Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-41/2021 05.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 3 uşaq atası, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayon Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımış, 14 yanvar 2021-ci il tarixdə saat 23:30 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayon ərazisindən keçən hissəsində yerləşən «Şamaxı» restoranının qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, 15 yanvar 2021-ci il tarixdə saat 00:05 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əlindəki qara rəngli polietilen torbanın içərisində bir ədəd qəzet bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 320 (üç yüz iyirmi) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14.01.2021-ci il tarixdə saat 18 radələrində Ağsu rayon Padarçöl ərazisində olan zaman yolun kənarında qara rəngli selofan torbada bükülü bir əşya görmüş, həmin qara rəngli selofan torbanın içinə baxan zaman qurudulmuş kütlə olduğunu aşkar etmiş və əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin qurudulmuş marixuana olduğunu bilmişdir. Bundan sonra o, Şamaxı şəhərinə gəlmiş və həmin tapdığı qara rəngli selofan torba ilə evə getsə evdəkilər biləcək deyə Şamaxı şəhərində gəzərək axşam olmasını gözləmişdir. Ailəsi tapdığı narkotik vasitə olan qurudulmuş marixuananı bilməsin deyə gecə aparıb yaşadığı evin yanında torpağa basdıracağını fikirləşmişdir. Lakin həmin tarixdə saat 23:30 radələrində Bakı-Şamaxı- Yevlax avtomobil yolunun sağ kənarında yerləşən Şamaxı restoranının qarşısından yolun kənarı ilə evinə tərəf gedərkən,bu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Bu vaxt həmin tapdığı selofan torbada əlində olmuşdur. Üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu deyərək, onu rayon polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Şamaxı rayon Polis Şöbəsinə gəlmişdir. Şamaxı rayon Polis Şöbəsinin izibati binasında videogörüntüyə çəkilməklə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əlindəki qara rəngli selofan torbanın içində büküm aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən götürdükləri içərisində narkotik vasitə olan qurudulmuş marixuana bükümünü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır.O, əvvəllər ara bir tapanda narkotik vasitədən istifadə etdiyi üçün həmin bükümün narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, heç bir zaman da məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 14 yanvar 2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, həmin gün saat 23:30 radələrində o, rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sağ kənarında yerləşən Şamaxı restoranının qarşısındaTəqsirləndirilən şəxs ilə rastlaşmışdır. Bu zaman onun əlində qara rəngli selofan torba olmuşdur. Əvvəlcə özlərini ona təqdim etmiş, onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmiş, o, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin təhqiqatçısı Telman Xasayevin xidməti otağında Müdafiəçi, CAB-nin əməliyyat müvəkkili, polisbaş leytenantı Şahid2 və RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli selofan torbada qəzetə bükülmüş vəziyyətdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar spesifik iyə malik maddə aşkar edilib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdiri ki, həmin narkotik vasitəni o, 14.01.2021-ci il tarixdə saat 18 radələrində Ağsu rayon Padarçöl ərazisində olan zaman yolun kənarından tapmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşnarkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunaraq protokola əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlamasını, onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı bir məlumatın daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 15yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdə saat 23:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 15 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əlindəki qara rəngli selofan torbada olan kağıza bükülmüş büküm açıldıqda içərisindənyaşıl rəngli, spesfik iyə malik narkotik vasitə olan qururdulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükümün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 7/74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş karton qutuda qara rəngli polietilen torbanın içərisində bir ədəd qəzet bükülüdə təmiz çəkisi 320,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 320,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq 319,9 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsinə dair”16yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 20yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ümumi təmiz çəkisi-319,9 qram olan qurudulmuş marixuana saxlanılması üçün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 X5 Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi çəxsin 26 yanvar 2021-ci il tarixli 43 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 yanvar 2021-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 30.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 08 fevral 2021-ci il tarixli 93 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1961-ci il təvəllüdlü X6, 1957-ci il təvəllüdlü X3, 1990-cı il təvəllüdlü X9, 2009-cu il təvəllüdlü X7, 2010-cu il təvəllüdlü X10 və 2015-ci il təvəllüdlü X4 ibarət ailə üzvləri ilə Şamaxı rayon Şəhriyar qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 08 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Şəhriyar qəsəbəsində yaşamış, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə ağsaqqallarının və ağbirçəklərinin hörmətini qazanmış və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 15 fevral 2021-ci il tarixliqərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinini başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın əldə edildiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə material ayrılmaqla araşdırmanın davam etdirilməsi və cinayət törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdimat verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsiilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digərsənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlakmiqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması vəsaxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanıtərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçininonun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərəalınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digərcinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinənşəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi vəhəm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsininqarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən vəağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onunailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və himayəsində üç az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasə nonun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxstəqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını,nəzərə alıb belə gənatə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxsna azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası CinayətMəcəlləsinin 32-ci maddəsinin Azəbaycan RespublikasıKonstitusiyasının 29cumaddəsinin 4-cühissəsinəuyğnluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarındaqeyd edilmişir ki, cinayət qanunvericiliyinəgörəcəza törədilmişcinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumlarıislah etmə tərbiyələdirmə habelə yeni cinayət edilməsinin qarşısınıalmaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəməhesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olmasıvəcəzasınıağırlaşdıran halların müəyyən edilməməsi,habelətəyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına vəonun ailəsininhəyat şəraitinətəsiri nəzərəalınmalıvəQuliyev X8 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdətutulmuşazadlığın məhdudlaşdırılmasıcəzasıtəyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəməhesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müdət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilətəqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasıtəyin edilməli, 14.01.2021-ci il tarixdən-16.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanımalı, cəza çəkmə müddətinin başanğcı onun cəzanı icra edən orqanda qeydiyyata alıdığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanımalı, cəza çəkdiyi müddətdə Azəbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, iş üzrə maddi sübut kimi tanınan –Şamaxı rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi-319,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 89,00 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14.01.2021-ci il tarixdən 16.01.2021-ci il tarixədək şübhəli şəxsqismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar –Şamaxı rayon Polis Şöbəsində saxlanılan təmiz xalis çəkisi 319,9 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 89,0 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-41/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-41/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver