Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-42/2020 04.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,fərdi əməklə məşğul olur, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 2019-cu ilin sentyabr ayından etibarən vahid niyyətlə Şamaxı rayon Quşçu bələdiyyəsinə məxsus Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən 2 fərqli ərazidə ayrı-ayrılıqda 01 hektar və 0,6 hektar olmaqla, ümumilikdə 1,6 hektar kənd təsərrüfatı təyinatlı örüş sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə şumlayaraq taxıl əkib becərmiş, yəni kənd təsərrüfatlı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayon X25 xx xxxx 2001-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə Şamaxı rayonunun Quşçu kəndi ərazisində örüş sahələrindən aralıda yerləşən ümumilikdə 2,82 ha əkin sahələrinin əhatəsində torpaq sahəsi verilmişdir. Hər il özünə məxsus torpaq sahəsini əkməklə yanaşı, həmin sahənin yanında olan 1,2 ha ölçüdə bələdiyyə torpaq sahəsini də əkib-becərir. Keçən il də özünə məxsus sahəni şumlayıb əkərkən həmin sahənin yanında olan 1.2 ha Quşçu kənd bələdiyyəsinə məxsus örüş sahəsini zəbt edərək şumlatdırıb əkmişdir. Bu zaman heç kəs həmin torpaq sahəsini əkməyin qadağan olması barədə ona məlumat verməmişdir. Sonradan bir sıra kənd sakinləri tərəfindən Quşçu kənd bələdiyyəsinə məxsus sahənin zəbt edilərək əkilməsi barədə hüquq mühafizə orqanlarına müraciət edildiyini, həmin müraciətdə onun da adının qeyd edildiyini eşitmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2000-ci ildən Şamaxı rayon Quşçu bələdiyyəsinin üzvü olmaqla hal-hazırda bələdiyyə sədri vəzifəsində işləyir. 2016-cı ildən 2019-cu ilədək Quşçu kənd bələdiyyəsinin sədri Şahid2 olmuşdur. Quşçu kənd bələdiyyəsində iki kənd, bir qəsəbə daxil olmaqla ümumi 4,708 ha kənd bələdiyyə torpaq sahəsi vardır. Aşkar, Quşçu və Laləzar kəndi ərazisindədir. Onun bildiyinə görə keçmiş bələdiyyə sədri Şahid2 tərəfindən 2019-cu ilin payız aylarında kənd sakinləri dəfələrlə məlumatlandırılmışdır ki, bələdiyyə mülkiyyətinə aid olan örüş sahələrini şumlamasınlar. 2019-cu ilin sentyabr ayında kənd sakinləri tərəfindən Şahid2 müraciət olunmuşdur ki, kəndin örüş sahəsini digər kənd sakinləri qanunsuz olaraq əkib becərir və şumlayırlar. Kənd sakinlərinin müraciətləri dəqiqləşdirildikdən sonra Şahid2 tərəfindən lazımı orqanlara müraciət olunmuş, bununla bağlı ƏMDK-nin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədri Şahid2 iştirakı ilə zəbt olunmuş bələdiyyə torpaq sahələrinə baxış keçirilməklə bu barədə akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Şamaxı rayon Quşçu və Laləzar kənd sakinləri X6 0,50 ha, X7 dörd fərqli ərazidə 7 ha, X28 0,45 ha, X35 1 ha, X17 3 ha, Təqsirləndirilən şəxs iki fərqli ərazidə 1.6 ha, X18 8,0 ha, X29 1,0 ha, X44 1,0 ha, X30 0,70 ha bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini zəbt edərək həmin yerləri şumlamış, orada arpa və buğda əkmişlər. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində X30 və X3 ailə üzvlərinə pay torpaq sahəsi verilmədiyinə görə islahat komissiyasının qərarına və aktına əsasən kənd bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən hər adambaşına 0,43 ha torpaq sahəsi ayrılmışdır. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahəsi Bələdiyyəyə qaytarıldığından ondan heç bir şikayəti olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, o, 2015-ci ildən Şamaxı rayonu, Quşçu kəndi bələdiyyəsinin sədri olmuşdur. Şamaxı rayonu Quşçu kəndi bələdiyyəsinə iki kənd, bir qəsəbə daxil olmaqla həmin kəndlərdən biri də Şamaxı rayonu, Laləzar kəndidir. Şamaxı rayonu, Laləzar kənd sakinləri X6, X7, X28, X35, X17, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar.O, həmin şəxslərə 2018-ci il tarixdə əkdikləri ərazinin örüş sahəsi olmasını, şum işləri görüb, əkin əkməyin qadağan olması ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq etmiş və həmin vaxt onlar onun xəbərdarlıqlarını eşidib heç bir əkin şumlama işləri görməmişlər. 2019-cu ilin sentyabr ayında ərazini gəzən zaman Babaverdi Feyzullayev, Ağahəsən Bayramov, Nəbi Cəbrayılov, Rasim İsrafilov, Alpaşa İsmayılov və Təqsirləndirilən şəxs özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamalarını aşkar edərək həmin şəxslərin etdikləri qanun pozuntusu ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə ƏMDK-nın Şamaxı rayon şöbəsinin əməkdaşları Ağabala Şaqavatov və Şahid5 iştirakı ilə müraciətdə qeyd olunan şəxslərin Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus, Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı X4 0,50 ha, X3 dörd fərqli ərazidə 7 ha, X12 0,45 ha, X19 1 ha, X8 3 ha, Təqsirləndirilən şəxs iki fərqli ərazidə 1.6 ha bələdiyyəyə məxsus örüş sahəsini zəbt edərək həmin yerləri şumlamaları müəyyən olunmuşdur. Ona görə də, bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏMDK-nin Şamaxı ərazi şöbəsinin müdir müavini X20 ifadə verib göstərdi ki, həqiqətən də Şamaxı rayon Quşçu kənd sakinlərinin özlərinə məxsus pay torpaqlarından kənara çıxıb örüş sahəsini zəbt edərək şumlamaları ilə əlaqədar Quşçu bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı rayon şöbəsinə müraciəti ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə onların bələdiyyə sədri Şahid2 iştirakı ilə müraciətdə qeyd olunan şəxslər tərəfindən Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə məxsus Quşçu və Laləzar kənd ərazisində zəbt edilərək şumlanmış örüş sahələrinə baxış keçirilmiş, baxış zamanı X4 0,50 ha, X3 dörd fərqli ərazidə 7 ha, X12 0,45 ha, X19 1 ha, X8 3 ha, Təqsirləndirilən şəxs iki fərqli ərazidə 1.6 ha bələdiyyəyə məxsus örüş sahəsini zəbt edərək həmin yerləri şumlamaları müəyyən olunmuşdur. Ona görə də bələdiyyə mülkiyyətinə aid olan həmin torpaq sahələrinin yerində şəkilləri çəkilərək peyk görüntüsü (ortofoto) çıxarılıb bu barədə akt tərtib edilərək sənədlər hazırlandıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsi Şamaxı ərazi şöbəsinin məsləhətçisi Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən Şahid5 ifadə verib şahid X10 göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı rayonu Quşçu kəndi ilə Laləzar kəndlərinin örüş sahələri bir yerdədir. Şamaxı rayonu, Laləzar kənd sakinləri X6, X7, X28, X35, X17, Təqsirləndirilən şəxs, X13, X40, X31 və X2 rayonu, Quşçu və Laləzar kəndləri ərazisinə daxil olan Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus olan örüş sahəsini 2019-cu ilin sentyabr ayının ortalarında qanunsuz olaraq özbaşına zəbt edərək həmin ərazidə şumlama işləri görməyə başlamışlar. Bununla bağlı onunla birlikdə həmkəndliləri Şahid3, Şahid4, Ağasif Əzizov, Aydın Eynalov, Şahid13, Şahid8 və iyirmi nəfər kənd sakini həmin şəxslərə 2019-cu ilin sentyabr ayında şifahi olaraq xəbərdar edib həmkəndli olduqlarını, həmin şəxslərin bir səhv edib örüş sahəsini şumlamalarını, şumladıqları əraziyə toxum səpib, əkin işləri görəcəkləri təqdirdə barələrində aidiyyatı orqanlara müraciət edəcəklərini deyərək xəbərdar etmişlər. Şamaxı rayon Quşçu kənd bələdiyyəsinə şifahi məlumat verdikdən sonra bələdiyyə işçiləri də əraziyə baxış keçirib həmin şəxsləri xəbərdar etmişlər. X33, Ağahəsən Bayramov, Nəbi Cəbrayılov, Rasim İsrafilov, Alpaşa İsmayılov, Təqsirləndirilən şəxs, Xəqani Zülfüqarov, Ağadəmir Muradov, Heydər Heybətov və Mirələm Həmidov onların xəbərdarlıqlarına məhəl vermədikləri üçün həmin şəxslər barədə onunla birlikdə həmkəndliləri Şahid3, Şahid4, Ağasif Əzizov, Aydın Eynalov, Şahid13, Şahid8 və iyirmi nəfər kənd sakini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası ƏMDK-nə ərizə ilə müraciət etmişlər. Şahid1 həmçinin İldırım Elyazovun da bələdiyyənin örüş sahəsinə aid olan 4-5 hektar torpaq sahəsini şumladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid9 Əlişirin oğlu, Şahid10, X5, Şahid12, Şahid14, Şahid15, Şahid17, Şahid19 Gülhəsən oğlu, Şahid4, Şahid16, Şahid13 və Şahid8 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid18 və Şahid3 məhkəməyə gəlmədiyindən ibtidai istintaqda verdiyi ifadələr elan olunmuş, onlar Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin müdir müavini Ağabala Şaqavatov, məsləhətçi müfəttişi Fərid Nağdaliyev və Şamaxı rayonu, Quşçu bələdiyyəsinin sədri Şahid2 iştirakları ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, X6 0,50 hektar, X11 7,0 hektar (4 fərqli ərazidə), X32 0,45 hektar, X35 1,0 hektar, X8 3,0 hektar və Təqsirləndirilən şəxs 1,6 hektar (2 fərqli ərazidə) bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsini özbaşına qanunsuz şumladıqları müəyyənləşdirilmişdir. İş materiallarında olan baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 2 fərqli ərazidə 1 və 0,6 ha olmaqla, ümumilikdə 1,6 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumlatdırmaqla taxıl əkib becərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X9 xx xxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 286 saylı arayışından görünür ki, X22 arvadı X23, oğlanları- 1998-ci il təvəllüdlü X45, 2001-ci il təvəllüdlü X36, 2012-ci il təvəllüdlü X41 və qızı 2004-cü il təvəllüdlü X37 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o kənddə ictimaiyyət arasında özünü yaxşı aparır, normal xasliyyətə malikdir, kəndin ictimai işlərində fəal iştirak edir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarilxi 531 saylı arayışından görünür ki, xx xxxxxx 2001-ci il təvəllüdlü X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, öhdəsində 1 nəfər azyaşlı, 1 nəfər yetkinlik yaşına çatmayan uşaqları olmasını, oğlunun müddətli həqiqi hərbi xidmətdə olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90(doxsan) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X14 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, 3(üç)il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90(doxsan) manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X14 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(074)-42/2020
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-42/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver