Məhkəmə qərarları › İş №1(074)-42/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-42/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-42/2023 31.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir uşaq atası, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 30-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 18 fevral 2023-ci il tarixdə səhər saat 09 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla Muğanlı-İsmayıllı yolunun üzərində körpünün inşası ilə məşğul olan “Evrocon” şirkətinın yaxınlığında boş sahədə saxlanılmış “Hova” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin açarını götürüb mühərrikini işə salıb idarə edərək Yevlax-Şamaxı-Bakı avtomobil yolu ilə hərəkət etdirib Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində Pirsaat çayının yaxınlığında yerləşən təkər təmiri sexinə gəldikdən sonra, həmin avtomobilin üzərindən (altından) hər birinin dəyəri 450 (dörd yüz əlli) manat olan 04 (dörd) ədəd “Aufine” markalı, 3188022,5 ölçüdə təzə təkər şinlərini və hər birinin dəyəri 130 (yüz otuz) manat olan 02 (iki) ədəd təzə təkər disklərini oğurlayıb sökərək 720 (yeddi yüz iyirmi ) manat məbləğində pul və işlənmiş 04 (dörd) ədəd təkər şinləri və 02 (iki) ədəd disk müqabilində Şahid3 satmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2060 (iki min altımış) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 30-da ailə üzvləri ilə birlikdə yaşayır. O, 16 yanvar 2023-cü ildə fərdi sahibkarlığqla məşğul olan Zərərçəkmiş şəxs ilə telefonla danışaraq onun dediyi Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində olan dayanacağa gedərək görüşmüş, Zərərçəkmiş şəxs Şamaxı rayon ərazisində Muğanlı-İsmayıllı yolunun üzərində “Evrocon” şirkəti körpü inşa etməsini və həmin ərazidə yükdaşıma ilə məşğul olmaq lazımdır deyərək ona günlük 50 manat pul verəcəyini bildirib əlavə sürücüyə ehtiyacının olmasını dediyi üçün o, tanışları olan Şiraza, Veysələ və Nərmana bildirmiş ki, Zərərçəkmiş şəxs adlı sahibkara məxsus yük maşınları varmış və həmin yük maşınlarını Muğanlı-İsmayıllı yolunun üzərində “Evrocon” şirkəti körpü tikirmiş və həmin ərazidə yükdaşıma ilə məşğul olacaqlar hər günlərinə 50 manat pul alacaqlar və onlar Zərərçəkmiş şəxs ilə razılaşaraq yük maşınlarını götürərək Muğanlı-İsmayıllı yolunun üzərində “Evrocon” şirkətinə gəlmişlər və işə başlamışlar və işlədikləri müddətdə Şamaxı rayonu Qurdtəpə kəndində kirayə qalırmışlar, onlar ilk əvvəllər hava şəraiti yaxşı olduğu üçün işləyirmişlər, lakin sonralar bir müddət hava yağışlı keçdiyi üçün işləri dayanmış və onun idarə etdiyi “Hova” markalı **- DX-*** dövlət nömrə nişanlı yük maşını xarab olmuş, həmin vaxtlarda o, Şamaxı rayonu Qurdtəpə kəndində kirayə qaldığı evdə yaşasa da, digər iş yoldaşları Şiraz, Veysəl və Nərman yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmışlar. O, hər gün “Evrocon” şirkətinə gedərək şirkətin yaxınlığında saxladığı 4 ədəd yük maşınına nəzarət etmiş, xx.xx.2023-cü il tarixdə cibində pul olmadığı üçün o, düşünmüş ki, 4 ədəd “Hova” markalı yük maşınlarından 1 ədədinin üzərində olan təzə şinlərini satsın və bu məqsədlə xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının sükanına əyləşərək işə salıb Şamaxı rayon Sabir qəsəbəsi ərazisində Pirsaat çayının yaxınlığında təkər təmiri sexinə gəlmiş və orada “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altında) olan 4 ədəd təzə şinlərini və 2 ədəd təzə diskilərini həmin sexin sahibi olan Natiq adlı şəxsə vermiş və əvəzində Natiq adlı şəxsdən 4 ədəd köhnə şinlər və 2 ədəd köhnə diskilər alaraq yük maşının üzərinə (altına) bağladaraq Natiq adlı şəxsdən 4 ədəd şinlərin və 2 ədəd diskilərin əvəzində 720 manat pul alaraq “Evrocon” şirkətinə geri dönərək şirkətin yaxınlığında yük maşınını saxlayıb Sumqayıt şəhəri İnşatçılar qəsəbəsində yaşadığı evə getmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək “Evrocon” şirkətinin yaxınlığında saxlanılan yük maşınlarını Qaradağ rayonu Qobustan qəsəbəsində olan dayanacağa gətirməyi demiş və o, Şiraz, Veysəl və Nərman adlı sürücülərə zəng edərək “Evrocon” şirkətinin yaxınlığında saxlanılan yük maşınlarını dayanacağa aparmalı olduqlarını bildirmiş, bundan sonra Şiraz, Veysəl və Nərman adlı sürücülər “Evrocon” şirkətinə gələrək yük maşınlarını Qaradağ rayonu Qobustan qəsəbəsində olan dayanacağa aparmışlar və o da həmin şəxslərlə birlikdə yola düşərək dayanacağa çatmış, daha sonra Zərərçəkmiş şəxs yük maşınlarına baxış keçirən zaman “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərindəki (altındakı) olan 4 ədəd təzə şinlərini və 2 ədəd təzə diskilərin oğurlanmasını və yerinə köhnələrinin bağlanmasını bildirsə də, o, həmin təkərləri oğurladığını bildirməmiş və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nə gedərək rəsmi ərizə ilə müraciət etmiş və onu da, RPŞ-nə dəvət etmişlər və RPŞ-də hadisə barədə yuxarıda qeyd etdiyi kimi əsl həqiqəti bildirmiş, əməlindən peşman olmasını demişdir. O, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altında) olan 4 ədəd təzə şinlərini və 2 ədəd təzə diskiləri Natiq adlı şəxsə satarkən özünün olmasını, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altında) olan 4 ədəd təzə şinlərini və 2 ədəd təzə diskilərini oğurlayaraq satarkən onun bu əməllərindən heç kimin məlumatı olmamış, həmin hadisəni tək etmiş, bu işdə heç kim ona kömək etməmiş, o, heç vaxt cinayət etməmiş, bunu da, etməkdə məqsədi maddi imkanının zəif olması olmuş, o, oğurluq nəticəsində əldə etdiyi 720 manat puldan kirayə qaldığı evin sahibi Bəylər adlı şəxsə 200 manat, 300 manatını isə Sumqayıt şəhərində yerləşən Cavid adlı bazarın yaxınlığında olan lombarda vermişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışdığını bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Qaradağ rayonu Qobustan qəsəbəsi Massiv 2, ev 43-də qeydiyyatda olsa da, Bakı şəhəri Nərimanov rayonu, F.Yusifov 31A-da yaşayır, özü də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, təxminən 3 ilə yaxıın müddətdir ki, yük daşıma işi ilə məşğul olur və özünə məxsus 4 ədəd “Hova” markalı yük maşınları var. 2023-cü ilin təxminən yanvar ayından “Evrocon” şirkəti ilə müqavilə bağlayaraq onların istifadəsinə verərək sözügedən şirkətin işlərini görürmüş və həmin 4 ədəd yük maşınını Sumqayıt şəhərində yaşayan sürücülər idarə etmiş, həmin sürücüləri ona Sadiq adlı şəxs tapmışdır. “Evrocon” şirkəti Muğanlı kəndi ilə İsmayıllı rayonu arasında olan körpünün inşası ilə məşğul olmuş və qış ayları olduğu üçün yerdə qar olan müddətlərdə həmin şirkətdə işlər getmirmiş və ona məxsus olan 4 ədəd yük maşını “Evrocon” şirkətinin yaxınlığında dayanmış və həmin maşınlara Sadiq adlı şəxs baxmış, o, işlər getməyən günlərdə vaxt tapıb maşını “Evrocon” şirkətinin yaxınlığında dayandırdığı yük maşınlarına baxış keçirmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin əraziyə gedərək yük maşınlarına baxış keçirmiş və yük maşınlarında hər hansı bir əksiklik hiss etməmiş, bundan sonra düşünmüş ki, burada işlər zəif gedir və hava şəraiti yaxşı deyil, bu səbəbdən də, Sadiq adlı şəxsə zəng edərək bildirmiş ki, “Evrocon” şirkətinin yaxınlığında olan 4 ədəd yük maşınını sürücülərlə birlikdə gətirin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən dayanacağa və xx.xx.2023-cü il tarixdə Sadiq, Veysəl, Şiraz və Nərman yük maşınlarını dayanacağa gətirmişlər, daha sonra o, yük maşınlarına baxış keçirən zaman məlum olmuşdur ki, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının 4 ədəd şinləri və 2 ədəd diskləri dəyişdirilmiş və o, sürücülərin hər biri ilə söhbət edərək “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının 4 ədəd şinlərini və 2 ədəd diskilərini kimin dəyişdirdiyini soruşsa da, heç biri boynuna almamış və o, məcbur qalaraq bu barədə Şamaxı RPŞ-nə gələrək ərizə ilə müraciət edərək yük maşınının 4 ədəd şinlərinin və 2 ədəd diskilərinin oğurlanmasını bildirmiş, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərindən açılaraq oğurlanmış 4 ədəd şinlər və 2 ədəd diskilər ona məxsus olmuş, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərindən açılaraq oğurlanmış 4 ədəd şinlər və 2 ədəd diskilərin təzəsinin qiyməti 3000 manat dəyərində olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, onunla barışdığını və ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayon Sabir qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 8 ildən artıq müddətdir ki, o, Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Pirsaat çayının yaxınlığında təkər təmiri sexində işləyərək ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində daha əvvəl heç tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınını sexin qarşısında saxlayaraq yük maşının üzərində olan “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri təzə almasını, lakin hal-hazırda pula ehtiyacı olduğu üçün satmaq istəməsini ona bildirmiş, bu barədə o, Təqsirləndirilən şəxslə danışıb razılaşmış və o, Təqsirləndirilən şəxslə razılaşaraq “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altına) olan 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri və 2 ədəd diskiləri açaraq götürdükdən sonra, razılaşmaya əsasən həmin 2 ədəd diskinin və 4 ədəd şinlərin əvəzinə işlənmiş və köhnə şinlər və diskilər qoyaraq Təqsirləndirilən şəxs 720 manat pul vermiş, həmin disk və təkər şinlərini də o, təmir sexində saxlamış ki, nə vaxtsa kimsə istəsə satsın. xx.xx.2023-cü il tarixdə o, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə çağırıldıqdan sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs 720 manat pul müqabilində aldığı 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinlər və 2 ədəd diskilər oğurluq olmuş, həmin 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinlər, 2 ədəd diskilər və bütövlükdə yük maşını Təqsirləndirilən şəxs məxsus deyil, Zərərçəkmiş şəxs məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs 720 manat pul müqabilində aldığı 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri və 2 ədəd diskiləri istintaqa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri və 2 ədəd diskiləri 720 manat pul müqabilində alan zaman həmin şinlərin və diskilərin oğurluq olmasını bilməmiş, çünki həmin vaxt Təqsirləndirilən şəxs şinlərin və diskilərin özünə məxsus olmasını, təzə almasını, hal-hazırda pula ehtiyacı olduğu üçün satmasını dediyi üçün o, almış, həmin təmir sexini o, 8 il olar ki, icarəyə götürmüş, lakin icarə müqaviləsi bağlamamış, icarə əsasında həmin təmir sexini işlətmiş, təkər təmir sexində o, tək işləmiş, başqa heç kim işləməmiş, Təqsirləndirilən şəxs şinləri və diskiləri ona satan zaman bunu heç kim görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə Şiraz ona zəng edərək fərdi sahibkarlıqla məşğul olan Zərərçəkmiş şəxs məxsus yük maşınlarına sürücü ehtiyacının olmasını demiş və o, Şirazla razılaşaraq fərdi sahibkarlıqla məşğul olan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində olan dayanacağa gedərək görüşmüş və Zərərçəkmiş şəxs ona Şamaxı rayon ərazisində Muğanlı-İsmayıllı yolunun üzərində “Evrocon” şirkəti körpü tikdiyini və həmin ərazidə yükdaşıma ilə məşğul olmaq lazım olduğunu deyərək günlük 50 manat pul verəcəyini bildirmişdir. Onlar Zərərçəkmiş şəxs ilə razılaşaraq yük maşınlarını götürərək Muğanlı-İsmayıllı yolunun üzərində “Evrocon” şirkətinə gəlmiş və işə başlamışlar. İşlədikləri müddətdə Şamaxı rayonu Qurdtəpə kəndində kirayə qalmışlar. İlk əvvəllər hava şəraiti yaxşı olduğu üçün işləmişlər, lakin sonralar bir müddət hava yağışlı keçdiyi üçün işləri dayanmış və Sadiqin idarə etdiyi “Hova” markalı **-DX-*** dövlət nömrə nişanlı yük maşını xarab olmuş, həmin vaxtlarda o, Şiraz və Nərman yaşadıqları Sumqayıt şəhərinə geri qayıtmışlar. Sadiq isə Şamaxı rayonu Qurdtəpə kəndində kirayə qaldığı evdə qalmış və hər gün “Evrocon” şirkətinə gedərək şirkətin yaxınlığında olan yük maşınlarına nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə Sadiq o, Şiraz və Nərman ilə telefon əlaqəsi yaradaraq “Evrocon” şirkətinin yaxınlığında saxlanılan yük maşınlarını dayanacağa aparmalı olduqlarını bildirmiş, bundan sonra o, Şiraz və Nərman adlı sürücülər “Evrocon” şirkətinə gələrək yük maşınlarını Qaradağ rayonu Qobustan qəsəbəsində olan dayanacağa aparmaq üçün yola düşmüşlər və bir az sonra Sadiq arxalarınca gələrək onlara çatmış və onlar hamısı birlikdə dayanacağa çatmışlar. Daha sonra Zərərçəkmiş şəxs yük maşınlarına baxış keçirən zaman “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərindəki (altındakı) olan 4 ədəd təzə şinlərini və 2 ədəd təzə diskilərin oğurlanmasını və yerinə köhnələrinin bağlanmasını bildirsə də, onlar hamısı həmin təkərlərdən hər hansı bir məlumatlarının olmadığını bildirmişlər. Sonradan onlara məlum olmuş ki, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altında) olan 4 ədəd təzə şinləri və 2 ədəd təzə diskiləri Təqsirləndirilən şəxs oğurlayaraq satmış və qazanc əldə etmiş, Təqsirləndirilən şəxs “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altında) olan 4 ədəd təzə şinlərini və 2 ədəd təzə diskilərini oğurlayaraq satarkən bu əməllərindən onun məlumatı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. “Avtomobilə baxış keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınına baxış keçirilərkən yük maşının üzərində (altında) olan 04 (dörd) ədəd “Aufine” markalı 3188022,5 ölçüdə təzə təkər şinləri və 02 (iki) ədəd təzə təkər diskləri yük maşının altından açılıb oğurlanmaqla, əvəzinə 04 (dörd) ədəd köhnə təkər şinləri və 02 (iki) ədəd köhnə təkər diskləri bağlanması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs avtomobilin üzərində (altında) olan 04 (dörd) ədəd köhnə təkər şinləri və 02 (iki) ədəd köhnə təkər diskləri göstərib ona məxsus yük maşınlarından birinin sürücüsü olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altında) olan 04 (dörd) ədəd “Aufine” markalı 3188022,5 ölçüdə təzə təkər şinləri və 02 (iki) ədəd təzə təkər diskilərini Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində Pirsaat çayının yaxınlığında yerləşən təkər təmiri sexinə 720 (yeddi yüz iyirmi ) manat qarşılığında sataraq əvəzində həmin sexdən 4 ədəd köhnə təkər və 2 ədəd köhnə diski bağlamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 22:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokldan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində Pirsaat çayının yaxınlığında təkər təmir sexinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sex birmərtəbəli, iki otaqlıdır. Sexin əsas otağında təkər təmiri üçün müvafiq aparatlar vardır. Sexin yardımçı otağında bəzi əşyalar və 04 (dörd) ədəd təzə təkər şini və 02 (iki) ədəd təzə təkər diskisi vardır. Şahid3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində daha əvvəl heç tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxs “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınını sexin qarşısında saxlayaraq yük maşının üzərində olan “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri təzə almasını, lakin hal-hazırda pula ehtiyacı olduğu üçün satmaq istəməsini ona bildirmiş və onunla razılığa gəldikdən sonra “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərində (altına) olan 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri və 2 ədəd diskiləri açaraq götürmüş və əvəzində Təqsirləndirilən şəxs 720 manat pul verməklə yanaşı 4 ədəd köhnə şinləri və 2 ədəd köhnə diskini “Hova” markalı **-NP-*** dövlət nömrə nişanlı yük maşınının üzərinə (altına) bağlamışdır. Baxış zamanı 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri və 2 ədəd diskiləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir uşağı vardır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 05 mart 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinləri və 2 ədəd diskiləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. “Əşyaların qiymətləndirilməsi haqqında” “Nihad” İstesalat Kommersiya firması tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli arayışdan görünür ki, qiymətləndirməyə təqdim edilən 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinlərin və 2 ədəd diskilərin qiyməti 2780 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 və qızı X1 ibarət ailə üzvləri ilə birlikdə Sumqayıt şəhər, İnşaatçılar qəsəbəsi, yataqxana 10, otaq 30-da qeydiyyatsız yaşayırlar və Təqsirləndirilən şəxs haqqında 1 saylı MKS-yə heç bir şikayət daxil olmayıb. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs “4 nömrəli xəstəxananın poliklinika şöbəsi”nin 16 mart 2023-cü il tarixli 100 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 9/1752 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə, yük maşınına aid təkər şinlərinin hər birinin qiyməti 450 manat, 2 ədəd, yük maşınına aid təkər disklərinin hər birinin qiyməti 130 manat, ümümilikdə əmlakın dəyəri 2060 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona həmin Məcəllənin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayaraq oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyənlədirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinlərin və 2 ədəd diskilərin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ucar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd “Aufine” markalı 3188022,5 ölçüdə olan şinlərin və 2 ədəd diskilərin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar