Məhkəmə qərarları › İş №1(074)-41/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-41/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-41/2022 08.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə saat 21:30 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri, X12 küçəsində çoxsaylı vətəndaşların gözləri qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə avtomobillə bir-birilərinə yol verməmələri üstündə sözlü mübahisə edən Zərərçəkmiş şəxs1 yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan ucadan yüksək səslə nalayiq ifadələr işlədərək yumruqla sinəsindən, üzərində gəzdirməklə silah qismində istifadə etdiyi əlamətləri istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik alətlə isə əl nahiyəsindən vuraraq sonuncuya sol əlin ovuc səthində iki ədəd, sol əlin arxa səthində iki ədəd, sol əlin V barmağının arxa səthində iki ədəd səthi deşilmiş yaralarla nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, daha sonra isə idarə etdiyi «VAZ-21010» markalı, E652AM 05/RUS nömrə nişanlı avtomobilə əyləşib hərəkətə gətirməklə qəsdən Zərərçəkmiş şəxs1 sol ayağının üstündən keçərək ona sol ayağın bayır topuğunun hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, həmçinin, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs2 məxsus «VAZ-21015» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vurub müxtəlif detallarını əzərək sonuncuya 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindiirlmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 12 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində o, ünvan 2ndə idarə etdiyi özünə məxsus “VAZ-21010” markalı, E652AM 05/RUS nömrə nişanlı avtomobili ilə hərəkət edərkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 və bir neçə nəfər şəxsin küçədə olduğunu görmüşdür. Həmin vaxtı, avtomobili saxlayıb düşüb onlara yaxınlaşmış və Rafael ilə söhbət etmək istəyəndə, səbəbsiz olaraq onunla aralarında mübahisə başlamışdır. Mübahisə vaxtı o, hadisənin böyüyəcəyini görüb əli ilə Rafaeli kənarlaşdırıb avtomobilinə əyləşmiş, lakin, görmüşdür ki, Rafael avtomobilinin qarşısındadır, o, əsəbindən avtomobilini Rafaelin üstünə qəsdən sürmüşdür ki, kənara çəkilsin, avtomobil Rafaelin sol ayağının üstündən keçmiş və avtomobili orada dayanmış “VAZ-21015” markalı avtomobilin sol tərəfinə dəymiş və həmin avtomobilin sol detalları, onun avtomobilinin isə sağ bəzi detalları əzilmiş, o, avtomobilini sürüb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində onun əvvəlcə onu itələdikdən sonra deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla onun sol əlindən xəsarət yetirdiyi təmamilə yalan məlumatlardır. Həmin vaxtı onun əlində heç bir bıçaq əşyası olmamışdır. Onun əlində ümumiyyətlə heç bir əşya olmamış və o, Rafaeli bıçaqla və ya digər kəsici-deşici alətlə vurmamışdır. Eləcə də, orada Rafael ilə söhbət edən şəxslərin kimlər olmasını bilməmiş, həmin şəxsləri tanımamış, heç bir münasibəti də olmamışdır. Eləcə də qaranlıq vaxtı olduğundan sifətlərini və digər əlamətlərini də xatırlamamışdır. O, orada ancaq Rafaeli tanımış, digər şəxsləri tanımamışdır, qeyd etdiyi kimi, hava qaranlıq olduğundan əlamətlərini də xatırlamır. Ətrafda isə kimlərin olmasını bilmir. Həmin vaxt Rafael ilə aralarında səbəbsiz olaraq baş vermiş mübahisəyə görə, o, əsəbləşib avtomobilinə əyləşəndən sonra Rafaeli avtomobil ilə vurub bir qədər kənara çəkmək istəmiş, eləcə də digər avtomobilə də buna görə avtomobili dəyib zədələmişdir. O, sadəcə, Rafaeli vurub kənara çəkmək istəmişdir. Həmin vaxtı Rafael və orada olmuş digər şəxslərin əlində hər hansı bir əşya olmamışdır. Son olaraq törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və hazırda zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayon sakini kimi tanıyır. Belə ki, 12 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində ünvan 2ndə əmisi oğlu Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21015” markalı avtomobil ilə ikisi hərəkət edərkən, avtomobili Elşad idarə etmişdir. Küçədə hərəkət edərkən qəflətən adını bilmədiyi, üzdən tanıdığı şəxsin idarə etdiyi “Priora” markalı avtomobil onların hərəkət istiqamətlərinə çıxmışdır. Elşad da avtomobili qarşıya sürə bilmədiyi üçün saxlamış və onlar avtomobildən düşüb həmin avtomobilin sürücüsü ilə söhbət edən vaxtı, onların arxasınca gələn Ağababa avtomobilini saxlamışdır. Onlar birinci avtomobilin sürücüsü ilə söhbət edərkən Ağababa da bir qədər kənarda olmuş, onların yanında olan bir nəfər tanımadığı şəxs onunla söhbət edən vaxt qəflətən Ağababa yumruqla sinəsindən zərbə vurmuş, o, da ona müqavimət göstərmək istəyəndə həmin vaxtı Ağababa cibindən çıxardığı əlamətlərini görmədiyi kəsici alətlə, ola bilsin ki, bıçaq olmuş, həmin alətlə onu vurmaq istəmiş, hava qaranlıq olduğundan o, həmin alətin konkret hansı alət olmasını görə bilməmiş, lakin bıçağa daha çox oxşadığından və kəsici alət olmasından bilinirdi, o, Ağababanın həmin alətlə onun üstünə gələndə o, özünü müdafiə etmək üçün sağ və sol əlləri ilə Ağababaya tərəf uzatmış və bıçaq hər iki əlində azca xəsarətlər yetirmiş, bundan sonra o, qorxub Elşadın maşınına tərəf getmişdir ki, maşına minib qapını bağlasın ki, Ağababa onu vura bilməsin. Bu vaxtı Ağababa özünün “VAZ-21010” markalı avtomobilinə əyləşib üstünə sürmüş, o, həmin vaxtı Elşadın avtomobilinə əyləşmək istəyəndə Ağababa avtomobili ilə onun sol ayağının üstündən keçib ayağına xəsarət yetirmiş, avtomobilin qapısı onun sol tərəfindən dəymiş, nəticədə sol əlindən xəsarət almışdır. Qeyd etdiyi kimi, Ağababa həmin avtomobil ilə üzərinə gəldiyi üçün avtomobilin sağ qabaq təkəri onun sol ayağının üzərindən keçib ona xəsarət yetirmişdir. Eyni zamanda, Ağababanın avtomobili Elşadın avtomobilinin sol qapıları (arxa və qabaq qapılar), qabaq sol krelo, sol güzgü və bir neçə detalı əzilmişdir. O, qışqıraraq harayçılıq etdiyi və köməyə adam çağırdığı üçün orada olan çoxlu şəxslərin toplaşdığını görüb avtomobillərə əyləşmişlər və çıxıb getmişlər. Onu həmin vaxt Təqsirləndirilən şəxs vurmuş, orada bir neçə nəfər şəxs də olmuş, onlarla avtomobili onların avtomobilin qarşısına verməsi ilə bağlı söhbət etmişlər. Onların həmin şəxslərlə söhbətləri vaxtı, Ağababanın gəlib ona qarşı belə bir hərəkət etməsinə görə, hesab edir ki, Ağababa həmin şəxslərlə yaxın olmuşdur. O, orada olan digər şəxsləri tanımamışdır. O, ilkin ifadələrini bildirərkən hadisənin təsirindən həyəcanlı olmuş, buna görə də belə bildirmişdir. Əslində isə orada olan şəxslərdən təkcə Ağababa onu itələmiş, onu bıçaqla vurmuş və onun ayağının üstündən avtomobil ilə keçmişdir. Orada olan digər şəxslərdən hər hansı biri ona qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Sadəcə onlarla avtomobili onların avtomobilin qarşısında saxlaması ilə bağlı söhbətləri olmuşdur. Digər şəxslər “Priora” avtomobilində, Ağababa isə özünün “VAZ21010” markalı avtomobilində olsa da, həmin şəxslərlə onların söhbətləri vaxtı gəlib ona qarşı belə bir hərəkət etdiyinə görə hesab etmişdir ki, Ağababa həmin şəxslərlə tanış olmuşdur. O, bildiyinə görə həmin yerdə kamera olmamışdır. Elşad kənarda durmuş və hadisə ilə bağlı heç bir hərəkət etməmişdir. Həmin vaxtı orada olan şəxslərdən təkcə Ağababanı tanımış, digər şəxsləri tanımamışdır. Ətrafda və yanlarında olan digər şəxsləri tanımamışdır. Hava qaranlıq olduğundan Ağababanın əlində olan əşyanın dəqiq olaraq bıçaq olmasını bilməmiş, eləcə də digər əlamətlərini xatırlamır. Bildirmişdir ki, həmin şəxsləri tanımır, həmin avtomobildən düşən şəxslərlə söhbət edən vaxtı, Ağababa kənardan gəlib qeyd etdiyi hadisəni törətmişdir. Hazırda təqirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tam ödənildiyindən ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, özünə məxsus «VAZ-21015» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili özü idarə edir. 12 dekabr 2021-ci il tarixdə, saat 21:30 radələrində o, Şamaxı şəhəri X12 küçəsində əmisi oğlu Rafael ilə birlikdə özünə məxsus “VAZ-21015” markalı avtomobili ilə ikisi hərəkət etmişlər, avtomobili o, idarə etmişdir. Avtomobillə hərəkət edərkən qəflətən adını bilmədiyi, üzdən tanıdığı şəxsin idarə etdiyi “Priora” markalı avtomobil onların hərəkət istiqamətlərinə çıxmışdır. O, da avtomobili qarşıya sürə bilmədiyi üçün saxlamış, həmin şəxslərin konkret olaraq hansı səbəbdən, yəni bilərəkdən avtomobilin qarşısına keçməsi və ya bilmədən yolun nahamar hissəsi ilə getməmək üçün avtomobili həmin hissəyə sürməsini bilmədiyi üçün avtomobili saxlayandan sonra, o və Rafael avtomobildən düşüb həmin digər avtomobilin sürücüsü ilə söhbət edən vaxtı, həmin avtomobildən bir neçə şəxslər də düşmüşlər. Onlar onlarla söhbət etməyə başlayanda, o, narazılıq olmadığını görüb və normal söhbət edildiyini görüb bir qədər kənara çəkilmişdir ki, siqaret çəksin. Bu vaxtı, görmüşdür ki, Ağababa adlı rayon sakini idarə etdiyi avtomobili ilə onun avtomobilinin sol tərəf hissəsindən vurub avtomobilinin detallarının bəzilərini əzmişdir. O, hadisə yerinə yaxınlaşanda orada çoxlu şəxslərin toplaşmasını və sonradan Rafaelin də polisə şikayət etməsini bilmişdir. Həmin vaxt Rafaelin söhbət etdiyi şəxslərlə normal danışdığını görüb siqaret çəkmək üçün bir qədər kənara çəkilmiş, buna görə də Rafaeli konkret olaraq kimin vurmasını və nə ilə vurmasını görməmiş, çünki, hava qaranlıq olmuş, o, da kənarda olmuşdur. Sonradan Rafael bildirmişdir ki, Təqsirləndirilən şəxs onu kəsici alətlə vurmuş və itələmiş, avtomobili ilə ayağının üstündən keçmişdir. Lakin, o, bunları özü görməmişdir. Rafaelin döyülməsini o, özü görməmiş, bunun birbaşa şahidi olmamışdır. Bu baş verənlər barədə Rafael sonradan ona bildirmişdir. Onun bildiyinə görə həmin yerdə kamera olmamışdır. Həmin vaxt orada olan şəxslərdən təkcə Ağababanı tanımış, digər şəxsləri tanımamışdır. Ətrafda və yanlarında olan digər şəxsləri tanımamışdır. O, orada kəsici əşya görməmişdir. Hazırda təqirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan ödənildiyindən ondan şikayəti və tələbi olmadığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır, Zərərçəkmiş şəxs2 isə əmisi oğludur. 12 dekabr 2021-ci il tarixdə o, ünvan 2 ilə bazara tərəf gedərkən, həmin vaxt görmüşdür ki, qeyd edilən küçədə bir neçə şəxslər toplaşmışlar və mübahisə var, o, hadisə yerinə yaxınlaşanda görmüşdür ki, “VAZ-21010” markalı bir avtomobil hadisə yerindən sürətlə uzaqlaşıb getdi. Nə baş verdiyini aydınlaşdırmaq üçün hadisə yerinə yaxınlaşanda görmüşdür ki, qardaşı Zərərçəkmiş şəxs1 orada əlini tutub və sol ayağı da axsayır, eyni zamanda hadisə yerində olan əmisi oğlu Zərərçəkmiş şəxs2 “VAZ-21015” markalı avtomobilinin isə sol hissəsinin detalları əzilmişdir. Ətrafda da tanımadığı bir neçə şəxs səs-küyə toplaşmışlar. O, dərhal qardaşı Rafael və əmisi oğlu Zərərçəkmiş şəxs2 yaxınlaşıb nə baş verdiyini soruşandan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı qardaşı Rafaeli əli ilə itələmiş, sonra Təqsirləndirilən şəxs bıçağa oxşar kəsici alətlə qardaşının sol əlindən vurmuş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21010” markalı bir avtomobil ilə bilərəkdən qardaşının sol ayağının üstündən keçib ona xəsarət yetirmiş və davamında avtomobili ilə əmisi oğlu Zərərçəkmiş şəxs2 “VAZ-21015” markalı avtomobilini bilərəkdən vurub detallarını əzmişdir. Həmin vaxtı o, bilmişdir ki, hadisə yerinə yaxınlaşarkən hadisə yerindən sürətlə uzaqlaşan “VAZ-21010” markalı bir avtomobili Təqsirləndirilən şəxs idarə edib hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra qardaşı Rafael polisə ərizə və izahat vermişdir. Hadisədən dərhal sonra, o, orada hadisə yerində çoxlu şəxslərin olmasına baxmayaraq, həmin şəxslərdən hər hansı birinin qardaşına köməklik etməməsinə görə həmin şəxslərin də Ağababa ilə birlikdə olmalarını zənn edib özünün mobil telefonu ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək qardaşının bir qrup şəxs tərəfindən döyülməsini bildirmişdir. Lakin, hadisəni dəqiqləşdirdikdən sonra bilmişdir ki, orada Ağababa tək halda bu hadisəni törətmişdir, digər şəxslərin Ağababa ilə əlbirliyi olmamışdır. Buna görə də bu gün ifadəsində hadisəni olduğu kimi bildirir. Həmin vaxtı o, qardaşının xəsarət almasına görə həyəcanlı olduğundan və həmin vaxtı hava qaranlıq olduğundan orada bıçaq və digər kəsici-deşici əşya görməyini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. İş üzrə Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ-21015» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı Şamaxı Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən həmin avtomobilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, «VAZ-21015» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1450 (min dörd yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 13.12.2022-ci il tarixli 441 nömrəli ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər- sol əlin ovuc səthində iki ədəd, sol əlin arxa səthində iki ədəd, sol əlin 5-ci barmağının arxa səthində iki ədəd səthi deşilmiş yaralar, deşici-kəsici alət təsirindən, sol ayağın bayır topuğun hematoması küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 12.12.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. X2 almış olduğu xəsarətlərdən sol əlində müəyyən olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, sol topuq nahiyyəsindəki hematoma isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Baxış keçirilməsi haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri ünvan 2 ünvanında yerləşir. Baxış keçirilərkən, Zərərçəkmiş şəxs1 hadisə yerini təqdim edib Təqsirləndirilən şəxs həmin yerdə onu vətəndaşların arasında itələyib bıçaqla xəsarət yetirdiyini və ayağının üstündən avtomobil ilə keçdiyi yeri təqdim etmiş, hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə yeri vətəndaşların mütəmadi olaraq intensiv hərəkət etdiyi ictimai yerdir, hadisə yerinə və ətraf ərazilərə baxış keçirilsə də, hadisənin baş verdiyi yerə yaxın ərazidə təhlükəsizlik və ya müşahidə kamerasının olması müəyyən edilməmiş, baxış zamanı hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet, eləcə də hadisə zamanı istifadə edilməsi göstərilən kəsici-deşici alət müəyyən edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. “Axtarış aparılması haqqında” 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerində- ünvan 2 yerləşən ərazidə zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə axtarış aparılmış, lakin axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir deşici-kəsici alət, eləcə də ona oxşar hər hansı bir əşya tapılmamış, hadisə zamanı istifadə edilən deşici-kəsici alətin tapılması mümkün olmamışdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif olunmuşdur. Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ № 070514 saylı etibarnamədən görünür ki, X1 Elşad Tahir oğluna VAZ 21154 minik markalı avtomaşını sürücüük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün səlahiyyət vermişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə «VAZ-21015» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, «VAZ-21015» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil qəhvəyi rəngli, sedan tipli minik avtomobilidir, həmin avtomobilin detallarından – qabaq sol qanadın, qabaq sol qapının, arxa sol qapının, orta sol stoykanın, qabaq sol yan güzgünün, qabaq sol stoykanın, qabaq sol qapının abşivkasının, arxa sol qapının abşivkasının əzilməsi aşkar edilmiş, qalan detalların isə tam vəziyyətdə olması müəyyən edilmiş, baxış zamanı «VAZ-21015» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet götürülməmişdir. İstintaq hərəkətinin gedişatı fotoşəkillərlə çəkilərək iş materiallarına əlavə edilmişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus «VAZ-21010» markalı E652AM 05/RUS nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı, müəyyən edilmişdir ki, «VAZ-21010» markalı E652AM 05/RUS nömrə nişanlı avtomobil sedan tipli minik avtomobilidir, həmin avtomobilin detallarından – sağ krelo və kapotun sağ hissəsinin əzilmiş, qalan detalların isə tam vəziyyətdə olması müəyyən edilmişdir, eləcə də avtomobilin arxa yük yerinə (baqac) və salonuna baxış keçirilərkən kəsicideşici xassəyə malik olan hər hansı bir əşya, predmet, əşya hissəsi müəyyən edilməmiş, buna görə də baxış zamanı «VAZ-21010» markalı E652AM 05/RUS nömrə nişanlı avtomobildən hər hansı bir əşya, predmet götürülməmişdir. İstintaq hərəkətinin gedişatı fotoşəkillərlə çəkilərək iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus VAZ 21010 markalı E652AN 05/RUS nömrə nişanlı avtomobili İsitnaq Bölməsindən təhvil alması barədə qəbz vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 09 evral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 X4 Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 21 fevral 2022-ci il tarixli 145 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Ağababazadə Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 fevral 2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası 03 mart 1955-ci il təvəllüdlü X6 və anası 29 may 1959-cu il təvəllüdlü X7 ilə Şamaxı şəhəri M.Qəniyev küçəsi 20 saylı evdə yaşayır. Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxs1 ərizəsində götərmişdirki, Təqsirləndirilən şəxs ilə barşmışdır, ona dəyən ziyan ödənildiyindən şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barşmışdır, ona dəyən ziyan ödənildiyindən şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğölunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməldir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar