Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-43/2024 13.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 02 iyun 2003-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən poçt binasının qarşısından keçən mərkəzi yolda bir qədər yüksək sürətlə hərəkətdə olan zaman yolda olan su qalığının üzərindən keçərkən kənarda dayanan Zərərçəkmiş şəxs üzərinə su sıçramasına görə sonuncunun ona irad bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında əvvəlcə yumruqla Zərərçəkmiş şəxs sağ sifət nahiyəsindən vurub, daha sonra üzərində olan çantanı tutub dartaraq yerə yıxıb ünvanına nalayiq ifadələr işlədərək dizi ilə sol qaş nahiyəsindən vuraraq, sonuncuya sağ almacıq nahiyəsinin qançırı, sol qaşın sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 6 aydır ki, Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində tikilən fermada fəhlə kimi işləyir. Onun özünə məxsus “VAZ-2107” markalı **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobili idarə etməyi ilə bağlı sürücülük vəsiqəsi və etibarnaməsi vardır. 20 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində o, Şahid3 və həmkəndlisi Şahid5 ilə idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Mədrəsə qəsəbəsində gəzirmiş, həmin vaxtı ona zəng gələrək nənəsinin səhhətinin pisləşməsi söylənilmiş, bu səbəbdən də o, idarə etdiyi avtomobil ilə Mədrəsə qəsəbəsində yaşayan əmisi Rövşən Pənahovun evinə getməyə başlamışdır. Həmin vaxt Elburus arxa sərnişin oturacağında, Sahib isə qabaq sağ sərnişin oturacağında əyləşmişdir. O, avtomobili idarə edib əmisinin evi tərəfə gedən zaman Mədrəsə qəsəbəsinin giriş hissəsində poçtun yaxınlığında yol su olduğundan avtomobil ilə həmin su olan yoldan keçən zaman yolun kənarında dayanan bir nəfər sonradan adının Elmir olmasını bildiyi şəxsin üzərinə avtomobilinin təkəri tərəfdən su sıçramış, o, həmin şəxsin üzərinin su olduğunu gördüyündən və günah onda olduğundan avtomobili saxlayıb geriyə gəlmiş və avtomobildən enərək həmin şəxsə yaxınlaşanda, adının Elmir olmasını bildiyi şəxs əvvəlcə ona “yavaş sür də, qaqaş” sözlərini söyləmiş, o da Elmirə “üzürlü say, tələsirdim” sözlərini deyəndə, Elmir ona “yavaş sürərdin də xiyar” sözlərini demiş, o da Elmirin bu kobud sözlərinə görə ona “yaxşı eləmişəm” sözlərini deyib, sağ əli ilə, yəni yumruqla Elmirin sifətindən vurmuş, bundan sonra Elmir də onu vurmağa başlamış, buna görə də onlar bir-birini vurmağa davam edəndə həmin vaxt avtomobildən düşən Elburus və Sahib, eləcə də Elmirlə birlikdə olan onun iş yoldaşı Səxavət adlı şəxs onları sakitləşdirib aralaşdırmışdır. Daha sonra o, avtomobilinə əyləşib idarə edərək yolun digər hissəsində saxlamışdır ki, yol bağlanmasın. O, avtomobilini yolun digər hissəsində saxladıqdan sonra avtomobildən enmiş və Elmirə yaxınlaşmışdır. O, Elmirə yaxınlaşan zaman ona bildirmişdir ki, onu vurmaq niyyəti olmamışdır. Sadəcə olaraq Elmirə, onu təhqir etdiyi üçün vurduğunu bildirmiş, onlar bir qədər sohbət etdikdən sonra oradan uzaqlaşmış və avtomobilə əyləşib yoluna davam etmişdir. O, evə gedəndən sonra 102 xidmətinə məlumat verib iki nəfər şəxsin onu döyməsini bildirmiş, bundan bir qədər sonra Şamaxı rayon polis şöbəsindən polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onu Şamaxı RPŞ-nə dəvət etmiş, burada məlum olmuşdur ki, Elmir də ondan şikayət etmişdir. Həmçinin onu Şamaxı RPŞnə gətirən zaman adını bilmədiyi polis əməkdaşları ona məxsus “VAZ 2107” markalı **-LR- *** dövlət qeydiyyat nişanlı avtomobili də RPŞ-nə gətirmişdirlər. O, hadisədən 10-15 dəqiqə əvvəl tərkibində spirt olan “GO” adlı içki qəbul etmiş, Sahib heç bir içki qəbul etməmiş, Elburus isə tərkibində spirt olan “Bizon” içmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, hadisə zamanı, Elburus, Sahib və Səxavət adlı şəxslər yanında olmuş, ətrafda isə dəqiq adlarını xatırlamadığı kənd sakinləri olmuşdur. Həmin hadisə zamanı onun əlində və digər qeyd edilən şəxslərin əlində heç bir əşya olmamışdır. Hadisə zamanı yanında olan Elburus və Sahib adlı şəxslər Elmiri vurmamış, həmin şəxslər ancaq onları aralamışdır. Hadisə zamanı o, Elmiri yumruqla vurduğundan Elmir də onu vurmuş, lakin onun yanında olan Səxavət adlı şəxs isə onu vurmamışdır. Sadəcə olaraq həmin şəxslər bilmişdir ki, ondan şikayət edəcəkdir. Bu səbəbdən də o, DİN-nin 102 xidmətinə vermiş olduğu müraciətində iki nəfər şəxsin onu döyməsini bildirmişdir. Lakin Elmir onu vursa da, o, bədənindən və yaxud da sifət nahiyəsindən hər hansısa bir xəsarət almamışdır. O, hadisə zamanı Zərərçəkmiş şəxs ünvanına hər hansısa bir nalayiq ifadə işlədib-işlətmədiyini xatırlamır. Son olaraq, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Aztelekomda satış mütəxəssisi kimi fəaliyyət göstərir. Yəni kəndlərə gedərək orada vətəndaşları qeydiyyata alır və daha sonra qeydiyyata aldığları vətəndaşların müraciətləri əsasında həmin şəxslərin evlərinə internet çəkilir. 20 fevral 2024-cü il tarixində təxminən saat 17:15 radələrində o, Səxavət Rəsulov ilə qəsəbədə yerləşən poçtun yaxınlığında dayanan zaman “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs avtomobil ilə kənardan gələn zaman yanlarına yaxınlaşarkən qəsdən avtomobili su olan hissədən sürmüş və nəticədə yolda olan su onun üzərinə sıçramışdır. Bu zaman o əli ilə onu çağırmış və ilk əvvəl o, avtomobilini saxlamasa da, daha sonra onun arxası ilə səsləndiyindən o, avtomobilini saxlamış və avtomobildən Səyyad, onun yanında olan Elburus və Sahib adlı şəxslər enərək ona yaxınlaşmışdırlar. O, həmin vaxtı Səyyada yavaş sürməsini bildirmiş, Səyyad isə ilk əvvəl ondan üzr istəmiş, daha sonra isə o Səyyada söyləmişdir ki “üzr istəməli deyil, mənim paltarımı sən pis günə salmısan”. Həmin vaxtı Səyyad ona söyləmişdır ki “yaxşı eləmişəm”. Bu zaman o da Səyyada söyləməşdir ki “xiyar nə yaxşı eləmisən”. O, həmin sözü Səyyada söylədikdən dərhal sonra Səyyad onu yumruqla vurmuş və o geriyə getmişdir. O, həmin vaxtı Səyyadın üzərinə gəlmək istədikdə, Səyyad onun üzərində olan çantadan tutub dartmış və o yerə yıxılmış, daha sonra Səyyad onu dizi ilə vurmağa başlamışdır. Səyyad dizi ilə onu vuran zaman zənn etmişdir ki onun yanında olan şəxslər də onu vururlar. Çünki o, yerə yıxılan zaman əli ilə sifətini tutmuş, dəqiq olaraq kimlərin onu vurmasını görməmişdir. Bundan sonra ətrafda olan vətəndaşlar gəlib onları ayırmış və Səyyad avtomobilə əyləşib getdikdən sonra avtomobili kənarda saxlamışdır. Bu zaman o, Aztelekomun əməkdaşı Şahid1 zəng edərək məlumat vermişdir. Bundan sonra həmin şəxslər yenidən onun üzərinə gəlmiş və onunla mübahisə etməyə başlamışlar. Təxminən 15-20 dəqiqə onunla mübahisə etdikdən sonra Şahid1 oraya gəlmiş və onlar oradan uzaqlaşmışlar. Şahid1 oraya gələnədək o, onlarla çalışmışdır ki mübahisə etməsin. Çünki ehtiyat etmişdir ki, əgər mübahisə etsə, həmin şəxslər onu yenə də vura bilərlər. Çünki əsasən Təqsirləndirilən şəxs onunla mübahisə edərək onun nömrəsini almış və ona söyləmişdir ki “lazımdırsa gedək başqa yerdə söhbət edək”. Təqsirləndirilən şəxs onu vuran zaman o, Səyyadı tutmaq istədikdə, Səyyad onun üzərindəki çantadan yapışaraq dartıb onu yerə yıxan zaman onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı o, Səyyad və onun yanında olan şəxslərin heç birinə xəsarət yetirməmişdir. Həmçinin onun yanında olan Səxavət adlı şəxs də ona hər hansısa bir xəsarət yetirməmişdir. Çünki onun məqsədi orada kiminləsə dava etmək olmamışdır. Sadəcə olaraq Səyyadın qəsdən avtomobili yüksək sürətlə sürərək onun üzərini su etməsi onu qəzəbləndirmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindiirlmiş Şahid1 ifadə verib göstərdi ki, o, hal hazırda X3 Regional filialının kommersiya şöbəsinin müdiri işləyir. Elmir və Səxavət adlı şəxslər onun tabeçiliyində olan işçilərdir. Onlar mütəmadi olaraq kəndlərə və qəsəbələrə gedərək vətəndaşları qeydiyyata alırlar və daha sonra qeydiyyata alınmış vətəndaşlara internet xətti çəkirlər. xx.xx.2024-cü il tarixdə təxminən saat 17:25 radələrində Zərərçəkmiş şəxs ona telefon vasitəsi ilə zəng edərək Mədrəsə qəsəbəsinin sakini sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir. O, Elmirə dava etməməsini, sakitləşməsini söyləyib oraya gələcəyini bildirmişdir. Bundan sonra o avtomobilinə əyləşərək Mədrəsə qəsəbəsinə gedməyə başlamışdır və baş verə biləcək digər hadisələrin qaşısının alınması məqsədi ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, qəsəbəyə çatan zaman marketin qarşısında vətəndaşların toplaşdığını, Təqsirləndirilən şəxs isə Elmirlə mübahisə etdiyini görüb onlara yaxınlaşmış və Səyyada oradan kənarlaşmasını söyləmişdir. Həmin vaxtı Səyyad əl qol hərəkətləri göstərərək onunla mübahisə etmək istədikdə o, Səyyada artıq polisə məlumat verdiyini, onunla mübahisə etməyəcəyini, Şamaxı rayon Polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan kənarlaşmışdır. Bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. O, hadisə yerinə gələn zaman Zərərçəkmiş şəxs qaş nahiyyəsinin qanadığını görmüşdür. Bundan sonra polis əməkdaşları gəldikdən sonra Elmir müvafiq araşdırma aparılması üçün Şamaxı RPŞ-nə getmişdir. O, Zərərçəkmiş şəxs hadisənin necə olmasını soruşduqda Elmir ona bildirmişdir ki, Mədrəsə qəsəbəsində poçtun yanında dayanan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun yanından sürətlə keçmiş və nəticədə onun üzərinə su sıçrayaraq paltarı su olmuş, bu səbəbdəndə aralarında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyyəsindən vuraraq daha sonra onun üzərində olan çantadan tutub dartaraq onu yerə yıxmış, təpik və yumruqla onu vuraraq xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs vurub vurmamasını soruşduqda o, Təqsirləndirilən şəxs qarşı hər hansısa bir qanunsuz hərəkət etmədiyini, həmçinin onu vurmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, o, Aztelekomda satış mütəxəssisi kimi fəaliyyət göstərir. Yəni kəndlərə gedərək orada vətəndaşları qeydiyyata alırlar və daha sonra qeydiyyata aldıqları vətəndaşların müraciətləri əsasında həmin şəxslərin evlərinə internet çəkilir. 20 fevral 2024-cü il tarixində təxminən saat 17:15 radələrində o, Zərərçəkmiş şəxs ilə qəsəbədə yerləşən poçtun yaxınlığında dayanan zaman “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs avtomobil ilə kənardan gələn zaman onların yanlarına yaxınlaşarkən qəsdən avtomobilini su olan hissədən sürmuş və nəticədə yolda olan su Zərərçəkmiş şəxs üzərinə sıçramışdır. Bu zaman Elmir əli ilə onu çağırmış və ilk əvvəl o avtomobilini saxlamasada daha sonra Elmir onun arxası ilə səsləndiyindən o, avtomobilini saxlamış və avtomobildən Səyyad, onun yanında olan Elburus və Sahib adlı şəxslər enərək Elmirə yaxınlaşmışdırlar. Bu zaman o kənarda dayanmışdır. Elmir həmin vaxtı Səyyada yavaş sürməsini bildirmiş. Səyyad isə ilk əvvəl Elmirdən üzr istəmişdir. Daha sonra isə Elmir ona söyləmişdir ki “üzr istəməli deyil, mənim paltarımı sən pis günə salmısan.” Həmin vaxtı o, Elmirə söyləmişdir ki “yaxşı eləmişəm”. Bu zaman Elmir ona söyləmişdir ki “xiyar nə yaxşı eləmisən”. Elmir həmin sözü ona söylədikdən dərhal sonra o, Elmiri yumruqla vurmuş və Elmir geriyə getmişdir. Elmir həmin vaxtı onun üzərinə getmək istədikdə o, Elmirin üzərində olan çantadan tutub dartmış və Elmir yerə yıxılmışdır. Bu zaman Səyyad, Elmirin ünvanına nalayiq ifadələr işlədərək onu dizi ilə vurmağa başlamışdır. O, dərhal onlara tərəf qaçmış və ətrafda olan kənd sakinləri ilə onları sakitləşdirib aralaşdırmışdır. Daha sonra Səyyad və sonradan adı ona məlum olan Elburus avtomobilə əyləşib getdikdən sonra avtomobili kənarda saxlamışlar. Bu zaman Elmir Aztelekomun əməkdaşı Şahid1 zəng edərək məlumat vermişdir. Daha sonra həmin şəxslər yenidən Elmirin üzərinə gəlmiş və onunla mübahisə etməyə başlamışdırlar. O həmin vaxtı Elmirin üzərini təmizləmişdir. Onlar təxminən 15-20 dəqiqə Elmirlə mübahisə etdikdən sonra Şahid1 oraya gəlmiş və onlar oradan uzaqlaşmışdır. Hadisə zamanı o, Təqsirləndirilən şəxs hər hansısa bir xəsarət yetirməmişdir. Nəyinki o, hətta Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs hər hansısa bir xəsarət yetirməmişdir. Çünki Təqsirləndirilən şəxs hadisə zamanı Elmiri vurduqdan sonra onu yerə yıxıb vurmağa başlayan zaman onları ayırmış və bundan sonra heç kim bir birinə xəsarət yetirməmişdir. Həmçinin hadisə zamanı o, Elburus və Sahib adlı şəxslərin Elmiri vurmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, o, hal hazırda rəsmi olaraq heç bir yerdə işləmr. Sadəcə olaraq iş olduqda hər hansısa bir yerdə fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla yanaşı həmçinin dostudur. Onlar mütəmadi olaraq biryerdə olur. Səyyadın özünə məxsus “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 20 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində o, Şahid3 və Təqsirləndirilən şəxs, Səyyadın avtomobili ilə Mədrəsə qəsəbəsində gəzmişdirlər. Səyyad avtomobili idarə edən zaman qəsəbənin giriş hissəsində yerləşən poçtun yaxınlığından bir qədər sürətlə keçərkən yol su olduğundan kənarda dayanan iki nəfər şəxsdən birinin üzərinə su sıçramış və onun paltarı su olmuşdur. Həmin vaxtı sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs əli ilə işarə etmişdir ki avtomobili saxlasınlar. Bundan sonra Səyyad avtomobili saxlamış və onlar avtomobildən enmişdirlər. Təqsirləndirilən şəxs həmin vaxtı Zərərçəkmiş şəxs yaxınlaşmış və adının Elmir olmasını bildiyi şəxs əvvəlcə ona “yavaş sür də, qaqaş” sözlərini demiş, Səyyadda ona “üzürlü say, tələsirdim” sözlərini deyəndə, Elmir ona “yavaş sürərdində xiyar” sözlərini demişdir. Səyyad onun bu kobud sözlərinə görə ona “yaxşı eləmişəm” sözlərini deyib sağ əli ilə yəni yumruqla Elmirin sifətindən vurmuşdur, bundan sonra Elmir də onu vurmağa başlamış və onlar həmin şəxsləri ayırmağa başlamışdırlar. Bu zaman kənd sakinləridə gəlib onları ayırıb sakitləşdirmiş və Səyyad ilə Elburus avtomobilə əyləşmişdir ki, avtomobili bir qədər kənarda saxlasınlar. Onlar avtomobili hadisə yerindən bir qədər kənarda saxladıqdan sonra avtomobildən enərək yenidən Elmirə yaxınlaşmış və söhbət etməyə davam etmişlər. Onlar bir qədər sohbət etdikdən sonra avtomobilə əyləşib yollarına davam etmişdirlər. O, hadisədən əvvəl hər hansısa bir spirtli içki qəbul etməmiş, Səyyad isə hadisədən 10-15 dəqiqə əvvəl spirt tərkibli “GO” adlı enerjetik içki qəbul etmiş, Elbrus isə “Bizon” içmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, hadisə yerində o, Murad və Səxavət adlı şəxslər olmuş, ətrafda isə dəqiq adlarını xatırlamadığı kənd sakinləri olmuşdur. Həmin hadisə zamanı onun əlində və digərlərinin əlində heç bir əşya olmamışdır. Hadisə zamanı, həmçinin hadisədən sonra o və Elburus adlı şəxs Elmirə hər hansısa bir xəsarət yetirməmişdir. O ancaq həmin şəxsləri sakitləşdirmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vuran zaman onun ünvanına nalayiq ifadələr işlədib-işlətməməsini xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, o, özü taksi sürücüsü kimi fəaliyyət göstərir. X6 onun övladıdır. Sahib anasının soyadını daşıdığı üçün hal hazırda onun soyadı Nəzərovdur. xx.xx.2024-cü il tarixdə o, Şamaxı rayon Mədrəsə qəsəbəsinin giriş hissəsində marketin yaxınlığında dayanan zaman Təqsirləndirilən şəxs özünə məxsus “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir qədər sürətlə gəlib keçən zaman yolda olan su kənarda dayanan Zərərçəkmiş şəxs üzərinə sıçramış, həmin vaxtı Səyyad avtomobilini saxlamış və avtomobildən enərək Zərərçəkmiş şəxs üzr istəmişdir. Lakin Zərərçəkmiş şəxs isə ona söyləmiışdir ki “üzərimi pis günə salmısan nə üzrü”. Bundan sonra Təqsirləndirilən şəxs ona söylədi ki, “nənəm xəstədir və tələsirik ona görədə bilmədən avtomobili sürətlə idarə etdim və üzərinə su sıçradı”. Həmin vaxtı onlar mübahisə etməyə başlamış və mübahisə zamanı Təqsirləndirilən şəxs ilk əvvəl nahiyyəsi ilə Zərərçəkmiş şəxs üz nahiyyəsindən vurmuşdur. Bu zaman onlar qaçaraq Elmirlə Səyyadı sakitləşdirmək istədikdə Zərərçəkmiş şəxs söyüş söydüyündən Təqsirləndirilən şəxs onu yenidən yumruqla vurmuşdur. Daha sonra onlar Elmirlə Səyyadı sakitləşdirib oradan uzaqlaşdırmış və Səyyad avtomobili bir qədər kənarda saxladıqdan sonra avtomobildən enərək yenidən ona yaxınlaşıb üzr istəmiş və söhbət etməyə başlamışdırlar. Hadisədən əvvəl Təqsirləndirilən şəxs avtomobilində oğlu Sahib Nəzərov və qonşusu Şahid3 olmuşdur. Sahib Nəzərov və Şahid3 hadisə zamanı Zərərçəkmiş şəxs hər hansısa bir xəsarət yetirməmişdir. Əksinə olaraq oğlu Sahib Nəzərov hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəmişdir. Hadisə və ona hər hansısa bir xəsarət yetirməmişdir. Çünki onlar dərhal hadisəyə müdaxilə etmiş və onları sakitləşdirmişdir. Elmir və Səyyad mübahisə edən zaman o, kənarda dayanıb onları seyr etmiş, lakin onun xatırladığı qədəri ilə Səyyad adlı şəxs ilk əvvəl Elmiri baş nahiyyəsi ilə vurmuşdur. Çünki onlar bir birinə yaxın dayanıb mübahisə etmişdir. Səyyad adlı şəxs Elmiri vurduqdan sonra zənn edir ki Elmir onu təhqir etdiyi üçün Səyyad, Elmirin paltarından tutub özünə tərəf çəkmiş, həmin vaxtı Elmir tam olaraq yıxılmasada bir qədər aşağı doğru əyilmişdir. Lakin o Səyyadın orada Elmiri dizi ilə vurmasının şahidi olmamışdır. Bəlkədə Səyyad orada Elmiri dizi ilə vurmuşdur, ancaq o Səyyadın ikinci dəfə Elmiri yumruqla vurmasının şahidi olmuşdur. Həmçinin o dava olan zaman qaçıb dərhal müdaxilə etdiklərindən orada Elmirin təhqiramiz ifadələr işlədib-işlətməməsini xatırlamır. Hadisə yerində dəqiq olaraq kimlərin olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınan Pənahov X2 ifadə verib göstərdi ki, o, hal hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Sadəcə olaraq iş olduqda hər hansısa bir yerdə fəhlə kimi işləyir. Onu el arasında Murad deyə çağırsalarda onun əsl adı Elburusdur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Lakin onu uşaqlıqdan Bahar Pənahova öz himayəsinə götürüb saxladığı üçün onlar biryerdə yaşayırlar və o rəsmi olaraq onların himayəsinə keçmişdir. Həmçinin onlar mütəmadi olaraq biryerdə olurlar. Səyyadın özünə məxsus “VAZ-2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 20 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində o, Şahid5 və Təqsirləndirilən şəxs, Səyyadın avtomobili ilə Mədrəsə qəsəbəsində gəzmişlər. Səyyad avtomobili idarə edən zaman qəsəbənin giriş hissəsində yerləşən poçtun yaxınlığından bir qədər sürətlə keçərkən yol su olduğundan kənarda dayanan iki nəfər şəxsdən birinin üzərinə su sıçramış və onun paltarı su olmuşdur. Həmin vaxtı sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs əli ilə işarə etmişdir ki, avtomobili saxlasınlar. Bundan sonra Səyyad avtomobili saxlamış və onlar avtomobildən enmişlər. Təqsirləndirilən şəxs həmin vaxtı Zərərçəkmiş şəxs yaxınlaşmış və adının Elmir olmasını bildiyi şəxs əvvəlcə ona “yavaş sür də, qaqaş” sözlərini demiş, Səyyadda ona “üzürlü say, tələsirdim” sözlərini deyəndə, Elmir ona “yavaş sürərdində xiyar” sözlərini demişdir. Səyyad onun bu kobud sözlərinə görə ona “yaxşı eləmişəm” sözlərini deyib sağ əli ilə yəni yumruqla Elmirin sifətindən vurmuş, bundan sonra Elmir də onu vurmağa başlamış və onlarda Elmirlə Səyyadı ayırmağa başlamışlar. Bu zaman kənd sakinləridə gəlib onları ayırıb sakitləşdirmiş və Səyyad ilə o avtomobilə əyləşmişdir ki, avtomobili bir qədər kənarda saxlasınlar. Səyyad avtomobili hadisə yerindən bir qədər kənarda saxladıqdan sonra onlar yenidən Elmirə yaxınlaşmış və söhbət etməyə davam etmişdirlər. Onlar bir qədər söhbət etdikdən sonra avtomobilə əyləşib yollarina davam etmişdirlər. O, hadisədən əvvəl tərkibində spirt olan “bizon” enerjetik içkisi qəbul etmiş, Səyyad isə hadisədən 10-15 dəqiqə əvvəl tərkibində spirt olan “GO” adlı enerjetik içkisi qəbul etmiş, Sahib isə bildiyi qədəri ilə spirtli içki qəbul etməmişdir. Hadisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, hadisə yerində o, Sahib və adını xatırlamadığı kənd sakinləri olmuşdur. Həmin hadisə zamanı onun əlində və şəxslərin əlində heç bir əşya olmamışdır. Hadisə zamanı, həmçinin hadisədən sonra o və Sahib adlı şəxs Elmirə hər hansısa bir xəsarət yetirməmişdir. Onlar ancaq həmin şəxsləri sakitləşdirmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vuran zaman onun ünvanına nalayiq ifadələr işlədib-işlətməməsini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Qeydiyyat nömrəsi 02658 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə müayinə vaxtı (1,006 promil) alkoqol sərxoşluğu aşkar olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə saat 21:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 21 fevral 2024-cü il tarixli, 49 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ almacıq nahiyəsinin qançırı, sol qaşın sıyrığı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 fevral 2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır. Yaşadığı yer üzrə onun barəsində qonşuları və ailə üzvləri tərəfindən Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 26 fevral 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.3 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək 02(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Şamaxı rayon İcra və Probasiya şöbəsinin 13 avqust 2024-cü il tarixli 206-30342/5 saylı məktubundan görünür ki, xx.xx.2003-cü İl təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür. Səyyad Panahov sınaq müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmişdir. Odur ki, ondan şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi tamamilə sübuta yetirildi. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə baş verən vaxt ətrafda olan şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şamaxı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-43/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-43/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver