Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-42/2022 27.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxx 1994-cü ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikahda olan, 2 uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və faktiki Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, Kərpiczavod yolu, Quşçuluq massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə; xx xxxx 1990-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla, faktiki Abşeron rayonu, Saray qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 yanvar 2022-ci il tarixində saat 16 radələrində Şamaxı rayonu, Çöl Bağırlı kəndinə aid sahələrdə yerləşən Zərərçəkmiş şəxs məxsus pay torpaq sahəsi ərazisində sonuncuya məxsus çardağı Təqsirləndirilən şəxs2 idarə etdiyi “QAZ330202” (QAZEL) markalı, **-UL-*** dövlət nömrə nişanlı yük avtomobilinə məftililə qoşub sökdükdən sonra, çardağın dəmir hissələrini - hər biri 05 (beş) metr uzunluqda olmaqla, bir metrinin qiyməti 34 (otuz dörd) manat olan 04 (dörd) ədəd 200-lük ölçüdə dəmir borunu, hər biri 04 (dörd) metr uzunluqda olmaqla, bir metrinin qiyməti 32 (otuz iki) manat olan 04 (dörd) ədəd 30-luq ölçüdə şvelleri, hər bir metrinin qiyməti 03 (üç) manat olmaqla, cəmi 44 (qırx dörd) metr uzunluqda 14-lük ölçüdə armaturu, hər bir metrinin qiyməti 4,5 (dörd manat əlli qəpik) manat olmaqla cəmi 16 metr uzunluqda 3-lük ölçüdə uqolniki gizli olaraq oğurlayıb həmin yük avtomobilinə yükləyib aparmaqla, cəmi 1396 (min üç yüz doxsan altı) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 yanvar 2022-ci il tarixində saat 16 radələrində Şamaxı rayonu, Çöl Bağırlı kəndinə aid sahələrdə yerləşən Zərərçəkmiş şəxs məxsus pay torpaq sahəsi ərazisində sonuncuya məxsus çardağı özünün idarə etdiyi “QAZ330202” (QAZEL) markalı, **-UL-*** dövlət nömrə nişanlı yük avtomobilinə məftililə qoşub sökdükdən sonra, çardağın dəmir hissələrini - hər biri 05 (beş) metr uzunluqda olmaqla, bir metrinin qiyməti 34 (otuz dörd) manat olan 04 (dörd) ədəd 200-lük ölçüdə dəmir borunu, hər biri 04 (dörd) metr uzunluqda olmaqla, bir metrinin qiyməti 32 (otuz iki) manat olan 04 (dörd) ədəd 30luq ölçüdə şvelleri, hər bir metrinin qiyməti 03 (üç) manat olmaqla, cəmi 44 (qırx dörd) metr uzunluqda14-lük ölçüdə armaturu, hər bir metrinin qiyməti 4,5 (dörd manat əlli qəpik) manat olmaqla, cəmi 16 metr uzunluqda 3-lük ölçüdə uqolniki gizli olaraq oğurlayıb həmin yük avtomobilinə yükləyib aparmaqla, cəmi 1396 (min üç yüz doxsan altı) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, fərdi əməklə məşğul olub ailəsini dolandırır. 07 yanvar 2022-ci il tarixdə gündüz vaxtı o, Pərviz adlı tanıdığı şəxsin idarə etdiyi “QAZEL” markalı nömrəsini xatırlamadığı yük avtomobili ilə Şamaxı rayonu ərazisinə gəlib Hacıqədirli kəndində yaşayan bacısıgilə odun aparmaq üçün Pərvizin yük avtomobili ilə Ovculu kəndinə gəlib oradan torpaq yol ilə Hacıqədirli kəndinə getmiş, orada odunları boşaldıb sonra əvvəllər “Gödək Əhmədli” deyilən əraziyə gedib orada əvvəllər onlara məxsus olmuş fermadan dəmir hissələri götürmüşlər. Sonra da Çöl Bağırlı kəndinə aid çöl yolunda torpaq yol ilə qayıdanda dərəlik bir yerdə Pərviz avtomobili saxlamışdır ki, təbii ehtiyaclarını ödəsinlər. Buna görə də avtomobildən düşəndə görmüşdür ki, pay torpaq sahələrinin yanında dəmir boru və digər hissələrdən inşa edilmiş çardaq var. Buna görə də Pərvizlə birlikdə qərara gəlmişlər ki, həmin çardağı çıxardıb dəmirlərini avtomobilə yükləyib aparıb satıb pul əldə edərlər. Bu məqsədlə Pərvizlə köməkləşib avtomobilə məftillə çardağa bağlayıb dartıb yerindən çıxarmışlar və dəmirlərini avtomobilin yük yerinə yığmışlar. Sonra da, avtomobilə əyləşmişlər və Bakı şəhərinə getmişlər. Pay torpaq sahələrinin yanından götürdüyü həmin dəmirləri Sumqayıt şəhərində “qaçqınlar” adlanan ərazidə Sumqayıt Regional “mero”-nun yanındakı metal qəbul edən məntəqəyə öz dəmirləri ilə birlikdə satmışlar, öz dəmirləri ilə birlikdə 180 manat aldığına görə, həmin dəmirlərin konkret olaraq neçə manat etməsini bilməmişdir. Onu da qeyd etmişdir ki, həmin dəmirləri götürmək onların ikisinin də qarşılıqlı fikirləri olmuşdur, yəni ikisi də götürmüşlər və satılan dəmirlərdən qalan pulu Pərviz ilə yarı bölmüşlər. Həmin dəmirlərdən konkret nə qədər pul qaldığını xatırlamır. Bildirmişdir ki, o, bilmirdi ki, həmin dəmir əşyalardan inşa edilmiş çardaq Zərərçəkmiş şəxsdur, o və Pərviz fikirləşmişlər ki, yiyəsizdir, ona görə götürmüşlər. Həmin vaxtı Pərviz yanında olmuş və ona köməklik etmişdir. Yanında başqa şəxs olmamış və ətrafda da heç kim olmamış, onları başqa kimsə görməmişdir. Onlar dəmirlərin kimə məxsus olmasını aydınlaşdırmamışlar və elə bilmişdir ki, yiyəsi yoxdur, dəmir əşyalardan ibarət olan çardağı ona görə götürmüşlər. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, özünə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi “QAZ330202” (QAZEL) markalı, **-UL-*** dövlət nömrə nişanlı yük avtomobili vardır. Həmin yük avtomobili ilə o, Abşeron rayonu ərazisində müxtəlif işlərdə idarə edib yük daşıyır, qazandığı pulla ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 təxminən bir aydan bir qədər çox olar ki tanıyır, onunla münasibəti yaxşı olmuşdur və aralarında dava-dalaş və ədavət olmamışdır. Belə ki, 06 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edib bildirmişdir ki, onun yük avtomobili ilə Şamaxı rayonu ərazisinə gəlib Hacıqədirli kəndində yaşayan bacısıgilə taxta aparmaq istəyir. O da razılaşmışdır. Tanış olduğuna görə, Təqsirləndirilən şəxs1 yol pulu istəməmiş və ancaq yola görə avtomobilin sərf edəcəyi yanacağı tökməklə onun taxtalarını aparmağı razılaşmışdır. Həmin gün saat 17 radələrində o, yük avtomobili ilə Təqsirləndirilən şəxs1 taxtalarını yükləyib Şamaxı rayonu, Çöl Bağırlı kəndinə gəlib Ağaddaşgilin kənddəki evində qalmışlar. Həmin günün sabahısı, 07 yanvar 2022-ci il tarixdə səhər tezdən durub avtomobilə əyləşib Ağaddaşla birlikdə Hacıqədirli kəndinə gətirmişlər, yükləri boşaltmış və qayıdanda, onun tanımadığı, sonradan Çöl-Bağırlı kəndinə aid olmasını eşitdiyi çöl yolunda torpaq yol ilə qayıdanda dərəlik bir yerdə avtomobili saxlamışdır ki, təbii ehtiyaclarını ödəsinlər. Buna görə də avtomobildən düşəndə pay torpaq sahələrinin yanında 4 ədəd dəmir boru, 4 ədəd profillər, bir neçə ədəd də armaturla toxunmuş dəmir hissələri olduğunu görmüşlər, fikirləşmişlər ki, yiyəsi olmaz, buna görə də Ağaddaşla birlikdə köməkləşib həmin dəmirləri avtomobilin yük yerinə yığmışlar. Sonra da, avtomobilə əyləşmişlər və Bakı şəhərinə getmişlər. Pay torpaq sahələrinin yanından götürdükləri həmin dəmirləri Sumqayıt şəhərində “qaçqınlar” adlanan ərazidə Sumqayıt Regional “mero”-nun yanındakı metal qəbul edən məntəqəyə həmin dəmirləri 153 manata satmışlar, həmin puldan bir hissəsini yanacağa xərcləmişlər, qalan puldan xatırladığına görə ona 40 manat pul çatmışdır. Onu da qeyd etmişdir ki, həmin dəmirləri götürmək onların ikisinin də qarşılıqlı fikrirləri olmuşdur, yəni ikisi də götürmüşlər və satılan dəmirlərdən qalan pulu yanacaq pulunu çıxmaqla yarı bölmüşlər. Bildirmişdir ki, həmin vaxtı Ağaddaşla ikisi olmuşlar. Yanlarında başqa şəxs olmamış və ətrafda da heç kim olmamış, onları başqa kimsə görməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, ona məxsus olmaqla yaşadığı Şamaxı rayonu, Çöl Bağırlı kəndində aid sahələrdə pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi kənddən 3-4 km uzaqlıqda yerləşir. Pay torpaq sahəsinin kənarında bir müddət əvvəl o, hər biri 05 (beş) metr uzunluqda olan 200 sm diametrli 04 (dörd) ədəd borular, ümumi uzunluğu 16 metr olan 4 ədəd şveller və ümumi uzunluğu 60 metr olmaqla kəsilib hissələrlə çardaq dəmiri düzəldilmiş hissələrdən ibarət dəmirlərlə çardaq düzəltmişdir. Həmin çardaq ona məxsus olan pay torpaq sahəsinin ərazisində əkin olmayan hissədə olmuşdur. Belə ki, o, mütəmadi olaraq pay torpaq sahəsinə gedib sahəyə nəzarət edərkən çardaq və dəmirləri yerində olmuşdur. 08 yanvar 2022-ci il tarixdə növbəti dəfə o, yenidən həmin əraziyə getmişdir ki, pay torpaq sahəsindəki əkinə nəzarət etsin, görmüşdür ki, çardaq və çardağın dəmir hissələri yerində yoxdur. Bundan sonra o, özü araşdırıb aydınlaşdırmışdır ki, həmin dəmir hissələri həmkəndlisi olan Təqsirləndirilən şəxs1 bir nəfər Pərviz adlı şəxslə birlikdə 07 yanvar 2022-ci il tarixdə Pərvizin yük maşını ilə oğurlayıb aparmışlar. O da buna görə Ağaddaşla əlaqə saxlayanda məlum olmuşdur ki, o, Pərvizlə aparıb həmin dəmirləri satmışlar. Buna görə də o, Şamaxı RPŞ-nə ərizə yazmış, lakin ərizə yazarkən konkret kimin oğurlamasını göstərməmiş, çünki ola bilsin ki, Ağaddaşın ona yalan danışmasını güman etmişdir. Bildirmişdir ki, həmin çardağın dəmir boruları, şvellerləri və digər dəmir hissələrinin ümumi qiyməti 1500 (min beş yüz) manat olar. Buna görə də ona ümumilikdə 1500 (min beş yüz) manat dəyərində maddi ziyan dəymişdir. Ondan əlavə o, həmin çardağın düzəlməsi üçün qaynaqçıya 200 manat da xərc çəkmişdir. Dəmirlərin qiyməti 1500 manat və çardağın düzəlməsi üçün 200 manat maddi ziyan dəymişdir. Ona dəyən maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verib göstərdi ki, o, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Çöl Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 həmkəndliləridir, hər ikisi ilə münasibəti yaxşı olmuşdur, Təqsirləndirilən şəxs1 Çöl Bağırlı kəndində qeydiyyatda olsa da, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 isə tanımır. Zərərçəkmiş şəxs Çöl Bağırlı kəndi ərazisində yerləşən pay torpaq sahəsi vardır və bir müddətdir ki, Zərərçəkmiş şəxs həmin pay torpaq sahəsinin yaxınlığında dəmir hissələrdən çardaq düzəltmişdir. Həmin çardaq Zərərçəkmiş şəxs özünün pay torpaq sahəsində olmaqla özünə məxsus olmuşdur. Bir müddət əvvəl, 2022-ci ilin yanvar ayında eşitmişdir ki, Zərərçəkmiş şəxs dəmirdən düzəltdiyi həmin çardağı oğurlanmışdır, Zərərçəkmiş şəxs da özü bu barədə Şamaxı RPŞ-nə müraciət etmişdir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Şamaxı rayonu Çöl Bağırlı kəndi ərazisində Zərərçəkmiş şəxs iştirakı ilə oğurluq edilən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, oğurlanmış dəmir əşyaları Zərərçəkmiş şəxs məxsus olmaqla, Şamaxı rayonu, Çöl Bağırlı kəndi ərazisində yerləşən pay torpaq sahəsindən aparılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri və istintaq hərəkətinin video görüntüsü çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 təqdim etdiyi “QAZ330202” (QAZEL) markalı, **-UL- *** dövlət nömrə nişanlı, ağ rəngli, bortlu-tentli tipli yük avtomobilinə baxış keçirilmiş, avtomobilin yük yerində iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, istintaq hərəkətinin gedişatı fotoşəkillərlə çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan AD №656511 nömrəli olmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən, 21.12.2021-ci il tarixdən 21.12.2022-ci il tarixədək müddətə qüvvədə olan ƏN-Vİİİ№134741 nömrəli etibarnamədən, AB№557567 nömrəli sürücülük vəsiqəsindən görünür ki, hadisə anında Təqsirləndirilən şəxs2 qeyd edilən – “QAZ330202” (QAZEL) markalı, **-UL-*** dövlət nömrə nişanlı yük avtomobilini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 29.01.2022-ci il tarixli 17 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, əlamətləri təqdim olunmuş hər biri 5 metr uzunluqda 200-lük dəmir borunun hər bir metri 34 manat olmaqla, 20 metri cəmi 680 (altı yüz səksən) manat, hər biri 4 metr uzunluqda olan 30-luq ölçüdə 4 ədəd şvellerin hər bir metri 32 manat olmaqla, 16 metri cəmi 512 (beş yüz on iki) manat, 14-lük armaturun hər bir metri 3 manat olmaqla, 44 metri cəmi 132 (yüz otuz iki) manat, 3lük uqolnikin hər bir metri 4,5 manat olmaqla 16 metri cəmi 72 (yetmiş iki) manat hesablandı, yekun olaraq tədqiq edilən əşyaların ümumi dəyərini 1396 (min üç yüz doxsan altı) manat dəyərində qiyməti müəyyən edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs Şamaxı RPŞ-nə və məhkəməyə ərizə ilə müraciət edərək, ona məxsus əmlakının oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, buna görə də şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 yanvar 2022-ci il tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 4(074)-12/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 fevral 2022-ci il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli 4(074)- 14/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Abşeron rayonu, Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qəsəbə sakinləri tərəfindən, istərsə də qonşular tərəfindən heç bir yazılı və şifahi şikayət daxil olmayıb. İş materiallarında olan Abşeron rayonu, Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 fevral 2022-ci il tarixli 693 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 arvadı 1996-cı il təvəllüldü X13, 2016-cı il təvəllüdlü qızı - X14 və 2018-ci il təvəllüdlü X15 ilə Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatdadır. --- ad səhv yazılıb --- İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 fevral 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 64-cü maddəsi tətbiq edilməklə, Sabirabad rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli hökmü ilə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, Ağstafa rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli hökmü ilə 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində Sumqayıt Polis Şöbəsi tərəfindən istintaqı aparılmış CM-nin 221.2.1-ci maddəsi ilə olan cianyət işi Sumqayıt şəhər məhkəməsinin icraatındadır. İş materiallarında olan Şamaxı RİHB-nın Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 mart 2022-ci il tarixli 43 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri 1964-cü il təvəllüdlü atası - X4, anası - 1966-cı il təvəllüdlü X2, qardaşları - 1991-ci il təvəllüdlü X7 və 1994-cü il təvəllüdlü X1r. İş materiallarında olan Şamaxı RİHB-nın Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 mart 2022-ci il tarixli 44 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatdadır, lakin hazırda həmin kənddə yaşamır. Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, kənddə yaşadığı müddətdə kənd sakinləri arasında müsbət insani keyfiyyətləri ilə fərqlənmişdir. İş materiallarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Şamaxı rayonu, Çöl Bağırlı kəndinə aid sahələrdə yerləşən Zərərçəkmiş şəxs pay torpaq sahəsindən ona məxsus əmlakını 07.01.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayaraq, sonuncunun yük avtomobili ilə daşıyaraq Sumqayıt şəhəri ərazisində satmışlar. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirləri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onlar həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, öhdəsində iki azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 28 yanvar 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan 2 ay 29 gün həbsdə olduğu müddət 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 02 fevral 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan 2 ay 25 gün həbsdə olduğu müddət 5 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə zərərçəkmiş şəxs X5 dəyən 1396 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 28 yanvar 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan 2 ay 29 gün həbsdə olduğu müddət 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1(bir) il 10(on) il 2(iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs1 Sumqayıt Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə, 02 fevral 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək olan 2 ay 25 gün həbsdə olduğu müddət 5 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1(bir) il 8(səkkiz) ay 10(on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə zərərçəkmiş şəxs X5 dəyən 1396 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(074)-42/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-42/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver