Məhkəmə qərarları › İş №1(074)-43/2020

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-43/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-43/2020 28.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşul olan, məhkum olunmamış, Ağdam rayonu Muradbəyli kəndində qeydiyyatda olan və Şamaxı şəhərində internat məktəbinin yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2020-ci ilin iyun ayının əvvəllərində saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus olan H.Cavid küçəsi ev 19 a mənzil 2 ünvanında yerləşən fərdi yaşayış evində istilik sistemini təmir edərkən azad girib-çıxa biləcəyi yataq otağına daxil olaraq həmin otaqda istilik sistemini təmir etdikdən sonra otaqdakı kitab rəfinin qapısını açaraq rəfin gözündə olan əl çantasını açıb içərisindən 15 ədəd qızıl-zinət əşyalarını- 897(səkkiz yüz doxsan yeddi) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı ağ qızıldan brilyant qaşlı ortasında qar dənəciyi şəkilndə işləmələr olan təxminən 8-10 qram çəkili sep, 2500 (iki min beş yüz) manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı ağ qızıldan 1.5 karat çəkidə 12 ədəd brilyant qaşlı ortası zümrüd təxminən 7-8 qram çəkili üzük, 1500 (bir min beş yüz) manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı 60-70 sot çəkidə 7 ədəd brilyant qaşlı ortası ağ saffir xonça-gül formalı təxminən 6 qram çəkili üzük 1081 (bir min səksən bir) manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı tək brilyant qaşlı təxminən 3-4 qram çəkili qızıl üzük, 600 manat (altı yüz) dəyərində Rusiya istehsalı olan 750 əyarlı 3 ədəd brilyant qaşlı sarı qızıldan təxminən 6-7 qram çəkili nişan üzüyü, 627(altı yüziyirmi yeddi) manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı 5 ədəd brilyant qaşlı sarı qızıldan təxminən 6-7 qram çəkili nişan üzüyü, 1500 (bir min beş yüz) manat dəyərində Belçika istehsalı olan 750 əyarlı ortası göy safir 1 karat çəkidə 10 ədəd brilyant qaşlı təxminən 9-10 qram çəkili brilyant üzük, 2000 (iki min) manat dəyərində 750 əyarlı 1.5 karat çəkidə 8 ədəd brilyant qaşlı günbəz formalı təxminən 9-10 qram çəkili brilyant üzük, 800 (səkkiz yüz) manat dəyərində 580 əyarlı dairə formalı yatağı gümüş formalı 10 xırda brilyant qaşlı ortası karal(mərcan) olan üzüksırğa dəstinin 7-8 qram çəkili brilyant sırğası, 881 (səkkiz yüz səksən bir) manat dəyərində 750 əyarlı kitabşəkilli 20 sot çəkidə 4 ədəd qaşlı ortası qara rəngli minalı təxminən 8-9 qram çəkili brilyant üzük, 590(beş yüz doxsan) manat dəyərində Ukrayna istehsalı olan 580 əyarlı sarı rəngli qızıldan pələng başı formalı təxminən 10 qram çəkili qızıl klon, 500 (beş yüz) manat dəyərində Ukrayna istehsalı olan şəbəkə formalı dairə şəkilli qəhvəyi rəngli təxminən 4-5 qram çəkili qızıl klon, 500 (beş yüz) manat dəyərində Ukrayna istehsalı olan ortası mirvari qaşlı ətrafı perlamotnı əl işləməsi olan təxminən 4 qram çəkili qızıl klon, 375 (üz yüz yetmiş beş) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qaşsız (qaşı sınıb) sadə təxminən 5 qram çəkili üzük, 300 (üç yüz) manat dəyərində Latviya istehsallı rubin və xırda brilyanta işlənmiş 6-7 qaşlı, 750 əyarlı sarı qızıldan, təxminən 4 qram çəkili qızıl üzüyü talayıb cibində gizlədib apararaq - cəmi 14651 (on dörd min altı yüz əlli bir) manat dəyərində xeyli miqdarda özgənin əmlakını gizli olaraq oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Ağdam rayonu Muradbəyli kəndində qeydiyyatda olmaqla hazırda Şamaxı şəhərində qaçqın yataqxanasında ailə üzvləri ilə birlikdə yaşayır, anası X4 xx.xx.2020-ci il tarixdə xəstəlikdən vəfat etmiş, həmin vaxta kimi anası onlarla yaşamışdır. O, ev təmiri sahəsində santexnik ustası olmaqla ancaq fərdi olaraq işləyir. Belə ki, təxminən 2020-ci ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs onu öz evində su qızdırıcı radiatorların yerinin dəyişdirilməsi işinə dəvət etmiş o, da dostu və iş yoldaşı olan Şamaxı rayon sakini X5 ilə birlikdə ünvan 2 a saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evdə işləməyə başlamışdır. Dəqiq xatırlamır, işə başlayandan sonra işin bəzi hissələrində o, Nicatla birlikdə, bəzi hissələrində isə hər biri ayrı-ayrılıqda işləmişlər. Belə ki, dəqiq tarixini xatırlamır, işə başladığı günün səhərisi evin yataq otaqlarından birində kombisi təzə qoyulduğu üçün həmin kombinin radiatoru dəyişlməsə də havası alınmalı idi. Həmin iş tək adamlıq iş olduğuna görə o, tək halda həmin otağın kombisinin radiatorunun havasını nizamlamağa getmiş, Nicat isə həyətdə hamamda kombinin ümumi suyunu vurmşdur. Həmin vaxtı saat təxminən 16 radələrində o, tək halda həmin yataq otağına daxil olmuş, ev sahibləri isə evin digər tərəfində olan otaqlarda olmuşlar, onu görməmişlər. O, otağa daxil olandan sonra əvvəlcə kombinin radiatorunun havasını və suyunu nizamlamış, sonra isə otaqdan çıxanda qapının yanında kitab dolabını görüb qərara gəlmişdir ki, dolaba baxsın, əgər qızıl olsa oğurlayıb götürsün, başqa nə isə olarsa götürməz. Buna görə də o, dolabın qapısını açmış və görmüşdür ki, dolabın həmin gözündə əl çantası var. Əli ilə əl çantasını götürərək çantanın zamokunu açanda görmüşdür ki, əl çantasının içində pul qabı var, pul qabının içində bir neçə qızılzinət əşyaları olmuşdur, pul qabının içində həmçinin, parça materialdan olan eynək qabı da olmuş, eynək qabını açanda görmüşdür ki, içində qızıl-zinət əşyaları var. O, içərisində qızıl-zinət əşyaları olan eynək qabını və pul qabının içərəsindən də bir ədəd qızıl üzüyü götürmüş, pul qabında olan digər qızıl-zinət əşyalarını isə götürməmişdir. Ümumilikdə, 15 ədəd qızıl-zinət əşyasını 10 ədəd üzük, 3 ədəd klon, 1 ədəd sırğa və 1 ədəd sep götürmüşdür. Götürüdüyü qızıl-zinət əşyalarını əynində olan şalvarının arxa cibində gizlətmişdir. Sonra da işinə davam etmiş və az sonra həmin günlük işlərini yekunlaşdırıb hər biri öz evlərinə getmiş, qızıl-zinət əşyalarını götürməsini Nicata bildirməmişdir. Onu da demişdir ki, bir müddət əvvəl yaşadığı qaçqın binasında birinci mərtəbədə boş bir otaq olmuş, o, həmin otaqdan istifadə etməyə başlamış və həmin otağa suvenirlər yığmışdır. Evə çatandan sonra ailə üzvlərinin bilməməsi üçün cibində olan qızıl-zinət əşyalarını həmin otaqda olan şkafda gizlətmiş, həmin otağa onsuz kiminsə girmədiyinə görə bilirdi ki, oğurladığı əşyaları kimsə görməyəcək. Fikirləşmişdir ki, qızılları satıb pul əldə edib anasının müalicəsinə xərcləyər. Bundan sonra isə götürdüyü 15 ədəd qızıl-zinət əşyaları həmin otaqda şkafda qalmışdır. Həmin qızıl-zinət əşyalarından bir ədəd üzüyü Şamaxı rayon bazarındakı Amil adlı qızıl alan şəxsə, 9 ədəd qızıl-zinət əşyalarını Şamaxı rayon bazarındakı Tamerlan adlı qızıl alan şəxsə satmışdır. Bundan sonra, oğurladığı qızıllardan 3 ədəd üzük, bir ədəd sırğa və bir ədəd sep qalmışdır. Həmin qalan qızıl-zinət əşyalarını da istintaqa təqdim etmişdir. Həmin otağa daxil olanda onu kimsə görməmiş, Nicat həmin vaxtı həyətdə hamamda olmuş, evdə olan Mustafanın ailə üzvləri isə evin digər otaqlarında olmuşlar. Dəqiq tarixini xatırlamır, təxminən xatırladığına görə 2020-ci ilin iyun ayının əvvəllərində həmin evdən oğurluq etmişdir. Həmin şəxslərə qızılların oğurluq olmasını bildirməmiş, sadəcə demişdir ki, özlərinindir, öz evlərindən götürdüyünü və ehtiyaca görə satdığını bildirmişdi. Həmin şəxslər qızılların oğurluq olmasını bilməmişlər. O, qızılları öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Nicatın, eləcədə ailə üzvlərinin bu oğrluqdan heç bir məlumatları olmamışdır. Maddi ziyanı qismən ödəmişdir. Maddi ziyandan 7000 manat ödənişi qalmış və onuda ödəyəcəkdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, ünvan 1, mənzil 2 saylı evdə ailə üzvləri də yaşayır. Belə ki, onun evində bir sıra təmir işləri görülməli idi. Buna görə də, 2020-ci ilin iyun ayının əvvəllərində o, Şamaxı rayonunda yaşayan Təqsirləndirilən şəxs və X3 evinə dəvət etmiş, həmin şəxslər də işləməyə başlamışlar. xx xxxxxx 2020-ci il tarixdə müəyyən etmişdir ki, evlərindən oğurluq olmuşdur. Evdə yataq otağında saxladığı 14 çeşiddə qızıl-zinət əşyaları təxminən dəyəri 1500 manat olan İtaliya istehsalı 750 əyarlı ağ qızıldan brilyant qaşlı ortasında qar dənəciyi şəkilndə işləmələr olan təxminən 8-10 qram çəkili sep, təxminən dəyəri 2500 manat olan Rusiya istehsalı 750 əyarlı ağ qızıldan 1,5 karat çəkidə 12 ədəd brilyant qaşlı ortası zümrüd təxminən 7-8 qram çəkili üzük, təxminən dəyəri 1500 manat olan Rusiya istehsalı 750 əyarlı 60-70 sot çəkidə 7 ədəd brilyant qaşlı ortası ağ saffir xonça-gül formalı təxminən 6 qram çəkili üzük, təxminən dəyəri 700 manat olan Rusiya istehsalı 750 əyarlı tək brilyant qaşlı təxminən 3-4 qram çəkili qızıl üzük, təxminən dəyəri 600 manat olan Rusiya istehsalı 750 əyarlı 3 ədəd brilyant qaşlı sarı qızıldan, təxminən 6-7 qram çəkili nişan üzüyü, təxminən dəyəri 600 manat olan Rusiya istehsalı olan 750 əyarlı 5 ədəd brilyant qaşlı sarı qızıldan, təxminən 6-7 qram çəkili nişan üzüyü, təxminən dəyəri 1500 manat olan Belçika istehsalı 750 əyarlı ortası göy safir 1 karat çəkidə 10 ədəd brilyant qaşlı, təxminən 9-10 qram çəkili brilyant üzük, təxminən dəyəri 2000 manat olan, 750 əyarlı, 1.5 karat çəkidə 8 ədəd brilyant qaşlı, günbəz formalı təxminən 9-10 qram çəkili brilyant üzük, təxminən dəyəri 800 manat olan 580 əyarlı dairə formalı yatağı gümüş formalı 10 xırda brilyant qaşlı ortası karal (mərcan) olan üzük-sırğa dəstinin 7-8 qram çəkili brilyant sırğa, təxminən dəyəri 600 manat olan 750 əyarlı kitabşəkilli 20 sot çəkidə 4 ədəd qaşlı ortası qara rəngli minalı təxminən 8-9 qram çəkili brilyant üzük, təxminən dəyəri 1000 manat olan Ukrayna istehsalı olan 580 əyarlı sarı rəngli qızıldan pələng başı formalı təxminən 10 qram çəkili qızıl klon, təxminən dəyəri 500 manat olan,Ukrayna istehsalı olan şəbəkə formalı dairə şəkilli qəhvəyi rəngli,təxminən 4-5 qram çəkili qızıl klon, təxminən dəyəri 500 manat olan Ukrayna istehsalı olan ortası mirvari qaşlı ətrafı perlamotm əl işləməsi olan təxminən 4 qram çəkili qızıl klon, təxminən dəyəri 350 manat olan İtaliya istehsalı olan 750 əyarlı qaşsız (qaşı sınıb) sadə təxminən 5 qram çəkili üzük oğurlanmışdır. Buna görə də o, polisə müraciət etmişdir. Lakin, xx.xx.2020-ci il tarixdə evlərində olan qızıl-zinət əşyalarını dəqiq hesablayarkən müəyyən etmişdir ki, qeyd etdiyi 14 çeşiddə qızıl-zinət əşyalarından əlavə bir ədəd qızıl üzük də həmin oğurlanmış əşyaların içərisində olmuşdur və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Həmin üzüyün əlamətləri- rubin və xırda brilyantla işlənmiş 6-7 qaşlı, 750 əyarlı, sarı qızıldan, Latviya istehsallı, təxminən 4 qram çəkili qızıl üzük olmuşdur. Həmin üzüyün qiyməti 300 manatdır. O və ailə üzvləri əvvəlcə həmin qızıl üzüyün oğurlanmış əşyaların içərisində olmadığını zənn etmişlər, lakin, sonradan müəyyən etmişlər ki, həmin qızıl üzük də oğurlanmış qızıl-zinət əşyalarının yanında olmuşdur. Buna görə də sonradan müraciət etmişdir. Oğurluq nəticəsində ona cəmi 14950 (on dörd min doqquz yüz əlli manat) dəyərində maddi izyan dəymişdir. İlkin ərizə verərkən oğurlanmış əşyaların qiymətini dəqiq hesablamadığı üçün 25000 manat yazmışdır. Sonradan isə oğurlanmış əşyaların bazar qiymətini dəqiq hesablayıb müəyyən etmişdir ki, ona 14950 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, qızıl-zinət əşyaları evinin yataq otağında kitab dolabının gözündə əl çantasının içərisində olmuşdur. 5 adda qızıllar ona qaytarılmış, bundan başqa təqsirləndirilən şəxsin ona 7000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs Nağıyev Rövşən Sərdar oğlu ilə barışdığını ondan şikayət və tələbi olmadığını eyni zamanda, iddia tələbinin baxıllmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlara məxsus ev H.Cavid küçəsi ev 19A, mənzil 2-də yerləşir. Belə ki, onların evində bir sıra təmir işləri, əsasən istilik sistemi işləri görülməli olduğundan 2020-ci ilin iyun ayının əvvəllərində həyat yoldaşı Zərərçəkmiş şəxs Şamaxı rayonunda yaşayan Təqsirləndirilən şəxs və X3 evlərinə dəvət etmiş, həmin şəxslər də evdə işləməyə başlamışlar. xx xxxxxx 2020-ci il tarixdə müəyyən etmişlər ki, evlərindən oğurluq olmuşdur. Evdə yataq otağında saxladıqları 14 ədəd qızıl-zinət əşyaları - təxminən dəyəri 1500 manat olan İtaliya istehsalı 750 əyarlı, ağ qızıldan, brilyant qaşlı, ortasında qar dənəciyi şəkilndə işləmələr olan təxminən 8-10 qram çəkili sep, təxminən dəyəri 2500 manat olan Rusiya istehsalı 750 əyarlı ağ qızıldan 1,5 karat çəkidə 12 ədəd brilyant qaşlı ortası zümrüd təxminən 7-8 qram çəkili üzük, təxminən dəyəri 1500 manat olan Rusiya istehsalı 750 əyarlı 60-70 sot çəkidə 7 ədəd brilyant qaşlı ortası ağ saffir xonça-gül formalı təxminən 6 qram çəkili üzük, təxminən dəyəri 700 manat olan, Rusiya istehsalı olan, 750 əyarlı, tək brilyant qaşlı, təxminən 3-4 qram çəkili qızıl üzük, təxminən dəyəri 600 manat olan, Rusiya istehsalı olan, 750 əyarlı, 3 ədəd brilyant qaşlı, sarı qızıldan, təxminən 6-7 qram çəkili, nişan üzüyü, təxminən dəyəri 600 manat olan, Rusiya istehsalı olan, 750 əyarlı, 5 ədəd brilyant qaşlı, sarı qızıldan, təxminən 6-7 qram çəkili, nişan üzüyü, təxminən dəyəri 1500 manat olan, Belçika istehsalı olan, 750 əyarlı, ortası göy satir, 1 karat çəkidə 10 ədəd brilyant qaşlı, təxminən 9-10 qram çəkili brilyant üzük, təxminən dəyəri 2000 manat olan, 750 əyarlı, 1.5 karat çəkidə 8 ədəd brilyant qaşlı, günbəz formalı təxminən 9-10 qram çəkili brilyant üzük, təxminən dəyəri 800 manat olan, 580 əyarlı, dairə formalı, yatağı gümüş formalı, 10 xırda brilyant qaşlı, ortası karal (mərcan) olan üzük-sırğa dəstinin 7-8 qram çəkili brilyant sırğası, təxminən dəyəri 600 manat olan, 750 əyarlı, kitabşəkilli, 20 sot çəkidə 4 ədəd qaşlı, ortası qara rəngli, minalı, təxminən 8-9 qram çəkili brilyant üzük, təxminən dəyəri 1000 manat olan, Ukrayna istehsalı olan, 580 əyarlı, sarı rəngli qızıldan, pələng başı formalı təxminən 10 qram çəkili qızıl klon, təxminən dəyəri 500 manat olan, Ukrayna istehsalı olan, şəbəkə formalı, dairə şəkilli, qəhvəyi rəngli, təxminən 4-5 qram çəkili qızıl klon, təxminən dəyəri 500 manat olan, Ukrayna istehsalı olan, ortası mirvari qaşlı, ətrafı perlamotnı əl işləməsi olan, təxminən 4 qram çəkili qızıl klon, təxminən dəyəri 350 manat olan, İtaliya istehsalı olan, 750 əyarlı, qaşsız (qaşı sınıb), sadə, təxminən 5 qram çəkili üzük oğurlanmışdır. Buna görə də həyat yoldaşı Zərərçəkmiş şəxs polisə müraciət etmişdir. Məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə evlərində olan qızıl-zinət əşyalarını dəqiq hesablayarkən müəyyən etmişlər ki, qeyd etdiyi 14 ədəd qızılzinət əşyalarından əlavə bir ədəd qızıl üzük də həmin oğurlanmış əşyaların içərisində olmuşdur və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Həmin üzüyün əlamətləri rubin və xırda brilyanta işlənmiş 6-7 qaşlı, 750 əyarlı, sarı qızıldan, Latviya istehsallı, təxminən 4 qram çəkili qızıl üzük olmuşdur. Həmin üzüyün qiyməti 300 manatdır. Beləliklə onların evindən ümumilikdə 15 ədəd qızıl-zinət əşyaları oğurlanmışdır. Həmin qızıl zinət əşyalarından 5 ədədi yəni, 3 ədəd üzük, bir ədəd boyunbağı- sep və bir dəst sırğa Təqsirləndirilən şəxs tərəfindən istintaqa verilmişdir, o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə həmin qızıl-zinət əşyalarını tanımışlar, onlardan oğurlanmış əşyalardan bir hissəsi olduğunu bilmişlər. Lakin, qalan 10 ədəd qızıl- zinət əşyaları müəyyən edilməmişdir. Onlara oğurluq nəticəsində cəmi 14950 (on dörd min doqquz yüz əlli manat) dəyərində maddi ziyan dəymişdir. Qızıl-zinət əşyaları evlərinin yataq otağında dolabın gözündə ona məxsus qadın əl çantasının içərisində olmuşdur. Onların evləri əsasən uzununa yerləşir. O, həmin vaxtı evin darvaza tərəfdən həyətə daxil olduqda evin birinci girişi tərəfdə olan otaqlarda olmuşdur. Təqsirləndirilən şəxs və digər usta oğurluq olan otaq tərəfdəki əsasən digər otaqlarda işlədikləri üçün o, həmin tərəfə keçməmişdir. Buna görə də Ruslanı həmin otaqda işlədiyi vaxtı görməmişdir. Həm də onlar Təqsirləndirilən şəxs etibar etdikləri üçün onun hansı otağa daxil olub çıxmasına elə də ciddi fikir verməmişlər. Bildirmişdir ki, həmin otaqda istilik sisteminin kombi radiatoru təzə dəyişildiyindən və həmin otaqda çox az iş olduğundan yəni, radiatorun ancaq havasının nizamlanması işi görülməli olduğundan o, da fikirləşmişdir ki, qızılları həmin otaqda saxlasın. Həm də qeyd edilən otağın qapısı adətən bağlı olurdu. Ruslanın həmin otaqda radatorun havasının dəyişilməsi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs həmin otağın qapısının açarını açıb, özü də Ruslana etibar etdiyindən yanında dayanmamış, Ruslan da həmin otaqda tək qalıb işini görüb, sonra da oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Şamaxı rayon mərkəzi bazarı ərazisində icarəyə götürdüyü, zərgərlik mağazasında qızıl qəbulu və satışı ilə məşğul olur. Həmin mağazada tək işləyir. Onun işi ondan ibarət olmuşdur ki, o, həm vətəndaşlardan istifadə edilmiş qızıl-zinət əşyalarını alır, bəzən də lom halında yəni, əzilmiş halda olan qızılları alıb əridib və ya olduğu kimi satır, həm də qızılın təmiri işi ilə məşğul olur. Ruslanı rayon sakini kimi tanıyır, münasibəti olmamış yəni, ancaq sifətdən tanımışdır ki, ev təmiri ustası olmaqla rayon sakinidir, onunla əlaqə saxlamamışdır. O, xx xxxx 2020-ci il tarixdə zərgərlik mağazasımda olarkən Ruslan mağazaya gəlmiş, ona qızıl üzük satmaq istədiyini bildirmiş, o, da ondan qızılı alanda görmüşdür ki, həmin üzük 750 əyarlı (problu), 12,67 qram çəkili qadın qızıl üzüyüdür. Həmin qızıl üzüyü lom qiymətinə aldığı üçün və həmin vaxtı qızılın lom qiymətinə bir qramı 55,24 manat hesablandığından həmin üzüyü 700 manata Ruslandan almışdır. Dəqiq xatırlayır ki, Ruslan tək gəlmişdi, yanında heç kim olmamıışdır, o, da mağazada tək olmuş, yanında heç kim olmamışdır. Ruslan ona bildirmişdir ki, qızıl üzük öz evindəndir yəni, özlərinindir və ehtiyaca görə pul lazım olduğundan həmin üzüyü satır. O, Ruslandan konkret həmin qızılı haradan alması və hansı ehtiyaca görə satmasını soruşmamışdır, çünki, Ruslan qızılın öz evlərinin malı olmasını bildirmişdir. Bildirmişdir ki, qızıl-zinət əşyalarını alanda ümumi olaraq o, hər bir şəxsdən şəxsiyyət vəsiqəsini tələb edir, sonra mağazada olan müvafiq dəftərə qızılın kimə aid olmasını, əyarını, qiymətini, əşyanın əlaməti barədə qeydlər edib şəxsin imzası ilə təsdiq etdirir, sonra da şəxsiyyət vəsiqəsini həmin qeydlərin yanına qoyub şəklini çəkir. O, həmin sənədləşmə qaydasını Ruslandan qızıl üzüyü alanda da icra etmiş və həmin sənədin surətini istintaqa təqdim etmişdir. Ruslan qızıl üzüyün oğurluq olması barədə ona heç bir söz deməmiş, əgər bilsə idi ki, qızıl oğurluqdur, əlbəttə ki, o, həmin üzüyü almazdı. Ruslan qızıl üzüyün özlərinə məxsus olmasını bildirmişdir, sonradan bilmişdir ki, həmin qızıl üzük Ruslan tərəfindən oğurlanmışdır. Həmin qızıl üzüyü lom kimi aldığı üçün əridib satmış lakin, həmin qızılı lom kimi konkret olaraq kimə satmasını xatırlamır, çünki mütəmadi olaraq qızılın alış-satışı davam etdiyi üçün o, aldığı hər bir qızıl əşyasını qısa müddətdə ya olduğu kimi, ya da ki, əridərək satır. Həmin qızılı da həmçinin qısa müddətdə satmışdır. O, daha sonra bildirmişdir ki, onun zərgərlik mağazasında nə görüntü, nə də ki təhlükəsizlik kamerası olmamış, mağazanın yaxın ətrafında da görüntü-təhlükəsizlik kamerası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, anası X2 Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Şamaxı rayon mərkəzi bazarı ərazisində icarəyə götürdüyü zərgərlik mağazasında satıcı işləyir, həmin mağazada qızıl qəbulu-alışı və satışı ilə məşğul olurlar. Həmin mağazada anası ilə birlikdə işləyirlər. Arabir anasının işi olanda o, tək işləyir. Onlar aldıqları qızıl-zinət əşyalarını olduğu kimi lom halında satırlar. Ruslanı əvvəllər tanımamış, onunla əlaqə saxlamamış və münasibətləri olmamışdır. Birinci olaraq, zərgərlik mağazasında tək olarkən Ruslan mağazaya gəlmiş, ona 5 qaşlı sarı qızıldan, çəp modelli, 585 əyarlı, 2,7 qram çəkili üzüyü satmaq istədiyini bildirmiş, o, da ondan qızılı alanda həmin günə görə qızılın qramını 48 manatdan hesablayıb 130 manat pulu Ruslana vermişdir. Bundan bir müddət sonra, Ruslan yenə də onun işlədiyi mağazaya gəlmiş, o, yenə də tək olmuş, Ruslan bir neçə ədəd qızıl-zinət əşyalarını gətirmiş, qızıl-zinət əşyalarının neçə çeşiddə olmasını xatırlamır, həmin qızılzinət əşyalarından biri aşağı əyarlı klon qızılı olmaqla həmin qızılın çəkisi 0,5 qram olmuş, həmin qızılı o, 30 manata almışdır. Digər sayını xatırlamadığı qızılları isə ümumi olaraq lom halında (yəni əzik mal kimi) çəkib 14 qram olmasını müəyyən etmiş, həmin qızılların əyarı 585 əyarlı olmaqla sarı qızıldan olmuş, ümumi olaraq Ruslana 650 manat pul vermişdir. Həmçinin, bir müddət sonra yenə də Ruslan mağazaya gələrkən o, yenə də həmin vaxtı mağazada də tək olmuş, Ruslan ona 2 ədəd üzük satmaq istədiyini bildirmiş, həmin üzüklərə baxanda müəyyən etmişdir ki, 2 ədəd üzüyün ümumi çəkisi 10 qram, 750 əyarlı qadın qızıl üzükləridir, həmin qızılları lom kimi ümumi 600 manata Ruslandan almışdır. Bildirmişdir ki, dəqiq xatırlayır ki, Ruslan hər üçündə tək gəlmişdir, yanında heç kim olmamışdır, o, da mağazada tək olmaqla yanında heç kim olmamış, çünki, həmin vaxtlarda anası Gülgəz Əkbərova səhhətinə görə müalicə olunduğu üçün o, tək işləyirdi. Ruslan ona bildirmişdir ki, qızıl-zinət əşyaları öz evindəndir, anasının qızıllarıdır, anası xəstə olduğuna görə müalicəsi üçün qızılları satır. O, qızıl-zinət əşyalarını alanda ümumi olaraq onlar hər bir şəxsdən şəxsiyyət vəsiqəsini tələb edərək mağazada olan müvafiq dəftərə qızılın kimə aid olmasını, əyarını, qiymətini, əşyanın əlaməti barədə qeydlər edib şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, adını, atasının adını, soyadını, ünvanını qeyd edirlər. Həmin sənədləşmə qaydasını Ruslandan qızıl əşyaları alanda da icra etmişdir. Ruslan ona qızıl-zinət əşyalarının oğurluq olması barədə heç bir söz deməmişdir, əgər bilsə idi ki, qızıl əşyaları oğurluqdur, əlbəttə ki, o, həmin qızıl əşyalarını almazdı. Onlar həmin qızıl-zinət əşyalarını lom kimi aldıqları üçün əridib satmışlar, lakin həmin qızılzinət əşyalarını lom kimi konkret olaraq kimə satmasını xatırlamır, çünki mütəmadi olaraq qızılın alış-satışı davam etdiyi üçün onlar aldıqları hər bir qızıl əşyasını qısa müddətdə ya olduğu kimi, ya da ki, əridərək satırlar, həmin qızılları da həmçinin qısa müddətdə satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-əmtəəşynaslıq ekspertiza” üzrə xx.xx.2020-ci il tarixli 6/1680- 9/3203 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki,-2,92 qram kütləli, 750 əyarlı, bir ədəd brilyant qaş təxminən 0,360 karat ölçüdə olmaqla 4/4 keyfiyyətli qızıl üzük 1081,00 manat;-6,46 qram kütləli,750 əyarlı, brilyant qaşların 5 ədədi hər biri təxminən 0,031 karat ölçüdə olmaqla ümumilikdə 3/4 keyfiyyətli qızıl üzük 627,00 manat;-9,45 qram kütləli, 750 əyarlı, brilyant qaşların 4 ədədi hər biri təxminən 0,045 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli qızıl üzük 881,00 manat;-8,18 qram kütləli, 750 əyarlı, brilyant qadların 1 ədədi təxminən 0,145 karat, 11 ədədi hər biri təxminən 0,007 karat, 44 ədədi hər biri təxminən 0,003 karat ölçüdə olmaqla ümumilikdə 4/3 keyfiyyətli qızıl boyunbağı 897,00 manatdır. Ekspertiza tədqiqatına təqdim edilən bir cüt 16,90 qram kütləli, gümüşü rəngli hissələri təxminən 925 əyarlı gümüşdən, digər hissələri 583/585 əyarlı qızıldan hazırlanan, brilyant qaşların 119 ədədi hər biri təxminən 0,004 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli, 2 ədəd çəhrayi rəngli qaş qiymətli qaşlara aid olmayan sırğa cütünün, 925 əyarlı gümüşün ayrılıda çəkisi və 583/585 əyarlı qızılın ayrılıqda çəkisi müəyyən edilmədiyindən tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmadı. -Ukrayna istehsallı, 580 əyarlı, sarı rəngli qızıldan, pələng başı formalı təxminən 10 qram çəkisi olduğu bildirilən qızıl klon 590,00 manat; İtaliya istehsallı, 750 əyarlı, qaşsız (qaşı sınıb), sadə, təxminən 5 qram çəkili olduğu bildirilən qızıl üzük 375,00 manatdır. Hazırda, tədqiq edilən ortada olmayan Rusiya istehsallı, 750 əyarlı ağ qızıldan, 1,5 karat çəkidə 12 ədəd brilyant qaşlı, ortası zümrüd, təxminən 7-8 qram çəkili olduğu bildirilən brilyant üzüyün, Rusiya istehsallı, 750 əyarlı, 60-70 sot çəkidə 7 ədəd brilyant qaşlı, ortası ağ saffir, xonça-gül formalı, təxminən 6 qram çəkili olduğu brilyant qızıl üzüyün, Rusiya istehsallı, 750 əyarlı, 3 ədəd brilyant qaşlı, sarı qızıldan, təxminən 6-7 qram çəkili olduğu nişan üzüyün, Belçtka istehsallı, ortası göy safir, 1 karat çəkidə 10 ədəd brilyant qaşlı, təxminən 9-10 qram çəkili olduğu bildirilən brilyant üzüyün, 750 əyarlı, 1,5 karat çəkidə 8 ədəd brilyant qaşlı, günbəz formalı təxminən 9-10 qram çəkili olduğu bildirilə brilyant üzüyün,Ukrayna istehsallı, ortası mirvari qaşlı, ətrafı perlamotnı əl işləməli, təxminən 4 qram çəkili olduğu bildirilən qızıl klonun və Ukrayna istehsallı, şəbəkə formalı, dairə şəkilli, qəhvəyi rəngli, təxminən 4-5 qram çəkili olduğu bildirilən qızı klonun texnikikeyfiyyət göstəricilərini (o cümlədən təmiz brilyant qaşların çəkisi, təmizliyi, ayrı-ayrılıqda qızılın çəkisi, eksklüziv sayılıb-sayılmamasını, saatların markası, modeli, təyinatı, istehsal yeri və ili və sairə) ətraflı tədqiq etmək mümkün deyildir" İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(074)-34/2020 saylı qərarın surətindən görünür ki, X7 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu andan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Şamaxı rayon bölməsininxx xxxxxx 2020-ci il tarixli 118 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası X10, bacıları- X6 və X8 ilə Şamaxı rayonu İnternat məktəbinin yataqxanasında yaşayır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X1 xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ağ qızıldan brilyant qaşlı ortasında qar dənəciyi şəklində işləmələr olan 1 ədəd sep, tək brlyant qaşlı 1 ədəd qızıl üzük, sarı qızıldan 5 ədəd brilyant qaşlı 1 ədəd nişan üzüyü, dairə formalı yataqı gümüşü formalı 10 xırda brilyant qaşlı ortası karal(mərcan) olan 1 ədəd sırğa, kitabşəkilli 4 ədəd ortası qara rəngli minalı 1 ədəd üzük saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan AZ-İİ 097270 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə xroniki böyrək xəstəliyi V mərhələ səbəindən ölmüşdür. İş materiallarında olan Şamaxı şəhər 3 saylı tam orta məktəb tərəfindən məhkəməyə ünvanlanmış xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Şamaxı şəhər 3 saylı tam orta məktəbində oxuduğu müddətdə öz tərbiyəsi ilə seçilən nümunəvi şagirdlərdən olmuşdur. Sakit təbiətliyi, səmimi münasibəti və nümunəvi davranışları ilə daim seçilmişdir. Eyni zamanda məktəbin ictimai işlərində yaxından iştirak etmiş, sinif və məktəb tədbirlərində hər zaman fəallıq göstərmişdir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinə ünvanlanmış 21 nəfər qonşuların imza etdiyi məktubda göstərilir ki, Təqsirləndirilən şəxs sakit təbiyyətli, qonşuları ilə yaxın ünsiyyətdə olan, zəhmətkeş bir uşaq kimi tanıyırlar. Özündən böyüklərə hörmətlə yanaşmalqa hamının rəğbətini qazanmışdır. Ata-anasına böyük sevgisi olmaqla, daim onların qayğısına qalmış, fərdi işlə məşul olaraq qazancını evə gətirib, xəstə anasına dərmanlara xərcləmişdir. Bütün qonşularla mehriban və səmimi olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən oğlunun əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, müsbət xasiyyətləndiriməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ziyanı qismən ödəməsini, ailənin yeganə qazanc gətirən olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 14 gün müddət 4 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə zalından həbsdən azad edilməlidir. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxırayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldır. İş üzrə eksptertiza xərci 100 manat pul Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 18 saat hüquqi yardıma görə 108 manat və məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat cəmi, 138(bir yüz otuz səkkiz) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş Zərərçəkmiş şəxs mülki tələblə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2(iki) il 6(altı)ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 14 gün müddət 4 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxsüzərində qəti olaraq 2 il 1 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə zalından həbsdən azad edilsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxırayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə eksptertiza xərci 100 manat pul Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi kodu 210005, VÖEN **********, AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi 18 saat hüquqi yardıma görə 108 manat və məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat cəmi, 138(bir yüz otuz səkkiz) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın, Zərərçəkmiş şəxs mülki tələblə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar