Məhkəmə qərarları › İş №1(074)-41/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-41/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-41/2024 08.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarında narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 05 yanvar 2024cü il tarixdə saat 14 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində, evlərinin yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 15:05-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə satış məqsədi olmadan əldə edib üzərində saxladığı xeyli miqdarda, ümumi təmiz çəkisi 1,472 (bir tam mində dörd yüz yetmiş iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev 32-də yaşayır. 15 dekabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Şamaxı şəhəri, A.Məmmədağa küçəsi ilə evə gedən zaman yol kənarında yerdə bir ədəd siqaret falqasına bükülümüş büküm görmüş və həmin büküm marağına səbəb olduğundan yerdən götürərək açıb içərisinə baxdığı zaman, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olduğunu görmüş və istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Sözü gedən bükümü həmin tarixdən üzərində olan qara rəngli gödəkçədə saxlamışdır. 05 yanvar 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvandan mağazaya getdiyi zaman, A.Məmmədağa küçəsində yaşadığı evin yaxınlığında ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu оnа demişlər. Lakin о, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin vaxt polis əməkdaşları оnu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, о, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində axtarış aparmışlar. Həmin vaxtı əyinində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd siqaret falqasına bükülmüş büküm aşkar edildikdən sonra açılmış və həmin bükümün içərisinə baxıldıqda, içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Baxış zamanı iştirakçılara həmin qəhvəyi rəngli maddənin heroin olduğunu bildirmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, narkotik vasitə olan heroini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış, heroin və başqa narkotik vasitənin satışı ilə məşğul olmamışdır. О, heç bir mobil nömrədən istifadə etməmiş, artıq bir aydan çoxdur ki, onun telefonu olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilən həmin mobil telefon onun tanışı Хanıma məxsus olmuşdur. Onun telefonunu о, ustadan götürdüyü üçün saxlanılan zaman üzərində olmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və bunu nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 05 yanvar 2024-cü il tarixdə Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev 32-də yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 05 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şamaxı şəhəri, A.Məmmədağa küçəsində Təqsirləndirilən şəxs şübhəli hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Əvvəlcə özlərini ona təqdim edib, sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə, psixotrop maddə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın, narkotik vasitə və psixotrop maddənin olmadığını bildirmişdir. Lakin şöbhə yarandığından Təqsirləndirilən şəxs Şamaxı RPŞ-yə dəvət etmişlər. O da onlara heç bir müqavimət göstərməyib etiraz etməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçısının xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması elan edilmiş, daha sonra dəvət edilmiş müdafiəçi, о və CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroinin olmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə qeyd edilən şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisində narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərisindəki narkotik vasitə olan heroindir, onun özünə məxsusdur və həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilsə də, başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Təqsirləndirilən şəxs onlar Şamaxı şəhəri, A.Məmmədağa küçəsində saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərinə baxış keçirilərkən, o, özü bildirmişdir ki, həmin narkotik vasitə olan heroin bükümünü tapmışdır, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin, psixotrop maddələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş büküm, gödəkçənin sol qoltuq cibindən bir ədəd qara rəngli “Samsing” markalı mobil telefon aşkar edilmiş və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş gümüşü rəngli kağıza bükülmüş bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Götürülmüş büküm elektron tərəzi ilə çəkilərkən 1,8 qram gəlmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/18 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 1,472 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 1,472 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,422 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. “Cinayət əməlinin tövsif olunması haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 1,422 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞnin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Şamaxı rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli 4(074)-2/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnamənin 22 yanvar 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 yanvar 2024-cü il tarixli, 491 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus olduğu göstərilən ***-***-**-** saylı mobil telefon nömrəsindən bir çox mobil nömrələrə zəng olunsa da, həmin nömrələrə zəng çatmamışdır, bəziləri isə zənglərə cavab verməmişlər. Baxış zamanı əldə edilmiş SMS-lərin siyahısında iş üçün əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Həmçinin keçirilən baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “**********07” mobil nömrəsinə aid “Yer dəyişdirmə” adlı fayl açıldıqda, içərisində səhifələr və anten dairələri müəyyən edilmiş, sonuncu olaraq xx.xx.2024-cü il tarixli anten dairələrinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus telefonunda anten dairələri müxtəlif ünvanlarda əks edilmişdir: Həmin anten məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:13 radələrində Şamaxı şəhəri, A.Məmmədağa küçəsində olmağı öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 5/101 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy A12" markalı arxa markalanma göstəricisinə görə "SM-A127F/DSN" modelli 3532xx/xx/515850/1" "imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan "Samsung Galaxy A12" markalı arxa markalanma göstəricisinə görə "SM-A127F/DSN" modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan "Samsung Galaxy A12" markalı arxa markalanma göstəricisinə görə "SM-A127F/DSN" modelli mobil smartfonun yaddaşında hər hansı bir (2024-cü ilin yanvar ayının 1-dən başlayaraq 2024-cü ilin yanvar ayının 6-a olan müddət ərzində kontakt, zəng, "SMS" mesaj, foto, audio, video fayllar, "WhatsApp" proqram təminatı sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır. “Maddi sübut kimi tanıma haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, “Samsung” markalı sensorlu smartfon mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Şamaxı RMX-sı publik hüquqi şəxsin 11 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü Əmirov X2 RMX-nın Ruhi Əsəb və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşuları və ailə üzvləri tərəfindən nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarında miqdarda əldə edib, üzərində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edilməsi hallarının olması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,422 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş materiallarında saxlanılan bir ədəd qara rəngli "Samsung Galaxy A12" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri – 194 (yüz doxsan dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar - Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,422 qram narkotik vasitə olan heroin məhv edilsin, iş materiallarında saxlanılan bir ədəd qara rəngli "Samsung Galaxy A12" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri – 194 (yüz doxsan dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar