Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-43/2025 16.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Saatlı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 01 aprel 2025-ci il tarixində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:56-da Şamaxı şəhəri, R.Rza küçəsində saxlanılaraq, saxlanıldığı yerdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən videogörüntüyə çəkilməklə üstü yoxlanılarkən, əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içində xeyli miqdarda, təmiz çəkisi 6,122 (altı tam mində yüz iyirmi iki) qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən 3 ildir ki nakotik vasitə olan qurudulmuş marixuana istifadə edir, digər narkotik vasitə növlərindən istifadə etmir. Dayısı oğlu X10 təxminən 7 aydır ki, Şamaxı şəhərində Mərkəzi Univermağın yanında yerləşən “Şirvan” oteldə usta işləyir. xx.xx.2025-ci il tarixdə Aqil ona birlikdə Şamaxı şəhərindəki “Şirvan” oteldə işləməyi təklif etmişdir. O, Aqillə birlikdə “Şirvan” otelin binasında fasad işləri görəcəkmiş, yəni binanın fasadına boya (emulsiya) vuracaqmış. xx.xx.2025-ci il tarixdə dayısı oğlu Aqil onu ünvan 1 ünvanında əsgər yoldaşı Eminlə birlikdə kirayədə yaşamışdır. Emin də təxminən 7 aydır ki, “Şirvan” oteldə usta işləmişdir. Martın 25-dən etibarən o, da həmin evdə yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 09:00-da Aqil onu “Şirvan” otelə aparmış və həmin vaxtdan aprel ayının 1-dək “Şirvan” oteldə dayısı oğlu Aqillə birlikdə işləməyə, otelin fasadına boya (emulsiya) vurmağa başlamışdır. 01 aprel 2025-ci il tarixdə tanışları ilə görüşmək üçün Bakı şəhərinə getmiş, axşam saatlarında Bakı şəhərindən geri qayıdarkən “Şamaxinka” deyilən yerdə zibil qutusunun yaxınlığında sellofana bükülmüş büküm görmüş, marağına səbəb olmuş, sellofanı açmış, içərisində kibrit qutusunun olduğunu və kibrit qutusunu açdıqda içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşdür. Əvvəllər marixuana istifadə etdiyi üçün həmin marixuananı istifadə etmək üçün kibrit qutusunu götürüb əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibinə qoymuşdur. 01 aprel 2025-ci il tarixdə saat 23:56 radələrində Şamaxı şəhəri, R.Rza küçəsində piyada hərəkətdə olan zaman ona mülki geyimdə olan dörd nəfər şəxs yaxınlaşmışdır. Onlardan üçü anidən qollarından tutmuş və o, həmin vaxt bilmişdir ki, həmin şəxslər polis əməkdaşlarıdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Həmin vaxt artıq polis əməkdaşları tərəfindən aşkar olunduğu üçün etiraz etməyib, üzərində narkotik vasitənin olmasını etiraf edib, içərisində narkotik vasitə olan bir ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları kibrit qutusunu açıb içərisinə baxdıqları zaman içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşlər. Bundan sonra üzərində əlavə narkotik vasitə olub-olmamasını yoxlamaq üçün polis əməkdaşları üzərinə baxış keçirmiş, baxış zamanı üzərindəki idman şalvarının sağ yan cibindən “Huawei” markalı mobil telefon, sol yan cibindən isə 5 manat pul aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşlarının ona yaxınlaşması, onun üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etdiyi anlar orada olan bir nəfər mülki geyimdə olan şəxs tərəfindən videoçəkilişlə qeydiyyata alınmışdır. Onun üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan kibrit qutusu polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş, marixuananın çəkisi 8,89 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinin inzibati binasına getmişlər, orada ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına seçdiyi vəkilin iştirakı ilə Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş kağız zərf yenidən videogörüntüyə çəkilməklə açılıb içərisində olan kibrit qutusuna baxış keçirilmiş, baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuana çəkilmiş və 8,89 qram çəkidə olmuşdur. Həmin büküm yenidən çəkildikdən sonra onun, polis əməkdaşları və vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Onun üzərindən aşkar edilən həmin qurudulmuş marixuananı ancaq özü istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamış və o, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərindən aşkar edilən həmin narkotik vasitəni 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə yolda piyada hərəkət edərkən yerdən tapmış, həmin vaxt tək olmuş, yanında heç kim olmamış və ətrafda da onun həmin narkotik vasitəni götürməyini kiminsə görməsini dəqiq bilmir. O, Şamaxı RPŞyə gətirilən zaman hər hansısa bir polis əməkdaşı tərəfindən ona qarşı qanunsuz hərəkət edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 01 aprel 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs Şamaxı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə qeyd edilən tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən tərəfindən əməliyyataxtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarından başlayaraq o, rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı Ceyhun Adgözəlov ilə birlikdə Şamaxı şəhəri ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamış və əməliyyat qrupu ilə birlikdə Şamaxı şəhəri, R.Rza küçəsinə getmişlər. Diqqətli şəkildə gözlənilməzliyi təmin edərək videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumat olduğunu və ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanıldığını və hüquq və vəzifələrini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyini, əgər üzərində hər hansı qanunla qadağan edilmiş bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsinin məqsədəmüvafiqliyini izah etmiş, Təqsirləndirilən şəxs üzərində içərisində qurudulmuş marixuana olan kibrit qutusunu onlara təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üstü yoxlanılarkən Təqsirləndirilən şəxs üzərindəki idman şalvarının sağ yan cibindən bir ədəd “Huawei” markalı çoxfunksiyalı mobil telefon, sol yan cibindən isə 5 manat pul aşkar olunmaqla, əlavə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 8.89 qram müəyyən olunmuşdur. Aşkar edilmiş 5 manat pul iş üçün heç bir əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Həmin bükümdə olan qeyd edilən narkotik vasitə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və sənədləşdirilmənin davam etdirilməsi üçün videogörüntü dayandırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon polis şöbəsinə gətirildikdən sonra araşdırmanın davam etdirilməsi təhqiqatçı, polis kapitanı Vüqar Mehraliyevə tapşırılmış və sonuncu tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə yenidən onun üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin özünə məxsus olmasını bir daha təsdiqlədikdən sonra həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni satış məqsədilə özündə saxlaması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 şahid Şamaxı rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şamaxı rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində məhkəmə iclasında dindirilmiş şahid Şamaxı rayon Polis Şöbəsinin Cinayət- Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə saat 01:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni polis əməkdaşları tərəfindən faktiki saxlanıldığı 01 aprel 2025-ci il saat 23:56 hesab olunmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şamaxı RPŞ-nin inzibati binasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, həmin şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın onun özünə məxsus olduğunu bir daha bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və həmin narkotik vasitə bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin 02 aprel 2025-ci il tarixli, 20/160 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərfdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,122 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,122 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,072 qramdır. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manatdır. “Mobil telefona baxış keçirilməsi haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “HUAWEİ” markalı mobil telefon işə salınaraq, telefonun yaddaşına, mobil proqramlarına, mesaj qutusuna baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs hər hansısa bir şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları, hər hansı bir məlumat, digər foto və video görüntü, mesaj və SMS aşkar edilməmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. 03 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “HUAWEİ” markalı mobil telefonu təhvil almışdır. “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qalıq çəkisi 6,072 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. ünvan 3razi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də Saatlı rayonu Musalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Subaydır. ünvan 3razi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının 21-də 44 günlük Vətən müharibəsində iştirak etmiş, 2020-ci ilin dekabr ayının 31-də ordudan təxris olunmuşdur. Müharibədən qayıtdıqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. O, sakit təbiətli bir vətəndaş olmaqla, kəndin ictimai işlərində yaxından fəal iştirak etmiş, kənddə əhali arasında böyük hörmət qazanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01 may 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli, 2156 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Hərbi biletin və vəsiqələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Məmmədov (Atayev) X8 müharibəsinin iştirakçısı olmuş və o, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. AZ-İ № 411221 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1996-cı ildə Saatlı rayonu, Nərimankənd kəndində anadan olmuşdur. X1, anası X3r. AZ-İ 445368 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasındakı nikahın pozulması haqqında akt qeydləri xx.xx.2023-cü il tarixdə 142 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Vətən müharibəsində iştirak etməsini nəzərə alır və Vətən müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırki işin halları, yəni cəzanı yüngülləşdirən hallar və ağırlaşdırıcı halların olmaması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 01 aprel 2025-ci il tarixdən 03 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Saatlı rayonun ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 6,072 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 12 saat hüquqi yardım göstərməsinə görə 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdən 03 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Saatlı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 6,072 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 12 saat hüquqi yardım göstərməsinə görə 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-43/2025
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-43/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver