Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-43/2021 02.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Mürsəl oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Şamaxı rayonunun 1-ci Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən 2016-cı ilin payız aylarından etibarən beş il müddətində davamlı olaraq vahid niyyətlə Şamaxı rayonunun Quşçu kəndi ərazisində yerləşən Şamaxı rayonu, Quşçu bələdiyyəsinə məxsus 0,70 hektar kənd təsərrufatı təyinatlı örüş-torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına şumladıb taxıl məhsulu əkməklə becərmiş, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mütəxssis rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 5 ildir ki, Şamaxı rayonu Quşçu kəndində 0.70 hektar torpaq sahəsində taxıl əkmiş, lakin həmin sahənin Şamaxı rayon 1-ci Çaylı kənd ərazisi olduğunu bildiyi üçün əkmişdir. Həmin 0.70 hektar torpaq sahəsini 2020-ci ilin müvafiq dövründə taxıl əkərək şəxsi maraqları üçün istifadə etmişdir. Həmin 0.70 hektar zəbt edərək əkdiyi torpaq sahəsinin qanunla qadağan olunmasını və eyni zamanda həmin sahədən şəxsi marağı üçün istifadə etməsinin qadağan olunmasını və cinayət məsuliyyəti yaratmasını ona heç kim bildirməmişdir. Şamaxı rayonu Quşçu kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ona 5 il müddətdir ki, əkib becərdiyi 0.70 hektar torpaq sahəsini qanunla qadağan olunması, yəni zəbt hesab olunması barədə rəsmi xəbərdarlıq etməmişdir. Onun 5 il müddətinə 0.70 hektar örüş sahəsini əkib becərmək üçün heç bir müvafiq sənədi olmamış, əkin sahəsi olduğunu bildiyi üçün əkmişdir. Əkib becərdiyi torpaq sahəsinin örüş sahəsi olmadığını göstərən müvafiq sənədi olmamış, həmin ərazinin əkin sahəsi olmasını ona mərhum qayınatası Mahmud Bədəlov demiş, ondan öncə həmin torpaq sahəsini mərhum qayınatası Mahmud Bədəlov əkmişdir. Hazırda həmin torpaq sahəsini bələdiyyəyə qaytarmış və bələdiyyənin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşman olmasını və ailə vəziyyətinin nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şamaxı rayon Quşçu bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs Mürsəl oğlu ifadə verib göstərdi ki, 2020-ci ilin mart ayından Şamaxı rayonu Quşçu bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Şamaxı rayonu 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2019-cu ildə Şamaxı rayonu Quşçu kənd ərazisinin təxminən 0.70 hektar örüş sahəsini zəbt etmişdir. 2020-ci ildə də həmin örüş sahəsini zəbt edərək taxıl əkmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs şifahi qaydada müraciət etmiş, ərazini zəbt etməkdən əl çəkməsini bildirmiş, lakin sonuncu əməlindən əl çəkməyərək öz əməlini davam etdirmişdir. Bələdiyyə sədri olduqdan sonra bu barədə dərhal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinə məlumat vermişdir. Həmin şöbənin məsləhətçiləri örüş sahəsinə gələrək onun iştirakı ilə sahəyə baxış keçirmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Quşçu kənd bələdiyyəsinin balansında olan örüş sahəsinin 0.70 hektar hissəsini zəbt edərək taxıl əkmişdir. Bunula bağlı akt tərtib olunmuşdur. Təqsirləndirilən şəxs bu barədə heç bir rəsmi məlumat verməmiş, şifahi qaydada bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ildir həmin örüş sahəsində taxıl əkmiş, bu barədə ona heç bir məlumat verməmişdir. Hazırda torpaq sahəsi bələdiyyəyə qaytarılmışdır, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin məsləhətçisi, Şamaxı rayonu üzrə torpaq müfəttişi vəzifəsində işləyən X3 ifadə verib göstərdi ki, 24.07.2020-ci il tarixdə Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs Şamaxı rayonu, Quşçu kənd bələdiyyəsinə məxsus əkin və örüş sahələrinin zəbt edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinə müraciət etmişdir. Daxil olmuş müraciət əsasında həmin yerə 07 avqust 2020-ci il tarixində onun, Zərərçəkmiş şəxs və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. 07 avqust 2020-ci il tarixdə keçirilən baxış zamanı Şamaxı rayonu, Quşçu kənd sakini Təqsirləndirilən şəxs Quşçu bələdiyəsinə məxsus 0.70 hektar örüş sahəsini zəbt edərək həmin yeri şumlaması müəyyən olmuşdur. Keçirilən baxış zamanı akt tərtib edilərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Tərtib edilmiş aktlar ayrı-ayrılıqda Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların dövlət idarə edilməsinin təşkili üzrə dövlət agentliyinə göndərilmişdir. Təqsirləndirilən şəxs bu barədə heç bir rəsmi məlumat verməmişdir. Lakin Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsini şumladıqdan sonra bələdiyyə tərəfindən onlara müraciət daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin aparıcı məsləhətçisi Şahid2 şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və zərərçəkmiş şəxs qismində tanınma haqqında” 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Şamaxı rayonu Quşçu bələdiyyəsi iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 16 noyabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Quşçu bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsindən 0,70 ha sahəni özbaşına tutaraq zəbt etmiş və şumladaraq taxıl əkib becərmişdir. 07 avqust 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin və Şamaxı rayon Quşçu bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Quşçu bələdiyyəsinin mülkiyyətində olan 0,70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz zəbt edib şumladığı müəyyən olunmuşdur. 21 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, 1-ci Çaylı kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Quşçu bələdiyyəsinə məxsus 0,70 hektar torpaq sahəasini həmin torpaq sahəsindən istifadəyə dair hər hansı bir hüquq verən sənəd olmasan qanunsuz olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. Quşçu bələdiyyəsinin 06.12.2020-ci il tarixli 5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı örüş sahələrinin icarəyə, mülkiyyətə və istifadəyə götürülməsi ilə bağlı heç bir qərar qəbul edilmədən həmin sahədə istifadə ilə bağlı yazılı və şifahi olaraq bələdiyyəyə müraciət edilmədən əkilmiş, rüsum haqqı ödənilməmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 05 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsindən həmin Məcəllənin 188.3-cü maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 09 yanvar 2021-ci il tarixli 60 nömrəli arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, arvadı-19.02.1966cı il təvəllüdlü X4, oğlu-10.02.1993-cü il təvəllüdlü X6, oğlu-09.07.1995-ci il təvəllüdlü X5 və gəlini-29.11.1999-cu il təvəllüdlü X1 ibarət ailə üzvləri ilə Şamaxı rayon birinci Çaylı kəndində yaşayır. Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 09 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs ailəlidir, xarakter etibarı ilə ilə təmkinli və sakitdir. Kəndin ictimai həyatında yaxından iştirak edir. Əməksevər, dərindüşüncəlidir və şəraiti düzgün qiymətləndirməyi bacarır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 16.01.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində 20.08.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə başlanılmış cinayət işinə 20.08.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. “Barəsində axtarış elan olunan şəxsin tutulması barədə” 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə saat 17:25 radələrində Şamaxı rayon ərazisində müəyyən olunaraq Şamaxı RPŞ-yə gətirilmişdir. “Barəsində ittiham elan edilməli şəxsin tutulması haqqında” 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə saat 21:35-də tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 19 yanvar 2021-ci il tarixli 36 nömrəli məktubundan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, mütəxəssis rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin Şamaxı rayonu, Quşçu bələdiyyəsinə məxsus kənd təsərrufatı təyinatlı örüş-torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına şumladıb taxıl məhsulu əkməklə becərməsi, yəni kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsiilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını, nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1.yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3.məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4.müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşdığı Şamaxı şəhərinin ərazi hüdudlarını cəza çəkdiyi müdət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşyış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulma altında saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanımalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələdirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulma altında saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələtini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-43/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-43/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver