ramiz Ağayev Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometr hissəsində yolu keçmək istəyən zaman Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə qardaşını vurmuş və sonuncu hadisə yerində ölmüşdür. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları hadisə yerinin ilkin müayinəsini aparmış və mərhum qardaşı Ramiz Ağayevin meyiti məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Şamaxı rayon şöbəsinin ekspertinə həvalə olunmuşdur. O, hadisənin şahidi olmamış, eşitdiklərinə görə qardaşı Ramiz Ağayev yolun qaranlıq hissəsində yolu keçmək istəyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə qardaşını vurmuş və qardaşı aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X10 X11 Yol Patrul Xidmətinin baş inspektoru, polis kapitanı Şahid2 ifadə verib göstərdi ki, 07 noyabr 2023-cü il tarixdə saat 21:50 radələrində o, Şamaxı rayon X10 X11 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid1la rayon ərazisində xidmətdə olduğu vaxt Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 120-ci kilometr hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olduğu üçün dərhal hadisə yerinə getmişlər. Hadisə yerində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21070 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxmış piyada Şamaxı şəhər sakini, xx.xx.1986-cı il təvəllüdlü X6 vurub sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, nəticədə piyada X7 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Eyni zamanda, hadisə yerində baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmiş, protokolla sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, yolnəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisində yaşayış massivindən keçən 120-ci kilometr hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən olmuşdur. Daha sonra, baxış qurtarmış və xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı rayon X10 X11 Yol Patrul Xidmətinin inspektoru Şahid1 da şahid Şamaxı rayon X10 X11 Yol Patrul Xidmətinin inspektoru Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və zərəçəkmiş şəxs qismində tanınma haqqında” 07 noyabr 2023cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə görə, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhəri ərazisində yaşayış massivindən keçən 120-ci kilometr hissəsində yolun Bakı şəhəri istiqamətində baş vermişdir. Hadisə yerində asfalt və yolun ehtiyat hissəsi qurudur. Hadisə baş vermiş yol asfalt örtüklü olmaqla üfiqi yoldur, hadisə vaxtı və hadisədən sonra yol quru olmuşdur. Bakı-Şamaxı- Yevlax magistral avtomobil yolunun üzərində hərəkət axınını ayıran düzünə xətlər vardır. Bakı- Şamaxı-Yevlax magistral avtomobil yolunun asfalt örtüyünün hərəkət hissəsinin eni 10 (on) metrdir. Yol iki hərəkət zolaqlıdır, hərəkət zolaqları ayrı-ayrılıqda 5 metrdir. Sağ ehtiyat hissə səkidir, qurudur, sol ehtiyat hissə səkidir, qurudur, sağ ehtiyat hissənin kənarında daş hasar və arxa hissəsində olmaqla “Kür-Araz” qəsəbəsinə aid kənd tipli evlər vardır. Hadisə zamanı “VAZ 21070 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı-Şamaxı-Yevlax magistral yolunda, Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində “VAZ 21070 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri istiqamətində dayanmışdır. Piyadanı vurma yeri - baxış keçirilən istiqamətdə yolun sağ ehtiyat hissəsindən 02 metr uzaqlıqda yolun üzərində yerləşir. Hadisə yerində “VAZ 21070 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hər iki təkərinə aid 07 metr uzunluqda tormozlama izi vardır. Qeydiyyat nömrəsi 02422 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05-də (0,000 promil) alkoqol sərxoşluğu aşkar olunmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 93 saylı aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmiş, ayıq vəziyyətdə olmuşdur. BA 198986 nömrəli qeydiyyat şəhadətnaməsindən, AC708082 nömrəli sürücülük vəsiqəsinin surətindən və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən (xx.xx.2023-cü il tarixdə 06 ay müddətinə verilib) görünür ki, Təqsirləndirilən şəxs “VAZ-21070” minik markalı, **-BL- *** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17 saylı ekspert rəyindən görünür ki, X4 meyitinin bədəni üzərində - başın sol təpə-gicgah sümüyünün sınığı, beyin sümüklərinin sınıqları, ağır dərəcəli beyin əzilmələri, hər iki baldır sümüklərinin sınıqları həyatidirlər, canlı şəxslərdə ağır zərərvurmanın əlamətlərinə aiddirlər. Həmin xəsarətlər ölümündən əvvəl küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada qismində alınmağa uyğun gəlir. X4 ölümünə səbəb ağır dərəcəli beyin əzilməsi, kəllə tağı və kəllə əsası sümüklərinin sınması xəsarətləri olmuşdur. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etil spriti aşkar olunmamışdır. “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən tələbnamayə alınmış 18 yanvar 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” üzrə xx.xx.2024-cü il tarixli 8/88 saylı ekspert rəyindən görünür ki, “VAZ-21070 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxsin 18-1-25/2-154/24 saylı 14 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Ağsu raonu, Ərəbuşağı kənd sakini, 1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Ağsu RİHB-nın Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1959-cu il tarixdə Ağsu rayonunun Ərəbuşağı kəndində anadan olmuş, kişi, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 3 övladı olan Təqsirləndirilən şəxs orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuşdur. Ailə və məişətdə özünü nizam-intizamlı aparmışdır. Kənddə yaşadığı dövrdə böyük hörmət və nüfuza sahib olmuşdur. Kənd ağsaqqallarının hörmətini qazanmışdır. Bu günə kimi onun haqqında Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol polisi İdarəsinin 22 fevral 2024-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində Ağsu rayonu Ərəbuşağı kəndində yaşayan xx.xx.1959-cü il təvəllüdlü Təqsirləndirilən şəxs mülkiyyətində avtomobil olması barədə məlumat qeydə alınmamışdır, istifadəsində etibarlılıq müddəti xx.xx.2024cü il tarixədək olan “VAZ 2107” markalı **-BL-***, etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək olan “QAZ 2417” markalı **-CG-*** və etibarlılıq müddəti xx.xx.2025-ci il tarixədək olan “QAZ 31029” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə aid etibarnamə, eləcə də adına AC 708082 saylı B dərəcəli xx.xx.2025-ci İl tarixədək etibarlılıq müddəti olan sürücülük vəsiqəsi olması barədə məlumat qeydə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığından, ona dəyən ziyan ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətin törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, dəymiş ziyanı tam ödəməsini və ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıra biləcək halların olmamasını, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasının aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir və cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut “VAZ 21070” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülməlidir. Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 4 saat hüquqi yardım göstərməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “VAZ 21070” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 4 saat hüquqi yardım göstərməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil X3 və 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar